Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4880/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh Göyçəyev Şaiq Məmməd oğlunun nümayənədəsi və vəkili X3 iştirakı ilə İddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər Göyçəyev Şaiq Məmməd oğlu və Cavabdeh2 qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-2774/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən Göyçəyev Şaiq Məmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxx” ASC cavabdehlər Göyçəyev Şaiq Məmməd oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Göyçəyev Şaiq Məmməd oğlu və Cavabdeh2 subroqasiya qaydasında xx.xx.2017-ci il tarixli PPA********** nömrəli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 5.000 manat sığorta ödənişi, vəkil xidmətlərinin göstərilməsi üçün X9 ödənilmiş 100 manat xidmət haqqı, ödənilmiş 30 manat dövlət rüsumu və 01 manat bank xidmət xərci olmaqla, cəmi 5.131 manat pul müştərək qaydada tutularaq “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh Göyçəyev Şaiq Məmməd oğlunun mülkiyyətində olan və Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi 1990-cı il buraxılışlı, “Mercedes Benz 190” minik markalı, WDB2010241F698319 ban nömrəli, 90GP368 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə “xxxxxxxxxxxx” ASC tərəfindən sığortalanmışdır. Bu barədə xx.xx.2017-ci il tarixli PPA********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə şəhadətnamə verilmişdir. Cavabdeh2 xx.xx.2017-ci il tarixdə saat 19:00 radələrində “Mercedes Benz 190” minik markalı 90GP368 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsi ilə Ənvər Qasımzadə küçəsi kəsişməsində üstünlük nişanlarının qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, X2 mülkiyyətində olan və X4 etibarnamə əsasında idarə etdiyi 2010-cu il buraxılışlı, “Mercedes G55” minik markalı, ** VU *** dövlət qeydiyyat nişanlı və X1 mülkiyyətində olan və X5 idarə etdiyi 1998-ci il buraxılışlı, “Opel Vectra” minik markalı, ** LR *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, həmin avtomobillərə maddi zərər vurmuşdur. Qeyd olunan zərəri aradan qaldırmaq üçün «xxxxxxxxxxxx» ASC 5.000 manat sığorta ödənişi həyata keçirmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı AR DİN Nəsimi DYPŞ-nin xx.xx.2017-ci tarixli TP 79678 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh2 AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin qərarda Cavabdeh2 yolnəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz 190” minik markalı 90GP368 dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etdiyi qeyd olunmuşdur. AR DİN Nəsimi RPİ-nin «xxxxxxxxxxxx» ASC-yə təqdim etdiyi xx.xx.2018-ci il tarixli 082- 2440- 1218 nömrəli arayışına əsasən cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin, «xxxxxxxxxxxx» ASC Göyçəyev Şaiq Məmməd oğlu və Cavabdeh2 xx.xx.2018-ci il tarixli 2995/İ saylı geriyə tələb (subroqasiya) məktubu göndərsə də, cavabdehlər tərəfindən müvafiq sığorta ödənişi məbləği ödənilməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-2774/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, cavabdehlər Göyçəyev Şaiq Məmməd oğlu və Cavabdeh2 xx.xx.2017-ci il tarixli PPA********** nömrəli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 5.000 manat sığorta ödənişi, vəkil xidmətlərinin göstərilməsi üçün X9 ödənilmiş 100 manat xidmət haqqı, ödənilmiş 30 manat dövlət rüsumu və 01 manat bank xidmət xərci olmaqla, cəmi 5.131 (beş min yüz otuz bir) manat pulun müştərək qaydada tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Göyçəyev Şaiq Məmməd oğlu apellyasiya şikayəti verərək onun özünə adi hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, onları düzgün tətbiq etməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması, avtomobilini xx.xx.2009-cu il tarixdə etibarnamə əsasında Vüqar Məmmədovun istifadəsinə və sahibliyinə verməsi, həmin şəxsin avtomobili Cavabdeh2 verməsi, hadisədən bir neçə gün əvvəl onun etibarnaməsinin vaxtının bitməsi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Göyçəyev Şaiq Məmməd oğlunun nümayəndəsi və vəkili VurğunQuliyev apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin həmin avtomobildən məlumatı olmayıb, o avtopmobili satmışdır. Avtomobil onun tanımadığı şəxs tərəfindən idarə edilmiş və qəza törədilmişdir. Buna görə də mülkiyyətçidən pulun tutulması əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin digər cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş tərəfə münasibətdə və eyni zamanda onun mübahisələndirdiyi həcmdə yoxlanılması təşkil edir. Cavabdeh2 şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Göyçəyev Şaiq Məmməd oğlunun isə şikayətinin məzmunundan və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan onun qətnaməni yalnız özünə aid hissədə mübahisələndirdiyi aydın olmuşdur. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Göyçəyev Şaiq Məmməd oğluna aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Bakı şəhəri Nəsimi RPİ-nin xx.xx.2018-ci il tarixli 082-2440-1218 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışına əsasən Göyçəyev Şaiq Məmməd oğlunun mülkiyyətində olan və Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi 1990-cı il buraxılışlı, “Mercedes Benz 190” minik markalı, WDB2010241F698319 ban nömrəli, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci ildə Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsi ilə Ənvər Qasımzadə küçəsi kəsişməsində saat 19:00 radələrində X2 mülkiyyətində olan və X4 etibarnamə əsasında idarə etdiyi 2010-cu il buraxılışlı, “Mercedes G55” minik markalı, ** VU *** dövlət qeydiyyat nişanlı və X1 mülkiyyətində olan və X5 idarə etdiyi 1998-ci il buraxılışlı, “Opel Vectra” minik markalı, ** LR *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli PPA********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə şəhadətnaməyə (müqaviləyə) əsasən Göyçəyev Şaiq Məmməd oğlunun mülkiyyətində olan və Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi 1990-cı il buraxılışlı, “Mercedes Benz 190” minik markalı, WDB2010241F698319 ban nömrəli ** GP *** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5.000 manat, sağlamlığa vurulan zərərə bir şəxs üçün 5.000 manat, sağlamlığa vurulan zərərə bir hadisə üzrə 50.000 manat həcmində sığortalanmışdır. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC tərəfindən keçirilmiş qiymətləndirmə və onun əsasında verilmiş xx.xx.2017-ci il tarixli 51613 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatına əsasən 2010-cu il buraxılışlı “Mercedes G55” minik markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilə 8.940 manat miqdarında zərər dəymişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 51613 nömrəli sığorta aktına əsasən xx.xx.2017-ci il tarixli sığorta hadisəsi zamanı 2010-cu il buraxılışlı “Mercedes G55” minik markalı 10VU005 dövlət qeydiyyat nişanlı avtomobilə 8.940 manat ziyan dəymişdir. «xxxxxxxxxxxx» ASC ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilə zərərin aradan qaldırılması üçün X6 4.837,66 manat sığorta ödənişi vermişdir. Zərərşəkmiş şəxs Rzayeva (Abışova) Ülkər Surxay qızı ödənilmiş sığorta haqqının məbləği ilə razı olduğunu şəxsi imzası ilə təsdiqləmişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC tərəfindən keçirilmiş qiymətləndirmə və onun əsasında verilmiş xx.xx.2017-ci il tarixli 51613 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatına əsasən 1998-ci il buraxılışlı, “Opel Vectra” minik markalı, ** LR *** dövlət qeydiyyat nişanlı avtomobilə 300 manat miqdarında zərər dəymişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 51613 nömrəli sığorta aktına əsasən xx.xx.2017-ci il tarixli sığorta hadisəsinin zamanı 1998-ci il buraxılışlı, “Opel Vectra” minik markalı, ** LR *** dövlət qeydiyyat nişanlı avtomobilə 300 manat ziyan dəymişdir. Zərərin aradan qaldırılması üçün «xxxxxxxxxxxx» ASC X7 162,34 manat sığorta ödənişi vermişdir. Zərərşəkmiş şəxs X8 ödənilmiş sığorta haqqının məbləği ilə razı olduğunu şəxsi imzası ilə təsdiqləmişdir. Göründüyü kimi, cavabdeh Göyçəyev Şaiq Məmməd oğlunun mülkiyyətində olan və Cavabdeh2 etibarnamə əsasında idarə olunan 1990-cı il buraxılışlı, “Mercedes Benz 190” minik markalı, 90GP368 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə “xxxxxxxxxxxx” ASC tərəfindən sığortalanmışdır. Bu barədə xx.xx.2017-ci il tarixli PPA********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə şəhadətnamə verilmişdir. Cavabdeh Göyçəyev Şaiq Məmməd oğlunun “Mercedes Benz 190” minik markalı, 90GP368 dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 adına verdiyi xx.xx.2017-ci il tarixli ƏN-V647359 nömrəli etibarnamənin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Cavabdeh2 xx.xx.2017-ci il tarixdə saat 19:00 radələrində “Mercedes Benz 190” minik markalı 90GP368 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsi ilə Ənvər Qasımzadə küçəsi kəsişməsində üstünlük nişanlarının qaydalarını pozarkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes G55” minik markalı ** VU *** dövlət qeydiyyat nişanlı və “Opel Vectra” minik markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, həmin avtomobillərə maddi zərər vurmuşdur. Bakı şəhəri Nəsimi RPİ DYPŞ-nin xx.xx.2017-ci tarixli TP 79678 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh2 AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq yüksək təhlükə mənbəyi olan “Mercedes Benz 190” markalı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini həm həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh2, həm də avtomobilin mülkiyyətçisi Göyçəyev Şaiq Məmməd oğlunun üzərinə qoymuşdur və apellyasiya şikayətinin bununla əlaqədar dəlilləri əsaslı deyildir. Belə ki, Mülki Məcəllənin 1108.2-ci maddəsinə görə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. Göründüyü kimi, apellyasiya şikayətinin həmin dəlili baxımından qiymət verilməli olan məsələ, avtomobilin Cavabdeh2 istifadəsinə verilmiş olmasında Göyçəyev Şaiq Məmməd oğlunun təqsirli olub-olmadığıdır. Yuxarıda qeyd olunduğu kimi, “Mercedes Benz 190” markalı avtomobil məhz Göyçəyev Şaiq Məmməd oğlunun mülkiyyətindədir, buna baxmayaraq o, xx.xx.2009-cu il tarixdə sərəncam hüququ verən etibarnamə əsasında Vüqar Məmmədova vermiş, sonra Vüqar Məmmədov tərəfindən başqa şəxslərə etibarnamə əsasında avtomobil verilmiş, ən sonda Cavabdeh2a verilmişdir. Başqa sözlə, Cavabdeh2 avtomobilə hüquqa zidd şəkildə deyil, bilavasitə mülkiyyətçinin (Göyçəyev Şaiq Məmməd oğlunun) iradəsi ilə sahiblik etmiş, belə ki, o, avtomobilə sərəncam vermək hüququ verən etibarnamə əsasında avtomobili Vüqar Məmmədova verməklə, avtomobilin başqa şəxs tərəfindən idarə olunmasına şərait yaradılmış, etibarnamənin qüvvədə olmadığı dövrdə yol nəqliyyta hadisısi baş vermişdir. Bu isə o deməkdir ki, yüksək təhlükə mənbəyi hesab edilən “Mercedes Benz 190” markalı avtomobilin Cavabdeh2 tərəfindən idarə olunmasında Göyçəyev Şaiq Məmməd oğlu təqsirli olmuşdur və Mülki Məcəllənin 1108.2-ci maddəsinin üçüncü cümləsinin mənasına görə o, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımalıdır. Bu baxımdan məhkəmə kollegiyasının qənaətinə görə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərə görə Göyçəyev Şaiq Məmməd oğlunun da məsuliyyət daşıması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuna uyğundur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin Göyçəyev Şaiq Məmməd oğluna aid hissədə ləğvi üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Göyçəyev Şaiq Məmməd oğlununapellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-2774/2020 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi Göyçəyev Şaiq Məmməd oğluna münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4880/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4880/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver