Məhkəmə qərarları › İş №2(103)-4862/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4862/2021

06.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4862/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmaılova Günel Rza qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı elektrik sayğacının quraşdırılması və elektrik xəttinin çəkilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı "elektrik sayğacının quraşdırılması və elektrik xəttinin çəkilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Ruslan Göyüşov küçəsində yerləşən mənzilinə elektrik sayğacının quraşdırılması və elektrik xəttinin çəkilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini icraatına qəbul eib işi məhkəməm baxışına təyin edib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(006)- 1612/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı "elektrik sayğacının quraşdırılması və elektrik xəttinin çəkilməsi" tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İddiaçı tərəfindən həmin Nəsimi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(006)-1612/2021 saylı qərardadından şikayət verərək, şikayətin təmin olunması, qərardadın ləğv edilməsi və iş üzrə icraatın Nəsimi Rayon Məhkəməsində baxılması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1612/2021 saylı 13 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını araşdıraraq, şikayətin təmin olunmasını xahiş edən iddiaçının izahatını dinləyib, hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadı ləğv olunmalı, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı "elektrik sayğacının quraşdırılması və elektrik xəttinin çəkilməsi" tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə icraata xitam verilməsi nəticəsinə gələrək, qeyd etmişdir ki, iddiaçı müvafiq tələbi ilə bağlı inzibati orqana müraciət etməli, həmin orqan bundan imtina etdikdə, iddiaçı aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxmalı olan məhkəməyə müraciət etməlidir. Kollegiya hesab edir ki, hazırkı mülki iş ümumi məhkəmələrin yurisdiksiyasına aid olduğundan birinci instansiya məhkəməsi işin inzibati məhkəmə icraatı qaydasında baxmasını müəyyən edərək, iş üzrə icraata xitam verməklə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2.-ci maddəsinə əsasən Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1612/2021 saylı 31 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı elektrik sayğacının quraşdırılması və elektrik xəttinin çəkilməsi tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar