Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4875/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-162/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş 2.500.000 manat maddi zərərin və 350.000 manat mənəvi ziyanın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2007-ci ilin iyul ayında onu Milli Təhlükəsizlik Nazirilyinə çağırıb xidməti otağında onunla görüşərək qarşılıqlı əlaqələrinə malik olduğu “Qrişa" adlı şəxslə aralarında yaranmış borc öhdəliyi barədə məlumatları bəhanə edərək ona psixoloji təsir göstərmiş, onu qızıl-zinət məmulatlarının guya qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunacağı, şəxsiyyəti üzərində zor göstəriləcəyi ilə hədələyərək 1.000.000 ABŞ dolları məbləğində pul vəsaiti verməsini və borclu olduğu biznes tərəfdaşı ilə hesablaşmasını tələb etmişdir. O, Cavabdeh hədəsini real qəbul edərək borcunun əvəzinə xx xxxx 2007-ci ildə Bakı şəhəri, Xətai rayonu, Şirvani küçəsi, 2319-cu məhəllədəki 16 saylı binanın 111 saylı mənzilini 97.000 ABŞ dollarına satın alaraq Cavabdeh etibar etdiyi, Antiterror Mərkəzinin 2-ci İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləmiş X2 həyat yoldaşı X1 adına rəsmiləşdirməsinə və 2007-ci ilin avqust ayının 16-19 tarixlərində İstanbul şəhərində görüşərək ondan tələb edilmiş pulun bir hissəsinin əvəzinə qızıl-zinət məmulatlarının verilməsilə razılaşdırmışdır. Onun xx xxxxxx 2007-ci ildə ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilini, Zərgərpalan küçəsi, 24 saylı ünvanda yerləşən ofisinin satışı nəticəsində və borc ilə əldə etdiyi müvafiq dövrün rəsmi məzənnəsinə görə 426.300 manata bərabər 500.000 ABŞ dolları məbləğində nağd əskinasları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində şəxsən görüşərək ondan alması, xx.xx.2007-ci il tarixdə cavabdehin etibar etdiyi X5 ilə birlikdə Dubay şəhərində cavabdeh üçün aldığı 120.000 ABŞ dolları dəyərində 9 ədəd 1 karatlıq, 1 ədəd 3 karatlıq brilyant qaşların, 1500 ABŞ dolları dəyərində qızıl küpə və üzüyü, rəhbərliyə verilməsi üçün isə satın alınaraq Bakı şəhərinə gətirilmiş 260.000 ABŞ dolları dəyərində 2 ədəd 4 karatlıq, 1 ədəd 5 karatlıq brilyant qaşlarının cavabdeh tərəfindən qəbul edilməsi, ümumilikdə 2007-ci ilin iyulsentyabr ayları ərzində sahibkar İddiaçı külli miqdarda olmaqla 426.300 manata bərabər 500.000 ABŞ dolları məbləğində nağd pul əskinaslarını və 325.228,75 manata bərabər 381.500 ABŞ dolları dəyərində brilyant, qızıl- zinət məmulatlarını təkrarən mütəşəkkil dəstə tərkibində hədə-qorxu ilə tələb edib ələ keçirərək zərərçəkmişin maliyyə vəziyyətinin ağırlaşmasına səbəb olmaqla onun hüquq və mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Cavabdeh onun iş fəaliyyətini şübhə altına alıb, ona böhtan atmaqla onun şərəf və ləyaqətini alçaltmaqla yanaşı imicinə ziyan vurmuş, onu qaralamaq, gördüyü işlərə kölgə salmaqla alçaltmağa cəhd etmişdir. Yaşının bu vaxtında təqsirləndirilən şəxsin ona qarşı işlədilən ifadələri, iftiraları, böhtanları, təhqirləri onun işgüzar nüfuzunun aşağa salınmasına yönəlmişdir. Onu nüfuzdan salan məlumatlar yaymaqla şərəf və ləyaqətini ləkələməyə nail olmaq niyətində olmuşdur. Sarsıntı keçirməyi ilə əlaqədar məcbur olub bir müddət Türkiyədə və digər şəhərlərdə yaşamalı olmuşdur. Cavabdeh qanunsuz əməlləri nəticəsində müflisləşmişdir. Onun uzun müddət Bakıda və Türkiyədə məcburiyyət qarşısında qalıb müalicə aldığını, uzun müddət sarsıntı, iztirab və mənəvi psixoloji reaksiya keçirməsini, həmçinin ailə üzvlərinin bu müddət ərzində daim özlərini təhlükədə hiss etməsi onlara küllü miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Ona Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 24 ünvanında yerləşən tam təmirli ümumi sahəsi 220 kv.m olan zərgərlik emalatxanasının məcburi satışına görə 2007-ci il tarixinə olan bazar dəyəri 870 000 ABŞ dolları məbləğində, həmçinin ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 109.6 kv.m. olan 3 otaqlı tam təmirli mənzilin 2007-ci il tarixinə bazar dəyəri 220.000 ABŞ dolları məbləğində, həmçinin Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 23, mənzil 111 ünvanda yerləşən ümumi sahəsi 150 kv.m. olan 3 otaqlı dəyəri 2007-ci il tarixə 100 000 ABŞ dolları təşkil edən mənzillərin məcburi satışına görə, həmçinin maşınların və digər əmlakının məcburi satışına görə ümumilikdə 2.500.000 manat maddi ziyan və 350.000 manat mənəvi ziyan vurmuşdur. Qeyd olunanları nəzərə alaraq Cavabdeh dəymiş 2.500.000 manat maddi zərərin və 350.000 manat mənəvi ziyanın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-162/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki,qətnamə qeyri-obyektiv, hüquq normalarının pozulması ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilmədiyindən, habelə məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 31 1.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Bununla ona ciddi zərər vurulmuşdur. Onun tələbi cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsindən ibarətdir. Həmin emalatxananın, evlərin layihə-smeta sənədləri, qiymətləri barədə məhkəməyə sənədlər təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış və hüquqi qiymət verilməmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında iddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən cavabdehin nümayənəsi və vəkili hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdi ki, iddiaçı tərəfindən iddia ərizəsində və apellyasiya şikayətində qeyd edilmiş tələblər sübuta yetirilməmiş və əsaslandırılmamışdır. Həmçinin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin tələbləri ilə eynilik təşkil edir. İddiaçının adına heç bir əmlak, o cümlədən avtomobil olmamış, neçə ildən sonra kreditlə maşın almışdır. Onun banklara borcu oldugundan axtarışda olmuş, hazırda da ölkədə deyil, axtarışda olduğuna görə Azərbaycan Respublikasına gəlmir. İddiaçı Rusiya Respublikasında da axtarışdadır. Bununla bağlı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1(093)-10/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azdlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən olunmuş hallara əsasən, mütəşəkkil dəstə tərkibində cinayət əməllərini davam etdirən etdirərək 2007-ci ilin iyul-sentyabr aylarında Bakı şəhərində Antiterror Mərkəzinin rəis müavini vəzifəsində xidmət edərkən müvafiq qaydada qızıl-zinət əşyalarının istehsalı və satışı ilə məşğul olan “xxxxxxxxxxxxxx" MMC-nin direktoru İddiaçı külli miqdarda pul vəsaitləri və əmlakını ələ keçirmək məqsədilə hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə, tamahkarlıq məqsədilə sui-istifadə edərək, rəsmi surətdə qeydiyyata alınmış araşdırma materialı, şikayət ərizəsi, əməliyyat məlumatı və ya siqnal işi olmadığı halda 2007-ci ilin iyul ayında İddiaçı Milli Təhlükəsizlik Nazirilyinə çağırıb xidməti otağında onunla görüşərək qarşılıqlı əlaqələrinə malik olduğu “Qrişa" adlı şəxslə aralarında yaranmış borc öhdəliyi barədə məlumatları bəhanə edərək ona psixoloji təsir göstərib guya qızıl-zinət məmulatlarının qaçaqmalçılığı və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunacağı, şəxsiyyəti üzərində zor göstəriləcəyi ilə hədələyərək 1.000.000 ABŞ dolları məbləğində pul vəsaiti verməsini və borclu olduğu biznes tərəfdaşı ilə hesablaşmasını tələb etmiş, onun tutduğu vəzifəsinə və malik olduğu səlahiyyətlərə görə hədəni real qəbul edən Qurbanovun borcunun əvəzinə xx xxxx 2007-ci ildə Bakı şəhəri, Xətai rayonu, Şirvani küçəsi, 2319-cu məhəllədəki 16 saylı binanın 111 saylı mənzilini 97.000 ABŞ dollarına satın alaraq Cavabdeh etibar etdiyi, Antiterror Mərkəzinin 2-ci İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləmiş X2 həyat yoldaşı X1 adına rəsmiləşdirməsindən və 2007-ci ilin avqust ayının 16-19 tarixlərində İstanbul şəhərində İddiaçıla görüşərək tələb etdiyi pulun bir hissəsinin əvəzinə veriləcək qızıl-zinət məmulatlarının siyahısını razılaşdırmasından sonra, sonuncunun xx xxxxxx 2007-ci ildə ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilini, Zərgərpalan küçəsi 24 saylı ünvanda yerləşən ofisinin satışı nəticəsində və borc ilə əldə etdiyi müvafiq dövrün rəsmi məzənnəsinə görə 426.300 manata bərabər 500.000 ABŞ dolları məbləğində nağd əskinasları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində şəxsən görüşərək ondan alması, xx.xx.2007-ci ildə etibar etdiyi şəxsi X3 İddiaçıla birlikdə Dubay şəhərinə göndərərək sonuncunun onun üçün aldığı 120.000 ABŞ dolları dəyərində 9 ədəd 1 karatlıq, 1 ədəd 3 karatlıq brilyant qaşların, 1500 ABŞ dolları dəyərində qızıl küpə və üzüyü, rəhbərliyə verilməsi üçün isə satın alınaraq Bakı şəhərinə gətirilmiş 260.000 ABŞ dolları dəyərində 2 ədəd 4 karatlıq, 1 ədəd 5 karatlıq brilyant qaşları qəbul etməklə, ümumilikdə 2007-ci ilin iyul-sentyabr ayları ərzində sahibkar İddiaçı külli miqdarda olmaqla 426.300 manata bərabər 500.000 ABŞ dolları məbləğində nağd pul əskinaslarını və 325.228,75 manata bərabər 381.500 ABŞ dolları dəyərində brilyant, qızılzinət məmulatlarını təkrarən mütəşəkkil dəstə tərkibində hədə-qorxu ilə tələb edib ələ keçirərək zərər çəkmişin maliyyə vəziyyətinin ağırlaşmasına səbəb olmaqla onun hüquq və mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Həmçinin hökmdən müəyyən olunur ki, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış, bundan başqa həmin hökmlə onun maddi və mənəvi ziyanın qaytarılması barədə olan mülki iddiası baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1-1(103)-27/18 saylı xx xxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Hərbi məhkəməsinin 1(093)-10/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilərək, Cavabdeh Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə Azərbaycan Respublikası CM-nin 75-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi ilə bağlı cəza təyin edilməmiş və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən hökmlə müəyyən edilən hallar nəzərə alınmaqla ona vurulmuş maddi və mənəvi ziyanın tutulmasını xahiş etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmiş və bu barədə nəticəni onunla əsaslandırmışdı ki, iddiaçı öz iddiasının əsasına dair hər hansı məbləğdə maddi zərər vurulduğuna və həmin zərərin nədə ifadə olunduğuna dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İddiaçının iddia ərizəsindən görünür ki, iddiaçı Bakı Hərbi Məhkəməsinin 1(093)- 10/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli hökmündə müəyyən edilən halların nəzərə alınaraq ona cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanla bağlı qarşı tərəfdən maddi və mənəvi ziyanın tutulmasını tələb edir. İddiaçı iddiasının əsası kimi Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 24 ünvanda yerləşən tam təmirli ümumi sahəsi 220 kv.m olan zərgərlik emalatxanasının məcburi satışına görə 2007-ci il tarixinə bazar dəyərinin 870000 ABŞ dolları məbləğində, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 109.6 kv.m olan 3 otaqlı tam təmirli mənzilin 2007-ci il tarixinə bazar dəyərinin 220000 ABŞ dolları məbləğində, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 23, mənzil 111 ünvanda yerləşən, ümumi sahəsi 150 kv.m olan 3 otaqlı mənzilin dəyərinin 2007-ci il tarixinə 100000 ABŞ dolları olması, həmçinin maşınların və digər əmlaklarının məcburi satışına görə ona vurulmuş zərərin məbləğinin 2.500.000 ABŞ dolları olduğuna istinad etmişdir. Bakı Hərbi Məhkəməsinin 1(093)-10/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli hökmünün surətindən görünür ki, iddiaçı ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 109.6 kv.m olan 3 otaqlı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 24 ünvanda yerləşən ofisin məcburi satışı nəticəsində və borc ilə əldə etdiyi məbləğdən ümumilikdə 500000 ABŞ dolları məbləğində nağd əskinazları verməklə, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 23-də yerləşən (2319-cu məhəllədəki) 111 saylı mənzili 97000 ABŞ dollarına satın alaraq cavabdehin göstərdiyi şəxsin adına özgəninkiləşdirməklə, həmçinin ümumilikdə dəyəri 381500 ABŞ dolları olan brilyant, qızılzinət məmulatlarının ondan hədə-qorxu ilə alınmasına görə əhəmiyyətli dərəcədə ona zərər vurulmasına məruz qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşin bəlli halları təsdiq edir ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-10/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli hökmü qanuni qüvvəsini almış və həmin hökmlə iddiaçıya cavabdehin qanunsuz hərəkətləri nəticəsində ziyan vurulması halı müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası Bakı Hərbi Məhkəməsinin 1(093)-10/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli hökmündə müəyyən edilmiş halları nəzərə almaqla hesab edir ki, iddiaçının iddiası qismən, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 109.6 kv.m olan 3 otaqlı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 24 ünvanda yerləşən ofisin məcburi satışı ilə bağlı 500000 ABŞ dolları, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 23-də yerləşən (2319-cu məhəllədəki) 111 saylı mənzilin özgəninkiləşdirilməsi ilə bağlı 97000 ABŞ dolları, digər əmlaklarının, yəni brilyant və qızılzinət məmulatlarına görə 381500 ABŞ dolları olmaqla, cəmi 978500 ABŞ dolları məbləğində maddi ziyanın tutulması hissəsində təmin edilməli, ******* ABŞ dolları məbləğində ziyan tələbi isə həmin məbləğdə ziyanın vurulmasını təsdiq edən sübutların təqdim olunmaması səbəbindən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). İddiaçının “mənəvi ziyan” tələbi ilə bağlı iddiasının rədd olunmasına münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu barədə gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Hazırki işdə qanuni qüvvəsini almış hökmlə cavabdehin iddiaçıya qarşı cinayət əməli törətməsi halı müəyyən edildiyindən, həmin cinayət işində iddiaçının zərərçəkmiş şəxs olması iddiaçının mənəvi sarsıntı və iztirablar keçirməsini istisna etmir. Odur ki, məhkəmə kollegiyası işin bu hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərin məbləğinin 10000 manat müəyyən edilməsi onun pozulmuş hüquqlarının bərpası üçün yetərlidir. Qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, qətnamə bir hissədə maddi hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qismən ləğv edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli,birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qismən, cavabdehdən 978500 ABŞ dolları məbləğində maddi və 10000 manat mənəvi ziyanın tutulması barədə iddia tələblərinin təmin edilmədiyi hissələrdə ləğv edilməli, həmin hissələrdə iddia tələbləri təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-162/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, Cavabdeh 978500 ABŞ dolları məbləğində maddi və 10000 manat mənəvi ziyanın tutulması barədə iddia tələblərinin təmin edilmədiyi hissələrdə ləğv edilsin. Həmin hissələrdə iddia tələbləri təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə maddi ziyanın əvəzi olaraq 978500 ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə), mənəvi ziyanın əvəzi olaraq 10000 manat tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-4875/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4875/2020
26.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver