Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4774/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı və onun vəkili-nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1090/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dairiddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 88 saylı binanın altında yerləşən 44 kv.m zirzəmi sahəsindən çıxarılması və boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1090/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 88 saylı binanın altında yerləşən 44 kv.m zirzəmi sahəsindən çıxarılması və həmin sahə boşaldılmaqla İddiaçı təhvil verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki,Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 88 binanın altında yerləşən zirzəmisindəki 44 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsi Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olan əmlakdır. Bu baxımdan sözügedən qeyri-yaşayış sahəsinin boşaldılması ilə bağlı tələb hüququ İddiaçı deyil, Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsusdur. İddiaçı həmin sahəyə nə mülkiyyət hüquqi əldə etməmiş, nə də ki. Nəsimi rayon 41 saylı MKTB arasında mübahisə sahə ilə bağlı qeyri-yaşayış sahəsinin istismar xərclərinin ödənilməsi barədə müqavilələrdə digər şəxslərə qarşı iddia qaldırmaq hüququnun olduğunu müəyyən edilməmişdir. Bundan başqa Bakı şəhəri XDS İK-nin xx.xx.1983-ü il tarixli 05/814 saylı qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 88 binanın altında yerləşən zirzəmisinin 40.8 kv.m olan sahəsi Azərbaycan Rəssamlar İttifaqına icarəyə verilmişdir. Göründüyü kimi iddaiçının iddia tələbi 44 kv.m olduğundan Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli Sərənacamı ilə iddiaçının mülkiyyətinə verilməsinə əlaqəsi yoxdur. İş materialında olan Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsorrütat Birliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, mübahisəli sahə olan Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 88 binanın altında yerləşən zirzəmisinin 44 kv.m mülkiyyət hüququnun müəyyən edən sənəd olmadan Cavabdeh istifadəsindədir. İş materiallarında olan 08 05.2013-cü il tarixli, 0-12 saylı məktubundan müəyyən olunur ki, Fakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi,88 binanın altında yerləşən zirzəmisinin 74 kv.m saliənin icarəyə götürülməsinə vs özəlləşdirilməsinə etiraz etmədik arini qeyd edyd edilmişdir. Göründüyü kimi İddiaçı Əbülfəz, qızının sözügedən binanın 74 kv.m zirzəminin özəlləşdirmək imkanın olduğunu və hamin sahə ilə gözlənilən mülkiyyət hüququ əldə etmək imkanı vardı. Məhkəmə iddiaçının tələb etdiyi 44 kv.m sahənin Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 88 binanın altında yerləşən zirzəminin hansı hissəsində aid olduğu müəyyən etmək üçün məhkəmə-tikinti ekspertizasının təyin etməli idi. Çünki, məhkəmə iddianı təmin edərək hüquqi əsasını “Azərbaycan iləssamlaı İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalaxatlarının onların miilkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 06.2003-cü il tarixli Sərənacamı və İddiaçı ilə Nəsimi rayon 41 saylı MKTB arasında mübahisə sahə ilə bağlı qcjrı-yaşayış sahəsinin istismar xərclərinin ödənilməsi barədə müqavilələr olmuşdur. Halbu ki, bu əsaslara görə iddia təmin edilə bilməzdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İddiaçı və onun vəkili-nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli, 2-133/1997 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və qeyrilərinə qarşı "icarə müqaviləsinin etibarsız hesab edilməsi və qeyriyaşayış sahəsinin onun istifadəsinə verilməsi” tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin X2 ünvanladığı xx.xx.2018-ci il tarixli, Q-6 saylı məktubun surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, K-215 saylı məktubuna əsasən Bakı şəhəri XDS İK-nin xx.xx.1983-cü il tarixli 05/814 saylı qərarı ilə Topçubaşov küçəsi 88 saylı evin altındakı 40,8 kv.m olan zirzəmi sahəsi Azərbaycan Rəssamlar İttifaqına icarəyə verilmişdir. Rəssamlar İttifaqı tərəfindən göstərilən sahə ona emalatxana kimi istifadə etmək üçün verilmişdir. X7 Orucova iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, qeyd olunan qərarın ləğv olunması və həmin sahənin onun istifadəsinə verilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarı ilə Cavabdeh iddiası rədd edilmişdir. Həmin sahənin icarəyə verilməsi üçün onunla Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi arasında 67 saylı, xx.xx.1994-cü il və 17 saylı, xx.xx.1997-ci il tarixli icarə müqavilələri bağlanmışdır. Nəsimi rayon MKTB ilə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10 saylı “qeyri-yaşayış sahələrinin istismar xərclərinin ödənilməsi haqqında” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X1 rayon MKTB-nin balansında olan Ə.Topçubaşov 88 ünvandakı binanın nəzdində yerləşən 44,00 kv.m olan qeyri-yaşayış sahəsini zirzəmi kimi istifadə etməyi və illik 26,4 manat istismar haqqı ödəməyi öhdəsinə götürmüşdür. Nəsimi rayon MKTB ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 10 saylı “qeyri-yaşayış sahələrinin istismar xərclərinin ödənilməsi haqqında” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X1 rayon MKTB-nin balansında olan Ə.Topçubaşov 88 ünvandakı binanın nəzdində yerləşən 44,00 kv.m olan qeyri-yaşayış sahəsini zirzəmi kimi istifadə etməyi və illik 26,4 manat istismar haqqı ödəməyi öhdəsinə götürmüşdür. Nəsimi rayon 41 saylı MKTB ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 10 saylı “qeyri-yaşayış sahələrinin istismar xərclərinin ödənilməsi haqqında” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X1 rayon MKTB-nin balansında olan Ə.Topçubaşov 88 ünvandakı binanın nəzdində yerləşən 44,00 kv.m olan qeyriyaşayış sahəsini zirzəmi kimi istifadə etməyi və illik 26,4 manat istismar haqqı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020- ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, 88 saylı ünvanda yerləşən 44 kv.m olan qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikası Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Nəsimi rayonu, Topçubaşov küçəsi 88 saylı bina Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır və sözügedən zirzəminin mülkiyyət hüququnu müəyyən edən sənəd olmadan Cavabdeh istifadə edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilməsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə bu Sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin xx xxxx 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirməsi tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair»xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz^ Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bu ondan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır». Həmin qərarda qeyd edilmişdir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki "mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bundan əlavə, göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında mübahisəli qeyri-yaşayış sahəsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Qeyd olunan məhkəmə aktı ilə Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 88 saylı binanın altında yerləşən 44 kv.m zirzəminin onun sərəncamına verilməsinə dair iddia tələbi rədd edilmişdir. Göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 88 saylı binasının altında yerləşən 44 kv.m zirzəmi sahəsi cavabdeh tərəfindən qeyri-qanuni zəbt olunmuşdur və halhazırda cavabdehin istifadəsindədir. Əksinə, "Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli Sərəncamına əsasən emalatxanalar rəssamların mülkiyyətinə verilməlidir. Bundan əlavə, İddiaçı ilə Nəsimi rayon 41 saylı MKTB arasında mübahisəli sahə ilə bağlı qeyri-yaşayış sahəsinin istismar xərclərinin ödənilməsi barədə müqavilələr bağlanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının istifadəsinə verilməlidir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorun mülahizələrinə əsaslanır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1090/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-4774/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4774/2020
18.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver