Məhkəmə qərarları › İş №2(103)-4826/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4826/2025

20.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4826/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X3 De Courcynin Cavabdeh Petrovnaya qarşı iş üzrə Açar sözlər: (“pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə),İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçı X3 De Courcynin Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-942/2025 saylı işi üzrə 25 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı X3 De Courcy Cavabdehdan Cavabdeh 5720 manat məbləğində pulun alınaraq X3 De Courcyə verilməsi barədə qətnamə qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Böyük Britaniya və Birləşmiş Krallığın vətəndaşı iddiaçı X3 De Courcy 2023-cü ilin fevral ayında Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən məkanı cavabdehin həyat yoldaşı Fərhadla razılaşaraq icarəyə götürmək barədə razılığa gəlirlər. İddiaçı həmin məkanı "YAVAŞ YAVAŞ” adlı mədəniyyət mərkəzinin fəaliyyət göstərməsi üçün icarəyə götürmüşdür. Həmin məkanın ilk 6 ayının icarə haqqı 500 manat 50 faiz, yəni 250 manat şəklində ödənilməsi, sonralar isə 8 aya qədər uzadılması (təmirlə əlaqədar) barədə razılığa gəlmişlər. Həmin vaxt tərəflər icarə müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlasalar da, bu mümkün olmadı.Çünki yuxarıda göstərilən daşınmaz əmlak yaşayış sahəsi olduğundan orada hər hansı biznes fəaliyyəti ilə məşğul olmaq qanunla mümkün olmamışdır. Bütün bu müddət ərzində həmin məkanın təmiri də iddiaçı tərəfindən aparılmışdır. Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlik, yəni ünvan 1in iddiaçıya icarəyə verilməsini müqavilə ilə rəsmiləşdirmək mümkün olmamışdır. Belə ki, icarəyə götürülən yerin qeyri-yaşayış sahəsi olmaması, üstəlik bunu bilə-bilə cavabdehin iddiaçı Mister Jonesə bu barədə məlumat verməməsi, onun işlərinin pozulmasına, ziyana düşməsinə, ümumilikdə 5720 (beş min yeddi yüz iyirmi) manat məbləğində ziyana düşməsinə səbəb olmuşdur. Dəfələrlə mister Jones cavabdehə çəkilmiş xərclərin ona qaytarılmasını söyləsə də, cavabdeh tərəfdən heç bir hərəkət olmamışdır.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-942/2025 saylı işi üzrə 25 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 2944,8 manat məbləğində dəymiş zərərin və ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq iddiaçı X3 De Courcy ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.2, 385.1, 427.3, 442, 700.1, 700.2, 700.3, 1091.1, 1091.2, 1092.1; “İcra haqqında” Qanunun 8.1, 9.5; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında icarə münasibətlərinin yaranması üçün müqavilə bağlananadək işgüzar münasibətlər yaranmış, nəticədə cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi faktiki olaraq iddiaçının istifadəsinə verilmiş, nəticədə iddiaçı tərəfindən təmir işləri aparılmaqla yaşayış sahəsi yaxşılaşdırılmış, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək yaşayış sahəsi iddiaçının faktiki istifadəsində olmaqla razılaşdırılmış məbləğdə icarə haqqı qismində ödənişlər edilmiş, icarə obyektinin təyinatı səbəbindən müqavilə münasibətlərinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında cavabdeh təqdim etdiyi sənədlər və izahatı ilə iddiaçının icarə obyektinin təyinatından məlumatlı olmasını və bu halı təsdiq edən sms yazışmalarının olmasını irəli sürsə də, bu barədə sübutları məhkəməyə təqdim etməmiş, icarə haqqının ödənilməsini etiraf etsə də, çəkilmiş xərclərlə bağlı razı olmadığını, mülkiyyətçiyə təmir nəticəsində ziyan dəyilməsini irəli sürmüş, lakin sübutetmə vəifəsini yerinə yetirməmişdir. Bundan başqa cavabdehin nümayəndəsi icarə obyektinin təyinatının iddiaçıya fəaliyyətinin həyata keçirilməsinə maneə olmadığını, qanunvericilikdə belə qadağananın olmamasını irəli sürsə də, məhkəmə iclasında verdiyi izahatla həmin yaşayış sahəsində yaranan səs-küylə bağlı bina sakinlərinin polis orqanlarına şikayət edildiyini etiraf etmişdir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, lakin öhdəlik tam yerinə yetirilməmişdir. Hazırda iddiaçı tərəfindən cavabdehdən 5720 manat tələb edilsə də, iddia tələbi təqdim edilmiş çıxarışlara əsasən təmir bərpa xərcləri- 2944,8 manat hissəsində pulun ödənilməsi öz təsdiqini tapmış, iddia tələbi qalan hissədə öz təsdiqini tapmamışdır.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 80, 1 saylı mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir; - Cədvəldə qeyd olunmuşdur ki, X3 de Courcy tərəfindən Əlimərdan Topçubaşov 80 ünvana 5770,15 manat təmir xərcləri çəkilmişdir; - Ödəniş qəbzlərindən çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 520 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 42 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023- cü il tarixdə 100 manat, xx.xx.2023cü il tarixdə 9 manat, xx.xx.2024-cü ildə 47 manat, xx.xx.2024-cü il tarixdə 24 manat, xx.xx.2024-cü il tarixdə 750 manat və xx.xx.2024-cü il tarixdə 102,8 manat olmaqla, ümumilikdə 2944,8 manat ödəniş edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdehin apellyasiya şikayəti ver miş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-942/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin təmin olunan hissədə də rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21; Mülki Prosessual Məcəllənin 76.1, 77, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış və sübutlara düzgün qiymət verməmişdir. Bu isə öz növbəsində əsassız bir qətnamənin qəbul olunmasına gətirib çıxarmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, tərəflər icarə müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlasalar da, bu mümkün olmamışdır. Çünki icarəyə verilən daşınmaz əmlak yaşayış sahəsi olduğundan orada hər hansı biznes fəaliyyəti ilə məşğul olmaq qanunla mümkün olmamışdır. Lakin iddiaçı icarəyə götürdüyü daşınmaz əmlakın yaşayış sahəsi olması səbəbi ilə biznes fəaliyyəti ilə məşğul olmasının hansı qanunla qadağan olunmasını sübut edə bilməmişdir. Halbuki, iddiaçı öz iddia tələbinin hüquq əsasını sübut etməyə borcludur. Bundan başqa məhkəmədə işə baxılarkən ünvanlanmış suallara cavab olaraq iddiaçı tərəfindən bildirilmişdir ki, icarəyə götürdüyü daşınmaz əmlakın yaşayış sahəsi olması səbəbi ilə biznes fəaliyyəti ilə məşğul olmasının mümkünsüzlüyü barədə hər hansı dövlət qurumu tərəfindən ona rəsmi bildiriş və ya xəbərdarlıq ünvanlanmamış, ümumiyyətlə isə həmin məsələ ilə bağlı rəsmi dövlət qurumlarına heç bir müraciəti olmamışdır.İş materiallarına iddiaçı tərəfindən tərtib olunmuş və tərəflər arasında hər hansı formada qarşılıqlı şəkildə təsdiq olunmamış cədvəl əlavə olunaraq iddiaçı tərəfindən güya təmir xərclərinə 5770.15 manat vəsait sərf olunduğu qeyd edilmişdir. Lakin həmin xərclərin məhz sözügedən obyektə xərclənməsini təsdiq edən hər hansı mötəbər sübutu (smeta, fotoşəkil və ya təmirin vəziyyəti barədə hər hansı sübut) məhkəməyə təqdim etməmiş və məhkəmə iclasında da bunu sübut edə bilməmişdir. İşə baxan məhkəmə isə bu halları gözardı etmişdir. Bundan başqa iddiaçı iddia ərizəsinə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə edilmiş ödəniş qəbzlərinin A4 formatında kağız vərəqdə kserosurətlərini əlavə etməklə öz iddia tələbini əsaslandırmağa çalışmışdır. İlk növbədə qeyd olunmalıdır ki, həmin qəbzlər kserosurət olmaqla öz-özlüyündə şübhə doğurur. Çünki, həmin qəbzlərdə heç bir bankın möhürü və ya digər formada təsdiqi mövcd deyil. Məhkəmə tərəfindən bu hal gözardı edilərək həmin qəbzlərin mötəbərliyi barədə heç bir banka sorğu verilməmiş və ya iddiaçıdan ödənişlərin öz əksini tapdığı rəsmi təsdiq olunmuş bank çıxarışlarını tələb etməmişdir. Yalnız iddiaçı tərəfindən tərtib olunmuş cədvələ istinad etməklə təmir xərcələrinin hesabatını aparmışdır. İddiaçı tərəfindən iddia ərizəsinə hər hansı təmir xərcələri ilə bağlı smeta əlavə olunmadığı halda və ya təmir işlərinin nədən ibarət olmasını müəyyən etmədən məhkəmə xüsusi bilik nümayiş etdirərək iddia tələbi ilə tələb olunan ümumi məbləğdən yəni 5720 manatdan 2944.8 manat hissənin məhz təmirə xərcələnməsi qənaətinə gəlmişdir, əgər iddiaçı iddia tələbində 5720 manat deyil 10720 manat vəsaitin ödənilməsini tələb etmiş olsaydı yəqin ki, bu zaman məhkəmə ödənilmiş icarə haqlarını çıxmaqla qalan məbləğin təmir xərcləri olması qənaətinə gəlmiş olardı. Göründüyü kimi bu halda da məhkəmə sübutlara düzgün qiymət verməmişdir.Bundan başqa məhkəmə öz qətnaməsində cavabdehin nümayəndəsinin icarə obyektinin təyinatının iddiaçının fəaliyyətinin həyata keçirilməsinə maneə olmaması barədə fikrini sübut etməməsini yaşayış sahəsində yaranan səs-küylə bağlı bina sakinlərinin polis orqanlarına şikayət edildiyi barədə etirafı ilə qeyri-müəyyən formada əlaqələndirməyə çalışmışdır. Bununla bağlı bildiririk ki, icarə obyektinin təyinatının qeyriyaşayış və ya yaşayış olması orada aparılan fəaliyyət zamanı ümumi qəbul olunmuş və qanunla tənzimlənən davranış qaydalarının və ictimai qaydanın pozulmasına əsas vermir. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq ücün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Şərh olunanlara əsasən görünür ki, Binəqədi Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən və işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Hesab edir ki, nə qədərki iddiaçı obyektə dair icarə müqaviləsinin bağlanmamasının cavabdehin təqsiri ucbatından mümkün olmamasını və ümumiyyətlə isə göstərilən daşınmaz əmlakın yaşayış sahəsi olması səbəbindən orada hər hansı biznes fəaliyyəti ilə məşğul olmağın hansı qanunla mümkün olmamasını sübuta yetirə bilmir, bu zaman AR MM-nin 21-ci maddəsinin tələbləri hazırki mübahisəyə tətbiq oluna bilməz. AR Konstitusiya Məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hazırki halda isə cavabdehin hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi müəyyən olunmur və eyni zamanda sübut olunmur. Məhkəmə tərəfindən bu hal gözardı edilərək həmin qəbzlərin mötəbərliyi barədə heç bir banka sorğu verilməmiş və ya iddiaçıdan ödənişlərin öz əksini tapdığı rəsmi təsdiq olunmuş bank çıxarışlarını tələb etməmişdir. Yalnız iddiaçı tərəfindən tərtib olunmuş cədvələ istinad etməklə təmir xərcələrinin hesabatını aparmışdır. Bundan başqa məhkəmə öz qətnaməsində cavabdehin nümayəndəsinin icarə obyektinin təyinatının iddiaçının fəaliyyətinin həyata keçirilməsinə maneə olmaması barədə fikrini sübut etməməsini yaşayış sahəsində yaranan səs-küylə bağlı bina sakinlərinin polis orqanlarına şikayət edildiyi barədə etirafı ilə qeyrimüəyyən formada əlaqələndirməyə çalışmışdır. Bununla bağlı bildirir ki, icarə obyektinin təyinatının qeyri-yaşayış və ya yaşayış olması orada aparılan fəaliyyət zamanı ümumi qəbul olunmuş və qanunla tənzimlənən davranış qaydalarının və ictimai qaydanın pozulmasına əsas vermir. Apellyasiya icraatında müəyyən edilən hallar:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

10. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1.öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1.öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1.mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir. Kollegiya qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu tələb olunur: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

12. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlik, yəni ünvan 1-in iddiaçıya icarəyə verilməsini müqavilə ilə rəsmiləşdirmək mümkün olmamışdır. Belə ki, icarəyə götürülən yerin qeyri-yaşayış sahəsi olmaması, üstəlik bunu biləbilə cavabdehin iddiaçı Mister Jonesə bu barədə məlumat verməməsi, onun işlərinin pozulmasına, ziyana düşməsinə, ümumilikdə 5720 manat məbləğində ziyana düşməsinə səbəb olmuşdur. Lakin iddiaçı ünvan 1-in yaşayış sahəsi olmadığını bilmədiyinə dair hər hansı sübut təqdim etməmişdir. Əksinə iddia ərizəsinə əlavə edilmiş sənədlərə mənzilin çıxarışı əlavə edilmişdir ki, bu da iddiaçının həmin əmlakın qeyri-yaşayış sahəsi deyil, məhz yaşayış sahəsi olduğundan məlumatlı olmasını sübut edir. Əlavə olaraq iddiaçı obyektə dair icarə müqaviləsinin bağlanmamasının cavabdehin təqsiri ucbatından mümkün olmamasını və ümumiyyətlə isə göstərilən daşınmaz əmlakın yaşayış sahəsi olması səbəbindən orada hər hansı biznes fəaliyyəti ilə məşğul olmağın hansı qanunla mümkün olmamasını sübuta yetirə bilməmişdir. Hazırki halda isə cavabdehin hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi müəyyən olunmur və eyni zamanda sübut olunmur. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xərclərə dair cədvəlin məhz cavabdehlə aralarında olan münasibətlərə aid olması təsdiq edilmir. Bundan əlavə, hətta təmir işlərinin iddiaçı tərəfindən aparılması ilə cavabdeh tərəfin öhdəliklərdən yayınması və ya qəsdi nəticəsində onun əsassız varlanması, habelə təmir işlərinin aparılmasının cavabdehlə bağlanmış hər hansı müqavilə ilə (öhdəliklə) şərtlənməsi, bunlardan irəli gələrək cədvəl və qəbzlərin təyinatları və iddianın digər dəlilləri mötəbər sübutlarla əhatə edilmir. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilən hissədə rədd edilməlidir.

14. Kollegiya hesab edir ki, tələb olmadığından apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onları ödəyən şəxsə aid edilməlidir.

15. İddiaçı tərəf şikayət vermədiyindən mübahisələndirilən hissəsində (5000-2944,8 = 2055,2 manat) iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kasassiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-942/2025 saylı işi üzrə 25 aprel 2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X3 De Courcynin Cavabdeh qarşı "pul” tələbinə dair iddiası təmin edilən hissədə rədd edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar