Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4760/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə Məmməd Allahverdi oğlu Məmmədov və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(006)-314/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında iddiaçının mülkiyyətində və sahibliyində olmuş 43,0 kv.m qeyri-yaşayış sahəsinin 20% əlavə olunmaqla əvəzi olaraq pilot layihənin tələblərinə uyğun qeyri-yaşayış sahəsinin verilməsi, vurulmuş maddi ziyana görə 200000.0 manat, mənəvi ziyana görə 25000,0 manat və əldən çıxmış faydaya görə 250000.0 manat olmaqla ümumilikdə 475000.0 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, xüsusi mülkiyyətə, şəxsi əşyalara və əmlaka qəsd etməklə talan edərək dağıtmış şəxslərin məsuliyyətə cəlb olunmaları barədə xüsusi qərar çıxararaq araşdırılması üçün prokurorluğa təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 2003-cü ildə ünvan 10 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının yarım zirzəmisindəki 34,7 kv.m qeyri-yaşayış sahəsini İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentindən alğısatqı yolu ilə almış, həmin zirzəmiyə xüsusi mülkiyyət hüququ 14 noyabr 2003-cü il tarixli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Şəhadətnamədə zirzəminin sahəsi 34,7 kv.metr göstərildiyinə baxmayaraq, faktiki olaraq sahəsi təxminən 50 kv.m.olmuşdur. Həmin qeyri-yaşayış sahəsi uzun müddət 2017-ci ilin sonlarınadək obyekt kimi fəaliyyət göstərmiş, ayrıca girişi, işıqlandırma üçün geniş pəncərəsi, ventelyasiyası və nəfəsliyi olan (fortoçkası), hər cür kommunal şəraitə malik tam təminatlı obyekt olmuşdur. Obyekt fəaliyyətdə olmuş iddiaçıya məxsus şəxsi əşyalar, qiymətli kağızlar, məsul əmlaklar obyektdə olmuş, sökülərkən dağıdılaraq talan edilmişdir. Lakin, Nəsimi RİHB-nin 27.11.2017-ci il tarixli sərəncamı və bağlanmış müqavilə əsasında MMC tərəfindən fəaliyyət dayandırılmışdır. Mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 4 mərtəbəli binanın birinci mərtəbəsi-tam olaraq mənzillərdən ibarət olmuş və yaşayış məqsədləri üçün istifadə olunmuşdur. 2018-ci ilin mart-mayaylarında “xxxx” MMC şirkətinin vəzifəli şəxsləri xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi müqabilində uyğun olmayan sahə təklif etdiklərinə görə razılaşmamış və bu barədə dövlət orqanlarını rəsmi xəbərdar etmişdir. Lakin, 25 may 2018-ci il tarixdə mülkiyyətində olan obyekt dağıdılmış, ona məxsus əmlak dəyərli əşyalar məişət texnikası, o cümlədən “JVC” markalı televizor, “Siemens” markalı qızdırıcı və məişət texnikası təmir məqsədilə yenialınmış metlax və dekorativ tavan örtüyü, bir neçə çeşiddə tikinti materialları və ləvazimatları, şəxsi seyf, həmin seyfdə saxlanan ona məxsus qiymətli kağızlar və sənədlər, eləcə də pul vəsaiti naməlum şəxslər tərəfindən oğurlanmış, obyekt qanunsuz şəkildə sökülərkən qarət edilərək talanmışdır. Bununlada cavabdeh “xxxx” MMC tərəfindən ona maddi və mənəvi zərər vurulmuşdur. Ona vurulmuş maddi ziyana görə 200000.0 manat, mənəvi ziyana görə 25000,0 manat, əldən çıxmış faydaya görə 250000.0 manat olmaqla ümumilikdə 475000.0 manat məbləğinə vəsaitin cavabdehdən tutulmasını tələb edir. Bundan əlavə, o, ünvan 11 ünvanında yerləşən dörd mərtəbəli yaşayış binasının yarımzirzəmisindəki 34.7 kv.m qeyri-yasayış sahəsinin əvəzinə yalnız birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi ona verilməsini tələb edir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(006)-314/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, X18 10 ünvanında iddiaçının mülkiyyətində və sahibliyində olmuş 43 kv.m qeyri-yaşayış sahəsinin əvəzi olaraq həmin ünvanda “xxxx” MMC tərəfindən inşa edilmiş 3 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən 51,6 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı verilməsini, cavabdeh “xxxx” MMC-dən İddiaçı xeyrinə 2500 (iki min beş yüz) manat mənəvi zərər və 7451 (yeddi min dörd yüz əlli bir) manat əldən çıxmış fayda tutularaq ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 yanvar 2021-ci iltarixli qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Nəsimi rayon Məhkəməsi iddia ərizəsinə formal münasibət bildirməklə qismən təmin edilərək, “xxxx” MMC tərəfindən digər mülkiyyətçilərin hüquqlarının pozulması bəhanəsi ilə verilmiş təklifi heç bir araşdırma aparılmadan tam şəkildə olduğu kimi qəbul edərək, cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov 10 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının yarımzirzəmisində 43,2 kv.m qeyri-yaşayış sahəsindəki obyektini heç bir xəbərdarlıq etmədən xüsusi mülkiyyətə qəsd etməklə tamamilə dağıdılmış daşınmaz əmlakının gələcək təminatı kimi binanın 2-ci mərtəbəsində yerləşən ümumi istidadədə olan, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran sahənin məcburi verilməsi barədə qərar qəbul edilmişdir. Qərar qanunsuz və əsassız olduğuna görə, həmçinin də gələcəkdə məhkəmənin qəbul edəcəyi qərarın icrasının mümkünlüyü baxımından mübahisə predmeti olan əmlaka adekvat olmadığı səbəbindən qətnamə qüvvədə qala bilməz və ləğv edilməlidir. Belə ki, iddiaçı 2018-ci ilin mart-may aylarında “xxxx” MMC şirkətinin vəzifəli şəxsləri tərəfindən xüsusi mülkiyyətində olan qeyri yaşayış sahəsinin söküləcəyi barədə dövlət orqanlarını rəsmi xəbərdar etmişdir. Lakin 25 may 2018-ci il tarixdə onun mülkiyyətində olan obyekt dağıdılmış, ona məxsus əmlak, dəyərli əşyalar məişət texnikası, o cümlədən “JVC” markalı televizor, “Siemens” markalı qızdırıcı və.s məişət texnikası, təmir məqsədilə yeni alnmış metlax və dekorativ tavan örtüyü, bir neçə çeşiddə tikinti materilalları və ləvazimatları, şəxsi seyf, həmin seyfdə saxlanan iddiaçıya məxsus qiymətli kağızlar və sənədlər, eləcə də pul vəsaiti naməlum şəxslər tərəfindən oğurlanmış, obyekt qanunsuz şəkildə sökülərkən qarət edilərək talanmışdır. Pozulmuş hüquqlarının bərpa edilməsi və təqsirkar şəxslərin cəzalandırılaraq cinayət məsuliyyətinə cəlb olunması barədə iddiaçı tərəfindən aidiyyəti qurumlara müraciət olunmuşdur. Xüsusən diqqətə alınmalıdır ki, Azərbaycan Respublikası Prezident Administrasiyası tərəfindən verilmiş tapşırıq əsasında xüsusi səlahiyyətə məxsus yeganə dövlət orqanı olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılan araşdırmaların nəticəsinə dair məhkəməyə təqdim edilən sənədlərdə qeyd olunduğu kimi, Nəsimi rayonu Mİr Qasımov 10 ünvanında xüsusi mülkiyyətimizdə olan qeyri yaşayış sahəsinin pilot layihə adı altında heç bir razılaşma olmadan qanunsuz şəkildə sökülərək dağıdılmaqla Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İV bəndinin, eləcə də Azərbaycan Respubliksı Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının tələblərinin pozulması faktlarının rəsmi olaraq təsdiq olunmasını, eyni zamanda mülkiyyət hüquqlarının toxunulmazlığı və hətta “xxxx” MMC-nin məsələ ilə bağlı iddia qaldırmaq barədə subyektiv hüquqlarının olmaması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülkü Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2(102)-6888/2019 saylı qərarını hakim prossesual hüquqpozmalara yol verməklə nəzərə almamış, dolayısı ilə “xxxx” MMC-nin iddialarını təklif adı altında rəhbər tutaraq qətnamə çıxarmışdır ki, bütün bunlar yolverilməzdir. İddia əsasında Nəsimi rayon Məhkəməsində işə mahiyyəti üzrə baxılarkən digər ciddi qanun pozulması hallarına da yol verilmiş, məhkəmə prossesual qanunları ciddi şəkildə pozmuşdur. Belə ki, İddiaçı tərəf olmağına baxmayaraq fikirləri və tələbləri tam dinlənməmiş, çıxış və replika hüquqları tam məhdudlaşdırılmış və hətta dəyərləndirilmələrlə bağlı əlavə təsdiqedici hüquqi sənədlərin növbəti məhkəmə iclasında təqdim ediləcəyi üçün möhlət verilməsi hüquqları tanınmadan qarşı tərəfin birtərəfli qaydada təqdim etdiyi əsaslanmamış, reallığı əks etdirməyən və iddiaçıya məlum olmayan hansısa sənədlər əsas götürülməklə tələsik və qanunsuz nəticəyə gəlinmişdir. Məhkəmə prosesi zamanı ayrı-ayrı qiymət və xidmət haqqları heç bir araşdırma aparılmadan yalnız birtərəfli qaydada “xxxx” MMC-nin qabaqcadan hazırladığı arayışlara əsaslanaraq nəzərə alınmışdır. Məhkəmə prosesi zamanı “xxxx” MMC-nin öz mənafeyi üçün hazırlayaraq məhkəməyə təqdim etdiyi sənədlərə adekvat olaraq iddiaçı tərəfindən müvafiq sənədlərin növbəti iclasda təqdim ediləcəyini bildirməklə növbəti məhkəmə iclası keçirilməsi tələbi hakimin diqqətinə çatdırılmağına baxmayaraq, tələsik qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Bütün bunlarla bərabər, iddia tələbi ilə bağlı “xxxx” MMC-nin imkanlarının məhdud olması hallarında prossesual qaydalara uyğun olaraq alternativ hüquqlarının və iddiada dəqiqləşmələr aparılması istəyinin olduğunu bildirməsinə baxmayaraq, hakim bunları nəzərə almamış, bunun üçün növbəti məhkəmə prosesi təyin etməli olduğu halda, məhkəmə possesual qaydaları pozmaqla qanunsuz və heç bir əsası olmayan bir qətnamə qəbul etmişdir. Məhkəmənin bu cür yanaşması tərəflər arasında mübahisənin mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunacağından daha çox mülkiyyətçini məcburetmə görüntüsü yaradır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 29 noyabr 2017-ci il tarixli, 317 saylı yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında sərəncamına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı rəhbər tutularaq, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 29 noyabr 2017-ci il tarixli, 317 saylı yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı rəhbər tutularaq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23 noyabr 2017-ci il tarixli, 02/05-2007 saylı tikintiplanlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Ak.M.Mİrqasımov, Azadlıq prospekti, İmran Qasımov va Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Həmin sərəncama əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 31 yanvar 2018-ci il tarixdə müqavilə bağlanmış və müqavilənin predmetini şirkət tərəfindən Nəsimi rayonu, Ak.M.Mİrqasımov, Azadlıq prospekti, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması təşkil etmişdir. Müqaviləyə əsasən Nəsimi rayonu Ak. M.Mirqasımov, Azadlıq prospekti, imran Qasımov və Süleyman Rüstəm küçələrinin kəsişmələrində tikiləcək binanın (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) İcra Hakimiyyəti tərəfindən layihələrinə razılığın həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi həmin ərazidəki sakinlərlə “xxxx” MMC arasında razılaşmalar əldə olunduqda və müqavilələr imzalandıqdan sonra verilməsi nəzərdə tutulmuşdur. Həmçinin, iş materiallarına əlavə edilən fotoşəkillərə diqət yetirilərkən “xxxx” MMC-nin arayışında göstərilənlərin tam əsassız olması təsdiq olunur. Belə ki, üzərinə məhkəmənin qərardadı ilə həbs qoyulmuş qeyri-yaşayış sahələrinin şüşələrində və divarında eyni və əlaqəli nömrələrlə satılması və icarəyə verilməsi göstərilir. Buradan aydın olur ki, həmin qeyriyaşayış sahəsinin sahibləri (telefon nömrələri “xxxx” MMC-nin əməkdaşlarına məxsusdur) özləri olmaqla əmlakları satmağa cəhd edilir. Bu səbəbdən də məhkəmənin başqa sahənin olmaması barədə mövqeyi əsassızdır. Odur ki, iddia tələbi təmin olunmayan hissədə tam təmin olunmalı, ayrıca giriş-çıxışı olmaqla tam şəraitli qeyri-yaşayış sahəsinin verilməsi (əsaslanmış şəkildə mümkün olmaması təsdiq olduğu təqdirdə ədalətli kompensasiya ödənilməsi öhdəliyinin qoyulması) təmin olunmalıdır. Həmçinin, qeyd olunan yaşayış binasının 1-ci mərtəbəsində ümumiyyətlə qeyri-yaşayış sahəsi olmamış və fəaliyyət göstərməmişdir. Yalnız, binanın zirzəmisində və yarımzirzəmisində iddiaçıya və digər iki nəfər şəxsə məxsus obyekt olmuşdur. Bu səbəbdən də məhkəmənin qənaəti əsassız olmaqla qəbuledilməzdir. Bundan başqa, iddiaçının xüsusi mülkiyyətində olan əmlakına qəsd etməklə dağıdan, sonradan bütün imkanlarından istifadə etməklə məhkəmə vasitəsilə hüquqi don geyindirməyə çalışan cavabdehin qanunsuz mövqeyinin məhkəmə tərəfindən müdafiə edilərək olduğu kimi qəbul edilməsi müəmmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın tam olaraq təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər “xxxx” MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Camal oğlu, Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən, Nəsimi rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və XX əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, tikinti və tikinti obyektinin istismarına icazənin verilməsinin, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadə və icarəyə verilməsini 5 il müddətində həyata keçirmək tapşırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 29 noyabr 2017-ci il tarixli, 317 saylı 29 noyabr 2017-ci il tarixli “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamından görünür ki, Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05 saylı, 23.11.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Ak.Mirqasımov, Azadliq prospekti, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti başçısının Q.S.İsmayılovun və “xxxx” MMC-nin direktoru Cavabdeh2 arasında bağlanılmış 31.01.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarına əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Ak.Mirqasımov, Azadliq prospekti, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin kəsişmələrində yaşayış binalarının tikintisi üçün qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqavilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən Şirkət yeni binanın tikintisi başa çatanadək, sakinlər binaya köçənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kompensasiya ödəməyi; 2.4-cü bəndinə əsasən binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15%-dən artıq sahəsi olan, təmirli və püşkatmailə seçilmiş mərtəbələrdə mənzil sahəsi ilə təmin edilməsini öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli, 2(006)-5138/2018 saylı qətnaməsi ilə iddia ərizəsi təmin olunmuş, iddiaçı “xxxx” MMC tərəfindən cavabdeh İddiaçı 48000 manat məbləğində pul kompensasiya ödənilməklə cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının zirzəmisindəki 34,7 kv.metr qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2019-cu il tarixli 2(103)-4366/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5138/2018 saylı, 26.10.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı qarşı 48000 manat məbləğində pul kompensasiya ödənilməklə cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının zirzəmisindəki 34,7 kv.metr qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 6888/2019 saylı, 30.10.2019-cu il tarixli qərarından görünür ki, iddiaçı “xxxx” MMC- nin kasassiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2019-cu il tarixli 2(103)-4366/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışından görünür ki, ünvan 7 ünvanın qeyri-yaşayış zirzəmisi X4 xüsusi mülkiyyətidir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 7204 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışından görünür ki, ünvan 7 ünvanın daşınmaz əmlakın ümumi sahəsi 169,3 kv.m X5 xüsusi mülkiyyətidir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyest kitabının 11321 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışından görünür ki, ünvan 7 ünvanın daşınmaz əmlakın ümumi sahəsi 39,9 kv.m X6 xüsusi mülkiyyətidir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 17260 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışından görünür ki, ünvan 8 ünvanın daşınmaz əmlakın ümumi sahəsi 88,5 kv.m X7 xüsusi mülkiyyətidir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 201 nömrəli reyestr kitabının 18946 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışından görünür ki, ünvan 7 ünvanda 1-ci mərtəbə və zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi X9 mülkiyyətidir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 2797 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestri ******* saylı çıxarışından görünür ki, X11 ondan ötrü ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirbəşir Qasımov küçəsində istifadədə olan 0.244 ha torpaq sahəsində yerləşən 10 nömrəli binanın zirzəmisində 69.8 kv.m ümumi, 55.3 kv.m əsas, 14.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 3695 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestri ******* saylı çıxarışından görünür ki, X3 ondan ötrü ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsində istifadədə olan 0.244 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 4 mərtəbəli binanın 13-cü girişində, 1-ci mərtəbəsində yerləşən 78.5 kv.m ümumi, 50 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 8488 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyini Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 14.11.2003-cü il tarixli reyestr kitabı №2 qeydiyyat nömrəsi 001289 saylı Şəhadətnamədən görünür ki, İddiaçı ünvan 9 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisindəki 34,7 kv.m olan qeyri-yaşayış sahəsinin qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Bu şəhadətnamə ilə rəsmiləşdirilən həmin 34,7 kv.m qeyri-yaşayış sahəsi alıcının toxunulmaz mülkiyyətidir. İş materiallarında olan “xxxx” MMC-nin 10 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, 10 sentyabr 2020-ci il tarixə “xxxx” MMC tərəfindən Ak.Mirqasımov 10 ünvanda inşa olunmuş “Yaşayış Kompleksi”ndə 3 №-li binanın 2-ci mərtəbəsində sahəsi 60,8 kv.m olan qeyri-yaşayış sahəsindən başqa özgəninkiləşdirilməmiş yaşayış və qeyri-yaşayış sahəsi mövcud deyildir. İş materiallarında olan 05 noyabr 2020-ci il tarixli 1119 saylı Arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına müvafiq olaraq, Nəsimi rayon icra Hakimiyyəti başçısının 29 noyabr 2017-ci il tarixli 317 №-li Sərəncamı ilə Nəsimi rayonu, Ak.Mirqasımov, Azadlıq prospekti, İmran Qasımov və S.Rüstəm küçələrinin əhatəsində yerləşən yaşayış binasının sökülməsi, yerində yeni yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilmişdir. Sərəncama əsaən, qeyd olunan ərazidə yerləşən qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış sahələri sökülmüş, yerində yüksəkmərtəbəli “yaşayış kompleksi” tikilmişdir. Qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra “yaşayış kompleksi" tikilib istismara təhvil verilən ana qədər olan müddət üzrə “Əmlak mülkiyyətçilərinə kompensasiya ödənilmişdir, İmran Qasımov küçəsinə çıxışı olan, zirzəmidə yerləşən qeyri-yaşayış sahələrinin “Əmlak mülkiyyətçi”lərinə hər ay üzrə ödənilmiş kompensasiyanın məbləği 1 kv.m üçün 7,22 manat təşkil etmişdir və ödəmə müddəti 2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayı daxil olmaqla olan dövrü əhatə etmişdir. İş materiallarında olan Nəsimi rayon Prokurorluğunun 31 avqust 2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayət ərizələri əsasında aparılmış materialı üzrə cinayət işinin başlanması “xxxx” MMC-nin rəhbərlərinin və işçilərinin hərəkətlərində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 21.04.2018-ci il tarixli aktdan görünür ki, ünvan 10 ünvanında yerləşən qəzalı vəziyyətdə olan həmin dördmərtəbəli yaşayış binasını İ.Qasımov küçəsi tərəfindən vətəndaş İddiaçı məxsus 34,7 kv.m qeyri-yaşayış sahəsi vardır. Bildirir ki, İddiaçı tərəfindən tam boşaldılmış bu zirzəminin içərisində heç bir maddi dəyərli material, mülk və avadanlıqlar yoxdur. Məhkəməyə təqdim edilmiş, Nəsimi rayon icra Hakimiyyətinin Başçısının müavini Qurban İsmayılov tərəfindən imzalanmış 10.12.2019-cu il tarixli, 01 saylı tikinti obyektinin istismarına icazədən görünür ki, 10 dekabr 2019-cu il tarixindən Nəsimi rayonu, Azadlıq prospekti, Ak.Mirqasımov, S.Rüstəm və İ.Qasımov küçələrinin kəsişməsində yerləşən “xxxx” MMC tərəfindən tikilmiş 5 binanı istismarına icazə verilmişdir. Beləliklə tədqiq olnmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən, Nəsimi rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və XX əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, tikinti və tikinti obyektinin istismarına icazənin verilməsinin, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadə və icarəyə verilməsini 5 il müddətində həyata keçirmək tapşırılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 29 noyabr 2017-ci il tarixli, 317 saylı 29 noyabr 2017-ci il tarixli “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamından görünür ki, Nəsimi rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05 saylı, 23.11.2017-ci il tarixli tikintiplanlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Ak.Mirqasımov, Azadliq prospekti, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilmişdir. Nəsimi rayon icra Hakimiyyəti başçısının Q.S.İsmayılovun və “xxxx” MMC-nin direktoru Cavabdeh2 arasında bağlanılmış 31.01.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarına əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Ak.Mirqasımov, Azadliq prospekti, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin kəsişmələrində yaşayış binalarının tikintisi üçün qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqavilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən Şirkət yeni binanın tikintisi başa çatanadək, sakinlər binaya köçənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kompensasiya ödəməyi; 2.4-cü bəndinə əsasən binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15%-dən artıq sahəsi olan, təmirli və püşkatmailə seçilmiş mərtəbələrdə mənzil sahəsi ilə təmin edilməsini öhdəsinə götürmüşdür. Həmçinin müəyyən edilmişdir ki, ünvan 11 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının zirzəmisindəki rəsmi 34,7 kv.m, faktiki isə 43 kv,m olmaqla qeyri-yasayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin ünvanda olan evlər sökülüb və onun yerində yeni yaşayış binası inşa edilib. İddiaçı ilə danışıqlar zamanı 20 % və daha artıq sahəli qeyri-yaşayış sahəsi, eləcə də istənilən mərtəbədə yaşayış sahəsi təklif edilsə də, o yalnız birinci mərtəbədə qeyri-yaşayış sahəsi verilməsin tələb etmişdir. Birinci mərtəbədə yerləşən sahələr sökülən binanın eyni mərtəbəsində sahələri olan şəxslərə verilməli olduğundan onun tələbini yerinə yetirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. MM-nin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx MMC”-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasında İddiaçı mülkiyyəti kimi qeyd olunan zirzəmidə yerləşən ümumi sahəsi 34 kv.metr qeyri-yaşayış sahəsini, “xxxx MMC” ümumilikdə 51.6 kv.metr əmlak sahəsinin verilməsini təmin etməklə əvəzləşdirəcəyini öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov, Azadlıq prospekti, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin şəhərin abadlaşdırılması, müasir tipli binaların tikintisi, başqa sözlə cəmiyyətin maraqları naminə sökülmüşdür. MM-nin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. MM-nin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-nin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə işin faktiki hallarına və ağlabatan mühakiməyə əsaslanaraq hesab etmişdir ki, İddiaçı mülkiyyəti kimi qeyd olunan ümumi sahəsi 34 kv.metr qeyri-yaşayış sahəsi istifadəyə yararsız, qəzalı vəziyyətdə olmuş əmlakı yeni tikilmiş, müasir standartlara cavab verən Bakı şəhəri, Nəsimi rayonu, X18 küçəsi, Azadlıq Prospekti, İmran Qasımov küçəsi və Süleyman Rüstəm küçələrinin əhatəsində yerləşən 3 nömrəli yaşayış binanın 2-ci mərtəbəsində yerləşən 51,6 kv.m əmlak sahəsi ilə əvəzləşdirilməsi qanunauyğun və ədalətlidir. Kollegiya apellyatorun onun mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin yarımzirzəmi olması, ona təklif olunan 2-ci mərtəbədə olan qeyri-yaşayış sahəsinin mümkünlüyü baxımından mübahisə predmeti olan əmlaka adekvat olmaması, ayrıca giriş-çıxışı olmaqla tam şəraitli qeyriyaşayış sahəsinin verilməsi ilə bağlı dilillərini əsassız hesab edərək, qeyd edir ki, iddiaçının mülkiyyətində yarımzirzəmidə deyil, zirzəmidə qeyri-yaşayış sahəsi olmuşdur. Bu hal, şəhadətnamə ilə yanaşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən apellyatorun adına verilmiş Texniki Pasportun surətindən aydın olaraq görünür. Belə ki, həmin Texniki Pasportda qeyri-yaşayış sahəsi zirzəmi kimi qeyd olunmaqla, həmin zirzəminin pəncərəsinin və havatəmizləyici qurğusunun olmadığı görünür. (İ cild, i/v 226) Kollegiya hesab edir ki, apellyatorun mülkiyyətində 34,7 kv.m qeyri-yaşayış sahəsi olduğu halda, məhkəmə tərəfindən 43 kv.m qeyri-yaşayış sahəsinə 20% əlavə ilə birlikdə binanın 2-ci mərtəbəsində yerləşən 51,6 kv.m qeyri-yaşayış sahəsinin verilməsi ilə bağlı ədalətli qərar qəbul etmişdir. Kollegiya apellyatorun qeyri-yaşayış sahəsinin verilməsinin mümkün olmadığı təqdirdə, ədalətli kompensasiya ödənilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçı bununla bağlı tələb irəli sürməmiş, məhkəmə MPM-nin 218.3-cü maddəsinə əsasən verilmiş tələb daxilində işə baxmışdır. Kollegiya apellyatorun qeyd olunan yaşayış binasının 1-ci mərtəbəsində ümumiyyətlə qeyriyaşayış sahəsi olmaması və fəaliyyət göstərməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, X9 mülkiyyətində ünvan 7 ünvanda 1-ci mərtəbə və zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər social və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt)hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və yazərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarınıpozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt)nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tamhəcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsinöhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyükimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi aşağıdakı əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçının ona məxsus əmlak dəyərli əşyalar-məişət texnikası, o cümlədən “JVC” markalı televizor, “Siemens” markalı qızdırıcı və məişət texnikası təmir məqsədilə yenialınmış metlax və dekorativ tavan örtüyü, bir neçə çeşiddə tikinti materialları və ləvazimatları, şəxsi seyf, həmin seyfdə saxlanan ona məxsus qiymətli kağızlar və sənədlər, eləcə də pul vəsaiti naməlum şəxslər tərəfindən oğurlanması və ona 200000 manat maddi zərər dəyməsi ilə bağlı hissədə sübutlar təqdim olunmadığından, iddianın rədd olunması ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. Belə ki, həmçinin iddiaçının qeyd etdiyi həmin əmlaklarla bağlı Bakı şəhəri şəhəri Nəsimi rayon Prokurorluğunda araşdırma aparılmış, iddiaçıya məxsus zirzəmi sahəsi uçulmazdan bilavasitə əvvəl orada sonuncuya məxsus hər hansı əmlakın olduğu, onun əmlakının talanması və ya məhv edilməsi faktları müəyyən edilməmişdir. Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun 31 avqust 2018-ci il tarixli qərarı ilə cinayət işi başlanmasının rədd edilmişdir. Kollegiya iddia tələbinin cavabdehdən mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, kollegiya qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Kollegiya, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair 31 may 2002-ci il tarixli Qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edilməlidir ki, mənəvi zərərin məbləğinin iddia tələbində 25.000 manat göstərilməsi çox olmaqla real qiymətləndirilmir və kollegiya hesab edir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 2500 (iki min beş yüz) manat məbləğində müəyyən edilməsi ağlabatan və ədalətli olar. Bundan əlavə, məhkəmə əldən çıxmış faydaya görə tələblə bağlı qeyd etmişdir ki, həmin tələb qismən 7451 manat 04 qəpik məbləğində təmin olunmalıdır. Belə ki, İddiaçı mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının zirzəmisindəki 43 kv.m və 20% əlavə etməklə cəmi 51,6 kv.m. təşkil edir. Həmin küçənin zirzəmisində yerləşən digər qeyri-yaşayış sahələrinin əmlak mülkiyyətçilərinə hər ay üzrə ödənilmiş kompensasiya məbləği hər bir kv.m üçün 7,22 manat təşkil etmişdir. Odur ki, 51,6 kv.m x 7,22 manat = 372,552 manat bir ay üçün vəsait təşkil edir. Nəzərə alsaq ki, İddiaçı ona məxsus zirzəmidən 20 ay (2018-ci ilin aprel ayından 2019cu ilin dekabr ayının 1-dək olan dövr ücün) müddətində istismardan məhrum olunmuşdur, yəni 20 ay x 372,552 manat = 7451,04 manat məbləğində vəsait təşkil edir. Odur ki, iddia tələbi əldən çıxmış faydanın ödənilməsi hissəsində 7451 manat 04 qəpik hissəsində təmin olunmalıdır. Kollegiya apellyatorun əldən çıxmış faydanın azlığı ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Belə ki, MM-nin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya apellyatorun onun fikirləri və tələblərinin tam dinlənməməsi, çıxış və replika hüquqlarının tam məhdudlaşdırılması və hətta dəyərləndirilmələrlə bağlı əlavə təsdiqedici hüquqi sənədlərin növbəti məhkəmə iclasında təqdim ediləcəyi üçün möhlət verilməsi hüquqları tanınmadan qarşı tərəfin birtərəfli qaydada təqdim etdiyi əsaslanmamış sübutlara istinad etməsi ilə bağlı dəlilləri əsassız hesab edərək, qeyd edir ki, iddia tələbinə bir ilə yaxın müddətdə baxılması zamanı iddiaçının kiafyət qədər vaxtı olmuşdur ki, zəruri sübutlarını təqdim etsin. Məhkəmə tərəflərin həmin müddət ərzində təqdim etdikləri sübutlara qiymət vermişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsaən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(006)- 314/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Məmməd Məmmədov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4760/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4760/2021
19.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver