Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4740/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2831/2023 saylı, 20 iyun 2024cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2831/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ona münasibətdə üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2831/2023 saylı, 20 may 2024cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi ərizə apellyasiya şikayəti və onun verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə olmaması səbəbindən geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2831/2023 saylı, 31 may 2024-cü il tarixli qərardadı ilə şikayət qanunla müəyyən edilmiş formada və məzmunda məhkəməyə təqdim edilmədiyindən geri qaytarılmışdır. Həmçinin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2831/2023 saylı, 31 may 2024-cü il tarixli digər qərardadı ilə qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti qaytarılmışdır. Bundan sonra, İddiaçı yenidən vəkil vasitəsilə apellyasiya şikayəti və prosessual müddətin ona münasibətdə üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə vermiş və ərizəsini onunla əsaslandırılmışır ki, həmin qətnamə qəbul edilən vaxt cavabdeh ölkə ərazisində olmamış, qayıdıb ölkəyə gəlməsi və məhkəmə prosesinin çəkişmə prinsipinə əməl olunaraq cavabdehin öz iştirakı ilə keçirilməsi üçün hazırda apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Hazırda cavabdeh ölkə ərazisinə qayıtmışdır və onunla olan məhkəmə mübahisəsinin davam etdirilməsini istəyir. Hesab edir ki, ona münasibətdə prosessual müddət üzrlü hesab edilərək ötürülməmiş hesab edilməlidir. Hazırda isə müddətin ötürülmə səbəbi həmin dövr ərzində cavabdehin ölkə ərazisində olmaması olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2831/2023 saylı, 20 iyun 2024cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Məhkəmə qənaətində göstərib ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməlidir. Belə ki, cavabdehin ölkə ərazisində olmaması apellyasiya şikayətinin verilib-verilməməsi üçün əsas deyil. Digər mötəbər dəlillər isə ərizəçi tərəfindən təqdim edilməmişdir. Bu qərardadan İddiaçı şikayət verərək ləğv, ərizəsinin isə təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2831/2023 saylı, 08 iyul 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatların təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. İşdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2831/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qətnaməsi 09 oktyabr 2023-cü ildə İddiaçı elektron kabinetinə(bax.i.v.95) yerləşdirilmişdir. İddiaçı isə qətnamədən 7 aydan artıq bir müddət keçdikdən sonra apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də ərizədə və şikayətdə göstərilən dəlillər əsas olmadığından şikayət təmin edilə bilməz. Çünki İddiaçı apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2831/2023 saylı, 20 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2831/2023 saylı, 20 iyun 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4740/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4740/2024
24.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver