Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4798/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa dəymiş zərərin ödənilməsi” tələbinə dair üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1635/2021 nömrəli 28 aprel 2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sağlamlığa dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun səhhətimə dəymiş zərərə görə 15000 manat, mənəvi zərərə görə 50000 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1635/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddia qismən təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə apellyasiya şikayəti təqdim edərək, qətnamənin ləğv edilməsini, mülki işin ərazi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(005)- 1635/2021 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1635/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə apellyasiya şikayəti təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1635/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinin ləğv edilərək, mülki işin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Eyni zamanda ərizə ilə müraciət edərək, apellyasiya şikayəti vermək üçün prosessual müddətin ötürülməmiş hesab edilməsini və şikayətin baxılması üçün apellyasiya instansiyası göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 1635/2021 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1635/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X1 elektron məhkəmə informasiya sistemi vasitəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 1635/2021 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1635/2021 saylı 28 aprel 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 1635/2021 saylı qərardadı ləğv edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1635/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının şikayət ərizəsini əsas götürərək 22 aprel 2022-ci il tarixdə iddiaçının nümayəndə və vəkilinin elektron kabinetində qətnaməni yerləşdirməsini əsas götürmüşdür. Halbuki, iş materiallarına nəzər yetirən zaman ümumiyyətlə birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçının nümayəndə və ya vəkil ilə təmsil edilmədiyi müəyyən edilir. Bundan başqa iş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, dəfələrlə tərəfindən Nərimanov Rayon Məhkəməsinin sədri və hakim Kəmalə Əmirxanovaya ünvanlanmış məktublarda qətnamənin surətinin rəsmi təqdim edilməsi xahiş edilmişdir. Hansı ki, həmin ərizələrin bəziləri xx.xx.2022-ci il tarixdən sonraki vaxtlarda göndərilmişdir. Buna baxmayaraq Nərimanov Rayon Məhkəməsi tərəfindən həmin ərizələrə heç bir cavab verilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1635/2021 saylı, 26 may 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Belə ki, mülki iş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1635/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini rəsmi qaydada almaq üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, mübahisələndirilən qətnamə onun elektron kabinetinə 01 fevral 2022-ci il tarixdə yerləşdirilmişdir. Apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Apellyasiya şikayəti verilən zaman həmin şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Lakin cavabdeh verdiyi apellyasiya şikayətinə müddətin bərpası barədə ərizə əlavə etməmişdir. Bu səbəbdən də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra cavabdeh tərəf məhkəməyə yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə vermişdir. Ərizəsini mülki iş üzrə heç bir məhkəmə iclaslarında iştirak etməməsi və sözügedən qətnaməni almaması ilə əsaslandırmışdır. Halbuki iş materiallarında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qətnamənin ona rəsmi qaydada təhvil verilməsinə dair ərizəsi və bundan sonra qətnamənin onun elektron kabinetinə yerləşdirilməsi barədə elektron məhkəmə informasiya sistemindən çıxarış vardır. Vəkilin elektron sistemə yerləşdirilən məhkəmə aktlarını tanış olmaması məhkəmənin prosessual müddətlərin ötürülməmiş hesab etməsinə əsas ola bilməz. Eyni zamanda vəkil qətnamənin təqdim edilməsinə dair ərizə verdiyi tarixdən 1 ilə yaxın keçən müddət ərzində həmin qətnamənin taleyi ilə hansı üzrlü səbəblərdən maraqlanmamasını əsaslandırmamışdır. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən halların o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması halları hazırki işdə müəyyən edilməmişdir. İddiaçı prosessual müddətin bərpa olunması barədə ərizədə də, istinad etdiyi faktları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Bu baxımdan cavabdehin hazırki şikayətində göstərilənlər qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1635/2021 saylı 05 noyabr 2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəblərdən ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1635/2021 saylı 28 aprel 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-4798/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4798/2023
25.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver