Məhkəmə qərarları › İş №2(103)-4784/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4784/2020

18.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4784/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh1 İKB ASC-nin nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli2(006)-520/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 İKB ASC-yə, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh3 MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 31 sayıl fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələri haqqında xx xxxxxx 2018-ci il tarixli 26/5 saylı Protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İKB ASC cavabdeh İddiaçı qarşı «kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməklə ödənilməsi» barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsi xx.xx.2015-ci il tarixli qətnamə ilə iddianı qismən təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin qətnaməni dəyişdirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi icraya yönəldikdən sonra iddiaçıya məxsus fərdi yaşayış evinin hərracdan satılmasına dair iddiaçıya heç bir məlumat verilməmişdir. Bununla da, Cavabdeh3 MMC tərəfindən ipoteka predmeti olan fərdi yaşayış evinin hərraca çıxarılması, hərracda satılması qaydaları, hərracın keçirilməsində mülkiyyətçinin hüquqlarını müəyyən edən qanun və normalar kobud şəkildə pozulmuş, iddiaçının mülkiyyətinə əsaslı surətdə qəsd edilmişdir. Hərracın bu qaydada iştirakı və razılığı olmadan keçirilməsinin nəticəsi olaraq iddiaçı ciddi surətdə maddi və mənəvi sıxıntıya salınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-520/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 İKB ASC-yə, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh3 MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və İddiaçı cavabdehlər Cavabdeh1 İKB ASC-yə, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh3 MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi" tələbinə dair iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəlillərinə istinad etməklə,apelyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi özünün xx xxxxxx 2020-ci il tarixli qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Hesab edir ki, bu faktın özü həmin qərarın əsaslı olmasını şübhə altına almaqla yanaşı, həm də məhkəmə aktlarının qanuni və əsaslandırılmalı olması kimi konstitusion prinsipə də cavab verilməməsi deməkdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi məhkəmə aktının qanuni və əsaslı olması ilə bağlı tələblərə də cavab verməməklə, məhkəmə nəinki tətbiq edilməli olan hüquq normasını düzgün müəyyənləşdirməmişdir, həm də mülki mühakimə icraatının fundamental və başlanğıc prinsiplərini pozmuşdur.Belə ki,Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)1234/2016 nömrəli icra vərəqəsindən görünür ki, İddiaçı Cavabdeh1 İKB ASC-nin xeyrinə ümumilikdə 1 992 879,19 manat borcun tutulması, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 31 saylı fərdi yaşayış evinə tutma yönəldilərək açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına ümumilikdə 1 992 879,19 manat borc və digər xərclərin tutularaq Cavabdeh1 İKB ASC-yə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda İddiaçı, X5, X9 və X7 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə həmin evdən çıxarılması, ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 31 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 2 006 900 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.Həmin İcra vərəqəsi icra edilməsi üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Yasamal rayon İcra və Probasiya Şöbəsi tutma yönəldilmiş daşınmaz əmlak üzrə Hərracın keçirilməsi haqqında xx.xx.2017-ci il tarixli 9870/16 nömrəli sifariş tərtib etmiş və həmin sifarişi icra etmək üçün Cavabdeh3 MMC-yə ünvanlamışdır.Hərracın keçirilməsi barədə bildirişlər ipoteka qoyan İddiaçı İsrəfil oğlunun ünvanı olan ünvan 1 göndərilmiş, lakin müvafiq poçt idarəsi tərəfindən «ev sökülmüşdür» qeydi ilə geri qaytarılmışdır.Beləliklə, onun hərracdan xəbəri olmamışdır. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh1 İKB ASC-nin nümayəndəsi və vəkili X3 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir.Kollegiya MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)1234/2016 nömrəli icra vərəqəsindən görünür ki, İddiaçı Cavabdeh1 İKB ASC-nin xeyrinə ümumilikdə 1 992 879,19 manat borcun tutulması, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 31 saylı fərdi yaşayış evinə tutma yönəldilərək açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına ümumilikdə 1 992 879,19 manat borc və digər xərclərin tutularaq Cavabdeh1 İKB ASC-yə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda İddiaçı, X5, X9 və X7 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə həmin evdən çıxarılması, ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 31 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 2 006 900 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Həmin İcra vərəqəsi icra edilməsi üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Yasamal rayon İcra və Probasiya Şöbəsi tutma yönəldilmiş daşınmaz əmlak üzrə Hərracın keçirilməsi haqqında xx.xx.2017-ci il tarixli 9870/16 nömrəli sifariş tərtib etmiş və həmin sifarişi icra etmək üçün Cavabdeh3 MMC-yə ünvanlamışdır. Cavabdeh3 xx xxxxxx 2017-ci il tarxili 04/162 saylı bildirişindən görünür ki, sifarişçiyə, ipoteka saxlayana, ipoteka qoyana xx xxxxxx 2017-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumat verilmişdir. Həmin Bildiriş ipoteka qoyan İddiaçı İsrəfil oğlunun ünvanı olan ünvan 1 göndərilmiş, lakin müvafiq poçt idarəsi tərəfindən «ev sökülmüşdür» qeydi ilə geri qaytarılmışdır. Cavabdeh3 xx xxxxxx 2018-ci il tarxili 04/162-1 saylı bildirişindən görünür ki, sifarişçiyə, ipoteka saxlayana, ipoteka qoyana xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumat verilmişdir. Həmin Bildiriş ipoteka qoyan İddiaçı İsrəfil oğlunun ünvanı olan ünvan 1 göndərilmiş, lakin müvafiq poçt idarəsi tərəfindən «ev sökülmüşdür» qeydi ilə geri qaytarılmışdır. Cavabdeh3 MMC-nin sifarişi əsasında Kaspi qəzetində xx xxxxxx 2017-ci il, xx xxxxxx 2018-ci il tarixlərdə elanlar verilmişdir. Cavabdeh3 MMC-nin xx xxxxxx 2018-ci il tarixli 26/5 saylı hərracın nəticələri haqqında yekun protokoldan görünür ki, Yasamal Rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında əmlakın ilkin satış qiyməti 2 006 900 manat müəyyən olunmuş, təkrar hərracda 25 faiz enmiş qiymətlə - 1, 279 398 manata Cavabdeh1 İKB ASC tərəfindən alınmışdır. Hazırda iddiaçı hesab edir ki, keçirilmiş hərraclar barədə ona məlumat verilmədiyindən, onun qanunla qorunan hüquq və maraqları pozulmuş və bu əsasdan həmin hərrac protokolu etibarsız hesab edilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi, qanunverici tərəfindən əqdin etibarsız hesab edilməsi əsasları subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnifləşdirilmişdir. Hazırkı halda iddiaçı yalnız keçirilmiş hərraclar barədə onun məlumatının olmamasını əsas gətirir. Məhkəmə kollegiyası Cavabdeh3 MMC-nin hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini əsassız hesab edərək, həmin ərizəni təmin etməmişdir. Belə ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə kifayət qədər əsaslandırılmamış, iddiaçının məhz hansı müddətləri ötürdüyü ərizədə göstərilməmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmçinin Məhkəmə mülki işin halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən İcra vərəqəsi tərtib olunan zaman borclunun, yəni hazırki iş üzrə iddiaçının ünvanı qismində ünvan 2 qeyd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi işə baxılan zaman İddiaçı tərəfindən qeyd olunmuş ünvanı əsas götürmüş və buna uyğun şəkildə icra sənədini tərtib etmişdir. Həmin icra sənədində qeyd olunan ünvanı əsas götürərək Yasamal rayon İcra və Probasiya Şöbəsi və Cavabdeh3 MMC hərracın keçirilməsi prosedurunu tətbiq etmiş və onlara məlum olan ünvana bu barədə məlumatlar ünvanlamışdır. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Nərimanov rayon Polis İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** No-li şəxsiyyət vəsiqəsində onun yaşayış yeri Bakı şəhəri, Nərimanov rayonu, Ş.Rəhimov küçəsi ev 31-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı 2014-cü il tarixdə yaşayış yerini dəyişsə də, bu barədə işə baxan məhkəməyə, daha sonra isə icra mərhələsində Yasamal rayon İcra və Probasiya Şöbəsinə və hərracı təşkil edən Cavabdeh3 MMC-yə məlumat verməli olduğu halda, bunu etməmişdir. Bununla da, İddiaçı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasının ləngiməsinə və məqsədli şəkildə əlavə məhkəmə mübahisələrinin irəli sürülməsinə şərait yaratmışdır. Bundan əlavə, iş materiallarından görünür ki, hazırki iş üzrə İddiaçı Cavabdeh1 İKB ASC ilə olan məhkəmə mübahisəsi zamanı nümayəndə və vəkil ilə təmsil olunmuş və həmin səlahiyyətli şəxs hüquqi biliklərə malik olduğundan bu barədə iddiaçını məlumatlandırmalı idi. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir («İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxxxx 2018-ci il tarixədək Qüvvədə olan 41.3-cü maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxxxx 2018-ci il tarixədək Qüvvədə olan 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 2018-ci il tarixədək Qüvvədə olan 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir; 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından və işin hallarından da görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 31 sayıl fərdi yaşayış evinin hərraca çıxarılması və keçirilən hərrac qanuna uyğun olmuşdur. Ona görə də həmin yaşayış evinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələri haqqında xx xxxxxx 2018-ci il tarixli 26/5 saylı Protokolun etibarsız hesab edilməsinə heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 520/2020 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar