Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4752/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınar əmlakdan qanunsuz istifadəyə son qoyulması və əmlakın sahibinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-374/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınar əmlakdan qanunsuz istifadəyə son qoyulması və əmlakın sahibinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus dezinfeksiyaedici məhsullar istehsal edən T15-100 (seriya nömrəsi: 2020038T03A00393) aparatından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsinə son qoyularaq aparatın qanuni sahibinə, yəni ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 374/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, T15-100 (seriya nömrəsi: 2020038T03A00393) aparatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılması, aparatın qaytarılması mümkün olmadıqda isə onun dəyəri olaraq 10.000 avro məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
3. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
4. İş apellyasiya məhkəməsinin icraatında olan zaman cavabdeh Haxverdiyev X1 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə vəsatət göndərərək birinci instansiya məhkəməsinin qətnaməsindən onun tərəfindən apellyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verildiyini bildirmiş və hazırki işin baxılmasının təxirə salınmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
5. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 384.0. və 384.0.6. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırki iş üzrə Cavabdeh1 Yasin oğlu həqiqətən də birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir.
8. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-cü il tarixli, 2(103)-4752/2023 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və Cavabdeh1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-374/2023 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
9. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-cü il tarixli, 2(103)-4752/2023 nömrəli qərardad ləğv edilsin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-374/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılsın və iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: