Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4749/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X7 cavabdehlər “xxxxxxxx” ASC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-584/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X9 cavabdehlər “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Mercedes Benz 190» markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərə görə cavabdeh ASC-dən 800 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 19:00 radələrində etibarnamə əsasında oğlu İddiaçı idarə etdiyi «Mercedes Benz 190» markalı **-ZN-*** dövlət qeydiyat nişanlı avtomaşını Nərimanov rayonu Xətai prospekti, 7 ünvanında yerləşən “Yaşıl Bazar”ın qarşısında saxlayarkən orada olan işıq dirəyi həmin avtomobilin üzərinə düşmüş, nəticədə avtomaşının arxa şüşəsi, baqaj qapısı, arxa buferi zədələnmiş və avtomobilə 800 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib hadisə ilə bağlı məlumat vermiş və Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nə müraciət edərək ərizə yazmış, nəticədə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nə təhqiqatçısı, polis baş leytenantı Vüqar Ələkbərli tərəfindən yerində araşdırma aparılmış və dərhal əməliyyat qrupu ilə birlikdə hadisə yerinə gedərək baxış keçirmiş, fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Sonradan toplanmış material nəzərdən keçirilmiş, xx xxxx 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qeyd olunan hadisə ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 584/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxxxxxx” ASC-dən vurulmuş maddi zərərə görə 790 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 820 manat məbləğində pulun tutularaq iddiaçı X7 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manatın cavabdeh “xxxxxxxx” ASC-dən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfdən apellyasiya şikayəti verilərək, qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır, belə ki, iddiaçı ona dəymiş zərərin cavabdehin hərəkətləri ilə səbəbli əlaqədə olmasını və cavabdehin buna görə təqsirinin olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, sözügedən işıq dirəyi “xxxxxxxx” ASC-nin balansında deyil, dirəyin hansı təşkilatın balansında olması müəyyən olunmamışdır, belə olan halda isə “xxxxxxxx” ASC hazırki tələb üzrə cavab verməli olan şəxs deyil və dəyən zərərin “xxxxxxxx” ASC-dən tutulması əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirirərək, təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki iddia qismən təmin edilmiş olsa da, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnamənin qismən ləğvini xahiş edərək, iddianın təmin edilmiş hissəsində qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx xxxx 2019-cu il tarixli Qərardan müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı müraciət edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə, saat 19:00 radələrində idarə etdiyi «Mercedes Benz 190» markalı **-ZN-*** dövlət qeydiyat nişanlı avtomaşını Nərimanov rayonu Xətai prospekti, 7 ünvanında yerləşən “Yaşıl Bazar”ın qarşısında saxlayarkən orada olan işıq dirəyi həmin avtomobilin üzərinə düşmüş, nəticədə avtomaşının arxa şüşəsi, baqaj qapısı, arxa buferi zədələnmiş və avtomobilə 800 manat məbləğində maddi ziyan dəymişdir. Şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və mülki mübahisələrin həlli üçün aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, «Mercedes Benz 190» minik markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətsiçi X8r. xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X9 tərəfindən «Mercedes Benz 190» minik markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi İddiaçı bir il müddətinə etibar edilmişdir. «xxxxxxxxxxxxxx» MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən «Mercedes Benz 190» markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 790,00 manat təşkil etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 27526 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan «xxxxxxxxxx» MMC-ninin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrinin qiymətləri nəzərə alınmaqla 1991-ci il buraxılışlı «Mercedes Benz 190» markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 790,00 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1115-ci maddələrinə əsaslanaraq iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, hazırda iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Belə ki, Kollegiyanın xx.xx.2020-ci il tarixli sorğusuna Bakı şəhər İcra Hakimiyyəti “xxxxxxxxxxxxxxxx” X2 xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Nərimanov rayonu Xətai prospekti, 7 ünvanında yerləşən qeyd etdiyiniz işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə 2011-ci il tarixdən etibarən “xxxxxxxxxxxxxxxx” X2 balansına verilmişdir. İddiaçı hazırda “xxxxxxxx” ASC-yə qarşı iddia tələbi qaldıraraq, işıq dirəyinin avtomobilinin üzərinə düşməsi nəticəsində dəymiş ziyanı ASC-dən tələb edir ki, apellyasiya baxışında da ziyanın əmələ gəlməsinə səbəb olan işıq dirəyinin “xxxxxxxx” ASC-nin deyil, “xxxxxxxxxxxxxxxx” X2 balansında olması müəyyən edilmişdir. Belə olan halda Kollegiya hesab edir ki, dəymiş ziyanın bu tələbə cavab verməli olmayan “xxxxxxxx” ASC-dən tutulması yolverilməzdir. Belə ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb, buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən vəiddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən, təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) “xxxxxxxx” ASC deyil, “xxxxxxxxxxxxxxxx” X3malıdır. Lakin apellyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün olmadığından, iddiaçı hazırki tələblə “xxxxxxxxxxxxxxxx” X1rşı yeni iddia qaldırmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır, 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-584/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X7 cavabdehlər “xxxxxxxx” ASC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 manat məbləğində pul iddiaçı X5 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-4749/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4749/2020
24.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver