Məhkəmə qərarları › İş №2(103)-4838/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4838/2022

21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4838/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh Lənkəran rayon Qaz İstismar İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1044/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1044/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə xx.xx.2022-ci il tarixdə tərəflərə (xəbərnaməli poçtla) göndərilmiş, iddiaçı xx.xx.2022-ci il tarixində apellyasiya şikayəti vermiş, qətnamənin cavabdeh tərəfə çatması barədə müvafiq sənəd (xəbərnamə) əldə edilmədən və tərəfin qətnamədən şikayət vermək hüququ gözlənilmədən qeyd olunan mülki iş xx.xx.2022-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir(iş səh.154,155, 163). Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən prosessual müddətlər həddində tərəflərin şikayət vermək (hüququ) müddəti gözlənilmədən qanunvericiliyin tələbinə riayət edilmədiyini aşkar etmişdir. Diqqətə çatdırılmalıdır ki, işdə iştirak edən şəxslərin şikayət vermək hüquqlarını məhdudlaşdıran prosessual hərəkət (hərəkətsizliklər) işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların mövcudluğunu istisna edən və (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Ona görə bu şikayət vermək hüququ üzrə gözləntiləri birinci instansiya məhkəməsi təmin etməlidir. Belə ki, ilk olaraq prosessual müddətlərə dair məsələyə son qoyulmaması və bütün prosess iştirakçılarının şikayət vermə hüququn təmin edilməməsi apellyasiya baxışının hədlərini müəyyən edən xüsusat olaraq qanunveriliklə nəzərdə tutulmuş qaydada işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olmasını istisna edir və hazırki verilən şikayətə digər şəxslərin şikayət vermə hüququnun təmin edilməsi üzrə prosessual hərəkətlərin (gözləntilərin) edilməsindən sonra baxıması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bu Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəlllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına xx.xx.2022-ci il tarixində daxil olmuş məktubda qeyd edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1044/2022 saylı işi üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh Lənkəran rayon Qaz İstismar İdarəsinin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün 2(011)- 1044/2022 saylı mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmasının təmin olunması xahiş olunur. Şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 2 4 (İİİ) X6 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357,360-366, 397.2, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1044/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qəbul olunmamış hesab edilsin və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar