Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4827/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı qarşı qarşılıqlı iddialara dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması; müqavilənin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı «borcun tutulması», ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «müqavilənin ləğvi» tələblərinə dair mülki işə üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-964/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiqlənmiş, 3M-37 reyestr nömrəli, 22 yanvar 2020-ci il il tarixli kredit (borc) müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “Borclu” Cavabdeh 2.500 manat məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığını 22 iyul 2020-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc müqaviləsini imzaları ilə təsdiq etmişlər.
2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmiş, 3M-706 reyestr nömrəli, 18 mart 2020-ci il il tarixli kredit (borc) müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “Borclu” Cavabdeh 7.500 manat məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığını 18 mart 2021-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc müqaviləsini imzaları ilə təsdiq etmişlər.
Birinci instansiya məhkəməsində icraat
3. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.000 manat əsas borc, 1.477,50 manat faiz borcunun və dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla 22 yanvar 2020-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən, o, cavabdehə 2.500 manat məbləğində borc vermişdir. Müqaviləyə əsasən cavabdeh həmin borcu xx.xx.2020ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Nağd şəkildə isə 2.000 manat boc vermişdir. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən isə, o, cavabdehə 7.500 manat məbləğində borc vermişdir. Müqaviləyə əsasən cavabdeh həmin borcu xx.xx.2021-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu qaytarmamışdır.
5. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “müqavilənin ləğv edilməai” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 yanvar 2020-ci il və 18 mart 2020-ci il tarixli müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında, «Bilik açarı» adlı Tədris Mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. İddiaçı vergi orqanında vəzifə sahibi olmaqla, onun Tədris Mərkəzinə gəlib-getmiş, əvvəlcə vergi yoxlaması adı ilə, daha sonra tanışı vasitəsi ilə onunla tanış olmuş sahibkarlıq fəaliyyəti ilə maraqlanmış, daha sonra sahibkarlıq fəaliyyətini dəyişdirərək, Gözəllik Salonu yaradaraq daha dövriyyəli sahibkarlıq fəaliyyəti ilə məşğul olmağını və bu sahədə lazım olan miqdarda pul xərcləyəcəyini təklif etmiş, birlikdə «Naz Beauty» adlı Gözəllik Salonu yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Gözəllik Salonunda onun həyat yoldaşı və qızı həmişə gələrdi, onlara pulsuz xidmət göstərilərdi. Daha sonra, İddiaçı gözəllik salonuna lazım olan lazer aparatı almağı məsləhət etdi. Ona təklif etdi ki, salonu lazım olan səviyyədə təmir etdirməyin xərci onun boynuna olsun, lazer aparatının alınmağı xərci onun, yəni İddiaçı boynuna olsun. Onlar razılaşdı, daha sonra İddiaçı lazer aparatı almaq üçün ona pul verdi, daha sonra onun həyat yoldaşı da Gözəllik Salonuna gəlibgetdiyi üçün, Şakirin lazer aparatına pul verdiyini və gözəllik salonuna şərik olduğunu bilməmək üçün Notarial qaydada mübahisələndirilən kredit müqavilələrini bağladı. O, normal işlə məşğul olduğu üçün notarial qaydada bağlanılan kredit müqaviləsinə etiraz etmədi. Onlar işlərini düzüb-qoşdu, salon fəaliyyətini davam etdirdikdə X5 adlı şəxs Salondan oğurluq etdi, həmin lazer aparatını və digər əmlakları dələduzluq yolu ilə mənimsədi. Onlar, o cümlədən o, aidiyyəti üzrə hüquq mühafizə orqanlarına şikayət etdi. Hüquq mühafizə orqanları müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, tədbir gördü. xx.xx.2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-773/2022 nömrəli hökmü ilə təqsirləndirilən şəxs cəzalandırıldı. Bu səbəblərə görə onların gözəllik salonları artıq sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmədi, ona görə ki, salonun avadanlıqları oğurlanmış, yararsız hala düşmüşdür. Göstərilən səbəblərə görə İddiaçı ondan kredit müqaviləsinə görə pul tələb etməsi əsassızdır, ən azı vicdansızlıqdır.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-964/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) ilkin iddia qismən təmin edilmiş, 10.000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ödənilməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 mart 2020-ci il və 22 yanvar 2020-ci il tarixli “Kredit Müqavilələrin”dən yaranmış öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmiş, borc alan hər iki müqavilə üzrə ümumilikdə 10.000 manat məbləğində pul vəsaitini müqavilə ilə razılaşdırılmış müddətdə tam həcmdə olmaqla borc verən İddiaçı qaytarmamış və bununla da müqavilənin 8-ci bəndinin ona izah edilməsinə baxmayaraq üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıya qaytarmalı olduğu 10.000 manat məbləğində pul vəsaitini razılaşdırılmış müddətdə qaytarmaq öhdəliyini tam yerinə yetirmədiyi üçün, həmin məbləğ ondan tutularaq iddiaçıya verilməlidir. İddia tələbinin nağd formada iddiaçı tərəfindən cavabdehə verilmiş 2.000 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə həmin hissənin əsassız olduğunu qeyd etmişdir. Belə ki, iddiaçı işin bu halını təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
10. Məhkəmə faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan 18 mart 2020-ci il və 22 yanvar 2020-ci il tarixli “Kredit Müqavilələrin” 3-cü bəndində qeyd edilmişdir ki, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Beləliklə, tərəflər müqavilə bağlayarkən borcun faizsiz olaraq verilməsi barədə razılaşmışlar. Bu səbəbdən iddiaçı hazırda cavabdehdən faiz borcunu tələb etməkdə haqlı deyildir.
11. Həmçnin məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, müqavilə tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər və müqavilənin pozulması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olsun. Məhkəmə müqavilənin ləğvi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların hazırki işdə mövcud olmadığını qeyd etmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 385, 386, 405.1, 421.1, 421.2, 739.1, 740.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-964/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı mənafeyini əks etdirən bir qətnamə qəbul etmiş və bu qətnamə onu çətin duruma salmışdır. Nəzərə alınsa ki, borcverən yəni İddiaçı, onunla “Kredit Müqaviləsi” bağlamaqla şərik kimi qoyduğu pulu bir növ sığortalamışdır. Çünki, o, dövlət qulluqçusu olduğundan sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir və şərik olmağını isə dolayı yolla ona “Kredit Müqaviləsi” ilə göstərir, həmçinin biznesə qoyduğu pulu bu yolla sığortalayır. Qəbul olunmuş qətnamə də onun çətin durumunu daha da çətinləşdirir, belə ki, “NAZ BEAUTY” gözəllik salonunda təmir gedən zaman, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə, AR CM-nin 178.3.2-ci maddəsi ilə azadlıqdan məhrum edilmiş X5 xx.xx.2020-ci il tarixdə salonda olan əşyaları, o cümlədən sözügedən lazer aparatını dələduzluq yolu ilə ələ keçirir. Üstəlik sözügedən lazer aparatının dəyərinin yerdə qalan məbləğini də Cavabdeh ödəmişdir. İddiaçı onunla xx.xx.2023-cü il və xx.xx.2020-ci ildə rəsmi notariat qaydasında “Kredit Müqaviləsi” bağlamışdır. Hər iki “Kredit Müqavilə”ləri borcverənin əvvəlcədən düşünülmüş şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını pərdələmək üçün bağlanmışdır. Səbail rayon Məhkəməsinin 2(009)-964/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi formal bir qətnamədir, yəni formal bağlanmış “Kredit Müqaviləsi”nə əsaslanaraq çıxarılmışdır, yalnız borcverənin mənafeyini əks etdirir. Belə ki, iş üzrə onun şahid qismində dəvət etdiyi Şahid2 dindirilərkən bildirmişdir ki, İddiaçı həftədə iki üç dəfə salona gəlirdi, qeyd dəftərlərinə nəzarət edirdi. Burdan belə sual doğur ki, əgər İddiaçı onun şəriki deyildirsə, gözəllik salonunda həftədə iki üç dəfə gəlməsinə səbəb olan nə idi? Bundan başqa İddiaçı qızının nişan mərasiminə Şakirin arvadı və qızı sözügedən salonda bəzənmişlər. Şahid2 həmçinin qeyd etmişdir ki, Nəzakət xanım Şakirin onun şəriki olduğu üçün onun qızı və arvadından ödəniş almamasını demişdir. Digər Şahid1 dindirilərkən qeyd etmişdir ki, gözəllik salonunda reklam işlərini görürdü, gördüyü işin müqabilində ona ödənişi Nəzakət xanım, bir dəfə isə Güllü deyilən işçidən almışdır. Bundan başqa o qeyd etdi ki, salonda reklam işlərini quran zaman həmin vaxt salona kamera quraşdıran şəxsə o, İddiaçı kameranı öz telefonuna yönəltməyini dediyini və bu barədə Nəzakət xanıma bildirdiyini dedi. Lakin təəsüf ki, məhkəmə şahidin bu məsələni bildirməsini qətnamədə göstərməmişdi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh bildirmişdir ki, tədris mərkəzi işlədirdi, müəllimədir. Vergi ilə bağlı problem var idi, İddiaçı gəldi mərkəzə və təklif etdi ki, bunu salona çevirsinlər. Və dedi ki, bura pul qoymaq lazımdır. O, banka getmiş və 20 minə yaxın pul götürmüşdür. O, Şakir müəllimə bildirdi ki, o da pul qoysun. Şakir müəllim onda pul olmadığını bildirdi. Borc müqaviləsi deyəndə o, şəriklik müqaviləsini istəyib. Notariusa yaxınlaşmış, orada deyiblər ki, hər ikinizin vəkili lazımdır. İddiaçı buna etiraz etdi və bildirdi ki, Vergi Xidmətində işləyir, adı heç bir yerdə hallanmamalıdır. Ona görə də bütün sənədləşmə işləri onun adına oldu. Onlar avadanlığı aldılar. 20 min o, 10 min isə Şakir müəllim qoydu. O, özü pul götürərək başqa aparat da götürmüşdü, həmin aparat da oğurlanmışdı. Onlar xeyir götürə bilmədilər, hər şey bir anda oldu. Salonda təmir işləri getməli idi, aparatların üstünə su tökülürdü. Usta gəldi və onları aldatdı, aparatların hamısını yükdaşımaya mindirdi, apardı və oğurladı. İddiaçı heç bir məhkəmə iclaslarında iştirak etmədi, hamısında o, iştirak edirdi. İddiaçı 2 il ondan pul istəmədi, lakin indi birdən birə iş məhkəməyə düşdü. Şakir müəllim zəng edən zaman o, Türkiyədə idi, orada telefon işləmir. Aparatlar yekunda sınıq vəziyyətdə qaytarıldı. O, Şakir müəllimə aparatı götürməsini təklif etmiş, lakin Şakir müəllim aparat sınıq olduğuna görə götürməmişdir. Həmçinin qeyd etmişdir ki, lazer aparatı oğurlanmasa idi həmin kredit müqavilələri üzrə pul ona qaytarılmalı idi.
17. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, müqavilənin özünü mübahisələndirmişlər. Apellyasiya şikayətini daxil edərkən həmin 7.500 manat məbləğində olan kredit müqaviləsini, həmin gün, hansı ki, aparat alınmışdır sübut kimi daxil etmişlər. Aparat həmin salonda işlədilməsi üçün İddiaçı tərəfindən alınmışdır, elə həmin gündə kredit müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci ildə müqavilə bağlanmışdır. Kredit müqaviləsi sadəcə görüntü formasını daşıyır, tərəflərin arasında olan müqavilə verilən pulun sığortalanması məqsədi daşıyır. Bununla bağlı yetərincə şahid ifadələri vardır. Şahid ifadələri məhkəmə zalında deyilsə belə qeyd edilməmişdir. Şahidi Şakiri tanımır, o Nəzakət xanımı tanıyır. Həmin vaxt Nəzakət xanıma yaxınlaşır və pulu götürəndə bir nəfər şəxs kameranın görüntülərini öz telefonuna yönəldir. Həmin vaxt Nəzakət xanım bildirir ki, Şakir müəllim onun şərikidir. Əgər bu adamın o pulla bağlı şərikliyi yoxdursa, ailə üzvləri vaxtaşarı salona gəlir və xidmət göstərilir, qızının toyunda gəlir və xidmət göstərilir, lakin əvəzində pul ödənilmir. Həmin oğurluq hadisəsində Nəzakət xanım bəzi yerlərə gedilməsində özü də iştirak edir. Bu adamın orada qoyulan pula marağı yoxdursa nəyə görə gələrək hesabat aparır. İddiaçı Vergi Xidmətinin əməkdaşıdır, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. İddiaçı verdiyi pulu bir növ sığortalayıbdır. Borc müqaviləsi bağlamaqla İddiaçı verdiyi pulu sığortalayırdı. Həmin vaxt salona avadanlıq alınır, pul ona görə verilir. Həmin avadanlıq İddiaçı məxsus olmalı idi, lakin oğurluq hadisəsi baş verdi. Məsələlər qarışdığına görə tərəflər arasında olan münasibət məhkəməyə qədər gəldi.
18. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, qarşı tərəfin vermiş olduğu apellyasiya şikayəti əsassızdır. Qarşı tərəf eyni sübutları təqdim edir, eyni ifadələrə, eyni izahatlara əsaslanır. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunur ki, onlar arasında şərikli münasibət yoxdur, bu kredit müqaviləsidir və bir tərəf digər tərəfə borc verir. Qarşı tərəfdə bunu öz imzası ilə təsdiq edib və notariusda imzalanıbdır. Borc müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdur. Qarşı tərəf həmçinin qeyd edir ki, Şakir müəllim heç bir zaman ondan pul istəməyibdir, lakin deyilənlər əsassızdır. Şakir müəllim özü bildirir ki, dəfələrlə ondan pul istəyibdir, lakin qarşı tərəf vaxt verilməsini xahiş edibdir. Qarşı tərəf öz borcunu qəbul edib, lakin uzun müddət keçməsinə baxmayaraq borcu qaytarmır, yekunda Şakir müəllim məcbur qalaraq məhkəməyə vermişdir
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, iddiaçının faktiki olaraq qətnamənin ilkin iddianın təmin olunan, qarşılıqlı iddianın isə rədd olunan hissələrindən narazı olduğu aydın olur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissələrdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
23.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
24.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
25. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).
26. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
27. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
30. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
31. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
32. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
33. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
34. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
Apellyasiya şikayətində ilkin iddiaya aid qeyd edilən dəlillər üzrə qətnamənin yoxlanılması
38. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Belə ki, ilkin iddia üzrə iddiaçı cavabdehə 22 yanvar 2020-ci il və 18 mart 2020-ci il tarixlərində cəmi 10.000 manat məbləğində borc pul vermiş, cavabdeh isə bu pulu qaytaracağını imza ilə təsdiq etmişdir.
39. Cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirmədiyi, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, vaxtında icra etmədiyi işin mübahisələndirilməyən halıdır. Cavabdeh pulun qaytarılmamasını tərəflərin şərik münasibətlərində olduğuna, həmin pulun bir yerdə işlədikləri qadın salonuna lazer aparatının əldə edilməsi üçün verildiyinə istinad etsə də, iştirak etdiyi məhkəmə iclasında kredit müqavilələri üzrə aldığı pulun qaytarılması üzrə vəzifə daşıdığını qəbul etmişdir.
40. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
42. Beləliklə, kollegiya iş üzrə toplanmış sübutlara apellyasiya şikayətində qeyd edilən dəlillər ilə müqayisəli şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instnasiya məhkəməsi ilkin iddianı mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir.
Apellyasiya şikayətində qarşılıqlı iddiaya aid qeyd edilən dəlillər üzrə qətnamənin yoxlanılması
43. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
44. Qeyd edilməlidir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır.
45. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir.
46. Hazırki işdən qanunvericiliyin bu maddələrində nəzərdə tutulan halların baş verməsini müəyyən etmək mümkün olmamışdır. Çünki tərəflərin müqavilənin ləğvi ilə bağlı razılaşması yoxdur. İddiaçı isə müqaviləni əhəmiyyətli dərəcədə pozması, o cümlədən müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları müəyyən edilməmişdir. İşdən isə görünən odur ki, qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsində göstərdiyi hallar mübahisə predmeti olan müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas deyildir.
47. Məhkəmə iddia ərizəsində və apellyasiya şikayətində mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsinə yönələn, yəni bu müqavilələrin görünüş üçün bağlandığı barədə dəlillər ilə bağlı isə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının göstərdiyi bu hallar iş materialları, həmçinin özünün kredit müqavilələri üzrə götürdüyü pulu qaytarmalı olduğu barədə verdiyi izahat ilə təkzib olunur.
48. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
50. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-964/2023 saylı, 26 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova