Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4754/2025 31.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Məhəmməd Rüstəmlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Maraqlı şəxs vəkili və nümayəndəsi Samir Xudaquliyevin iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Maraqlı şəxs və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilmısi və mənzilin təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-2046/2024 nömrəli qiyabi qətnaməsindən cavabdeh Maraqlı şəxs apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə ünvan 1 ünvanında inşa olunmuş binanın 2-ci blokunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140,9 kv.m təşkil edən, 3 otaqlı, 122 (127) nömrəli mənzillə bağlıdır (bundan sonra – mənzil). 2.Mənzilin yerləşdiyi bina "xxxx" MMC-yə aiddir. 3.Mülki işdə olan sənədlərə görə, "xxxx" MMC mənzilə dair üç müqavilə bağlayıb: xx.xx.2017-ci il tarixli birinci müqavilə, xx.xx.2017-ci il tarixli ikinci müqavilə və xx.xx.2019-cu il tarixli üçüncü müqavilə. Birinci müqavilə Cavabdeh2, ikinci müqavilə İddiaçı, üçüncü müqavilə cavabdeh Maraqlı şəxs adına tərtib olunub. Həmin müqavilələrə görə, MMC mənzili adına müqavilə tərtib olunmuş şəxsə verməyi öhdəsinə götürüb. 4.Cavabdehlər Cavabdeh2 və Maraqlı şəxs ana-övladdır. Cavabdeh2 xx.xx.2019-cu il tarixli ərizə ilə "xxxx" MMC-yə müraciət edərək mənzilin oğlu Maraqlı şəxs adına sənədləşdirilməsini xahiş edib. Ərizənin əsasında, MMC Maraqlı şəxs ilə müqavilə bağlayıb. 5.Mənzilin nömrəsi birinci və ikinci müqavilələrdə “122”, üçüncü müqavilədə isə “127” kimi göstərilib. Hər üç müqavilənin predmeti eyni mənzildir, nömrə fərqinin yaranmasına səbəb sonradan binada əlavə iki mərtəbənin inşa olunmasıdır. Bu, "xxxx" MMC-nin məktubu ilə təsdiq olunur (iş v. 100). Birinci instansiya məhkəməsində icraat 6.İddia ərizəsində tələb olunub ki, mənzilin cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilməsi öhdəliyi həmin MMC-nin üzərinə qoyulsun. 7.Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, İddiaçı ilə cavabdeh "xxxx" MMC-nin arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi həmin MMC-nin üzərinə qoyulsun. Apellyasiya instansiyası məhkəməsində icraat 8.Birinci instansiya məhkəməsində işdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, mənzilə dair birinci müqavilə Maraqlı şəxs anası Cavabdeh2 adına bağlanıb, daha sonra anasının ərizəsi əsasında mənzilin müqaviləsi Maraqlı şəxs adına keçirilib. Cavabdeh2 müqaviləsi İddiaçı müqaviləsindən əvvəl bağlandığına görə, iddia təmin edilə bilməz. 9.Mənzilə dair Maraqlı şəxs və onun anası Cavabdeh2 adına müqavilələrin mövcud olması qətnamənin qəbul edilməsindən sonra İddiaçı məlum olub. Ona görə də İddiaçı apellyasiya icraatı zamanı Maraqlı şəxs və onun anası Cavabdeh2 adına tərtib edilmiş müqavilələrin etibarsız hesab edilməsini, mənzilin "xxxx" MMC, Maraqlı şəxs və digər üçüncü şəxslərdən alınaraq iddiaçıya təhvil verilməsi barədə yeni tələb vermişdir. Apellyasiya icraatı zamanaı yeni tələbin verilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2ci maddəsinin göstərişinə uyğun olduğundan məhkəmə həmin tələbi baxılmaq üçün qəbul etmiş, Maraqlı şəxs və Cavabdeh2 cavabdeh kimi işə cəlb etmişdir. 10.Məhkəmə iclasında iştirak edən, cavabdeh Maraqlı şəxs vəkili və nümayəndəsi Samir Xudaquliyev təmsil etdiyi şəxsin apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının birinci və apellyasiya instansiyası məhkəmələrinə verdiyi tələblərin isə əsassız olduğunu bildirdi. 11.Məhkəmə iclasında iştirak edən, İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu, təmsil etdiyi şəxsin birinci və apellyasiya instansiyası məhkəmələrinə verdiyi tələblərin isə əsaslı olduğunu bildirdi. 12.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 13.Mülki işdə mövcud olan üç müqavilədən İddiaçı müqaviləsi, yəni xx.xx.2017-ci il tarixli müqavilə daha əvvəl bağlanıb. Cavabdeh2 adına tərtib olunmuş müqavilənin tarixi “xx.xx.2017” kimi göstərilsə də, həmin müqavilə iddiaçının müqaviləsindən sonra geri tarixlə tərtib olunub. 14.Belə ki, Cavabdeh2 oğlu – digər cavabdeh Maraqlı şəxs Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə zərər çəkmiş şəxs qismində dindirilərkən bildirib ki, 2019-cu ilin aprel ayında mənzil şəraitini yaxşılaşdırmaq üçün ev axtarırdı, mənzil axtararkən həmin mənzilin yerləşdiyi bina barədə məlumat əldə edib, bundan sonra binaya baxıb, ofisə yaxınlaşıb, Zahir adlı şəxslə tanış olub, ondan həmin mənzilin satıldığını öyrənərək mənzili almaq qərarına gəlib. Bundan əvvəl Maraqlı şəxs eyni ifadəni şahid kimi də verib. Onun zərər çəkmiş şəxs kimi ifadəsi həmin cinayət iş üzrə ittiham aktında da əks olunub. Şahidin və zərər çəkmiş şəxsin dindirilmə protokolunun, habelə ittiham aktının surəti apellyasiya icraatı zamanı iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim olunub. 15.Göründüyü kimi, Maraqlı şəxs cinayət işi üzrə verdiyi ifadə ilə hazırkı mülki iş üzrə verdiyi məlumatlar arasında ziddiyyət var. Belə ki, o, mülki iş üzrə verdiyi apellyasiya şikayətini onunla əsaslandırıb ki, mənzilə dair müqavilə xx.xx.2017-ci ildə anası Cavabdeh2 adına bağlanıb, daha sonra anasının ərizəsi əsasında mənzilin müqaviləsi onun adına keçirilib. Apellyasiya icraatı zamanı Maraqlı şəxs təmsil edən vəkilin mövqeyi də eyni cür olub. Cinayət və mülki iş üzrə verilmiş məlumatlar bir-birini təkzib etdiyinə görə onlardan biri həqiqi sayıla bilər. 16.Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində şahid və zərər çəkmiş şəxs tərəfindən bilə-bilə yalan ifadə verilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib. Əgər Maraqlı şəxs cinayət iş üzrə bilə-bilə yalan ifadə veribsə, bu, cinayət məsuliyyəti yaradır. Lakin hazırkı mülki iş üzrə icraatda cavabdeh olan Maraqlı şəxs cinayət işi üzrə şahid və zərər çəkmiş şəxs kimi yalan ifadə verdiyini məhkəmənin qarşısında təsdiq etməyib. Onun vəkili və nümayəndəsi də həmin ifadənin yalan olduğunu təsdiq etməyib. Bu isə onu sübut edir ki, Orxan Hüseynvun mülki iş üzrə məhkəməyə verdiyi məlumat həqiqi deyil, yəni onun anası Cavabdeh2 adına olan müqavilə İddiaçı müqaviləsindən sonra geri tarixlə tərtib edilib. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. Göründüyü kimi “imzalanma anı” müqavilənin bağlanma anı sayılır. Cavabdeh2 müqaviləsi İddiaçı müqaviləsindən sonra imzalansa da, imzalandığı dəqiq tarix bəlli olmadığına görə həmin müqavilənin bağlanma anını müəyyənləşdirmək mümkün deyil. Bağlanma anı qeyri-müəyyən olan müqavilə etibarlı sayılmır. Mülki Məcəllənin 399.1-ci maddəsində də qeyd olunub ki, müqavilə bağlandığı andan qüvvəyə minir. 18.Cavabdeh Maraqlı şəxs adına olan müqavilə isə onun anası Cavabdeh2 ilə bağlanmış müqaviləyə əsaslanır, yəni anasının ərizəsi əsas götürülərək mənzilin müqaviləsi Maraqlı şəxs adına bağlanıb. Odur ki, Maraqlı şəxs anasının adına olan müqaviləsinin etibarsızlığı Maraqlı şəxs da müqaviləsinin etibarsız sayılması ilə nəticələnir. 19.İddiaçı müqaviləsi etibarlı olduğun görə o, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, mənzilin ona təhvil verilməsini cavabdeh "xxxx" MMC-dən tələb etməyə haqlıdır. Habelə, cavabdehlər Cavabdeh2 və Maraqlı şəxs adına tərtb edilmiş müqavilələr etibarlı olmadığına görə, İddiaçı Mülki Məcəllənin 164-cü maddəsinə əsasən, mənzilin boşaldılmasını onlardan tələb etməyə haqlıdır. 21.Beləliklə, qətnamə ləğv edilməli, birinci və apellyasiya instansiyası məhkəmələrində irəli sürülmüş iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. 22.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-2046/2024 nömrəli qiyabi qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. ünvan 1 ünvanında inşa olunmuş binanın 2-ci blokunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140,9 kv.m təşkil edən, 3 otaqlı, 122 (127) nömrəli mənzilə dair "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə və "xxxx" MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab olunsun. Həmin mənzil "xxxx" MMC, Cavabdeh2 və Maraqlı şəxs tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat "xxxx" MMC, Cavabdeh2 və Maraqlı şəxs müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4754/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4754/2025
31.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver