Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4778/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Hüseynov Abbasqulu Məlik Məmməd oğlunun və onun vəkili Hüseynova Nigar Aydın qızının, üçüncü şəxs Hüseynova Xanım Mirtağı qızının nümayəndəsi-vəkili Nuriyev Emil Xanlar oğlunun iştirakları ilə, İddiaçı Hüseynov Abbasqulu Məlik Məmməd oğlunun cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Hüseynova Xanım Mirtağı qızı üçüncü şəxs qismində cəlb edilməklə) “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1823/2021 saylı, 04 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Hüseynov Abbasqulu Məlik Məmməd oğlunun cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Hüseynova Xanım Mirtağı qızı üçüncü şəxs qismində cəlb edilməklə) “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 112 saylı evin B tikili və A tikilisinin 1 otağına Hüseynov Xanıma AR Bakı şəhər İl İTİ və MHQİ-nin FM seriyalı 004118 saylı 05.09.2000ci il tarixli Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1823/2021 saylı, 04 mart 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Hüseynov Abbasqulu Məlik Məmməd oğlu şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, mübahisə və predmetlər eyni şəxslər arasında olmasına baxmayaraq mübahisəyə səbəb olan əsas dəyişmişdir. Qərardadda qeyd olunmuşdur ki, iddia tələbində qeyd olunan hallar Nərimanov Rayon Məhkəməsinin 29.08.2019-cu il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Əslində həmin işin əsasını Yasamal Rayon Məhkəməsinin 28.06.2000-ci il tarixli qətnaməsinin saxta olması əsası ilə çıxarılmışdır. Daha sonra o, Yasamal Rayon Məhkəməsinə itirilmiş işin bərpası ilə bağlı ərizə ilə müraciət etmişdir. İşin nəticəsi olaraq itmiş icraat bərpa olunmuşdur. O, yendiən Yasamal Rayon Məhkəməsinin 28.06.2000-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Yasamal Rayon Məhkəməsi həmin mübahisələndirilən qətnaməni ləğv edərək işi baxılmamış saxlamışdır. Nərimanov rayon Məhkəməsinə verdiyi iddianın əsası həmin qətnamənin ləğv edilməsidir. İşin halları dərindən araşdırılarsa, iddianın əsası qərardad da qeyd edildiyi kimi deyil, əsas dəyişilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili şikayətin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili şikayətə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmaqla iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsini də düzgün tətbiq etməmişdir. Həmin maddəyə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyini nəticəni onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 29.08.2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı Hüseynov Abbasqulu Məlik Məmməd oğlunun cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Hüseynova Xanım Mirtağı qızı üçüncü şəxs qismində cəlb edilməklə) “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı eyni predmet,eyni əsaslarla daha əvvəllər də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçının hazırda iddia tələbində qeyd etdiyi hallara Nərimanov Rayon Məhkəməsinin 29.08.2019-cu il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. İş materiallarından göründüyü kimi, Hüseynov Abbasqulu Məlik Məmməd oğlu ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən onun iddiasının əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-932/2000 saylı, 28.06.2000-ci il tarixli qətnaməsinin saxta olması olmuşdur. Hazırki şikayətə əlavə olunmuş sənədlərdən isə görünür ki, Yasamal Rayon Məhkəməsinin 2-932/2000 saylı, 28.06.2000-ci il tarixli qətnaməsi ləğv edilərək ərizə baxılmamış saxlanılmışdır. Həmçinin, iddia ərizəsindən görünür ki, iddiaçı tələbini Xanım Hüseynovanın adına qeyddiyyat vəsiqəsinin verilməsinə əsas olan Yasamal Rayon Məhkəməsinin 2-932/2000 saylı, 28.06.2000-ci il tarixli qətnamənin ləğv olunması ilə əsaslandırmışdır. Göründüyü kimi, hazırki mübahisə eyni tərəflər arasında və eyni predmet barəsində olsa da, iddia tələbinin əsası dəyişmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395, 397, 398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1823/2021 saylı, 04 mart 2021-ci il tarixli qərardadı ləğv edilərək iş iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayəti verilə biməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4778/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4778/2021
05.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver