Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4886/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi K.X2, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3389/2019saylı, 12.02.2021-ci il tarixli qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı 45235,69 ABŞ dolları əsas, 13018,75 ABŞ dolları faiz, 5480,37 ABŞ dolları cərimə, cəmi 63734,81 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tələbin Cavabdeh1 sahiblik və istifadəsində olan, ünvan 1 ünvanında yerləşən 37 nömrəli, ümumi sahəsi 55,39 kv.m olan 1 otaqdan ibarət mənzilinə (bundan sonra Mənzil) dair Cavabdeh2ndə olan pay hüququna yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın hərracdan satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3389/2019 saylı 11.12.2019-cu il tarixli qətnaməsi ilə ödəniş gününə qüvvədə olan məzənnə ilə 45235,69 ABŞ dolları əsas, 12760 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 58195,69 ABŞ dolları məbləğində və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaiti Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq ləğv prossesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, habelə ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış xərcin 12 manat hissəsinin İddiaçı ASC-dən, 138 manat hissəsinin Cavabdeh1 və Cavabdeh2ndən tutularaq dövlət büdcəsinə ödənilməsi, mənzilin qiymətləndirilməsi üçün çəkilmiş xərcin 20 manat hissəsinin İddiaçı ASC-dən, 230 manat hisəsinin isə Cavabdeh1 və Cavabdeh2ndən tutularaq “xxxx” MMCyə ödənilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apelyasiya şikayəti verərək apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. ünvan 2xli qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3389/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayətinin verməsi üçün müddətin buraxması üzürlü hesab edilərək bərpa edilməsi və apelyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (Sədrlik edən: Pərviz Zamanlı). Qərardaddan narazı qalan iddiaçı məhkəməyə şikayət ünvanlayaraq ünvan 2xli qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3389/2019 saylı, 12.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi K.X3, şikayəti müdafiə edərək, qəraradadın ləğv edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən Cavabdeh1 iddiaçının şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında digər Cavabdeh2 MTK-ya məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Kollegiya, həmin şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli qətnaməsi Cavabdeh2 MTK-ya iddia ərizəsində göstərilən ünvana göndərilsə də, qətnamə zərfin üzərində “köçüb” qeydi aparılmaqla məhkəməyə qaytarılmışdır (i.v. 141). Həmçinin, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 MTK 17.12.2020-ci il tarixdə qətnamənin rəsmi qaydada təqdim olunması üçün müraciət etmiş (i.v. 154) və qətnamə birinci instansiya məhkəməsi tərəfindən 02.01.2021-ci il tarixdə MTKya göndərilmişdir (i.v. 156). Cavabdeh2 MTK sözügedən qətnamədən verdiyi apelyasiya şikayətini 02.02.2021-ci il tarixdə poçta təqdim etməklə məhkəməyə göndərmişdir. Qeyd edilənlərə əsasən, mübahisə edilən məhkəmə qətnaməsi Cavabdeh2 MTK-nın iddia ərizəsində qeyd olunmuş ünvanına göndərilməsinə baxmayaraq, qətnamənin rəsmi qaydada həmin cavabdeh tərəfindən alınması iş materialları ilə müəyyən olunmadığından kollegiya hesab edir ki, Cavabdeh2 MTK tərəfindən Xətai Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1.-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, ünvan 2xli qərardadı dəyişdirilmədən saxlanılmalı, Cavabdeh2 MTK-nın apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3389/2019saylı, 12.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 MTK-nın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4886/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4886/2021
07.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver