Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4879/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 X3 cavabdeh “Azər Exspert” X2rşı “hesabatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC Cavabdeh MMC-yə qarşı “əmlakın qiymətləndirmə nəticələri haqqında hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu 12-ci Nərimanov döngəsi 7 ünvanda yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi barədə Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 64695 nömrəli hesabatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 535/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və Bakı şəhəri Yasamal rayonu 12-ci Nərimanov döngəsi 7 ünvanda yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli 64695 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni dəlillərə istinad edilməklə, onunla əsaslandırılmışdır ki, göstərilən hallara məhkəmə tərəfindən obyektiv qiymət verilməmişdir və düzgün nəticəyə gəlinməmişdir. Rəyin iddiaçılar tərəfindən yenidən mübahisələndirilə bilməməsinə dair məhkəmənin qənaəti tamamilə əsassızdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla mübahisəsiz olaraq müəyyən edilmişdir ki, MH seriyalı xx.xx.2006-cı il tarixli ******* nömrəli və MH seriyalı xx.xx.2006-cı il tarixli ******* nömrəli çıxarışlarına əsasən Bakı şəhəri Yasamal rayonu 12ci Nərimanov döngəsi 7 ünvanda yerləşən ümumi sahəsi 78.1 kv.m. olan 6 otaqdan ibarət paylı mülkiyyətli mənzilin sahəsi 10.8 kv.m. olan 1 otağı İddiaçı1, sahəsi 20.9 kv.m. olan 1 otağı isə digər İddiaçı2 MMC-nin mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 51 nömrəli qərarı ilə Bakı şəhəri Yasamal rayonu 12-ci Nərimanov döngəsi 7 ünvanda yerləşən ümumi sahəsi 78.1 kv.m. olan 6 otaqdan ibarət paylı mülkiyyətli mənzilinin yerləşdiyi ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi, dövlət ehtiyacları alınması üçün qərara alınmışdır. Həmin qərarı ilə mənzilin yerləşdiyi torpağın satın alınması Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qərarın icrası ilə əlaqədar Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq paylı mülkiyyətində olan mənzilin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici “xxxxxxxxxxxx” MMC-ni cəlb etmişdir. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın qiymətləndirilməsi” barədə hesabata əsasən İddiaçı1 mülkiyyətindəki mənzilin payı 48.866 manat dəyərində, İddiaçı2 MMC-nin mülkiyyətindəki mənzilin payı isə 31.350 manat dəyərində qiymətləndirilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti İddiaçı1 və İddiaçı2 MMC-yə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, əsasən İddiaçı1 48.866 manat, İddiaçı2 MMC-yə isə 31.350 manat kompensasiya ödənilməklə onların Bakı şəhəri Yasamal rayonu 12-ci Nərimanov döngəsi 7 ünvanda yerləşən ümumi sahəsi 78.1 kv.m. olan 6 otaqdan ibarət paylı mülkiyyətli mənzilin boşaldılması barədə qərarın çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-725/2019 nömrəli qərarı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin iddiası təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu 12-ci Nərimanov döngəsi 7 ünvanda yerləşən ümumi sahəsi 78.1 kv.m. olan 6 otaqdan ibarət paylı mülkiyyətli mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı İddiaçı1 48.866 manat, İddiaçı2 MMC-yə isə 31.350 manat kompensasiya ödənilərək, həmin mənzilin boşaldılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-1674/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-725/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı şəhəri Yasamal rayonu 12-ci Nərimanov döngəsi 7 ünvanda yerləşən ümumi sahəsi 78.1 kv.m. olan 6 otaqdan ibarət paylı mülkiyyətli mənzilin qiymətləndirilməsinə dair rəyin etibarsızlığını xahiş edərək, tələbini onunla əsaslandırmışdır ki, mənzilin qiyməti real bazar qiymətlərinə uyğun hesablanmamışdır. İş materiallarından da görünür ki, iddiaçılar qiymətləndirmə ilə razı olmayıb, özləri sorğu ilə müraciət edərək qiymətləndirmə aparmışlar və rəyi də məhkəməyə təqdim etmişlər. Göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarında həmin rəyə qiymət verillmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə iddiaçı qiymətləndirmə rəyinin etibarsızlığına əsas verən hallara dair sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin obyekt artıq söküldüyü üçün yenidən qiymətləndirilmə ekspertizasının keçirilməsi imkanı itmişdir. Həmçinin, daşınmaz əmlak sökülərək artıq onun əvəzi olaraq kompensasiya ödənilmiş, iddiaçı həmin məbləği qəbul etmişdir. Mövcud olmayan tikilinin dəyərini müəyyən etmək və əvvəlki ekspertiza rəyi ilə müqayisə edərək hansının daha doğru olması qənaətinə gəlmək mümkün deyildir. Bundan başqa, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)- 725/2019 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019- cu il tarixli 2- 1(103)-1674/2019 nömrəli qanuni qüvvəyə minmiş qərarları ilə iddiaçıların hazırda mübahisələndirdiyi Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli 64695 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi haqqında rəyinə (hesabata) hüquqi qiymət verilmiş, həmin rəy qanuni və əsaslı hesab edilmiş, rəydə göstərilmiş məbləğlər isə həqiqətə uyğun kimi qəbul edilmişdir. Bu səbəbdən həmin rəy iddiaçılar tərəfindən yenidən mübahisələndirilə bilməz. Çünki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 535/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4879/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4879/2020
11.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver