Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4800/2020 05.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsilə), X20 və X4 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi vəkil X8 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı "bədbəxt hadisələrlə bağlı ziyanın ödənilməsinin artırılması tələbinə” dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1148/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Dəmir X2 nəfinə 2008-ci ildən bu günə qədər maşinist köməkçisi əmək haqqısının artımlarının nəzərə alınmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş səh.51, 52, 61+22). İddiaçı ərizə verərək, Azərbaycan Respublikası Dövlət Dəmir Yolu QSC-ni cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir (səh.51). Azərbaycan Respublikası Dövlət Dəmir Yolu QSC ərizə verərək, iddia ərizəsi aidiyyatı üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, X18 hüquqi şəxs deyil, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Dəmir Yolu QSC-dir. Ərizənin təmin edilməsini xahiş etmişdir (səh.52). Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)-3602/2019 saylı qərardadı ilə İddiaçı cavabdehlər AR Dəmir Yolları QSC X12 X18 və AR Dəmir Yolları QSC-yə qarşı "bədbəxt hadisələrlə bağlı ziyanın ödənilməsinin artırılması tələbinə” dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Dövlət Dəmir Yolu QSC-dən 2008-ci il tarixdən 2019-cu il tarixdə 01 mart ayına kimi 10462.10 manat tutularaq ona ödənilməsini xahiş etmişdir (səh.22). Cavabdeh “xxxx” QSC iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, X14 istehsalat zamanı həlak olması öz təqsiri ucbatından baş vermişdir. Dövlət Əmək Müfəttişliyinin təhqiqat aktında mərhum X14 "Lokomotiv briqadalarının əməyin mühafizəsinə dair Təlimatı"nı pozaraq cərəyan qəbuledicisinin açarını söndürmədən özbaşınalıq etməsi nəticəsində onu yüksək gərginlikli elektrik cərəyanı vurması göstərilmişdir. Göründüyü kimi işəgötürənin baş vermiş hadisədə hər hansı təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği"nin 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti),bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bundan əlavə Azərbaycan Respublikasının Mülki Məcəllənin 384.0.3-cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. İş materiallarından da göründüyü kimi, X11 2019-cu ilin mart ayında iddia tələbi ilə müraciət etmiş və 2008-ci ildən bu günə kimi alınmalı olan artımları tələb etmişdir. Bu isə əsassızdır və qanunvericilikdə düzünə göstəriş kimi bele iddialar irəli sürülməzdən əvvəlki üç il üçün ödənilmə nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir.(iş səh.61+15) Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Tovuz rayon Qovlar qəsəbə İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 737941 nömrəli xx xxxxxx 2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X21 xx xxxx 2016-cı ildə bədbəxt hadisə nəticəsində vəfat etmişdir (səh.3); Vİİİ-JQ 420759 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən, X24 və İddiaçı xx.xx.1982-ci il təvəllüdlü X15 valideynlərdirlər (səh.4); istehsalatda baş vermiş bədbəxt hadisə haqqında X21 barəsində 01 saylı akt tərtib edilmişdir (səh.5);xx xxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilir: "Mən, Tovuz rayon notariat kontorunun xüsusi notariusu X25 Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2006-cı il tarixdə ölmüş X14 Vərəsələri Atası - X24 - Xırdalan R. Abşeron Şəh, Məh 28, ev 7, mən. 136 (Aze 14885916, xx/xx/2014 - Asan - Sumqayıt), Anası - X11 - Tovuz R. Qovlar Qəs. Füzuli Küç. Ev 18 (Aze 0*******, xx/xx/2010 - Tovuz Rpş) və onlar mirasdan bərabər hissələrdə irs almalıdırlar” (səh.8); Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli 2(001)- 2057/2008 saylı qətnaməsinin surətinə əsasən, Binəqədi rayon məhkəməsinin xx.xx.2007- ci il tarixli qətnaməsilə Azərbaycan Respublikası Dövlət X26 Lokomotiv X1 nəfinə tutulan 120 manat ömürlük müavinətin məbləği xx xxxx 2007-ci ildən 30 manat artırılaraq ayda 150 manat hesabı ilə ödənilməsi qət edilmişdir (səh.9); Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli 2- 400/2007 saylı qətnaməsinin surətinə əsasən, Azərbaycan Respublikası Dövlət Dəmir Yolu X18ndan dəfn xərci hesabına 7000 ABŞ dolları məbləğində pul icra vaxtı manata olan məzənnə ilə və ailə başçısının ölümü ilə əlaqədar vurulmuş zərərin əvəzi olaraq xx xxxx 2006-cı il tarixdən başlayaraq hər ay 120 manat məbləğində pul tutularaq X7 ödənilməsi qət edilmişdir (səh.10); “xxxx” QSC tərəfindən verilmiş 242 saylı xx xxxxx 2019-cu il tarixli arayışında qeyd edilir: “X10 Rəhbərliyi Sizin xx xxxxx 2019-cu il tarixli 2(001)-3602/2019 saylı məktubunuza cavab olaraq bildirir ki, xxxx QSC-də 2008- 2019-cu illər ərzində maşinist köməkçisi vəzifəsinin aylıq əmək haqqı 2008-ci il tarixi üçün 166,50 manat təşkil etmişdir. xx.xx.2008-ci ildə 28,60 manat, xx.xx.2008-ci ildə 15,00 manat, xx.xx.2012-ci ildə 18,50 manat, xx.xx.2014-cü ildə 11,50 manat artım olmuşdur. xx.xx.2018-ci il tarixdən isə maşinist köməkçisinin aylıq əmək haqqı 282,00 manat təşkil edir (səh.34); Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 15307 saylı rəyində qeyd edilir: “Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 242 saylı arayış məlumatlarına (c.i.v. 34) əsasən xxxx QSC-də 2008-2019-cu illər ərzində maşinist köməkçisi vəzifəsinin aylıq əmək haqqısı və qeyd edilən əmək haqqı artımları nəzərə alınmaqla ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək maşinist köməkçisinin əmək haqqı artımları cəmi 10462,1 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (16,50*3 ay) = 49,50 manat; xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (45,10*5 ay) = 225,50 manat; xx.xx.2008-ci il tarixdən xx.xx.2012-ci il tarixədək (60,10*44 ay) = 2644,40 manat; xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək (78,60*23 ay) = 1807,80 manat; xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək (90,10*49 ay) = 4414,90 manat; xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (132,00-10 ay) = 1320,00 manat;” (səh.41). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1148/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh xxxx QSC-dən 10462,1 (on min dörd yüz altmış iki manat 10 qəpik) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaitinin İddiaçı tutulması və dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101; Əmək Məcəlləsinin 239; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2011 -ci il tarixli Qərarına; «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasi Nazirlər Kabinetinin x xxxxxx 2003-cü il № 3 Qərarına istinadən qeyd edilmişdir ki, iddiaçının oğlunun iş yerində xəsarət alması ilə bağlı vəfat etməsi QSC-nin maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd edilən şərtlərin hər birinin mövcudluğu müəyyən edilir. Belə ki, iddiaçıya ziyanın həqiqətən vurulduğu, təqsirkarın, yəni QSC-nin hərətkətsizliyinin qanuna zidd olması və təqsirkar QSC-nin qanunazidd əməli ilə bu əməlin nəticəsi, yəni iddiaçının oğlunun xəsarət alması ilə arasında səbəbli əlaqənin olması məhkəmə iclası zamanı tam sübuta yetirilir. Cavabdeh “xxxx” QSC apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1148/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası MM-in 384; MPM-in 385, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, X14 ictehsalat zamanı həlak olması öz təqsiri ucbatından baş vermişdir. Dövlət Əmək Müfəttişliyinin təhqiqat aktında mərhum X14 “Lokomotiv briqadalarının əməyin mühafizəsinə dair Təlimatı”nı pozaraq cərəyan qəbuledicisinin açarını söndürmədən özbaşınalıq etməsi nəticəsində onu yüksək gərginlikli elektrik cərəyanı vurması göstərilmişdir. Göründüyü kimi işəgötürənin baş vermiş hadisədə hər hansı təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği"nin 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. İddia tələbinin əsas mahiyyəti X5 oğluna görə almalı olduğu müavinətin artımının 2008-ci ildən bu günə kimi hesablanaraq ona ödənilməsi olmuşdur. Qeyd edilən iddianın 2019-cu ildə irəli sürülərək əvvəlki 11 ilin pulunun tələb edilməsi birbaşa mülki qanunvericiliyə ziddir. İş materiallarından da göründüyü kimi X11 2019-cu ilin mart ayında iddia tələbi ilə müraciət etmiş və 2008-ci ildən bu günə kimi olan məbləği tələb etmişdir. Halbuki İddiaçı zərərin əvəzinin ödənilməsi ilə bağlı 2008-ci ildən başlayaraq məhkəmədə iddia qaldırmasına hər hansı maneə olmamış və iş materiallarında belə bir maneənin olmasına dair sübut mövcud deyildir. Ona görə də iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmışdır ki, zərərin əvəzinin ödənilməsi məhz qanunvericilikdə nəzərdə tutulan qaydada, yəni iddia irəli sürülməzdən əvvəlki üç il üçün müəyyən edilməlidir. Beləliklə, İddiaçı almalı olduğu müavinətin 2008-ci ildən hesablanması heç bir formada qanuni sayıla bilməz, bu hal maddi hüquq normasının kobud şəkildə pozulması hesab edilir və məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X16 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh “xxxx” QSC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 377,379, 380.1, 384.0.4,1096, 1097, 1115, 1117-1125; "İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya"nın 41; MPM-in 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasi Nazirlər Kabinetinin x xxxxxx 2003-cü il № 3 Qərarı ilə müəssisə tərəfindən artımın mövcud olması müəyyən edilərək şəxsə verilməli olduğu halda heç bir əsas gətirilmədən vaxtında hesablanmamışdır. Diqqətə çatdırılmalıdır ki, iddia edilən tələbin mahiyyəti məhkəmə qərarları ilə təsdiq edildiyindən xəsarətin hallarının yenidən sübuta yetirilməsinə zərurət mövcud deyildir. O ki, qaldı tələbin müddətinə və məbləğinə, burada iddia müddətin tətbiq edilməsi yolverilməzdir və məbləğ – mötəbər sübut olan ekspert rəyi ilə müəyyən edilmişdir. Qeyd edilməlidir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Mülkiyyət hüququnun müdafiəsinə iddia müddəti şamil edilmədiyindən, müəssisə tərəfindən verilməli olan məbləğ iddiaçının potensial əşya hüququ olduğu üçün bu kateqoriya tələblərə müddət şamil edilmir. Bundan əlavə, iddia müddətinin şamil edildiyi təqdirdə belə onun başlanması, dayandırılması, axımının kəsilməsinə dair cavabdeh tərəfindən sübutedici dəlillər irəli sürülməmişdir. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i: Cavabdeh “xxxx” QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1148/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4800/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4800/2020
05.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver