Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4747/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X15 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil X22 və cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X16 iştirakları ilə, İddiaçı, cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 626/2021 nömrəli saylı işi üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən sağlamlığına vurulmuş zərərə görə kompensasiya kimi ******* manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və digər ödənişlərin, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsinə dair qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli 2(006)-3240/2018 saylı qətnaməsi ilə müəyyən edilməmişdir ki, işdən azad edilməsinin əsası ştatların ixtisarı olmuşdur (səh.27), İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli 2(006)-3240/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılması haqqında Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli 2(103)-12205/2018 saylı qətnaməsi (səh.36), 1985-ci il təvəllüdlü İddiaçı həqiqətən 16.03.2018-ci il tarixində X23 həkim-psixiatrına “Yorucu fikirlər və hərəkətlər, əsəb, qorxu, əhval-ruhiyyənin enməsi” şikayətləri ilə müraciət etmişdir. Müayinələr nəticəsində xəstəyə “ F42-Opsessiv-kompulsiv pozğunluğlar” diaqnozu qoyulmuş və müvafiq tibbi xidmət göstərilməsinə dair Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin 16.03.2018-ci il tarixli arayış (səh.19), 1985 təvəllüdlü, İddiaçın 19.01.2018-ci il tarixindən etibarən klinikada qeydiyyatdadır. O diaqnozu "X25" olan pasientə, müalicəyə birlikdə qərar verilərək Koqnitiv-Davramşcı Psixoterapiya tətbiq seans olmaqla 12-dir. Bu təxminən 3-4 aylıq müddəti əhatə etməkdədir arayışın yazıldığı an etibarı ilə 1 seans artıq həyata keçirilməsi haqqında 10.02.2018-ci il tarixli X7 arayışı (səh.18), X8 İddiaçı dənizdə və ya uzaq məsafədə olan iş üçün yararlı olması barədə 57099 saylı tibbi arayış (səh.84), X8 İddiaçı dənizdə və ya uzaq məsafədə olan iş üçün yararsəz olması barədə 59665 saylı tibbi arayışı (səh.85), X8 İddiaçı dənizdə və ya uzaq məsafədə olan iş üçün yararlı olması barədə 007190 saylı tibbi arayışı (səh.89) sübut qismində təqdim edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-626/2021 nömrəli saylı işi üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, iddiaçı işə qəbul edilərkən müvafiq tibbi yoxlamalardan keçmişdir. Psixi durumunda narahatçılıq hiss etdiyini cavabdehə bildirəndən sonra, yenidən müvafiq tibbi yoxlamadan keçirilmiş, səhhətindəki narahatçılığın dənizdə işləməyə imkan verməməsi, lakin quruda işləməyə imkan verməsi müəyyən olunmuş, iddiaçı müvafiq iş şəraiti ilə təmin edilmişdir. Sonradan, o, işdən azad edilmişdir. İddiaçı hazırkı iddia ərizəsini onunla əsaslandırır ki, onun səhhəti nə dənizdə, nə quruda işləməyə imkan verməmiş, buna görə də, cavabdeh onu ya səhhəti ilə bağlı işdən azad etməli, yaxud daha yüngül işə keçirməli idi. Lakin, iddiaçı səhhətinin («Obsessiv - Kompulsiv Pozuntu (F42.0)» və «Qarışıq Həyəcan və Depressiv pozuntu (F41.2)» diaqnozunun) quruda öz vəzifəsində işləməyə maneə yaratmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006) - 626/2021 nömrəli 22 fevral 2021-ci il tarixi qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Əmək Məcəlləsinin 226; "X34 keçirilməsi Qaydası" (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "X34 keçirilməsi Qaydasına dair Təlimatın təsdiq edilməsi barədə 24/2 nömrəli qərarı; Mülki Prosessual Məcəlləsinin 220, 385; Azərbaycan Respublikasının Konstitusiyasının 60, 71, 129-cu maddələrinə istinadən qeyd edilmişdir ki, Birinci instansiya məhkəməsi qətnaməsində iddia tələblərinin rədd edilməsinə əsas kimi iki arqumenti qeyd etmişdir. Bunlardan birincisi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006) - 3240/2018 nömrəli iş üzrə 22 may 2018-ci il tarixli qətnaməsidir. Həmin qətnamə üzrə iddianın predmet və əsasları ilə hazırki iş üzrə iddianın predmeti və əsasları tamamilə fərqli olduğundan həmin qətnamə iddia tələblərinin rədd edilməsi üçün əsas ola bilməz. Əksinə həmin qətnamədə hazırki iş üzrə əhəmiyyət kəsb edən mühüm faktlar, o cümlədən iddiaçının ümumiyyətlə işə yararlılığına (sadəcə dənizdə və məsafədə iş üzrə deyil, ümumiyyətlə işə yararlılığı) dair tibbi müayinə keçirilmədiyi, cavabdehin psixi xəsətə olduğunu bilə-bilə iddiaçıya dənizdə yeni iş təklif etməsinə onu icbari tibb müayinədən keçirmədən uzun müddət işlətməsi kimi faktlar oz təsdiqini tapmışdır. Odur ki, həmin qətnamə hazırki iş üzrə iddia tələblərinin rəddi deyil, əksinə, iddianın əsaslılığı baxımından sübut əhəmiyyəti daşımaqdadır. Məhkəmənin iddianın rədd edilməsinə əsas kimi digər arqumenti isə iddiaçının quruda işə yararsız olması barədə sübut təqdim etməməsi olduğu qeyd olunur. Bu da tamamilə yalnış və əsassızdır. Hətda məhkəmə qətnaməsində yalnış olaraq müayinələr nəticəsində iddiaçının quruda işləməsinin mümkün olmasının müəyyən edilməsindən bəhs etmişdir. İddiaçının quruda işləməsinin mümkün olmasını müəyyən edən heç bir müayinə olmamışdır. Məhkəmə həqiqətdə olmayan, doğruluğu təsdiq olunmayan hal, hadisə və faktları əsas gətirmişdir. Bu maddi və prosessual qanunvericiliyə zidd olmaqla yanaşı məntiqə və ağıla sığmayan haldır. Məhkəmədə sübut kimi tədqiq olunan tibbi arayışlarda “dənizdə və va uzaq məsafədə’ işə yararlılığın müəyyən edilməsi üçün müayinə aparıldığı göstərilir. "Uzaq Məsafədə sozu nə deməkdir? nəyi ifadə edir, hansı mənanı daşıyır. İddiaçının daha əvvəllər də həmin forma üzrə müayinədən keçirildiyindən "məsafədə" yaxud "uzaq məsafədə sözünün məhz quruda olan məsafələr (məsələn Sanqaçal neft və qaz terminalı, nasos stansiyaları) mənasını daşıdığını bildirmişdir. İddiaçı əvvəllər Cavabdehin Sanqacal neft və qaz terminalında işlədiyi vaxtlarda hansı ki, həmin vaxtlarda dənizə getmirdi və dəniz ilə əlaqəsi yox idi, eyni formalı arayışla tibbi müayinələrdən keçdiyini qeyd edərək "məsafədə" sözünün Cavabdehin qurudakı müəyyən məsafələrdə olan iş yerləri ifadə etdiyini bəyan etmişdir. Cavabdehə məxsus Sanqaçal neft və qaz terminalı, nasos stansiyalarında, həmçinin quruda yerləşən digər obyektlərində işləyən işçilərin (oların dənizlə əlaqəsi yoxdur) hamısı eyni forma üzrə arayışla ("dənizdə və uzaq məsafədə isə yararlılıq’" müayinədən keçirlər. Məhkəmə isə bu xüsusatı aydınlaşdırmadan həmin tibbi arayışın sadəcə dənizdə işə yararlılığı müəyyən etdiyi qənaətinə gəlmiş, bundan əlavə hec bir təsdiqedici sənəd və sübut olmadan iddiaçının quruda isə yararlı olduğu qeyd etmişdir. Sözügedən tibbi arayışda dənizdə və yaxud quruda işçinin hansı əmək funksiyalarını yerinə yetirə bildiyi, yaxud hansını icra edə bilmədiyi, dənizdəki hansı isləri icra edə bilmədiyi, qurudakı, hansı isləri icra edə bilməsi ilə əlaqədar hər hansı təsdiqedıcı qeydlər yoxdur. Əmək müqaviləsi üzrə əmək funksiyalarını görə iddiaçı X38 bütövlüyü uzrə mühəndis kimi həmin boru kəmərlərinə dair təftiş və hesabatları aparır, boru kəmərlərinın salamatlığı üzrə cavabdehlik daşıyır, dənizə getməklə həmin boru kəmərlərinin nəzarət və təftişini həyata keçirir və s. iddiaçının əmək funksiyaları mahiyyət etibarilə dənizlə bağlıdır, lakin bir sıra təftiş, analiz, raport və hesabatlar ofisdə də hazırlanır, tərtib edilir. İddiaçı (İşçi) hansı əmək funksivalarını icra edə bilir, hansıları icra edə bilmir? İddiaçı PSİXİ xəstəliklər olan “Obsessiv-Kompulsiv Pozuntu (F42.0V* (X47) və “Qarısıq Həyacan və Depressiv Pozuntu (F41.2T kimi xəstəliyi ilə hansı əmək funksiyasını quruda icra edə bilir? Məhkəmə hansı əsas və sübutlara əsasən iddiaçını quruda işə yararlı hesab edib. Məhkəmədə buna dair heç bir sübut olmamışdır. Əksinə Məhkəmədə tədqiq olunan bütün sübutlar iddiaçının dənizdə və quruda isə yararsız olduğunu təsdiq etmişdir. İşçinin isə yararlılığı məsələsi, onun əmək müqaviləsi üzrə vəzifələri, həmçinin əmək funksiyalarını yerinə yetirə bilməsi ilə bağlıdır. X44 zamanı məhz işçinin əmək müqaviləsi üzrə əmək funksiyalarını yerinə yetirmək qabiliyyətinin olubolmadığı müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlarla, eləcə də məhkəmə araşdırmasında iddiaçının ümumiyvətlə işə yararlı olub-olmadığına dair müayinə aparılmadığı sübut olunmuşdur. Halbuki cavabdeh qanunla məhz işçini belə tibb müayinədən, yəni ümumiyyətlə işə yararlı olub- olmadığına dair müayinədən keçirilməsini təmin etməli idi. Psixoloji xəstəliyi olan işçinin ümumiyyətlə işə yararlı olub-olmadığı müəyyən edilməli olduğu halda, Cavabdeh iddiaçını özünün ozbaşına müəyyən etdiyi birtipli forma üzrə tibbi müayinədən keçirmişdir ki, bu da qanunla yolverilməzdir. Qaydalara zidd olan bu birtipli müayinəni belə Cavabdeh iddiaçının xəstəliyi ona məlum olandan uzun müddət sonra keçrımişdir. Bütün bu müddət ərzində isə iddiaçı xəstə ola-ola ağır və zərərli işdə işə davam etməyə məcbur olmuş, nəticədə xəstəliyi olduqca kəskinləşmişdir. Cavabdehin özbaşına müəyyən etdiyi birtipli forma üzrə tibbi müayinə apardığı bu formada isə sadəcə dənizdə və uzaq məsafədə isə yararlılıq müəyyən olunduğu, dənizdə və uzaq məsafə xaricində isə yararlılıq, ümumiyyətlə isə yararlılıq barədə tibbi müayinənin aparılmadığı Məhkəmədə təsdiq olunmuşdur. İş üçün mühüm əhəmiyyətli fakt olmasına baxmayarq Məhkəmə sübut kimi istinad etdiyi tibbi arayışlardakı '‘məsafə" sözünün quruda yoxsa dənizdəki obyektlər mənasında işlədildiyi, həmin sözün nəyi ifadə etməsini aydınlaşdırmağa lüzum görməmişdir. Halbuki Cavabdehin qurudakı işçilərini (Sanqaçal neft və qaz terminalının nasos stansiyalarının işçiləri də həmin forma üzrə arayışla tibbi müayinələrdən keçirdiyi məhkəmədə təsdiq olunmuşdur. Məhkəmənin məhkəmədə təsdiq olunan yuxarıda qeyd olunan arqumentlərə münasibəti nədən ibarətdir? Məhkəmə bunları aydın izah etməli olduğu halda bunu etməmiş, beləliklə də qətnaməsini əsaslandırmamış, maddi hüququn nədən ibarət olduğunu, onu nə ücün tətbiq etmədiyini yaxud nə üçün tətbiq etdiyini göstərməmişdir. Bununla da məhkəmə maddi və prosessual hüquq normalarının pozmuşdur. Beləliklə Cavabdehin keçirdiyi tibbi müayinələrin qanunvericiliyə zidd olması bir yana həmin müayinələr nəticəsində verilən tibb arayışlar belə Məhkəmə tərəfindən yalnış təfsir edilmiş, həmin tibbi arayışların belə həqiqi mənası təhrif edilmişdir. Cavabdeh, qanunvericiliyə zidd olaraq, işçilərin ümumiyyətlə (dənizdə və quruda) işə yararlığ barədə tibbi müayinə keçirməməkdədır, əvvəllər də keçirməmiş, hazırda da keçirməməkdədir, təkçə iddiaçıya aid olmamaqla, ümumiyyətlə keçirmir. Məhz cavadbehın bu qanunsuz hərəkəti (hərəkətsizliyi) iddiaçının sağlamlığına ağır zərər vurulmasına gətirib çıxarmışdır. Əgər tibbi müayinələr X44 haqqında qanunvericiliyə uyğun aparılmış olsaydı bütün məsələlər öz həllini tapmış olardı. Məhz həmin qanunvericiliyin tələblərinin pozulması nəticəsində psixi xəstəliyə düçar olmuş iddiaçı barəsində qanunun tələbi olan zəruri tədbirlər həyata keçirilməmişdir. Cavabdehin keçirdiyi tibbi müayinələr onun özbaşına, öz mülahizələrinə görə təyin etdiyi "dənizdə və uzaq məsafədə işə yararlıq" başlığı altında birtipli məhdud forma üzrə keçirilən, X44 haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan müayinələrdir. Beləliklə məhkəmədə tam aşkar olmuşdur ki, Cavabdehin obyektlərində əslində X44 keçirilməmiş, hazırda da X44 qanunla nəzərdə tutulmuş qaydada aparılmamaqdadır və bu hal hələ də davam etməkdədir. Cavabdeh bunu təmin etmir, çəkinmədən ölkə qanunvericliyini pozur, işçilərin sağlamlığını hecə sayır. Məhkəmədə təsdiq olunmuşdur ki, qaydalara uyğun X53 aparıldığını təsdiq edən sənədlər, o cümlədə həkim rəyləri, tibbi müayinələrin nəticələrinə dair yekun akt və digər tibbi müayinə sənədlər mövcud deyildir. Nəticə etibarilə əslində X45 aparılmadığı öz təsdiqini tapmışdır. Çünki bunu təsdiq edən sənədlər, noramtiv qaydalarda nəzərdə tutulan müayinə aktları, həkim rəyləri, tibbi rəy və arayışlar mövcud deyildir. Bunların olmaması Cavabdehin işəgötürən kimi işçilərin işə yararlılığı barədə hər hansı tibbi müayinə aparılmasını təmin etmədiyi təsdiq edir. Bunu cavabdehin nümayəndəsi də məhkəmədə təsdiq etmiş, müayinə kartları, yekun müayinə aktları və sair kimi təsdiqedicı tibbi sənədlər mövcud olmadığı üçün mənkəməyə təqdim edə bilməyəcəyini ehtiraf etmişdir. Beləliklə, Cavabdehin qanunla nəzərdə tutulmuş qaydada X34 keçirilməsini təmin etmədiyi məhkəmədə tam sübut olunmuşdur. İddiaçının psixi xəstəliyi (Obsessiv-Kompulsiv Pozuntu (F42.0)" (X48) və əlavə olaraq da ‘Qarışıq Həyacan və Depressıv Pozuntu (F41.2)" ) səbəbindən işləməsinin onun həyat və sağlamlığı üçün təhlükəli olduğu, onun öz hərəkət və fəaliyyəti təmin edə bilmədiyi məhkəməyə təqdim edilən çoxsaylı mütəxəssis rəyləri, həkim rəyləri, xəstəlik və xəstəliyin simptomları barədə mötəbər rəsmi sənəd, arayış və məlumatlarla tam təsdiq olunub. Lakin qanunvericiliklə məhz cavabdeh iddiaçının işə yararlı olub olmadığına dair tibbi müayənələri keçirmək və bunun nəticəsinə uyğun addımlar atılmasına görə məsuliyyət daşıyır, bunu cavabdeh oz hesabına apardığı X33 təmin etməli, eləcə də bunu lazımi şəkildə rəsmiləşdirməlidir.Goründuyu kimi, məhkəmə araşdırmasında hətda işə yararlığa dair məhdud şəkildə keçirilən tibbi müayinələrin də qaydalara uyğun həyata keçirilmədiyi, müayinə kartı və yekun müayinə aktlarının tərtib edilmədiyi öz təsdiqini tapmışdır. Beləliklə. Məhkəmədə cavabdehin qanunla müəyyən edilmiş qayadada X34 keçirillməsini temin etmədiyi, iddiaçının psixoloji xəstəliyi ona təsiri məlum olan vaxtdan şirkətdaxili emaıl yazışmaları ilə məlumatlandırılıb, email yazışmaları iş materiallarına əlavə edilib və məhkəmədə sübut kimi tədqiq olunub), yəni 2017-ci ilin may ayından 2018-cı ilin fevral ayınadək iddiaçını həkim psixiatrın iştirakı ilə işə yararlı olub-olmadığına dair tibbi müayinənin keçirməyərək onu dənizdə, uzaq məsafədə ofisdə və s. işlətməyə davam etmişdir. 2018-cı ilin fevral ayında isə məhdud şəkildə işə yararlılıq barədə tibbi müayinə keçirilmiş, tibbi arayışla psixi xəstəliyinə görə işə yararsız sayılmış olsa da, hətda bundan sonra da yenə iddiaçını işlətməyə davam etmişdir.Cavabdehin məhz qeyd olunan qanunsuz hərəkətləri (hərəkətsizliyi) iddiaçının psixoloji xəstəliyini (Obsessiv-Kompulsiv Pozuntu (F42.0)" (X48) və əlavə olaraq da ‘Qarışıq Həyacan və Depressiv Pozuntu (F41.2)” son dərəcə ağırlaşmasına səbəb olmaqla onun sağlamlığına böyük zərər vurulması ilə nəticələnmişdir. Cavabdeh işəgötürən şirkət kimi vaxtında və qanunla nəzərdə tutulmuş qaydada tibbi müayinələri keçirmiş olsaydı iddiaçının (işçinn) xəstəliyi və sağlamlıq vəziyyəti vaxtında aşkar edilər, işdən uzaqlaşdırılar və işə sərf etdiyi vaxtları müalicəsinə sərf etmiş olardı, bununla da onun sağlamlığına zərər vurulmaz, əksinə sağlamlıq vəziyyəti olduqca yaxşılaşar, əmək qabiliyyət də itməmiş olardı. Qeyd olunmalıdır ki, cavabdeh qanuna zidd olaraq iddiaçının işə qəbulu zamanı, eləcə də ondan sonra da həkim psixiatrın iştirakı ilə tibbi müayinədən keçriməmiş, onun vəzifəsi dəyişən zaman, ağır və zərərli işdə yeni vəzifəyə təyin edən zaman da yenə də sözügedən müayınədən keçirməyərək X34 keçirilməsi haqqında qanunvericiliyi pozmuşdur. Əgər cavabdeh qanunun tələbinə əməl edərək vaxtında həkim psixiatrın iştirakı ilə tibbi müayinələrin keçirilməsini təmin etsəydi, o zaman iddiaçının sağlamlığına vurulacaq zərərin qarşısını almaq mümkün olardı. İddiaçının təqdim etdiyi və məhkəmə araşdırmasında tədqiq olunan çoxsaylı sübutlarla iddianın əsaslı olduğu tam təsdiq olunmuşdur. Məhkəmə nədənsə bu sübutlara və əsaslara, o cümlədən məhkəmədə işin müəyyən edilmiş hallarına, habelə iddiaçının istinad etdiyi huquq normalarına heç bir münasibət bildirməmişdir. Bütün bunlar azmış kimi Məhkəmə mövcud olan bəzi sübutların (tibbi arayışlar) da mənasını təhrif etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin iddia tələbinin rəddi üçün göstərdiyi arqumentlər tamamilə əsassızdır, heç bir fakta, sübuta, qanuna və hər hansı normativ hüquqi aktlara söykənmir. Məhkəmədə təkzibolunmayan faktlarla sübut olunmuşdur ki, yuxarıda qeyd olunan normativ qaydalara uyqun X44 keçirilməmiş, qaydalara uyğun formada yekun müayinə aktları, müayinə kartları, tibbi arayışlar və digər tibbi sənədlər tərtib olunmamışdır. Buna görə də qeyd olunan tibbi sənədlərin məhkəməyə təqdim olunması mümükünsüz olmuşdur. Həmçinin təsdiq olunmusdur ki, bir ildə bir dəfə psixiatrın iştirakı ilə keçirilməli olan qanuni X44 keçirilməmiş, iki ildə bir dəfə Cavabdehin qanuna zidd olaraq özbaşına müəyyən etdiyi məhdud forma üzrə müayinə keçirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X22 apellyasiya şikayətini müdafiə edərək, şirkət tərəfindən X45 həyata keçirilmədiyini, iddiaçının öz xəstəliyi barədə şirkətin mail ünvanına məlumat verməsinə baxmayaraq onu işlətməyə davam etdiklərini, dənzidə olduğu günlərdə ona əlavə ödənişlər edildiyini və bununla bağlı çıxarışların olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X24 apelllyasiya şikayətini qəbul etməyərək, iddiaçının orada 2008-ci ildən işlədiyini, onun işinin ofis işi olduğunu, dənizə ildə bir neçə dəfə getdiyini, onun vəzifəsinin boru kəmərlərinə nəzarət və onun vəziyyəti barədə məsləhət olduğunu, iddiaçının şöbəsi ləğv edildikdən sonra ona dənzidə digər işin təklif edildiyini və iddiaçının həmin işi qəbul etdiyini, müqavilə bağlanan zaman xəstə olduğunu bildirdiyini, müayinə arayışlarında yalnız sonuncu arayışda dənizdə və uzaq məsafədə işləməyə yararsız olduğunun qeyd edildiyini, əvvəlki arayışlarda yararlı olduğunun qeyd edildiyini bildirmişdir. İddiaçı nümayəndəsi vəkil X22 iclas zamanı İddiaçı yazılı izahatını təqdim edir. Birinci instansiya məhkəməsi iddia tərəfinin demək olar ki, heç bir sübut və arqumentinə, istinad və mülahizələrinə münasibət bildirməmiş, onlara heç diqqət belə verməmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsinin iddiaçının istinad və mülahizələrinə lazimi diqqət ayırmasını və onlara dair münasibətini bildirməsini xahiş edir.Cavabdeh şirkət iddiaçını, eləcə də onun kimi Neft-Qaz sənayesi işçiləri üçün qanunla icbari olan Həkim- Nevropatoloqun və Həkim-Psixiatrın müayinəsindən keçirilməni, həm işə qəbul zamanı, həm də ondan sonra ildə bir dəfə olmaqla təmin etməli olduğu halda, bunu etməmiş, bundan yayınmışdır. Bu icbari müayinələr indi də həyata keçirilmir, bu hal davam edir. Cavabdeh şirkət insanların (işçilərin) həyat və sağlamlığını təhlükəyə atmağa davam edir, qanun pozuntusu davam etməkdədir.İddiaçı 26 Yanvar 2009-cu il tarixdə qüvvəyə minən əmək müqaviləsinə əsasən cavabdeh şirkətdə ağır, zərərli və təhlükəli istehsalat işi olan Hasilat üzrə Texnik (təcrübə keçən) vəzifəsinə işə qəbul olunmuş və Səngəçal Neft-Qaz Terminalında işləməyə başlamışdır.Cavabdeh işəgötürən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "İşçilərin tibbi müayinədən hökmən keçməsini tələb edən peşələrin, istehsalatların, və müəsissələrin siyahısının və belə müayinələrin keçirilməsi qaydasının təsdiq edilməsi haqqında” 5 May 1998-ci il tarixli 107 nömrəli qərarına əsasən işçi İddiaçı ilkin X42 keçirməli olduğu halda bunu etməmişdir. Cavabdeh şirkət işə qəbul zamanı istehsalatda olan bütün zərərli istehsalat amillərini və əlverişsiz əmək şəraitini özündə tam əks etdirən göndəriş sənədini tibbi müayinəni keçirəcək Müalicə-Profilaktika Mərkəzinə (bundan sonra - MPM) göndərilməni, Neft-Qaz sənayesi işçiləri üçün qanunda tələb olunan bütün ixtisas həkimlərinin o cümlədən, Həkim- Nevropatoloqun və Həkim-Psixiatrın müayinəsindən keçirilməni təmin etməli idi. MPM tibbi müayinənin sonunda işə yararlılıq haqda həkim komissiyasının yekun tibbi rəyi əsasında İddiaçı işə buraxmalı idi. Cavabdeh şirkətin Səngəçal Neft-Qaz Terminalında olan zərərli və təhlükəli istehsalat amilləri ilə işləməyə qarşı tibbi əksgöstəriş olacağı təqdirdə xüsüsən də "İşçilərin X44dən keçirilməsini tələb edən zərərli və istehsalat amillərinin” siyahısında qeyd olunduğu kimi ağır, zərərli və təhlükəli istehsalat amillərinin işçinin sağlamlığa təsiri nəticəsində yaranma ehtimalı böyük olan tibbi əksgöstəriş müəyyən olunacağı təqdirdə işçinin ağır, zərərli və təhlükəli istehsalatda işləməsinə yol verilmir. Cavabdeh BP şirkəti işçinin həyat və sağlamlığını təhlükə altına ataraq onu icbari olan həkim-nevropatoloq və həkim-psixiatrın tibbi müayinəsindən keçirmədən onu şüurlu zərərli və təhlükəli istehsalatda işləməyə cəlb etmişdir.Cavabdeh şirkət iddiaçını dənizdə və qurudakı istehsalat sahələrində (ağır, zərərli və təhlükəli istehsalat) işlətmək üçün aşağıdakı təlimlərə cəlb etmiş və onu müvafiq sertifikatlarla təmin etmişdir:"POET Training” - X35 üzrə Təlim (təlim vaxtı: 15 sentyabr 2017-ci il verilən Sertifikat 14 Sentyabr 2021-ci il tarixədək keçərlidir) "X2” - Əməyin Sağlamlığı üzrə Beynəlxalq Təlim - 2013-cü il tarixli BOSİET - "X51 İnduction and Emergency Training” - Dənizdə Təhlükəsizlik and Fövqəladə hallar üzrə Təlim (təlim vaxtı : 18 Noyabr - 20 Noyabr 2013-cü il. verilən Sertifikat 19 Noyabr 2017-ci il tarixədək keçərlidir) HUET - "X20 Training” - Suyun altında batmış Helikopterdən çıxmaq Təlimi (təlim vaxtı: 15 Senytbar 2017-ci il. verilən Sertifikat 14 Sentyabr 2021-ci il tarixədək keçərlidir)FBS - "X26” - Fövqəladə hallarda Nəfəs almaq Təlimi (təlim vaxtı: 15 sentyabr 2017-ci il. verilən Sertifikat 14 Sentyabr 2021-ci il tarixədək keçərlidir)Cavabdeh iddiaçını özünün məhdud çərçivədə keçirdiyi tibbi müayinə əsasında ağır, zərərli və təhlükəli Dəniz işinə yararlı hesab etmiş, həmin vaxt qüvvədə olan Azərbaycan Resublikasının Nazirlər Kabinetinin X33 bağlı 5 May 1998-ci il tarixli 107 Nömrəli qərarının tələblərinə əsasən tibbi müayinədən keçirilmədən işə buraxmaqla onun həyat və sağlamlığını təhlükəyə atmışdır.Halbuki həmin qanuna əsasən işə qəbul zamanı istehsalatda olan bütün zərərli istehsalat amillərini və əlverişsiz əmək şəraitini özündə tam əks etdirən göndəriş sənədi tibbi müayinəni keçirəcək Müalicə-Profilaktika Mərkəzinə (MPM) göndərilməli. MPM-dən işə yararlılıq haqda həkim komissiyasının yekun rəyini əldə olunmalıdır.Qeyd olunan qanun normalarına əməl edilmədən, cavabdehə məxsus Səngəçal Neft- Qaz Terminalında olan zərərli və təhlükəli istehsalat amillərinə qarşı işə yararlılıq müəyyən olunmadan, xüsusilə də həkim-nevropatoloq və həkim-psixiatr tərəfindən işə yararlılıq müəyyən olunmadan iddiaçı ağır, zərərli və təhlükəli istehsalatda işlədilmişdir. Qeyd olunmalıdır ki, Əmək müqaviləsinə əsasən işçi (iddiaçı) İddiaçı 26 Yanvar 2009-cu il larixdən 18 İyun 2010-cu il tarixədək təkcə Hasilat üzrəTexnik (təcrübə keçən) kimi deyil, həm də Hasilat üzrə Texniklərin əmək funksiyalarını istehsalatda yerinə yetirmişdir və bu dövrdə davamlı olaraq sağlamlığı ağır, zərərli və təhlükəli istehsalat amillərinin təsirinə məruz qalmışdır.Cavabdeh həmin vaxtlarda və ondan sonra da uzun müddət işçilərin əmək funksiyalarını əmək müqaviləsində qeyd olunmasını təmin etməyərək onları ən müxtəlif işlərdə, o cümlədən ağır və zərərli işlərdə işlətmişdir. Qeyd olunan tarixlərdən 2015-ci ilədək Cavabdeh işəgötürən ağır, zərərli və təhlükəli istehsalatda çalışan işçilərin əmək müqavilələrində onların əmək funksiyalarının göstərilməsini təmin etməmiş, bundan yayınmış, işçilərin əmək funksiyalarının əmək müqaviləsi və ya ona əlavələrlə, yaxud digər sənədlərlə müəyyən edilə bilən olmasını təmin etməmişdir.Cavabdeh şirkət qanuna zidd olaraq işçilərlə bağladığı Əmək Müqavilələrində işçinin əmək funsiyalarını uzun müddət göstərməmiş, bir-iki ümumi cümlə ilə kifayətlənmişdir. Əmək funksiyalarını tam göstərən Əlavə qoşma sənədi yalnız 4 Avqust 2015-ci ildən sonra işçilərə verilməyə başlanmışdır.Beləliklə işçilər müvafiq qanun normaları ilə tənzimlənən icbari müayinələrdən keçirilmədən uzun müddət ağır, təhlükəli və zərərli işlərdə işlədilmişdir və bu hal hələ də davam edir.2009-cu ildə işə qəbul olunan İddiaçı 2015-ci ildə "X29 somotafor disfunksiyası” xəstəliyi diaqnozu qoyulmuşdur. Elə həmin ildən nevrotik və psixoloji pozuntular özünü biruzə verməyə başlamışdır.İnternational SOS klinikasının 20 Noyabr 2008-ci il tarixli AA/2011/02 nömrəli tibbi arayışı təsdiqləyir ki, işçi İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İşçilərin tibbi müayinədən hökmən keçməsini tələb edən peşələrin, istehsalatların, və müəsissələrin siyahısının və belə müayinələrin keçirilməsi qaydasının təsdiq edilməsi haqqında ” 5 May 1998-ci il tarixli 107 Nömrəli Qərarının tələblərinə əsasən müayinədən keçirilməyib. Cavabdeh İşəgötürən işçi İddiaçı xüsüsən də, "İşçilərin X44dən keçirilməsini tələb edən zərərli və istehsalat amillərinin" siyahısında qeyd olunduğu kimi ağır, zərərli və təhlükəli istehsalat amillərinin işçinin sağlamlığa təsiri nəticəsində yaranma ehtimalı böyük olan və tibbi əksgöstəriş olan "X29 nəzərə çarpan pozulması” hesab olunan və işçi İddiaçı həkim- nevropatoloqlar tərəfindən 2015-ci ildən başlayaraq qoyulun "X29 somotafor disfunksiyası” xəstəliyi diaqnozu səbəbindən ağır, zərərli və təhlükəli istehalat işinə yararlı olub-olmadığını müəyyən etməliydi. Səngəçal Neft-Qaz Terminalında olan zərərli və təhlükəli istehasalat amilləri ilə işləməyə qarşı tibbi əksgöstəriş müəyyən olunacağı təqdirdə işçini ağır, zərərli və təhlükəli istesalatda işlətməməliydi. MediClub klinikasının 23 Noyabr 2010-cu il tarixli N-001401 nömrəli tibbi arayışında qeyd olunur ki, işçi İddiaçı Azərbaycan Respublikasının 13 Nömrəli qərarının tələblərinə əsasən tibbi müayinədən keçirilib və Dəniz və Məsafədə işə yararlıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 2010-cu ildə X33 bağlı 13 nömrəli heç bir qanunu mövcud olmayıb. O zaman İcbari ilkin və dövri tibbi müavinlərlə bağlı yeganə qüvvədə olan qanun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "İşçilərin tibbi müayinədən hökmən keçməsini tələb edən peşələrin, istehsalatların və müəsissələrin siyahısının və belə müayinələrin keçirilməsi qaydasının təsdiq edilməsi haqqında" 5 May 1998-ci il tarixli qərarı olub. Cavabdeh İşəgötürən işçi İddiaçı Azərbaycan Resublikasının Nazirlər Kabinetinin X33 bağlı 5 May 1998-ci il tarixli 107 Nömrəli qərarının tələblərinə əsasən tibbi müayinədən keçirtməyib, dövri tibbi müayinə zamanı istehsalatda olan bütün zərərli istehsalat amillərini və əlverişsiz əmək şəraitini özündə tam əks etdirən göndəriş sənədini tibbi müayinəni keçirəcək MPM-ə göndərməyib, qanunun tələblərinə əsasən MPM-dən işə yararlılıq haqda həkim komissiyasının yekun rəyini əldə etmədən, quruda yerləşən Səngəçal Nelt-Qaz Terminalında olan zərərli və təhlükəli istehsalat amillərinə qarşı işə yararlılığı müəyyən olunmadan və xüsusən də həkim-nevropatoloq və həkim-psixiatr tərəfindən işə yararlılığı müəyyən olunmadan ağır, zərərli və təhlükəli istehsalatda işlətmişdir.X29 somatofor disfunksiyası" nevrotik xəstəliyinin və "Obsessiv-Kompulsiv Pozuntu" nevrotik psixi xəstəliyinin simptomları İşçi İddiaçı 2010-2011-ci illərdə Səngəçal X17 üzrə Texnik vəzifəsində işləyəndə başlamışdır. Bu simptomlar gecə növbələrində işləyəndə daha da kəskinləşmişdir. Lakin, cavabdeh işəgötürənin təqsiri ucbatından X13vericiliyin tələblərinə uyğun keçirilmədiyinə görə və müayinə zamanı həkim-nevropatoloq və həkim-psixiatr iştirak etmədiyinə görə və işçini müayinə etmədiyinə görə işçi İddiaçı hansı xəstəliklərindən əziyyət çəkdiyini uzun illər bilməmişdir. Qeyd olunan nevrotik və psixi xəstəliklərlə uzun müddət işə davamiyyət iddiaçıda bu xəstəliklərin olduqca kəskinləşməsinə aparıb çıxarmışdır. İddiaçı faktiki olaraq təkcə BP-nin özünün məhdud çərçivəli standartına əsasən yalnız həkim-terapevt Teymur Mirzəbəyli tərəfindən müayinə olunub və cavabdeh işəgötürəndə işçinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən X42 keçirməsi haqda heç bir sübut yoxdur, yəni, dövri tibbi müayinə zamanı istehsalatda olan bütün zərərli istehsalat amillərini və əlverişsiz əmək şəraitini özündə tam və mütləq şəkildə əks etdirən göndəriş sənədini (İşəgötürən tərəfindən MPM-ə göndərilməli olan) və tibbi müayinən nəticələrinə dair həkim komissiyasının yekun rəyi yoxdur. Qeyd olunmalıdır ki, Əmək müqaviləsinə əsasən işçi İddiaçı 18 İyun 2010-cu il tarixdən 3 Sentyabr 2012-cu il tarixədək təkcə Hasilat üzrə Texnik kimi deyil, həm də əmək funksiyaslndan kənar istehsalat işlərini yerinə yetirmişdir və bu dövrdə ağır, zərərli və təhlükəli istehsalat amillərinin təsirinə məruz qalmışdır. İddiaçı Əmək müqaviləsinə əsasən 3 Sentyabr 2012-ci il tarixdən 2 Sentyabr 2013-cu il tarixədək ağır, zərərli və təhlükəli istehsalatdan kənar olan işdə yəni, BP-nin X10 təkmilləşdirilməsi üzrə proqramda təlimçi vəzifəsində işləmişdir. 2 Sentyabr 2013-eu il tarixdən 1 Fevral 2016-ci il tarixədək bağlanmış Əmək Müqaviləsinə əsasən X52 üzrə Mühəndis (Gənc Mütəxəssis) vəzifəsində işləyib və müntəzəm olaraq cavabdeh şirkətin dəniz neft-qaz platformalarında, X43 inspeksiya və təmir edən gəmilərdə, Səngəçal Neft-Qaz Terminalında və BP-nin boru kəmərləri üzrə podratçılarının istehsalat sahələrində yəni, ağır, zərərli və təhlükəli istehsalat sahələrində işləmiş və bununla yanaşı ofisdə də işləmişdir. Cavabdeh işəgötürən "X34 təkmilləşdirilməsi barədə” 46 nömrəli Qərara əsasən işçini 2 Sentyabr 2013-cu il tarixdə yenidən İlkin və yaxud dövri X42 keçirməliydir. Dövri müayinə zamanı istehsalatda olan bütün zərərli istehsalat amillərini və əlverişsiz, əmək şəraitini özündə tam əks etdirən göndəriş sənədini tibbi müayinəni keçirəcək MPM-ə göndərməliyidi. İcbari olan Həkim-Nevropatoloqun və Həkim-Psixiatrın müayinəsindən keçirilməyini MPM-dən tələb etməliydi, xüsüsən də, "İşçilərin X44dən keçirilməsini tələb edən zərərli və istehsalat amillərinin” siyahısında qeyd olunduğu kimi ağır, zərərli və təhlükəli istehsalat amillərinin işçinin sağlamlığa təsiri nəticəsində yaranma ehtimalı böyük olan və tibbi əksgöstəriş olan "X29 nəzərə çarpan pozulması” diaqnozu və işçi İddiaçı həkim-nevropatoloqlar tərəfindən 2015-ci ildən başlayaraq qoyulan "X29 somotafor disfunksiyası” xəstəliyi diaqnozu səbəbindən ağır, zərərli və təhlükəli istehalat işinə yararlı olub-olmadığının müəyyən olunmasını təmin etməli idi. Cavabdeh şirkət işçinin (İddiaçı) müntəzəm olaraq işlədiyi X4 Kəmərlərini inspeksiya və təmir edən gəmilərdə, Səngəçal Neft-Qaz Terminalında və BPnin boru kəmərləri üzrə podratçı şirkətlərin istehsalat sahələrində olan zərərli və təhlükəli istehasalat amilləri ilə işləməyə qarşı tibbi əksgöstəriş müəyyən olunacağı təqdirdə işçini ağır, zərərli və təhlükəli istehsalatdan vaxtında uzaqlaşdırmalıydı və X53 nəticəsində həkim komissiyasının yekun rəyinə əsasən şirkətdə başqa işə keçirməli idi.Əmək müqaviləsinə əsasən işçi İddiaçı 2 Sentyabr 2013-cu il tarixdən 5 Avqust 2015-ci il il tarixədək təkcə X52 üzrə Mühəndis kimi deyil, həm də əmək funksiyasından kənar istehsalat işlərini Dəniz platformalarında, Sualtı Kəmərlərinini inspeksiya və təmir gəmilərində, Səngəçal Neft-Qaz Terminalında və BP-nin boru kəmərləri üzrə podratçı şirkətlərinin istehsalat sahələrində yerinə yetirmişdir və bu dövrdə sağlamlığı ağır, zərərli və təhlükəli istehsalat amillərinin təsirinə məruz qalmışdır.İşçi İddiaçı 2 fevral 2015-ci il tarixdə MediClub tibbi klinikasında həkim- nevropatoloqlar tərəfindən peşə xəstəliyi olma ehtimalı böyük olan və illərboyu həm Səngəçal Neft-Qaz Terminalında, həm Dəniz platformalarında, həm də iş gəmilərində olan zərərli və təhlükəli istehsalar amillərindən yarana biləcək nevrotik xəstəlik olan "X29 somotafor disfunksiyası” F45.3 ( X3 kodu 1'45.3-diir) diaqnozu qoyulur. Azərbaycan Respublikasının "Əlilliyin müəyyən olunmasının meyarları”nın təsdiq edilməsi barədə 1 Yanvar 2020-ci il tarixdə qüvvəyə minmiş qərarına əsasən "Somotafor Pozuntular” F45 sinimə daxili olan nevrotik pozuntular, o cümlədən F45.3 diaqnozlu xəstələr əlil hesab edilir.İşçi İddiaçı 7 Fevral 2017-ci il tarixdə "MediClub" tibbi klinikasında həkim-nevropatoloqlar tərəfindən yenidən eyni nevrotik xəstəlik yəni. "X29 somotafor disfunksiyası” F45.3 diaqnozu qoyulur. Qeyd olunan tibbi məlumatlar MediClub tibbi klinikasının 10 Fevral 2018-ci il tarixli tibbi arayışında öz təsdiqini tapır. MediClub klinikasının 2 Dekabr 2015-ci il tarixli N-012427 nömrəli tibbi arayışı təsdiq edir ki, cavabdeh işəgötürən işçi İddiaçı yalnız həkim-terapevt Könül Rzayeva tərəfindən "X34 təkmilləşdirilməsi barədə" 46 nömrəli Qərarının tələblərinə əsasən deyil, yalnız BP-nin özünün standartına əsasən məhdud çərçivəli tibbi müayinədən keçirib, məcburi olan həkim-nevropatoloq və həkim-psixiatrın tibbi müayinəsindən keçirtməyib və 2 Dekabr 2015-ci il tarixdən 2 Dekabr 2017- ci i il tarixədək ağır, zərərli və təhlükəli Dəniz və Məsafədə işə yararlı hesab edib.Cavabdeh iddiaçını qüvvədə olan Azərbaycan Resublikasının NK "X34 təkmilləşdirilməsi barədə"' 46 nömrəli qərarının tələblərinə əsasən tibbi müayinədən keçirtməyib, qanunun tələblərinə əsasən MPM-dən işə yararlılıq haqda həkim komissyasının yekun rəyini əldə etmədən. Dəniz platformalarında, X43 inspeksiya və təmir edən gəmilərdə, Səngəçal Neft-Qaz Terminalında və BP-nin boru kəmərləri üzrə podraçtı şirkətlərin istehsalat sahələrində olan zərərli və təhlükəli istehsalat amillərinə qarşı işə yaraddığı müəyyən olunmadan və xüsusən də həkim-nevropatoloq və həkimpsixiatr tərəfindən işə yararlılığı müəyyən olunmadan ağır, zərərli və təhlükəli istehsalatda işlətmişdir.İşçi İddiaçı faktiki olaraq təkcə Cavabdeh şirkət BP-nin özünün məhdud çərçivəli standartına əsasən yalnız həkim-terapevt Könül Rzayeva tərəfindən müayinə olunub və cavabdeh işəgötürəndə işçini X44 haqda 46 qərara əsasən tibbi müayinədən keçirməsi haqda heç bir sübut yəni, dövri müayinə üçün istehsalatda olan bütün zərərli istehsalat amillərini və əlverişsiz əmək şəraitini özündə tam əks etdirən göndəriş sənədi ( İşəgötürən MPM-ə göndərməliydi) və tibbi müayinə nəticələrinə dair həkim komissiyasının yekun rəyi yoxdur.İşçi İddiaçı Əmək müqaviləsinə əsasən 1 Fevral 2016-eı il tarixdən 4 Aprel 2018-ci il tarixədək X38/ axın xəttlərinin bütövlüyü üzrə mühəndis vəzifəsində işləyib və müntəzəm olaraq cavabdeh işəgötürən BP-nin dəniz neft-qaz platformalarında, X43 inspeksiya edən gəmilərdə, Səngəçal Neft-Qaz terminalında və BP-nin boru kəmərləri üzrə podratçı şirkətlərinin istehsalat sahələrində yəni, ağır, zərərli və təhlükəli istehsalat sahələrində işləmiş və istehsalat amillərindən kənar ofisdə də işləmişdir.İşçi İddiaçı əlavə olaraq 18 May 2017-ci il tarixdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) X14 tərəfindən nevrotik psixi xəstəlik olan "Obsessiv-Kompulsiv Pozuntu” ( Əsasən sarışan fikirlər və ya düşüncələr) F42.0 ( X1 əsasən psixi xəstəliyin kodu 1 42.0-dır) diaqnozu qoyulur və İşçi İddiaçı həmin tarixdən başlayaraq RMDM-nin Psixiatriya şöbəsində xəstə olaraq qeydiyyatda olur. Qeyd olunan tibbi məlumatlar RMDM-in 18 May 2017-ci il tarixli L0744411 nömrəli X54 (D2) olan tibbi arayışla öz təsdiqini tapır.İşçi İddiaçı 17 May 2017-ci tarixdən başlayaraq 8 İyun 2017-ci il tarixdək işlədiyi BP-Azərbaycan şirkətinin X18 idarəsində bir-başa rəhbər- meneceri olan Nil Kitneyə (Neil Kitney) və BP-də Əməyin Sağlamlığı üzrə Şöbənin rəhbəri Elnur Mirzəzadəyə şirkətdaxili rəsmi elektron məktublar yazmaqla psixi xəstəliklərdən əziyyət çəkdiyini və ona həkim-nevropatoloqlar tərəfindən və həkim- psixiatr tərəfindən "Obsessiv-Kompulsiv Pozuntu”, "Konsentrasiya pozuntusu" və "Həyacan pozuntusu” psixi xəstəlik diaqnozlarının qoyulduğunu məlumatlandırmışdır və həm rəhbər -menecer Nil Kitneydən, həm də Əməyin Sağlamlığı üzrə Şöbənin rəhbəri Mirzəzadədən işçi İddiaçı yazılan şirkətdaxili rəsmi cavab elektron məktublarla işçi İddiaçı nevrotik psixi xəstəliklərdən əziyyət çəkdiyi haqda məlumatlı olduqlarını təsdiq etmişlər.Əməyin Sağlamlığı üzrə Şöbənin rəhbəri Elnur Mirzəzadə həkim-psixiatr Murad Sultanovla telefon əlaqəsi qurduğunu təsdiq etmişdir və üstəlik Elnur Mirzəzadə də həkimpsixiarın iştirakı ilə növbədənkənar X42 keçirmədən və işçinin işə yararlılığı müəyyən olunmadan həmin dövrdə 3 günlük müddətdə ağır, zərərli və təhlükəli istehsalat işi olan dəniz işinə getməyinə icazə belə vermişdir.Qeyd olunan məlumatlar 17 May 2017-ci il tarixdən 8 İyun 2017-ci il tarixədək işçi İddiaçı ilə BP-də rəhbər-menecer Nil Kitııey (Neil Kitney) və Əməyin Sağlamlığı üzrə Şöbə rəhbəri Elnur Mirzəzadə arasında olan şirkətdaxili rəsmi elektron məktub yazışmaları ilə tam təsdiq olunur.İşçi İddiaçı 17 May 2017-ci il tarixdən başlayaraq 8 İyun 2017-ci il tarixədək cavabdeh şirkətdə onun bilavasitə rəhbər-meneceri olan Nil Kitneyi və Əməyin Sağlamlığı üzrə Şöbənin rəhbəri Elnur Mirzəzadəni nevrotik psixi xəstəliklərdən əziyyət çəkdiyini və həkim-nevropatoloq və həkim-psixiatr tərəfindən müalicə olunduğunu məlumatlandırsada, cavabdeh şirkət işçi İddiaçı psixi xəstəlikləri və xüsusən də "X34 təkmilləşdirilməsi barədə” 46 Nömrəli qərarda "İşçilərin X44dən keçirilməsini tələb edən zərərli və istehsalat amillərinin" siyahısında qeyd olunduğu kimi ağır, zərərli və təhlükəli istehsalat amillərinin işçinin sağlamlığa təsiri nəticəsində yaranma ehtimalı böyük olan və tibbi əksgöstəriş olan və peşə xəstəliyi hesab olunan "X29 nəzərə çarpan pozulması” və işçi İddiaçı həkim-nevropatoloqlar tərəfindən qoyulun "X29 somotafor disfunksiyası” xəstəliyi diaqnozu səbəbindən ağır, zərərli və təhlükəli istehalat işinə yararlı olub-olmadığını və həmçinin mühəndis olaraq psixi xəstəlikləri səbəbindən peşə əmək funksiyalarını həm ağır, zərərli və təhlükəli istehsalatda və həm də istehsalatdan kənar ofis işində peşə əmək qabiliyyətinin olub-olmamasını X33 müəyyən edilməsini təmin etməmişdir.Cavabdeh BP şirkəti işçi X53 haqqında qanunverciliyi pozaraq İddiaçı nevrotik psixi xəstəliklərdən əziyyət çəkdiyi bir vaxtda, əsasən 18 May 2017-ci il tarixdən başlayaraq həkim-psixiatrın iştirakı ilə növbədənkənar X42 keçirmədən və işçinin peşə əmək qabiliyyətinin olub-olmamasını müəyyən etmədən 15 Senytabr 2017-ci il tarixdə işçini X35 üzrə Təlimə (X28 Training) göndərmiş və onu ölüm təhlükəsi ilə üz-üzə qoymuşdur. Belə ki, həmin təlim zamanı helikopter dəfələrlə dərin suya batdıqdan sonra təlimdə iştirak edən işçi İddiaçı helikopterin pəncərəsindən çıxmalı və həyatını suda batmaqdan xilas etməli olub. Bu təlim zaman işçi İddiaçı əziyyət çəkdiyi Obsessiv-Kompulsiv Pozuntu və Qarışı həyacan və Depressiv pozuntu xəstəliklərinin simptomları daha da kəskinləşmiş, O, dəhşətli qorxu, stress və həyəcan keçirmişdir. Beləliklə cavabdeh şirkət qanunu pozaraq işçinin (iddiaçının) 2017-ci ilin mayiyun aylarında və ondan sonra da nə növbədənkənar X42 keçirilməsini, nə də özünün məhdud çərçivədəki müayinədən keçirilməsini təmin etməmişdir.İddiaçı nevrotik psixi xəstəliklər səbəbindən peşə əmək qabiliyyətini müvəqqəti itirmə ehtimalı böyük olan vəziyyətdə 17 May 2017-ci il tarixdən 16 Noyabr 2017-ci tarixədək yəni, formal da olsa növbəti dövri X45 və BP şirkətinin daxili dövri tibbi müayinənin keçirilməsi tarixinədək davamlı olaraq həm ağır, zərərli və təhlükəli istehsalat sahələri olan Dəniz neft-qaz platformalarında, iş gəmilərində, Səngəçal Neft-Qaz Terminalında və BP-nin boru kəmərləri üzrə podratçı şirkətlərinin istehsalat sahələrində işlədilmişdir. Beləliklə, cavabdeh şirkətin təqsiri nəticəsində İddiaçı sağlamlığına zərər vurulmuş, onun aylar boyunca dərin mənəvi və psixoloji sarsıntı keçirməsinə səbəb olmuşdur.Cavabdeh şirkət İddiaçı nevrotik psixi xəstəlikləri səbəblərinə görə, həm peşə xəstəliyi olma ehtimalı yüksək olan "X29 Somotafor dislünksivası", həm də "Obsessiv-Kompulsiv Pozuntu" və "Qarışıq həyəcan və depressiv pozuntu'' psixi nevrotik xəstəliklərinə görə peşə əmək qabiliyyətini müvəqqəti və ya daimi itirmə ehtimal ehtimalı vüksək olan vəziyyətdə 17 May 2017-ci il tarixdən 16 Noyabr 2017-ci il tarixədək onu ağır, zərərli və zəhliikəli istehsalat sahələrində işlətməklə həm işçinin öz həyatını, həm də istehsalat sahələrini böyük təhlükəyə atmışdır.Cavabdeh şirkət nevrotik psixi xəstəliklərdən əziyyət çəkən işçi (iddiaçı) İddiaçı uecikdirilmiş olsa da dövri X42 keçirilməsi üçün 16 Novabr 2017-ci il tarixdə X11 göndərir. Cavabdeh şirkət X5 işçi İddiaçı nevrotik psixi xəstəlikləri səbəbi ilə işə yararlı olııb-olmadınığı təyin etmək üçün həm həkim-nevropatoloq, həm də həkim-psixiatr tərəfindən ağır.zərərli və təhlükəli istehsalatda işə və istehsalat amilllərindən kənar ofis işinə yaraddıq müayinəsinin keçirilməsini tələb etməliydi, dövri müayinə zamanı istehsalatda olan bütün zərərli istehsalat amillərini və əlverişsiz əmək şəraitini özündə tam əks etdirən göndəriş sənədini MPM-ə göndərməliyidi və həkim-nevropatoloqıın və həkim- psixiatrın yekun tibbi rəyini tələb etməliydi.X8 həkim-terapevti Kənan İbrahimli isə işçi İddiaçı heç bir həkimnevropatoloqun və həkim-psixiatrın müayinəsindən keçirtməyərək və nevrotik psixi xəstəlikləri səbəbi ilə işə yararlı olub-olmadığını müəyyən etmədən, X8 16 Noyabr 2017-ci il tarixli 57099 X55 Müavinə nəticəsində verilən Tibbi Arayış ilə işçi İddiaçı 16 May 2018-ci il tarixədək "Dəniz və yaxud Məsafədə işə yararlı" yəni, ağır, zərərli və təhlükəli istehsalatda işə yararlı kimi qiymətləndirir.Cavabdeh şirkət yenidən qəsdən və bilərəkdən hərəkətsizlik edir və X5 işçi İddiaçı nevrotik psixi xəstəlikləri səbəbi ilə işə yararlı olubolmadığını müəyyən etmək üçün məhz həkim-nevropatoloq və həkim-psixiatr tərəfindən müayinə olunmasını tələb etmir və yalnız həkim-terapevt Kənan İbrahimli tərəfindən yazılmış qeyri-məntiqi tibbi arayışa istinad edərək nevrotik psixi xəstəliklərdən davamlı əziyyət çəkən işçi İddiaçı 16 Noyabr 2017-ci il tarixdən 22 fevral 2018-ci il tarixədək nevrotik psixi xəstəliklər səbəbindən peşə əmək qabiliyyətini müvəqqəti və ya daimi itirmə ehtimalı bövük olan vəziyyətdə 22 Fevral 2018-ci il tarixədək (işçi İddiaçı israrlı təkid və tələbi ilə baş; tutacaq növbədənkənar X45 keçirilməsi tarixinədək) davamlı olaraq həm ağır, zərərli və təhlükəli istehsalat işi olan Dəniz Platformalarında, Səngəçal Neft-Qaz Terminalında, BP-nin boru kəmərləri üzrə podratçı şirkətlərinin istehalat sahələrində və həm də istehalal amillərindən kənar ofisdə işlətmişdir.Beləliklə çavabdeh şirkət xəstə olduğunu bildiriyi iddiaçı barəsində qanunla keçirilməli olan X34 keçirilməsini təmin etməyərək, onu ağır- təhlükəli və zərərli işdə işlətməyə davam edərək onun sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmasında təsdiq olunmuşdur ki, işçi İddiaçı faktiki olaraq təkcə BP-nin özünün məhdud çərçivəli standartına əsasən yalnız həkim-terapevt Kənan İbrahimli tərəfindən müayinə olunub və cavabdeh işəgötürəndə işçini X42 keçirməsi haqda heç bir sübut (dövri müayinə üçün istehsalatda olan bütün zərərli istehsalat amillərini və əlverişsiz əmək şəraitini özündə tam əks etdirən göndəriş sənədi - İşəgötürən MPM-ə göndərməlidir, tibbi müayinənin nəticələrinə dair həkim komissyasının yekun rəyi) yoxdur.Beləliklə, cavabdeh şirkət, işəgötürən olaraq işçi İddiaçı peşə xəstəliyi olma ehtimalı böyük olan “X29 Sonator Disfıınksivası” xəstəliyinin daha da kəskinləşməsinə, “Obsessiv-Kompulsiv Pozuntu ” və Qarışıq hayacan və depressiv pozuntu'” psixi nevrotik xəstəliklərinin kəskin ağırlaşmasına səbəb olmaqla onun sağlamlığına böyük zərər vurmuşdur.Bundan başqa cavabdeh BP şirkəti işçi İddiaçı nevrotik psixi xəstəlikləri səbəbi ilə peşə əmək qabiliyyətini itirmə ehtimalı böyük olan vəziyyətdə yəni 16 Noyabr 2017-ci il tarixdən 22 Fevral 2018-ci il tarixədək də ağır, zərərli və təhlükəli istehsalat sahələri olan Dəniz Platformalarında və Qurudakı istehsalat sahələrində işlətməklə həm işçinin öz həyatını, həm də istehsalat sahələrini və digər şəxslərin həyatını böyük təhlükəyə atmışdır.İşçi İddiaçı 19 Yanvar 2018-ci il tarixdə X9 X6 tərəfindən nevrotik psixi xəstəliklər olan "Obsessiv- Kompulsiv Pozuntu" (Əsasən sarışan fikirlər və ya düşüncələr) F42.0 ( X1 əsasən psixi xəstəliyin kodu F42.0-dır) və "Qarışıq həyacan və Depressiv pozuntu” F41.2 ( X1 əsasən psixi xəstəliyin kodu F41.2-dir) qoyulur və İşçi İddiaçı həmin tarixdən başlayaraq X9 Psixiatriya şöbəsində xəstə olaraq qeydiyyatda olur. Qeyd olunan tibbi məlumatlar X9 10 Fevral 2018-ci il tarixli 46 nömrəli tibbi arayışı öz təsdiqini tapır. 7 Fevral 2018-ci il tarixdə cavabdeh BP şirkəti işçi İddiaçı işlədiyi "X52 Axın xəttləri” şöbəsinin ləğvi ilə əlaqədar yəni, işçi İddiaçı şirkətdə tutduğu "X56 xəttlərinin bütövlüyü üzrə mühəndis” vəzifəsinin ixtisarı ilə əlaqədar olaraq işçi İddiaçı dənizdə davamlı olaraq işlətmək üçün "X40 üzrə Mütəxəssis” vəzifəsinə keçirmək istəyir. Bu hal cavabdeh şirkətin işçinin əməyindən sui-istifadə etmək niyyətini və onun sağlamlığına dəyən zərərdəki təqsirini bir daha sübut edir.Göründüyü kimi nevrotik psixi xəstəlikləri olan “X29 Somotafor Distunksivasf'. "Obsessiv-Kompulsiv Pozuntu" və "Qarışıq həyacan və depressiv pozuntu" səbəbindən peşə əmək qabiliyyətini müvəqqəti və yaxud tam itirmə ehtimalı olan işçiyə Cavabdeh şirkət ağır, zərərli və təhlükəli istehsalat işi olan dənizdə davamlı olaraq işləmək təklif edir. Bu təklifi rəsmi olaraq ona bildirmişdir.İşçi İddiaçı 19 Fevral 2018-ci il tarixdə cavabdeh BP-də Əməyin Sağlamlığı üzrə Şöbənin rəhbəri Elnur Mirzəzadəyə yenidən şirkətdaxili elektron məktub vazmaqla həkimnevropatoloqların qovduqları "X29 somotal'or disfunksivasr diaqnozlarını və həkimpsixiatrların qovduqları "Obsessiv-Kompulsiv Pozuntu" və "Qarışıq həyəcan və depressiv pozuntu" diaqnozlarını özündə tam əks etdirən tibbi arayışlarını ona rəsmən bir daha göndərir və yazılı olaraq bildirir ki, o sağlamlığını tam itirib və əmək funksiyalarını verinə yetirə bilmir.İşçinin qeyd olunan məktubu yazmaqda məqsədi cavabdeh şirkətin onu növbədəkənar X49 göndərməsinə və işçinin nəhayət X53 haqqında qanunvericiliyin tələblərinə əsasən həm həkim-nevropatoloq və həkim- psixiatr tərəfindən müayinə olunmasını təmin etməsinə nail olmaq olmuşdur. Qanunla məhz, həmin müayinədən sonra işçinin peşə əmək qabiliyyətinin müvəqqəti və yaxud tam olaraq itirilməsi təsdiq olunur.Cavabdeh nevrotik psixi xəstəliklərdən əziyyət çəkən işçini cavabdeh işəgötürənin məsuliyyətsizliyi və qəsdi ucbatından nə ağın zərərli və təhlükəli istehsalat sahəsindəki işə nə də istehsalat amillərindən kənar ofis işinə yararlı olub-olmaması hələ də həkimnevropatoloq və həkim-psixiatr tərəfindən X53 ilə müəyyən olunmadan həmin işlərdə işlətmişdir.Qeyd olunanlar 19 Fevral 2018-ci il tarixində işçi İddiaçı tərəfindən Əməyin Sağlamlığı üzrə Şöbə rəhbəri Elnur Mirzəzadəyə göndərdiyi elektron məktublar və 21 Fevral 2018-ci il tarixdə Elnur Mirzəzadənin işçi İddiaçı X18 İdarəsinin meneceri Qraham Fergusona və İnsan Resursları üzrə X19 göndərdiyi məktublarda öz faktiki təsdiqini tapır.20 Fevral 2018-ei il tarixdə işçi İddiaçı cavabdeh şirkəti onu növbədənkənar X50 göndərməsinə və işçinin cavabdelı BP şirkəti tərəfindən nəhayət həm həkim-nevropatoloq həm də həkim-psixiatr tərəfindən müayinə olunmasını təmin etməsinə məcbur etmək məqsədi ilə və cavabdeh BP şirkətinin işçi İddiaçı ağır, zərərli və zəhlükəli istehsalat işi olan X40 üzrə Mütəxəssis vəzifəsinə keçimək üçün 7 Fevral 2018-ci il tarixdə nə həkimnevropatoloq nə də həkim-psixiatr tərəfindən işçinin ağır, zərərli və təhlükəli istehsalat işinə yararlı olub-olmaması müəyyən edilmədiyi bir vaxtda yəni, X53 nəticələri məlum olmayan bir vaxtda ona edilmiş dəniz işi təklifini və beləliklə işçinin işəgötürən tərəfindən ağır, zərərli və təhlükəli istehsalat işi olan dənizdə işlədilməsinə açıq-aşkar cəhd edilməsinin qeyri-qanuni olmasını nəzərə alaraq işçi İddiaçı həmin dəniz işi təklifindən rəsmən yazılı olaraq imtina etmişdir. Qeyd olunan məlumatlar 20 Fevral 2018-ci il tarixdə işçi İddiaçı tərəfindən BP-də İnsan Resursları üzrə X12, Nigar Rüstəmliyə və Nigar Əliyevaya göndərdiyi elektron məktubla öz təsdiqini tapır. Nəhayət 21 Fevral 2018-ci il tarixdə BP-də Əməyin Sağlamlığı üzrə Şöbənin rəhbəri Elnur Mirzəzadə. işçi İddiaçı. X21 İdarəsinin meneceri Qraham Fergusona və İnsan Resursları üzrə X19 yazdığı rəsmi elektron məktubda işçi İddiaçı tibbi arayışları ilə yəni, həm həkim- nevropatoloqların, həm də həkim-psixiatrların qoyduqları "X29 Somotafor Disfunksiyası”, "Obsessiv-Kompulsiv Pozuntu” və "Qarışıq həyəcan və depressiv pozuntu"diaqnozları ilə tanış olduğunu təsdiq edir və məsləhət görür ki, işçi İddiaçı ağır, zərərli və təhlükəli dəniz və quruda istehsalat işlərinə göndərilməsinə qadağa qoyulsun. 22 Fevral 2018-ci il tarixdə cavabdeh şirkət işçi İddiaçı nevrotik psixi xəstəlikləri səbəbilə ağır, zərərli və təhlükəli istehsalatda işə və istehsalatdan kənar ofis işinə yararlı olub-olmadığını müəyyən etmək üçün növbədəkənar X42 keçirtmək üçün X11 göndərir. Cavabdeh BP şirkəti X53 haqqında qanunvericiliyin tələblərinə əsasən X5 işçi İddiaçı nevrotik psixi xəstəlikləri səbəbi ilə işə yararlı olubolmadığını təyin etmək üçün həm həkim-nevropatoloq, həm də həkim-psixiatr tərəfindən işə yararlılıq müayinəsinin keçirilməsini, həkim-nevropatoloqun və həkim-psixiatrın işə yararlılıqla bağlı yekun tibbi rəyini və yaxud tibbi arayışını əldə etməli idi. X8 həkimterapevti Kənan İbrahimli 22 Fevral 2018-ci tarixdə işçi İddiaçı müvafiq müayinələrdən (həkim-nevropatoloqun. həkim- psixiatrın) keçirilməsini təmin edir və psixi nevrotik xəstəlikləri səbəbi ilə ağır, zərərli və təhlükəli istehsalat işinə yəni "Dəniz və yaxud məsafədə işə” 22 May 2018-ci il tarixədək yararsız kimi dəyərləndirir. X8 22 Fevral 2018-ci il tarixli 59665 Nömrəli növbədəkənar (səbəbli) Tibbi Müayinəsi nəticəsində verilən Tibbi Arayış ilə işçi İddiaçı 22 Mav 2018-ci il tarixədək yəni, növbəti 3 ay müddətinə ağır, zərərli və təhlükəli istehsalat işinə yəni, "Dəniz və yaxud Məsafədə işə yararsız” kimi qiymətləndirir. Lakin, işçinin istehsalat amillərindən kənar ofis işində mühəndis olaraq işə yararlı olub-olmaması vəni, mühəndis olaraq peşə əmək qabiliyyətinin olub-olmaması X8 59665 Nömrəli tibbi arayışında qeyd olunmur və qevri-müəyyən olaraq qalır. Cavabdeh şirkət yenidən qəsdlə hərəkətsizlik edir və X5 işçi İddiaçı nevrotik psixi xəstəlikləri səbəbi ilə təkcə ağır, zərərli və təhlükəli istehsalat işinə yəni "Dəniz və yaxud məsafədə işə yararsız" olduğunu deyil, həmçinin istehsalat amillərindən kənar ofis işinə mühəndis olaraq peşə əmək funksiyalarını yerinə yetirməyə yararlı olub-olmamasını müəyyən etməyi tələb etmir və istehsalat amillərindən kənar ofis işinə yararlı olub-olmamasını müəyvən etmədən işçi İddiaçı 22 Fevral 2018-ci il tarixdən 4 Aprel 2018-ci il ofisdə işlətməyə davam edir. Cavabdeh şirkət 4 Aprel 2018-ci il tarixdə işçi (iddiaçı) İddiaçıla olan əmək müqaviləsinə aparılan ixtisarlarla əlaqədar xitam verir. Beləliklə, cavabdeh şirkət uzun illər bovu Azərbaycan Respublikasının X44 haqqında qanunvericiliyin tələblərinə əsasən tibbi müayinələri keçirməməklə işçi İddiaçı zərərli istehalat amillərindən varanına ehtimalı və peşə xəstəliyi olma ehtimalı çox böyük olan "Ve&etativ X31 Disfunksivasr xəstəliyinin vaxtında həkim-nevropatoloqlar tərəfindən müəyyən olunmasının qarşısını alıb, işçini üçün illər ağır, zərərli və təhlükəli istehsalatda işlətməklə qeyd olunan xəstəlivin istehsalat amillərinin təsirindən daha da kəskinləşməsinə səbəbkar olub, həmçinin psixi nevrotik "Obsessiv-Kompulsiv Pozuntu" və ”Qarışıq həyəcan və depressiv pozuntu" xəstəlikləri səbəbindən işçinin həm istehsalatda, həm də istehsalatdan kənarda işə yararlı olubolmadığını X33 müəyyənləşdirmədən uzun müddət işlətmiş, həmin xəstəliklərin də kəskinləşməsinə səbəb olmaqla iddiaçının sağlamlığına zərər vurulmasına səbəb olmuşdur. Cavabdeh şirkətin günahı, təqsiri ucbatından işçi (iddiaçı) İddiaçı ağır, zərərli və təhlükəli istehsalatda öz peşəsinə uyğun işlər üçün tam yararsız olmuşdur, yəni peşə əmək qabiliyyətini itirmişdir, bununla yanaşı iddiaçı ümumi əmək qabiliyyətini də itirmişdir. Cavabdeh şirkətin İddiaçı sağlamlığına ziyan vurulmasında bilavasitə təqsirkar olduğu Məhkəmədə sübuta yetirilmişdir. İddiaçı xəstəliyi barədə məlumatları təqdim edərək, məhkəmədə özü iştirak edə bilmədiyinə görə "X29 somotafor disfunksiyası" F45.3 xəstəliyinin olan simptomlan haqda məhkəməyə məlumat vermək istəyir. "X29 somotafor disfunksiyası" özü Pereferik sinir sisteminin xəstəlikləri kateqoriyasına aiddir. Ona bu nevrotik xəstəliyin rəsmi diaqnozu 2 Fevral 2015-ci il tarixdən başlayaraq MediClub klinikasının həkim- nevropatoloqları tərəfindən qoyulub lakin, bu xəstəliyin simptomlarından xeyli qabaq əziyyət çəkməyə başlamışdır. Onda olan simptomlar: 1) Başında davamlı ağrılar və sıxılmalar olur. 2) Ayaqlarında,boynunda, qollarında və belidə daima ağrılar olur. 3) Daima yorğun olur.4) Daima stress içindəyən və konsentrasiya ola bilmir və yaddaş problemləri var.5) Hərdən çox qızarır və ətraf hava soyuq olduğu halda çox isti olduğunu hiss edir, çoxlu tərləyir. 6) Ürək nahiyəmdə ağrıları olur və belə vəziyyətlərdə çox qorxur ki, ölə bilər. 7) Daimi qəbizlik və qarnında köplük var. sidik ifrazı zamanı problemləri olur. 8) Həmişə həkimlərin ona qoyduqları diaqnozların doğruluğuna şübhə edir və son 10 il ərzində getmədiyi həkim qalmayıb və həmişə fikirləşir ki, onda başqa xəstəlik var. Amma heçnə olmayıb 9) Cinsi zəiflik. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Əmək Məcəlləsinin 225, 226, 296; Mülki Məcəllənin 21.1. 1096, 1097.1,1117-1119,1123,1125; Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80- 82, 89.3, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə tələbə münasibətdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən və təkrarlanan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci iddiaçıya aid edilməlidir. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin və əlavə verilmiş mülahizələrin əsas qayəsi ilk növbədə iddaçının ağır, zərərli və təhlükəli istehsalatda öz peşəsinə uyğun işlər üçün tam yararsız olması, yəni peşə əmək qabiliyyətinin itirməsi, bununla yanaşı iddiaçının ümumi əmək qabiliyyətinin də itirməsi, cavabdeh şirkətin iddiaçının sağlamlığına ziyan vurulmasında bilavasitə təqsirkar olması olmuşdur. Qeyd edilməlidir ki, mübahisə üzə işin prosedur qaydası işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və digər zəruri sənədlər əsasında «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına müvafiq müəyyən edilməlidir. Belə ki, əmək qanunvericiliyinə görə İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. Ağır, zərərli və təhlükəli istehsalatlarda iddaçının fəaliyyət göstərməsi barədə bəhs edilən hüquq müvafiq təsnifata əsasən sübuta yetirilməmiş. Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı X44dən keçməsi işəgötürənin hesabına təmin edilməsi məsələsi əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə tələb edilməmiş və mübahisələndirilməmişdir. Şərh edilənlərə əsasən və Mülki Prosesual Məcəlləsinin 384, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-626/2021 nömrəli saylı işi üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4747/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4747/2021
24.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver