Məhkəmə qərarları › İş №2(103)-4774/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4774/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4774/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X18 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X7, Cavabdeh “xxxx” MMC-nin (əvvəlki adı Cavabdeh3) nümayəndəsi X11 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(004)-1584/2021 saylı qətnaməsindən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər X12, Cavabdeh2 MMC-yə və “xxxx” MMC-yə (əvvəlki adı Cavabdeh3) qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 mülkiyyətində olan “Dam örtükləri” mağazasına dəymiş zərərə görə 3060 manat sığorta ödənişi məbləğinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılır ki, cavabdeh X16 14.04.2015-ci il tarixdə Bakı şəhəri Dərnəgül yolu ərazisində “xxxx” MMC-yə (əvvəlki adı Cavabdeh3) məxsus “X26” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Daewoo” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “X26” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən Z.Bünyadov prospektində yerləşən X13 mülkiyyətində olan “Dam örtükləri” mağazasına maddi zərər vurulmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, X10 yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsinə əsasən X16 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Belə ki, 256299 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi 14.04.2015-ci il tarixli yol nəqliyyat hadisəsi baş verdiyi anda “X26” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” MMCnin (əvvəlki adı Cavabdeh3) mülkiyyətində olmuşdur. Lakin, hadisə baş verdiyi tarixdə X16 “X26” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 MMC tərəfindən verilmiş 11.04.2015-ci il tarixli, 52 saylı “Yol vərəqəsi” ilə idarə etmişdir. Qeyd olunanlardan da göründüyü kimi Cavabdeh2 MMC avtomobilin mülkiyyətçisi olmadığı üçün onun belə bir yol vərəqəsi vermək səlahiyyəti olmamışdır. Eyni zamanda “xxxx” MMC-nin (əvvəlki adı Cavabdeh3) adından cavabdeh X12 nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində X10 təqsirli olması Bakı Şəhər DYPİ-nin YPX-nin MYP 319790 saylı 14.04.2015-ci il tarixli İnzibati Xəta haqqında Protokolunda öz əksini tapmışdır. 01.07.2015-ci il tarixli “Yol nəqliyyat hadisəsi nəticəsində əmlaka dəymiş zərərin qiymətləndirilməsi barədə” Hesabata uyğun olaraq “Dam örtükləri” mağazasına 3060 AZN ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 018083 saylı sığorta aktına və 3421 saylı ödəniş tapşırığına əsasən, İddiaçı Sığorta Şirkəti 3060 manat sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(004)-1584/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X8 3060 (üç min altmış) manat məbləğində sığorta ödənişi və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun tutularaq, iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı Sığorta Şirkəti ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilərək, 3060 manat sığorta ödənişi məbləğinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,4 manat dövlət rüsumunun cavabdehlər X16, X9, Cavabdeh2 MMC və “xxxx” MMC-dən (əvvəlki adı Cavabdeh3) müştərək qaydada iddiaçının xeyrinə tutulması, barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmənin qətnaməsində istinad olunur ki, cavabdeh “xxxx” MMC (əvvəlki adı Cavabdeh3) nəqliyyat vasitəsini X4 verdiyi üçün və Cavabdeh2 MMC isə avtomobilə heç bir aidiyyəti olmadığı üçün məsuliyyətləri yaranmır. Belə ki, işin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh “xxxx” MMC (əvvəlki adı Cavabdeh3) sözü gedən nəqliyyat vasitəsini X4 vermişdir və bu hal bundan öncədən iddiaçıya məlum deyildir. Bundan da başqa baxmayaraq ki, belə bir hal müəyyən edilib lakin hadisə zamanı yüksək təhlükə mənbəyi olan avtomobil yenədə cavabdeh “xxxx” MMC-nin (əvvəlki adı Cavabdeh3) mülkiyyətində olub və belə məlum olur ki, bu haldan cavabdeh “xxxx” MMC (əvvəlki adı Cavabdeh3) xəbərdar olmuşdur. Belə ki, məhkəmə işin faktiki hallarını yanlış nəzərə almışdır və nəticədə düzgün olmayan qətnamə çıxarmışdır. Həmçinin də məhkəmə iddiaçının nümayəndəsinin X3 cavabdeh qismində cəlb edilməsinə belə şərait yaratmadan düzgün olmayan qətnamə çıxarmışdır. Cavabdeh “xxxx” MMC (əvvəlki adı Cavabdeh3) nəqliyyat vasitəsinin onun sahibliyindən çıxmasını cavabdeh X3 hüquqa zidd hərəkətləri nəticəsində baş verdiyini sübuta yetirən heç bir dəlil yoxdur və belə nəticəyə gəlmək olar ki, cavabdeh X10 nəqliyyat vasitəsini sürücülük vəsiqəsiz və etibarnaməsiz idarə edilməsində cavabdehlər “xxxx” MMC (əvvəlki adı Cavabdeh3), Cavabdeh2 MMC və X9 hüquqa zidd avtomobilə yiyələnməsində həmçinin təqsirlidilər. Beləliklədə, prosessual və maddi hüquq normalarının tələblərindən belə nəticəyə gəlmək olur ki, işin faktiki hallarından biri cavabdeh X10 təqsirli olaraq törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində vurduğu zərərə görə məsuliyyətinin yaranmasıdır və bu məsuliyyət cavabdehlər X9, “xxxx” MMC (əvvəlki adı Cavabdeh3) və Cavabdeh2 MMC tərəfindən bilərəkdən nəqliyyat vasitəsini cavabdeh X10 hüquqa zidd isdifadəsinə verməkdən ibarətdir. Belə ki, cavabdehlər X9, “xxxx” MMC (əvvəlki adı Cavabdeh3) və Cavabdeh2 MMC bilərək ki, cavabdeh X16 yol hərəkət iştirakçısı ola bilməz, buna baxmayaraq qeyd olunan nəqliyyat vasitəsini cavabdeh X3 istifadəsinə verilməsinə səbəb olmuşdular. X4 avtomobilin təhvil verilməsinə dair akt və müvafiq lizinq müqaviləsi məhkəmə baxışının tədqiqi obyekti olmasına baxmayaraq bu sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, avtomobilin cavabdeh X12 verilməsinə və bunun nəticəsi kimi hadisənin baş verməsinə görə cavabdeh X5 həmçinin məhsuliyyət daşıyır. Məhkəmə kollegiyasının iclasında iddiaçı “İddiaçı Sığorta” ASC-nin nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin (əvvəlki adı Cavabdeh3) nümayəndəsi X19 apellyasiya şikayətini qəbul etmədi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(004)-1584/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, 29.08.2014-cü il tarixli 2459M/14/B saylı liznq müqaviləsinə əlavə olan təhvil-təslim aktına əsasən “X26” markalı avtomobil lizinq şirkəti tərəfindən 29.08.2014-cu il tarixdə lizinq alan X4 təhvil verilmiş və avtomobilin idarə olunması üçün etibarnamə də yalnız ona verilmişdir. 14.04.2015-ci il tarixdə baş vermiş qəza hadisəsi zamanı isə avtomobil şirkətə aidiyyatı olmayan X16 tərəfindən idarə olunmuş və onun hadisənin törədilməsində təqsirli olunması is materiallarında olan sənədlərlə sübut olunur. Belə olan halda lizinq verən kimi “Unileasing” lizinq şirkətinin əmlaka dəvən zərərin ödənilməsində hər hansı bir məsuliyyəti yoxdur. Çünki lizinq predmeti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini qanunvericilik və lizinq müqaviləsi üzrə qanuni sahib olaraq lizinq alan daşıdığından, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, eləcə də həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etmək imkanına malik olmalıdır. Hazırki münasibətlər üzrə iddaçının “xxxx” MMC-dən (əvvəlki adı Cavabdeh3) əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmır. “xxxx” MMC (əvvəlki adı Cavabdeh3) ilə X9 arasında bağlanmış 29.08.2014-cü il tarixli, 2459M/14/B saylı lizinq müqaviləsinin 6.2-ci bəndinə görə də lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq obyekti lizinq alana təhvil verildiyi andan lizinq alan daşıyır. Eyni zamanda həmin müqavilənin 14.3-cü bəndinə görə lizinq obyektinin yerləşdirilməsi, saxlanması, istifadəsi və qaytarılması zamanı üçüncü şəxslərə vurulmuş zərərə şörə lizinq alan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə başlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmçinin, “xxxx” MMC (əvvəlki adı Cavabdeh3) ilə lizinq alan X6 arasında bağlanmış 29.08.2014-cü il tarixli 2459M/14/B saylı Daxili maliyyə lizinqi müqaviləsinə əsasən tərəflər qevd olunan müqavilə üzrə bütün öhdəlikləri tam icra etdiyinə görə lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin “xxxx” MMCyə (əvvəlki adı Cavabdeh3) münasibətdə təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər X16 və Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(004)-1584/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, məhkəmə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1, 883.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci, “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci mddəsinin 1-ci hissəsininə istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “xxxx” MMC-nin (əvvəlki adı Cavabdeh3) mülkiyyətində olan, X16 tərəfindən idarə olunan “X26” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində, yəni 14.04.2015-ci il tarixdə Bakı şəhəri Dərnəgül yolu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Daewoo” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində “X26” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta üzrə sığortalanaraq, Z.Bünyadov prospektində yerləşən X13 mülkiyyətində olan “Dam örtükləri” mağazasına maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində X16 təqsirli bilinmişdir. Bu hal iş materiallarına əlavə edilmiş Bakı Şəhər DYPİ-nin YPX-nin MYP 319790 saylı 14.04.2015ci il tarixli İnzibati Xəta haqqında Protokolu ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan 01.07.2015-ci il tarixli “Yol nəqliyyat hadisəsi nəticəsində əmlaka dəymiş zərərin qiymətləndirilməsi barədə” Hesabata uyğun olaraq “Dam örtükləri” mağazasına 3060 manat ziyan dəymişdir. İşə əlavə olunmuş PAT********** saylı sığorta müqaviləsinin 018083 saylı sığorta aktı və 3421 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 3060 manat məbləğində sığorta ödənişi zərərçəkənin hesabına köçürülmüşdür. İş materiallarında olan çıxarışdan görünür ki, “X26” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 29.08.2014-cü il tarixdə AC256299 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “xxxx” MMC-nin (əvvəlki adı Cavabdeh3) mülkiyyətində olmuş, X1 verilmişdir. Hazırda iddiaçı sığortalıya ödənilmiş pulun subroqasiya qaydasında cavabdehlərdən tutulmasını iddia etmişdir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. MM-nin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Habelə MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizimlərindən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayan maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla baglı digər fəaliyyətlərin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh X16 təqsirli bilinərək, avtomobili istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmadan idarə etdiyindən iddia tələbi qismən təmin edilməli, cavabdeh Y.Nağızadədən 3060 manat məbləğində sığorta ödənişi və 30,40 manat dövlət rüsumu tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Hadisə baş verdiyi zaman “X26” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər cavabdehlər Cavabdeh2 MMC-nin hər hansi bir hüquq müəyyən edici səlahiyyəti olmadan yol verəqəsinin verilməsi MMC-nin məhsulliyyət daşımadığından və “xxxx” MMC-nin (əvvəlki adı Cavabdeh3) mülkiyyətində olmasına baxmayaraq, qanunu əsaslarla “X26” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 29.08.2014-cü il tarixdə X3 adına bir il müddətinə sahibliyinə və istifadəsinə verildiyindən iddia tələbi onlara münasibətdə təmin edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya apellyatorun zərərin X2 tutulması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Nazim Müstafayev iş üzrə cavabdeh olmamış, məhkəmə MPM-nin 218.3-cü maddəsinə əsasən irəli sürülmüş tələb daxilində işə baxmışdır. Bundan əlavə DYP-nin çıxarışında “X26” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” MMC-nin (əvvəlki adı Cavabdeh3) mülkiyyətində olması, Nazim Müstafayevin sahibliyinə verilməsi bəlli olsa da, apellyator birinci instansiya məhkəməsində Nazim Müstafayevə qarşı heç bir tələb irəli sürməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ’’İddiaçı" Sığorta ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(004)- 1584/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar