Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4758/2025 15.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər Yasamal rayon İcra şöbəsinə, Azərbaycan Respublikası X2 Əmlak Hərrac Mərkəzinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (X7 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-68/2025 saylı qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər Yasamal rayon İcra şöbəsinə, Azərbaycan Respublikası X2 Əmlak Hərrac Mərkəzinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (X7 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, hərracın yekun protokolunun ləğv olunması, yenidən hərrac keçirilməsi, məhkəmənin son qərarına kimi əmlakın Yasamal rayon İcra şöbəsinin sərəncamına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 MMC iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-68/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən ev 82 saylı mənzilin (fərdi-yaşayış evinin) satılmasına dair “X2” Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərrac etibarsız hesab edilmiş, ünvan 1 ünvanında yerləşən ev 82 saylı mənzilin (fərdi-yaşayış evinin) satılmasına dair “X2” Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 274/23 saylı “Hərrac yekunları barədə” protokol etibarsız hesab edilmiş, X3 adına verilmiş ********** qeydiyyat nömrəli, **********82-05101- 093001 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 01 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış qeyd ləğv edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qarşı tərəflərlə razılıq əldə etdiyi üçün iddiadan imtina etdiyini, bunun nəticələri barədə məlumatlı olduğunu bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7, habelə onun nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda iddiaçı tərəfindən verilmiş ərizənin qəbul edilməsini və iddiaçının iddiadan imtinasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb olmadan cavabdehlər “Bakı Şəhər Yasamal Rayon İcra şöbəsi, Azərbaycan Respublikası X2 Əmlak Hərrac Mərkəzi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə kollegiyası cavabdehlərin lazimi qaydada məlumatlandırılmasını nəzərə alıb, işə, o cümlədən iddiaçının iddiadan imtinası barədə ərizəsinə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, iddiaçının iddiadan imtina barədə ərizəsini, mülki işin materialları ilə birlikdə nəzərdən keçirib, üçüncü şəxsin ərizəyə münasibətini nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir; 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır; 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur; 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyil, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, bu səbəbdən qəbul edilməli və iddiaçının iddiası üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191-ci, 261-ci, 263- 264-cü, 370-ci, 384-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-68/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4758/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4758/2025
15.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver