Məhkəmə qərarları › İş №2(103)-48/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-48/2022

05.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-48/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2, nümayəndəsi X17 iştiakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, X20 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» 2(005)-1894/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona vurulmuş maddi ziyana görə 111300 manat, mənəvi ziyana görə 5.000 manat olmaqla, cəmi 116.300 manat pulun tutularaq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 2016-cı ilin son aylarında tanışı Abbasın vasitəsi ilə Cavabdeh1lə tanış olmuşdur. Həmin vaxtı sonuncu ona bildirmişdir ki, onun Ukraynada yaşayan Bayram adlı qohumuna təcili pul lazım olduğundan ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 77,9 m2 olan qeyri-yaşayış sahəsini 65000 manata satmaq istəyir. O, həmin qeyri-yaşayış sahəsinə baxış keçirərək, onu bəyənmiş və bunu Cavabdeh1 bildirmişdir. Bir neçə gün sonra, Cavabdeh1 ona bildirmişdir ki, obyektin mülkiyyətçisi onun dayısının adına etibarnamə vermiş və hazırda alğı-satqı etmək üçün notariusa getmək olar. xx.xx.2017-ci il tarixdə Bakı «ASAN xidmət» mərkəzində yerləşən notariusda obyektin mülkiyyətçisi X10 adından çıxış edən Cavabdeh1 dayısı Cavabdeh2 ilə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsini bağlayaraq, mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Bundan sonra o, Əlirza Mediyevdən obyektin açarını istəmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirərək açarı verməkdən yayınmışdır. Bundan sonra, o, ümumi tanışları olan Abbasla Cavabdeh1 yanına gəlib açarları tələb edərkən, Cavabdeh1 onlara bildirmişdir ki, obyektin mülkiyyətçisi olan Ukraynadakı qohumu obyekti çox ucuz satdığına görə narazılığını bildirmişdir. Cavabdeh1 ona izah etmişdir ki, obyekti baha qiymətə satıb onun pulunu qaytaracaq, o isə öz növbəsində narazılığını bildirdikdə, sonuncu təkidlə obyekti geri qaytarmasını tələb etmiş, qaytarmayacağı təqdirdə onu və ailəsini hədələmiş, o da məcbur qalıb buna razılıq vermişdir. Bir neçə gün sonra Cavabdeh1 obyektə yeni alıcı tapmış və xx.xx.2017-ci il tarixdə o, notariat kontorunda obyektin alğı-satqı müqaviləsini imzalamış, obyekt 111300 manat qiymətlə satılmış, pul bankdan çıxarılan zaman, həmin puldan Əlirza 65000 manat məbləğində pulu ona qaytarmış, pulun ona qaytarılması onların ümumi tanışları olan Abbasın və digər 5-6 nəfərin yanında həyata keçirilmişdir, yerdə qalan məbləği isə Cavabdeh1 özü götürmüşdür. Üstündən bir neçə ay keçdikdən sonra, ona qarşı məhkəmə qətnaməsinin çıxarılması barədə xəbər almış, bundan sonra ona məlum olmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 adlı şəxslər vətəndaşlara məxsus əmlaklarını ələ keçirmək məqsədi ilə həmin əmlakları saxta etibarnamələr əsasında bir neçə şəxslərə, o cümlədən ona sataraq pulu mənimsəmişlər. Hazırda həmin şəxslər haqqında cinayət işi başlanmış, iş Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunun icraatındadır. Həmin iş üzrə onun zərərçəkmiş qismində tanınması barədə qərar qəbul edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X6 X18 qarşı «mənzildən çıxarılması» tələbinə dair ilkin iddia tələbi rədd edilmiş, X11 X12, X21 və ona qarşı alğı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi təmin edilmişdir. İddiaçı X20 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilmişdir. X20 apellyasiya şikayətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, yəni ondan etibarsız hesab edilmiş əqd üzrə 111300 manat məbləğin tutulub ona qaytarılması barədə müddəanın əlavə edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X6 apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilərək ondan 111300 manat tutulub X12 ödənilməsi qət edilmişdir. Onun tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, cavabdehlərlə bağlanmış əqd üzrə o, vicdanlı alıcı olmaqla yanaşı, göstərilən məbləğdə pul onun sahibliyindən çıxmışdır. Cavabdehlər aldatma və hədə qorxu yolu ilə onunla formal müqavilə bağlayıb, pulunu mənimsəmək istəmişlər, nəticədə yuxarıda qeyd etdiyi ona qarşı qaldırılmış iddia tələbi təmin edilməklə, cavabdehlər tərəfindən mənimsənilən pul vəsaitlərini faktiki olaraq o, ödəməli olur. Bu xüsusatları şahidlər təsdiq edə bilərlər. Cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və psixoloji stress keçirmiş və hal-hazırda da həmin vəziyyətdədir. Sonradan, X20 birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, onun mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 111300 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, bundan başqa mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə iclasında onların iştirakları təmin edilməmiş və onlar həmin məhkəmənin gedişatından artıq 3-cü məhkəmə baxış iclası vaxtı xəbər tutmuşlar. Belə kı, İddiaçı onların istintaq orqanı tərəfindən tutulduğunu, 3 saylı İstintaq Təcridxanasında saxlandıqlarını, məhkəmənin kassa məxaric orderinə formal imza etdirsələr də, hesabdan pul çıxmamışdır. Belə ki, onlar əvvəlcədən aralarında razılaşmışlar ki, bu alğı-satqı formal xarakter daşıyır və həmin pul məbləği növbəti gün yenidən əvvəlki hesaba qaytarılmışdır (bu hal da məhkəmə tərəfindən araşdırılmamışdır). Bundan sonra Əlirza tərəfindən tapılmış müştəri kimi, obyekt Akif Məmmədova satılmalı idi. Obyekt İddiaçı xüsusi mülkiyyətində olduğundan alğı-satqı onlar arasında olmuş, pulu kassadan İddiaçı götürmüş və əvvəlcədən razılaşmalarına əsasən pul aralarında bölünməli idi. Alğı-satqı baş verdikdən sonra Akif Məmmədov yeni aldığı obyektin qonaqlığını vermək üçün onları restorana dəvət etmiş və onlar hamısı ora yollanmışlar. Cavabdeh1 ilə İddiaçı aralarındakı hesablaşmanı etmək üçün kənara çəkilmişlər, lakin İddiaçı Əlirzaya pul verməyəcəyini deyib onu şantaj etmişdir ki, onun barəsinndə və etdiyi saxtakarlıq barəsində hamıya deyər və onun barəsində hüquq mühafizə orqanlarına şikayət edər. Əlirza da Ruslana onsuz da o pulu ondan alacağını bildirərək kor-peşman masaya qayıtmışdır. Bundan sonra İddiaçı oranı tərk etmişdir. Sonradan onların barəsində axtarış olduğuna görə İddiaçı ilə aralarındakı məsələni həll edə bilməmişlər. Bundan başqa, İddiaçı onunla, yəni Cavabdeh1 ilə üzləşmə zamanı bildirir ki, guya o, sonuncuya obyektin açarını vermiş, sonuncu həmin obyektə gedib, işıq pulunu yığan həmin obyektin başqa şəxsə məxsus olmasını bildirib, sonuncu da onun üstünə gəlib ki, obyekti qaytarır, o da sonuncuya pulunu qaytarır. Digər bir ifadəsində bildirir ki, guya o, sonuncuya hədə-qorxu gələrək ailəsinin başına oyun ayacağını bildirdiyindən sonuncu qorxaraq həmin obyekti qaytarmışdır. Bir ifadəsində bildirir ki, pulu alğı-satqıdan bir gün əvvəl almış, digər ifadəsində bildirir ki, alğı-satqıdan sonra almışdır. Əslində bu ziddiyətli ifadələri məhkəmə araşdırmamış, işə formal yanaşaraq, iddiaçının özünü müdafiə xarakteri daşıyan, yalan və heç bir hüquqi əsası və sübutu olmayan iddia ərizəsini təmin etmişdir. İddiaçı tərəfindən dəvət edilmiş şahidlər cavabdehlərin vəkili olmadan dindirilmiş və onların ifadələri mötəbər sübut kimi qiymətləndirilmişdir. Bu halın özü qətnaməni qəbul etmiş hakimin işə baxılmasında qərəzinin olmasının bariz nümunəsidir. Bundan başqa, iddiaçı iddia ərizəsinin yeganə hüquqi əsası kimi Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Bu halın özü məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, imperativ olaraq Məcəllə tələb edir ki, vurduğu zərərin əvəzini ödəmiş şəxs tərəfindən həmin məbləğ reqress qaydada tələb edilə bilər. Bundan başqa, işin faktiki halları digər iddia tələbi üzrə araşdırılmış və pulun İddiaçı tərəfindən alındığı öz təsdiqini tapsa da, hakim Tural Ələkbərov həmin qərarın preyudisiallığını nəzərə almayaraq qətnamədə qeyd edir ki, pul İddiaçı tərəfindən alınmamışdır. Bütün bu hallar, İddiaçı saxta sənədlərlə mübahisəli obyektin satılmasında birbaşa iştirakının olması və alğı-satqıdan əldə edilmiş pul məbləğinin İddiaçı tərəfindən təkbaşına mənimsənilməsi hazırki iddia ərizəsinin əsassız və qanunsuz olmasına bariz nümunədir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, atası X38 rayonu, Həsənoğlu küçəsi 9 ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində 77,9 m2 ölçüdə qeyri-yaşayış sahəsini onun üçün almaq qərarına gəlmiş və yerin İddiaçı məxsus olmasını öyrənmişdir. Ruslanın adından danışıqları Cavabdeh1 və Cavabdeh2 aparmışlar. Obyektin 111300 manata alınmasına razılaşmışlar. 25 yanvar 2017-ci il tarixdə 53 saylı Notariat kontorunda alğı-satqı həyata keçirilmişdir. Atası 111300 manatı bank vasitəsilə satıcı İddiaçı ödəmiş və elə həmin zaman satıcı İddiaçı pulu şəxsən alaraq qeyri-yaşayış sahəsinə aid olan açarı atasına vermişdir. 14 iyul 2017-ci il tarixdə atası alınmış qeyri-yaşayış sahəsinə getmişdir. Həmin yerə çatdıqda görmüşdür ki, qapının üstünə elan vurulub ki, yer satılır və icarəyə verilir. Atası bu hala çox təəccüblənmişdir. Sonra açarla qapını açmaq istədikdə görmüşdür ki, qapı açılmır. Bu zaman elanda göstərilən telefon nömrəsini yığdıqda özünü Bayram kimi təqdim edən şəxs bildirmişdir ki, həmin yer 2010-cu ildən ona məxsusdur və ona aid olması barədə əlində çıxarışı vardır. Atası da qarşılığında bildirmişdir ki, bu yeri 25 yanvar 2017-ci ildə İddiaçı alğı-satqı yolu ilə qızı üçün almışdır. Lakin, Bayram yerin ona məxsus olduğunu və Ruslan adlı şəxsi tanımadığını, həmçinin həmin yeri ona satmadığını bildirmişdir. Bundan bir neçə gün sonra isə Bayram şəhərə gəldikdə atası ilə görüşmüşdür və bildirmişdir ki, həmin yer 2010-cu ildən ona məxsusdur və həmin yeri 2016-cı ilir noyabr ayından İsmayıl və Əli adlı şəxslərə icarəyə vermiş, ancaq satmamışdır. Sonra isə yerin əvvəlki sahibi İddiaçılə əlaqə saxlayaraq bu barədə ona məlumat verdikdə Ruslan demişdir ki, həmin yeri 2017-ci ilin yanvar ayının 14-də 1 saylı ASAN Xidmət mərkəzində alğı-satqı yolu ilə almışdır. Nərimanov Rayon Məhkəməsi X11 onunla İddiaçı arasında obyektin alğı-satqısına dair 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin, eləcə də onunla İddiaçı arasında Bakı şəhəri 53 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab olunmasına dair 21 dekabr 2017-ci il tarixdə qətnamə qəbul etmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, barələrində prokurorluqda Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi istintaq olunan Cavabdeh1 və Cavabdeh2 tərəfindən X11 şəxsiyyət vəsiqəsi saxtalaşdırılmış, ölkədən kənarda saxta şəxsiyyət vəsiqəsi əsasında alınmış etibarnamə vasitəslə qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır, yəni sözü gedən obyekt X11 iradəsinə zidd olaraq mülkiyyətindən çıxmışdır. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onların apellyasiya şikayətlərini təmin etmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsini qismən dəyişərək, əqd üzrə İddiaçı ödənilmiş 111.300 manat pulun sonuncudan tutularaq ona qaytarılması qət olunmuşdur. Ali Məhkəmənin xx.xx.2018-cı il taixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə qətnaməsi icraya yönəldilsə də, İddiaçı qətnaməni icra etməkdən yayınmış, daha sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiasında cavabdehlərdən 111300 manat maddi və 5000 manat mənəvi ziyan tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə o, həmin iş üzrə 3-cü şəxs kimi işə cəlb edilmişdir. İddiaçı iddiasına görə guya «satıcılar» Cavabdeh1 və Cavabdeh2 ona satılmış obyekti ucuz verdikləri üçün geri tələb etmişlər və o da razı olub və sonunculardan pulunu tələb etdikdə sonuncular tərəfindən əmlak ona satılmışdır. İddiaçı hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə istinad edir. Həmin maddədən göründüyü kimi, başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, qanunun bu müddəası başqa şəxsin vurduğu zərərin əvəzini artıq ödəmiş şəxsin hüquqlarına dair müddəadır. İddiaçı ondan bank köçürməsi vasitəsi ilə 111300 alması iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur. Həmin mötəbər sübutlara qarşı İddiaçı öz dost və tanışlarını «şahid» kimi məhkəməyə təqdim etməklə ona hələ də qaytarmadığı 111300 manatı Cavabdeh1 və X5 üzərinə qoymaq istəyir. Məhkəmə cavabdehlərin həbsdə oldunu əsas götürərək onların məhkəməyə gətirilərək dindirilməsinə dair vəsatəti təmin etməmişdir. Bu halı məhkəmənin çəkişmə prinsipini pozması kimi qiymətləndirir. Məhkəmənin belə mövqeyi təəssüf və təəccüb doğurur. İddiaçın faktiki olaraq heç bir maddi ziyan çəkmədiyi halda sonuncunun cavabdehlər Cavabdeh1 Fəxrədcin oğluna və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsini əsassız varlanma cəhdi kimi qiymətləndirir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz. Nərimanov Rayon Məhkəməsi qətnamənin qanuniliyi və əsaslılığı, eləcə də qətnamə çıxarılarkən həll edilməli məsələlərə dair Azərbaycan Respublikası MPM-nin 217 və 218-ci maddələrinin tələblərini kobud şəkildə pozmuş, həmin Məcəllənin 385-ci maddəsində nəzərdə tutulan məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslara yol vermişdir. Yəni qətnamə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün taktiki halların araşdırılmaması ilə çıxarılmışdır. Apellyasiya baxışı zamanı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 təmsilçiləri apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı iddiaçı və onun təmsilçisi apellyasiya şikayətlərini qəbul etməyərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərin və üçüncü şəxsin apellyasiya şikayətlərinə əsasən iddianın təmin edilmiş hissəsində qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa (dublikat) əsasən, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 77,9 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2010-cu il tarixdən X11 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış»dan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 77,9 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdən İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsindən görünür ki, X28 özünə məxsus ünvan 1 ünvanda yerləşən binanın birinci mərtəbəsindəki ümumi sahəsi 77,9 m2 olan qeyri-yaşayış sahəsini 65000 manata İddiaçı satmışdır. Alğı-satqıda satıcı qismində X11 əvəzinə etibarnamə əsasında Cavabdeh2 iştirak etmişdir. xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı özünə məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 77,9 m2 olan qeyriyaşayış sahəsini 111300 manata X2. Alğı-satqıda alıcı qismində X6 əvəzinə etibarnamə əsasında X35 iştirak etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 7449/2017 nömrəli qətnaməsi ilə X6 X18 qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma» tələbinə dair ilk iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, X28 ilə İddiaçı arasında ünvan 2 ünvanda yerləşən binanın birinci mərtəbəsindəki ümumi sahəsi 77,9 m2 olan qeyri-yaşayış sahəsinin alğı-satqısına dair 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, X20 ilə İddiaçı arasında Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış, reyestrdə 4Ə-101 nömrə ilə qeyd edilmiş, AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixri alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, çıxarışın verilməsinə əsas olmuş reyestrdəki X6 adına olan qeydiyyatın ləğv olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 3867/2018 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-7449/2017 nömrəli qətnaməsindən iddiaçı X20 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, sözügedən qətnamənin dəyişdirilməsi, İddiaçı 111300 manat pul vəsaitinin tutularaq X12 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-6501/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-3867/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 320.1 və 178.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair bir neçə epizod üzrə ibtidai istintaq orqanı tərəfindən cinayət işi başlanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ş.Nəcəfov tərəfindən qəbul olunmuş xx.xx.2018-ci il tarixli (toplanmış materialın aidiyyəti üzrə göndərilməsi barədə) qərara əsasən İddiaçı şikayət ərizəsi üzrə toplanmış materialın Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilərək istintaq aparılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun böyük müstəntiqi İ.Abiyev tərəfindən qəbul olunmuş xx.xx.2018-ci il tarixli (zərər çəkmiş şəxs kimi tanınma haqqında) qərarı ilə İddiaçı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 320.1 və 178.3.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınması qərara alınmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X29 ifadəsində bildirmişdir ki, o, İddiaçı tanıyır. Cavabdeh1 onun qonşusu olmuşdur. İddiaçılə Abbas Cəlilov vasitəsi ilə tanış olmuşdur. Qeyd olunan obyektin alğı-satqısı zamanı Cavabdeh1lə İddiaçı danışmışdılar. Onlar alğı-satqı etdilər, sonra Cavabdeh1 demişdir ki, qiymət obyektə uyğun deyil, obyektin sahibi narazılıq edir. Hətta Cavabdeh1 obyektin açarını da Ruslana vermirdi. Bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Sonradan Cavabdeh1 İddiaçı bildirmişdir ki, obyekti digər şəxsə satıb onun pulunu qaytaracaqdır. Alğı-satqı təxminən 100.000 manatdan yuxarı qiymətə olmuşdur. Həmin vaxt pulu Ruslan götürməmişdir. Pulu İsmayıl və Əlirza götürmüşdür. Ruslan ancaq notariusda sənədlərə qol çəkmişdir. Onlar notariusdan çıxandan sonra restorana getmişdilər. Restoranda olanda da pul torbada Əlirzanın əlində idi. Şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, İddiaçı tanıyır, Akifi isə tanımır. İddiaçı Surac Hümbətovla o tanış etmişdir. Surac Hümbətov ona bildirmişdir ki, dayısının bir obyekti var, onu satmaq istəyirlər. O, isə öz növbəsində bu məsələni İddiaçı bildirmişdir. X33 razılaşıb «ASAN Xidmət» mərkəzindəki notariusa gedərək orada alğısatqı etmişlər. Sonradan Cavabdeh1 obyektin açarlarını İddiaçı verməkdən imtina etmiş, aralarında bununla bağlı mübahisə yaranmışdır. Cavabdeh1 bildirmişdir ki, obyekt dəyərindən ucuz satıldığından dayısı narazılığını bildirir. Akiflə Ruslan arasında alğı-satqı olan zaman o və Surac Ruslanla birlikdə notariusa getmişdir. İkinci alğı-satqı zamanı İddiaçı pul verilməmişdir. Pulu Əlirza və İsmayıl götürmüşdür. İddiaçı əvvəl ödədiyi 65.000 manat pulu ikinci alğı-satqıdan bir gün əvvəl almışdır. Şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, iddiaçı X6 X18 qarşı iddiasına baxılarkən o, həmin iş üzrə İddiaçı müdafiəçisi olmuşdur. Alğı-satqı müqavilələrindən sonra məlum olmuşdur ki, hazırki iş üzrə cavabdehlər tərəfindən saxta etibarnamədən istifadə edilməklə alğı-satqı həyata keçirilmişdir. Akif onun özünə də dəfələrlə bildirmişdir ki, tərəfindən ödənilmiş pul məbləğinin Ruslan tərəfindən alınmadığını və Ruslanın da bu işdə aldadıldığını bilir, o, əvvəldən Ruslanı tanımamış, onu ilk dəfə notariat kontorunda görmüş, obyekti ona Əlirza göstərmiş və obyektlə bağlı bütün məsələləri, o cümlədən qiymətini də Əlirza ilə razılaşdırmışdır. Həmçinin, əvvəlki işə baxılanda Akif onlara bildirmişdir ki, Ruslan da bu işdə aldadıldığından Akif onun qızına ödənilməli pula görə Ruslanı çox sıxışdırmayacaqdır. Şahid qismində dindirilmiş X36 ifadəsində bildirmişdir ki, İddiaçı tanışıdır. O, X22 notariusda görmüşdür. Bir gün görüş zamanı İddiaçı ona bildirmişdir ki, bir obyekt var onu almaq istəyir. O, Ramin və Ruslanla birlikdə həmin obyektə gedərək baxmışdır. Daha sonra Ruslan həmin obyekti almışdır. Ruslan o obyekti alsa da, Əlirza obyektin açarlarını Ruslana verməmişdir. Daha sonra Əlirza Ruslana bildirmişdir ki, obyekt ucuz satıldığından dayısı obyektin qaytarılmasını tələb edir. Bu məsələ ilə bağlı Ruslanla Əlirza arasında mübahisə də yaranmışdır. Sonra Ruslan həmin obyekti Əlirzaya qaytarmışdır. Ruslan Əlirzaya ödədiyi pulu alğı-satqıdan bir gün əvvəl almışdır. Daha sonra Ruslan notariusa gedərək həmin obyekti başqa şəxsin adına keçirtmişdir və müqavilədə qeyd olunan pul məbləğini almamışdır. Şahid qismində dindirilmiş X37 ifadəsində bildirmişdir ki, Ruslan onun tanışıdır. Akif Məmmədovu notariusda olan zaman görmüşdür. İddiaçı ona bildirmişdir ki, obyekt satırlar o isə həmin obyekti almaq istəyir. O, Ruslanla birlikdə obyektə baxmağa getmişdir. Bu zaman həmin obyekti onlara Əlirza və Abbas göstərmişdir. Ruslan obyekti bəyəndiyindən həmin obyekti almışdır. Lakin Əlirza sonradan bildirmişdir ki, dayısı bu qiymətə obyektin satılmasına narazıdır. Əlirza Ruslandan obyektin geri qaytarılmasını tələb etdikdə, onların arasında mübahisə yaranmışdır. Ruslan əvvəl obyekti qaytarmaq istəməsə də, sonradan fikrindən daşınmış və obyekti aldığı qiymətə Əlirzaya qaytarmağa razılaşmışdır. Ruslan Akiflə notariusda alğı-satqı edən zaman pul götürməmişdir. Çünki Ruslana qaytarılmalı pul əvvəlcədən Ruslana verilmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi X17 vəsatəti əsasında şahid qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, Əlirza və İsmayılı əvvəlcədən tanıyır. Ruslanı isə sonradan tanımışdır. Akifi isə uzun müddətdir tanıyır. Akif ona bildirmişdir ki, əgər satışda obyekt olarsa ona bildirsin. Əlirza ona bildirmişdir ki, dayısının obyekti var, onu satmaq istəyir. O, bu məsələni Akifə bildirdikdə, Akif oranı almaq istədiyini demişdir. Alğı-satqı 2 gün olmuşdur. Birinci günü beh verilmiş, növbəti gün isə alğı-satqı olmuşdur. O, yalnız beh verilən gün notariusda olmuşdur. Səhəri gün isə notariusa getməmişdir. Ruslan pulu beh verilən gün almışdır. Daha sonra şahid R.Qasımov məhkəmə iclasında ona verilmiş suallara fərqli və ziddiyyətli cavablar verməklə yanaşı, verilmiş cavablarını da yaddaşının yaxşı olmaması və yaddaş pozuntusu ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları, tərəflərin izahatları, şahid ifadələri və mülki işin materialları ilə müəyyən olunmuşdur ki, mülkiyyət hüququ ilə X18 məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 77,9 m2 olan qeyri-yaşayış sahəsi Cavabdeh1 təşəbbüsü ilə Cavabdeh2 adına verilmiş etibarnamə əsasında İddiaçı 65000 manata satılmışdır. Buna baxmayaraq, Cavabdeh1 obyektin açarlarını İddiaçı verməkdən imtina etmiş, yəni həmin obyekti faktiki olaraq İddiaçı sahibliyinə və istifadəsinə verməmişdir. Sonradan Cavabdeh1 obyektin sahibinin qiymətlə razılaşmadığını əsas gətirərək İddiaçı təyziq göstərməklə həmin obyektin 111300 manata üçüncü şəxs X1 nail olmuşdur. Həmin faktla bağlı başlanılmış cinayət işi üzrə İddiaçı istintaq orqanı tərəfindən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. X4 Bayram Məcid oğluna qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, bundan sonra X28 və X3 Fatimə Akif qızına, İddiaçı, X21, 53 saylı notariat kontoruna qarşı alğı-satqı müqavilələrinin ləğv edilməsi, həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-7449/2017 nömrəli qətnaməsi ilə X6 X18 qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair» ilk iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, X28 ilə İddiaçı arasında ünvan 1 ünvanda yerləşən binanın birinci mərtəbəsindəki ümumi sahəsi 77,9 m2 olan qeyri-yaşayış sahəsinin alğı-satqısına dair 1 saylı Bakı «ASAN Xidmət» mərkəzində bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, X20 ilə İddiaçı arasında Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış, reyestrdə 4Ə-101 nömrə ilə qeyd edilmiş, AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, çıxarışın verilməsinə əsas olmuş reyestrdəki X6 adına olan qeydiyyatın ləğv olunması qət edilmişdir. Bakı Apellyasyia Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-3867/2018 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-7449/2017 nömrəli qətnaməsi dəyişdirilmiş, İddiaçı 111300 manat pul vəsaitinin tutularaq X12 ödənilməsi qət edilmiş, daha sonra həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-6501/2018 nömrəli qərarına əsasən dəyişdirilmədən saxlanılmış və icraya yönəldilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində ona zərər vurulduğu üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(101)-75/2021 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 320.1, 320.2 və 326.1-ci maddələri və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinmişlər. Həmin hökmə əsasən, Cavabdeh1 o cümlədən, təkrarən, aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Cavabdeh2 və istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş ********** qeydəalma nömrəsi ilə 65 nömrəli kitabın 6149-cu səhifəsində **********93-05301-083003 reyestr nömrəsi ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən, tam mülkiyyət üzrə X11 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 77,9 m2 qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair cinayətdən xəbərsiz olan fərdi qaydada ev və ticarət obyektlərinin alqı-satqısında vasitəçilik fəaliyyəti ilə məşğul olan X24 vasitəsilə məlumatlandıqdan sonra Cavabdeh2lə birlikdə 2016-cı ilin oktyabr ayında Bayram Abbasovla görüşüb 312000 manat dəyərində həmin sahəni güya tibb klinikası açıb fəaliyyət göstərmək üçün aylıq 2000 manata icarəyə götürmək istədiklərini Bayram Abbasova yalandan bildirib razılaşaraq 200 manat beh verməklə sonuncunun inamını qazandıqdan sonra guya sənədləşdirmənin aparılmasından ötrü zəruri olmasını bildirib Bayram Abbasovdan 20 iyun 2015-ci il tarixdə Asan Gəncə Xidmət mərkəzi tərəfindən verilmiş 15928516 seriya nömrəli şəxsiyyət vəsiqəsinin və həmin qeyriyaşayış sahəsinə dair xx.xx.2010-cu il tarixli ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətlərini aldadaraq 2016-cı ilin oktyabr ayında aldıqdan sonra qabaqcadan əlbir olduğu şəxslərlə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, əvvəlcədən onlayn qaydada məlumatlandırıcı xarakterli “www.profirms.ru” adlı internet saytında “Ukrayna Respublikası Xarkov şəhərində xüsusi notarius qismində fəaliyyət göstərən X27” adına qeydiyyatdan keçib əlaqə telefonu qismində qabaqcadan əlbir olduğu şəxslərin istifadəsində olan ““+**********87,+**********88, +380-988-688-686” nömrələrini, email qismində “Elektron ünvan ” ünvanını qeyd etməsindən istifadə edərək, Bayram Abbasovun xəbəri olmadan və onun Cavabdeh1, yəni özünə daşınar və daşınmaz bütün əmlakı üzərində sərbəst şəkildə tam sərəncam vermək hüququnu etibar etməməsinə baxmayaraq, istintaqa məlum olmayan yerdə və şəraitdə kompüterdə ukrayn dilində guya Bayram Abbasovun daşınar və daşınmaz bütün əmlakı üzərində sərəncam verilməsi ilə bağlı bütün hüquqlarını 25 noyabr 2017-ci ilədək özünə etibar etməsinə dair Ukrayna Respublikası Xarkov şəhərində xüsusi notarius qismində fəaliyyət göstərən X27 tərəfindən təsdiq edilərək reyestrdə 10- 998 nömrəsi ilə qeydə alınmış və üzərində təsdiq edilmə ilə bağlı xüsusi qrafik işarələrlə həqiqilik görüntüsü yaradan, həmin notariusun adına dairəvi möhür əksinin elektron variantını sənəd üzərində əks etdirməklə hüquq verən həmin saxta etibarnaməni, yəni rəsmi sənədi qabaqcadan əlbir olan bir qrup şəxs qismində istifadə etmək məqsədilə təkrarən qanunsuz hazırlayıb çap qurğusu (printer) vasitəsilə kağız daşıyıcı üzərində surətini çıxardıqdan və həmin sənəddə ukrayn dilində olan “imza Bayramov A.M.” və “xüsusi notarius Srmakova N.Y.” qrafalarının qarşısında özü fərqli formada imzaladıqdan sonra həmin etibarnamənin doğruluğuna inandırmaq üçün istintaqla müəyyən edilməyən yerdə və şəraitdə etibarnamənin "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən Mərkəzi ofisinə faks xüsusi rabitə sistemi vasitəsilə göndərməklə həmin saxta sənəddə qeyd edilən ofisin “daxil olma möhürü”nün vurulmasına nail olaraq həmin ofisdən qeyd edilən saxta sənədi həmin müddətdə götürüb, həmin sahəyə dair çıxarışın dublikatını almaq məqsədilə “Ədalət” qəzetinin 6 dekabr 2016-cı il tarixli buraxılışında “X11 adına ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin MA N0121244 HDQHDƏDR çıxarış itdiyi üçün etibarsız sayılır” məzmunda elan verdirib, qeyd edilən saxta etibarnamədən Cavabdeh2lə birlikdə qanunsuz olaraq istifadə edib 6 dekabr 2016-cı il tarixdə Cavabdeh2lə birlikdə öz adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə ərizə ilə saxta sənədin surətini də əlavə etməklə müraciət edərək guya qeyd edilən qeyri-yaşayış sahəsinə dair xx.xx.2010-cu il tarixli ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı itirməsini bildirib, həmin çıxarışın dublikatının təqdim edilməsinə dair xahişi əsasında həmin idarədən 2016-cı ilin dekabr ayının 9-da qeyd edilən çıxarışın dublikatını şəxsən aldıqdan sonra həmin ayın 15-dən 22-dək olan müddətdə qeyd edilən internet saytında olan +**********87 nömrəsinə zəng edildiyi zaman cavab verən qabaqcadan əlbir olduğu istintaqla müəyyən edilməyən şəxslə əlaqəsi kəsildiyindən və həmin müddət ərzində özünün istifadəsində olan +**********94 telefon nömrəsindən həmin nömrəyə, o cümlədən, həmin şəxsin istifadəsində olan +**********86 telefon nömrəsinə dəfələrlə zəng etməsinə və “zənglərə cavab verməsi, telefonu açması, notariusun zəng edəcəyi, işlərinə mane olmaması” məzmunlu çoxsaylı qısa mesajlar yazmasına baxmayaraq, həmin şəxslə əlaqə yarada bilməməsinə görə 24 dekabr 2016-cı il tarixdə Ukraynanın Kiyev şəhərinə, oradan isə Xarkov şəhərinə gedərək orada istintaqla müəyyən edilməyən şəraitdə xüsusi notarius Nadejda M.Qribi tərəfindən 10 yanvar 2017-ci il tarixdə təsdiq edilən Bayram Abbasov tərəfindən guya ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini satmaq və icarəyə vermək səlahiyyətini Cavabdeh2 etibar etməsinə dair reyestrdə 51 nömrəsi ilə qeydiyyata alınan saxta etibarnaməni əldə edib 11 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmaqla, həmin əmlak üzərində sərəncam hüququnu qanunsuz olaraq Cavabdeh2lə birlikdə əldə edərək, sonuncu və istintaqla müəyyən edilməyən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə X18 məxsus 312000 manat dəyərində həmin əmlaka dair hüquqlarını dələduzluq yolu ilə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən saxta rəsmi sənədləri istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz hazırlamaqla bilə-bilə həmin saxta sənəddən təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə istifadə etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Cavabdeh2 və istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, X11 mülkiyyətində olmaqla özünün saxta sənəd əsasında dayısı Cavabdeh2 adına sərəncam hüququna dair etibarnamə əldə etdiyi ünvan 1 ünvanında yerləşən 77,9 m2 qeyri-yaşayış sahəsini dələduzluq yolu ilə satmaqla gəlir əldə etmək məqsədilə 2017-ci ilin yanvar ayının 12-13-də bu barədə dolayı yolla tanışları İddiaçı həmin sahənin doğma dayısı Bayram Abbasova məxsus olmasını, sonuncunun Ukraynada yaşamasını, uzun müddətdə Azərbaycan Respublikasına gəlməməklə həmin dövlətin ərazisini tərk etməsinə qadağa qoyulmasını və buna görə dayısı Cavabdeh2 həmin sahəni satmaq üçün qanuni şəkildə etibarnamə verməsini sonuncu ilə birlikdə yalandan bildirib İddiaçı həmin sahəyə dair saxta etibarnamə əldə etmələrini və satış hüquqlarının olmamasını gizlətməklə onu aldadaraq, həmin sahəni ona 65000 manata satmağa razılaşdıqdan sonra 2017-ci ilin yanvar ayının 13-də Bakı şəhəri, Nərimanov rayonu, X44 küçəsi 36 ünvanında yerləşən Azərbaycan Respublikası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhəri 1 saylı “Asan Xidmət” mərkəzində notariusa gedərək qanunsuz olaraq əldə etdiyi qeyd edilən saxta etibarnamədən qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə istifadə edərək digər sənədlərlə yanaşı həmin etibarnaməni də qeyd edilən əməliyyat zamanı nəzərə alınması üçün təqdim etməsi ilə əlaqədar həmin sənədin doğruluğunun müəyyən edilməsi məqsədilə notariusda aparılan araşdırma ilə əlaqədar internet vasitəsilə “Google” axtarış sistemində həmin xüsusi notariusun adına uyğun olaraq axtarış aparıldıqda açılan internet saytında olan +**********58 nömrəsinə zəng edildiyi vaxt həmin nömrəyə cavab verən xüsusi notarius Nadejda M.Qribi tərəfindən telefonda X34 Respublikası Xarkov şəhərində onun xüsusi notarius qismində fəaliyyət göstərən notariat kontorunda ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini satmaq və icarəyə vermək səlahiyyətini Cavabdeh2 etibar etməsinə dair etibarnaməsinin təsdiq edilməsi bildirildikdən və həmin tarixdə 65000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən həmin notariusun qeyd edilən xidmət mərkəzində yerləşən "xxxx" ASCdəki AZ411BAS******************** nömrəli depozit hesabına yerləşdirildikdən sonra 14 yanvar 2017-ci il tarixdə həmin xidmət mərkəzinə yenidən Cavabdeh2 və İddiaçılə birlikdə gedərək, notariusda ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin X11 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 tərəfindən İddiaçı 65.000 manata satılması ilə əlaqədar daşınmaz əmlakın alqı-satqısına dair AN-İ № ******* nömrəli, reyestrdə 4Ə-44 nömrəsi ilə qeydiyyata alınan alqı-satqı müqaviləsinin bağlanmasına nail olub, 16 yanvar 2017-ci il tarixdə Cavabdeh2lə birlikdə həmin xidmət mərkəzinə gedərək sonuncu vasitəsilə qeyd edilən depozit hesabdan 65000 manat məbləğində həmin pul vəsaitini götürüb, sonuncu və istintaqla müəyyən edilməyən qabaqcadan əlbir olduğu qeyriləri ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı məxsus 65000 manat pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirmiş, bilə-bilə saxta rəsmi sənəddən təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində istifadə etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Cavabdeh2 və İddiaçı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, X11 mülkiyyətində olmaqla özünün saxta sənəd əsasında dayısı Cavabdeh2 vasitəsilə İddiaçı dələduzluq yolu ilə əmlakını ələ keçirmək məqsədilə satdıqları ünvan 1 ünvanında yerləşən 77,9 m2 qeyri-yaşayış sahəsinin açarını 2017-ci ilin yanvar ayının ortalarında İddiaçı təhvil verdikdən sonra sonuncu tərəfindən həmin qeyri-yaşayış sahəsinə gedilib obyektin giriş qapısı açıldığı zaman "xxxx" ASC-nin Nərimanov RETSİ-nin nəzarətçi-mühəndisi qismində həmin əraziyə xidmət göstərən X14 ilə danışdığı zaman İddiaçı Bayram Abbasovun bir neçə gün əvvəl həmin qeyri-yaşayış sahəsində olması və sayğac göstəricisi ilə əlaqədar Aslan Mehtiyevlə telefonla danışması barədə bildikdən sonra həmin gün İddiaçılə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Zorge parkı”nda sonuncunun istəyi əsasında görüşdükləri vaxt sonuncu Cavabdeh2 və özünə Aslan Mehtiyevin ona dedikləri, X8ması barədə onu aldatmaları barədə və həmin sahəni satmaq adı ilə onu aldadaraq pulunu ələ keçirmələrinə dair bildirdiyi zaman İddiaçı həmin sahənin ona həqiqətən Bayram Abbasovun xəbəri olmadan satmalarını Cavabdeh2lə birgə etiraf etdikdə İddiaçı ödədiyi 65.000 manat pulunu geri tələb etməsi ilə əlaqədar sonuncu və Cavabdeh2lə aralarında həmin qeyriyaşayış sahəsini yeni alıcı taparaq ona, obyektin əsl mülkiyyətçisinin Bayram Abbasov olmasını və onun adından İddiaçı qanunsuz olaraq satılmasını gizlətməklə, daha baha qiymətə satmaqla pulunu dələduzluq yolu ilə ələ keçirmək barədə razılığa gəldikdən və həmin qeyri-yaşayış sahəsinin satılması barədə istintaqla müəyyən edilməyən şəxslər vasitəsilə məlumat yaydıqdan sonra 2017-ci ilin yanvar ayının son ongünlüyündə fərdi qaydada ev və ticarət obyektlərinin alqı-satqısında vasitəçilik fəaliyyəti ilə məşğul olan cinayətdən xəbərsiz X30 vasitəsilə həmin qeyriyaşayış sahəsini almaq üçün Cavabdeh2 və özünə müraciət edən X21 həmin sahənin guya bacısı oğlu İddiaçı məxsus olmasını yalandan bildirib, saxta sənədlər əsasında həmin sahənin sonuncunun adına sənədləşdirilməsini gizlətməklə həmin qeyri-yaşayış sahəsini Akif Məmmədova 111.300 manata sata biləcəklərini Cavabdeh2lə birgə bildirdikdən sonra sahənin X16 Məmmədovanın adına alqı-satqı edilməsinə dair razılığa gələrək, 24 yanvar 2017-ci il tarixdə ünvan 6 ünvanında yerləşən Bakı şəhəri, 53 saylı Notariat kontoruna Cavabdeh2, İddiaçı və Akif Məmmədovla birlikdə gedib, həmin notariusun inzibati binasının içərisində özü İddiaçı Akif Məmmədova özünün doğma bacısı oğlu və qeyd edilən qeyri-yaşayış sahəsinin qanuni sahibi kimi yalandan təqdim etdiyi zaman, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Cavabdeh2lə birlikdə özünün Akif Məmmədova yalandan dediklərini təsdiq edən İddiaçı həqiqət barədə susaraq, yəni Akif Məmmədova həmin qeyri-yaşayış sahəsinin əslində ona deyil, Bayram Abbasova məxsus olmasını, onun həmin obyektin satılması adı ilə Cavabdeh2lə birlikdə özü tərəfindən aldadılaraq 65000 manat pulunun ələ keçirilməsini və onun Akif Məmmədovdan obyektin satılmasına görə alacağı puldan məhz öz pulunu götürmək üçün Cavabdeh2 və özü ilə əlbir olub onu aldatmalarını gizlədərək, Akif Məmmədovda yaratdıqları inam və etibardan sui-istifadə edərək həmin gün qeyd edilən notariusda İddiaçılə Fatimə Məmmədovanın etibarnamə əsasında nümayəndəsi qismində çıxış edən atası Akif Məmmədov arasında bağlanmış eyni tarixli, reyestrdə 3M- 121 nömrəsi ilə qeydiyyata alınan beh müqaviləsi əsasında sonuncu tərəfindən 37100 manat məbləğində pul vəsaitinin həmin notariusun fəaliyyət göstərdiyi inzibati binada yerləşən "xxxx" ASC-nin 2 saylı şöbəsində olan AZ74MUGA**********00004AZM65 saylı notariusun depozit hesabına yerləşdirildikdən sonra həmin gün İddiaçı vasitəsilə qeyd edilən məbləği həmin hesabdan çıxarıb götürməklə, həmçinin, səhəri gün qeyd edilən notariat kontorunda həmin qeyri-yaşayış sahəsinin İddiaçı tərəfindən Fatimə Məmmədovaya 111300 manata satılması ilə əlaqədar İddiaçılə Fatimə Məmmədovanın etibarnamə əsasında nümayəndəsi qismində çıxış edən atası Akif Məmmədov arasında bağlanmış eyni tarixli, reyestrdə 4Ə-101 nömrəsi ilə qeydiyyata alınan AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi əsasında, sonuncu tərəfindən, beh müqaviləsi üzrə ödəniş nəzərə alınmaqla, 74200 manat pul vəsaiti həmin notariusun qeyd edilən depozit hesabına yerləşdirildikdən sonra həmin gün İddiaçı vasitəsilə qeyd edilən məbləği də həmin hesabdan çıxarıb götürməklə, əldə etdikləri cəmi 111300 manat məbləğində pul vəsaitinin 69835 manatını İddiaçı özünə götürdükdən sonra qalan 41465 manatı ondan alıb Cavabdeh2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, İddiaçı və Cavabdeh2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Akif Məmmədova məxsus 111300 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxslər Cavabdeh1, Cavabdeh2 və X9 müdafiəçisi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(101)-75/2021 saylı hökmündən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərəçəkmiş İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, hökm “Cavabdeh2 İddiaçı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girməsi” hissəsində dəyişdirilmiş, “Cavabdeh2 İddiaçı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib” epizodu ittihamdan xaric edilmiş, bununla əlaqədar olaraq hökmdə nəzərdə tutulmuş həmin epizod “Cavabdeh2 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib” cümləsi kimi oxunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, cinayət işi materiallarından və birinci instansiya məhkəmsinin hökmündən göründüyü kimi birinci instansiya məhkəməsi cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini qarşılıqlı şəkildə araşdıraraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 İddiaçı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girmişdir. Məhkəmə kollegiyası ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin zərəçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək əlbirlik etməsinə dair qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, İddiaçı hazırki iş üzrə zərərçəkən şəxs statusu verilmiş şəxsdir, ittiham aktında və birinci instansiya məhkəməsinin hökmündə onun təqsirləndirilən şəxs Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsini qeyd edərək əlbirlik etməsinin göstərilməsi, onun zərərçəkən şəxs stasusunu şübhə altına almış olur. Hazırki vəziyyətdə məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusunu müqayisəli şəkildə qiymətləndirərək belə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən qeyd olunan cinayət işi üzrə Cavabdeh2 İddiaçı ilə qeyd edilən epizodda əlbirliyinin göstərilməsi nəticəsinə gəlinməsi cinayət qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Hazırkı mülki mübahisə ilə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq hesab edir ki, cavabdehlər qeyd edilən cinayət əməli nəticəsində əsassız varlandıqlarına və iddiaçıya zərər vurduqlarına görə birinci instansiya məhkəməsi onlardan maddi zərər məbləğini tutmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqların əsas təminat vasitələrindən biri məhkəmələr tərəfindən həyata keçirilən ədalət mühakiməsidir. Konstitusiyanın 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125 və 127-ci maddələrinin məzmununa görə belə təminat şəxsin məhkəməyə müraciət hüququnun təmin edilməsi və onun işinə baxılması ilə məhdudlaşmır, həmçinin məhkəmə baxışının qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna uyğun olaraq, o cümlədən, müvafiq məhkəmə icraatının qanunla müəyyən edilmiş hədləri çərçivəsində həyata keçirilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə kollegiyası vurğulayır ki, zərərin ödənilməsi mülki hüququn ən geniş və universal xarakter daşıyan müdafiə üsullarından biridir. Zərərin ödənilməsi həm də ona görə universal xarakter daşıyır ki, o, başqa müdafiə üsulları ilə birlikdə tətbiq ediə bilər. Mülki qanunvericilik zərərin real zərər və əldən çıxmış fayda növlərini müəyyən edir. Real zərərin tərkibinə pozulmuş hüququnun bərpası üçün çəkilmiş xərclərlə yanaşı, həmçinin pozulmuş hüququnun bərpası üçün çəkiləcək xərclər də daxildir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 1894/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar