Məhkəmə qərarları › İş №2(103)-4753/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4753/2020

04.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4753/2020 04.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1274/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh «xxxxxxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1274/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı borcun silinməsi və abunə kodunun iddiaçının adına keçirilməsi tələbinə dair iddia təmin edilmişdir. Cavabdeh ləğv prosesində olan «xxxxxxxx» ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. İş materiallarından isə müəyyən olunur ki, apellyasiya şikayətini cavabdehin nümayəndəsi Aysel Süleymanova imzalamış, lakin şikayətə cavabdehin adından nümayəndənin adına verilmiş etibarnamə əlavə edilməmişdir. Belə olun halda isə şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 363.1, 363.1.1, 366.1 və 366.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1274/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh «xxxxxxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki işin materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar