Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4845/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 və Ucar rayon İcra və probasiya şöbəsi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmlakın qiymətləndirilməsinə dair hesabatların ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X3 və Ucar rayon İcra və probasiya şöbəsi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı əmlakın qiymətləndirilməsinə dair hesabatların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-61/2023 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X3 və Ucar rayon İcra və probasiya şöbəsi işə cəlb olunmaqla) cavabdehlər Sərraf-N” MMC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların ləğv edilməsini xahiş etmişlər.
2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 61/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 Xanlar oğlu və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X3 işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinə dair hesabatların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3076/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-61/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 Xanlar oğlu və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X3 və Ucar rayon İcra və probasiya şöbəsi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMCyə qarşı “əmlakın qiymətləndirilməsinə dair hesabatların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar tərəfindən icra icraatı çərçivəsində borclunun əmlakının qiymətləndirilməsi ilə bağlı qiymətləndiricinin hesabatı mübahisələndirilmişdir. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisəyə iddia icraatı qaydasında baxıla bilməz, icra məmurunun hərəkətlərindən şikayət qaydasında müvafiq məhkəməyə müraciət olunmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 02/2021 saylı 24 noyabr 2021-ci il tarixli qərardadına və Mülki Prosessual Məcəlləsinin 261.0.1 və 262.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
7. İddiaçı1 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır və qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Lakin məhkəmə qanunda konkret göstərilməyinə və qanun olmasına baxmayaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına istinad edərək, iş üzrə icraata xitam vermişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsi ilə (iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) əsaslandırmağa çalışsa da, qeyd edilən maddi hüquq normasından aydın olduğu kimi qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi yalnlz məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarından görünür ki, iş məhkəmənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, xx.xx.2022-ci il tarixində ilk iclas olmuş, xx.xx.2022-ci il tarixdəki iclasda ekspertiza təyin etmiş, xx.xx.2023-cü il tarixdə ekspert rəyi ona göndərilmiş və sonda apellyasiya instansiyası məhkəməsi bir dəfə eyni məzmunlu qərardadı ləğv etməsinə baxmayaraq iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-cü maddəsinə istinad edərək xitam verilmişdir. Həmçinin məhkəmə 50 manat ekspert xərcinin də ondan tutulmasını qərara almışdır. Bildirir ki, ekspertiza keçirilməsini o təklif etməmiş, ekspert rəyi də faktiki olaraq verilməmişdir.
9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 60.İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Maddə 131.İ. Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” xx.xx.2021-ci il tarixli, 02/2021 saylı qərardadı: 32-ci bənd. Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir.
14. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
17. Belə ki, iş materiallarında olan Ucar rayon İcra və probasiya şöbəsi tərəfindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış 425 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “... Borclunun əmlak vəziyyəti yoxlanılaraq xx.xx.2015-ci il tarixdə onun mülkiyyətində Ucar rayonu Qazyan kəndində 1.64 ha torpaq sahəsi aşkar edilmiş, icra sənədinin icrasının təmini və məcburi icra tədbiri olaraq həmən torpaq sahəsinə həbsin qoyulması barədə təqdimatla Ucar rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin 8(063)-108/201 sayiı xx.xx.2015-ci il tarixli qərardadı ilə qeyd edilən torpaq sahəsinə həbs qoyulmuşdur. Qeyd edilən torpaq sahəsi “Sərraf-N" MMC-nin 15-998 saylı hesabatına əsasən 16.400 manat məbləğində qiymətləndirilmişdir. Həmin torpaq sahəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53-ci maddəsinin tələblərinə əsasən borc əvəzinə tələbkara xx.xx.2015-ci il tarixdə təklif edilmiş, lakin tələbkar bundan imtina etmişdir. Həmən əmlak barəsində qanunvericiliyin tələbinə əsasən "xxxx" MMC-yə hərrac vasitəsi ilə satılması üçün sifariş verilmiş, hərrac keçirilmiş, lakin alıcı olmadığı üçün əmlak satılmamışdır. Həmən torpaq sahəsi "İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 53.3-cü maddəsinin tələblərinə əsasən tələbkara xx.xx.2016-cı ildə yenidən təklif edilmiş, lakin tələbkar xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən bundan imtina edərək icra sənədinin icraatını dayandırılmasını bildirmişdir. Ucar rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(063)-60/2016 saylı qərardadına əsasən icra sənədləri üzrə icraat dayandırılmışdır.”
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” xx.xx.2021-ci il tarixli, 02/2021 saylı qərardadına əsasən hərrac keçirildikdən sonra qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir.
19. Lakin birinci instansiya məhkəməsi icra işi üzrə artıq hərrac keçirildiyini, hərrac keçirildikdən sonra qiymətin iddia icraatı qaydasında mübahisələndirilməli olduğunu nəzərə almadan yenidən mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmiş, bununla da iddiaçıların işlərinə məhkəmədə ağlabatan müddətdə baxılması hüquqlarına xələl gətirmişdir.
20. Bundan başqa, birinci instansiya məhkəməsi icra məmurunun hərəkətlərindən şikayət qaydasında məhkəməyə müraciət olunmalı olduğunu iddiaçılara izah etsə də, icra məmurunun konkret olaraq hansı hərəkətlərindən şikayət verilməli olduğuna aydınlıq gətirməmişdir.
21. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, işdə olan Ucar Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(063)-60/2016 nömrəli qərardadına əsasən borclu X1 barəsində olan icra sənədləri üzrə icraat o əsasla dayandırılmışdır ki, tələbkarlar İddiaçı1 və İddiaçı2 torpağın qiymətləndirilməsi barədə rəylərin ləğv edilməsi ilə bağlı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişlər. İşdə olan iddia ərizəsindən isə görünür ki, ərizə xx.xx.2022-ci il tarixində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur.
22. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia ərizəsi verilməmişdən qabaq iddiaçılar tərəfindən eyni tələblə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edilib-edilməməsi də aydınlaşdırılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-61/2023 nömrəli qərardadı ləğv edilsin və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.