Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4837/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin dəyərinin ödənilməsi, bu mümkün olmadıqda açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-169/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin dəyərinin ödənilməsi, bu mümkün olmadıqda açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 38 saylı evin 55 saylı mənzil üzrə hər ikisinə (İddiaçı2 və İddiaçı1) məxsus olan payın dəyərinin məhkəmə tərəfindən müəyyən olunaraq Cavabdeh tərəfindən onlara ödənilməsi, yaxud əksinə Cavabdeh məxsus payın dəyərinin onlar tərəfindən cavabdehə ödənilməsi, bu mümkün olmadığı təqdirdə isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 169/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
4. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə ərizə təqdim edərək verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya icraatına xitam verilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
5. Ərizədə qey olunmuşdur ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdəki evin dəyərinin iddiaçıların payına düşən hissəsi (1/3 hissəsi İddiaçı2 və 1/3 hissəsi İddiaçı1 qızma) Cavabdeh tərəfindən ödənilməklə iddiaçıların mülkiyyət hüquqlarına xitam verilmişdir. Yəni iddia tələbi tərəflərin razılığı ilə təmin edilmişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 369.2 Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.4 Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Göründüyü kimi, hazırda cavabdehin apellyasiya şikayəti üzrə mülki işə apellyasiya qaydasında baxılmasının davam etdirilməsi üçün prosessual əsaslar yoxdur.
8. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina olunması barədə ərizə təmin edilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin dəyərinin ödənilməsi, bu mümkün olmadıqda açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin bölünməsi” tələbinə dair mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin dəyərinin ödənilməsi, bu mümkün olmadıqda açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-169/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin dəyərinin ödənilməsi, bu mümkün olmadıqda açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin bölünməsi” tələbinə dair mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: