Məhkəmə qərarları › İş №2(103)-4843/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4843/2022

07.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4843/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı mülki iş üzrə maddi və mənəvi zərərin ödənilməis zərərin QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası,hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi)Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(001)-47/2022 saylıqətnaməsindən Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayətinə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 76 saylı müqaviləyə əsasən satıcı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2-ci yaşayış massivində inşa etdiyi 16 mərtəbəli binanın 1-ci girişinin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112 m2 olan 3 otaqlı, 28 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 2.Maliyyə arayışına əsasən Cavabdeh1 MTKnın payçısı İddiaçı Yeni Yasamal İİ yaşayış massivi 28 saylı mənzilin tam dəyəri olan 50000 manatı ödəmiş, mənzilə görə borcu yoxdur. 3.Satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 76 saylı müqavilə məhkəmə qaydasında etibarsız hesab olunmuş, Dağlar MTK-nın sədri vəzifəsində işləmiş X9 törətdiyi cinayət əməlləri nəticəsində İddiaçı 50000 manat maddi ziyan vurulması qanuni qüvvəsini alan məhkəmə aktları ilə sübuta yetirilmişdir. a) Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTK-dan və Cavabdeh2 aldığı mənzilin təmirsiz dəyərinə görə 103700 manatın, 50000 manat itirilmiş gəlirin, vurulmuş mənəvi ziyana görə 20000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun və ona məxsus pul vəsaitini müqavilə bağlandığı gündən özlərində saxlamaqla faydalandıqları üçün həmin vəsaitin məbləğindən müqavilənin bağlandığı gündən qətnamənin icra edildiyi günədək bank uçot dərəcəsi ilə məhkəmə tərəfindən müəyyən ediləcək faiz məbləğinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 76 nömrəli müqaviləyə əsasən o, 50000 manat ödəməklə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2-ci Yaşayış Massivi 2a saylı binanın 1-ci girişinin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112 m2 olan, 3 otaqlı 28 saylı mənzili almış, Cavabdeh1 MTK isə bunun qarşılığında qeyd olunmuş mənzili ona verməyi öhdəsinə götürmüşdür. O, ilkin olaraq mənzilin dəyərindən 30000 manat ödəmiş və aralarında olan razılaşma əsasında qalıq məbləği də bir müddət sonra tam olaraq cavabdehə ödəmişdir. Bununla bağlı olaraq MTK heç bir borcunun olmamasına dair ona xx.xx.2014-cü il tarixli arayış vermişdir. Mənzili aldıqdan dərhal sonra təmir etdirmiş və bu işlərə 48000 manat xərcləmişdir. O, 2013-cü ildən hal-hazıradək ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 MTK-nın sədri dələduzluq edərək ona məxsus mənzili X13 adlı başqa bir şəxsə də satmışdır. Bu səbəbdən də o, dərhal hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Ona qarşı edilmiş dələduzluq cinayətinə görə Cavabdeh1 MTK-nın sədri X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə məhkum edilmişdir. 2017-ci ildə X13 ona qarşı iddia qaldıraraq onunla Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun həmin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-8867/2017 saylı qətnaməsi ilə X8 iddiası təmin edilmişdir. Həmin qətnamədən onun verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh1 MTK-nın sədri X9 dələduzluğu nəticəsində o, mənzilindən məhrum olmaq məcburiyyətində qalmışdır. 2013-cü ildə mənzili alarkən ödədiyi pul 61000 ABŞ dolları ekvivalentində olmuşdur. Hazırki məzənnə ilə 61000 ABŞ dolları 103700 manat təşkil edir. Bundan başqa mənzilin təmiri üçün o, 48000 manat pul xərcləmişdir. Eyni zamanda uzun müddətdir ki, istintaq və məhkəmə orqanlarına gedib gəlmək məcburiyyətində qalmış, bu hal isə onun səhhətinə ciddi ziyan vurmuşdur. "xxxx" MTK-nın vəzifəli şəxsi isə onun ödədiyi pulu özündə saxlamaqla gəlir əldə etmiş, öz biznes fəaliyyətini genişləndirmiş, özünə, ailə üzvlərinə mülklər almışdır. Ona görə də hesab edir ki, cavabdehlər ona məxsus pul vəsaitini özlərində qanunsuz saxlamaqla, həmin vəsaiti qaytarmaqdan imtina etməklə, həmin vəsaitdən faydalanmaqla ona maddi ziyan vurduqlarına görə məhkəmənin bank faiz dərəcəsi əsas götürməklə müəyyənləşdirəcəyi məbləği də ona ödəməlidirlər. 6.Birinci instansiya məhkəməsində tədqiq edilmiş iş materiallarında olan satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 76 saylı müqavilənin surətinə əsasən satıcı Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2-ci yaşayış massivində inşa etdiyi 16 mərtəbəli binanın 1-ci girişinin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112 m2 olan 3 otaqlı, 28 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.Müqavilənin 2.1-ci bəndinə əsasən, mənzilin ümumi dəyəri tərəflərin razılığınaəsasən 56000 manat müəyyən edilmişdir. 7.Cavabdeh1 MTK-nın xx.xx.2014-cü il tarixli arayışına əsasən Cavabdeh1 MTK-nınpayçısıİddiaçı Yeni Yasamal İİ yaşayış massivi 28 saylımənzilin tamdəyəri olan 50000 manatı ödəmiş, mənzilə görə borcu yoxdur. 8.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(004)-64/2019saylı hökmünə əsasən X15 Cavabdeh1 MTK-nın sədrivəzifəsində işləyərkən vəzifəli şəxs kimi özü üçün qanunsuz üstünlük əldə etməkməqsədilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirməkməqsədilə koorperativ tərəfindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2-ci yaşayışmassivində 16 mərtəbəli binada 103,83 m2 sahəsi olan 28 saylı mənzili xx.xx.2005-ci iltarixdə X1 baxmayaraq, 2013-cü ilin oktyabr ayındaona mənzil almaq üçün müraciət edən İddiaçı qeyd edilənbinada yerləşən 28 saylı mənzili heç kəsə satılmamasını yalandan bildirib, mənzili ona50000 manata sata biləcəyini vəd edərək saxta xx.xx.2013-cü il tarixli 76 nömrəlimüqaviləni tərtib edərək imza və koorperativin möhürü ilə təsdiq edib YeganəQəhrəmanovaya verərək sonuncunun hissə-hissə olmaqla, cəmi 50000 manat pulunualdatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. 9.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-8867/2017saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək, Cavabdeh1 MTK-nın Bakışəhəri Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində inşa etdiyi 16 mərtəbəliyaşayış binasının 1-ci blokunun, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 103,83 m2 olan, 3 otaqlı, 28 saylı mənzilinə dair İddiaçı və Cavabdeh1 MTKarasında bağlanmış xx.xx.2013-cü il tarixli, 76 nömrəli müqavilənin etibarsız hesabedilməsi, İddiaçı, X3,X4 və X5 həminmənzildən çıxarılmaları qət edilmişdir. 10.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1158/2018saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçıcavabdehlər Cavabdeh1 MTK-ya və X10 qarşı müqavilənin etibarsızhesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. 11.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-48/2020 saylıqətnaməsindən müəyyən olunur ki, birinci iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəsinin2(004)-8867/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsindən QəhrəmanovaYeganə Şuay qızı və qeyriləri tərəfindən verilmiş apellyasiya şikayəti qismən təminolunaraq qətnamə qismən dəyişdirilərək Cavabdeh1 MTK-nın Bakı şəhəri Yasamal rayonu, YeniYasamal 2-ci yaşayış massivində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 1-ci blokunun4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 103,83 m2 olan 3 otaqlı, 28 saylı mənzilinəmünasibətdə İddiaçı və Cavabdeh1 MTK arasında bağlanmışxx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab olunmuş, həmçinin, birləşdirilmiş iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-1158/2018 saylıqətnaməsi dəyişdirilmədən saxlanmışdır. 12.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci iltarixli 2(102)- 3502/2021 saylı qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-48/2020 saylı qətnaməsi dəyişdirilmədənsaxlanılmışdır. 13.Birinci tərəflər X13, X6, Məsimovİsmayıl Xamis oğlu ilə ikinci tərəf İddiaçı arasında xx.xx.2021ciil tarixdə bağlanmış mübahisələrin qarşılıqlı razılaşma sülh yolu ilə həll edilməsi barədənotarial qaydada təsdiq olunmuş razılaşmanın surətindən müəyyən olunur ki, birinci tərəflər özlərinə məxsus Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal İİ yaşayış massivindəinşa edilmiş 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunun 4-cü mərtəbəsində 3otaqlı sahəsi 112 m2 olan 28 saylı mənzilini ikinci tərəfə məxsus ünvan 1 ünvanında Statistika MİK tərəfindən inşa edilən yaşayış binasında İİ girişin 4-cü mərtəbəsində 3 otaqlı sahəsi 109,6m2 olan 48 saylı mənzillə dəyişmişlər. 14.Birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki,satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmışxx.xx.2013-cü il tarixli 76 saylı müqavilənin etibarsız olması, Cavabdeh1 MTK-nın sədrivəzifəsində işləmiş X9 törətdiyi cinayət əməlləri nəticəsində İddiaçı 50000 manat maddi ziyan vurulması qanuni qüvvəsini alanməhkəmə aktları ilə sübuta yetirilmişdir. 15.Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, iddiaçı Y.Ş. Qəhrəmanova əqd bağlanarkən Cavabdeh1 MTK-nın sədri tərəfindənaldadıldığından iddiaçının həmin müqavilə üzrə ödədiyi 50000 manatın Cavabdeh1 MTK-dan alınaraq ona verilməsinə dair iddia tələbi əsaslıdır, ona görə də, iddia ərizəsimənzilə görə pul tələbinə dair bu hissədə təmin edilir. 16.Məhkəmə iddiaçının cavabdehlərdən itirilmiş gəlir və pul vəsaitinin qanunsuz saxlamaqla faydalandığına görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, bu iddia tələbləri də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə vəya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməkləözgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldəetmə və ya toplama. 17.Məhkəmə 8 il, 4 ay, 29 gün (xx.xx.2013-cü ildən -xx.xx.2022-ci ildək) üçün əldənçıxan faydaya görə Cavabdeh1 MTK-dan 32604,8 manatın (50000 x 7,75% x 8 il, 4ay, 29 gün = 32604,8 manat) iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədətəmin edilməməsi qənaətinə gəlir. 18.Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd etmişdir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. 19.Özünün və ailəsinin mənzil şəraitini təmin etmək məqsədi ilə Cavabdeh1 MTK ilə müqavilə bağlayan iddiaçının sonda aldadılmasını bilməsi nəticəsində sarsıntılara, əzaba və məyusluğa məruz qalması istisna edilmədiyindən məhkəmə İddiaçı Cavabdeh1 MTK-dan mənəvi ziyana görə 3000 manat tələbini əsaslı hesab edib təmin, mənəvi ziyan tələbinin qalan hissədə təmin edilməməsi qənaətinə gəlir. 20.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(001)-47/2022 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1 MTK-dan müqavilə üzrə ödənilmiş vəsaitə görə 50000 manat, əldən çıxan faydaya görə 32604,8 manat, mənəvi zərərə görə 3000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 85634,8 manat İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. 21.Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.5, 449.1, 152.3-ci maddələrinə istinadla əsaslandırmışdır. 22.Məhkəmə Mülki Prosessual Məcəllənin 82.3, 82.4, 77.1, 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 23.Cavabdeh1 MTK apellyasiya şikayəti verərək, qətnamənin qismən təmin olunan hissəsində ləğv olunmasını və iddia tələbinin həmin hissədə təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya iddia etdiyi 50000 manat məbləğində maddi ziyan mülki hüquq deyil, cinayət hüquqpozuntusu nəticəsində vurulmuşdur. Ödənilməsi tələb olanan 50000 manat iddiaçı ilə cavabdeh MTK arasında bağlınmış müqavilədən irəli gələn öhdəlik münasibətlərinə əsaslanır. Ona görə də, həmin tələblə bağlı mübahisəyə MM-in 1099.1-ci maddəsinin tətbiqi qanuni və əsaslı deyil. Eyni zamanda MTK ilə iddiaçı arasında bağlanmış müqavilə etibarsız hesab edilsə də, hökmlə müəyyən edilən hallar səbəbindən MTK-ya münasibətdə MM-nin 337.5-ci maddəsi tətbiq oluna bilməz. İddiaçı tərəfindən cavabdehin ona məxsus pul vəsaitindən faydalanmasına, yəni hansı gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə vəhansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablarkeçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Lakin məhkəmə bütün bunları aydınlaşdırmadan cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə pul tutmuş və nəyə görə məhz 3000 manat tutulmasını əsaslandırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 27.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, mənzil Cavabdeh1 MTK tərəfindən ona satılmışdır. O, özbaşına mənzilə yerləşdirilməmiş, Cavabdeh1 MTK tərəfindən mənzilə yerləşdirilmişdir. Bütün bunlar qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur. Cavabdeh1 MTK onun iddiası üzrə cavabdeh olan şəxsdir. MTK-nın sədri Şahin Əliyev MTK-nın adından hərəkət edib. MTK-nın blankı, möhürü Şahin Əliyevdə olub. Cavabdehin hərəkətləri nəticəsində o, mənzilsiz qalıb. 2013-cü ildə onun verdiyi 50000 manata ev almaq mümkün olduğu halda, indi həmin pula nə əldə etmək olar. Bu hal MTK tərəfindən faydalanma deyilmi?. MTK-nın bu hərəkətləri nəticəsində o, aldadıldığını bildikdə, o, dərin sarsıntı keçirmiş, əzablar çəkmiş, məyus olmuşdur. Bunun hansı başqa sübutu olmalıdır. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilməsin.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 28.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 29.Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 30.Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 31.Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 32.Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 33.Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 34.Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 35.Maddə 152.3. İstifadə istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 36.Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi iləmüəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəməprosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 37.Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibiüzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkənməhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Apellyasiya baxışının hədləri

38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40.Məhkəmə kollegiyası mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 41.Kollegiya qeyd edir ki, mülki və cinayət məhkəmə icraatı qaydasında çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktlarının mövcudluğu ilə satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 76 saylı müqavilənin etibarsız olması və Dağlar MTK-nın sədri vəzifəsində işləmiş X9 törətdiyi cinayət əməlləri nəticəsində İddiaçı 50000 manat maddi ziyan vurulması faktları öz təsdiqini tapır. 42.Kollegiya hesab edir ki, İddiaçı ilə əqd bağlanarkən Cavabdeh1 MTK-nın sədri tərəfindənaldadıldığından, iddiaçının həmin müqavilə üzrə ödədiyi 50000 manatın Cavabdeh1 MTKdan alınaraq ona verilməsinə dair iddia tələbi əsaslıdır, ona görə də, iddia ərizəsimənzilə görə pul tələbinə dair hissədə düzgün olaraq təmin edilmişdir.

43. Kollegiya apellyatorun birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 1099.1-ci maddəsinə düzgün istinad olunmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, qətnamədə Mülki Məcəllənin 1099.1-ci maddəsi qeyd olunsa da, tərəflər arasında yaranan münasibətə həmin maddə tətbiq olunmamışdır. Buna görə də, qeyd olunan hal qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 44.Kollegiya həmçinin apellyatorun MTK-ya münasibətdə Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiyanın düzgün tətbiq olunmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, mülki məhkəmə icraatı qaydasında işə baxılarkən, satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçı müqavilə tərəfləri olmuşlar. 45.Kollegiya apellyatatorun cavabdehdən iddiaçının xeyrinə əldən çıxan faydaya görə 32604,8 manat məbləğində pulunun tutulmasının əsassız olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməkləözgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldəetmə və ya toplama. 46.Qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh MTK arasında 2013cü ildə mənzillə bağlı müqavilə bağlanandan sonra, iddiaçı həmin mənzildə yaşamış, o, məhkəmə qətnaməsi ilə oradan çıxarılmışdır. Belə olan halda sual yaranır ki, cavabdeh MTK-nın razılığı olmasaydı, iddiaçı həmin mənzilə daxil ola bilərdimi? Göründüyü kimi, iddiaçı cavabdeh MTK tərəfindən aldadılmış, 2013-cü ildən onun ödədiyi pul hal-hazıra kimi MTK tərəfindən qaytarılmamış, əksinə hamıya bəlli olan hal olmaqla, MTK mənzil tikintisi həyata keçirən hüquqi şəxs kimi, iddiaçının pulundan faydalanmışdır. Bunun nəticəsidir ki, iddiaçı artıq 9 ilə yaxın müddətərzində mənzil hüququndan məhrum olmaqla, cavabdehdən öz pulunu ala bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, 2013-cü ildə iddiaçının ödədiyi 50000 manat məbləğində pulla hazırda müqavilədə nəzərdə tutulmuş mənzili əldə etmək mümkün deyildir. 47.Kollediya apellyatorun qətnamənin 3000 manat mənəvi zərərin tutulması ilə bağlı hissəsində dəlillərini əsassız hesab edərək, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqlaiqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfipsixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 48.Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 49.Bununla yanaşı, kollegiya qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. 50.Kollegiya, iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə bu baxımdan yanaşaraq hesab edir ki, iddiaçının mənzillə bağlı hüquqlarının pozulması, onun aldadılması nəticəsində mənzildən məhrum olması faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi və buna müvafiq olaraq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. 51.Kollegiya, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” 52.Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair 31 may 2002-ci il tarixli Qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. 53.Kollegiya iddiaçının mənzilə görə ödədiyi 50000 manat pul məbləğini, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, 2013-cü ildən hal-hazıra kimi onun mənzil hüqüqlarının pozulmasını, 2013-cü ildə müqavilə üzrə ödədiyi pula münasibətdə hazırda müqavilədə qeyd olunan mənzilə uyğun mənzilin alınmasının mümkün olmamasını, onun müqavilə üzrə ödədiyi 50000 manat məbləğində pulunun hal-hazıra kimi qaytarılmamasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb, hesab edir ki,cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pul tutulması ədalətli və məqsədə müvafiqdir. 54.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apelllyasiya şikayəti təmin olunmamalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406cımaddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətitəmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(001)- 47/2022 saylı qətnaməsimübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Namiq Cəfərov

Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar