Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4755/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, Cavabdeh2, onun vəkili və nümayəndəsi Rəşad Abdiyevin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, “Kia Sportrage” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – avtomobil) alqı-satqısı üçün iddiaçı tərəfindən ödənilmiş 4.464 ABŞ dolları və 500 manat, bank uçot dərəcəsi ilə hesablanmış zərər kimi 1.540,18 ABŞ dolları və 175,95 manat cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, 4.464 ABŞ dolları və 500 manat Cavabdeh2 alınaraq iddiaçıya verilsin, iddia qalan hissədə rədd edilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun vəkili və nümayəndəsi Rəşad Abdiyev apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. O, avtomobili əldə etmək üçün "xxxx" KB ASC-dən kredit götürüb. İddiaçı avtomobili əldə etmək üçün 2017-ci ildə Cavabdeh1lə şifahi razılaşıb. Cavabdeh1 Cavabdeh2 bacısının ərinin dostudur. Razılaşmadan sonra Cavabdeh1 avtomobili və avtomobilin qeydiyyat şəhadətnaməsini iddiaçıya təhvil verilib, habelə 19.04.2017-ci il tarixdə avtomobilə dair iddiaçının adına etibarnamə verilib. Razılaşmaya görə iddiaçı Cavabdeh1 nağd formada 2.400 ABŞ dolları ödəyib, habelə vəd edib ki, kreditin qaytarılması üçün hər ay 200 ABŞ dolları banka ödəyəcək. Daha sonra iddiaçı Cavabdeh1 əlavə olaraq 500 manat verib. İddiaçı 2017, 2018 və 2019-cu illərdə banka 2.064 ABŞ dolları ödəyib. Lakin 2019-cu ilin dekabr ayında Cavabdeh2 yol polisinin vasitəsilə avtomobili iddiaçıdan geri alıb. Hazırda iddiaçı ödədiyi pulları geri tələb edir. İddiaçının təqdim etdiyi ödəniş sənədlərindən müəyyən olunur ki, o, Cavabdeh2 kredit öhdəliyi üzrə banka cəmi 2.064 ABŞ dolları ödəyib. Cavabdeh2 apellyasiya icraatı zamanı etiraf etdi ki, cavabdeh Nofəl Mehdiyev iddiaçıdan aldığı 2.400 ABŞ dollarını və 500 manatı ona verib. Ona görə də məhkəm Mülki Məcəllənin 337.5 və 1092-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 4.464 ABŞ dolları və 500 manat pulun Cavabdeh2 alınaraq iddiaçıya verilməsini qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. İddianın rədd edilməsinə aid hissədə qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4755/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4755/2021
25.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver