Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4777/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazilriyinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (" maddi və mənəvi zərərin əvəzinin ödənilməsi”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı X3 nümayəndəsi Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X3 ( Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1427/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı X6 və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və səbəb olmadan qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməklə xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi 1 il 9 ay 8 gün müddətində ev dustaqlığında, istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində saxlanıldığından və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1-(106)- 577/2022 saylı hökmünə əsasən onun barəsində bəraət hökmü çıxarıldığından Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən məhrum olduğu əmək haqqı ilə bağlı maddi ziyana görə 5061 manat, mənəvi ziyana görə 50000 manat olmaqla, cəmi 55061 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2020-ci il tarixində İmişli Rayon Polis X7 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 188.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. X6 xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 188.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və İmişli Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işi üzrə ittiham aktı İmişli Rayon Polis X7 tərəfindən tərtib edilmiş və İmişli rayon prokuroru tərəfindən təsdiq edilmiş, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-207/2021 nömrəli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 188.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CMnin 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 188.2.4-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla X5 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixindən hesab edilmiş, X6 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o məhkəmə iclas zalında həbs edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-207/2021 nömrəli hökmündən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-207/2021 nömrəli hökmü CM-nin 178.2.2-ci maddəsinə aid hissədə ləğv edilmiş, CM-nin 73-1.2-ci maddəsinə əsasən X6 CM-nin 178.2.2ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və həmin maddə ilə cinayət təqibinə xitam verilmiş və o, CM-nin 182.2.4-cü maddəsi ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsi ilə bağlı müddəa hökmdən xaric edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(102)- 300/2022 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmuş, cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(106)-577/2022 nömrəli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(099)-207/2021 nömrəli hökmü ləğv edilmiş, X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə bəraət verilmiş, X6 Azərbaycan Respublikası CM-nin 73.1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(102)-162/2023 nömrəli qərarı ilə kassasiya protesti təmin edilməmiş, X3 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(106)- 577/2022 nömrəli hökmü və qərarı dəyişdirilmədən saxlanılmışdır. X6 ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və səbəb olmadan qanunsuz olaraq şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi 1 il 9 ay 8 gün müddətində ev dustaqlığında, istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində saxlanılmış, bu azmış kimi, X3 barəsində bəraət hökmü çıxdıqdan sonra dövlət ittihamçısı tərəfindən protest verildiyi üçün onun barəsində məhkəmə istintaqı davam etmişdir. Bütün bu müddət ərzində X3 özü və ailəsi mənəvi sarsıntı keçirmiş, onun səhhətində ciddi problemlər yaranmışdır. Cinayət prosesini həyata keçirən orqanların səhvi və ya sui-istifadəsi nəticəsində X5 vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və ya sui-istifadəsi nəticəsində X3 şəxsi və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. X1 atası X9 övladının qanunsuz həbs edilməsinə dözməyərək vəfat etmişdir. Cinayət təqibi zamanı X6 uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün səhhətində ciddi problemlər yarandığından müalicəyə ehtiyacı var. Həmçinin, X6 həbs olunduğu günə qədər İmişli rayonunda yerləşən "xxxx" MMCdə bağban işləyərək aylıq 241 (iki yüz qırx bir) manat əmək haqqı almış, həbs olunduqdan sonra həmin işindən azad edilmişdir. Nəticədə iddiaçı 1 il 9 ay müddətində əldə edəcəyi 5061 (beş min altmış bir) manat məbləğində əmək haqqından məhrum edilmiş və ona həmin məbləğdə maddi ziyan vurulmuşdur.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1427/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi olaraq 3424 manat, mənəvi zərərin əvəzi olaraq 12.000 manat olmaqla, cəmi 15.424 manat məbləğində pul iddiaçı X3 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 68; İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3, 9; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 56.0.3; 57.1, 58.2; «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1, 1100, 1101.1; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə; Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına; Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1-76.2, 77.1, 80, 81, 88, 106.1, 217,218.1, 218.3, 220.4; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə istinadən qeyd edilmişdir ki, iddiaçı X6 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 il müddətə, Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzalar qismən toplanılmaqla ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixindən hesablanmış, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilərək, təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə bəraət verilmiş və barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmişdir. Bununla yanaşı, iddiaçıya Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə bəraət verildiyindən Şirvan Apellyasiya Məhkəməsinin həmin tarixli qərarı ilə onun əməli Məcəllənin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1- ci maddəsinə tövsif edilmiş, zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2022-ci il tarixli hökmü və qərarı dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. İddiaçı xx.xx.2019-cu il tarixdən əmək müqaviləsi üzrə "xxxx" MMC-də “təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsində işləmiş (əvvəllər 180 manat, 2019-cu ilin sentyabr ayından isə 250 manat əmək haqqı müqabilində), lakin onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, daha dəqiqi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halına görə xitam verilmiş və ona son haqq-hesab ödənilmişdir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilərək, xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulsa da və İmişli Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla onun barəsində ev dustaqlığı, sonra isə xx.xx.2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış hökmlə azadlıqdan məhrum edilsə də (həm də ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir), təqsirliliyi sübuta yetirilmədiyinə görə xx.xx.2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış hökmlə ona Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, həmin məhkəmənin eyni tarixli qərarı ilə isə törətdiyi əməl Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilmiş, zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün iddiaçı barəsində cinayət təqibinə xitam verilmişdir. Deməli, iddiaçı yalnız Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi halda, Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.4-cü maddələri ilə qanunsuz olaraq təqsirləndirilmişdir. Belə ki, iddiaçının törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsində 1.000 manatdan 2.000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi nəzərdə tutulduğu halda, iddiaçıya törətmədiyi əməllərə görə daha ağır cəzalar təyin edilmişdir. Barəsində çıxarılmış məhkəmə qərarlarında onun əvvəllər məhkum olunmaması və rəsmi iş yerinin olmasının qeyd edilməsi, həmçinin, cəzasını ağırlaşdıran halın olmaması, əksinə məhkəmə tərəfindən yüngülləşdirici halın müəyyən edilməsi nəzərə alındıqda, məhz iddiaçının törətdiyi cinayət əməlinə görə ona həmin maddənin ən ağır cəzası olan 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ehtimalı ağlabatan hesab edilmir. Hətta iddiaçının məhz törətdiyi əməllə bağlı zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş maddi ziyanı tamamilə ödəməsi səbəbindən zərərçəkmiş şəxsin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında iddiaçı barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməsi nəzərə alındıqda məhkəmə hesab edir ki, əgər onun törətdiyi əməl vaxtında düzgün qiymətləndirilsəydi (tövsif olunsaydı), bu məsələnin daha əvvəl (ən geci xx.xx.2021-ci ildə) yekunlaşması da mümkün olardı (zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə ərizə verdiyindən, deməli, ona dəymiş zərərin ödənilməsi daha əvvəl olmuşdur), ən əsası, iddiaçı işdən də çıxarılmazdı. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsində bu Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. İddiaçının törətdiyi əmələ görə zərərçəkmiş şəxsə dəyən ziyanı ödəməsi və onunla barışması, qanunsuz olaraq həbsə alınanadək ona əmək haqqı ödənilməsi, işdən də məhz azadlıqdan məhrum edildiyi müddət ərzində “üzrsüz səbəbdən işə gəlməməsi” əsası ilə çıxarılması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapır. Lap iddiaçı heç zərərçəkmiş şəxslə barışıq əldə etməsəydi də, yenə də Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan əməli törətdiyinə görə onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi formalaşmış məhkəmə təcrübəsi nəzərə alındıqda ağlabatan hesab edilə bilməz. Beləliklə, iddiaçının törətmədiyi cinayət əməllərinə görə qanunsuz olaraq azadlıqdan məhrum edilməsi müəyyən edildiyindən, ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halı hesab olunur. Lakin iddiaçıya hansı məbləğdə ziyan dəyməsi işin mübahisəli halını təşkil edir. Belə ki, iddiaçı bu müddət ərzində ona 5061 manat maddi, 50000 manat mənəvi ziyan dəydiyini bildirir.X3 qanunsuz olaraq törətmədiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunması səbəbindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyriadekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İddia tələbinin “5.061 manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar aparılan araşdırma nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya dəyən maddi ziyanın məbləği 3.424 manatdır. Belə ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş arayış əsasında müəyyən edilir ki, iddiaçı sonuncu dəfə 2021-ci mart ayında 236,25 manat əmək haqqı almış, 2021-ci ilin aprel ayından işdən çıxarılan tarixədək əmək haqqı almamış, işdən çıxarılması ilə əlaqədar 2021-ci ilin noyabr ayında ona 171,56 manat son haqq-hesab verilmişdir. İddiaçının işdən çıxarılmasının əsası kimi onun üzrlü səbəb olmadan işə gəlməməsinin qeyd edilməsi onu deməyə əsas verir ki, iddiaçı qanunsuz azadlıqdan məhrum edildiyi dövrdə, yəni xx.xx.2021-ci ildən, bəraət alaraq həbsdən azad olunduğu xx.xx.2022-ci ilədək cəmi 3424 manat məbləğdə maaşından məhrum olmuşdur (14 ay 15 günlük əmək haqqı, yəni 3.424 manat ≈ 3.307,5 manat [14 ay x 236,25 manat] + 116,57 manat [15 gün x (236,25 / 30,4)]). İddia tələbinin “mənəvi ziyan” hissəsinə münasibətdə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının törətmədiyi cinayət əməllərinə görə qanunsuz olaraq azadlıqdan məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzabəziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Lakin ona vurulmuş mənəvi zərərin əvəzi 50000 manat deyil. 12.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır.
5. Birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilən sübutlarla müəyyən edilmişdir ki: - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(099)-207/2021 nömrəli hökmündən görünür ki: - İbtidai istintaq orqanının xx.xx.2020-ci il tarixli qərarına əsasən, Elməddin Əliyev cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur; - İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən, X3 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən, X6 əvvəllər məhkum edilməmişdir; - X3 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 182.2.4- cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CMnin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə, CM-nin 182.2.4-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla İddiaçı 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2020-ci il tarixindən hesab edilməsi, X6 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və s. hökm edilmişdir; - Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)-577/2022 nömrəli hökmündən görünür ki, apellyasiya şikayətinin təmin edilməsi, təqsirləndirilən X3 müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün ləğv edilməsi, X5 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə bəraət verilməsi, X6 barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin ləğv edilməsi və s. hökm edilmişdir; - Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-(106)-577/2022 nömrəli qərarından görünür ki: - X5 Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə bəraət verildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir; - Zərərçəkmiş şəxs X2 xx.xx.2021-ci il tarixli ərizəsində X6 tərəfindən ona dəymiş 600 manat məbləğində maddi ziyanın tamamilə ödənilməsi, buna görə də onun təqsirləndirilən şəxslə barışması, şikayət və tələbinin olmaması, Elməddin Əliyev barəsində CM-in 178-ci maddəsilə cinayət təqibinə xitam verilməsi xahiş olunmuşdur; - X3 Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad olunması qərara alınmışdır;- Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(102)-162/2023 nömrəli qərarından görünür ki, kassasiya protestinin təmin edilməməsi, X6 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2022-ci il tarixli hökmü və qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli cavab məktublarından görünür ki, X6 ilə Mərkəz arasında xx.xx.2019- cu il tarixdə əmək müqaviləsi bağlanılaraq İmişli rayonu ərazisinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. İmişli rayonu üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü İmişli RİH, İmişli KMK (İcraçı) və Mərkəz arasında bağlanılmış “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”lə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. İddiaçı aylıq əmək haqqı məbləği 2019-cu ilin may ayından sentyabr ayınadək 180 manat, 2019-cu ilin sentyabr ayından 2022-ci ilədək 250 manat müəyyən edilmişdir. Mərkəz tərəfindən ictimai işçilərin işə davamiyyətinə dair mütəmadi olaraq regionlar üzrə müvafiq qaydada monitorinqlər təşkil olunur və mənfi hallar aşkar edildikdə qanunvericiliyə uyğun tədbirlər görülür. İmişli rayonu üzrə haqqı ödənilən ictimai işlərə təhkim olunmuş işçilərin işə davamiyyətinin yoxlanılması məqsədilə Mərkəz tərəfindən 21-22 yanvar 2020-ci il tarixlərində keçirilmiş monitorinq tədbirləri zamanı İddiaçı təhkim olunduğu iş yerində müşahidə olunmadığı müəyyən edilmiş və bununla bağlı İcraçı qurumun iştirakı ilə akt tərtib olunmuşdur. Əhalinin xüsusi həssas təbəqəsindən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə monitorinq tədbirləri zamanı İddiaçı iş saatlarında təhkim olunduğu iş yerində olmadığı üzrlü hesab edilərək onunla bağlanılmış əmək müqaviləsi qüvvədə saxlanılmışdır. Bundan başqa İcraçı qurum tərəfindən İddiaçı işə mənfi davamiyyəti ilə bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt Mərkəzə daxil olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəlarına uyğun olaraq Mərkəz tərəfindən xx.xx.2021-ci il tarixli **********5 nömrəli xəbərdarlıq məktubu hazırlanaraq İddiaçı qeydiyyatda olduğu ünvana poçtla göndərilmiş və xəbərdarlıq məktubunun ünvana çatması barədə xx.xx.2021-ci il tarixli xəbərnamə Mərkəzə daxil olmuşdur. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud da bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) uyğun olaraq İddiaçılə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmiş və son haqq-hesabı ödənilmişdir; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatdan görünür ki, X6 xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-də işə başlamış, əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə “70ç” maddəsi ilə xitam verilmişdir; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş: - Arayışdan görünür ki, X6 həqiqətən 02 may 2019-cu il tarixindən 10 noyabr 2021-ci il tarixinədək DOST İş Mərkəzində çalışmışdır və çalışdığı dövr üçün əmək haqqısı aşağıdakı kimidir: - 2019-cu il may ayı üzrə - əmək haqqı 180,00 manat, ödənilmiş məbləğ 173,70 manat; - 2019-cu il iyun ayı üzrə - əmək haqqı 360,00 manat, ödənilmiş məbləğ 347,40 manat; - 2019-cu il iyul ayı üzrə - əmək haqqı 180,00 manat, ödənilmiş məbləğ 173,70 manat; - 2019cu il avqust ayı üzrə - əmək haqqı 180,00 manat, ödənilmiş məbləğ 173,70 manat; - 2019-cu il sentyabr ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2019-cu il oktyabr ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2019-cu il noyabr ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2019-cu il dekabr ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il yanvar ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il fevral ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il mart ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il aprel ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il may ayı üzrə əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il iyun ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il iyul ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il avqust ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il sentyabr ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il oktyabr ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il noyabr ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2020-ci il dekabr ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 241,25 manat; - 2021-ci il yanvar ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 236,25 manat; - 2021-ci il fevral ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 236,25 manat; - 2021-ci il mart ayı üzrə - əmək haqqı 250,00 manat, ödənilmiş məbləğ 236,25 manat; - 2021-ci il aprel ayı üzrə - əmək haqqı 0,00 manat, ödənilmiş məbləğ 0,00 manat; - 2021-ci il may ayı üzrə - əmək haqqı 0,00 manat, ödənilmiş məbləğ 0,00 manat; - 2021-ci il iyun ayı üzrə - əmək haqqı 0,00 manat, ödənilmiş məbləğ 0,00 manat; - 2021-ci il iyul ayı üzrə - əmək haqqı 0,00 manat, ödənilmiş məbləğ 0,00 manat; - 2021-ci il avqust ayı üzrə - əmək haqqı 0,00 manat, ödənilmiş məbləğ 0,00 manat; - 2021-ci il sentyabr ayı üzrə - əmək haqqı 0,00 manat, ödənilmiş məbləğ 0,00 manat; - 2021-ci il oktyabr ayı üzrə - əmək haqqı 0,00 manat, ödənilmiş məbləğ 0,00 manat; - 2021-ci il noyabr ayı üzrə son haqq-hesab 181,55 manat, ödənilmiş məbləğ 171,56 manat; - "xxxx" MMC ilə X6 arasında bağlanmış əmək müqaviləsindən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 xx.xx.2019-cu il tarixindən haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə qəbul edilmişdir (aylıq əmək haqqı 180 (166) manat); - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, X3 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halına) bəndinə əsasən, xx.xx.2021-ci il tarixindən xitam verilməsi, son haqq-hesabın ödənilməsi əmr edilmişdir; - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən, İddiaçılə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
6. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(006)-1427/2024 saylı qətnaməsinin iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fıziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan RespublikasıQanununun 7-ci maddəsinin 1-ci və 2-ci bəndinə; Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmənin iddia tələbinin mənəvi zərərin tam təmin olunmamalı olmasına dair mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, X6 ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və səbəb olmadan qanunsuz olaraq şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi qanunsuz olaraq ev dustaqlığında, istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində saxlanılmış, bu azmış kimi İddiaçı barəsində baraət hökmü çıxdıqdan sonra dövlət ittihamçısı tərəfindən protest verildiyi üçün İddiaçı barəsində məhkəmə istintaqı davam etmişdir. Bütün bu müddət ərzində İddiaçı özü, həyat yoldaşı və 4 azyaşlı övladı mənəvi sarsıntı keçirmiş, həmçinin İddiaçı səhhətində ciddi problemlər yaranmışdır. Cinayət prosesini həyata keçirən orqanların səhvi və ya sui-istifadəsi nəticəsində İddiaçı vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində İddiaçı şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Həmçinin İddiaçı atası X9 oğlu İddiaçı qanunsuz həbsinə dözməyərək vəfat etmişdir. Cinayət təqibi zamanı İddiaçı uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün səhhətində ciddi problemlər yaranmış və onun müalicəyə ehtiyacı var. İddiaçı qanunsuz olaraq ev dustaqlığında, istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində saxlanıldığı 1 il 9 ay 8 gün müddətində mənəvi sarsıntı keçirməsini nəzərə alaraq iddia tələbində ona vurulmuş mənəvi ziyana görə 50.000 manat pul tələb etmiş, lakin birinci instansiya məhkəməsi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan 6 ay 23 gün müddətində “ev dustaqlığı”nda, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixindək olan 14 ay 15 gün müddətində “həbs”də olmaqla, cəmi 21 ay 8 gün müddətində cəmiyyətdən təcrid edilməklə mənəvi cəhətdən zərərə məruz qalması müddətini nəzərə almamış, həmçinin formalaşmış məhkəmə təcrübəsinə əhəmiyyət verməmiş, nəticədə vurulmuş mənəvi zərərin əvəzi qismində şəxsin məruz qaldığı mənəvi zərərin məbləğini düzgün təyin etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 21 ay 8 gün müddətində cəmiyyətdən təcrid edilməklə “ev dustaqlığı”nda və “həbs”də saxlanılmaqla mənəvi cəhətdən zərərə məruz qalmış,ailəsi və övladlarından, qohumlarından təcrid edilmiş, həmin müddətdə atası vəfat etmiş İddiaçı sadəcə 12000 manat mənəvi zərər vurulması barədə qənaətə gəlmək ədalətli hesab edilə bilməz və qanunvericiliyin tələblərinə uyğun deyildir. İşə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidova tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməmiş, iddiaçı tərəfindən tələbin əsaslı olduğunu təsdiq edən sübutlar təqdim edilmiş, lakin həmin sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
7. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1427/2024 nömrəli qətnaməsinin ləğv olunmasınə və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən t ə t b i q i təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun2008-ci il 03 noyabr tarixli 7 nömrəli Qərarının 10-cu hissəsi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Hazırkı iddianınhüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərində cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya maddi zərərin əvəzi olaraq 3424 manat, mənəvi zərərin əvəzi olaraq 12000 manat olmaqla, cəmi 15424 manat məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Fikrimizcə Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya maddi və mənəvi zərərə görə 15424 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Lakin iddiaçı ona dəymiş maddi və mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (AzərbaycanRespublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halına) əsasən xitam verilmişdir. Bununla bağlı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair hüquq məsələlər işçi ilə işəgötürən arasında tənzimlənməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil öz apellyasiya şikayətlərini müdafiə etdiklərini, qarşı tərəfin apellyasiya şikayətini əsassız hesab etdiyini, iş materiallarında mövcud olan ittiham aktında hadisələrinin necə baş verməsinin ardıcıllıqla hərtərəfli şəkildə qeyd edildiyini, iddiaçının qanunsuz olaraq həbsdə saxlandığı müddət ərzində həm onun özünün, həm də ailə üzlərinin kifayət qədər sarsıntı, iztirab keçirdiyini , iddiaçının səhhətində də bu müddət ərzində problemlər yaşadığını, lakin bu halların birinci instansiya məhkəməsinə məlum olmasına baxmayaraq onun tərəfindən nəzərə alınmayaraq mənəvi zərər üçün ağlabatan olmayan çox kiçik bir məbləğin qət edildiyini və bu məbləğlə razı olmadıqlarını, qarşı tərəfin apellyasiya şikayətinə münasibətdə isə dövlətin maliyyə siyasətini həyata keçirən orqan kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi çıxış etdiyindən düzgün olaraq cavabdeh qismində Maliyyə Nazirliyinin qoyulduğunu qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddiaçının apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehin apellyasiya şikayətinə münasibətdə isə iddianın təmin olunmaması hissəsində cavabdehin mövqeyi ilə razı olduqlarını, lakin cavabdeh qismində Maliyyə Nazirliyinin çıxış etməməsinə münasibətdə isə onların bu mövqeyi ilə razı olmadıqlarını qeyd etmişdir. 10.Məlumatlandırılması üçün qanununvericilikdən nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokrorluğunun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 11.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-63; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Mülki Məcəllənin 21; 1097, 1100, 1101; Mülki Prosessual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən məhkəmə kolegiyası hesab edir ki, apellyasiya şikayətlərinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakter daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən maddi ziyana görə əsaslandırılmış və mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır (qanunsuz cinayət təqibinin əsassız həyata keçirilməsi, şəxsin azadlığının məhdudlaşdırılması və sair), qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbiqi zamanı pozuntu müəyyən edilmir. İddiaçı mənəvi zərəri, cavabdeh isə tələbin ona yönəlmiş cavabdehliyi mübahisələndirərək kompensasiyanın düzgün hesablanmadığını qeyd edir. Cavabdehin apellyasiya şikayəti üzrə tələbinin dəlilləri isə özü-özlüyündə də ziddiyyət təşkil edir. Belə ki, bir tərəfədən onların cavabdehliyinin istisna edildiyini, digər tərəfdən isə maddi zərərin əmək münasibətlərinə aid olmasını və məbləğinin düzgün müəyyən edilmədiyinə yönəlik işin mahiyyətinə dair dəlilləri mübahisələndirmişdir. Qeyd edilənlərə görə, habelə Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanunu və digər sahəvi qanunvericiliklə cavabdehin fəaliyyətinə (səlahiyyətinə) aid məsələlərin müəyyən edilməsi məhkəmələrin vəzifələrinə aid deyildir. Tərəflər ümumi anlamda mühakimələr yürütmüş, qanunla müəyyən edilmiş halları subyektiv təfsir ifadəsində təsbit etmiş, məhkəmə tərəfindən müəyyən edilən maddi və mənəvi zərərə dair təkzibedici dəlillər müzakirəyə təqdim etməmişdir. Mənəvi zərərin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, insana təbii hüquq olaraq anadangəlmə məxsus azadlığın əlindən alınması digər hüquqlarının da məhdudlaşmasına səbəb olur və iddiaçının azadlıqdan məhrumetmə yerində cəza çəkməsinin edilmə müddətini, hansı cinayətdə ittiham olunmasını, həbsdə saxlanmaların onun şəxsiyyətinə, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, həmin illər ərzində keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ mütənasibdir. Belə ki, iddiaçının ittiham edilən bir maddə ilə zərərin ödənilməsi əsası ilə cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi, onun bu maddə ilə əsassız ittiham edilməsini sübuta yetirmir. İddiaçı yalnız Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi halda, Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.4-cü maddələri ilə qanunsuz olaraq təqsirləndirilmişdir. Kompensasiya də əsassız cinayət təqibinin həyata keçirilməsi ilə bağlı şəxsin mərhumiyyətlərə məruz qalması ilə bağlıdır. Hüquqi əsassız olan faktoloji dəlillərin sübut edilməsi bu dəlilləri irəli sürənlərin vəzifəsinə aid olduğu halda, məhkəmə çəkişmə prinsipinə zidd olaraq özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məcəllənin 9.3-cü maddəsinə əsasən, Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun mübahisə edilən hissəsi üzrə yoxlayır. 14.Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2-ci maddəsinin tələblərinə görə, Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
15. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 16.«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə (maddələrinə) əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.5.Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə:1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə;4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər;5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir.Bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş əmlak natura formasında, bu mümkün olmadıqda isə, onun dəyəri dövlət və ya onu əvəzsiz olaraq əldə etmiş müəssisə, idarə və təşkilatların hesabına ödənilir.Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin və ya digər tikililərin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsindən imtina etdiyi hallarda və ya həmin şəxsin yaşayış evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir.Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul edildiyi vaxtda mövcud olan qiymət əsasında ödənilir. Əmlakın zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam həcmdə ödənilməlidir.Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin, idarənin və təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən istifadə etmə hüququndan məhrum edilmiş şəxsə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin yaşayış sahəsi bir ay müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində həmin yaşayış məntəqəsində ailə tərkibi və yaşayış sahəsinə dair qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir.Ödənilməli olan əmlakı əldə edilmiş şəxs, bu əmlakın vurulmuş ziyanın ödənilməsi qaydası əvvəlki sahibinə qaytarılması ilə əlaqədar əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə və bütün digər əlamətlərlə bərabər olan əmlakı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Belə tələb irəli sürüldükdən sonra bir ay müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir.Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll olunur. 17.Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1427/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.