Məhkəmə qərarları › İş №2(103)-4832/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4832/2025

03.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4832/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 30 saylı Notariat Ofisi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1, X30, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: çıxarışların və onların verilməsi üçün əsas olan sənədlərin etibarsız hesab edilməsi, cavabdehlərin istifadələrində olan torpaq sahələrindən çıxarılması, aparılmış tikinti işlərinin cavabdehlərin hesabına sökülməsi və ərazidən daşınması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 Vaqif qızının, Cavabdeh X20 nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-596/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azəraycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48- DA/2-Ə00805/2023 saylı məktubun surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fondunda mühafizə edilən 1926-cı ilə dair Bakı şəhəri Stalin (Səbail) rayonu uzrə doğum haqqında bərpa kitabında 25 mart 1922-ci ildə doğulan X7 təvəllüdü qeyd olunur. Atası: Useynov Əli-Heydər Mirzə (sənəddə olduğu kimi) oğlu, anası: Useynova Məsmə xanım (sənəddə olduğu kimi) (ata adı qeyd olunmayıb). Milliyyəti qeyd olunmayıb.

2. Bakı şəhəri 31 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 21 saylı məktubunun surətindən görünür ki, xx.xx.2006-ci il tarixdə vəfat etmiş X8 (xx.xx.1922-ci il təvəllüdlü FİN-3E2KC88) miras qalmış Bakı şəhəri, Nərdəran qəsəbəsi, 646 saylı torpaq sahəsindən yerləşən 0.14 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi X11 ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır.

3. AZ-İ seriyalı 198324 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 23 may 2006-cı ildə ölmüşdür.

4. İ-ЖГ seriyalı 493775 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 22 avqust 1979-cu ildə ölmüşdür.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-33906/2024-**********06 saylı məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlar tam olmadığı üçün Nardaran bağ massivində yerləşən 646 saylı torpaq sahəsinin hansı hissələrdə və hansı fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-15402/2024-**********02 saylı məktubundan görünür ki, faktiki olaraq kənardan göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanıb (sahə mübahisəlidir). Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən ərazinin böyük hissəsi digər bağ sahələrinin ərazisinə düşür.

7. X16 və İstismarı Birliyi ilə X23 arasında bağlanmış 11464 saylı xx.xx.1987-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 646 saylı ümumi sahəsi 0,14 olan bağ sahəsi X18 xx.xx.1987-ci ildən xx.xx.1997-ci ilədək icarəyə verilmişdir.

8. X26 və İstismarı birliyi ilə X14 arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” 29 may 2001-ci il tarixli 29943 saylı müqavilədən görünür ki, sahəsi 0.12 ha olan bağ sahəsi xx.xx.2011-ci ilədək X6 icarəyə verilmişdir. Müqavilənin müddəti hər iki tərəfin razılığına əsasən 20 ildən artıq olmayaraq müəyyən edilir. İcarədar müqavilə öhdəliklərini yerinə yetirdikdə, icarə mqaviləsi yeni müddətə uzadıla bilər.

9. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsi xx.xx.2016-cı il tarixdə xüsusi mülkiyyət kimi tam payda X24 adına qeydiyyata alınmışdır.

10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda X24 adına qeydiyyata alınmışdır.

11. Məhkəməyə X27 məxsus olan ünvan 2nin texniki pasportu təqdim edimişdir.

12. X33 ilə Cavabdeh1 arasında bağlanmış 492678 saylı xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X33 ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 182.2 kv.m olan bağ evini və 0,12 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 hədiyyə etmişdir.

13. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2ni xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh1 adına qeydiyyata alınmışdır.

14. Məhkəməyə Cavabdeh1 məxsus olan ünvan 2nin texniki pasportu təqdim edimişdir.

15. Cavabdeh1 ilə X30 arasında xx.xx.2024- cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 182,2 kv.m və ümumi sahəsi 0,12 ha torpaq sahəsini X1, onun mülkiyyətinə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 40000 manata satmış, alıcı isə həmin qiymətə almışdır.

16. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 644A Yeni qaydalarla: AZ1097, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 182,20 olan bağ sahəsi xx.xx.2024-cü il tarixdə xüsusi mülkiyyət kimi tam payda X20 adına qeydiyyata alınmışdır.

17. Birlik X16 və İstismarı Birliyi ilə istifadəçi X9 arasında bağlanmış 33527 saylı müqavilədən görünür ki, Birlik 0,12 hektar torpaq sahəsini olan Nardəran ərazisindəki 645a nömrəli bağ sahəsini müqavilədə göstərilən tikintilərlə istifadəçiyə müddətsiz verilir.

18. X16 və İstismarı Birliyi ilə istifadəçi X9 arasında bağlanmış “Nardaran ərazisindəki 645a nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında” 33527 saylı xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Sabunçu rayonunun Nardaran ərazində 0,12 hektar torpaq sahəsi olan 645a nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verilir. Bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır. İstifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqavilə yeni müddətə artırılır. (2-ci bəndi)

19. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən sahəsi 0,110166 ha olan torpaq sahəsi xx.xx.2011-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda X2 adına qeydiyyata alınmışdır.

20. X9 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, X9 ona məxsus olan Sabunçu rayonu, Nardaran qəsəbəsi, 645a saylı bağ sahəsi ünvanında yerləşən sahəsi 0,110166 ha olan torpaq sahəsi Cavabdeh2 hədiyyə etmişdir.

21. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən sahəsi 0,1102 ha olan torpaq sahəsi xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh2 adına qeydiyyata alınmışdır.

22. Birlik X16 və İstismarı Birliyi ilə istifadəçi Cavabdeh3 arasında bağlanmış 6858 saylı müqavilədən görünür ki, Birlik 0,12 hektar torpaq sahəsini olan Nardəran ərazisindəki 645 nömrəli bağ sahəsini müqavilədə göstərilən tikintilərlə istifadəçiyə müddətsiz verilir.

23. X16 və İstismarı Birliyi ilə istifadəçi Cavabdeh3 arasında bağlanmış “Nardaran ərazisindəki 645 nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında” 6858 saylı xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Sabunçu rayonunun Nardaran ərazində 0,12 hektar torpaq sahəsi olan 645 nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verilir. Bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır. İstifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqavilə yeni müddətə artırılır (2-ci bəndi)

24. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən sahəsi 0,113 ha olan torpaq sahəsi xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh3 adına qeydiyyata alınmışdır.

25. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-12016/2025 saylı məktubundan görünür ki, İdarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi, 644A saylı 0.12 hektar bağ sahəsi keçmiş X16 və İstismarı Birliyi ilə bağlanılmış 29 may 2001-ci il tarixli 29943 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilə əsasında 05 oktyabr 2016-cı il tarixdə X10 adına ilkin qeydiyyata alınmışdır, 19 yanvar 2017-ci il tarixdə həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 182.2 kv. m olan bağ evi və torpaq sahəsi vahid əmlak kimi onun adına qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 30 saylı notariat kontorunun xüsusi notariusu X48 tərəfəindən təsdiq edilmiş 29 mart 2018-ci il tarixdə 4Ə-22 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında Sabunçu rayonu, Nardaran qəsəbəsi, 644A saylı bağ evi 10 aprel 2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. 4 saylı “ASAN xidmət” mərkəzində notariat ofisində 22 noyabr 2024-cü il tarixdə 4Ə-3205 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında 644a saylı bağ evi X28 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. ünvan 5 ünvanında yerləşən 0.113 hektar torpaq sahəsi keçmiş X16 və İstismarı Birliyi ilə bağlanılmış 6858 nömrəli müqavilə və ləğv edilmiş DTXK tərəfindən verilmiş 07 iyul 2009- cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 02 avqust 2019-cu il tarixdə Cavabdeh3 adına ilkin qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. ünvan 4 ünvanında yerləşən 0.110166 hektar torpaq sahəsi keçmiş X16 və İstismarı Birliyi ilə bağlanılmış 33527nömrəli müqavilə və ləğv edilmiş DTXK tərəfindən verilmiş 07 iyul 2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 05 oktyabr 2011-cu il tarixdə X2 adına ilkin qeydiyyata alınmışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat kontorunda 15 avqust 2019-cu il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında 645a saylı bağ sahəsi 30 avqust 2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Arxiv məlumatlarına əsasən Sabunçu rayonu, Nardaran qəsəbəsi, 646 saylı 0.14 hektar bağ sahəsi keçmiş X16 və İstismarı Birliyi ilə bağlanılmış 22 aprel 1987-ci il tarixli bağın icarəyə verilməsi haqqında 11464 nömrəli müqavilə əsasında X35 (X34) qızına icarəyə verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

26. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 30 saylı Notariat Ofisi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların və onların verilməsi üçün əsas olan sənədlərin etibarsız hesab edilməsi, cavabdehlərin istifadələrində olan torpaq sahələrindən çıxarılması, aparılmış tikinti işlərinin cavabdehlərin hesabına sökülməsi və ərazidən daşınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, X26 və İstisman birliyi tərəfindən X6 29 may 2001-ci il tarixli 29943 nömrəli müqavilə ilə 644 A saylı, sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqaviləsinin, X10 adına verilmiş ƏMDX DƏDRX tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxanşm və xx.xx.2016-cı il tarixli torpaq sahəsinin plan ölçü sənədinin, X10 adına verilmiş xx.xx.2017-ci il tarixli texniki pasportun və ƏMDX DƏDRX tərəfindən xx.xx.2017-cı il tarixli çıxarışın, X21 ilə Cavabdeh1 arasında olan xx.xx.2018-ci il tarixli Bakı şəhəri 30 saylı notariat ofisində 4Ə- 22 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin, Cavabdeh1 adına dövlət reyestrindən Seriya RX ******* nömrəli verilmiş çıxarışın və xx.xx.2018-ci il tarixli texniki pasportun, X26 və İstismarı birliyi tərəfindən xx.xx.2004-cü il tarixli 33527 nömrəli müqavilə ilə X3 ayrılmış 645 a saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin və X26 və İstismarı birliyinin 08 noyabr 2004-cü il tarixli 33527 nömrəli müqavilənin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il 16482 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin, xx.xx.2011-ci il tarixli dövlət reyestrindən verilmiş Seriya MA ******* nömrəli sahəsi X2 adına çıxarışın və xx.xx.2011-ci il tarixli torpaq sahənin plan ölçüsü sənədinin, X9 ilə Cavabdeh2 arasında olan 1 saylı Asan Xidmət Mərkəzində notariat kontorunda xx.xx.2019-cu il tarixli, əqd nömrəsi 1077 olan daşınmaz əmlakın bağışlanma müqaviləsinin, Cavabdeh2 adına dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın və xx.xx.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin, X26 və İstismarı birliyi tərəfindən 08 noyabr 2004-cü il tarixli 6858 nömrəli müqavilə ilə Cavabdeh3 verilmiş 645 saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin və X26 və İstismarı birliyinin xx.xx.2004-cü il tarixli 6858 nömrəli müqavilənin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il 16483 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən Cavabdeh3 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, mərhum X12 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, 646 saylı, 0.14 ha torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində (istifadəsində) olan torpaq sahələri ilə üst-üstə düşən hissələrdən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması və aparılmış tikinti işlərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hesabına sökülməsi və ərazidən daşınması barədə qətnamə qəbul ediməsini xahiş etmişdir.

27. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə (sonuncu) məhkəməyə müraciət edərək, X26 və İstismarı birliyi tərəfindən X6 29 may 2001 ci il tarixli 29943 nömrəli müqavilə ilə 644 A saylı, sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqaviləsinin, X10 adına verilmiş ƏMDX DƏDRX tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın və xx.xx.2016-cı il tarixli torpaq sahəsinin plan ölçü sənədinin, X10 adına verilmiş xx.xx.2017-ci il tarixli texniki pasportun və ƏMDX DƏDRX tərəfindən xx.xx.2017-cı il tarixli çıxarışın, X21 İlə Cavabdeh1 arasında olan xx.xx.2018-ci il tarixli Bakı şəhəri 30 saylı notariat ofisində 4Ə-22 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin, Cavabdeh1 ilə X30 arasında 4 saylı Bakı ASAN XİDMƏT mərkəzində fəaliyyət göstərən notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli AN-İ ******* nömrəli alqı satqı müqaviləsinin və X20 adına olan reyestr tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** saylı reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, X26 və İstismarı birliyi tərəfindən xx.xx.2004 cü il tarixli 33527 nömrəli müqavilə ilə X3 ayrılmış 645 a saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin və X26 və İstismarı birliyinin 08 noyabr 2004-cü il tarixli 33527 nömrəli müqavilənin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il 16482 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin, xx.xx.2011-ci il tarixli dövlət reyestrindən verilmiş Seriya MA ******* nömrəli sahəsi X2 adına çıxarışın və xx.xx.2011-ci il tarixli torpaq sahənin plan Ölçüsü sənədinin, X9 ilə Cavabdeh2 arasında olan 1 saylı Asan Xidmət Mərkəzində notariat kontorunda xx.xx.2019-cu il tarixli, əqd nömrəsi 1077 olan daşınmaz əmlakın bağışlanma müqaviləsinin, Cavabdeh2 adına dövlət reyestrindən verilmiş xx.xx.2019- cu il tarixli çıxarışın və xx.xx.2019-cu il tarixli torpaq sahəsinin planı və Ölçüsü sənədinin, X26 və İstismarı birliyi tərəfindən 08 noyabr 2004-cü il tarixli 6858 nömrəli müqavilə ilə Cavabdeh3 verilmiş 645 saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin və X26 və İstismarı birliyinin 29.10. 2004-cü il tarixli 6858 nömrəli müqavilənin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il 16483 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən Cavabdeh3 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, X20, Cavabdeh2 və Cavabdeh3, mərhum X12 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, 646 saylı, 0.14 ha torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində (istifadəsində) olan torpaq sahələri ilə üst-üstə düşən hissələrdən X20, Cavabdeh2 və Cavabdeh3 çıxarılması və aparılmış tikinti işlərinin cavabdehlər X20, Cavabdeh2 və Cavabdeh3 hesabına sökülməsi və ərazidən daşınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. 16.01.2025-ci il tarixli məhkəmə iclasında X30 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında isə cavabdeh kimi işə cəlb edilmişdir.

29. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, 646 saylı, 0.14 ha torpaq sahəsi xx.xx.2006-ci il tarixdə vəfat etmiş anası X5 miraş qalıb. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizəsi ilə müraciəti əsasında Bakı şəhəri 31 saylı notariat ofisində vərəsəlik işi açılıb və vərəsə kimi tanınıb. Cavabdeh ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd olunan torpaq sahəsinin başqa şəxslərin istifadə olması, bir hissəsinin isə digər fiziki şəxslərin adına rəsmiləşdirilməsi əsas gətirilərək hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilib. Bundan sonra iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edib. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmayıb. Belə ki, məhkəmə qərardadında qeyd edib ki, yuxanda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə Cavabdeh1 adına tərtib olunmuş **********59-11301, Cavabdeh2 adına tərtib olunmuş **********89, Cavabdeh3 adına tərtib olunmuş **********26 reyestr nömrəli çıxanşlan onların verilməsinə əsas olmuş hüquqmüəyyəncdici sənədlərlə birlikdə mübahisələndirməli, daha sonra isə 0,14 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. X26 və İstismarı birliyi tərəfindən 29 may 2001-ci il tarixli 29943 nömrəli müqavilə ilə 644 a saylı sahəsi 0.12 ha olan bağ sahəsi Mürşüdova (Əzimova) X42 Nardaran ərazisində ayrılıb. Torpaq sahəsinə dair xx.xx.2016cı il tarixində çıxarış verilib, sonradan Bağ sahəsində ev inşa edildiyinə görə evlə birgə xx.xx.2017-ci ildə çıxarış verilib, sonradan 30 saylı Notariat ofisində 0.12 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli 4Ə-22 saylı reyestr nömrəsi ilə Cavabdeh1 bağışlanıb, hazırda onun adınadır. X26 və İstisman birliyi tərəfindən xx.xx.2004-cü il tarixli 33527 nömrəli müqavilə ilə 645 a saylı sahəsi 0.12 ha olan bağ sahəsi X3 ayrılıb (bu işdə ikinci müqavilədə var, X26 və İstismarı birliyinin 08 noyabr 2004-cü il tarixli 33527 nömrəli müqavilə), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il 16482 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədi verilib. xx.xx.2011-ci il tarixli dövlət reyestrindən sahəsi 0.1101 ha torpaq sahəsinə X2 adına çıxarış alınıb. 1 saylı Asan Xidmət Mərkəzində notariat kontorunda xx.xx.2019-cu il tarixində əqd nömrəsi 1077 olan Bağışlanma müqaviləsi tərtib edilək 0.1102 ha ölçüdə olan torpaq sahəsi Cavabdeh2 bağışlanıb, onun adına xx.xx.2019-cu il tarixində dövlət reyestrindən çıxarış verilib, hazırda adındadır. X26 və İstismarı birliyi tərəfindən 08 noyabr 2004 cü il tarixli 6858 nömrəli müqavilə ilə 645 saylı sahəsi 0.12 ha olan bağ sahəsi Cavabdeh3 ayrılıb (bu işdə ikinci müqavilədə var, X26 və İstismarı birliyinin xx.xx.2004-cü il tarixli 6858 nömrəli müqavilə), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il 16483 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədi verilib. xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarış 0.113 ha torpaq sahəsinə verilib. Hazırda da Cavabdeh3 adınadır. Bakı İnzibati Məhkəməsinin icraatında olan vaxt məlum olub ki, onun mərhum anası X12 ayrılmış sahəsi 0.14 ha olan torpaq sahəsinin hər üç bağ sahəsinin ərazisində yerləşən buna dair cavabdeh olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ortofoto təqdim edilib və orada da açıq aydın hansı hissələrdə üstüstə düşmə halı qeyd edilib. Həmin sənədləri hazırda məhkəməyə təqdim edir. Cavabdehlərə məxsus olan sənədlər və ona əsas olmuş sənədlər X12 məxsus olan torpaq sahələri ilə üst-üstə düşən hissələrdə etibarsız hesab edilməlidir.

30. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ona və qeyrilərinə qarşı irəli sürdüyü iddia əsassızdır və rədd olunmalıdır. Nəzərə çatdırır ki, X26 və İstismarı Birliyinin 29 may 2001-ci il tarixli müqaviləsinə əsasən 644 a saylı sahəsi 0,12 ha olan bağ sahəsi anası X15 ayrılıb. 2001ci ildə valideyinləri həmin torpaq sahəsində ev tikdirib yaşayıblar. 2016-cı ildə anası X21 həmin torpaq sahəsini mülkiyyətində keçirib və çıxarış əldə edib. 2017-ci ildə isə həmin torpaq sahəsində tikdirdiyi evi mülkiyyətinə keçirib və çıxarış əldə edib. 29 mart 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında 492678 saylı müqaviləyə əsasən həmin torpaq sahəsini anası X21 ona bağışlayıb. İddiaçı onlara qarşı iddia qaldıraraq guya Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, 646 saylı, 0,14 ha torpaq sahəsi vəfat etmiş anası X5 miras qalıb. Onlar 2001-ci ildən həmin bağ sahəsində yaşayırlar, X13 və iddiçıya heç bir dəfə də görməyiblər. Həmin bağ sahəsində onlarla birlikdə qonşular da yaşayır və qonşular bir-birini tanıyır, lakin bu şəxsləri tanımırlar. İddiaçı torpaq sahəsinin harada yerləşdiyini bilmir, lakin onlara qarşı iddia irəli sürərək mülkiyyət hüquqlarını əllərindən almaq istəyir. Qeyd edilənlərə əsasən iddiasını rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-596/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 30 saylı Notariat Ofisi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1, X30, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların və onların verilməsi üçün əsas olan sənədlərin etibarsız hesab edilməsi, cavabdehlərin istifadələrində olan torpaq sahələrindən çıxarılması, aparılmış tikinti işlərinin cavabdehlərin hesabına sökülməsi və ərazidən daşınması” tələbinə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinə aid olan dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13.1, 29-cu maddələrinə, 125-ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarına, nsan Hüquqlarının və X19 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına, Torpaq Məcəlləsinin 3.1, 48.2, 48.4, 50.1, 55, 65ci maddələrinə, Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında qanununun 9-cu maddəsinə, 17-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 fevral 2015-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarına, nsan Hüquqları üzrə Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarına, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 217.3, 217.4, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

33. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iddiasını aşağıdakı sadalananlarla sübut etmişdir. Ancaq birinci instansiya məhkəməsi bu kimi sübutları görməzdən gəlmişdir. İddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati məhkəməsinin 2-1(112)-2139/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır, bildirilmişdir ki, sizin torpaq sahənizə çıxarış verilmiş və buna görədə mülki qaydada bu məsələ həll edilməlidir. Bakı Apelyasiya məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 846/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati məhkəməsinin xx.xx.2024- cü il tarixli qərardadı qüvvədə qalmışdır. Torpaq sahəsi ilkin olaraq mərhum, Böyük Vətən müharibəsi iştirakçısı olmuş atası Useynov Ağa-bala Əli-Huseyn oğluns 1965 -ci ildə müqavilə ilə torpaq sahəsi ayrılmışdır. Atası vəfat edəndən sonra X12 1987-ci il tarixində verilmişdir. (bu barədə cavabdeh təşkilatd müqavilələr vardır, birinci instansiya məhkəməsinə təqdim edilmişdir) 1941 — 1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (02 may 1995 ci il tarixli 323 nömrəli) Bu fərmanın anlayışı ondan ibarətdir ki, vəfat etmiş Böyük vətən müharibəsi iştiraçısının dul arvadları sosial müdafiəsi yaxşılaşdırılmalı və onlara imtiyazlar şamil edilməlidir. Bundan başqada fərmanvə sərəncamlar kifayət qədər vardır. Belə nəticəyə gəlir ki, Atası müharibə iştirakçısı veteranı olduğundan onun həyat yoldaşı dul arvadı bütün imtiyazlara malik şəxs olmuş və ona da torpaq sahəsi əvəzsiz və müddətsiz verilmişdir. Müddət axını davam edir, bağ müqaviləsinin müddəti bitməmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 2007- ci il tarixli sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və həmin torpaq sahələri vətəndaşlara əvəzsiz müddətsiz verilir. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altındaolan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 8. Maddə 10. Vətəndaşlarınqanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. (qanundan çıxarış əlavə edilib) 9. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu ilə müvafiq məsələlər tənzimlənir (qanundan çıxarış əlavə edilir) Maddə 11. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir. 1969 -cu il tarixli akt da vardır, belə ki həmin akt sübut edirki, bağ sahəsinin hasarı olmuş və orada ağaclar vardır. Bu qədər sübutlar birinci instansiya məhkəməsi üçün kifayət etməmişdir. Bu qədər qanunuvericilik bazası təqdim edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi ancaq Useynova Əminə ilə bağlanmış müqavilənin müddətinin bitməsini əsas gətirərək iddianı təmin etməmişdir. SSRİ X29 9 iyun 1989-cu Qərar ...mərhumun dul arvadlarını, valideynlərini və əlilləri müavinət baxımından Böyük Vətən müharibəsi veteranlarına bərabərləşdirmək. Bu, dul qadınların vəfat etmiş X41 veteranlarının müavinət və müavinətlər baxımından qanuni varisləri kimi tanınması deməkdir. 12.2001-сı il yanvarın 1-dən etibarən, “Torpaq islahatı haqqinda” Qanunun 19.25-cı maddəsinə müvafiq olaraq alqı-satqı yolu ilə bağ torpağları sahələrinin ayrilması üzrə səlahiyyət bələdiyyələrə təqdim olunub. Vicdanlı şəxslər hissəsində qeyd edir ki,cavabdehlər, Cavabdeh2 və Cavabdeh3 münasibətdə bu şəxslər vicdanlı alıcı olmamışdırlar, bir başa olaraq əvvəlki dövrdə Bağlar idarəsi müqaviləni həmin şəxslərlə bağlamışdır, buna görədə MM 149.2 cimaddəsi düzgün tətbiq edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Vaqif qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X20 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

39. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə qeyd edilən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

40. 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

41. 29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

42. 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

43. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

44. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

45. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

46. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

47. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

48. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

49. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

50. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

51. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

52. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

53. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

54. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

58. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

61. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehlərə məxsus çıxarışların və s. sənədlərin etibarsız sayılması hissəsində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı qənaətinə gəlmiş olsa da, iddia tələbini bütövlükdə rədd etmişdir. Bu isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir.

63. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

64. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

65. İddia tələbindən göründüyü kimi, iddiaçı tələbində inzibati orqan tərəfindən qeydiyyatın düzgün aparılıb-aparılmadığını deyil, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas olmuş hüquq müəyyənedici sənədləri mübahisələndirdiyindən hazırkı iddia tələbi bütövlükdə ümumi məhkəmə icraatı qaydasında baxılmalıdır.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”.

67. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

68. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-596/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməli, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları İddiaçı aid edilməli, Vəkil2 tərəfindən İddiaçı göstərilmiş hüquqi yardıma görə 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “Fides” Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilməlidir.

69. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi, 644A saylı 0.12 hektar bağ sahəsi keçmiş X16 və İstismarı Birliyi ilə bağlanılmış 29 may 2001-ci il tarixli 29943 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilə əsasında 05 oktyabr 2016-cı il tarixdə X10 adına ilkin qeydiyyata alınmışdır, 19 yanvar 2017-ci il tarixdə həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 182.2 kv.m olan bağ evi və torpaq sahəsi vahid əmlak kimi onun adına qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 30 saylı notariat kontorunun xüsusi notariusu X48 tərəfəindən təsdiq edilmiş 29 mart 2018-ci il tarixdə 4Ə-22 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında Sabunçu rayonu, Nardaran qəsəbəsi, 644A saylı bağ evi 10 aprel 2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. 4 saylı “ASAN xidmət” mərkəzində notariat ofisində 22 noyabr 2024-cü il tarixdə 4Ə-3205 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında 644a saylı bağ evi X28 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. ünvan 5 ünvanında yerləşən 0.113 hektar torpaq sahəsi keçmiş X16 və İstismarı Birliyi ilə bağlanılmış 6858 nömrəli müqavilə və ləğv edilmiş DTXK tərəfindən verilmiş 07 iyul 2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 02 avqust 2019-cu il tarixdə Cavabdeh3 adına ilkin qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. ünvan 4 ünvanında yerləşən 0.110166 hektar torpaq sahəsi keçmiş X16 və İstismarı Birliyi ilə bağlanılmış 33527nömrəli müqavilə və ləğv edilmiş DTXK tərəfindən verilmiş 07 iyul 2009- cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 05 oktyabr 2011-cu il tarixdə X2 adına ilkin qeydiyyata alınmışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat kontorunda 15 avqust 2019-cu il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında 645a saylı bağ sahəsi 30 avqust 2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.

70. Göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi, 644A saylı 0.12 hektar bağ sahəsi, ünvan 5 və ünvan 4 hazırda uyğun olaraq, X28, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətlərindədir.

71. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrindən görünür ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

72. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

73. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsibağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

74. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.

75. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi “X26 və İstismarı birliyi tərəfindən X6 29 may 2001 ci il tarixli 29943 nömrəli müqavilə ilə 644 A saylı, sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin, X21 illə Cavabdeh1 arasında olan xx.xx.2018-ci il tarixli Bakı şəhəri 30 saylı notariat ofisində 4Ə-22 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin, Cavabdeh1 ilə X30 arasında 4 saylı Bakı ASAN XİDMƏT mərkəzində fəaliyyət göstərən notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli AN-İ ******* nömrəli alqı satqı müqaviləsinin və X26 və İstismarı birliyi tərəfindən xx.xx.2004 cü il tarixli 33527 nömrəli müqavilə ilə X3 ayrılmış 645 a saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin və X26 və İstismarı birliyinin 08 noyabr 2004-cü il tarixli 33527 nömrəli müqavilənin, xx.xx.2011-ci il tarixli torpaq sahənin plan Ölçüsü sənədinin, X9 ilə Cavabdeh2 arasında olan 1 saylı Asan Xidmət Mərkəzində notariat kontorunda xx.xx.2019-cu il tarixli, əqd nömrəsi 1077 olan daşınmaz əmlakın bağışlanma müqaviləsinin, X26 və İstismarı birliyi tərəfindən 08 noyabr 2004-cü il tarixli 6858 nömrəli müqavilə ilə Cavabdeh3 verilmiş 645 saylı sahəsi 0.12 ha olan bağ sahəsinə dair müqavilənin” etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır.

76. Azərbaycan Respublikası Mülki Məcəlləsin 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir;

77. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir;

78. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır;

79. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

80. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

81. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı: “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, MM-in 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. … Yuxarıdakıları göstərməklə Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.”

82. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı: “Qeyd olunmalıdır ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı. ... Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.”

83. Belə ki, iddiaçı qeyd edilən müqavilələrin etibarsızlığını mübahisələndirsə də, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Konstitusiya məhkəməsinin yuxarıdakı qərarlarda qeyd edilən mövqeyinə əsasən, belə qənaətə gəlir ki, əmlakı vicdanlı əldə edən, hazırki mülkiyyətçilər X28, Cavabdeh3 və Cavabdeh2 hüquqları pozulmamalıdır.

84. Beləliklə, cavabdehlər, hazırki mülkiyyətçilər X38, Cavabdeh3 və Cavabdeh2 mübahisəli bağ sahələrinin vicdanlı alıcısı olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassız olduğundan təmin edilməməlidir.

85. Məhkəmə kollegiyası iddia tələbinin “X20, Cavabdeh2 və Cavabdeh3, mərhum X12 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, 646 saylı, 0.14 ha torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində (istifadəsində) olan torpaq sahələri ilə üst-üstə düşən hissələrdən X20, Cavabdeh2 və Cavabdeh3 çıxarılması və aparılmış tikinti işlərinin cavabdehlər X20, Cavabdeh2 və Cavabdeh3 hesabına sökülməsi və ərazidən daşınması” hissəsinə münasibətdə qeyd edir ki, hazırda cavabdehlərə məxsus bağ sahələri ilə iddiaçıya anasından qalmış bağ sahəsini üst-üstə düşüb-düşməməsinə dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir.Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 646 saylı 0.14 hektar bağ sahəsi keçmiş X16 və İstismarı Birliyi ilə bağlanılmış 22 aprel 1987-ci il tarixli bağın icarəyə verilməsi haqqında 11464 nömrəli müqavilə əsasında iddiaçının anası X12 icarəyə verilmişdir. Bağ sahəsi Əminə Useynovaya xx.xx.1987-ci ildən xx.xx.1997-ci ildək icarəyə verilmişdir. Həmin müddət bitdikdən sonra icarə müqaviləsinin müddəti uzadılmamış, torpaq sahəsi həmin müddətdən sonra iddiaçının və ya onun anasının istifadəsində və sahibliyində olmamış, buna dair məhkəməyə sübutlar təqdim edilməmişdir.

86. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

87. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.

88. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

89. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

90. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

91. İş materiallarına əlavə edilmiş Dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin Hesabatından görünür ki, Fides Vəkil Bürosunun vəkili Vəkil2 İddiaçı apellyasiya icraatında göstərdiyi hüquqi yardıma görə sərf etdiyi toplam vaxt 20 saat olmaqla vəkilə ödənilməli olan haqqın miqdarı 220 manat təşkil edir.

92. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Vəkil2 tərəfindən İddiaçı göstərilmiş hüquqi yardıma görə 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “Fides” Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilməlidir.

93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-596/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 30 saylı Notariat Ofisi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1, X30, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların və onların verilməsi üçün əsas olan sənədlərin etibarsız hesab edilməsi, cavabdehlərin istifadələrində olan torpaq sahələrindən çıxarılması, aparılmış tikinti işlərinin cavabdehlərin hesabına sökülməsi və ərazidən daşınması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları İddiaçı aid edilsin. Vəkil2 tərəfindən İddiaçı göstərilmiş hüquqi yardıma görə 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “Fides” Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar