Məhkəmə qərarları › İş №2(103)-4880/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4880/2024

26.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4880/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1069/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsindən X2 apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 Ümüd oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona vermiş olduğu 13000 ABŞ dolları və 200 manatın, 2 il müddətinə beş faizini təşkil edən 1344 ABŞ dollarının və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı1 Ümüd oğlu xx.xx.2020-ci ildə öldüyündən prosesual hüquqi varisi İddiaçı2 ilə əvəz edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1069/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək Cavabdeh 13000 ABŞ dolları və 30 manat dövlət rüsumunun əvəzi İddiaçı2 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8625/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1069/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində ləğv edilərək iddianın həmin hissədə qismən təmin edilməsi; Cavabdeh 10000 (on min) ABŞ dollarının (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq İddiaçı2 ödənilməsi; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və 09 fevral 2022-ci ildə icra vərəqəsi verilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 11 fevral 2022-ci il tarixli icraata başlama barədə qərarı ilə verilmiş icra vərəqəsi üzrə icra hərəkətlərinə başlanılmışdır. İşdən görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 06 iyul 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 82 ünvanında yerləşən 21.1 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilməsi qərara alınmışdır. Daha sonra, iddiaçının prosessual hüquqi varisi İddiaçı2 12 fevral 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 82 ünvanında yerləşən 21.1 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1069/2021 saylı, 02 aprel 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və həmin qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi qərara alınmış, qərardad icra olunması üçün Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. İş materiallarındakı həmin İdarənin 08 may 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1069/2021 saylı, 02 aprel 2024-cü il tarixli qərardadı icra olunmuş və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 82 ünvanında yerləşən 21.1 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Hazırda mərhum İddiaçı1 Ümüd oğlunun oğlu X3 apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1069/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsini və qət edilən məbləğin 1/5 hissəsinin ona ödənilməsini xahiş etmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci madəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 361-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar Əvvəla, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1069/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən iddianın təmin edilən hissəsi mövcud deyildir. Çünki Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8625/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1069/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmuş hissəsində ləğv edilmişdir və iddia həmin hissədə qismən təmin edilərək Cavabdeh 10000 (on min) ABŞ dollarının (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq İddiaçı2 ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi, X3 bu işdə iştirak edən şəxs və hansı prosessual statusda apellyasiya şikayəti verdiyi bəlli olmasa da o, qətnamənin mövcud olmayan, yəni ləğv olunmuş hissəsindən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Bundan əlavə, X2 verdiyi apellyasiya şikayətinin məzmunundan aydın olur ki, o, mövcud olmasa da qətnamədən deyil, qətnamə ilə qət edilən məbləğin 1/5 hissəsinin ona ödənilməsinə nail olmaq istəyir, dolayısı ilə mövcud olmasa da qətnamə ilə qət edilən məbləğdən narazı deyildir. Bu cür vəziyyətdə, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları müəyyən etmədən, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan tələblərə riayət edilib-edilmədiyini yoxlamadan şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməklə, sanki öz prosessual vəzifələrini unutmuş və bu işləri apellyasiya instansiyası məhkəməsinin etməli olduğu qənaətinə gəlmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1069/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsindən X2 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 361, 363, 366, 400, 402- 407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1069/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsindən X2 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar