Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4828/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzilin boşaldılaraq təhvil verilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə məxsus olan ünvan 1 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 9 saylı mənzilin Cavabdeh2 və "xxxx" MMC tərəfindən boşaldaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MMC inşa etdiyi ünvan 1 ünvanda 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1 ci girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 09 nömrəli mənzili İddiaçı verməyi, İddiaçı isə qabaqcadan müəyyənləşdirilmiş 191.000 manat pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-in verdiyi xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı mənzil 191.000 manat pay dəyərini Cavabdeh1 MMC-yə ödəmişdir. Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MMC inşa etdiyi ünvan 2 ünvanda 558-ci məhəllədə yerləşən yaşayış binasının 2-ci girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 186,4 kv.m olan 4 otaqlı 107 nömrəli mənzili Cavabdeh2 verməyi, Cavabdeh2 isə qabaqcadan müəyyənləşdirilmiş 111.840 ABŞ dolları pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC-in verdiyi xx.xx.2005-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 mənzilin 111.840 ABŞ dolları pay dəyərini Cavabdeh1 MMC-yə ödəmişdir. Müqavilədən və maliyyə arayışından da göründüyü kimi, Cavabdeh2 mənzili 46 nömrəli binada, İddiaçı mənzili isə 48 nömrəli binada yerləşir. Həmçinin mənzillərə görə ödənən pay haqqı da fərqlidir. İddiaçı məxsus 09 nömrəli mənzilin yerləşdiyi ünvan 1 ünvanda 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binası təxminən 2015-2016-cı illərdə tikilmişdir. Cavabdeh2 məxsus 107 nömrəli mənzilin yerləşdiyi 46 nömrəli bina isə daha əvvəl inşa edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9854/2016 nömrəli icra vərəqəsinə əsasən ünvan 3 ünvandakı 558-ci məhəllədə yerləşmiş cavabdeh "xxxx" MMC-nin tikilməkdə olan binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 186,4 kv.metr olan 107 nömrəli mənzil Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməlidir. İcra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramov tərəfindən xx.xx.2018-ci il tarixli akta əsasən icra edilmişdir. İcra zamanı İddiaçı məxsus 09 nömrəli mənzil əsassız olaraq Cavabdeh2 təhvil verilmişdir. Mübahisə olunan mənzil boşdur, onda olan məlumata əsasən mənzilin açarları iddiaçının özündə olmalıdır. Lakin Cavabdeh2 maneçilik yaratdığına görə İddiaçı öz mənzilinə girə bilmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia rədd edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin maddi və prosesual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı qanunu əsaslarla mənzil əldə etmiş, mənzilin dəyərini tam ödəmiş, həmin andan mənzilin mülkiyyətçisi olmuş, cavabdeh MMC-in rəhbərliyi bir mənzili bir neçə şəxsə satması və sair qanunsuz əməllərinə görə məhkum olunmuş, iddiaçının mənzilini də təhvil verməkdən imtina edir- yayınır, yetərincə sübutların olmasına baxmayaraq, rayon məhkəməsinin iddiaçının tələb etdiyi mənzilin ona aid olmasına dair sübut təqdim edilməməsi barədəki qənaəti əsassız olmuşdur, habelə, rayon məhkəməsi iddianı rədd edərkən preyudisiallığa istinad etsə də, bunu hansı məhkəmə aktına münasibətdə tətbiq etdiyini aydın şəkildə əsaslandırmamış, eləcə də birinci instansiya məhkəməsinin istinad etdiyi icra işi üzrə icraatda hazırkı iddiaçı tərəf olmamış və icrada iştirak etməmiş, müvafiq olaraq da həmin icra işi üzrə olan qərardad bu mübahisədə preyudisial əhəmiyyətə malik olmamışdır, digər Cavabdeh2 isə öz mçənzilinə dair məhkəmə qətnaməsinin qanuni icrasını tələb etməlidir, iddiaçının mənzili icraçı tərəfindən ona veriləndə o bilirdi ki, həmin mənzil onun müqaviləsində və məhkəmə qətnaməsində göstərilən mənzil olmamışdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq onun təmin edilməməsini xahiş etdi və əlavə olaraq da göstərdi ki, MMC ilə mənzilin əldə olunmasına dair hələ 2005-ci ildə müqaviləsi olsa da, onun mənzilini verməkdən imtina etmişlər, məcbur qalıb məhkəməyə müraciət etmiş, məhkəmə qərarları ilə ona müqaviləsində göstərilən mənzilin təhvil verilməsi MMC-yə həvalə olunmuş, qətnamənin icrası ləngidilmiş, icraçılar onun müqaviləsində olan mənzili tapa bilmədiklərini, ümumiyyətlə qətnamənin icrasının mümkün olmadığını, izah lazım olduğunu bildirmişlər, onun müqaviləsi 2-ci blokun 4-cü mərtəbəsində olan 4 otaqlı 186,4. kv.m. ölçülü 107 saylı mənzil olsa da, icra zamanı ona 1-ci blokun 4-cü mərtəbəsində olan 191 kv.m. ölçüsü olan 4 otaqlı 9 saylı mənzil, aradakı fərq ödənilməklə ona təklif olunmuş, o da bu təklifə razılaşmış, hətta mənzillər arasındakı 5 kv.m. fərqin məbləğini də MMC-nin rəhbərliyi ondan almış, o həmin vaxt bu mənzilin iddiaçıya məxsus olmasını bilməmiş, mənzildə təmir etmək istəsə də, maddi imkansızlığı, həm də mübahisənin getməsi səbəbindən təmir etməmişdir, yalnız orada bir neçə kisə qum və sementi var, hazırda mənzil MMC-in nəzarətindədir.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 da apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda da göstərdi ki, hazırda iddiaçının iddia etdiyi mənzil Cavabdeh2 iddiası üzrə qəbul olunmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra sənədinin icrası qaydasında səlahiyyətli şəxs olan icra məmurunun xx.xx.2018-ci il tarixli rəsmi aktına əsasən Cavabdeh2 təhvil verilmiş, sonradan isə icra məmurunun xx.xx.2018ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata da xitam verilmişdir. İddiaçı icra məmurunun həmin aktını və hərəkətlərinin ayrıca mübahisələndirmiş və onun icra məmurunun hərəkətlərindən verdiyi şikayət ərizəsi son olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Həmin qərardad qüvvədədir, bu isə onu deməyə əsas verir ki, həmin qərardad bu iş üzrə prediyusial əhəmiyyətə malikdir, ona görə də hesab edir ki, rayon məhkəməsinin bunula bağlı gəldiyi qənaət əsaslı və qanuni olmuşdur. Bu isə öz növbəsində iddiaçının hazırkı qətnamədən verdiyi apellyasiya şikayətinin təmin edilməsini istisna edir.
8. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
9. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
10. "xxxx" MMC-nin direktoru R.S.Qazaxlı ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən müəyyən edilir ki, "xxxx" MMC ünvan 1 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 09 saylı mənzili 191.000 manata İddiaçı satmışdır.
11. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli maliyyə arayışında göstərilir ki, "xxxx" MMCyə məxsus yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 9 saylı mənzilə görə 191.000 manat İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə heç bir borcu yoxdur.
12. Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MMC inşa etdiyi ünvan 2 ünvanda 558-ci məhəllədə yerləşən yaşayış binasının 2-ci girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 186,4 kv.m olan 4 otaqlı 107 nömrəli mənzili Cavabdeh2 verməyi, Cavabdeh2 isə qabaqcadan müəyyənləşdirilmiş 111.840 ABŞ dolları pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC-in verdiyi xx.xx.2005-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 mənzilin 111.840 ABŞ dolları pay dəyərini Cavabdeh1 MMCyə ödəmişdir.
13. Cavabdeh1 MMC müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyinə görə Cavabdeh2 məhkəməyə müraciət etmişdir.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)- 9854/2016 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2005-ci il tarixli müqaviləyə və xx.xx.2005-ci il tarixli maliyyə arayışına əsasən ünvan 3 ünvandakı 558-ci məhəllədə yerləşmiş "xxxx" MMC-nin tikilməkdə olan binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 186,4 kv.metr olan 107 nömrəli mənzilin Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)- 8906/2017 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti rədd edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)- 9854/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır.
16. İcra sənədi üzrə tələbkar Cavabdeh2 icra sənədinin vaxtında icra edilməməsi səbəbi ilə müvafiq orqanlara şikayət etmişdir. Cavabdeh2 müraciətlərinə verilmiş xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixli cavab məktublarından müəyyən edilir ki, icra ilə bağlı mübahisəli mənzilə baxış keçirilən zaman sözügedən binanın tam tikilməməsi, mənzillərin nömrələnməməsi və həmçinin həmin binanın 4-cü mərtəbəsində 186,4 kv.m sahəsi olan mənzilin mövcud olmaması aşkar edilmişdir.
17. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurları Ruslan Əsgərov, Məmməd Bayramov, iş üzrə tələbkar Cavabdeh2 və onun nümayəndəsi Nadir Qəmbərov, borclu "xxxx" MMC-nin rəhbəri Ramiz Qazaxlı, hal şahidləri Əflan Əliyev və Eldəniz İldırımovun iştirakı ilə tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9854/2016 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2005-ci il tarixli müqaviləyə və xx.xx.2005-ci il tarixli maliyyə arayışına əsasən ünvan 3 ünvandakı 558-ci məhəllədə yerləşmiş "xxxx" MMC-nin tikilməkdə olan binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 186,4 kv.metr olan 107 nömrəli mənzilin Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməlidir. İcra sənədinin icrası xx.xx.2018-ci il tarixə təyin edilmişdir. İcra yerinə gələn zaman müəyyən olunmuşdur ki, sözügedən binada təmir işləri gedir və mənzillər nömrələnməmişdir. Həmin binanın 4-cü mərtəbəsinə qalxmışlar və icra sənədində göstərilmiş sahədə mənzil (girişdən solda yerləşən) Cavabdeh2 sahibliyinə və istifadəsinə verilmişdir və icra sənədinin icrası təmin edilmişdir. Mənzildə heç bir təmir işləri aparılmamışdır. İcra zamanı icra yerinə borclu "xxxx" MMC-nin rəhbəri X4 da gəlmiş və sözügedən mənzilin Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməsinə heç bir etirazının olmadığını bildirmişdir və bu mənzilin Cavabdeh2 məxsus olduğunu qeyd etmişdir.
18. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli akta əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9854/2016 nömrəli icra sənədi üzrə tələb tam təmin edildiyindən icraata xitam verilmişdir.
19. İddiaçı ünvan 1 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 09 saylı mənzilə dair "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixdə müqaviləyə istinad etməklə, ona məxsus mənzilin qanunsuz və əsassız olaraq icra zamanı icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixli akta əsasən Cavabdeh2 verildiyini iddia edərək, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(104)-9854/2016 nömrəli qətnaməsi üzrə həyata keçirtdiyi icra hərəkətlərinin qanunsuz hesab edilməklə, icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktın və qəbul edilmiş xx.xx.2018-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.
20. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(004)- 830/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)- 9854/2016 nömrəli icra vərəqəsi üzrə icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramovun akt tərtib edilməsinə dair icra hərəkətləri və xx.xx.2018-ci il tarixli aktı etibarsız hesab edilmiş, Yasamal rayon icra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9854/2016 nömrəli icra vərəqəsi üzrə icra tədbirlərinin bərpa edilməklə, davam etdirilməsi qərara alınmışdır.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 8(103)- 138/2023 nömrəli qərardadı ilə Cavabdeh2 şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-830/2022 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı “icra hərəkətlərinin qanunsuz hesab edilməsi və sair tələbləri barədə” ərizəsi rədd edilmişdir. (həmin qərardadda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı icra məmurlarının hərəkətlərindən verdiyi şikayətdə Cavabdeh2 icra məmurları tərəfindən təhvil verilmiş mənzilin sonuncuya məxsus olan mənzil deyil, məhz ona məxsus mənzil olmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları (məsələn: mənzilin MMC tərəfindən ona təhvil verilməsi barədə aktı və ya protokolu) Rayon Məhkəməsinə təqdim etməmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçı icra məmurlarının hərəkətlərindən verdiyi şikayət sübuta əsaslanmır; İddiaçı icra məmurlarının hərəkətlərinin mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil; işə baxmış və İddiaçı şikayətini təmin etmiş Rayon Məhkəməsi isə işin bu halını müəyyən edə bilməmiş, İddiaçı sübuta söykənməyən müraciətini əsaslı hesab edərək, xx.xx.2022-ci il tarixli qərardadla təmin etmişdir; qərardad əsassızdır; həmin qərardaddan Cavabdeh2 verdiyi şikayətin dəlilləri formal mülahizə xarakteri daşımır).
22. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(004)-1687/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh “İddiaçı və "xxxx" MMC-yə qarşı “ünvan 1 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 9 saylı mənzilinə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli yaşayış binasında mənzil tikintisi müqaviləsinin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi’’ tələbinə dair iddiası rədd edilmişdir.
23. Həmin işə birinci instansiya məhkəməsində baxılarkən dindirilmiş şahid X1 bildirmişdir ki, o, icra məmuru işləmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)- 9854/2016 saylı icra sənədinin icrası zamanı qeyd edilən binaya getmişlər. Mənzillərdə nömrələnmə problemi var idi və mənzillər nömrələnməmişdir. Onlar MTK-nın nümayəndəsini dəvət etmişlər. Məhkəmənin qətnaməsində mənzilin faktiki sahəsi bəlli idi. Həmin sahəyə uyğun digər mənzil MTK-nın nümayəndəsinin iştirakı ilə təhvil verilmişdir. Binada mənzil tapmaq mümkün deyildi. Qətnamədə göstərilən sahəyə uyğun mənzil, ümumiyyətlə, yox idi.
24. Həmin işə birinci instansiya məhkəməsində baxılarkən dindirilmiş digər şahid X2 bildirmişdir ki, bina, ümumiyyətlə, problemli binadır. Mənzil təhvil veriləndə binaların nömrələri yox idi. Bu məsələni aydınlaşdırmaq üçün icra prosesinə MTK-nın nümayəndəsi dəvət edilmişdir. MTK-nın nümayəndəsi 2-ci blokun həmin blok olduğunu və mənzilin iddiaçıya məxsus olduğunu qeyd etmişdir. O, həmin vaxt mənzilin mülkiyyətçisinin olub-olmadığını soruşmuş, MTK-nın nümayəndəsi isə cavabında mənzilin mülkiyyətçisi olduğu təqdirdə qapısının köhnə deyil, təzə olmalı olduğunu bildirmişdir. Onlar mənzilin təhvil verilməsini aktlaşdırılmış və icra sənədi üzrə icraata xitam vermişlər.
25. Həmin qətnamədən narazı qalan iddiaçı Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 4677/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(004) 1687/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Həmin işdə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin əsassız olması qənaətinə gələn Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən xüsusi olaraq qeyd etmişdir ki, “....hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək hüququ verilmişdir. Belə ki, müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Lakin əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; vəzifənin icrasını çətinləşdirə bilər. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür: hüquq münasibəti əmələ gəlir; hüquq münasibəti dəyişir; hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: münasibətin subyekti; münasibətin obyekti; münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan üç elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan görünür ki, mübahisələndirilən müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanında, 558 və 556-cı məhəllələrdə tikilməkdə olan binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 191,0 kv.m olan 9 nömrəli mənzili, dəyərini "xxxx" MMC-yə tam şəkildə ödəməklə almışdır. İddiaçı həmin müqaviləyə əsasən verilməli olan mənzil Bakı şəhəri Yasamal Rayon Məskəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-9854/2016 saylı qətnaməsi icra edilərkən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46 ünvanında, 558 məhəllədə binanın 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 186,4 kv.m olan 107 nömrəli mənzilin əvəzinə Cavabdeh2 təhvil verilmişdir. Həmin icra hərəkətləri Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(004)-830/2022 saylı qərardadı ilə etibarsız hesab edilsə də, daha sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərardad ləğv edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 8(103)-138/2023 saylı qərardadında mübahisəli 9 saylı mənzilin MMC tərəfindən İddiaçı təhvil verilməsini təsdiq edən hər hansı aktın və ya protokolun olmamasına, müqavilələrin bağlanması zamanı binanın tam inşa edilməməsinə, binadakı mənzillərin nömrələnməməsinə, binanın 4-cü mərtəbəsində 186,4 kv.m sahəsi olan mənzilin mövcud olmamasına istinad edərək icra məmurunun həyata keçirdiyi icra hərəkətlərinin qanuni olduğunu qeyd etmişdir. Göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanında, 558 və 556-cı məhəllələrdə tikilməkdə olan binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 191,0 kv.m olan 9 nömrəli mənzilin Cavabdeh2 verilməli olması halı artıq öz təsdiqini tapmış faktlardandır. Lakin bu hal MMC–nin İddiaçı 28 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanında, 558 və 556-cı məhəllələrdə tikilmiş binalardan mənzil vermək üzrə yaranmış öhdəlikdən azad etmir, ələxüsus da bu hal sözügüdən müqavilənin etibarsız hesab edilməsi üçün əsas deyildir. Belə ki, cavabdehlər arasında bağlanmış alqı-satqı və podrat müqavilələrinin ünsürlərindən ibarət qarışıq müqavilə üzrə MMC-nin müvafiq ödəniş müqabilində inşa etdiyi binadan İddiaçı mənzil verilməsinə dair öhdəliyi yaranmış, sonuncu üçün bu öhdəlik mülkiyyət hüququnun yaranması, yəni hüquq münasibətinin əmələ gəlməsi ilə nəticələnməlidir. Mübahisə predmeti olan bu hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç birinin də iddiaçıya aidiyyəti yoxdur. Çünki, iddiaçı bu müqavilə münasibətlərinin subyekti deyildir, müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifə (məs. əmlakı vermək, müqabilində pul ödəmək və s.) müqavilənin tərəflərinə aiddir. Bundan başqa, müvafiq növdən olan müqavilənin predmetini tərəflərin əsas hüquq və vəzifələrinin məcmusu təşkil etdiyi nəzərə alınsa müəyyən olunar ki, MMC-nin cavabdehə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanında, 558 və 556-cı məhəllələrdə tikilməkdə olan binalardan mənzil vermək üzrə vəzifəsi iddiaçı ilə əlaqədar deyildir (müqavilə bağlanan zaman həmin bina tikilməmiş olduğundan və müqavilədə qeyd edilən mənzilin ona verilməsi mümkün olmadığından bu üçüncü şəxslərin hüquqlarından azad olan istənilən mənzil ola bilər). Belə olan halda hazırki işdə yuxarıda göstərilən üç elementdən heç birinin iddiaçıya aidiyyəti olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarının məzmunundan göründüyü kimi pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Beləliklə göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd olunmalıdır. Məhkəmə kollegiyası həmçinin iddiaçının iddia ərizəsində qanuni əsas olaraq istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 350-ci maddəsinin dispozisiya şərtlərinin işin faktiki hallarına tətbiqən yoxlanılmasının mümkün olub-olmaması ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. 49.Həmin maddəyə görə əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Beləliklə əqd açıq-aşkar və əhəmiyyətli dərəcədə əlverişsiz şərtlərlə bağlanmışdırsa, digər tərəf təmsil olunan tərəf üçün əməliyyatın zərərli olması barədə məlumatlı olmuşdursa və həmin əqdin iqtisadi cəhətdən əsaslandırılmış hesab edilməsinə imkan verən heç bir hal yoxdursa məhkəmə qaydasında mübahisələndirilə bilər. Lakin qeyd edilməlidir ki, bu qaydaya uyğun olaraq, məhkəmə belə bir əqdi yalnız “maraqları üçün məhdudiyyətlər müəyyən edilmiş” şəxsin iddiası əsasında etibarsız hesab edə bilər. Məsələn, adından mübahisəli əqd bağlanmış hüquqi şəxs, təssərüfat cəmiyyətinin iştirakçısı və s. 51.İş materiallarından göründüyü kimi iddiaçı yuxarıda sadalanan şəxslərdən deyildir və beləliklə də onun tərəfindən bu maddənin verdiyi imkanlardan istifadə edilməklə əqdin etibarlılığının mübahisəlindirilməsi istisna edilir. 52. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsinin, mübahisə predmeti olan müqaviləyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349 və 350-ci maddələrinə əsasən hüquqi qiymət verilməsi yalnışdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı, iddiaçının iddia tələbi üzrə subyektiv hüquqa malik olmaması öz təsdiqini tapdığı təqdirdə isə hüquqi dəyərləndirməni artıq bitirməlidir, çünki işin həlli üçün bunun heç bir əhəmiyyəti yoxdur. Buna baxmayaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi həm də iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olmamasına istinad etdiyindən, iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur...”
28. İddiaçı Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən verdiyi kasassiya şikayəti Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(102)-938/2024 saylı qərarı ilə təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikası Konstitusiyasının:
29. Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
30. Maddə 25.İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
31. Maddə 29. I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
32. Maddə 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
35. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
38. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
41. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
42. 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
43. 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
48. “Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair”
49. Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
51. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
52. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
53. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
54. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
55. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
57. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
58. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
59. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
60. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
61. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
63. İddianı təmin etməyən birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 8(103)-138/2023 nömrəli qərardadının hazırki iş üzrə preyudisial əhəmiyyətli olmasına istinad etmiş, eləcə də iddiaçının tələb etdiyi və özünə məxsus olan mənzilin icra sənədinə əsasən digər Cavabdeh2 verilmiş mənzil olmasını iddia etməsinə baxmayaraq, bu halı təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsinə əsaslanmışdır.
64. Məhkəmə Kollegiyası rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, rayon məhkəməsinin istinad etdiyi hər iki halla bağlı, yəni həm icra məmurunun hərəkətlərindən verilmiş şikayətə dair məhkəmə qərardadının bu iş üzrə preyudisiallığı, həm də iddiaçıya məxsus olan və tələb etdiyi mənzilin icra sənədi əsasında Cavabdeh2 təhvl verilən mənzilə eyni mənzil olmasının sübut edilməməsi barəsində qənaəti əsassız olmuşdur.
65. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi və müvafiq olaraq da ilk növbədə rayon məhkəməsi tərəfindən istinad olunan qərardadın MPM-in 82.3-cü maddəsinin tələbləri baxımından hazırkı mübahisəyə tətbiqinin mümkünlüyünün yoxlanılmasını zəruri hesab edir. MPM-in 82.3-cü maddəsinin hazırda qüvvədə olan tələbi belədir: bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
66. “Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
67. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il Qərarında qüvvədə olan məhkəmə qərardadının hansı hallarda mahiyyət üzrə işə baxılmasında MPM-in 82.3-cü maddəsinin tələbi baxımından əhəmiyyətli olmasına aydınlıq gətirilmişdir. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ....Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının preyudisiallığı ilə bağlı əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqedən çıxış edərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. - Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: - qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; - həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı; - belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır. Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Hazırkı işdə rayon məhkəməsinin preyudisiya kimi qiymətləndirdiyi Bakı Apellasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından müəyyən olunur ki, həmin qərardad İddiaçı icra məmurunun qərar və hərəkətinin qanunsuzluğunu mübahisələndirməsi ilə bağlı olmuşdur. Belə olan halda, yəni prosessual qanunvericiliyin istinad olunan normasının tələbləri və bununla bağlı Konstitutusiya Məhkəməsinin qeyd olunan qərarlarında əks olunmuş hüquqi mövqelərə əsasən müəyyən olunur ki, rayon məhkəməsinin istinad etdiyi həmin qərardad hazırkı mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi üçün preyudisial əhəmiyyətə malik olmamışdır. Çünki həmin qərardaddan da göründüyü kimi, qeyd edilən məhkəmə aktında hazırkı İddiaçı icra məmurunun başqa bir məhkəmə aktına əsasən verilmiş icra sənədi üzrə tərtib olunmuş aktı və icra məmurunun hərəkətlərini mübahisələndirmişdir. Demək ki, həmin məhkəmə qərardadı müstəsna olaraq icra məmurunun hərəkətlərindən doğan prosessual məsələlərlə bağlı olmuş, başqa sözlə desək, həmin qərardadla maddi- hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməmişdir. Bu isə, öz növbəsində, Konstitusiya Məhkəməsinin istinad olunan qəraraında müəyyənləşdirilmiş hüquqi mövqe baxımından həmin qərardadın preyudisiallığını istisna edir.
68. Bundan başqa, müəyyən olunur ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və "xxxx" MMC-yə qarşı “ünvan 1 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 9 saylı mənzilinə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli yaşayış binasında mənzil tikintisi müqaviləsinin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi’’ tələbinə dair iddiasının rədd edilməsinə dair Yasamal rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(004)-1687/2023 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 10.10 2023-cü il tarixində baxılmışdır.
69. Apellyasiya instansiyası məhkəməsi həmin tarixli qətnaməsində rayon məhkəməsinin bu iş üçün preyudisial hesab etdiyi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına istinad etmişdir (bax, həmin qətnamə, bənd 42). Bununla belə, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 apellyasiya şikayətini təmin etmədən, rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış və bu zaman qətnaməsində xüsusi olaraq göstərmişdir ki, Cavabdeh2 İddiaçı (hazırda tələb etdiyi) həmin mənzilə dair MMC ilə bağladığı müqaviləni mübahisələndirməyə subyektiv hüququ yoxdur (bax, həmin qətnamə, bənd 47).
70. Göründüyü kimi, hazırkı işə baxılarkən artıq qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş həmin hal (yəni Cavabdeh2 hazırkı iddiaçının tələb etdiyi mənzillə bağlı əqdləri mübahisələndirmək üçün suyektiv hüquqa malik olmaması) rayon məhkəməsinin qeyd edilən qərardada münasibətdə MPM-in 82.3-cü maddəsinə əsaslanmasını istisna edirdi.
71. Hazırkı mübahisəyə baxan rayon məhkəməsi iş üçün mühüm əhəmiyyətli olan bu halları nəzərdən qaçırmışdır. Baxmayaq ki, rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, hazırkı iş üzrə icraat məhz iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və "xxxx" MMC-yə qarşı “ünvan 1 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 9 saylı mənzilinə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli yaşayış binasında mənzil tikintisi müqaviləsinin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi’’ tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəsinə minməsi əsası ilə dayandırılmışdır.
72. Məhkəmə kollegiyasının qənaətinə görə isə, ümumiyyətlə, iddiaçı X.Həsənovanın ona məxsus və Avropa Məhkəməsinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsi ilə bağlı çoxsaylı qərarlarında müəyyən etdiyi hüquqi mövqey baxımından “mülkiyyət” hesab edilən mənzilinin icra sənədinə əsasən istınilən şəxsə, o cümlədən də Cavabdeh2 verməsinə dair icra məmurunun hərəkətlərini mübahisələndirməsinin onun hazırkı iddiasının həlli baxımından əhəmiyyəti ola bilməzdi. Çünki icra hərəkətləri həyata keçirildiyi xx.xx.2018-ci il tarixində həmin mənzil Cavabdeh2 borclusu MMC-yə məxsus deyildir və budan xeyli müddət əvvəl, yəni 18.12.2-17-ci tarixindən həmin mənzil iddiaçı X.Hüseyinovanın “mülkiyyti” olmuşdur.
73. Məhkəmə kollegiyası, rayon məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi digər əsasa, yəni iddiaçı X.Hüsynovanın tələb etdiyi mənzillə icra sənədinə əsasən Cavabdeh2 təhvil verilmiş mənzilin eyni mənzil olmasının sübut edilməməsinə gəldikdə isə xüsusi olaraq qeyd edir ki, rayon məhkəməsinin bu qənaəti, ümumiyyətlə anlaşılmaz olmuşdur.
74. Çünki nə iddiaçı tərəf, nə də cavabdeh tərəf bu faktı nəinki mübahisələndirməmiş, əksinə, bütün ərizə, şikayət və izahatlarında həmin mənzilin eyni mənzil olduğunu bildirmişlər, mülki işdə olan sübutlar və digər məhkəmə akları ilə də bu hal şəksiz olaraq təsdiq olunur, başqa sözlə desək, bu fakt hazırkı mülki işin mübahisələndirilməyən hallarından biridir. Belə olan halda rayon məhkəməsinin həmin qənaətinin nəyə əsaslanması müəyyən olunmur. Demək ki, rayon məhkəməsinin bu halla bağlı qənaəti əsaslandırılmamaqla yanaşı, həm də aşkar əsassız olmuşdur.
75. Məhkəmə kollegiyası Cavabdeh2 münasibətdə MM-in 452.1-ci maddəsinin tətbiqi məsələsini nəzərdən keçirərək hesab edir ki, hazırkı işin müəyyən olunmuş halları baxımından bu mümkün deyidir. Belə ki, istinad olunan normanın tələbinə görə fərdimüəyyən əşyanı kreditorun-sifarişçinin mülkiyyətinə vermək borclunun vəzifəsi kimi müəyyən edilmişdir. Hazırkı halda İddiaçı kreditor, MMC isə borcludur, demək ki, MM-in 452.1-ci maddəsinin birinci cümləsinin tələbinə əsasən MMC iddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə öhdəliyini icra edərək həmin mənzili ona verməyə borcludur. Bununla belə, həmin normanın ikinci cümləsi istisna hal kimi əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda kreditorun bu imkanının aradan qalxmasını nəzərdə tutur. Qeyd olunan maddənin dispozitiv şərtlərinin hazırkı mübahisənin müəyyən olunmuş hallarına tətbiqini yoxladıqda aşağıdakılar müəyyən edilir: birincisi, normada eyni fərdi-müəyyən əşyadan bəhs edilir, yəni borclu öhdəliyə əsasən kreditora verməli olduğu əşyanı, başqa bir öhdəliyə əsasən üçüncü şəxsə, həm də mülkiyyət hüququ ilə verməlidir. Hazırkı işdə isə mübahisəsiz olaraq müəyyən olunur ki, borclu MMC kreditorları İddiaçı və Cavabdeh2 ayrı- ayrı müqavilə öhdəliklərinə əsasən eyni bir əşyanı (mənzili) deyil, tamamilə fərqli fərdi-müəyyən əşyanı(mənzilləri) vermək öhdəliyi mövcuddur. Bundan başqa, həm də müəyyən olunmuşdur ki, İddiaçı məxsus mənzil Cavabdeh2 borclu MMC tərəfindən deyil, yalnız başqa məhkəmə aktına əsasən icra icraatı zamanı yanlış olaraq (səhvən) icra məmuru tərəfindən təhvil verilmişdir. Hazırda isə həmin mənzil Cavabdeh2 də bildirdiyi kimi onun deyil, məhz MMC-in nəzarətində- sahibliyindədir. Demək ki, hazırkı halda MM-in 452.1-ci maddəsinin ikinci cümləsinin tətbiqi istisna olunur.
76. Beləliklə də, müəyyən olunur ki, İddiaçı cavabdeh MMC ilə mənzilin əldə olunmasına dair etibarlı müqavilə bağlamış, mənzilin dəyərini tam ödəmiş, bununla da həmin mənzil onun “mülkiyyəti” hesab edildiyindən, MM-in 152.1, 175.1, 157.2, 452.1-ci maddələrinin tələblərinə əsasən onun hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
77. Məhkəmə kollegiyası həmçinin də hesab edir ki, cavabdeh M. Bağırzadəyə qüvvədə olan məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraatına xitam verilməsi barədə icra məmurunun xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməklə onun icrasının davam etdirilməsini, müvafiq olaraq da həmin qətnamə ilə ona verilməli olan mənzilin verilməsini və ya MPM-in 231-ci maddəsinin tələbləri qaydasında həmin ünvanda və ya MMC-in inşa etdiyi başqa binada eyni ölçüdə olan başqa mənzilin verilməsi və ya mənzilin əvəzində qeyri-yaşayış sahəsinin və ya müqavilədə göstərilən mənzilin hazırkı dəyərinin verilməsini tələb etmək hüququna malik olması izah edilməlidir.
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
79. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
80. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
81. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, "xxxx" MMC-yə məxsus olan ünvan 1 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 9 saylı mənzilin Cavabdeh2 və "xxxx" MMC tərəfindən boşaldaraq İddiaçı təhvil verilməlidir.
82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
83. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsümu (100+50=150) 150 manat iddiaçının xeyrinə cavabdeh MMC-dən tutularaq ödənilməlidir.
84. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul olunsun, iddia tələbləri təmin edilsin. "xxxx" MMC tərəfindən inşa edilən ünvan 1 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 9 saylı mənzilin Cavabdeh2 və "xxxx" MMC tərəfindən boşaldaraq İddiaçı təhvil verilsin. Cavabdeh M. Bağırzadəyə qüvvədə olan məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməklə onun icrasının davam etdirilməsini, müvafiq olaraq da həmin qətnamə ilə ona verilməli olan mənzilin verilməsini və ya MPM-in 231-ci maddəsinin tələbləri qaydasında həmin ünvanda və ya MMC-in inşa etdiyi başqa binada eyni ölçüdə olan başqa mənzilin verilməsi və ya mənzilin əvəzində qeyri-yaşayış sahəsinin və ya müqavilədə göstərilən mənzilin hazırkı dəyərinin verilməsini tələb etmək hüququna malik olması izah edilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsümu (100+50=150) 150 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.