Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4880/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundanvə Kazımov Elşən Cələddin oğlundanibarət tərkibdə,məhkəmə iclas katibi Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(010)- 850/2018 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1 Nikonoroviçə, X3, Cavabdeh2, X1, X4, X7 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin yetkinlik yaşına çatmayan X8 və X9 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 saylı evin 1-ci mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Qədimov, iş № 2(010)-850/18) iddia təmin edilmişdir. Cavabdeh4 Aleksndrovna qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 saylı evin 1-ci mənzilini X2 xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almış, mənzil üzərində mülkiyyət hüququ qeydə alınmış və mənzilə dair adına çıxarış verilmişdir. Lakin cavabdehlər mənzildə yaşamasalar da pasport qeydiyyatında qaldıqlarından onların əvəzindən də kommunal xərclər ödəməli olur. İşin müəyyən edilmiş hallarından görünür ki, X5 mübahisəli mənzili xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmış, mənzil xx.xx.2017-ci il tarixdə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin informasiya sistemindən əldə olunmuş arayışa əsasən, cavabdehlər mübahisəli ünvanda pasport qeydiyyatındadırlar. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil 1989-cu ildən oder əsasında cavabdehlərin mülkiyyətinə verilmiş, hazırkı vaxtadək qeydiyyatda olublar və yaşayıblar, indi də orada yaşamağa davam edirlər. X5 qanunsuz sənədlərlə oradakı özbaşına tikililəri onların ünvanı ilə öz adına özəlləşdirmiş və qısa müddət sonra iddiaçının adına alqı-satqı etmişdir. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməy gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiyainstansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hazırda cavabdehlərdən yalnız birinin - Cavabdeh4 apellyasiya şikayətinə baxsa da, digər cavabdehlərin onun ailə üzvü olduqlarını nəzərə alaraq qətnamənin əsaslılığını bütün cavabdehlərə münasibətdə tam həcmdə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi mübahisəli mənzilin onun mülkiyyətində olmasına, hüquqi əsası kimi isə Mülki Məcəllənin 152, 228.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzil üzrə qeydiyyatda olması iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüququnu həyata keçirməsini əngəlləyir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Apelyasiya baxışı zamanı iddiaçının izahatına və iş materiallarına əsasən müəyyən edildi ki, cavabdehlər hazırda iddiaçının mülkiyyətində olan sahədə deyil, evin digər hissəsində yaşayırlar və həmin hissədə yerləşən otaqların iddiaçıya heç bir aidiyyəti yoxdur. Cavabdehləriddiaçının (mülkiyyətçinin) ailə üzvü və istifadə hüququ olan şəxslər deyillər, onlar iddiaçının mülkiyyətində olan sahədə yaşamadıqlarından təbii ki, iddiaçıya məxsus mənzildən istifadə hüquqları da yoxdur. Apellyasiya baxışı zamanı mübahisəli mənzilin yerləşdiyi əraziyə xidmət edən 3 saylı XTMKTB-NİN 139 saylı MKİS-yə edilmiş sorğu nəticəsində müəyyən olundu ki, iddiaçının mülkiyyətində olan mənzilin sahəsi 42 kvm olmaqla ayrı girişli təsərrüfatdan ibarətdir. Cavabdehlərin yaşadığı ehtimal edilən mənzilin sahəsi isə 20 kvm-dir, lakin qapısı bağlı olduğu üçün ora baxış keçirmək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzillə cavabdehlərin yaşadığı mənzil ayrı-ayrı yaşayış sahələridir və onların giriş-çıxışı da ayrıdır. Sadəcə hər iki mənzil Mənzil İstismar Sahəsində eyni nömrə ilə qeydə alınmışdır ki, iddiaçını da narahat edən əsas məsələ elə budur. Kollegiyanın qənaətinə görəcavabdehlərin iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə dair hüquqları ümumiyyətlə mövcud deyil və mövcud olmayan istifadə hüququnun itirilməsi mülki məhkəmə icraatı qaydasında həyata keçirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehlərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Suraxanı rayon Polis İdarəsinə müraciət etməli və həmin müraciət təmin olunmadığı təqdirdə, imtinanı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasənmüvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Eləcə də, tərəflər mübahisəni həll etmək üçün yaşadıqları mənzillərə ayrı ünvan verilməsi ilə bağlı müvafiq səlahiyyətli orqana müraciət edə və müraciətləri təmin olunmadığı təqdirdə onu məhkəmədə mübahisələndirə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə cavabdehlərin iddiaçının mülkiyyət hüququna hər hansı müdaxilə, yaxud qəsd etmələri iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə ünvanın eyni olması iddiaçıya aid olmayan yaşayış sahəsindən cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün əsas vermir. Eləcə də, ünvanın eyni olması cavabdehlərin iddiaçının mülkiyyət hüququna müdaxilə etmələri kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 158.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır və əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» iş üzrə ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. İşdən göründüyü kimi, cavabdehlər mübahisəli ünvanda qeydiyyatda olmaqla evin özlərinə aid hissəsində yaşayırlar və həmin ev onların daimi yaşayış yeridir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixliqətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1 Nikonoroviçə, X3, Cavabdeh2, X1, X4, X7 və Cavabdeh3 qarşı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 saylı evin 1-cimənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4880/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4880/2022
07.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver