Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4766/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Hüquq MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (açar sözlər: “sayğacın adına rəsmiləşdirilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı (Hüquq MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sayğac kompektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq iddiaçının adına rəsmiləşdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1095/2025 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı kooperativin payçısı və təsisçisi olduğunu nəzərə alaraq, həmin obyektlərin elektrik enerjisinin sərfiyyatını göstərən **********00007, **********00545 uçot nöqtələri və müvafiq 818132M1090027, 0109691M55314 sayğac kompektlərinin elektrik enerjisinin hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq onun adına rəsmiləşdirməyə köməklik göstərilməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, uçot nöqtəsində ad dəyişikliyi edilməsi və ya yeni abunə kodunun açılması “Asan kommunal” mərkəzləri vasitəsi ilə həyata keçirildiyindən tələb olunan müvafiq sənədlərlə mərkəzə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı tərəfindən X1 Agentliyinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MTK tərəfindən Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksi inşa edilmişdir. Həmin kompleks inşa edilməmişdən əvvəl digər müvafiq təşkilatlardan icazə alınmışdır. Həmçinin, "xxxx" ASC-dən Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksinin elektrik enerjisi ilə təchiz edilməsi üçün texniki şərt alınmışdır. Texniki şərt alınan zaman binanın 330 mənzilinin və binanın alt mərtəbələrində yerləşən qeyri-yaşayış (ofis) sahələrinin olacağı və onların da enerjiyə olan tələbatı nəzərə alınmışdır. “Hüquq" MTK tərəfindən texniki şərtə uyğun olaraq yarımstansiya tikilmiş, transformator və digər elektrik qurğuları qeyd edilən sahələrə quraşdırılmışdır. Kompleks inşa edildikdən sonra "xxxx" MTK 330 mənzilin hər birini ayrıayrı vətəndaşlara satmışdır, o cümlədən də qeyri-yaşayış (ofis) sahələrini müxtəlif şəxslərə satmışdır. Yarımstansiyada 11 ədəd elektrik sayğacı mövcuddur və onlardan ikisi yalnız qeyri-yaşayış (ofis) sahələrini elektrik enerjisi ilə təmin edir. O, həmin kompleksdə olan qeyri-yaşayış (olis) sahələrinin böyük bir hissəsinin mülkiyyətçisidir və bununla bağlı reyestrdən çıxarışı var. Yarımstansiyada olan elektrik sayğaclarının birindən çıxan elektrik kabeli yalnız onun mülkiyyətində olan qeyri-yaşayış (ofis) sahələrini elektrik enerjisi ilə təmin edir. Onun mülkiyyətində olan obyekt “Hüquq" MTK-nın sub-abonenti kimi elektrik şəbəkəsinə qoşulmuşdur. Artıq 20 ildir ki, həmin qeyri-yaşayış (ofis) sahələri fəaliyyət göstərir və elektrik təchizatı da mövcuddur. Eyni zamanda heç bir əlavə elektrik yükü həmin qeyri-yaşayış (ofis) sahələrinə tələb olunmur. Hazırda mülkiyyətində olan qeyriyaşayış (ofis) sahələrini elektrik enerjisi ilə təmin edən elektrik sayğacının “Hüquq" MTKnın adından çıxarılıb onun adına keçirilməsi ilə bağlı “Azərişıq" ASC-yə müraciət etmişdir. Lakin bununla bağlı müsbət cavab almamış və ona bildiriblər ki, bununla əlaqədar olaraq texniki şərt almalıdır. “Hüquq" MTK tərəfindən inşa olunmuş yaşayış kompleksində yerləşən və 20 il əvvəl elektrik şəbəkəsinə qoşulmuş qeyri-yaşayış (ofis) sahələrini elektrik enerjisi ilə təmin edən elektrik sayğacının “Hüquq" MTK-nın adından çıxarılıb onun adına keçirilməsi üçün texniki şərt almağı tələb olunurmu? Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı filialı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında "xxxx" MTK-nın qeyri-yaşayış sahəsində yerləşən obyektlərin sahibi İddiaçı ünvanlanan 29 aprel 2025-ci il tarixli cavab məktubundan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən qeyri-yaşayış sahələrinin elektrik enerjisi təchizatı "xxxx" ASC-nin balans və xidmətində olan gücü 2x1600 Kva, 6/0,4 KV gərginlikli 572 saylı transformator yarımstansiyasının 0,4 kV-luq paylayıcı qurğusundan yerinə yetirilir və həmin qeyri-yaşayış sahələrinə MTK-nın 07/1-28 nömrəli abonent kodu altında **********00007, **********00545 saylı uçot nöqtələri açılmış, həmin uçot nöqtələrinə uyğun olaraq 2818132M1090027 və 00360033M2423822 zavod nömrəli elektrik sayğacları quraşdırılmışdır. Məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər olan (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin, enerji təchizatı layihəsinin hazırlanması və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydasının tələblərinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydanın 2.20-ci bəndinə əsasən, yaşayış binalarının enerji təchizatı şəbəkəsinə qoşulması üçün bu Qaydanın tələblərinə uyğun olaraq enerji təchizatı müəssisəsi tərəfindən ümumi texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin, həmçinin yaşayış binası üçün verilmiş texniki şərtdə qeyd olunan güc hesabatında nəzərdə tutulan, həmin yaşayış binasının 0,4 kV-luq paylayıcı lövhəsinə qoşulan qeyri-yaşayış sahələrinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün ayrıca texniki şərtlərin və enerji təchizatı layihəsinin alınması, həmçinin qoşulma xidmətinə görə ödəniş tələb olunmur. Əlavə olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydalarının 1.4-cü bəndinin ikinci abzasına əsasən, enerji təchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerji təchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. Odur ki, sözügedən qeyri-yaşayış sahələrində elektrik enerjisinin alqı-satqı müqaviləsinin dəyişdirilməsi və şəxsi hesabın digər abonentin, o cümlədən subabonent adına keçirilməsi məsələsinə baxılması məqsədilə “Asan Kommunal" mərkəzləri vasitəsilə enerji təchizatı müəssisəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda yerləşən 2-ci mərtəbə ümumi sahəsi 2762.3 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 78 nömrəli reyestr kitabının 7363 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda yerləşən 1-ci mərtəbə ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 91 nömrəli reyestr kitabının 8543 nömrəli vərəqində qeydiyyata alınmışdır. 30 sentyabr 2020-ci il tarixli, 227422/2 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan “Bank VTB (Azərbaycan)” ASC, ipoteka qoyan İddiaçı və borc alan "xxxx" MMC arasında bağlanan bu müqaviləyə əsasən ipoteka qoyan xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda yerləşən 2-ci mərtəbə ümumi sahəsi 2762.3 kv.m olan qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. 30 sentyabr 2020-ci il tarixli, 106542-NEDVİJ427/4 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan “Bank VTB (Azərbaycan)” ASC, ipoteka qoyan İddiaçı və borc alan "xxxx" MMC arasında bağlanan bu müqaviləyə əsasən ipoteka qoyan xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda yerləşən 1-ci mərtəbə ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən "xxxx" ASC-yə ünvanlanan 27 iyun 2007ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa olunan hündürmərtəbəli binanın enerji təchizatı üçün verilmiş texniki şərti maliyyə çatışmamazlığına görə yerinə yetirə bilinmədiyindən yaranmış maliyyə çatışmamazlığını nəzərə alıb texniki şərtə yenidən baxılmasına köməklik göstərilməsini xahiş olunmuşdur. "xxxx" ASC tərəfindən verilən 2003-cü il tarixli məktubdan görünür ki, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə tikiləcək "xxxx" MTK-ya məxsus yaşayış binasının elektrik təchizatının "xxxx" MMC-yə məxsus 110/35/6 Kv-luq “227 saylı” YS vasitəsilə 220/110/10 Kv-luq “Xırdalan” YS-dan təmin olunmasına etiraz etmirlər. "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli 27 saylı məktubundan müəyyən olunur ki, MTK Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 38 ünvanında yerləşən İddiaçı məxsus qeyriyaşayış sahələrini elektrik enerjisi ilə təmin etmək üçün quraşdırılan 818132M1090027 və 0036033M2423822 nömrəli sayğac komponentlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılmasına və İddiaçı adına rəsmiləşdirilməsinə "xxxx" MTK etiraz etmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «uçot nöqtələri və sayğac kompektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq iddiaçının adına rəsmiləşdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında "xxxx" MTK tərəfindən 6 blokdan ibarət hündürmərtəbəli yaşayış binası (aşağı mərtəbələri qeyri-yaşayış sahələri olmaqla) inşa edilmişdir. Bina üçün elektrik enerjisi qidalanmasına xx.xx.2007-ci il tarixdə TX-11-0364 saylı texniki şərt verilmişdir. Verilmiş texniki şərtə əsasən binanın yaxınlığında 6/04 kv-lıq yarımstansiya quraşdırılıb istismara verilmişdir. Bina üçün yarımstansiyanın 0,4 kv-lıq paylayıcı quruluşda 13 ədəd sayğac uçot komplekti istismardadır və hesabat həmin sayğaclarla aparılır. Bütün yaşayış və qeyri- yaşayış sahələri 15 ildən artıqdır ki, həmin sayğaclar vasitəsilə elektrik enerjisi ilə təmin edilmişdir. İddiaçı "xxxx" MTK tərəfindən inşa edilmiş binada aşağıda qeyd olunan qeyri-yaşayış sahələrini əldə etmiş və qeyd olunan sənədlərə əsasən həmin qeyri-yaşayış sahələri onun mülkiyyətindədir. 1) Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38, mərtəbə 1 ünvanında qeyri-yaşayış sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestr nömrəsi **********05-05301-083003, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il tarixli çıxarış; 2) Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38, mərtəbə 2 ünvanında qeyri-yaşayış sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestr nömrəsi **********05-05301-083001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il tarixli çıxarış. "xxxx" ASC tərəfindən şifahi olaraq ona bildirilmişdir ki, mülkiyyətində olan qeyri-yaşayış sahələrini elektrik enerjisi ilə qidalandıran sayğacların onun adına rəsmiləşdirilməsi ilə əlaqədar "ASAN Kommunal" mərkəzlərinə müraciət etməlidir. Tərəfindən xx.xx.2024-cü il tarixdə 2 saylı Bakı "ASAN Kommunal" mərkəzinə müraciət edildikdə isə ona bildirilmişdir ki, "ASAN Kommunal" mərkəzlərində yalnız yeni texniki şərt verilir. Lakin iddiaçı bununla razı olmamış və mülkiyyətində olan qeyri-yaşayış sahələrini elektrik enerjisi ilə qidalandıran sayğacların adına rəsmiləşdirilməsi ilə əlaqədar tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə rəsmi qaydada müraciət edilmişdir. Müraciətə cavab olaraq "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə 13-13/2-2/7-04-Y-4709-5/2024 nömrəli rəsmi məktubla yenidən bildirilmişdir ki, qeyri-yaşayış sahələrinə məxsus uçot nöqtəsində ad dəyişikliyi edilməsi və ya yeni abunə kodunun açılması "ASAN Kommunal" mərkəzləri vasitəsilə həyata keçirilir. Bakı şəhəri, Nəsimi rayonu Xətai prospekti 38 ünvanında inşa edilmiş hündürmərtəbəli binanın bütün yaşayış və qeyri-yaşayış sahələrinin elektrik təchizatı üçün "xxxx" MTK tərəfindən texniki şərt alınmışdır. Həmin texniki şərt verilən zaman bütün yaşayış və qeyriyaşayış sahələrinin işlətdiyi elektrik enerjisinin gücü nəzərə alınmışdır. Bütün sayğaclar 15 ildən çoxdur ki, qoşulu vəziyyətdədir və bütün binanı elektrik enerjisi ilə qidalandırır. Hesab edir ki, heç bir halda yeni texniki şərt alınması zərurəti yoxdur. Çünki bütün yaşayış və qeyri-yaşayış sahələri üçün icazə alınmışdır və iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələri yeni deyildir. Sadəcə olaraq əvvəl "xxxx" MTK-nın mülkiyyətində idi, hazırda isə iddiaçının mülkiyyətindədir. Göstərilənlərə əsasən iddia ərizəsində göstərilən ünvandakı mülkiyyətdə olan və hazırda fəaliyyət göstərən obyektlərə verilən elektrik enerjisi sərfiyyatını göstərən **********00004, **********00007, **********00545 nömrəli uçot nöqtələri və müvafiq 3202977M476764, 818132M1090027, 0109691M55314 nömrəli sayğac kompektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq İddiaçı adına rəsmiləşdirməsinin "Azərişıq” ASC-yə həvalə edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsində göstərilən ünvandakı mülkiyyətdə olan və hazırda fəaliyyət göstərən obyektlərə verilən elektrik enerjisi sərfiyyatını göstərən 818132M1090027, 0036033M2423822 nömrəli sayğac kompektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq İddiaçı adına rəsmiləşdirilməsinin "xxxx" ASC-yə həvalə edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1095/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda yerləşən, İddiaçı məxsus qeyri-yaşayış sahələrində quraşdırılan 818132M1090027 və 0036033M2423822 nömrəli sayğac kompektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq iddiaçının adına rəsmiləşdirilməsinin "xxxx" ASC-yə həvalə edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda, 1-ci və 2-ci mərtəbələrdə yerləşən, sahələri 2762.3 və 559.6 kv.m olan qeyri-yaşayış sahələrində quraşdırılan və hazırda da fəaliyyət göstərən 818132M1090027 və 0036033M2423822 nömrəli sayğac kompektləri iddiaçının yox, binanı tikən "xxxx" MTK-nın adınadır. Sözügedən qeyri-yaşayış sahələrinin yerləşdiyi binaya dair bütövlükdə elektrik enerjisinin verilməsi üçün daha əvvəl "xxxx" ASC tərəfindən xx.xx.2007-ci il tarixli, TX-11-0364 saylı texniki şərt verilmiş və bina bütövlükdə həmin texniki şərt əsasında elektrik enerjisi ilə təchiz edilmişdir. İddiaçı özünə məxsus sahədə quraşdırılan sayğacların "xxxx" MTK-nın adından çıxarılaraq öz adına rəsmiləşdirilməsini tələb etsə də, cavabdeh tərəfindən bundan imtina edilmiş, imtinanın əsası kimi isə bunun üçün ayrıca texniki şərtin alınmalı olması qeyd edilmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən enerji təchizatı müəssisəsi tərəfindən ümumi texniki şərtin verildiyi və həmin texniki şərtin tələblərinin icra olunduğu binalarda, həmin binalarda olan qeyri-yaşayış sahələrinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün ayrıca texniki şərtin alınması tələb olunmur və şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Göründüyü kimi bina üzrə "xxxx" MTK tərəfindən daha əvvəl texniki şərt alınmış, sayğaclarda hər hansı bir dəyişiklik olmamış, sadəcə olaraq 818132M1090027 və 0036033M2423822 nömrəli sayğac kompektləri texniki şərti alan "xxxx" MTK-nın adında qalmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin sırf texniki şərtin yenidən alınmalı olması əsası ilə iddiaçının tələbindən imtina etməsi qeyd edilən hallara görə əsassız olmuşdur. İddiaçı məsələ ilə bağlı Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyinə müraciət etmiş, oradan verilən xx.xx.2025-ci il tarixli cavab məktubunda da sayğacın adına keçirilməsi üçün ayrıca texniki şərtin alınmasına ehtiyac olmadığı, məsələ ilə bağlı “ASAN kommunal” mərkəzləri vasitəsilə enerji təchizatı müəssisəsinə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahələrində quraşdırılan sayğacların hazırda da "xxxx" MTK-nın adında qalması onun hüquqlarını pozur və buna görə də iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə də iddia tələbi məhkəmə tərəfindən əsaslı hesab edildiyindən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda yerləşən, İddiaçı məxsus qeyri-yaşayış sahələrində quraşdırılan 818132M1090027 və 0036033M2423822 nömrəli sayğac kompektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq iddiaçının adına rəsmiləşdirilməsi "xxxx" ASC-yə həvalə edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 1.4, 8.1, 8.3, 8.5, 8.6, 8.20, 8.21-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2023-cü il tarixli, 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın 2.20-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1095/2025 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «uçot nöqtələri və sayğac kompektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq iddiaçının adına rəsmiləşdirilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında "xxxx" MTK tərəfindən 6 blokdan ibarət hündürmərtəbəli yaşayış binası (aşağı mərtəbələri qeyri-yaşayış sahələri olmaqla) inşa edilmişdir. Bina üçün elektrik enerjisi qidalanmasına xx.xx.2007-ci il tarixdə TX-11- 0364 saylı texniki şərt verilmişdir. Verilmiş texniki şərtə əsasən binanın yaxınlığında 6/04 kv-lıq yarımstansiya quraşdırılıb istismara verilmişdir. Bina üçün yarımstansiyanın 0,4 kvlıq paylayıcı quruluşda 13 ədəd sayğac uçot komplekti istismardadır və hesabat həmin sayğaclarla aparılır. Bütün yaşayış və qeyri-yaşayış sahələri 15 ildən artıqdır ki, həmin sayğaclar vasitəsilə elektrik enerjisi ilə təmin edilmişdir. İddiaçı "xxxx" MTK tərəfindən inşa edilmiş binada aşağıda qeyd olunan qeyri-yaşayış sahələrini əldə etmiş və qeyd olunan sənədlərə əsasən həmin qeyri-yaşayış sahələri onun mülkiyyətindədir. 1) Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38, mərtəbə 1 ünvanında qeyri-yaşayış sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestr nömrəsi **********05- 05301-083003, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il tarixli çıxarış; 2) Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38, mərtəbə 2 ünvanında qeyri-yaşayış sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestr nömrəsi **********05-05301-083001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il tarixli çıxarış. "xxxx" ASC tərəfindən şifahi olaraq ona bildirilmişdir ki, mülkiyyətində olan qeyri-yaşayış sahələrini elektrik enerjisi ilə qidalandıran sayğacların onun adına rəsmiləşdirilməsi ilə əlaqədar "ASAN Kommunal" mərkəzlərinə müraciət etməlidir. Tərəfindən xx.xx.2024-cü il tarixdə 2 saylı Bakı "ASAN Kommunal" mərkəzinə müraciət edildikdə isə ona bildirilmişdir ki, "ASAN Kommunal" mərkəzlərində yalnız yeni texniki şərt verilir. Lakin iddiaçı bununla razı olmamış və mülkiyyətində olan qeyri-yaşayış sahələrini elektrik enerjisi ilə qidalandıran sayğacların adına rəsmiləşdirilməsi ilə əlaqədar tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə rəsmi qaydada müraciət edilmişdir. Müraciətə cavab olaraq "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə 13-13/2-2/7-04-Y-4709-5/2024 nömrəli rəsmi məktubla yenidən bildirilmişdir ki, qeyri-yaşayış sahələrinə məxsus uçot nöqtəsində ad dəyişikliyi edilməsi və ya yeni abunə kodunun açılması "ASAN Kommunal" mərkəzləri vasitəsilə həyata keçirilir. Bakı şəhəri, Nəsimi rayonu Xətai prospekti 38 ünvanında inşa edilmiş hündürmərtəbəli binanın bütün yaşayış və qeyri-yaşayış sahələrinin elektrik təchizatı üçün "xxxx" MTK tərəfindən texniki şərt alınmışdır. Həmin texniki şərt verilən zaman bütün yaşayış və qeyri-yaşayış sahələrinin işlətdiyi elektrik enerjisinin gücü nəzərə alınmışdır. Bütün sayğaclar 15 ildən çoxdur ki, qoşulu vəziyyətdədir və bütün binanı elektrik enerjisi ilə qidalandırır. Hesab edir ki, heç bir halda yeni texniki şərt alınması zərurəti yoxdur. Çünki artıq bütün yaşayış və qeyri-yaşayış sahələri üçün icazə alınmışdır və iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələri yeni deyildir. Sadəcə olaraq əvvəl "xxxx" MTK-nın mülkiyyətində idi, hazırda isə iddiaçının mülkiyyətindədir. Göstərilənlərə əsasən iddia ərizəsində göstərilən ünvandakı mülkiyyətdə olan və hazırda fəaliyyət göstərən obyektlərə verilən elektrik enerjisi sərfiyyatını göstərən **********00004, **********00007, **********00545 nömrəli uçot nöqtələri və müvafiq 3202977M476764, 818132M1090027, 0109691M55314 nömrəli sayğac kompektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq İddiaçı adına rəsmiləşdirməsinin "Azərişıq” ASC-yə həvalə edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin məhkəmə MPM-in tələblərini pozaraq, iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi Qanuni nümayəndə izahatında iddia tələbinə qarşı etirazının olmadığını, uzun müddət onlar bu məsələ ilə əlaqədar "xxxx" ASC-yə müraciət etmələrini, "xxxx" MTK-ın fəaliyyəti dayandırılsa da hesab fakturalarının "xxxx" MTK-ın adına gəlməsini, sayğacların qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinin adına keçirilməsini dəfələrlə təklif etmələrini, İddiaçı iddia etdiyi sayğacların MTK-ın adından çıxarılaraq iddiaçının adına keçirilməsinə razı olmalarını, binaya texniki şərt alındığı üçün yenidən texniki şərt almağa ehtiyacın olmadığını göstərmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydaları Bənd 1.4. Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. Bənd 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Bənd 8.3. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Bənd 8.5. Abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. Bənd 8.6. İstehlakçının eyni, yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə elektrik enerjisinə görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. Bənd 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır Qaydaların 8.21-ci bəndinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Bənd 8.21. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2023-cü il tarixli, 399 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydaları Bənd 2.20. Yaşayış binalarının ETŞ-yə qoşulması üçün bu Qaydanın tələblərinə uyğun olaraq ETM tərəfindən ümumi texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin, həmçinin yaşayış binası üçün verilmiş texniki şərtdə qeyd olunan güc hesabatında nəzərdə tutulan, həmin yaşayış binasının 0,4 kV-luq paylayıcı lövhəsinə qoşulan qeyri-yaşayış sahələrinin ETŞ-yə qoşulması üçün ayrıca texniki şərtlərin və enerji təchizatı layihəsinin alınması, həmçinin qoşulma xidmətinə görə ödəniş tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmiş, binanın elektrik enerjisi ilə təchiz olunması ilə bağlı texniki şərt və elektrik sayğacı kompektləri (uçot nöqtələri və s.) MTK-nın adına qeydə alınmış, "xxxx" MTK tərəfindən inşa edilən sözügedən yaşayış kompleksinin alt mərtəbələrində yerləşən və ümumi sahələri 2762.3 kv.m və 559.6 kv.m olan qeyri-yaşayış sahələri İddiaçı mülkiyyətində olsa da qeyri-yaşayış sahələrini elektrik enerjisi ilə təchiz edən 818132M109002 və 0036033M2423822 nömrəli sayğac kompektləri "xxxx" MTK-nın adında qalmışdır. Hazırda iddiaçı həmin sayğac kompektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq öz adına rəsmiləşdirilməsi tələb edir. "xxxx" MTK buna etiraz etməsə də, cavabdeh bunun üçün yeni texniki şərtin alınmalı olmasını bildirməklə etiraz edir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2023-cü il tarixli, 399 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydalarının 2.20-ci bəndinə əsasən, yaşayış binalarının ETŞ-yə qoşulması üçün bu Qaydanın tələblərinə uyğun olaraq ETM tərəfindən ümumi texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin, həmçinin yaşayış binası üçün verilmiş texniki şərtdə qeyd olunan güc hesabatında nəzərdə tutulan, həmin yaşayış binasının 0,4 kV-luq paylayıcı lövhəsinə qoşulan qeyri-yaşayış sahələrinin ETŞ-yə qoşulması üçün ayrıca texniki şərtlərin və enerji təchizatı layihəsinin alınması, həmçinin qoşulma xidmətinə görə ödənişin aparılmasının tələb olunmadığını bilən cavabdehin iddiaçıdan təkrarən texniki şərtin alınmasını tələb etməsi, istehlakçının sonda mülkiyyətində olan daşınmaz əmlaklardan maneəsiz istifadə etmək hüququnu da məhdudlaşdıran haldır. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassızdır. İstinad olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1095/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdeə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4766/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4766/2025
01.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver