Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4777/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə və vəkili X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2086/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı maneələrin aradan qaldırılması və qadağan edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda iddianın təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək "Cavabdeh" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu 16 A ünvanda aparılan söküntü işlərinin dayandırılması və həmin sahədə hər hansı söküntü işinin aparılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2086/2021 saylı, 18 mart 2021ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizə təmin edilməmişdir. İddiaçı 19.03.2021-ci il tarixdə iddiaçı tərəf yenidən iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehin apardığı söküntü işləri ona məxsus olan qeyri-yaşayış sahələrində istifadə etməyinə ora sərbəst şəkildə girib çıxmağına mane olur. Bundan başqa aparılan söküntü işləri nəticəsində əmələ gələn tullantılar onun obyektinin qarşısına yığılır. Cavabdeh isə sökməkdə davam edir. Buna görə də məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri ilə onun mülkiyyətçi kimi hüquqlarını pozulur, həm də kobudcasına pozulur. ‘"Cavabdeh” MMC tərəfindən ünvan 2 ünvanında yerləşən, ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 53.2 kv.m qeyriyaşayış sahəsinə və həmin ünvanda ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ona məxsus olan 56.7 kv.m qeyri yaşayış sahələrində və həmin qeyri-yaşayış sahələrinin yerləşdiyi binada söküntü işlərinin dayandırılması və hər hansı yenidənqurma işlərinin aparılması cavabdehə və digər şəxslərə, yəni cavabdehin həmin əraziyə yuxarıda göstərilən məqsədlər üçün cəlb etdiyi işçilərə, fəhlələrə şəxslərə, ustalara qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(005)- 2086/2021nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoglu 16A ünvanında yerləşən İddiaçı məxsus ******* nömrəli çıxarışa əsasən 53.2 kv.m qeyriyaşayış sahəsi, həmin ünvanda ******* nömrəli çıxarışa əsasən 56.7 kv.m qeyri-yaşayış sahələrinə dair söküntü işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağa edilməsi qərara alınmışdır. Cavabdeh MTK 02 aprel 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(005)-2086/2021 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi və iddianı təmin etmə tədbirinə dair ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, Nərimanov Rayon Məhkəməsinin bu qərardadı əsassızdır və ləğv edilməlidir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 6, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli 55 №- li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında Cavabdeh MTK-nm istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07.01.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə Cavabdeh MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Cavabdeh MTK isə öz nözbəsində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına uyğun olaraq yaşayış üçün yararsız vəziyyətdə olan, istismardan çıxmış, qəzalı vəziyyətdə olan, şəhərin memarlıq üslubuna cavab verməyən Həsənoğlu küçəsi 16 və 16A saylı binalarının söküntüstinü həyata keçirərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə həmin mənzillərin faktiki artırılmış sahələri də nəzərə alınmaqla ölçülərindən 25% artıq olmaqla yeni təmirili mənzillərin 24 ay müddətinə tikilərək sakinlərə verilməsi öhdəliyini götürmüşdür. Həmçinin boşaldılacaq mənzillərdən mebellərin sakinlərin kirayə qalacaqları evlərə daşınması üçün onlara öz hesablarına yük maşını verilmiş və yeni mənzil təhvil verilənədək sakinlərə hər ay yeni tikiləcək mənzillər onlara təhvil verilənədək kirayə haqqı ödənilir. Göründüyü kimi, Cavabdeh MTK ilk növbədə sakinlərin mənafeyinin təmin olunmasını və onların şəraitlərinin yaxşılaşdırılmasını düşünür. Hal-hazırda ünvan 2 ünvanında yerləşən binanın 29 mənzilinin sahibləri ilə natorial müqavilələr bağlanaraq mənzillər onlardan təhvil alınmış və sakinlər mənzillərindən köçürülmüş və Cavabdeh MTK həmin sakinlərin qarşısında 24 ay müddətinə yeni mənzillərin tikilib təhvil verilməsi öhdəliyini götürmüşdür. Həmin sakinlərə MTK tərəfindən hər ay müvafiq kirayə haqları onların bank hesablarına köçürülür. Qanunvericilikdə iddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının məqsədi göstərilsə də, bu tədbirlərin tətbiqinin zəruriliyi meyarları müəyyən edilməmişdir. Ona görə də iddianın təmin edilməsi haqqında işdə iştirak edən şəxsin ərizəsinə baxılarkən işin konkret hallan nəzərə alınmalı və məsələyə iddianın əsaslığı prezumsiyası baxımından yanaşılmalıdır. İddianın təmini tədbiri barədə tələb qətnamənin gələcəkdə icrasının çətinləşməsi və ya qeyrimümkün olması hallarının qarşısının alınmasına yönəlməmişdir. Lakin məhkəmə iddianı təmin etmə tədbiri tətbiq edərkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafeləri və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə alınmamışdır. Qərardad qəbul edilərkən 3-cü şəxslərin, xüsusən də həmin söküntünün aparıldığı binada yaşayan yüzlərlə sakinin mənafeyi nəzərə alınmamışdır. Buna səbəb iddiaçı tərəfin digər şəxslərin (sakinlərin) maraqlarını nəzərə almadan belə bir ərizə verməsidir ki, nəticədə yüzlərlə sakinin mənzil hüquqları pozulmuşdur. Cavabdeh MTK iddiaçının mülklərinin yerləşdiyi binanın bütün sakinləri ilə (həmin sakinlərin siyahısını və sakinlərlə bağlanılmış müqavilələrin təsdiq olunmuş surətlərini təqdim edirik) mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MTK öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları sahələrdən əlavə 25% artıq sahə verilməklə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Hal-hazırda iddiaçının iddianın təmin tədbirinin görülməsi barəsindəki ərizəsi həmin binanın sakinlərinin hüquqlarını kobud surətdə pozur, həmçinin MTK tərəfindən sakinlər qarşısında götürülmüş öhdəliklərin icra olunmamasına səbəb olur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2086/2021 saylı, 07 aprel 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(005)-2086/2021 nömrəli qərardadı ləgv edilmiş, İddiaçı iddianı təmin etmə tədbirinə dair ərizəsi rədd edilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qəraradad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2086/2021 saylı, 15 aprel 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2086/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qəraradad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə və vəkili X4 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2086/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir; 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir; 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər; 158.1.2-ci maddəsinə görə iddianı təmin etmək üçün müəyyən hərəkətlərin edilməsi cavabdehə qadağan edilə bilər; 158.1.3-cü maddəsinə əsasən iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətlərin edilməsi başqa şəxslərə qadağan edilə bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Bu mənada, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar, bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Ona görə də, iddianı təmin tədbirlərindən verilmiş dəlilinə istinad özlüyündə kifayət deyildir. Belə dəlil məhkəmə tərəfindən mütənasiblik prinsipi baxımından ciddi şəkildə qiymətləndirilməlidir. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoglu 16A ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsi artıq sökülmüş, yerində hündürmərtəbəli yaşayış sahəsi inşa olunmaqdadır. Bundan başqa həmin ərazidə yaşayan digər sakinlərlə (mülkiyyətçilərlə) müqavilələr bağlanmış, Cavabdeh MTK onlar qarşısında yeni mənzilin tikilib təhvil verilməsi ilə bağlı öhdəlik götürmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(005)-2086/2021 nömrəli qərardadı ilə qeyri-yaşayış sahələrinə dair söküntü işlərinin aparılmasının qadağan edilməsi bütövlükdə tikintinin aparılmasının dayandırılması olmaqla digər mülkiyyətçilərin hüquqlarının pozulmasına gətirib çıxarır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddianın təmini tədbiri barədə ərizə təmin edilə bilməz Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2086/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2086/2021 saylı, 07 aprel 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4777/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4777/2021
02.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver