Məhkəmə qərarları › İş №2(103)-4838/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4838/2025

08.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4838/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2(008)-959/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: “VAZ 2121” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh 1 il müddətinə avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqlarını vermişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək sözügedən avtomobili xx.xx.2023-cü il tarixdən 1 illik etibarnamə verməklə cavabdehə satmaq məqsədi ilə vermiş olduğunu, lakin cavabdeh həmin avtomobilin dəyərini ödəmədiyindən, avtomobili geri qaytarmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan “VAZ 2121” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin və iddia ərizəsi verilməsi üçün dövlət rüsumu qismində ödədiyi 100 (yüz) manat pulun Cavabdeh alınaraq ona geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "VAZ 2121” minik markalı, **-OS- *** dövlət qeydiyyat nişanlı avtomobil onun xüsusi mülkiyyətində olmaqla bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən xx.xx.2019cu il tarixli, AD seriyalı, 537592 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Cavabdeh tanışı və həmkəndlisi olmaqla, onunla aralarında dostluq münasibətləri olmuşdur. 2023-cü ilin avqust ayında Cavabdeh xüsusi mülkiyyətində olan "VAZ 2121” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyini, lakin həmin vaxt nağd pulu olmadığını, bir il müddətində avtomobilin pulunu ödəyəcəyini bildirmiş, o da ona inanaraq həmin avtomobili ona təhvil vermiş və bu barədə İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il il tarixli, ƏN-İX seriyalı, 016210 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir. Həmin etibarnamə 1 il müddətinə verilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Lakin Cavabdeh razılaşdığı xx.xx.2024-cii il tarixədək avtomobilin pulunu ödəməmiş və həmin tarixdə etibarnamənin müddəti bitmişdir. Bundan sonra o, Cavabdeh ona məxsus "VAZ 2121” minik markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili geri qaytarmasını tələb etsə də, o, avtomobili qaytarmaqdan imtina etmiş və onunla əlaqəni kəsmişdir. O, hazırda onun harada olduğunu bilmir. Cavabdeh həmin avtomobilə dair verdiyi etibarnamənin müddəti də qurtarmış, buna baxmayaraq cavabdeh avtomobili etibarnamə olmadan yəni heç bir səlahiyyəti olmadan özündə saxlamaqda və olan bilsin ki, idarə etməkdə davam etmiş və hazırda da davam edir. Lakin hazırki vaxtadək Cavabdeh ona məxsus həmin avtomobili qanunsuz olaraq özündə saxlamaqla onun öz mülkiyyətində olan avtomobildən məhrum olunmağına səbəb olmuşdur. Hazırki vaxtadək Cavabdeh ona məxsus "VAZ 2121'" minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili qaytarmaqdan yayınmış və bununla da onun qanunvericiliklə qorunan mülkiyyət hüquqlarını pozmuşdur. İddia tələbi təmin edilməli, onun xüsusi mülkiyyətində olan “VAZ 2121” minik markalı, 90- OS-665 dövlət qeydiyyat nişanlı avtomobil və iddia ərizəsi verilməsi üçün dövlət rüsumu qismində ödədiyi 100 (yüz) manat pul Cavabdeh alınaraq ona geri qaytarılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2(008)- 959/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı mülkiyyətində olan “VAZ 2121” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 4800 (dört min səkkiz yüz) manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi və iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh sözügedən avtomobilin əslində onun qanuni sahibliyində olduğunu, onun atasının iddiaçıdan faizə pul aldığını, həmin pulu qaytaranadək avtomobili iddiaçının adına keçirmiş olduğunu, aldığı borcu qaytardığdan sonra iddiaçı avtomobili öz adından çıxartmadığı, avtomobil yarasız vəziyyətdə olduğunu, bu səbəbdən avtomobili metalaloma satmış olduğunu bildirsə də, cavabdeh istinad etmiş olduğu halları təsdiq edəcək möhtəbər və təkzib olunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf yeganə sübut kimi avtomobilin əvvəlki mülkiyyətçisi olan X6 avtomobili idarə etmək hüququ və digər hərəkətləri edilməsinə icazə verilməsinə dair cavabdehə vermiş olduğu etibarnaməni əsas göstərsə də, məhkəmə cavabdeh tərəfin diqqətinə çatdıraraq qeyd etmişdir ki, sözügedən etibarnamənin təklikdə mövcud olması avtomobilin həqiqi mülkiyyətçisinin cavabdehin atası olduğunu sübuta yetirmir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı öz mülkiyyətində olan avtomobili cavabdehdən geri tələb etməkdə haqlı olmuşdur. Lakin işin hallarından, habelə cavabdeh tərəfin vermiş olduğu izahatdanda məlum olur ki, hazırda qeyd edilən avtomobil mövcud olmadığından avtomobilin dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmaldır. İddiaçı məhkəməyə ekspertiza rəyini təqdim edirərək “2121 Niva minik” markalı 1990-cı il buraxılışlı nəqliyyat vasitəsinin hazırki dəyərinin 4.800 manat olduğunu bildirmiş, cavabdeh isə həmin məbləğ ilə razı olmadığını bildirsə də, avtomobilin dəyərinin daha az olmasını təsdiq edəcək hər-hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, “VAZ 2121” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 4.800 (dörd min səkkiz yüz) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən avtomobil atası X3 məxsus olmuş, iddiaçı bacanağı olduğuna görə atasına pul lazım olduğundan iddiaçıdan faizə sələminə borc pul götürmüş, pulun qarşılığı kimi isə X4 etibarnamə əsasında almış olduğu avtomobili iddiaçının adına formal olaraq alqı-satqı müqaviləsi bağlamışdır. Şərt belə olmuşdur ki, borc ödənəndə avtomobil atasına qaytarılar. Atası iddiaçıya olan borcunu faiz ilə birlikdə iddiaçıya ödəsə də, iddiaçı sözügedən avtomobilin sənədlərini ona qaytarmamış, iddiaçıya verdiyi “Kapital Bank”a məxsus 5103 0716 6785 9694 nömrəli kartdan pul çıxarmışdır. Avtomobili etibarnamə ilə qaytarmışdır. Avtomobil tam yararsız halda olduğundan atası avtomobili hissə-hissə 1.000 manata metalaloma vermişdir. Bundan başqa atası həmin avtomobili Fuad Kəlbalıyevdən 2.500 manata almışdı və qiymətləndirmə ilə razı deyil. 1990-cı buraxılışlı sovet istehsalı olan avtomobilə yüksək qiymət qoyulub. Faktiki olaraq avtomobil öz istismar müddətini başa vurmuşdur. Ekspert rəyi kimi qəbul edilmiş "xxxx" MMC-nin 01 aprel 2025-ci il tarixli rəyi düzgün deyildir. Ekspertiza təyin edilməsini xahiş etsə də, məhkəmə vəsatəti təmin etməmiş, iddiaçının əldə etdiyi sənədi sübut kimi götürmüşdür. Qətnamə düzgün tərtib edilməmişdir. Qətnamənin təsviri hissəsində tələbin təmin edilməməsi, başqa yerində qismən təmin edilməsi göstərilsə də, nəticə hissəsində iddianın təmin edilməsi yazılmışdır. Digər tərəfdən, ondan iddiaçının ödədiyi 100 manat dövlət rüsumunun alınıb ona verilməsi əsassız göstərilib. Belə ki, iddia tələbi 4.800 manat olduğuna görə dövlət rüsumu 70 manat edir və məhkəmə artıq köçürülən dövlət rüsumunu ondan almaqda qanunsuz hərəkət edir. Ona görə iddiaçının ona qarşı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçı avtomobilin 4.800 manat məbləğində dəyərini tələb etməkdə haqlı deyildir. Məhkəmə Mülki Məcəllənin tələblərini pozaraq tərəflər arasındakı faktiki razılaşmanı nəzərə almamışdır. Göründüyü kimi avtomobil formal olaraq iddiaçının adına olsa da, əmlak faktiki atasının olmuş və o, iddiaçıya pul borcunu ödədikdən sonra iddiaçı şərtə görə avtomobili atasına, onun tələbi ilə etibarnamə əsasında ona verilmişdir. İddiaçıya faktiki borcu olmamışdır. Məhkəmə cavabdeh tərəfin göstərdiyi işin həqiqi hallarını nəzərə almamışdır. Göründüyü kimi məhkəmənin gəldiyi nəticədə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar mübahisənin mahiyyəti, avtomobilin faktiki atasına məxsus olması və iddiaçıya borc ödəndikdən sonra qaytarılıb ona verilməsi aydınlaşdırılmamışdır. Cavabdehə verdiyi və pul çıxardığı kartın surətini birinci instansiya məhkəməsi qəbul etmədiyindən şikayətinə əlavə edir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin AD seriyalı, 537592 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1990-cı il buraxlışlı, tünd bej rəngli “VAZ 2121” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh 1 il müddətinə avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqlarını vermişdir. "xxxx" MMC-nin 11-57/25 nömrəli, 01 aprel 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “2121 Niva minik” markalı 1990-cı il buraxılışlı nəqliyyat vasitəsinin dəyəri 4.800 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin məhkəmənin sorğusa əsasən vermiş olduğu xx.xx.2025-ci il tarixli cavab məktubuna əlavə edilmiş elektron çıxarışdan görünür ki, “VAZ 2121” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-ci il tarixdən X6 mülkiyətində olmuşdur. Cavabdeh xx.xx.20219-cu il tarixdən xx.xx.2020-ci il tarixədək etibarnamə verilmişdir. Sözügedən avtomobil xx.xx.2019-cu il tarixdən alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı Səxavət oğlu xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh etibarnamə vermişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, “VAZ 2121” minik markalı, **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. Cavabdeh tərəf apellyasiya şikayətində sözügedən avtomobilin əslində onun qanuni sahibliyində olduğunu, onun atasının iddiaçıdan faizə pul aldığını, həmin pulu qaytaranadək avtomobili iddiaçının adına keçirmiş olduğunu, aldığı borcu qaytardığdan sonra iddiaçı avtomobili öz adından çıxartmadığı, avtomobil yarasız vəziyyətdə olduğunu, bu səbəbdən avtomobili metalaloma satmış olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, tərəflər iddia və etirazlarını əsaslandırmaq üçün sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə yalnız işdə olan sübutlar əsasında qərar qəbul edir. Sübutlar sənədlər, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və s. ola bilər. Sadəcə iddialar və izahatlar, sübut təqdim edilmədən, məhkəmə tərəfindən qəbul edilə bilməz. Hazıda isə avtomobilin borca görə müvəqqəti verilməsi, borcun qaytarılması kimi dəlillər yalnız izahat xarakterlidir və sübutlarla təsdiqlənmədiyi halda məhkəmə onları əsas götürə bilməz. Məhkəmə Kollegiyası bildirir ki, əgər cavabdeh, borc müqaviləsi, atasının borc alması və qaytarması ilə bağlı bank sənədləri və ya yazılı razılaşma kimi sübutlar təqdim etməmişdirsə, məhkəmənin bu izahatları rədd etməsi tam qanunidir. Göründüyü kimi cavabdeh tərəf qeyd edilən halları təsdiq edəcək mötəbər sübutlarını təqdim etməmiş, işin araşdırılmış halları ilə həmin dəlillər öz təsdiqini tapmamışdır. Bundan başqa cavabdeh tərəf apellyasiya şikayətində avtomobilin iddiaçının adına formal olaraq alqı-satqı müqaviləsi bağlanmasını bildirsə də, həmin müqavilənin formal olması barədə mötəbər sübutlar, məsələn, şahid ifadələri, yazışmalar və ya digər sənədlər təqdim etməmiş, həmçinin tərəflər arasında borc münasibətləri olmasını bildirsə də, borcun məbləği, hansı qaydada verilməsi kimi hallara dair sübutlar təqdim edilməmişdir. Bununla yanaşı cavabdeh kartın surətinə istinad etsə də, həmin kartın surətinə istinad edilməklə iddiaçının cavabdeh və ya başqa şəxs qarşısında borc öhdəliynin olmasını deməyə əsas vermir. Həmçinin cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, qətnamənin təsviri hissəsində tələbin təmin edilməməsi, başqa yerində qismən təmin edilməsi göstərilsə də, nəticə hissəsində iddianın təmin edilməsi yazılmışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, həmin hallar texniki səhvlər olmaqla qanuni və əsaslı qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Eyni zamanda cavabdeh tərəf yeganə sübut kimi avtomobilin əvvəlki mülkiyyətçisi olan X6 avtomobili idarə etmək hüququ və digər hərəkətləri edilməsinə icazə verilməsinə dair cavabdehə vermiş olduğu etibarnaməni əsas göstərsə də, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sözügedən etibarnamənin təklikdə mövcud olması avtomobilin həqiqi mülkiyyətçisinin cavabdehin atası olduğunu sübuta yetirmir. Cavabdeh apellyasiya şikayətində avtomobilin dəyərini mübahisələndirsə də, bu barədə də mötbər sübutlar təqdim edə bilməmiş, həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş rəyi şübhə altına alan hər-hansı hal müəyyən edilməmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı öz mülkiyyətində olan avtomobili cavabdehdən geri tələb etməkdə haqlı olmuşdur. Lakin işin hallarından, habelə cavabdeh tərəfin vermiş olduğu izahatdanda məlum olur ki, hazırda qeyd edilən avtomobil mövcud olmadığından avtomobilin dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmaldır. İddiaçı məhkəməyə mütəxəssis rəyini təqdim edirərək “2121 Niva minik” markalı 1990-cı il buraxılışlı nəqliyyat vasitəsinin hazırki dəyərinin 4.800 manat olduğunu bildirmiş, cavabdeh isə həmin məbləğ ilə razı olmadığını bildirsədə, avtomobilin dəyərinin daha az olmasını təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin də kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia verilərkən pul tələbi deyil, avtomaşının tələbi qoyulmuşdur ki, bu da qiymətləndirilməyən iddialar kateqoriyasıya aid edilir. Bu halda iddiaçı 100 manat dövlət rüsumunu düzgün ödəmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyator da ödənilmiş rüsuma müvafiq olaraq 50%-ni ödəməklə apellyasiya şikayətini verməsi də ödənilmiş dövlət rüsumu ilə razılaşmasının əlamətidir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2(008)- 959/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar