Məhkəmə qərarları › İş №2(103)-4866/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4866/2025

07.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4866/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh2 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2269/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 arasında şərikliyə sonuncuların qanunsuz hərəkətləri nəticəsində son qoyulduğundan avadanlıqların satışından əldə olunmuş gəlirin (863576,63) yarısı, yəni 431788,30 (dörd yüz otuz bir min yeddi yüz səksən səkkiz manat 30 qəpik) manatının, habelə avadanlıqların gətirilməsi üçün yol xərci olaraq İddiaçı tərəfindən ödənilmiş 2550 (iki min beş yüz əlli) manatın cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı verilməsi; aşağıdakı avadanlıqların, yəni: 1 ədəd YGB nömrəsi **********0842 olan "SCHMİD" marka VMC1000 model CNC dəzgahı (Türkiyədən alınıb gətirilməsinə 30.000 (otuz min) manat xərclənmişdir); 1 dəst YGB nömrəsi **********2806 olan "GETTEC" CNC MACHİNE VMC- 1580L Second hand CNC dəzgahı (Çindən alınıb gətirilməsinə 77.000 (yetmiş yeddi min) manat xərclənmişdir); 1 dəst YGB nömrəsi **********5210 olan CHARMİLLES 310 TEL EROZYON TEZGAHİ (Türkiyədən alınıb gətirilməsinə 51.000 (əlli bir min) manat xərclənmişdir); 1 ədəd YGB nömrəsi **********5210 olan Freze dəzgahı FREZE DƏZGAHİ 6P62 (Türkiyədən alınıb gətirilməsinə 3500 (üç min beş yüz) manat xərclənmişdir); 5 ədəd YGB nömrəsi **********7483 olan Motorlar ELEKTRİK MOTOR VƏ VASİTƏLƏRİ (İrandan alınıb gətirilməsinə 1020 (bir min iyirmi) manat xərclənmişdir); 1 ədəd YGB nömrəsi **********7483 olan Pano PLASTİK CNC AVADANLİĞİNİN İDARƏETMƏ PANELİ VƏ MONİTORU (İrandan alınıb gətirilməsinə 255 (iki yüz əlli beş) manat xərclənmişdir); 1 ədəd YGB nömrəsi **********6376 olan Çiller soyuducu PAKET TİP SOGUTMA CİHAZİ CHİLLER AREF (Gətirilməsinə və işlək vəziyyətə salınmasına 17000 (on yeddi min) manat xərclənmişdir); 1 ədəd YGB nömrəsi **********8162 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES (Gürcüstandan 51.000 (əlli bir min) manata gətirilmişdir); 1 ədəd YGB nömrəsi **********8162 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 1 QƏLİB TSP İLƏ GƏLƏN (Gürcüstandan 11.000 (on bir min) manata gətirilib. Samir tərəfindən təmir edilərək işlək vəziyyətə gətirilib); 1 ədəd YGB nömrəsi **********4159 olan Şlifovka dəzgahı GUİ BEİ Second hand Surface grinder machinery (Çindən 40.000 (qırx min) manata gətirilmişdir); 1 ədəd YGB nömrəsi **********5639 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET (Çindən 1500 (bir min beş yüz) ABŞ dollarına alınmışdır); 1 ədəd YGB nömrəsi **********1848 olan Erezyon dəzgahı CHARMİLLES HD10 TEL EROZYON TEZGAHİ (Türkiyədən 7000 (yeddi min) ABŞ dollarına alınmışdır); 1 ədəd YGB nömrəsi **********0220 olan Drabilka "PC-600” modelli plastik tullantılarının xırdalanması üçün avadanlıq CHRUSHER (Alınıb gətirilməsinə 8000 (səkkiz min) ABŞ dollar xərclənmişdir); 1 ədəd YGB nömrəsi EK/0125 CNC olan dəzgahı WELLON WMC 1160 CNC ( EL Rado MMC-dən Samir tərəfindən 40.000 (qırx min) ABŞ dollarına alılmış, 20.000 ABŞ dolları Samir tərəfindən ödənilmiş, 20.000 ABŞ dollarını borclu qalmışdır) avadanlığın İddiaçı ilə Cavabdeh1 MMC-in direktoru Cavabdeh2 arasında bərabər bölünməsi, bölgü mümkün olmadıqda həmin avadanlıqların ümumi dəyərinin (377825 manat) yarısının, yəni 188915,50 (bir yüz səksən səkkiz min doqquz yüz on beş manat 50 qəpik) manatın, habelə digər xərclərə görə 26.746,2 (iyirmi altı min yeddi yüz qırx altı manat 20 qəpik) manatın cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 MMC-in direktoru Cavabdeh2la 2021-ci ilin yanvar ayında tanış olmuş, aralarında münasibət yaranmışdır. Həmin vaxtdan birlikdə işləmiş, MMC-in direktoru Cavabdeh2 İddiaçı 2022-ci ilin 01 yanvara hesablanmış 110.000 manat borcu yaranmışdır. 2022-ci ilin yanvar ayında MMCin direktoru Cavabdeh2 İddiaçı biznes qurmaq şərikliyi təklif etmiş, İddiaçı bu təklifə razı olaraq 2022-ci ilin yanvar ayından başlayaraq istehsal avadanlıqlarının alqı-satqısı, eyni zamanda bəzi istehsal avadanlıqları ilə müxtəlif məhsulların və qəliblərin istehsalı və satışı ilə bağlı sahədə biznes qurmaq barədə şərik olmaq qərarına gəlmişlər. Birgə biznes fəaliyyəti üçün iddiaçı cavabdeh MMC-in bütün xərclərini qarşılamağa başlamış, istehsal avadanlıqlarından anlayışı olduğundan özü xarici ölkələrə gedərək əcnəbi satıcılarla danışıb avadanlıqları alaraq Azərbaycan Respublikasına gətirmişdir. İddiaçı istehsal avadanlıqlarının xarici ölkələrdən alınaraq Azərbaycan Respublikasına gətirməsinə, gömrük və digər xərclərin ödənilməsinə ümumilikdə 650.000 (altı yüzəlli min) manat pul xərcləmişdir. İddiaçı cavabdeh MMC-in direktoru Cavabdeh2la birlikdə şirkəti idarə edir, həm avadanlıqların alqı-satqısını həyata keçirir, həm də sözügedən avadanlıqlarla istehsal aparmışdır. Həmçinin, iddiaçı cavabdeh MMC-in direktoru İ,Orucova güvənərək bütün sənədləşmələrin cavabdehlər Cavabdeh2 və MMC-in adından aparılmasına etiraz etməmişdir. Sözügedən avadanlıqlar aşağıdakılardır: 1. 1 ədəd YGB nömrəsi **********0842 olan "SCHMİD" marka VMC1000 model CNC dəzgahı – Türkiyədən alınıb gətirilməsinə 30.000 (otuz min) manat xərclənmişdir; 2. 1 dəst YGB nömrəsi **********2806 olan "GETTEC" CNC MACHİNE VMC-1580L Second hand CNC dəzgahı – Çindən alınıb gətirilməsinə 77.000 (yetmiş yeddimin) manat xərclənmişdir; 3. 1 ədəd YGB nömrəsi **********0174 olan ALCK0640 CNC dəzgahı – Çindən alınıb gətirilməsinə 15.000 (on beş min) manat xərclənmişdir. 25.000 (iyirmi beş min) manata Rövşən adlışəxsə (051 225-00- 70) satılmışdır; 4. 1 dəst YGB nömrəsi **********1011 olan İnjeksiyon dəzgahı PLASTİC İNJECTİON MOLDİNG MACHİNE HAİTİAN-MA4700-İİ/2950– Çindən alınıb gətirilməsinə 57.000 (əlli yeddi min) manat xərclənmişdir, 107.000 (yüz yeddi min) manata Ruslan Cahangirov adlı şəxsə (050 288- 66- 16) satılmışdır; 5. 60 kq YGB nömrəsi **********5210 olan Erezyon dəzgahı EREZYON TELİ - yoxdur; 6. 3 ədəd YGB nömrəsi **********5210 olan METAL KALİP PLAKA - yoxdur; 7. 50 litr YGB nömrəsi **********5210 olan REÇİNE yoxdur; 8. 24 ədəd YGB nömrəsi **********5210 olan TEL EREZYON FİLTRESİ – yoxdur;

9. 1 dəst YGB nömrəsi **********5210 olan CHARMİLLES 310 TEL EROZYON TEZGAHİ – Türkiyədən alınıb gətirilməsinə 51.000 (əlli bir min) manat xərclənmişdir; 10. 1 ədəd YGB nömrəsi **********5210 olan Freze dəzgahı FREZE DƏZGAHİ 6P62 Türkiyədən alınıb gətirilməsinə 3500 (üç min beş yüz) manat xərclənmişdir; 11. 1 ədəd YGB nömrəsi **********9435 olan Pano CHİLLER BESLEME PANOSU – Gürcüstandan alınıb gətirilməsinə 3800 (üç min səkkiz yüz) manat xərclənmişdir. 6800 (altımin səkkiz yüz) manata Ruslan Cahangirov adlışəxsə (050 288-66-16) satılmışdır; 12. 7 ədəd **********5470 Plastik təkərli yeşik BOAT 5500 WİTH WHEELS 5500K WHEELED, GREY YEŞİKLƏR ESKA PLASTİK – Türkiyədən cavabdeh tərəfindən alınıb, 2550 (iki min beş yüz əlli) manat Samir tərəfindən tır şoferinə gətirilmə xərci üçün pul verilmişdir. Cavabdeh STP-də saxlayır; 13. 5 ədəd YGB nömrəsi **********7483 olan Motorlar ELEKTRİK MOTOR VƏ VASİTƏLƏRİ – İrandan alınıb gətirilməsinə 1020 (bir min iyirmi) manat xərclənmişdir; 14. 1 ədəd YGB nömrəsi **********7483 olan Pano PLASTİK CNC AVADANLİĞİNİN İDARƏETMƏ PANELİ VƏ MONİTORU – İrandan alınıb gətirilməsinə 255 (iki yüzəlli beş) manat xərclənmişdir; 15. 4 ədədYGB nömrəsi **********7483 olan Qəliblər PLASTİK EMALİ ÜÇÜN QƏLİB HİSSƏLƏRİ – İrandan 6800 (altımin səkkiz yüz) manata alınaraq emal edildikdən, yəni Samir tərəfindən qəlib düzəldildikdən sonra 68.000 (altmış səkkiz min) manata El Fruits şirkətinə Mamed adlı şəxsə satılmışdır (050 711-38-00); 16. 11,000 kq. YGB nömrəsi **********7483 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ – 8800 (səkkiz min səkkiz yüz) manata alınaraq emal edildikdən, yəni meyvə yeşiyi düzəldildikdən sonra 7000 (yeddi min) manata HG Group MMC-yə (Günel Zeynalzadə *** *** ** **) satılmışdır və Ulu Agro MMC-yə 14000+7700=21700 ədəd meyvə yeşiyi 19500 (on doqquz min beş yüz) manata satılmışdır; 17. 1 ədəd YGB nömrəsi **********6376 olan Çiller soyuducu PAKET TİP SOĞUTMA CİHAZİ CHİLLER AREF – gətirilib işlək vəziyyətə salınmasına 17000 (on yeddimin) manat xərclənmişdir; 18. 1 ədəd YGB nömrəsi **********8162 olan Kabel KABEL TSP İLƏ GƏLƏN 40 METR – 160 manata Gürcüstandan alınaraq, Şəmkirə avadanlığın üzərində hədiyyə verilib; 19. 1 ədəd YGB nömrəsi **********8162 olan Çən METAL RESERVOİR – cavabdeh özü gətirib başqasına satıb; 20. 1 ədəd YGB nömrəsi **********8162 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES – Gürcüstandan 51.000 (əlli bir min) manata gətirilmişdir; 21. 1 ədəd YGB nömrəsi **********8162 olan Çiller soyuducu RCMC-60 COOLİNG TOOL CHİLLER - 6000 (altı min) ABŞ dollarına Şəmkirə satılıb; 22. 1 ədəd YGB nömrəsi **********8162 olan Kompressor NASOS PUMPCAS 5.5HP CAS 4.0HP – yoxdur; 23. 1 ədəd YGB nömrəsi **********8162 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 1 QƏLİB TSP İLƏ GƏLƏN GÜRCÜSTANDAN – Gürcüstandan 11.000 (on bir min) manata gətirilib.Samir tərəfindən təmir edilərək işlək vəziyyətə gətirilib; 24. 2 ədəd YGB nömrəsi **********8162 olan SOBA – 2 soba 1000 (bir min) manata alınıb, 2000 (ikimin) manata Mingəçevir rayonuna satılıb; 25. 1 ədəd YGB nömrəsi **********7722 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES - Gürcüstandan gətirilməsinə 51.000 (əlli bir min) manat xərclənmişdir, 107.000 (yüz yeddimin) manata Şəmkir rayonuna satılıb; 26. 1 ədəd YGB nömrəsi **********7722 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 2 QƏLİB TSP İLƏ GƏLƏN GÜRCÜSTANDAN – Gürcüstandan 11.000 manata gətirilib Samir tərəfindən təmir edilərək 34.000 (otuz dörd min) manata satılıb; 27. 1 ədəd YGB nömrəsi **********7722 olan Drabilka PLASTİC SHREDDER RG5680 – Çindən 9000 (doqquz min) manata gətirilərək Şəmkir rayonuna 20.000 (iyirmimin) manata satılıb; 28. 1 ədəd YGB nömrəsi **********2478 olan Qəliblər PLASTİC ENJECTİON MOLD AND EQUİPMENT BAKHSHALİ SHAHBAZİ ASTARA / İRAN – cavabdeh özü İrandan alıb satıb 29. 1 ədəd YGB nömrəsi **********4159 olan Şlifovka dəzgahı GUİ BEİ Second hand Surface grinder machinery – Çindən 40.000 (qırx min) manata gətirilmişdir; 30. 1 ədəd YGB nömrəsi **********4159 olan İnjeksiyon dəzgahı PLASTİC İNJECTİON MOLDİNG MACHİNE BORCHE 260T(SECOND HAND) – Çindən 28.900 (iyirmisəkkiz min doqquz yüz) manata gətirilmişdir, Şəmkir rayonuna 42.500 (qırx ikimin beş yüz) manata satılmışdır; 31. 10,902 kq. YGB nömrəsi **********6036 olan Metal, qəlib üçün METAL MANUFACTURİNG STEEL VARİOUS DİMENSİONS – Türkiyədən 55.600 (əlli beş min altı yüz) manata alınaraq emal edilərək 4 ədəd qəlib düzəldilərək ümumi 103.700 (yüz üç min yeddi yüz) manata satılmışdır; 32. 6 ədəd YGB nömrəsi **********3032 olan Qəliblər İNJEKSİYON AVADANLİQ UCUN QƏLİB – cavabdeh özü başqa adamla İrandan alıb satıb; 33. 2 ədəd YGB nömrəsi **********6699 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET – Türkiyədən 1 ədədi 3525 ABŞ dollarına, 2 ədədi 7050 (yeddi min əlli) ABŞ dollarına alınmışdır, 1 ədədi 9000 ABŞ dollarına, 2 ədədi 18.000 (on səkkiz min) ABŞ dollarına satılmışdır; 34. 1 ədəd YGB nömrəsi **********5639 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET – Çindən 1500 (bir min beş yüz) ABŞ dollarına alınmışdır;

35. 5 ədəd YGB nömrəsi **********6492 olan CNC üçün ucluq CNC UCLUQ 12MM ELMAS FREZE (F12 KÜRE KARBÜR Z2 L200); 36. 100 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ 6.5MM ELMAS MATKAP (16 EL 1.75); 37. 120 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ 6MM VHM-BOHLER (16 EL 11W 55 WHİTWORH DİN 259; 38. 50 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ CCMT060204HMJT3215- CCMTO060204PFKLP1150; 39. 200 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ CNMG120408NMKLP2355; 40. 50 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ DCMT 070204 S.M.UÇ(WNMX 080704); 41. 900 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ DNMG150608NFKLP2365 və 42. 100 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ KNUX 160405R11 S.M. UÇ (WNMX 080708) – Türkiyədən 10050 (on min əlli) ABŞ dollarına alınıb, 20.032,63 (iyirmi min otuz iki manat 63 qəpik) manata "xxxx" MMC-yə satılmışdır; 43. 1 ədəd YGB nömrəsi **********1848 olan Erezyon dəzgahı CHARMİLLES HD10 TEL EROZYON TEZGAHİ – Türkiyədən 7000 (yeddi min) ABŞ dollarına alınmışdır; 44. 1 ədəd YGB nömrəsi **********0220 olan Drabilka "PC-600” modelli plastik tullantılarının xırdalanması üçün avadanlıq CHRUSHER – Alınıb gətirilməsinə 8000 (səkkiz min) ABŞ dollar xərclənmişdir;

45. 1 ədəd YGB nömrəsi **********0220 olan Yükləyici “FH-800G” AUTO LOADER polimer dənələr üçün vakkumlu monobloklu qaldırıcı qurğu – yoxdur; 46. 1 ədəd YGB nömrəsi **********0220 olan Quruducu HOPPER DRYER Polimer materialları üçün bunkerli quruducu – yoxdur; 47. 1 ədəd YGB nömrəsi **********5687 olan Yükləyici “FH-800G” AUTO LOADER polimer dənələr üçün vakkumlu monobloklu qaldırıcı qurğu – yoxdur; 48. 1 ədəd YGB nömrəsi **********5687 olan Quruducu HOPPER DRYER Polimer materialları üçün bunkerli quruducu – yoxdur; 49. 1 ədəd YGB nömrəsi **********5687 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 3 QƏLİB ARLEX İLƏ GƏLƏN ÇİN – Çindən 4500 ABŞ dollarına alınıb, 4500 ABŞ dollarına satılıb. STP-ə satılıb; 50. 15,000 kq. YGB nömrəsi MT2408 10542878 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ – 11250 (on bir min iki yüz əlli) manata alınıb yeşik emal olunaraq 22500 (iyirmi iki min beş yüz) manata satılmışdır;

51. 21,000 kq. YGB nömrəsi **********1248 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ – 13650 (on üç min altı yüz əlli) manata alınıb emal olunaraq 105000 ədəd yeşik 31500 (otuz bir min beş yüz) manata satılmışdır; 52. 4 ədəd YGB nömrəsi EBEB 481402 olan Yağ dəzgahlar üçün TRANSPARENT A BDN18 KG yağ SLA 4 ədəd – yoxdur, istifadə olunmuşdur; 53. 5 ədəd YGB nömrəsi EBEC 130920 olan Yağ dəzgahlar üçün HİDROTEXBS 46 180 KQ yağ SLA – yoxdur, istifadə olunmuşdur; 54. 1 ədəd YGB nömrəsi MT4106 10776167 olan Yağ dəzgahlar üçün HİDROTEX BS 22 15 KQ yağ SLA – yoxdur, istifadə olunmuşdur; 55. 5 ədəd YGB nömrəsi MT2411 10333346 olan Yağ dəzgahlar üçün WAYLUB 5 TNK 16 KQ yağ SLA – yoxdur, istifadə olunub; 56. 1 ədəd YGB nömrəsi MT2402 00387481 olan Printer HP 290 G4 PC printer – cavabdehin ofisində; 57. 1 ədəd YGB nömrəsi EK/0125 CNC olan dəzgahı WELLON WMC 1160 CNC – EL Rado MMC-dən Samir 40.000 (qırx min) ABŞ dollarına almışdır. 20.000 ABŞ dolları Samir ödəyib, 20.000 ABŞ dollarını borcludur. 58. 1 ədəd İnjeksion (550 T), 1 ədəd Elektrik pano, 1 ədəd Çiller (32HB), 1 ədəd qırıcı – 198.594 (bir yüz doxsan səkkiz min beş yüz doxsan dörd) manata Göyçay rayonu Soltanov Ziyad adlı şəxsə (tel: ***-***-**-**) satılmışdır. Təxminən bir neçə ay öncə iddiaçıya məlum olmuşdur ki, cavabdeh MMC-in direktoru Cavabdeh2 biznes şərikliyi barədə razılıqlarını pozaraq ondan xəbərsiz bir sıra avadanlıqları sataraq pulunu özünə götürmüş, işi düzgün yerinə yetirmədiyinə görə istehsal prosesi dayanmış, hətta icarə əsasında istehsal prosessini həyata keçirdikləri obyektin sahibi onu həmin ərazidən kənarlaşdırmışdır. Bununla bağlı ayrı məhkəmə mübahisəsi də mövcuddur. Bundan sonra iddiaçı cavabdeh MMC-in direktoru Cavabdeh2la şərikliyə son qoymuşdur. İddiaçı cavabdeh MMC-in direktoru Cavabdeh2 tərəfindən aldadılıb külli miqdarda zərərə düçar olduğu üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Onun müraciəti əsasında Sabunçu RPİ-də araşdırma aparılmış, məsələ mülki xarakterli olduğu üçün iddiaçıya mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Araşdırma çərçivəsində izahatı alınmış cavabdeh MMC-in direktoru Cavabdeh2 iddiaçı ilə istehsal avadanlıqlarının alqı-satqısı, eyni zamanda bəzi istehsal avadanlıqları ilə müxtəlif məhsulların istehsalı və satışı ilə bağlı sahədə biznes qurmaq barədə şərik olduqlarını etiraf etmişdir. İddiaçının cavabdeh MMC-in direktoru Cavabdeh2la biznes şərikliyi dövründə alınmış avadanlıqlardan aşağıda qeyd olunanlar satılmış və satışdan əldə olunmuş pul vəsaitinin yarısı İddiaçı verilməli olduğu halda verilməmişdir. 1. 1 ədəd YGB nömrəsi **********0174 olan ALCK0640 CNC dəzgahı – Çindən alınıb gətirilməsinə 15.000 (on beş min) manat xərclənmişdir. 25.000 (iyirmi beş min) manata Rövşən adlı şəxsə (051 225-00-70) satılmışdır; 2. 1 dəst YGB nömrəsi **********1011 olan İnjeksiyon dəzgahı PLASTİC İNJECTİON MOLDİNG MACHİNE HAİTİAN-MA4700-İİ/2950– Çindən alınıb gətirilməsinə 57.000 (əlli yeddi min) manat xərclənmişdir, 107.000 (yüz yeddi min) manata Ruslan Cahangirov adlı şəxsə (050 288- 66-16) satılmışdır; 3. 1 ədəd YGB nömrəsi **********9435 olan Pano CHİLLER BESLEME PANOSU – Gürcüstandan alınıb gətirilməsinə 3800 (üç min səkkiz yüz) manat xərclənmişdir. 6800 (altı min səkkiz yüz) manata Ruslan Cahangirov adlı şəxsə (050 288- 66-16) satılmışdır; 4. 7 ədəd **********5470 Plastik təkərli yeşik BOAT 5500 WİTH WHEELS 5500K WHEELED, GREY YEŞİKLƏR ESKA PLASTİK – Türkiyədən cavabdeh tərəfindən alınıb, 2550 (iki min beş yüz əlli) manat Samir tərəfindən tır şoferinə gətirilmə xərci üçün pul verilmişdir. Cavabdeh STP-də saxlayır; 5. 4 ədəd YGB nömrəsi **********7483 olan Qəliblər PLASTİK EMALİ ÜÇÜN QƏLİB HİSSƏLƏRİ – İrandan 6800 (altı min səkkiz yüz) manata alınaraq emaledildikdən, yəni Samir tərəfindən qəlib düzəldildikdən sonra 68.000 (altmış səkkiz min) manata El Fruits şirkətinə Mamed adlı şəxsə satılmışdır (050 711-38-00); 6. 11,000 kq. YGB nömrəsi **********7483 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ – 8800 (səkkiz min səkkiz yüz) manata alınaraq emal edildikdən, yəni meyvə yeşiyi düzəldildikdən sonra 7000 (yeddi min) manata HG Group MMC-yə (Günel Zeynalzadə *** *** ** **) satılmışdır və Ulu Agro MMC-yə 14000+7700=21700 ədəd meyvə yeşiyi 19500 (on doqquz min beş yüz) manata satılmışdır; 7. 1 ədəd YGB nömrəsi **********8162 olan Çiller soyuducu RCMC-60 COOLİNG TOOL CHİLLER - 6000 (altı min) ABŞ dollarına Şəmkirə satılıb; 8. 2 ədəd YGB nömrəsi **********8162 olan SOBA – 2 soba 1000 (bir min) manata alınıb, 2000 (ikimin) manata Mingəçevir rayonuna satılıb; 9. 1 ədəd YGB nömrəsi **********7722 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES - Gürcüstandan gətirilməsinə 51.000 (əlli bir min) manat xərclənmişdir, 107.000 (yüz yeddimin) manata Şəmkir rayonuna satılıb; 10. 1 ədəd YGB nömrəsi **********7722 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 2 QƏLİB TSP İLƏ GƏLƏN GÜRCÜSTANDAN – Gürcüstandan 11.000 manata gətirilib Samir tərəfindən təmir edilərək 34.000 (otuz dörd min) manata satılıb; 11. 1 ədəd YGB nömrəsi **********7722 olan Drabilka PLASTİC SHREDDER RG5680 – Çindən 9000 (doqquz min) manata gətirilərək Şəmkir rayonuna 20.000 (iyirmimin) manata satılıb; 12. 1 ədəd YGB nömrəsi **********4159 olan İnjeksiyon dəzgahı PLASTİC İNJECTİON MOLDİNG MACHİNE BORCHE 260T(SECO HAND) – Çindən 28.900 (iyirmi səkkiz min doqquz yüz) manata gətirilmişdir, Şəmkir rayonuna 42.500 (qırx ikimin beş yüz) manata satılmışdır; 13. 10,902 kq. YGB nömrəsi **********6036 olan Metal, qəlib üçün METAL MANUFACTURİNG STEEL VARİOUS DİMENSİONS – Türkiyədən 55.600 (əlli beş min altı yüz) manata alınaraq emal edilərək 4 ədəd qəlib düzəldilərək ümumi 103.700 (yüz üç min yeddi yüz) manata satılmışdır; 14. 2 ədəd YGB nömrəsi **********6699 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET – Türkiyədən 1 ədədi 3525 ABŞ dollarına, 2 ədədi 7050 (yeddi min əlli) ABŞ dollarına alınmışdır, 1 ədədi 9000 ABŞ dollarına, 2 ədədi 18.000 (on səkkiz min) ABŞ dollarına satılmışdır; 15. 5 ədəd YGB nömrəsi **********6492 olan CNC üçün ucluq CNC UCLUQ 12MM ELMAS FREZE (F12 KÜRE KARBÜR Z2 L200); 16. 100 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ 6.5MM ELMAS MATKAP(16 EL 1.75); 17. 120 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ 6MM VHM-BOHLER (16 EL 11W 55 WHİTWORH DİN 259; 18. 50 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ CCMT060204HMJT3215- CCMTO060204PFKLP1150; 19. 200 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ CNMG120408NMKLP2355; 20. 50 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ DCMT 070204 S.M.UÇ(WNMX 080704); 21. 900 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ DNMG150608NFKLP2365 və 22. 100 ədəd YGB nömrəsi **********6492olan CNC UCLUQ KNUX 160405R11 S.M. UÇ (WNMX 080708) – Türkiyədən 10050 (on min əlli) ABŞ dollarına alınıb, 20.032,63 (iyirmi min otuz iki manat 63 qəpik) manata "xxxx" MMC-yə satılmışdır; 23. 1 ədəd YGB nömrəsi **********5687 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 3 QƏLİB ARLEX İLƏ GƏLƏN ÇİN – Çindən 4500 ABŞ dollarına alınıb, 4500 ABŞ dollarına satılıb. STP-ə satılıb; 24. 15,000 kq. YGB nömrəsi MT2408 10542878 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ – 11250 (on bir min iki yüz əlli) manata alınıb yeşik emal olunaraq 22500 (iyirmi ikimin beş yüz) manata satılmışdır; 25. 21,000 kq. YGB nömrəsi **********1248 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ – 13650 (on üç min altı yüz əlli) manata alınıb emal olunaraq 105000 ədəd yeşik 31500 (otuz bir min beş yüz) manata satılmışdır; 26. 1 ədəd İnjeksion (550 T), 1 ədəd Elektrik pano, 1 ədəd Çiller (32HB), 1 ədəd qırıcı – 198.594 (bir yüz doxsan səkkiz min beş yüz doxsan dörd) manata Göyçay rayonu Soltanov Ziyad adlışəxsə (tel: ***-***-**-**) satılmışdır. Bu səbəbdən yuxarıda sadalanan avadanlıqların (25000 manat + 107000 manat + 6800 manat + 68000 manat + 7000 manat + 19500 manat + 6000$ (10200 manat) + 2000 manat + 107000 manat + 34000 + 20000 manat + 42500 manat + 103700 manat + 18000$ (30600 manat) + 20.032,63 manat + 4500 $ (7650 manat) + 22500 manat + 31500 manat + 198594 manat = 863576,63 manat) 863.576,63 (səkkiz yüz altmış üç min beş yüz yetmiş altı manat 63 qəpik) manat satış qiymətinin yarısı, yəni 431.788,30 (dörd yüz otuz bir min yeddi yüz səksən səkkiz manat 30 qəpik) manat, həmçinin 2550 (iki min beş yüzəlli) manat Samir tərəfindən tır şoferinə avadanlığın gətirilmə xərci üçün verilmiş pul olmaqla,cəmi 434.338,30 (dörd yüz otuz dörd min üç yüz otuz səkkiz manat 30 qəpik) manat cavabdehlərdən alınaraq iddiacıya verilməlidir. Həmçinin aşağıda qeyd olunan avadanlıqlar İddiaçı Cavabdeh1 MMC-in direktoru Cavabdeh2la biznes şərikliyi dövründə alınmışdır. 1. 1 ədəd YGB nömrəsi **********0842 olan “SCHMİD” marka VMC1000 model CNC dəzgahı – Türkiyədən alınıb gətirilməsinə 30.000 (otuz min) manat xərclənmişdir; 2. 1 dəst YGB nömrəsi **********2806 olan “GETTEC” CNC MACHİNE VMC-1580L Second hand CNC dəzgahı – Çindən alınıb gətirilməsinə 77.000 (yetmiş yeddi min) manat xərclənmişdir; 3. 1 dəst YGB nömrəsi **********5210 olan CHARMİLLES 310 TEL EROZYON TEZGAHİ – Türkiyədən alınıb gətirilməsinə 51.000 (əlli bir min) manat xərclənmişdir; 4. 1 ədəd YGB nömrəsi **********5210 olan Freze dəzgahı FREZE DƏZGAHİ 6P62 Türkiyədən alınıb gətirilməsinə 3500 (üç min beş yüz) manat xərclənmişdir; 5. 5 ədəd YGB nömrəsi **********7483 olan Motorlar ELEKTRİK MOTOR VƏ VASİTƏLƏRİ – İrandan alınıb gətirilməsinə 1020 (bir min iyirmi) manat xərclənmişdir; 6. 1 ədəd YGB nömrəsi **********7483 olan Pano PLASTİK CNC AVADANLİĞİNİN İDARƏETMƏ PANELİ VƏ MONİTORU – İrandan alınıb gətirilməsinə 255 (iki yüzəlli beş) manat xərclənmişdir; 7. 1 ədəd YGB nömrəsi **********6376 olan Çiller soyuducu PAKET TİP SOĞUTMA CİHAZİ CHİLLER AREF – gətirilib işlək vəziyyətə salınmasına 17000 (on yeddi min) manat xərclənmişdir; 8. 1 ədəd YGB nömrəsi **********8162 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES – Gürcüstandan 51.000 (əlli bir min) manata gətirilmişdir; 9. 1 ədəd YGB nömrəsi **********8162 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 1 QƏLİB TSP İLƏ GƏLƏN GÜRCÜSTANDAN – Gürcüstandan 11.000 (on bir min) manata gətirilib. Samir tərəfindən təmir edilərək işlək vəziyyətə gətirilib; 10. 1 ədəd YGB nömrəsi **********4159 olan Şlifovka dəzgahı GUİ BEİ Second hand Surface grinder machinery – Çindən 40.000 (qırx min) manata gətirilmişdir; 11. 1 ədəd YGB nömrəsi **********5639 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET – Çindən 1500 (bir min beş yüz) ABŞ dollarına alınmışdır; 1 ədəd YGB nömrəsi **********1848 olan Erezyon dəzgahı CHARMİLLES HD10 TEL EROZYON TEZGAHİ – Türkiyədən 7000 (yeddi min) ABŞ dollarına alınmışdır; 13. 1 ədəd YGB nömrəsi **********0220 olan Drabilka "PC-600” modelli plastik tullantılarının xırdalanması üçün avadanlıq CHRUSHER – Alınıb gətirilməsinə 8000 (səkkiz min) ABŞ dollar xərclənmişdir; 14. 1 ədəd YGB nömrəsi EK/0125 CNC olan dəzgahı WELLON WMC 1160 CNC – EL Rado MMC-dən Samir 40.000 (qırx min) ABŞ dollarına almışdır. 20.000 ABŞ dolları Samir ödəyib, 20.000 ABŞ dollarını borcludur. Bu səbəbdən yuxarıda sadalanan avadanlıqlar iddiacı İddiaçı ilə Cavabdeh1 MMC-in direktoru Cavabdeh2 arasında bərabər bölünməli, bu mümkün olmadıqda isə həmin avadanlıqların ümumi dəyərini təşkil edən (30.000 manat + 77.000 + 51.000 + 3.500 manat + 1.020 manat + 255 manat + 17.000 manat + 51.000 manat + 11.000 manat + 40.000 manat + 2.550 manat + 11.900 manat + 13.600 manat + 68.000 manat = 377.825) 377.825 (üç yüz yetmiş yeddi min səkkiz yüz iyirmi beş) manatın yarısı, yəni 188915,50 (bir yüz səksən səkkiz min doqquz yüz on beş manat 50 qəpik) cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Həmçinin bildirmişdir ki, İddiaçı ilə X16 arasında 17 yanvar 2022-ci il tarixdə Daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən ünvan 1i ünvanında yerləşən qeyriyaşayış sahəsinin 800 kv.m-iaylıq 2400 manat olmaqla İddiaçı istifadəsinə verilmiş və bugünədək sözügedən avadanlıqlar İddiaçı icarəyə götürdüyü qeyri-yaşayış sahəsində onlar tərəfindən istifadə olunmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 MMC və onun direktoru Cavabdeh2la şərikliyə sonuncuların qanunsuz hərəkətləri nəticəsində son qoyulduğundan cavabdehlər tərəfindən avadanlıqların satışından əldə olunmuş 863576,63 (səkkiz yüz altmış üç min beş yüz yetmiş altı manat 63 qəpik) manat satış qiymətinin yarısı, yəni 431788,30 (dörd yüz otuz bir min yeddi yüz səksən səkkiz manat 30 qəpik) manat, həmçinin 2550 (iki min beş yüz əlli) manat İddiaçı tərəfindən tır şoferinə avadanlığın gətirilmə xərci üçün verilmiş pul olmaqla, cəmi 434338,30 (dörd yüz otuz dörd min üç yüz otuz səkkiz manat 30 qəpik) manat, habelə yuxarıda sadalanan avadanlıqlar iddiacı ilə cavabdeh MMC-in direktoru İ,Orucov arasında bərabər bölünməli, bu mümkün olmadıqda isə həmin avadanlıqların ümumi dəyərini təşkil edən 377825 (üç yüz yetmiş yeddi min səkkiz yüz iyirmi beş) manatın yarısı, yəni 188915,50 (bir yüz səksən səkkiz min doqquz yüz on beş manat 50 qəpik), eyni zamanda iddiaçının şərikli biznes fəaliyyəti üçün çəkdiyi ümumilikdə 650.000 (altı yüz əlli min) manat puldan avadanlıqlara görə tələb edilən məbləğlər (434.338,30 manat + 188915,50 manat = 623.253,80) çıxıldıqdan sonra qalıq qalmış 26.746,2 (iyirmi altı min yeddi yüz qırx altı manat 20 qəpik) manat cavabdehlər MMC-dən və İ,Orucovdan birgə qaydada tutularaq iddiaçıya verilməlidir. Bundan başqa, iddiaçı cavabdeh MMC-in direktoru Cavabdeh2la birlikdə vətəndaş X13 ilə ünvan 1i ərazisində yerləşən 0,39 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində alqısatqı müqaviləsi bağlayaraq 30.000 (otuz min) manata almışlar. Bundan sonra iddiaçı öz şəxsi vəsaiti hesabına həmin ərazidə 86.000 (səksən altımin) manat məbləğində tikinti tikmişdir. Həmin tikintidə işlədilməsi üçün iddiaçı tərəfindən Cavabdeh2 adına transformator alınmış, həmin transformatorun ödənişi, yəni 77000 (yetmiş yeddi min) manat pul iddiaçı və MMCin direktoru Cavabdeh2 tərəfindən ödənilmişdir. Hesab edir ki, ünvan 1i ərazisində yerləşən 0,39 ha torpaq sahəsinin alınmasına çəkilən 30.000 (otuz min) manat pulun yarısı, yəni 15000 manat, həmin torpaq sahəsində İddiaçı şəxsi vəsaiti hesabına inşa etdiyi tikilinin dəyəri, yəni 86.000 (səksən altı min) manat tam olaraq, habelə transformatorun alınmasına ödənilmiş 77000 (yetmiş yeddi min) manatın yarısı, yəni 38.500 (otuz səkkiz min beş yüz) manat Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-2269/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Kərim Xudayev) ilə iddia tələbi təmin edilməmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, şikayətin dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı 2021-ci ildə "xxxx" MMC-də zavod direktoru işlədiyi dövrdə həmin MMC-nin sahibi Elnur Cəmillinin ona qəlib sifarişi verməsi nəticəsində əvvəlki iş yoldaşı Ağanın vasitəçiliyi ilə hazırki iş üzrə Cavabdeh2 ilə tanış olur. Cavabdeh özünün olduğunu iddia etdiyi Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsini iddiaçıya 1 aylıq 3000 (üç min) manata icarəyə verir. Bu dövrdə O.İsmayıl özünün qəlib sifarşlərini də A.Samirin düzəltməsi qarşılığında şərik olmağı təklif etmiş və onlar gəlirə şərik olmuşlar. 2022-ci ilin əvvəllərində qapıçının onları içəri buraxmaması ilə məlum olur ki, O.İsmayılın özünün olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsi əslində Taleh İmanovundur və cavabdehin ona həmin 100 kv.m qeyri-yaşayış sahəsinə görə 2 illik borcu var və ona bir çox maddi ziyan vurmuşdur. A.Samir O.İsmayılın borcunu ödəmiş, İmanov Talehlə xx/xx/2024 saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqavilə ilə 800 kv.m sahəni icarəyə götürmüş və 100 kv.m sahəni də MMC-nin adında saxlamışlar ki, xaricdən avadanlıq gətirmək mümkün olsun. 2022-ci ilin əvvəllərinə kimi hazırlanmış qəliblərdən 150.000 (bir yüz əlli min) manat mənfəət əldə olunmuş, onun 110.000 (bir yüz on min) manatını İsmayıl, 40.000 (qırx min) manatını isə Samir götürmüş, İsmayılın artıq götürdüyü məbləğ borc olaraq hesablanmışdır. 2022-ci ilin əvvəllərində yeşik istehsalına da başlanılmış, A.Samir Türkiyəyə gedərək 1 ədəd YGB nömrəsi **********0842 olan “SCHMİD” marka VMC1000 model CNC dəzgahı (Türkiyədən alınıb gətirilməsinə 30.000 (otuz min) manat xərclənmiş) alıb gətirmişdir. O.İsmayılın A.Samirə çoxlu borcu olduğundan, ona avadanlıq alqı-satqısı üçün və ümumi biznes şərikliyi təklif etmişdir. Hətta 2021-ci ilə qədər Cavabdeh1 MMC ləğv olunma vəziyyətində olmuş, 2022ci ildən A,Samir bütün işləri MMC-nin adından aparması nəticəsində inkişaf etmişdir. O.İsmayıl MMC-də direktor olmuş, yalnız 2023-cü ildə O.İsmayılın MMC-nin təsisçisinə olan 20.000 ABŞ dolları borcunu A.Samir ödədikdən sonra İsmayıl təsisçi olmuşdur. 2024cü ilin iyulayında A.Samirə MMC-yə təsisçi olması təklif olunmuş, MMC-nin mühasib işlərini aparan Ağaəli ona ərizə göndərərək notarial qaydada təsdiq etməsini və Kapital Bankda təsisçi kimi 50 (əlli) manat nizamnamə kapitalı qoymasını bildirmişdir. Bütün bunlar məhkəməyə təqdim olunan flaşkartda mühasib Ağaəli ilə Samirin təsisçi olma və bölgü barədə danışıqlarında öz əksini tapmışdır. 2024-cü ilin sonuna yaxın A.Samir O.İsmayıl qanunsuz işləri və şirkəti borclu vəziyyətə salması səbəbindən təsisçi olmaq istəməmişdir. O.İsmayıl qardaşı Əfsun və mühasib Ağaəli vasitəsilə bölgü barədə A.Samirlə danışıqlar aparmışdır. Həmin danışıqlar da məhkəməyə təqdim olunan flaşkartda öz əksini tapır. Araşdırma çərçivəsində izahatı alınmış cavabdeh MMC-nin direktoru Cavabdeh2 iddiaçı ilə istehsal avadanlıqlarının alqı-satqısı, eyni zamanda bəzi istehsal avadanlıqları ilə müxtəlif məhsulların istehsalı və satışı ilə bağlı sahədə biznes qurmaq barədə şərik olduqlarını etriaf etmişdir. Həmçinin, Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatına əsasən, Cavabdeh2 İddiaçı ona ortağı kimi təqdim etmişdir; şahid qismində dindirilmiş X3 izahatına əsasən, işçilər İddiaçı Cavabdeh2 şəriki olduğunu bildirmişlər, ona bütün ödənişlər də İddiaçı tərəfindən edilmişdir. X2 xx.xx.2025ci il tarixli izahatında bildirmişdir ki, Cavabdeh2 onu İddiaçıla tanış etmiş və onu şəriki kimi tanıtmışdır. Onlar bir müddət bərabər işləmişlər və X20 və Samir arasında şərikliklə əldə olunmuş avadanlıqların bölünməsində mübahisə yarandığına şahid olmuş, hətta İsmayıla şərikliyi sülh yolu ilə bitirməyi, şərikliklə əldə olunmuş avadanlıqları və əldə edilmiş qazancı düzgün bölməyi təklifetmişdir. Lakin İsmayıl ona bu məsələyə qarışmamasını bildirmişdir. X10 xx.xx.2025-ciil tarixli izahatında bildirmişdir ki, Samiri şirkətin müdiri kimi tanımış, onun iş yerində həftədə 1-2 dəfə olmaqla ayda 8-10 dəfə getmiş, həmin müddətdə İsmayılı çox az görmüşdür. Hətta əvvəlcə İsmayılı işçi kimi tanımış,sonradan ona bildirmişlər ki, Samirin şəriyidir. X21 xx.xx.2025-ci il tarixli izahatında əvvəllər Samirlə iş yoldaşı olmuşlar. Sonradan 2021-ci ildə Samirin özüə iş qurduğunu, onun ortağı olduğu Cavabdeh1 MMCyə getdiyini və orada Samirin ortağı olan İsmayılla tanış olduğunu bildirmişdir. Babayev Xalid izahatında bildirmişdir ki, İddiaçıla işləmiş, bütün sifarişləri və ödənişləri ona etmişdir. Samirin ortağı İsmayılı şifahi olaraq tanımış, onla heç bir danışıq, müzakirə aparmamış və ödəniş etməmişdir. Həmçinin, İsmayılı əvvəlcədən tanıdıqlarını, sözünə düz adam olmadığını bildiklərini və onunla işləməyəcəklərini bildirmişdir. Əlipaşayev Talehin, Məcidov Təbrizin, Babayev Mənsurun, Babayev Xalidin izahatları məhkəmə qətnaməsində göstərilməmişdir. MMC-nin mühasibi Ağaəli ilə Samirin təsisçi olma və bölgü barədə danışıqları və O.İsmayılın qardaşı Əfsun və mühasib Ağaəli vasitəsilə bölgü barədə A.Samirlə apardığı danışıqlar da məhkəməyə təqdim olunmuş flaşkartda öz əksini tapmışdır. Eyni zamanda İddiaçı Türkiyədən aldığı avadanlıqlara dair sənədlər vəyazışmalar, ödəniş əməliyyatları, alınan avadanlıqlar barədə məlumatlara dair yazışmalar iş materiallarında öz əksini tapmışdır. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini kobud şəkildə pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi və əlavə etdi ki, "xxxx" MMC-də işlədiyi dövrdə əvvəlki iş yoldaşı Ağanın vasitəçiliyi ilə Cavabdeh2 ilə tanış olub və özünün olduğunu iddia etdiyi Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsini ona 1 aylıq 3000 (üç min) manata icarəyə verdi. O özünün qəlib sifarşlərini də onun düzəltməyi qarşılığında şərik olmağı təklif etdi və o da qəbul etdi. 2022-ci ilin əvvəllərinə kimi hazırlanmış qəliblərdən 150.000 (bir yüz əlli min) manat mənfəət əldə ediblər, onun 110.000 (bir yüz on min) manatını İsmayıl, 40.000 (qırx min) manatını isə o götürüb. İsmayılın artıq götürdüyü məbləğ borc olaraq hesablanmışdır. 2022-ci ilin əvvəllərində yeşik istehsalına da başlayıblar. O, Türkiyəyə gedərək 1 ədəd YGB nömrəsi **********0842 olan “SCHMİD” marka VMC1000 model CNC dəzgahı alıb gətirib. İsmayılın ona çoxlu borcu olduğundan, ona avadanlıq alqı-satqısı üçün və ümumi biznes şərikliyi təklif etdi. 2022-ci ildə şirkəti o idarə edib. 2023 və 2024-cü illərdə İsmayıl gəldikdən sonra audit şirkətinə müraciət ediblər. 2024-cü ildə müştərilərə 250.000-300.000 manat məbləğində borcları yarandı. Rayon Məhkəməsində işə baxılan zaman şahid qismində dindirilən Şahid da öz ifadəsində onlara 22.000 dollar pul verdiyini qeyd etmişdir. İsmayıl pulu götürüb borcları ödəyəcəyini və faizləri aralarında böləcəklərini dedi. Lakin daha sonra pul köçmələri ilə bağlı hesabat təqdim edilmədi, sonra isə şəriklik münasibətləri pozuldu və 530.000 manat məbləğində ona borcları yarandı.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi, əlavə olraq qeyd etdi ki, əvvəlki vəkil bir sıra şəxslərin şahid qismində dindirilməsi ilə bağlı şifahi vəsatətlər verməsinə baxmayaraq, həmin şəxslərin Azərbaycan Respublikasından kənarda yaşadıqları üçün əlaqə saxlanıla bilməmişdir. Rayon məhkəməsi maddi və prosessual normaları pozmuş, araşdırılmış sübutlara güzgün qiymət verməmiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında cavabdeh MMC-in nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq da göstərdi ki, iddiaçı cavabdehlərlə şərikli olduğunu bildirir, lakin işin müəyyən olunmuş halı ondan ibarətdir ki, iddiaçı cavabdeh MMC ilə əmək münasibətlərində olmuş, icraçı direktor vəzifəsində işləmiş, onun iddia ərizəsində özü tərəfindən əldə edildiyini qeyd etdiyi avadanlıqların da MMC-in vəsaitləri hesabına və MMC-in adına alındığı rəsmi sübutlarla təsdiq olumuşdur, bütün bunlar isə iddia tələblərinin əsassız olduğunu göstərir.

9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və digər cavabdeh MMC-in nümayəndəsinin izahatında bildirdiklərini təsdiq edərək, göstərdi ki, iddiaçı ilə iş əsnasında münasibətləri yaranmış, onun çalışdığı sahə üzrə yaxşı mütəxəssis olduğunu öyrənmiş, iddiaçı ilə danışaraq onu özünün rəhbəri olduğu şirkətdə işlə təmin etmiş, sonra iddiaçı icraçı direktor olmuş, şirkətin cari işləri ilə məşğul olmuş, səfərlərə getmiş, sərgilərdə iştirak etmiş, şirkətin adından avadanlıqların alınıb gətirilməsi və bu kimi işlərlə məşğul olmuş və müvafiq əmək haqqı almışdır, iddiaçının onunla şərik olması barədə bildirdikləri uydurma mülahizələrdir, iddiaçı əslində başqa şəxslərlə əlbir olub onun biznesini ələ keçirmək istəyir. Sübutların tədqiqi:

10. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0,39 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X5 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

11. X16 (icarəyəverən) ilə İddiaçı (icarəçi) arasında bağlanmış 01/01/24 saylı, 17 yanvar 2022-ci il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqaviləyə əsasən “icarəyəverən”in istifadəsində olan ünvan 1i ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin 800 kv.m.-ni “icarəçinin” istifadəsinə verməyi, “icarəçi” isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş icarə haqqı məbləğini “icarəyə verən”ə ödəməyi öhdəsinə götürmüşdür.

12. “Satıcı” "xxxx" QSC ilə “alıcı” "xxxx" MMC arasında bağlanmış 04-01/22 saylı, 21 yanvar 2022-ci il tarixli avtomobilin alqı-satqı müqaviləsinə əsasən bu müqavilənin predmetini 2021-ci il istehsalı 1 (bir) ədəd, qara rəngli, HAVAL F7x markalı, Universal tipli, VİN: XZGFF06A4MA607321, Mühərrik № 20A3123145, avtomobili (gələcəkdə müqavilədə avtomobil kimi adlandırılacaq), həmçinin avtomobilin texniki sənədlərinin və ləvazimatlarının “Satıcı” tərəfindən “Alıcı”mn mülkiyyətinə verilməsi, tələb olunduqda “Satıcı” tərəfindən zəmanət dövrü vaxtında xidmətlərin göstərilməsi, zəruri işlərinin görülməsi (gələcəkdə müqavilədə “işlər” kimi adlandırılacaq), “Alıcı” tərəfindən isə bu avtomobillərin və işlərin haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir.

13. “Satıcı” "xxxx" MMC-nin direktoru Cavabdeh2 ilə “alıcı” X11 arasında bağlanmış 24/2022 saylı, 24 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqaviləyə əlavə edilmiş “Təsnifat”da göstərilən miqdarda və keyfiyyətdə məhsulu alıcıya satmağı, alıcı isə həmin məhsulu kəmiyyətinə uyğun olaraq “Təsnifat”da göstərilən miqdarda, qiymətdə və müddətə qəbul edir.

14. “Satıcı” X14 ilə “alıcılar” Cavabdeh2 və İddiaçı arasında bağlanmış AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,39 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə alıcılar Cavabdeh2 və İddiaçı mülkiyyətinə vermişlər.

15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0,39 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

16. Satıcı "xxxx" MMC ilə alıcı "xxxx" MMC arasında bağlanmış 0103/24 saylı, 01 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqaviləyə əlavə edilmiş “Təsnifat”da göstərilən miqdarda və keyfiyyətdə məhsulu alıcıya satmağı, alıcı isə həmin məhsulu kəmiyyətinə uyğun olaraq “Təsnifat”da göstərilən miqdarda, qiymətdə və müddətə qəbul edir.

17. Satıcı Cavabdeh2 ilə alıcı X4 arasında bağlanmış 0205/24 saylı, 02 may 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqaviləyə əlavə edilmiş “Təsnifat”da qeyd edilən xidməti alıcıya göstərməyi, alıcı isə həmin xidmətin müqabilində “Təsnifat”da göstərilən məbləği ödəməyi öz üzərinə götürür.

18. Alıcı "xxxx" MMC ilə satıcı "xxxx" MMC arasında bağlanmış EK/2324 saylı, 02 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı satır, alıcı isə “Wellon” WMC 1160 markalı, 3 oxlu CNC frez avadanlığı satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokollarında razılaşdırılmış vahidin qiymətinə əsasən müvafiq məbləği ödəyir.

19. Gəncə Kommersiya Məhkəməsinin 16(115)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilərək, ünvan 1i ərazisində yerləşən qeyriyaşayış sahəsindəki Cavabdeh1 MMC-yə məxsus 1 ədəd YGB nömrəsi **********0842 olan "SCHMİD" marka VMC1000 model CNC dəzgahı, 1 dəst YGB nömrəsi **********2806 olan "GETTEC" CNC MACHİNE VMC1580L Second hand CNC dəzgahı, 1 ədəd YGB nömrəsi **********0174 olan ALCK0640 CNC dəzgahı, 1 dəst YGB nömrəsi **********1011 olan İnjeksiyon dəzgahı PLASTİC İNJECTİON MOLDİNG MACHİNE HAİTİAN-MA4700- İİ/2950, 60 kq YGB nömrəsi **********5210 olan Erezyon dəzgahı EREZYON TELİ, 3 ədəd YGB nömrəsi **********5210 olan METAL KALİP PLAKA, 50 litr YGB nömrəsi **********5210 olan REÇİNE, 24 ədəd YGB nömrəsi **********5210 olan TEL EREZYON FİLTRESİ, 1 dəst YGB nömrəsi **********5210 olan CHARMİLLES 310 TEL EROZYON TEZGAHİ, 1 ədəd YGB nömrəsi **********5210 olan Freze dəzgahı FREZE DƏZGAHİ 6P62, 1 ədəd YGB nömrəsi **********9435 olan Pano CHİLLER BESLEME PANOSU, 7 ədəd **********5470 Plastik təkərli yeşik BOAT 5500 WİTH WHEELS 5500K WHEELED, GREY YEŞİKLƏR ESKA PLASTİK, 4 ədəd YGB nömrəsi **********7483 olan Motorlar ELEKTRİK MOTOR VƏ VASİTƏLƏRİ, 1 ədəd YGB nömrəsi **********7483 olan Pano PLASTİK CNC AVADANLİĞİNİN İDARƏETMƏ PANELİ VƏ MONİTORU, 4 ədəd YGB nömrəsi **********7483 olan Qəliblər PLASTİK EMALİ ÜÇÜN QƏLİB HİSSƏLƏRİ, 11,000 kq. YGB nömrəsi **********7483 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ, 1 ədəd YGB nömrəsi **********6376 olan Çiller soyuducu PAKET TİP SOĞUTMA CİHAZİ CHİLLER AREF, 1 ədəd YGB nömrəsi **********8162 olan Kabel KABEL TSP İLƏ GƏLƏN 40 METR, 1 ədəd YGB nömrəsi **********8162 olan Çən METAL RESERVOİR, 1 ədəd YGB nömrəsi **********8162 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES, 1 ədəd YGB nömrəsi **********8162 olan Çiller soyuducu RCMC-60 COOLİNG TOOL CHİLLER, 1 ədəd YGB nömrəsi **********8162 olan Kompressor NASOS PUMPCAS 5.5HP CAS 4.0HP, 1 ədəd YGB nömrəsi **********8162 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 1 QƏLİB TSP İLƏ GƏLƏN GÜRCÜSTANDAN, 2 ədəd YGB nömrəsi **********8162 olan SOBA, 1 ədəd YGB nömrəsi **********7722 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES, 1 ədəd YGB nömrəsi **********7722 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 2 QƏLİB TSP İLƏ GƏLƏN GÜRCÜSTANDAN, 1 ədəd YGB nömrəsi **********7722 olan Drabilka PLASTİC SHREDDER RG5680, 1 ədəd YGB nömrəsi **********2478 olan Qəliblər PLASTİC ENJECTİON MOLD AND EQUİPMENT BAKHSHALİ SHAHBAZİ ASTARA / İRAN, 1 ədəd YGB nömrəsi **********4159 olan Şlifovka dəzgahı GUİ BEİ Second hand Surface grinder machinery, 1 ədəd YGB nömrəsi **********4159 olan İnjeksiyon dəzgahı PLASTİC İNJECTİON MOLDİNG MACHİNE BORCHE 260T(SECOND HAND), 10,902 kq. YGB nömrəsi **********6036 olan Metal, qəlib üçün METAL MANUFACTURİNG STEEL VARİOUS DİMENSİONS, 6 ədəd YGB nömrəsi **********3032 olan Qəliblər İNJEKSİYON AVADANLİQ UCUN QƏLİB, 2 ədəd YGB nömrəsi **********6699 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET, 1 ədəd YGB nömrəsi **********5639 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET, 5 ədəd YGB nömrəsi **********6492 olan CNC üçün ucluq CNC UCLUQ 12MM ELMAS FREZE (F12 KÜRE KARBÜR Z2 L200), 100 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ 6.5MM ELMAS MATKAP(16 EL 1.75), 120 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ 6MM VHM-BOHLER (16 EL 11W 55 WHİTWORH DİN 259, 50 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ CCMT060204HMJT3215- CCMTO060204PFKLP1150, 200 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ CNMG120408NMKLP2355, 50 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ DCMT 070204 S.M.UÇ(WNMX 080704), 900 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ DNMG150608NFKLP2365, 100 ədəd YGB nömrəsi **********6492olan CNC UCLUQ KNUX 160405R11 S.M. UÇ (WNMX 080708), 1 ədəd YGB nömrəsi **********1848 olan Erezyon dəzgahı CHARMİLLES HD10 TEL EROZYON TEZGAHİ, 1 ədəd YGB nömrəsi **********0220 olan Drabilka "PC-600” modelli plastik tullatılarının xırdalanması üçün avadanlıq CHRUSHER, 1 ədəd YGB nömrəsi **********0220 olan Yükləyici “FH-800G” AUTO LOADER polimer dənələr üçün vakkumlu monobloklu qaldırıcı qurğu, 1 ədəd YGB nömrəsi **********0220 olan Quruducu HOPPER DRYER Polimer materialları üçün bunkerli quruducu, 1 ədəd YGB nömrəsi **********5687 olan Yükləyici “FH-800G” AUTO LOADER polimer dənələr üçün vakkumlu monobloklu qaldırıcı qurğu, 1 ədəd YGB nömrəsi **********5687 olan Quruducu HOPPER DRYER Polimer materialları üçün bunkerli quruducu, 1 ədəd YGB nömrəsi **********5687 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 3 QƏLİB ARLEX İLƏ GƏLƏN ÇİN, 15,000 kq. YGB nömrəsi MT2408 10542878 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ, 21,000 kq. YGB nömrəsi **********1248 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ, 4 ədəd YGB nömrəsi EBEB 481402 olan Yağ dəzgahlar üçün TRANSPARENT A BDN18 KG yağ SLA 4 ədəd, 5 ədəd YGB nömrəsi EBEC 130920 olan Yağ dəzgahlar üçün HİDROTEXBS 46 180 KQ yağ SLA, 1 ədəd YGB nömrəsi MT4106 10776167 olan Yağ dəzgahlar üçün HİDROTEX BS 22 15 KQ yağ SLA, 5 ədəd YGB nömrəsi MT2411 10333346 olan Yağ dəzgahlar üçün WAYLUB 5 TNK 16 KQ yağ SLA, 1 ədəd YGB nömrəsi MT2402 00387481 olan Printer HP 290 G4 PC printer 1 ədəd YGB nömrəsi EK/0125 CNC olan dəzgahı WELLON WMC 1160 CNC məhsul və avadanlıqların istifadəsinin cavabdeh "xxxx" MMCyə və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır.

20. 12 fevral 2025-ci il tarixli akta əsasən aktı imzalamış şəxslər ünvan 1i ərazisində yerləşən qeyri-yaşayış obyektində istehsal sahəsində çalışırlar. Onlar həmin işə İddiaçı tərəfindən qəbul edilmişlər, bütün işlərində tapşırıqları ondan almışlar, avadanlıqların sahibi kimi yalnız İddiaçı tanımışlar. Hazırda onların çalışdığı avadanlıqların üzərinə məhdudiyyət qoyulmuş və bu səbəbdən hazırda onlar işsiz qalmışlar.

21. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin İddiaçı ünvanladığı 17 fevral 2025-ci il tarixli cavab məktubuna əsasən müraciəti mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiq olduğu bildirilmişdir.

22. Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Samir Ağayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 aprel 2025-ci il tarixli qərarına əsasən X1, Rəsul Əhmədlinin, X9 və Cavabdeh2 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onlara mübahisənin həlli ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir.

23. Gəncə Apellyasiya Məhkəməsinin 16(104)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən maraqlı şəxs İddiaçı şikayəti təmin edilmiş, ərizəçi Cavabdeh1 şikayəti təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 03 fevral 2025-ci il tarixli e- 16(115)-4/2025 saylı qərardadı - ərizənin təmin edilməmiş hissəsində ləğv edilmiş və həmin hissədə yeni qərardad çıxarılaraq ərizə təmin edilmiş, Cavabdeh1 MMC-yə məxsus 1 ədəd YGB nömrəsi **********0842 olan "SCHMİD" marka VMC1000 model CNC dəzgahı, 1 dəst YGB nömrəsi **********2806 olan "GETTEC" CNC MACHİNE VMC-1580L Second hand CNC dəzgahı, 1 ədəd YGB nömrəsi **********0174 olan ALCK0640 CNC dəzgahı, 1 dəst YGB nömrəsi **********1011 olan İnjeksiyon dəzgahı PLASTİC İNJECTİON MOLDİNG MACHİNE HAİTİAN-MA4700-İİ/2950, 60 kq YGB nömrəsi **********5210 olan Erezyon dəzgahı EREZYON TELİ, 3 ədəd YGB nömrəsi **********5210 olan METAL KALİP PLAKA, 50 litr YGB nömrəsi **********5210 olan REÇİNE, 24 ədəd YGB nömrəsi **********5210 olan TEL EREZYON FİLTRESİ, 1 dəst YGB nömrəsi **********5210 olan CHARMİLLES 310 TEL EROZYON TEZGAHİ, 1 ədəd YGB nömrəsi **********5210 olan Freze dəzgahı FREZE DƏZGAHİ 6P62, 1 ədəd YGB nömrəsi **********9435 olan Pano CHİLLER BESLEME PANOSU, 7 ədəd **********5470 Plastik təkərli yeşik BOAT 5500 WİTH WHEELS 5500K WHEELED, GREY YEŞİKLƏR ESKA PLASTİK, 4 ədəd YGB nömrəsi **********7483 olan Motorlar ELEKTRİK MOTOR VƏ VASİTƏLƏRİ, 1 ədəd YGB nömrəsi **********7483 olan Pano PLASTİK CNC AVADANLİĞİNİN İDARƏETMƏ PANELİ VƏ MONİTORU, 4 ədəd YGB nömrəsi **********7483 olan Qəliblər PLASTİK EMALİ ÜÇÜN QƏLİB HİSSƏLƏRİ, 11,000 kq. YGB nömrəsi **********7483 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ, 1 ədəd YGB nömrəsi **********6376 olan Çiller soyuducu PAKET TİP SOĞUTMA CİHAZİ CHİLLER AREF, 1 ədəd YGB nömrəsi **********8162 olan Kabel KABEL TSP İLƏ GƏLƏN 40 METR, 1 ədəd YGB nömrəsi **********8162 olan Çən METAL RESERVOİR, 1 ədəd YGB nömrəsi **********8162 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES, 1 ədəd YGB nömrəsi **********8162 olan Çiller soyuducu RCMC-60 COOLİNG TOOL CHİLLER, 1 ədəd YGB nömrəsi **********8162 olan Kompressor NASOS PUMPCAS 5.5HP CAS 4.0HP, 1 ədəd YGB nömrəsi **********8162 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 1 QƏLİB TSP İLƏ GƏLƏN GÜRCÜSTANDAN, 2 ədəd YGB nömrəsi **********8162 olan SOBA, 1 ədəd YGB nömrəsi **********7722 olan İnjeksiyon dəzgahı TSPX-450 İNJECTİON MOLDİNG MACHİNES, 1 ədəd YGB nömrəsi **********7722 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 2 QƏLİB TSP İLƏ GƏLƏN GÜRCÜSTANDAN, 1 ədəd YGB nömrəsi **********7722 olan Drabilka PLASTİC SHREDDER RG5680, 1 ədəd YGB nömrəsi **********2478 olan Qəliblər PLASTİC ENJECTİON MOLD AND EQUİPMENT BAKHSHALİ SHAHBAZİ ASTARA / İRAN, 1 ədəd YGB nömrəsi **********4159 olan Şlifovka dəzgahı GUİ BEİ Second hand Surface grinder machinery, 1 ədəd YGB nömrəsi **********4159 olan İnjeksiyon dəzgahı PLASTİC İNJECTİON MOLDİNG MACHİNE BORCHE 260T(SECOND HAND), 10,902 kq. YGB nömrəsi **********6036 olan Metal, qəlib üçün METAL MANUFACTURİNG STEEL VARİOUS DİMENSİONS, 6 ədəd YGB nömrəsi **********3032 olan Qəliblər İNJEKSİYON AVADANLİQ UCUN QƏLİB, 2 ədəd YGB nömrəsi **********6699 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET, 1 ədəd YGB nömrəsi **********5639 olan Şnek, dəzgah üçün PLASTİC İNJECTİON MACHİNE SPARE PARTS SCREW SLEEVE SET, 5 ədəd YGB nömrəsi **********6492 olan CNC üçün ucluq CNC UCLUQ 12MM ELMAS FREZE (F12 KÜRE KARBÜR Z2 L200), 100 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ 6.5MM ELMAS MATKAP(16 EL 1.75), 120 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ 6MM VHM-BOHLER (16 EL 11W 55 WHİTWORH DİN 259, 50 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ CCMT060204HMJT3215- CCMTO060204PFKLP1150, 200 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ CNMG120408NMKLP2355, 50 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ DCMT 070204 S.M.UÇ(WNMX 080704), 900 ədəd YGB nömrəsi **********6492 olan CNC UCLUQ DNMG150608NFKLP2365, 100 ədəd YGB nömrəsi **********6492olan CNC UCLUQ KNUX 160405R11 S.M. UÇ (WNMX 080708), 1 ədəd YGB nömrəsi **********1848 olan Erezyon dəzgahı CHARMİLLES HD10 TEL EROZYON TEZGAHİ, 1 ədəd YGB nömrəsi **********0220 olan Drabilka "PC-600” modelli plastik tullatılarının xırdalanması üçün avadanlıq CHRUSHER, 1 ədəd YGB nömrəsi **********0220 olan Yükləyici “FH-800G” AUTO LOADER polimer dənələr üçün vakkumlu monobloklu qaldırıcı qurğu, 1 ədəd YGB nömrəsi **********0220 olan Quruducu HOPPER DRYER Polimer materialları üçün bunkerli quruducu, 1 ədəd YGB nömrəsi **********5687 olan Yükləyici “FH-800G” AUTO LOADER polimer dənələr üçün vakkumlu monobloklu qaldırıcı qurğu, 1 ədəd YGB nömrəsi **********5687 olan Quruducu HOPPER DRYER Polimer materialları üçün bunkerli quruducu, 1 ədəd YGB nömrəsi **********5687 olan Qəliblər MOLD FOR PLASTİC BOXES 3 QƏLİB ARLEX İLƏ GƏLƏN ÇİN, 15,000 kq. YGB nömrəsi MT2408 10542878 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ, 21,000 kq. YGB nömrəsi **********1248 olan Plastik xammal PLASTİK QİRİNTİLARİ, 4 ədəd YGB nömrəsi EBEB 481402 olan Yağ dəzgahlar üçün TRANSPARENT A BDN18 KG yağ SLA 4 ədəd, 5 ədəd YGB nömrəsi EBEC 130920 olan Yağ dəzgahlar üçün HİDROTEXBS 46 180 KQ yağ SLA, 1 ədəd YGB nömrəsi MT4106 10776167 olan Yağ dəzgahlar üçün HİDROTEX BS 22 15 KQ yağ SLA, 5 ədəd YGB nömrəsi MT2411 10333346 olan Yağ dəzgahlar üçün WAYLUB 5 TNK 16 KQ yağ SLA, 1 ədəd YGB nömrəsi MT2402 00387481 olan Printer HP 290 G4 PC printer 1 ədəd YGB nömrəsi EK/0125 CNC olan dəzgahı WELLON WMC 1160 CNC məhsul və avadanlıqların ünvan 1i ərazisində yerləşən qeyriyaşayış sahəsindən çıxarılaraq üçüncü şəxsin məsul saxlancına verilməsi qərara alınmışdır.

24. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 izahatında bildirmişdir ki, iddiaçını və Cavabdeh2 tanıyır. Hər ikisi ilə münasibəti yaxşıdır. Qohumu vasitəsi ilə Cavabdeh2 tanımışdır. Onunla birlikdə satış məqsədi ilə İrandan qəlib almışlar. Özü ticarətlə məşğul olur. Cavabdeh2 ilə birlikdə bir müştəri üçün makina almışlar. Cavabdeh2 vasitəsi ilə iddiaçı ilə də tanış olmuşlar. Müəssisəyə iddiaçı rəhbərlik edirdi. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh2 "xxxx" MMC-nin təsisçisi kimi tanımışdır. Cavabdeh2 iddiaçını sex müdiri kimi təqdim etmişdir. Avadanlıqların satışının kim tərəfindən həyata keçirildiyini bilmir. İddiaçı vasitəsi ilə ticarət işləri olmamışdır.

25. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında bildirmişdir ki, iddiaçını və Cavabdeh2 tanıyır. Pandemiya vaxtı zavodun təmir-tikinti işlərində fəaliyyət göstərmişdir. Həmçinin injeksion aparatların quraşdırılmasında iştirak etmişdir. Qəlib istəyən müştərilər üçün Cavabdeh2 ilə əlaqə saxlamışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçını usta kimi tanımışdır. İddiaçının Cavabdeh2 ilə şərik olması ilə bağlı məlumatı olmamışdır. Təxminən 2020-ci ildə Cavabdeh2 iddiaçını usta kimi təqdim etmişdir.

26. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, iddiaçını və Cavabdeh2 tanıyır. 2024-cü ilin avqust ayında istehsalat məqsədi ilə qəlibə ehtiyacı var idi. İnternetdə "xxxx" MMC şirkətinin saytına daxil olmuşdur. Cavabdeh2 ilə əlaqə saxlamışdır. Ofisdə onunla tanış olmuşlar. Növbəti görüşdə o, onu istehsalat sahəsinə dəvət etmişdir. İddiaçını həmin sahədən qəlib ustası olaraq tanımışdır. Oturacaq istehsalı ilə bağlı nümunə gətirmişdir. İddiaçı ona qiymət təyin etmiş, məbləğ yüksək olduğundan onu istehsal etmək qərarına gəlmişlər. Yekun qiyməti Cavabdeh2 təyin etmişdir. Qiymət 45000 ABŞ dolları idi. Aralarında şərikliliklə bağlı 4 ay müddətinə müqavilə bağlanmışdır. Həmin qəlibi iddiaçı düzəltməli idi. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçını usta kimi tanımışdır. Müqavilə onunla Cavabdeh2 arasında bağlanmışdır. İddiaçının adı heç bir sənəddə qeyd olunmamışdır. Cavabdeh2 müəsissənin direktoru, rəhbəri kimi tanımışdır. İddiaçının Cavabdeh2 ilə şərik olması ilə bağlı məlumatı yoxdur.

27. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, iddiaçını və Cavabdeh2 tanıyır. Onları sürücü olan tanışı vasitəsi ilə tanımışdır. 2023-cü ildən iddiaçını tanıyır. Masallı və Lənkəran rayonuna çiyələk yeşikləri aparmışdır. İddiaçını zavod müdiri olaraq tanımışdır. Orada işçilər Cavabdeh2 iddiaçının şəriki olduğunu bildirmişlər. Cavabdeh2 orada bir neçə dəfə, iddiaçını isə hər dəfə görmüşdür. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, 1 milyondan çox yeşik daşımışdır. Ona iddiaçı tərəfindən ödəniş edilirdi.

28. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 izahatında bildirmişdir ki, iddiaçı və Cavabdeh2 tanıyır. O, özü də sahibkardır. Qəliblərin hesabatını bir müddət Cavabdeh2 ilə aparmış, daha sonra Cavabdeh2 vaxtının olmadığını, ortağı olan iddiaçı ilə hesabat aparmağı tövsiyə etmişdir. Qəliblərdə meyvə səbətləri istehsal edilmişdir. O, həm qəlib düzəltdirmiş, həm də qəlib sifariş vermiş və həmin qəlib Cavabdeh2 tərəfindən İrandan gətirilmişdir. Ödənişi həm kart, həm nağd formada həyata keçirmişdir. Müəssisə rəhbəri kimi Cavabdeh2 tanımışdır. Cavabdeh2 iddiaçını ortağı kimi təqdim etmişdir.

29. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 MMC-də icraçı direktor vəzifəsinə işə qəbul edilmişdir.

30. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemindən çıxarışa əsasən müəyyən edilir ki, X15” X32” MMC-də icraçı direktor vəzifəsində işləyib.

31. Əmək müqaviləsinə xitam verilməsi barədə 01/25 nömrəli, xx.xx.2025-ci il tarixli əmrə əsasən müəyyən edilir ki, Cavabdeh1”bölməsində “icraçı direktor” vəzifəsində işləyən İddiaçı Əbülfəz oğlu ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025 tarixindən xitam verilmişdir.

32. Yasamal Rayon Məhkəməsinin 2(004)-3243/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək müqaviləsinin etibarsızlığı tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Əmək Məcəlləsi Maddə 3.5. Əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 46. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Tətbiq edilən prosessual hüquq normaları:

33. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, iş materiallarında olan sübutları, həmçinin tərəflərin izahatlarını nəzərdən keçirərkən müəyyən olunur ki, iddiaçı qəlib ustası olmuş, qəlibləri hazırlamaq üçün sifarişləri qəbul edirdi. İddiaçı iddia edir ki, Cavabdeh2 ona qəlib sifarişləri vermiş və onun gəlirinə şərik olmağı təklif etmişdir. O, həm özünün götürdüyü qəlib sifarişlərini, həm də cavabdehin götürdüyü qəlib sifarişlərini düzəldərək gəlirə onunla şərik olmuşlar. Halhazırda iddiaçı və cavabdehlər arasında şərikliyə sonuncuların qanunsuz hərəkətləri nəticəsində son qoyulduğundan avadanlıqların satışından əldə olunmuş gəlirin (863576,63) yarısı, yəni 431788,30 (dörd yüz otuz bir min yeddi yüz səksən səkkiz manat 30 qəpik) manatının, habelə avadanlıqların gətirilməsi üçün yol xərci olaraq İddiaçı tərəfindən ödənilmiş 2550 (iki min beş yüz əlli) manatın cavabdehlər Cavabdeh1 MMCdən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı verilməsi və iddia ərizəsinin həcminin azaldılması barədə ərizəsində qeyd olunan avadanlıqların İddiaçı ilə Cavabdeh1 MMC-in direktoru Cavabdeh2 arasında bərabər bölünməsi, bölgü mümkün olmadıqda həmin avadanlıqların ümumi dəyərinin (377825 manat) yarısının, yəni 188915,50 (bir yüz səksən səkkiz min doqquz yüz on beş manat 50 qəpik) manatın, habelə digər xərclərə görə 26.746,2 (iyirmi altı min yeddi yüz qırx altı manat 20 qəpik) manatın cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq ona verilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir və göstərirlər ki, iddiaçının hər hansı şərikliyi olmamış, o, cavabdehlərlə əmək münasibətlərində olmuşdur.

38. İddiaçı Cavabdeh1 MMC-də Cavabdeh2 ilə şərik olduğunu bildirsə də, bu barədə məhkəməyə hər hansı bir tutarlı sübutlar təqdim etməmiş, bunun əksi olaraq işin halları eləcə də, birinci instansiyada məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə müəyyən olunmuşdur ki, bəziləri iddiaçını şərik kimi tanımış, bəziləri isə cavabdehi rəhbər kimi tanıdıqlarını, iddiaçının isə direktor kimi oranı işlətdiyini bildirmişlər.

39. Bundan başqa iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)- 3243/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək müqaviləsinin etibarsızlığı tələbinə dair iddiası təmin edilməmiş, beləliklə də xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçının cavabdeh MMC-də icraçı direktor kimi çalışması faktı öz təsdiqini tapmışdır.

40. MPM-in 81-ci maddəsinin tələbinə əsasən qanun və ya digər hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda iddiaçının Əmək Məcəlləsinin tələbinə müvafiq olaraq cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsi əsasında işəgötürən MMC ilə əmək münasibətlərində olması müəyyən olunur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. İddiaçı irəli sürdüyü tələbi əsaslandıra bilməmiş, tələbinin keçərli olmasını təsdiq edən heç bir əsaslı sübutu məhkəməyə təqdim etməmişdir.

42. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

44. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

45. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsinin qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

46. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddaçının apellyasiya şikayəti əsassızdır, rayon məhkəməsinin gəldiyi qənaət əsaslı olmuş, iddia təmin edilməmişdir.

47. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

48. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

50. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

51. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-2269/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar