Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4857/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “İddiaçı Sığorta” ASC-nin cavabdehlər Mekhti Akhundova və Cavabdeh1 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Mekhti Akhundovdan 650 (altı yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməmişdir. İş materiallarından görünür ki, "İddiaçı" Sığorta Şirkəti ASC cavabdehlər Mekhti Akhundova və Cavabdeh1 qarşı “subroqasiya tələbinin təmin edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 650 manat məbləğində sığorta ödənişi və 30,40 manat dövlət rüsumu olmaqla cəmi 680,40 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Akhundov Mekhti xx.xx.2017ci il tarixdə idarə etdiyi və AB seriyalı, 951817 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus olan “Opel Astra” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Q.Qarayev prospektində hərəkət edən X1 idarə etdiyi “Hyundai Elantra” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədən sonra məlum olmuşdur ki, cavabdeh Akhundov Mekhti avtomobili etibarnaməsi olmadan idarə etmişdir və bu fakt xx.xx.2017-ci il tarixli, TYP077604 saylı inzibati tənbeh vermə haqqında qərarda da öz əksini tapmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsaşən cavabdeh Akhundov Mekhti avtomobili etibarnamə olmadan idarə etdiyı və Cavabdeh1 mülkiyyətində olan avtomobili etibarnamə olmadan idarə etməyə verdiyi üçün ödənilmiş sığorta məbləği onlardan subroqasiya tələbi əsasında tutulmalıdır. Baş vermiş yolnəqliyyat hadisəsində cavabdeh Akhundov Mekhtinin təqsirli olması, həmçinin Cavabdeh1 mülkiyyətində olan avtomobilietibarnamə olmadan Akhundov Mekhtiyə idarə etməyə verməsi faktı xx.xx.2017-ci il tarixli, TYP077604 saylı inzibati tənbeh vermə haqqında qərarda öz əksini tapmışdır. xx.xx.2017-ci il tarixli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəşi nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Hyundai Elantra” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 650 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 042511 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 650 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qsmən təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir, qanunun normasını səhv təvsir etməklə düzgün nəticəyə gəlməyərək, yalnış qətnamə qəbul etmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Mekhti Akhundova və Cavabdeh1 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə əlavə olunmuş AB seriyalı, 951817 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” markalı, **-EE-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, ƏN-V № 414781 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixinədək mülkiyyətində olan “Opel Astra” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi Mekhti Akhundova etibar etmişdir. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanılması sistemindən çıxarışdan görünür ki, “Opel Astra” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil PAT********** saylı sığorta müqaviləsi əsasında İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, TYP № 077604 saylı inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, Mekhti Akhundov xx.xx.2017-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, 99- EE817 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Q.Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində hərəkətdə olarkən Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanununun 76 (V) maddəsinin tələblərini pozmuş, nəticədəX1 idarə etdiyi “Hyundai Elantra” markalı, **-LH-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.X2 Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın surətindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 650 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 042511 saylı sığorta aktının və xx.xx.2017ci il tarixli, 6329 saylı ödəniş tapşırığının surətlərindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 hesabına 650 manat sığorta ödəniş həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 31573 saylı rəyi ilə “Hyundai Elantra“ markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 650,00 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Qanunun 25.1, 25.1.3-cü maddələrinin tələblərinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh Mekhti Akhundovun etibarnamə əsasında "İddiaçı" Sığorta Şirkəti ASCdə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış “Opel Astra” markalı, **-EE-*** dövlət nömrə nişanlı avtomobili müddəti bitmiş etibarnamə əsasında idarə edərkən xx.xx.2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi törədərək “Hyundai Elantra“ markalı, **-LH-*** qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, iddiaçı tərəfindən avtomobilin təmiri üçün 650 manat sığorta ödənişi həyata keçirilmiş, bununla da, zərərin əvəzini tələb etmək hüququ ödənilmiş sığorta ödənişi məbləğində iddiaçıya keçmişdir. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, cavabdeh Mekhti Akhundovun baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri müəyyən olunduğundan, onun vurulmuş zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Belə ki, Mekhti Akhundov nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə görə iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC qeyd edilən icbari sığorta ödənişi məbləğini ondan tələb etməkdə haqlı olmuşdur Kollegiya hesab edir ki, hazırkı iş üzrə digər cavabdeh olan Cavabdeh1 vurduğu zərərə görə maddi məsuliyyət daşımır. Belə ki, iş üzrə digər Cavabdeh1 tərəfindən mülkiyyətində olan “Opel Astra” markalı, **- EE-*** dövlət qeydiyyat nişanlı avtomaşın qanuni əsaslarla (etibarnamə əsasında) Mekhti Akhundovun sahibliyinə və istifadəsinə verildiyinə, avtomobilin etibar edilən şəxs tərəfindən etibarnamənin müddəti bitdikdən sonra istismar edilməsi barədə məlumatlı olmağa borclu olmadığına görə iddia ərizəsini qismən təmin edərək, 650 manat məbləğində sığorta ödənişi məbləğinin cavabdeh Mekhti Akhundovdan iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması, iddia tələbini Cavabdeh1 münasibətdə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4857/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4857/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver