Məhkəmə qərarları › İş №2(103)-4821/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4821/2025

30.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4821/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “dolabın sökülməsinin cavabdehə qadağan edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “dolabın sökülməsinin cavabdehə qadağan edilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçının həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən mülki işə Məhkəmə tərəfindən baxılarkən iddiaçının vəkili (nümayəndəsi) Vəkil ərizə ilə Məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə tərəflər arasında barışıq əldə olunmuş, iş üzrə tərəflər mülki mübahisəni məhkəmədən kənar öz aralarında həll etmişlər. Buna görə də, iddiaçı iddiadan imtina edir. Odur ki, bunların nəzərə alınmasını, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Göstərilənlər ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. İddiadan imtina iddiaçının buna səlahiyyətli olan vəkili (nümayəndəsi) tərəfindən yazılı formada ifadə edildiyindən, iddiadan imtina qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-in 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 263-cü maddəsini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı - Cavabdeh MTK-ya qarşı “dolabın sökülməsinin cavabdehə qadağan edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə tərəflər hazırkı qərardaddan, qərardad onlara rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar