Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4807/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi, zərərin ödənilməsi, avtomobilin qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X7 Edilməsi Agentliyi” MMC cəlb edilməklə) “avtomobilin qaytarılması və ya pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(006)-88/2019 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin “Nəsimi” filialı ilə İddiaçı arasında imzalanmış 21 noyabr 2008-ci il tarixli 118 saylı kredit müqaviləsinə əsasən bank İddiaçı illik 19% hesablanmaqla 48 ay müddətinə 90.720 manat məbləğində kredit verməyi, borcalan isə bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. "xxxx" ASC-nin “Nəsimi” filialı ilə ipotekaqoyan İddiaçı arasında imzalanmış 21 noyabr 2008-ci il tarixli 118 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı 21 noyabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi mülkiyyətində olan “PORSHE CAYENNE - minik” markalı avtomobilini "xxxx" ASC-nin xeyrinə ipotekaya qoymuşdur. Müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka qoyulmuş əmlak 113.400 manat məbləğində qiymətləndirilmişdir
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli 2(006)- 3167/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “ipotekaya qoyulmuş avtomobilin hərracdan satılması və kredit borcunun tutulması”na dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı əsas borc üzrə 34968,11 (otuz dörd min doqquz yüz altmış səkkiz manat, on bir qəpik) manat, faiz borcu üzrə 1734,76 (bir min yeddi yüz otuz dörd manat, yetmiş altı qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat məbləğində pulun alınaraq "xxxx" ASC-yə verilməsi, cavabdeh İddiaçı tutulmalı olan məbləğin ona məxsus «Porsche Cayenne» markalı, **-EF-*** dövlət nömrə minik avtomobilinə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir
4. "xxxx" ASC-nin girovunda olan, İddiaçı məxsus “Porcshe Cayenne” markalı, **- EF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili hal-hazırda Nobel prospekti 23, “Amay” ticarət mərkəzinin dayanacağında saxlanılır.
5. xx.xx.2017-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən avtomobil 25.000 manata qiymətləndirilmişdir. xx.xx.2017-ci il tarixdə göstərilən avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına borc məbləğinin ödənilməsi üçün "xxxx" Şirkətlər Qrupu MMC-yə məktub göndərilmişdir. Tələbkar "xxxx" ASC xx.xx.2017- ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.6-cı maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bu səbəbdən icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Sözügedən avtomobil hal-hazıradək yuxarıda qeyd olunan "xxxx" ASC-yə məxsus dayanacaqda saxlanılmaqdadır
6. "xxxx" MMC-nin 15 yanvar 2018-ci il tarixli ekspert rəyinə əsasən buraxılış ili 2008-ci il, universal tipli, qara rəngli, mühərrik həcmi 4800 sm olan “PORSHE CAYENNE GTS” markalı avtomobilin 2013-cü ilin mart ayı üçün bazar dəyəri 42.000 manat təşkil edir.
7. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən İddiaçı məxsus “PORSHE CAYENNE GTS” markalı, dövlət qeydiyyat nişanı **-DO-*** olan minik avtomobilinin 2018-ci il tarixinə 60.000 manat, xx.xx.2018-ci il tarixə bazar dəyəri 25.300 manat müəyyən edilmişdir.
8. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən İddiaçı məxsus “PORSHE CAYENNE GTS” markalı, dövlət qeydiyyat nişanı **-DO-*** olan minik avtomobilinin 2013-cü ilin mart ayı üçün bazar dəyəri 78.000 manat müəyyən edilmişdir.
9. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli rəyinə əsasən “Porshe Cayenne GTS” minik markalı, **-EF-*** (**-DO-***) dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli (BAN WP1ZZZPZ9LA62222, Mühərrik - G 902667) avtomobilin mövcud vəziyyətinin bu günə olan real bazar dəyəri 20.000 manat təşkil edir.
10. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5622 saylı, 07 sentyabr 2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən qara rəngli, mühərrik həcmi 4800 kub sm. 2008-ci il buraxılışlı, “Porche Cayenne” markalı (GTS) avtomobilin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə (normal) 2013-cü ilin mart ayına olan bazar qiyməti təxminən 82.000 (səksən iki min) manat, rəydə qeyd olunan qüsurları nəzərə almaqla hazırki vəziyyətdə (mühərriki və sürətlər qutusu işlək vəziyyətdə olduğu halda) orta bazar qiyməti təxminən 20.000 (iyirmi min) manat müəyyən olunur.
11. İddiaçı bildirir ki, cavabdeh "xxxx" ASC arasında bağlanmış 21 noyabr 2008-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı özünə məxsus olan “PORSHE CAYENNE minik” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoymaqla 48 ay müddətinə ödəmək şərti ilə 90.720 manat məbləğində kredit götürmüşdür. İddiaçı 2012-ci ilin noyabr ayınadək cüzi gecikdirmələr olsa da, cavabdehə ümumilikdə 95.982,27 manat məbləğində pul ödəmişdir. Buna baxmayaraq, cavabdehin Nəsimi filialı və kredit fəaliyyətinə nəzarət departamenti eyni gündə, yəni 03 dekabr 2012-ci ildə iddiaçının ünvanına 9117 saylı və 21/2624 saylı bildirişlər göndərərək iddiaçının cavabdehə 42.000 manat əsas və 4.873 manat faiz olmaqla, ümumilikdə 46.873 manat məbləğində kredit borcunun olduğunu bildirmişlər. Daha sonra cavabdehin nümayəndələri ipotekaya yönəldilmiş avtomobili Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən və cavabdehə məxsus olan avtosalona qoymağı təklif etmişlər. Salonda avtomobili 100.000 manata dəyərləndirmişlər. 2013-cü ilin yanvar ayında avtosalona gedərkən avtomobilin həmin salonda olmadığını aşkar etmişlər. Salonun işçisi olan Sərxan adlı şəxs avtomobili “20 Yanvar” metrostansiyası yaxınlığında mövcud olan salona köçürdüklərini bildirmişdir. Bir neçə gündən sonra cavabdehin nümayəndələri məlumat vermişlər ki, avtomobili “PORSHE” Satış Mərkəzinə qoymuşlar. 2013-cü ilin fevral ayında avtomobilə növbəti baxış keçirmək istəyən zaman məlum olmuşdur ki, avtomobil cavabdehin nümayəndələri tərəfindən naməlum istiqamətə aparılmışdır. Lakin cavabdehin nümayəndələri avtomobilin harada saxlanılması barədə məlumat verməmişlər. Aldıqları qeyri-rəsmi məlumatlara görə cavabdeh bankın əməkdaşları avtomobilə başqa dövlət qeydiyyat nişanı bağlayaraq bir müddət istifadə etmişlər. Aqreqat və hissələri sıradan çıxdıqdan sonra yenidən gizlətmişlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya külli-miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Hesab edir ki, avtomobilin dəyəri həmin dövrün, yəni 2013cü ilin yanvar ayında ən azı 100.000 manat olmuşdur. Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvədə olan qətnaməsinə əsasən iddiaçının cavabdehə qalan borcu 37.000 manatdır. Deməli, cavabdeh avtomobilin satışından əldə etdiyi məbləğdən 63.000 manatını iddiaçıya verməlidir.
12. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi bildirir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında mübahisələndirilən avtomobilin təhvil-təslim aktı yoxdur. Avtomobilin "xxxx" ASC-nin saxlancında saxlanılması barədə hər hansı sənəd yoxdur. Görünür ki, iddiaçıdan sözügedən avtomobili "xxxx" ASC-nin adından fəaliyyət göstərən vasitəçilər qeyri-qanuni almışlar. Bu fəaliyyətlə məşğul olanlardan bir neçəsi həbs edilmişdir. Avtomobilin dəyərinin "xxxx" ASC-dən istənilməsinin hüquqi əsası yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan kredit borcunun tutulmasına dair işə Nəsimi rayon Məhkəməsində baxılarkən 2013-cü ilin yanvar ayında avtomobilin ondan alınaraq dayanacağa yerləşdirilməsini, həmin dövrdə avtomobilin dəyərini ən azı 100.000 manat təşkil etməsini, lakin avtomobilin uzun illər ərzində müxtəlif dayanacaqlarda saxlanılması və bankın əməkdaşları tərəfindən istifadə edilməsi nəticəsində avtomobilin öz dəyərini itirməsini əsas göstərməklə ona məxsus avtomobilin saz vəziyyətdə ona qaytarılması və ya cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 65.000 manat maddi zərərə görə, 20.000 manat mənəvi zərərə görə olmaqla cəmi 85.000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 fevral 2019-cu il tarixli 2(006)-88/2019 saylı qətnaməsi ilə (hakim P.Hüseynov) iddia qismən təmin edilərək, 65.000 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 150 manatın 75 manatı İddiaçı, 75 manatının isə "xxxx" ASC-dən alınaraq "xxxx" MMC-yə ödənilməsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 208 manatın 104 manatının İddiaçı, 104 manatı isə "xxxx" ASC-dən alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus “PORSHE CAYENNE - minik” markalı, **-DO-***i/o dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-nin əməkdaşları tərəfindən 2013-cü ilin yanvar ayında iddiaçıdan alınmış, heç bir əsas olmadan "xxxx" ASC-yə məxsus dayanacaqda yerləşdirilmişdir. Avtomobil hazırda həmin dayanacaqda saxlanılır, bu günə qədər iddiaçıya geri qaytarılmamışdır. Bununla da iddiaçıya maddi ziyan vurulmuşdur. İş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən İddiaçı məxsus qeyd olunan avtomobilin 2013-cü ilin mart ayı üçün bazar dəyəri 78.000 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin həcmi nəzərə alınmaqla dəymiş zərərə görə 65.000 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 20.000 manat məbləğində pulun tutulması” hissəsi ilə əlaqədar hesab etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1., Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat.
17. İş üzrə cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək avtomobilin banka təhvil verilməsi barədə işdə sübutların olmamasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar bankın problemli aktivlər üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsini və bununla əlaqədar İddiaçı borcu üzrə bütün sənədlərin QSC-yə verilməsini, onlardan iddiaçının xeyrinə 65.000 manat tutulmasının əsaslandırılmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-451/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-88/19 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsinin qismən-maddi zərərə aid hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin maddi ziyana aid hissədə qismən təmin edilib "xxxx" ASC-dən İddiaçı xeyrinə 62.000 manatın tutulması, qətnamənin qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, rayon məhkəməsi iddia tələbini qismən təmin edərək, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 65.000 manat tutulması qənaətinə gələrkən iddiaçıya dəymiş ziyanın məhz 65000 manat olmasını əsaslandırmamışdır. Ona görə də işə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış, ekspert qarşısında “Porshe Cayenne GTS” minik markalı, **-EF-*** (**-DO-***) dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, avtomobilin işlək (saz) vəziyyətinin 2013-cü ilə olan bazar dəyərinin (həm AZN, həm də ABŞ dolları ilə) müəyyən olunması sualı qoyulmuşdur.
20. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli rəyinə əsasən “Porshe Cayenne GTS” minik markalı, 2008-ci il buraxılışlı, avtomobilin işlək (saz) vəziyyətinin 2013-cü ilə olan bazar dəyəri manatla 82.000 AZN, ABŞ dolları ilə 104.552 ABŞ dolları (0,7843) təşkil edir.
21. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli rəyinə əsasən “Porshe Cayenne GTS” minik markalı 2008-ci il buraxılışlı avtomobilin bu günə olan real bazar dəyəri 20.000 manat təşkil edir.
22. Beləliklə, ekspert rəyləri ilə müəyyən edildi ki, avtomobilin iddiaçıdan alındığı 2013-cü il tarixdə bazar dəyəri 82.000 manat, hazırkı bazar dəyəri isə 20.000 manat təşkil etdiyindən iddiaçıya cavabdeh tərəfindən vurulmuş maddi zərər (82.000-20.000=62.000) 62.000 manat həcmindədir.
Kassasiya instansiyası məhkəməsində birinci icraat.
23. İş üzrə cavabdeh "xxxx" ASC qətnamə ilə razılaşmayaraq onun ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə kassasiya şikayəti vermişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirməmiş eləcə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-836/21 saylı, 04 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və İ.K.Xəlilov) bankın kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-451/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
26. Kassasiya instansiyasının qeyd edilən qərarındakı hüquqi mövqeyinə görə - “Porshe Cayenne GTS” minik markalı avtomobil 4 dəfə qiymətləndirilmiş və hər dəfə avtomaşının mart 2013-cü il tarixə olan bazar qiyməti ilə bağlı müxtəlif rəylər verilmişdir. Apelyasiya instansiya məhkəməsi bu rəylərdən sonuncu rəyi əsas götürməklə avtomobilin mart 2013-cü il tarxiə bazar qiymətini müəyyən edərkən hansı əsaslara görə digər rəylərdə göstərilən qiyməti qəbul etmədiyini əsaslandırmamışdır. Bundan başqa iş materiallarından görünür ki, avtomobil iddiaçı tərəfindən cavabdehə təhvil verilməmişdən əvvəl yanğına məruz qalmış və yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülmüşdür (İş vərəqi 51). Avtomobil qiymətləndirilərkən qeyd edilən xüsusat ümumiyyətlə araşdırma predmeti olmamış və həmin halın avtomobilin bazar qiymətinə təsir edib-etməməsi müəyyən edilməmişdir. Bununla yanaşı, apelyasiya instansiya məhkəməsi qanuni qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçıdan əsas borc üzrə 34968,11 (otuz dörd min doqquz yüz altmış səkkiz manat, on bir qəpik) manat, faiz borcu üzrə 1734,76 (bir min yeddi yüz otuz dörd manat, yetmiş altı qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat məbləğdə pulun tutulması barədə halı nəzərə almamış və hazırki iş üzrə cavabdehdən tutulmalı olan məbləğlə qanuni qüvvədə olan qətnamə ilə tutulması qət edilən məbləğin əvəzləşdirilməsi məsələsini müzakirə etməmişdir. Bundan başqa, işin halları ilə müəyyən edilir ki, , “Porshe Cayenne GTS” minik markalı avtomobil qanuni qüvvədə olan qətnamə əsasında verilən icra vərəqəsi üzrə hərrac mərhələsinə çıxarılmışdır. Belə olan halda isə həmin avtomobil qanunsuz saxlanılmasına görə dəymiş maddi zərər müəyyən edilərkən avtomobilin mart 2013-cü ildə olan dəyəri ilə hazırki dəyəri arasında fərq deyil, avtomobilin mart 2013-cü ilə olan qiyməti ilə onun auksionda satılan qiyməti arasındakı fərqin götürülüb-götürülməməsi də araşdırılmalı və həmin hala da qiymət verilməli idi. Beləliklə işin hallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat.
27. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4967/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) bankın apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-88/19 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalı olan 62.000 manatdan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçıdan bankın xeyrinə tutulması qət olunan 36.732,87 manatın çıxılmaqla qalan 25.267,13 manatın tutularaq İddiaçı ödənilməsi və “Porshe Cayenne” markalı avtomobilin iddiaçıya qaytarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
28. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, kassasiya instansiya məhkəməsinin iş üzrə yuxarıda qeyd olunan qərarının göstərişləri ilə əlaqədar mübahisəli avtomobillə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və 9/5622 saylı, 07 sentyabr 2021-ci il tarixli rəyində ekspert qeyd etmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən qara rəngli, mühərrik həcmi 4800 kub sm. 2008-ci il buraxılışlı, “Porche Cayenne” markalı (GTS) avtomobilin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə (normal) 2013-cü ilin mart ayına olan bazar qiyməti təxminən 82.000 (səksən iki min) manat, rəydə qeyd olunan qüsurları nəzərə almaqla hazırki vəziyyətdə (mühərriki və sürətlər qutusu işlək vəziyyətdə olduğu halda) orta bazar qiyməti təxminən 20.000 (iyirmi min) manat müəyyən olunur. Demək, mübahisəli avtomobil 4 dəfə qiymətləndirilsə də sonuncu 3 rəydə 2013-cü ilin mart ayına olan bazar qiyməti təxminən eyni (78000, 82000, 82000) olmuşdur. Burada yalnız "xxxx" MMC-nin 15 yanvar 2018-ci il tarixli rəyindəki qiymət fərqli olmuşdur. Ona görə də, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli rəyində və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən edilmiş qiymətləri, xüsusən də sonuncu rəyi mötəbər sübutlar kimi qəbul etməmək üçün əsas yoxdur. Məhz bu baxımdan da "xxxx" MMC nin 15 yanvar 2018-ci il tarixli rəyindəki qiyməti qəbul etmək mümkünsüz vəziyyətə düşür. Çünki, həmin rəyin mötəbər sübut kimi qəbul ediləcəyi halında digər 3 rəydə olan qiymətlərin mötəbər sübut kimi qəbul edilməməsi sualı ortaya çıxa bilər ki, bunun da hansısa formada əsaslandırılması ümumiyyətlə inandırıcı və ağlabatan olmayacaqdır.
29. İkincisi, kassasiya instansiyası məhkəməsinin digər göstərişi ilə əlaqədar təqdim edilən Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin 05 may 2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubunda qeyd edilmişdir ki, 03 iyun 2012-ci il tarixdə saat 23.23 dəqiqədə X4 Xidmətinin “101” qaynar xəttinə Nərimanov rayonu Ağa Nemətulla küşəsində avtomobilin yanması haqqında məlumat daxil olmuşdur. Hadisə yerinə Nərimanov rayon X4 Hissəsindən yanğın avtomobili manqa tərkibində göndərilmişdir. Yanğından mühafizə bölmələri hadisə yerinə çatarkən Sizə məxsus Porsche Cayenne GTS markalı 10-DO- 040 dövlət nömrə nişanlı minik avtomobilinin mühərrik hissəsində qısa qapanma nəticəsində tüstülənmə olmuşdur. Yanğın hadisəsi olmadığından yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə əməliyyatı aparılmamışdır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının qarşısında sual qoyularkən bu məktubda göstərilənləri və işdə olan arayışdakı (cild.2.i.v.51) məlumatların nəzərə alınması göstərilmişdir. Demək, avtomobil cavabdehə təhvil verilməmişdən əvvəl yanğına məruz qalmamış yaxud həmin halın avtomobilin bazar qiymətinə heç biri təsiri müəyyən edilməmişdir.
30. Üçüncüsü, kassasiya instansiyası məhkəməsinin növbəti göstərişi ilə əlaqədar qeyd olunur ki, həqiqətən də işdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli 2(006)-3167/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçıdan əsas borc üzrə 34968,11 (otuz dörd min doqquz yüz altmış səkkiz manat, on bir qəpik) manat, faiz borcu üzrə 1734,76 (bir min yeddi yüz otuz dörd manat, yetmiş altı qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat məbləğdə pulun tutulması qət edilmiş və tutmanın hazırki mübahisə və ipoteka predmeti olan avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilən pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin İddiaçı qaytarılması qət edilmişdir. Bu qətnamə qanuni qüvvədə olsa da bu günə qədər icra olunmamışdır. Mülki Məcəllənin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 540.2-ci maddəsinə əsasən tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. 543-cü maddəyə əsasən əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. Demək, qeyd olunan normaların tələbləri də əvəzəşdirməni istisna etmir, həm də ona görə ki, bir halda ki, iddiaçı ipoteka predmetinə vurulan zərərə görə cavabdehdən ziyanın əvəzini tələb edir, digər tərəfdən isə uzun müddətdir ki, qanuni qüvvədə olan qətnamənin icrası mümkünsüz vəziyyətdədir. Bu cür vəziyyətdə əvəzləşdirmənin nəinki mümkün, hətda vacib olduğu ortaya çıxır. Ona görə də cavabdehdən tutulacaq maddi zərərin əvəzi olan məbləğdən qeyd olunan qətnamə ilə qət edilən 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat çıxılmalı, yerdə qalan məbləğ iddiaçıya qaytarılmalıdır.
31. Dördüncüsü, kassasiya instansiya məhkəməsinin növbəti göstərişi ilə bağlı qeyd olunur ki, mübahisəli avtomobil qanuni qüvvədə olan qətnamə əsasında verilən icra vərəqəsi üzrə hərrac mərhələsinə çıxarılsa da, bugünədək hərrac keçirilməmiş, hətta hərraca çıxarılacaq qiymət də müəyyən edilməmişdir. Belə olan halda həmin avtomobilin qanunsuz saxlanılmasına görə dəymiş maddi zərər müəyyən edilərkən avtomobilin mart 2013-cü ildə olan dəyəri ilə hazırki dəyəri arasında fərq deyil, avtomobilin mart 2013-cü ilə olan qiyməti ilə onun auksionda satılan qiyməti arasındakı fərqin götürülməsi də mümkün deyil. Çünki, nə avtomobil qiymətləndirilərək auksionda satılmamış, nədəki yuxarıda qeyd olunduğu kimi qanuni qüvvəyə minmiş qətnamə ilə tutulmalı olan məbləğ maddi zərərin əvəzi kimi tələb edilən məbləğdən çıxılacağına görə hansısa qiymət arasında fərqin götürülməsinə də ehtiyac qalmayacaqdır. Bundan əlavə, iddia tələbi mübahisə və ipoteka predmeti olan avtomobilin texniki saz vəziyyətdə qaytarılması və ya 65.000 manat maddi, 20.000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı olsa da avtomobilin 2013-cü ilin mart ayına olan 82000 manat bazar dəyərindən əvvəlcə hazırki bazar dəyəri olan 20000 manat çıxılmalı, yerdə qalan məbləğdən, yəni 62000 manatdan da Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli 2(006)-3167/2015 nömrəli qətnaməsi cəmi 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat çıxılmalı və qalan 25 267,13 manat və avtomobil iddiaçıya qaytarılmalıdır. Başqa sözlə iddia tələblərinin arasında “və ya” bağlayıcının olması, həmin tələblərin hər ikisinin qismən təmin edilməsini istisna etmir. Çünki, nə avtomobil texniki cəhətdən saz vəziyyətdə deyil, nədəki cavabdehdən maddi zərərin əvəzi tam tutulur, çünki, tutulacaq məbləğdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli 2(006)-3167/2015 nömrəli qətnaməsi üzrə 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat çıxılır. Başqa sözlə qətnamə ilə tutulmalı olan məbləğ maddi zərərin əvəzi kimi tutulacaq məbləğdən çıxılacağına görə avtomobilin cavabdehdə qalmasına da lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də təsdiq olunmalıdır. Əks halda mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilə bilməz. Ona görə də, iddiaçıya mənəvi zərər dəyməsinə dair məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən bu hissədə iddia təmin edilə bilməz.
Kassasiya instansiyası məhkəməsində ikinci icraat.
33. İş üzrə cavabdeh "xxxx" ASC qətnamə ilə razılaşmayaraq onun ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə kassasiya şikayəti vermişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2087/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər – X6 (sədrlik edən və məruzəçi), X1 və X10) cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4967/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
35. Kassasiya instansiyasının qeyd edilən qərarındakı hüquqi mövqeyinə görə apellyasiya instansiyası məhkəməsinə görə iddiaçıya 62.000 manat məbləğində ziyan ona qarşı törədilmiş delikt nəticəsində dəymişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya qarşı delikt törədilməsi nəticəsində ona ziyan dəyməsini müəyyən etsə də, həmin hüquq pozuntusunun (deliktin) bank tərəfindən törədilməsini və həmin pozuntunun nədə ifadə olunmasını əsaslandırmamış və bununla bağlı hər hansı bir mötəbər sübuta istinad etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işdən göründüyü kimi, iddiaçıya həqiqətən də dəymiş ziyana səbəb olan halların tam və hərtərəfli araşdırılmasını təmin etməmiş, onlara 88-ci maddənin tələbləri baxımından qiymət verməmişdir. İşdən görünür ki, bank 03 dekabr 2012-ci il tarixdə iddiaçıya kredit borcunun ödənilməyəcəyi təqdirdə öhdəliyin icrasını təmin etmək üçün ipoteka qoyulmuş avtomobilə tutmanın yönəldiləcəyi barədə bildiriş göndərmişdir. İddiaçı iddia etməsinə görə 2013-cü ilin yanvar ayında avtomobil bankın əməkdaşları tərəfindən ondan alınmışdır. Borcun tutulması tələbi ilə isə bank məhkəməyə 2015-ci ildə müraciət etmiş və bununla əlaqədar İddiaçı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçının göstərdiklərindən məlum olur ki, avtomobil bankın işçiləri tərəfindən müvafiq məhkəmə qərarı olmadan ondan alınmışdır. Apellyasiya instansiyası məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq avtomobilin kimin tərəfindən, nə zaman iddiaçıdan alınması və haçandan bankın nəzarətində olan dayanacaqlarda saxlanılması, bu barədə müvafiq sənədin tərtib edilib-edilməməsinin yoxlanılması və həmin məsələyə aydınlıq gətirmək istiqamətində araşdırmalar aparmalı olduğu halda aparmamışdır. Avtomobilin iddiaçıdan bankın əməkdaşları tərəfindən 2013-cü ildə alınması sübut olunsa belə, işdən görünür ki, 13 oktyabr 2015-ci il tarixli qətnamənin icraya yönəldiyi vaxtdan sonra da avtomobilin açıq hərracdan satılması təmin edilməmiş və ondan sonra keçən müddətdə avtomobil öz dəyərini itirməkdə davam etmişdir. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş ziyanın bankın əməkdaşlarının qanunsuz hərəkəti nəticəsində dəyməsi istisna olunmasa da, işin hallarının olduqca səthi araşdırılması bankın təqsirinin olması barədə birmənalı nəticəyə gəlmək üçün kifayət qədər əsas vermir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə təkrar apellyasiya qaydasında baxılarkən bankın bu barədə məlumatlı olan əməkdaşlarının, icra və probasiya şöbəsinin qətnamənin icrasını həyata keçirən əməkdaşının, həmin dövrdə avtomobilin saxlanıldığı dayanacaqlarda işləyən işçilərinin dindirilməsi təmin olunmaqla mübahisənin qanuni və əsaslı həlli təmin olunmalıdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
36. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
37. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia etdiyi halları sübut edən faktlar təqdim etməmişdir. Avtomobilin kimə və hansı aktla təhvil verməsi, həmin şəxsin Bankın rəsmi əməkdaşı olub-olmadığı, avtomobili avtosalona təhvil verdiyi zaman aşkarlanmadığı halda hansı hüquqi hərəkətlər apardığı, avtomobilin tapılması üçün hansı hüquq mühafizə orqanlarına müraciətlər etməsi və nəticədə təhvil verdiyi şəxsin hansı məsuliyyətə cəlb olunduğu barədə sübutlar təqdim etməmiş və s. kimi əsaslandırmışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
39. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermişdir.
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, əvvələr verdiyi izahatlara uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
42. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
43. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
44. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
45. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
46. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
47. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
48. MM-nin 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
49. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.
50. Maddə 540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. 543-cü maddəyə əsasən əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. MPM-in 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
55. Maddə 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir.
56. Maddə 107. Mящкямя хяръляри дювлят рцсумундан вя ишя бахылмасы иля ялагядар олан мясряфлярдян ибарятдир.
57. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
58. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
59. MPM-in 385.1 və 385.1.1. Maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apelyasiya baxışının hədləri
60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
62. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnamədən iddianın təmin olunan hissəsində apellyasiya şikayəti vermişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunmalı, iddia qismən təmin olunmalıdır.
64. İşin halları və qəbul edilmiş məhkəmə aktları yuxarıda ətraflı şərh olunmuşdur. Kassasiya instansiyası ilk dəfə apellyasiya instansiyasının qərarını ləğv edirkən göstərişləri aşağıdakılardan ibarət olmuşdur: - “Porshe Cayenne GTS” minik markalı avtomobil 4 dəfə qiymətləndirilmiş və hər dəfə avtomaşının mart 2013-cü il tarixə olan bazar qiyməti ilə bağlı müxtəlif rəylər verilmişdir. Apelyasiya instansiya məhkəməsi bu rəylərdən sonuncu rəyi əsas götürməklə avtomobilin mart 2013-cü il tarxiə bazar qiymətini müəyyən edərkən hansı əsaslara görə digər rəylərdə göstərilən qiyməti qəbul etmədiyini əsaslandırmamışdır. - Bundan başqa iş materiallarından görünür ki, avtomobil iddiaçı tərəfindən cavabdehə təhvil verilməmişdən əvvəl yanğına məruz qalmış və yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülmüşdür (İş vərəqi 51). Avtomobil qiymətləndirilərkən qeyd edilən xüsusat ümumiyyətlə araşdırma predmeti olmamış və həmin halın avtomobilin bazar qiymətinə təsir edib-etməməsi müəyyən edilməmişdir. - Bununla yanaşı, apelyasiya instansiya məhkəməsi qanuni qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçıdan əsas borc üzrə 34968,11 manat, faiz borcu üzrə 1734,76 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat məbləğdə pulun tutulması barədə halı nəzərə almamış və hazırki iş üzrə cavabdehdən tutulmalı olan məbləğlə qanuni qüvvədə olan qətnamə ilə tutulması qət edilən məbləğin əvəzləşdirilməsi məsələsini müzakirə etməmişdir. - Bundan başqa, işin halları ilə müəyyən edilir ki, , “Porshe Cayenne GTS” minik markalı avtomobil qanuni qüvvədə olan qətnamə əsasında verilən icra vərəqəsi üzrə hərrac mərhələsinə çıxarılmışdır. Belə olan halda isə həmin avtomobil qanunsuz saxlanılmasına görə dəymiş maddi zərər müəyyən edilərkən avtomobilin mart 2013-cü ildə olan dəyəri ilə hazırki dəyəri arasında fərq deyil, avtomobilin mart 2013-cü ilə olan qiyməti ilə onun auksionda satılan qiyməti arasındakı fərqin götürülüb-götürülməməsi də araşdırılmalı və həmin hala da qiymət verilməli idi.
65. Göründüyü kimi, kassasiya instansiyasının hüquqi mövqeyi (göstərişləri) yalnız dəymiş zərərin qiymətinin obyektiv müəyyən olunması, eyni zamanda müəyyən olunmuş zərərlə qanuni qüvvədə olan məhkəmə qətnaməsində göstərilən kredit borcunun əvəzləşdirilməsi istiqamətində olmuş, cavabdeh bankın təqsiri ilə bağlı hər hansı hala toxunulmamış, dolayısı ilə cavabdehin təqsirinin mövcudluğu ilə razılaşmışdır.
66. Qeyd edilənlərlə bağlı işdə olan sübutlara əsasən - mübahisəli avtomobil 4 dəfə qiymətləndirilmiş də sonuncu 3 rəydə 2013-cü ilin mart ayına olan bazar qiyməti analoji (78000, 82000, 82000) olmuşdur. Əvvəlki apellyasiya icraatı zamanı mübahisəli avtomobillə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və 9/5622 saylı, 07 sentyabr 2021-ci il tarixli rəyində ekspert qeyd etmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən qara rəngli, mühərrik həcmi 4800 kub sm. 2008-ci il buraxılışlı, “Porche Cayenne” markalı (GTS) avtomobilin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə (normal) 2013-cü ilin mart ayına olan bazar qiyməti təxminən 82.000 (səksən iki min) manat, rəydə qeyd olunan qüsurları nəzərə almaqla hazırki vəziyyətdə (mühərriki və sürətlər qutusu işlək vəziyyətdə olduğu halda) orta bazar qiyməti təxminən 20.000 (iyirmi min) manat müəyyən olunmuşdur. Cavabdeh isə bunun əksini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları məcmu halda işin hallarına uyğun qiymətləndirərək zərərin dəyərinin müəyyən olunmasında qeyd edilən məbləğlərin qəbul edilməsini mümkün hesab etmişdir.
67. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin 05 may 2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubunda qeyd edilmişdir ki, 03 iyun 2012-ci il tarixdə saat 23.23 dəqiqədə X4 Xidmətinin “101” qaynar xəttinə Nərimanov rayonu Ağa Nemətulla küşəsində avtomobilin yanması haqqında məlumat daxil olmuşdur. Hadisə yerinə Nərimanov rayon X4 Hissəsindən yanğın avtomobili manqa tərkibində göndərilmişdir. Yanğından mühafizə bölmələri hadisə yerinə çatarkən Sizə məxsus Porsche Cayenne GTS markalı **-DO-*** dövlət nömrə nişanlı minik avtomobilinin mühərrik hissəsində qısa qapanma nəticəsində tüstülənmə olmuşdur. Yanğın hadisəsi olmadığından yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə əməliyyatı aparılmamışdır. Göründüyü kimi, yanğın hadisəsi olmadığından, yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə əməliyyatı aparılmamışdır. Bu səbəbdən də, qeyd edilən halın avtomobilin dəyərinə təsir göstərməsi halı müəyyən edilmir.
68. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli 2(006)- 3167/2015 nömrəli qətnaməsi ilə İddiaçı "xxxx" ASC-nin xeyrinə ümumilikdə 36732,87 manat məbləğdə pulun tutulması və tutmanın hazırki mübahisə və ipoteka predmeti olan avtomobilə yönəldilməsi qət olunmuşdur. Həmin qətnamə hazırki vaxtadək icra olunmamışdır (Bu səbəbdən də avtomobilin qanunsuz saxlanılmasına görə dəymiş maddi zərər müəyyən edilərkən avtomobilin mart 2013-cü ildə olan dəyəri ilə hazırki dəyəri arasında fərq deyil, avtomobilin mart 2013-cü ilə olan qiyməti ilə onun auksionda satılan qiyməti arasındakı fərqin götürülməsi də mümkün deyildir). İstər kassasiya instansiyasının əvvəlki mövqeyini, istərsə də qanunvericiliyin tələblərinə tələbləri nəzərə alınmaqla tələblərin əvəzəşdirilməsi mümkündür. Ona görə də cavabdehdən tutulacaq maddi zərərin əvəzi olan məbləğdən qeyd olunan qətnamə ilə qət edilən 36732,87 manat çıxılmalı, yerdə qalan məbləğ iddiaçıya qaytarılmalıdır (82000- 20000-36732,87=25267,13 manat).
69. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi mübahisə və ipoteka predmeti olan avtomobilin texniki saz vəziyyətdə qaytarılması və ya 65.000 manat maddi, 20.000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı olsa da avtomobilin 2013-cü ilin mart ayına olan 82000 manat bazar dəyərindən əvvəlcə hazırki bazar dəyəri olan 20000 manat çıxılmalı, yerdə qalan məbləğdən, yəni 62000 manatdan da Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə tutulması qət edilmiş cəmi 36732,87 manat çıxılmalı və qalan 25267,13 manat və avtomobil iddiaçıya qaytarılmalıdır. Başqa sözlə iddia tələblərinin arasında “və ya” bağlayıcının olması, həmin tələblərin hər ikisinin qismən təmin edilməsini istisna etmir. Çünki, nə avtomobil texniki cəhətdən saz vəziyyətdə deyil, nədəki cavabdehdən maddi zərərin əvəzi tam tutulur, çünki, tutulacaq məbləğdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli qətnaməsi üzrə 36732,87 manat çıxılır. Başqa sözlə qətnamə ilə tutulmalı olan məbləğ maddi zərərin əvəzi kimi tutulacaq məbləğdən çıxılacağına görə avtomobil iddiaçıya qaytarılmalıdır.
70. Lakin, kassasiya instansiyasının sonuncu qərarındakı göstərişləri aşağıdakı şəkildə olumşdur: - Apellyasiya instansiyası məhkəməsinə görə iddiaçıya 62.000 manat məbləğində ziyan ona qarşı törədilmiş delikt nəticəsində dəymişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya qarşı delikt törədilməsi nəticəsində ona ziyan dəyməsini müəyyən etsə də, həmin hüquq pozuntusunun (deliktin) bank tərəfindən törədilməsini və həmin pozuntunun nədə ifadə olunmasını əsaslandırmamış və bununla bağlı hər hansı bir mötəbər sübuta istinad etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq avtomobilin kimin tərəfindən, nə zaman iddiaçıdan alınması və haçandan bankın nəzarətində olan dayanacaqlarda saxlanılması, bu barədə müvafiq sənədin tərtib edilib-edilməməsinin yoxlanılması və həmin məsələyə aydınlıq gətirmək istiqamətində araşdırmalar aparmalı olduğu halda aparmamışdır. - Avtomobilin iddiaçıdan bankın əməkdaşları tərəfindən 2013-cü ildə alınması sübut olunsa belə, işdən görünür ki, 13 oktyabr 2015-ci il tarixli qətnamənin icraya yönəldiyi vaxtdan sonra da avtomobilin açıq hərracdan satılması təmin edilməmiş və ondan sonra keçən müddətdə avtomobil öz dəyərini itirməkdə davam etmişdir. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş ziyanın bankın əməkdaşlarının qanunsuz hərəkəti nəticəsində dəyməsi istisna olunmasa da, işin hallarının olduqca səthi araşdırılması bankın təqsirinin olması barədə birmənalı nəticəyə gəlmək üçün kifayət qədər əsas vermir. - Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə təkrar apellyasiya qaydasında baxılarkən bankın bu barədə məlumatlı olan əməkdaşlarının, icra və probasiya şöbəsinin qətnamənin icrasını həyata keçirən əməkdaşının, həmin dövrdə avtomobilin saxlanıldığı dayanacaqlarda işləyən işçilərinin dindirilməsi təmin olunmaqla mübahisənin qanuni və əsaslı həlli təmin olunmalıdır.
71. Göründüyü kimi, kassasiya instansiyası sonuncu qərarında əvvəlkindən fərqli olaraq cavabdehin təqsiri məsələsinə toxunmuş, bu istiqamətdə əlavə araşdırmanın aparılmalı olmasını, yəni bankın bu barədə məlumatlı olan əməkdaşlarının, icra və probasiya şöbəsinin qətnamənin icrasını həyata keçirən əməkdaşının, həmin dövrdə avtomobilin saxlanıldığı dayanacaqlarda işləyən işçilərinin dindirilməli olmasını göstərmiş, əvvəlki göstərişlərin icra olunmaması ilə bağlı hər hansı mövqe sərgiləməmişdir.
72. Eyni zamanda kassasiya instansiyası sonuncu qərarında göstərmişdir ki, “Kollegiya hesab edir ki, iddiaçıya dəymiş ziyanın bankın əməkdaşlarının qanunsuz hərəkəti nəticəsində dəyməsi istisna olunmasa da, işin hallarının olduqca səthi araşdırılması bankın təqsirinin olması barədə birmənalı nəticəyə gəlmək üçün kifayət qədər əsas vermir.” Göründüyü kimi, kassasiya instansiyasının özü də iddiaçıya dəymiş ziyanın məhz bankın əməkdaşlarının qanunsuz hərəkəti nəticəsində dəyməsi istisna etməmişdir.
73. Buna baxmayaraq kassasiya instansiyası sonuncu göstərişləri ilə bağlı iddiaçının nümayəndəsinin da vəsatəti nəzərə alınmaqla cavabdeh bankın iddia olunan hallarla bağlı məlumatlı olan əməkdaşı, icra və probasiya şöbəsinin qətnamənin icrasını həyata keçirən əməkdaşı və həmin dövrdə avtomobilin satılması üçün qoyulduğu maşın salonunun əməkdaşı (sahibi) şahid qismində dindirilmiş, icra işinə baxış keçirilmişdir.
74. İcra məmuru Murad Xudaverdiyev göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli 2(006)-3167/2015 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi onun icraatındandır. İcra icraatına zamanı müəyyən olunmuşdur ki, ipoteka predmeti olan nəqliyyat vasitəsi "xxxx" ASC-nin sahibliyində və nəzarətində olmaqla, uzun müddətdir ki, Nobel prospekti 23, “Amay” ticarət mərkəzinin dayanacağında saxlanılır. Bank bu barədə rəsmi qaydada da məktub göndərmişdir. İddiaçı dəfələrlə müraciət edərək nəqliyyat vasitəsinin bank tərəfindən alınması, aqibətindən məlumatlı olmaması, qanunsuz olaraq “AMAY” TM-nin dayanacağında saxlanılması, onun yarasız hala salınması və s. bu kimi şikayətlər etmişdir.
75. Apellyasiya baxışı zamanı şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, o, əvvəllər "xxxx" ASC-nin Nəsimi filialında işləmiş, iddiaçının nümayəndəsi Cəsur Nadirxanovu tanımışdır. Təqribən 2014-2015-ci illərdə Cəsur tez-tez banka gələrək ipoteka qoyduğu avtomobilin bankın əməkdaşları tərəfindən alındığını, yerini bilmədiyini, narahat olmasını və s. bildirirdi. O, isə bu məsələ ilə problemli kreditlər şöbəsinin məşğul olmasını bildirərək, onlara müraciət etməsini tövsiyə etmişdir. Təxminən 2016-2017-ci illərdə qiymətləndircilər avtomobilə qiymət qoyan zamanı o da avtomobili görmüş, avtomobil “AMAY” TM-nin dayanacağında saxlanılırdı. Həmin dayanacaqda "xxxx" ASC tərəfindən digər nəqliyyat vasitəldəri də saxlanılırdı.
76. Apellyasiya baxışı zamanı şahid qismində ifadə vermiş X5 göstərmişdir ki, o, təxminən 2012-2013-cü illərdə avtosalonda işləmiş, nəqliyyat vasitələrinin alqı-satqısını təşkil etmiş, iddiaçının nümayəndəsi Cəsuru əvvəldən tanımışdır. Təqribən 2013-cü ildə Cəsura məxsus “Porche Cayenne” markalı avtomaşını iki nəfər gətirmiş, onlardan biri "xxxx" ASC-nin işçisi Elşən adlı şəxs olmuşdur. Həmin vaxtı avtomaşının açırı Elşəndə olmuş, ona tapşırmışlar ki, avtomaşını onların razılığı olmadan heç kimə verməsin. Təxminən bir ay sonra bankın işçiləri avtomaşını salondan aparmışlar. Sonradan Cəsurdan eşitmişdir ki, avtomobil bank tərəfindən “AMAY” TM-nin dayanacağında saxlanılır.
77. Eyni zamanda işdə olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X7 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş təhviltəslim aktından məlum olur ki, “Porshe Cayenne GTS” minik markalı, **-EF-*** (**-DO- ***) dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli (BAN WP1ZZZPZ9LA62222, Mühərrik - G 902667) avtomobil xx.xx.2017-ci il tarixdə "xxxx" ASC tərəfindən Agentliyə təhvil verilmiş, həmin aktda avtomobilin təhvil verilərkən yararsız vəziyyətdə olması qeyd edilmişdir.
78. Həmçinin işdə olan "xxxx" ASC tərəfindən Nəsimi rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 13/2639 saylı məktubun surətindən də görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-3167/2015 saylı qətnaməsinə əsasən İddiaçı 36.702,87 manat kredit borcunun, həmçinin 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi və tutmanın cavabdehə məxsus “Porcshe Cayenne” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi qət edilmişdir. "xxxx" ASC-nin girovunda olan, İddiaçı məxsus “Porcshe Cayenne” markalı, 90- EF-040 dövlət qeydiyyat nişanlı minik avtomobili hal-hazırda Nobel prospekti 23, “Amay” ticarət mərkəzinin dayanacağında saxlanılır. Avtomobilin qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət edilməsinin təmin edilməsi xahiş edilmişdir.
79. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”.
80. Göründüyü kassasiya instansiyasının sonuncu göstərişləri araşdırıldıqdan sonra da cavabdeh bankın təqsirli olması müəyyən edilir. Cavabdeh isə bunun əksini sübut edə, etirazını əsaslandıra bilməmişdir.
81. Kassasiya instansiyasının sonuncu qərarında əvvəlki göstərişlərin icra olunmaması ilə bağlı hər hansı mövqe olmamışdır.
82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğvinə əsasdır. Birinci instansiya məhkəməsinin yoxlanılan hissədə gəldiyi qənaəti qanuni və əsaslı olmamışdır.
83. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, apellyasiya icraatları zamanı 75 manat ekspertiza xərci, 400 manat qiymətləndiricinin xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci tərəflərə aid edilməlidir.
84. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-88/19 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə (“65.000 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməsi” hissədə) ləğv edilsin və iddia qismən təmin edilsin. "xxxx" ASC-dən 62000 (altmış iki min) manat maddi zərər əvəzi - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli 2(006)-3167/2015 nömrəli qətnaməsi ilə onun xeyrinə qət olunan 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat çıxılmaqla qalan 25267,13 (iyirmi beş min iki yüz altmış yeddi manat, on üç qəpik) manat tutularaq İddiaçı ödənilsin, həmçinin “PORSHE CAYENNE minik” markalı, **-EF-*** (**-DO-***) dövlət qeydiyyat nişanlı 2008-ci il buraxılışlı avtomobil iddiaçıya qaytarılsın. İddia yoxlanılan qalan hissədə təmin olunmasın. Apellyasiya icraatları zamanı yaranmış məhkəmə xərcləri tərəflərə aid edilsin. İddiaçı 200 (iki yüz) manat, cavabdeh "xxxx" ASC-dən 200 (iki yüz) manat tutlaraq "xxxx" MMC-nin hesabına, həmçinin İddiaçı 37,50 (otuz yeddi manat, 50 qəpik) manat, cavabdeh "xxxx" ASC-dən 37,50 (otuz yeddi manat, 50 qəpik) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.