Məhkəmə qərarları › İş №2(103)-4808/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4808/2023

26.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4808/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4199/2023 saylı qərardadından İddiaçı (nümayəndə və Vəkil) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, məktəbə bərpa edilməsi və kompensasiya tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir . Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4199/2023 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4199/2023 saylı qərardadından İddiaçı (nümayəndə və Vəkil) tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4199/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4199/2023 saylı qərardadından İddiaçı (nümayəndə və Vəkil) tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, şikayət tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də nəzərdə tutulan tələblərə riayət edilməmiş ... şikayətdə şikayəti verən şəxsin (*iddiaçının) məlumatları qanunvericiliklə tələb olunan həcmdə göstərilməmiş, ümumiyyətlə şikayət qanunvericiliyin tələblərinə zidd tərtib olunmuş - şikayətdə 1, 4, 5, 7, 12 və 13-cü hissələr mövcuddur, müəyyən edilmiş formanın digər hissələri isə öz əksini tapmayıb. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4199/2023 saylı qərardadından İddiaçı (nümayəndə və Vəkil) tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-3453/2022 saylı qərardadından verilmiş şikayət apellyasiya şikayəti deyil, ilkin şikayətdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də nəzərdə tutulan tələblər qərardaddan verilmiş şikayətə şamil edilə bilməz. Bununla yanaşı iddiaçı (nümayəndə və Vəkil) şikayətində qeyd edir ki, “ ... digər tərəfdən isə ilkin qərardaddan şikayət forması elektron məhkəmə informasiya sisteminə Ədliyyə Nazirliyi tərəfindən MPM-də nəzərdə tutulmuş apellyasiya şikayəti formasına uyğun olaraq yerləşdirilmişdir. Qərardaddan verilən başqa bir şikayət forması nəzərdə tutulmamışdır”. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4199/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı (nümayəndə və Vəkil) şikayəti təmin edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4199/2023 saylı qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi şikayət tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də nəzərdə tutulan tələblərə riayət edilməməsi qənaətinə gəlsə də kollegiya bunu əsaslı hesab etməməklə qeyd edir ki, qeyd edilən şikayətdə birinci instansiya məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadının əsassız olmasına dair əsaslandırma dəqiq göstərilmiş, şikayət verənin tələbi dəqiq əhatə olunmuşdur. Eyni zamanda qərardadan verilən şikayətin elektron formada verilməsi nəzərədə tutululmuşdur ki, şikayət verən şəxs tərəfindən buna riayət edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən haqlı olmamışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayəti təmin edilməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4199/2023 saylı qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı (nümayəndə və Vəkil) şikayəti şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4199/2023 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4199/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar