Məhkəmə qərarları › İş №2(103)-476/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-476/2023

23.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-476/2023 23.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının verilməsi” tələbinə dair ilk; iddiaçı Cavabdeh1 İddiaçınə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, e- 2(005)-2193/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.8 kv.m. olan 2 otaqlı 7a saylı mənzilin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən İddiaçı MTK-ya təhvil verilməsi, həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.8 kv.m. olan 2 otaqlı 7a saylı mənzilin əvəzinə yeni tikiləcək binada təmirli ümumi sahəsi 70 kv.m. olan 2 otaqlı mənzilin MTK tərəfindən cavabdehlərə təhvil verilməsi, mənzil İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil tikilib təhvil verilənədək cavabdehlərin müvəqqəti yaşayacağı mənzilə görə onlara hər ay 400 manat kirayə haqqının MTK tərəfindən ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 İddiaçınə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Mənzil Tikinti Kooperativindən 30000 manat maddi ziyana görə, 5000 manat mənəvi ziyana görə pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, e-2(005)- 2193/2022 nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.8 kv.m. olan 2 otaqlı 7a saylı mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən İddiaçı MTK-ya təhvil verilməsi, həmin mənzilin İddiaçı MTK-nın hesabına sökülməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.8 kv.m. olan 2 otaqlı 7a saylı mənzilin əvəzinə yeni tikiləcək binada təmirli ümumi sahəsi 70 kv.m. olan 2 otaqlı mənzilin MTK tərəfindən cavabdehlərə təhvil verilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.8 kv.m. olan 2 otaqlı 7a saylı mənzil İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil tikilib təhvil verilənədək cavabdehlərin müvəqqəti yaşayacağı mənzilə görə onlara hər ay 400 manat kirayə haqqı İddiaçı tərəfindən ödənilməsi və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddaçı İddiaçı MTK-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iddia tələbinin əsassız olduğundan tam olaraq rədd edilməsi, eyni zamanda iddiaçı Cavabdeh1 İddiaçınə qarşı iddia tələbin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, e-2(005)-2193/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirməklə, apellyasiya şikayətindən imtinanın qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətindən imtinaya dair ərizənin qəbul edilərək apellyasiya baxışına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, e-2(005)-2193/2022 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətindən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul apellyator Cavabdeh1 tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261-264, 369, 370, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, e-2(005)-2193/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsi qəbul olunsun və iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul apellyator Cavabdeh1 tutularaq dövlət büdcəsinə köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar