Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4850/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «qərarın ləğv edilməsi və payın geri qaytarılması» tələbinə dair 2(009)-264/2020 saylı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «qərarın ləğv edilməsi və payın geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mayıllı” firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarının ləğv edilərək “Mayıllı” firması nizamnamə kapitalında Cavabdeh1 məxsus 99,996% payından iddiaçıya məxsus 19,996 % payın cavabdehdən alınaraq iddiaçıya verilməsi və sənədlərin əslinin Cavabdeh1 götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 «mülki işin bir icraatda baxılması üçün aidiyyəti məhkəməyə göndərilməsi» barədə vəsatəti 13.01.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırmışdır ki, iddiaçılar X5 və X2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “13 fevral 2012-ci il tarixli qərarın etibarsız hesab olunması və payın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Bu səbəbdən hər iki mülki işin bir icraatda baxılması üçün hazırki mülki işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı şikayət verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli, 2(009)-264/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-4315/2019 saylı mülki işdə iddianın predmeti “Mayıllı” firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarın etibarsz hesab edilməsi və “Mayıllı” firması nizamnamə kapitalındakı təsisçi, mərhum X4 məxsus olmuş 25 faiz təsisçi payı, təsisçi Cavabdeh1 geri alınaraq X3 hüquqi varisləri X6 12,5 faiz X1 12,5 faiz verilməsinə dair qətnamə qəbul edilməsidir. Onun iddia tələbini isə “Mayıllı” firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarının ləğv edilərək “Mayıllı” firması nizamnamə kapitalında Cavabdeh1 məxsus 99,996% paydan ona məxsus olan 19,996% payı Cavabdeh1 geri alınaraq ona verilməsi təşkil edir. Yəni iddia tələbləri bir-birinə bənzər olsa da faktiki olaraq fərqli iddia tələbləridir və bu səbəbdən də ayrı icraatda baxılmalıdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh1 qarşı «qərarın ləğv edilməsi və payın geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə 05.11.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçılar X5 və X2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “13 fevral 2012-ci il tarixli qərarın etibarsız hesab olunması və payın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 10.06.2019-cu il tarixdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan mülki işlə hazırki mülki iş bir-biri ilə əlaqəli olduğundan və Nəsimi Rayon Məhkəməsinin icraatına götürülmüş iddia ərizəsi hazırkı iddia ərizəsindən daha əvvəl icraata götürüldüyündən hazırkı mülki iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan mülki işlə birləşdirilməsi və bir yerdə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli, 2(009)-264/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4850/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4850/2021
04.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver