Məhkəmə qərarları › İş №2(103)-4870/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4870/2022

29.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4870/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(009)-973/2022 saylı qərardadından İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X10 qarşı “notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi və qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh 28 saylı Notariat Ofisinin ona və bacısı X3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina barədə 29 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi, mərhum xalası X1 miras əmlakından qanuni vərəsə kimi onun və bacısı X2 1/2 hissədə, cavabdeh dayısı X7 1/2 hissədə payının müəyyən edilməsi, cavabdehlər xalaları X4 və X5 həmin miras əmlakdan pay müəyyən edilməsindən imtina edilməsi vəzifəsinin cavabdeh 28 saylı Notariat Ofisinin üzərinə qoyulması, xalası mərhumX1 miras əmlakınıən saxlanılması üçün çəkdikləri 10000 manat xərcin 1/2 hissəsinin cavabdeh dayısı X6 alınaraq ona və bacısı X3 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil dəqiqləşdirmə ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(009)-973/2022 saylı qərardadına əsasən İddiaçı tərəfindən verilmiş dəqiqləşdirmə ərizəsi geri qaytarılmışdır. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(009)-973/2022 saylı qərardadından şikayət verərək, Səbail Rayon Məhkəməsinin qərardadının ləğv edilməsini və apelyatorların və digər proses iştirakçılarının iştirakı ilə sonrakı prosessual hərəkətlərin keçirilməsinin təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 şikayəti onunla əsaslandırılır ki, işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində ona cavabdehin mərhum xalası Mahizər Əsgərovaya dair vərəsəli işindən çıxarışlar daxil olub. Həmin çıxarışlarda hüquqlarına və mənafelərinə toxunan hallarla bağlı müstəqil tələb irəli sürən üçüncü şəxs qismində məhkəməyə ərizə ilə müraciət etmişdir. İddiaçı şikayəti onunla əsaslandırır ki, məhkəmə nəzərə almayıb ki, iddiaçı tərəfindən verilmiş ilk iddia ərizəsində işin mahiyyəti vərəsəliklə bağlıdır və iddiaçıya yalnız özü və bacısıyla bağlı olan hissə, yəni, konkret olaraq cavabdeh 28 saylı notariat ofisinin xüsusi notariusu X8 qərarı məlum olduğundan həmin aktı yalnız hərəkətin qanunsuzluğu və ləğvi tələbi qoyulub. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayətlər qismən təmin edilməli, qərardad ləğv olunmalı, şikayətə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tələblər arasında əlaqə olmadığını qeyd etsə də, hansı tələblər arasında əlaqə olmadığını düzgün əsaslandırmamışdır. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin vərəsəliklə bağlı olmasını nəzərə almamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(009)-973/2022 saylı qərardadı ləğv edilməli və dəqiqləşmə ilə bağlı ərizəyə yenidən münasibət bildirilməsi üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 397, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 tərəfindən verilmiş şikayətlər qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(009)- 973/2022 saylı qərardadı ləğv edilsin, dəqiqləşmə ilə bağlı ərizəyə yenidən münasibət bildirilməsi üçün mülki iş materialları Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar