Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4889/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X7 və X5 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 ASC-nin nümayəndəsi X1 və “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və “xxxx” MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-852/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 ASC və “xxxx” Azərbaycan-X6 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və “xxxx” MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, mənzilinə və əmlakına vurulmuş 7.000 manat məbləğində maddi ziyanın və 5000 manat məbləğində mənəvi ziyanın “xxxx” MMC tərəfindən ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinə əlavə təqdim edərək mənzilinə və əmlakına vurulmuş 7.000 manat məbləğində maddi ziyanın və 5000 manat məbləğində mənəvi ziyanın “xxxx” MMC və Cavabdeh1 ASC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra yenidən idda ərizəsinə əlavə təqdim edərək xx xxxxxx 2018-ci il tarixdən ünvan 1 mənzil 14 ünvanında kirayə qaldığını bildirmiş və buna görə də evin kirayəsi ilə bağlı 2250 manatın cavabdehlər Cavabdeh1 ASC və “xxxx” MMC-dən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(018)-75/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-3461/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı və cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayətləri qismən, Cavabdeh1 ASC-nin apelyasiya şikayəti tam təmin edilmiş, Astara Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(018)-75/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 852/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Astara şəhəri, H.Əliyev prospekti, ev 224-də yerləşən 2 saylı mənzilinə və ordakı əşyalara vurulmuş maddi ziyana görə 5205 manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində olan ekspertiza xərcinin müştərək qaydada cavabdehlər Cavabdeh1 ASC və “xxxx” MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh “xxxx” Azərbaycan-X6 apelyasiya şikayəti verərək, qətnaməni “xxxx” Azərbaycan-X3 aid hissədə ləğv edərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” Azərbaycan-X6 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, podratçı şirkət olaraq “xxxx” Azər-Türk MM-in sifarişçi qarşısında öhdəliyi ondan ibarətdir olmuşdur ki, podratçı su xəttini çoxmərtəbəli yaşayış binaların mərtəbələrinə qədər çəkir. Eyni zamanda mərtəbədə hər bir mənzilə dair su sayğacı quraşdırırlar. Su sayğacına qədər bir ədəd su kranı və su sayğacından sonra da bir ədəd su kranı podratçı tərəfindən quraşdırılır. Beləliklə, su xətti çəkilərkən layihənin və mövcud müqavilənin şərtlərinə uyğun olaraq, podratçı olaraq üzərlərinə düşən öhdəliyi doğru-düzgün icra etmişlər. Eyni zamanda, iddiaçının iddia ərizəsində də qeyd olunur ki, su sayğacı və su kranları mövcud olmuşdur. Lakin həmin su kranları açıq saxlanılmışdır. Digər tərəfdən iddiaçı iddia ərizəsində qeyd edir ki, xx.xx.2018-ci il tarixdə su xəttinə qoyulmuş kran açıq olduğundan onun evinə su axıb ona ziyan dəyib. Nəzərə alınmalıdır ki, sayğacdan sonra qoyulmuş su kranından mənzilin daxilinə xəttin çəkilməsi vətəndaşın, yəni abonentin üzərində qalır. Hazırkı iddiaçı su xəttini su kranından sonra öz mənzilinə qədər müvafiq qaydada özü öz vəsaiti hesabına, yaxud bu imkanı olmamışdırsa yerli icra hakimiyyətinə müraciət edərək hansı qaydadasa onlardan kömək istəməklə, su xəttini öz mənzilinə çəkdirməyə borclu olduğu halda bunu etməmişdir. Nəticədə ümumi binaya su buraxılmış, həmin vaxt iddiaçı bir müddət evdə yaşamadığını iddia ərizəsində etiraf edib. Su sayğacına qədər və sayğacdan sonra su kranı iddiaçının təqsirli hərəkətləri nəticəsində açıq saxlanılmış, yaxud başqa hansısa sakin (uşaqlar və s.) tərəfindən açıq saxlanılmasına görə podratçı məsuliyyət daşıya bilməz. Vətəndaşlar su quyularından illərlə istifadə etdikləri səbəbdən bilərəkdən, su xəttini mənzillərinə çəkmirlər. Binaya suyun verilməsindən iddiaçının məlumatı olub. Vətəndaşın 2-ci qrup əlil olduğu üçün onun mənzilin daxilinə qədər podratçı tərəfindən su xəttinin çəkilməsi layihə və müqavilə öhdəliklərində nəzərdə tutulmamışdır. Su kranının hansı şəraitdə kim tərəfindən açıq saxlanılmasına görə podratçı təşkilat maddi və s. məsuliyyət daşıya bilməz. Əraziyə baxış keçirilən zaman tərtib olunan aktda su xəttinin çəkilişində və su kranlarında hər-hansı qüsurun olması inkar olunmuşdur. İddiaçı iddia ərizəsində su xəttinə kranların qoyulduğunu qeyd edib. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli aktda qeyd olunub ki, içməli suyun nəzarətsiz qalması, binanın 2-ci mərtəbəsində içməli su xətti açıq saxlanıldığından iddiaçıya ziyan dəymişdir. Kranın açıq saxlanılması və iddiaçının evdə yaşamaması və s. hallara görə podratçı cavabdeh ola bilməz.Məhkəmə AR MM-nin 21-ci maddəsini və bununla əlaqədar KM-nin qərarlarına istinad edərkən nəzərə almalıdır ki, “xxxx” MM iddiaçıya ziyan vurmuşdurmu?! Məhkəmə nəzərə almamışdır ki, iddiaçının öz evində yaşamaması, su sayğacdan sonra su xəttini öz evinə çəkməməsinə görə, habelə quraşdırılmış su kranın kənar şəxslər tərəfindən açıq saxlanılmasına görə podratçı təşkilat məsuliyyət daşıya bilməz. Digər tərəfdən 2-ci mərtəbədə pilləkən qəfəsində quraşdırılmış su sayğacından sonra su kranı açıq saxlanıbsa, su pilləkənlərlə daha açıq və sərbəst formada binanın zirzəmisinə və giriş hissəyə axacaqdır. Bu hal da araşdırılmayıb!!! Suyun mənzilə tökülməsi inandırıcı deyil!yoxlanılmamışdır. İddiaçı etiraf edir ki, 2012-ci ildən mənzildə yaşamamışdır. Məhkəmə bu hala qiymət verməmişdir. “xxxx” X2 təsdiq olunan layihə çərçivəsində müqavilə əsasında qeyd olunan yaşayış binasının və digər çoxmərtəbəli binaların girişlərində yerləşən ümumi istifadədə olan binaların mərtəbələrində, yəni pilləkən qəfəsin üstündəki sahədə su sayğacı quraşdırır. “xxxx” su xəttini binanın giriş hissəsində (mənzilin daxilinə yox) sayğac quraşdıraraq və kran (bağlayıcı) qoymaqla suyun axa biləcək ehtimalını istisna edir. “xxxx” ayrı-ayrı mənzillərin daxilinə su xətti çəkmədiyi üçün, binanın giriş hissəsinin pilləkən qəfəsindəki sahədə quraşdırılmış sayğacdan mənzilə suyun axması qəti mümkün deyildir. Digər tərəfdən binanın giriş hissəsinin pilləkən qəfəsində quraşdırılmış sayğacdan sonra qoyulmuş kran əgər kimsə tərəfindən açılırsa, oradan axan su binanın zirzəmisinə gedə bilər, suyun mənzilin daxilinə tökülməsi mümkün deyil. Vətəndaş özü etiraf edib ki, mənzildə heç vaxt yaşamamış, kimsə sayğacın yanındakı kranı açıq qoyub su oradan axıb onun mənzilindəki əşyaları nəmləndirib, ona ziyan dəyib. 2012ci ildən evdə yaşamadığı halda evdə əşyanın olması inandırıcı deyil. “xxxx” X2 mənzilə su xətti çəkməmişdir. Sayğacdan sonra su xəttinin çəkilməsi onların öhdəliyi olmamışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 ASC apelyasiya şikayəti verərək, qətnamədə dəyişiklik edərək, qətnamənin nəticə hissəsindən “və Cavabdeh1 ASC-dən müştərək qaydada” hissəsini xaric etməklə, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh1 ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC balansında olan, magistral və paylayıcı su şəbəkə və kəmərləri vasitəsi ilə hüquqi və fiziki şəxslərə su və kanalizasiya xidmətləri göstərir. Bununla yanaşı Cavabdeh1 ASC su və kanalizasiya sahəsi üzrə mühüm dövlət layihələrinin sifarişçisi qismində də çıxış edir. Belə ki, “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” üzrə sifarişçi Cavabdeh1 ASC, layihədə icraçı isə podratçı şirkət “xxxx” MMC və “X10 İ.T.San.Tic. şirkəti” Konsorsiumu müəyyən edilmişdir. Tərəflər arasında müvafiq müqavilə bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq layihənin icrası zamanı obyektin təminatlı istismara verildiyi gündən başlayaraq onun bütünlüklə fasiləsiz istismarına verildiyi təminat müddətində yarana biləcək istənilən qüsur və zərərin aradan qaldırılması podratçı şirkət “xxxx” MMC öhdəlik ilə üzərinə götürmüşdür. Podratçı təşkilat Astara şəhəri üzrə istifadəyə verilmiş bir sıra tikili və qurğularda işləri yekunlaşdırsa da, iddiaçının yaşadığı mübahisəli 224 saylı binanın su və kanalizasiya sistemi hazırkı vaxta kimi tərəflər arasında təhvil-təslim edilməmiş və müvafiq olaraq Cavabdeh1 ASC-nin balansına verilməmişdir. Cavabdehlər arasındakı münasibətləri aralarındakı bağlanmış podrat müqaviləsi ilə tənzim olunur. Müqavilə şərtləri ilə sifarişçi Cavabdeh1 ASC və ya onun nümayəndəsi ilə birgə iş sahəsini yoxlama hüququna malikdir. Podratçı şirkət binanın su xətti çəkilişini tamamlayaraq, test-sınaq rejimində Cavabdeh1 ASC-nin daxili su şəbəkəsi xəttinə qoşulmanı həyata keçirirdisə, onda təbii olaraq ki, Cavabdeh1 ASC-nin nümayəndəsinin iştirakı heç də təəccüb doğurmamalıdır.Hazırkı iş üzrə birinci instansiya məhkəməsi podrat müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələrini lazımınca araşdırmamış və cavabdehlərdən məhz Cavabdeh1 ASC-nin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşıması barədə qənaətini kifayət qədər əsaslandırmamışdır. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin təmin edilmiş hissəsinin qanuniliyin və əsaslılığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi işdə olan yazılı sübutlar əsasında müəyyən etmişdir ki, (iş materiallarında olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilən Ə 009843 saylı vəsiqəyə əsasən) İddiaçı İİ qrup Qarabağ müharibəsi əlilidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Astara rayonunda inşa olunmuş 16 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə xx xxxx 2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx xxxxxxx 2011-ci il tarixli iclasının qərarından çıxarışa əsasən ümumi sahəsi 65,13 kv.m, faydalı sahəsi 30.187 kv.m olan 2 otaqlı mənzil İddiaçı verilmişdir. xx xxxxxxx 2018-ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı içməli suyun, nəzarətsizlik nəticəsində, evinə ziyan vurulması, müraciətinə əsasən yaşadığı mənzilinə və ev əşyalarına ziyan dəyməsi faktı yerində araşdırılmışdır. Həmin binanın 2-ci mərtəbəsinə “xxxx” MMC tərəfindən çəkilmiş içməli su xətti açıq saxlanıldığından, İddiaçı 1-ci mərtəbədə yerləşən mənzilinə su axaraq evin divarlarına və mənzillərdə olan ev əşyalarına, müxtəlif növ mebel dəstlərinə və yorğan-döşəyə qismən ziyan vurulmuşdur. Astara şəhərinin Su Təhcizatı və Kanalizasiya Layihəsinə dair xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh1 ASC və podratçı “xxxx” AzərTürk MM arasında bağlanmış müqaviləyə əsasən podratçı tərəfindən icra edilən bütün işlər nəticəsində ictimaiyyətə ziyan və ya zərər verilməməli və ictimaiyyəti qoruyan qanunlar pozulmamalıdır. Podratçı müqavilənin etibarlılıq müddəti ərzində ətraf mühitin qorunması ilə bağlı yerli qanun və qaydalara, eləcə də insanlar, mədəni miras, yerinə yetirdiyi işlər ilə bağlı təhlükəsizlik və sağlamlıq məsələləri barədə qaydalara, o cümlədən Dünya Bankının ətraf mühit üzrə qaydalarına uyğun hərəkət etməyə, hesabatlar hazırlamağa, fəaliyyət dövründə qüvvəyə minmiş yeni qaydalara riayət etməyə, işlərin yerinə yetirilməsi üçün müəyyən tədbirlər həyata keçirmək məqsədi ilə tələb edilən icazələrin əldə edilməsinə zəmanət verməyə, qaydaların pozulması və ya onlara riayət edilməməsinin qarşısını almaq üçün kifayət qədər tədbir görməyə, həmçinin qüsur və pozuntuların aradan qaldırlması üçün lazımi işlərin həyata keçirilməsinə görə məsuliyyət daşıdığı əks edilmişdir. Astara RİHB-nın memarlıq və tikinti şöbəsinin müdiri, Astara Su kanal İdarəsinin müdiri, Astara RİHB-nın Astara şəhər İƏD-si üzrə nümayəndəsi, Astara şəhəri H.Əliyev prospekti ev 224, mənzil 13 və 14 də yaşayan qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktın məlumatlarına əsasən iddiaçının mənzilinə həmin binanın 2-ci mərtəbəsinə “xxxx” MMC tərəfindən çəkilmiş içməli su xətti açıq saxlanıldığından İddiaçı 1-ci mərtəbədə yerləşən mənzilinə su axaraq evə maddi ziyan dəymişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli, 31676/8136 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus Astara şəhəri H.Əliyev prospekti ev 224-də yerləşən 2 saylı mənzilə smeta üzrə aparılmış hesablamalar nəticəsində, yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2800 (iki min səkkiz yüz) manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli, 12714/12794 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus Astara şəhəri H.Əliyev prospekti ev 224-də yerləşən 2 saylı mənzilə və ordakı əşyalara vurulmuş maddi ziyanın ümumi dəyəri 5205 (beş min iki yüz beş) manat məbləğində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli, 12714/12794 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, İddiaçı məxsus Astara şəhəri, H.Əliyev prospekti ev 224-də yerləşən 2 saylı mənzilə və ordakı əşyalara vurulmuş maddi ziyanın ümumi dəyəri 5205 (beş min iki yüz beş) manat təşkil edir. Cavabdeh1 ASC işlərin rəsmi qaydada podratçı şirkət tərəfindən təhvil alınmadığını, bu səbəbdən məsuliyyəti podratçı şirkətin daşıdığını bildirsə də, Cavabdeh1 ASC işləri rəsmi qaydada təhvil almamasına baxmayaraq, su xəttinin həmin binaya verməsində iştirak etməli deyildi. Həmçinin digər cavabdeh “xxxx” MMC də işləri podrat müqaviləsinə uyğun təhvil verməmiş suyu binaya çəkməli deyildi. “xxxx” MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış müqavilənin 2.18-ci bəndinə əsasən qaydaların pozulması və ya onlara riayət edilməməsinin qarşısını almaq üçün kifayət qədər tədbir görməməyə, qüsur və pozuntuların aradan qaldırılması üçün məsuliyyəti podratçı şirkət daşıyır. Hər iki cavabdeh hüquqa zidd davranış etdiyindən delikt törətmişdirlər (Cavabdeh1 ASC işləri təhvil almamış nümayəndəsi suyun çəkilməsində iştirak etmiş-Cavabdeh1 ASCnin nümayəndəsi izahatında bu halı inkar etməmişdir və xxxx” MMC isə işləri təhvil-təslim edənədək müqavilə ilə bütün qüsurlara görə məsuliyyəti öz üzərinə götürmüşdür) və buna görə də birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 1096.1, 1096.2-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus Astara şəhəri, H.Əliyev prospekti, ev 224-də yerləşən 2 saylı mənzilə və oradakı əşyalara dəymiş ziyana görə 5205 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 ASC və “xxxx” MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 ASC və ”xxxx” Azərbaycan-X6 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 852/2020 saylı qətnaməsi mübahisələndirilən-iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-4889/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4889/2020
20.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver