Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4891/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Nur MTK-ya və X6 qarşı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı və Nur MTK-ya qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzilin boşaldılaraq təhvil verilməsi və müqavilə etibarsızlığı” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Nur MTK-ya və X6 qarşı “mənzildən X4 və onunla yaşayan digər şəxslərin çıxarılmasına, mənzilin boşaldılaraq ona təhvil verilməsinə” dair iddia ərizəsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı və Nur MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsinə” dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(001)-700/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşmiş MTK Cavabdeh-un tikilməkdə olan binasının A blokunun, 14-cü mərtəbəsində yerləşən sahəsi 105 kv.m. olan 3 otaqlı 55 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyənləşdirilmiş 52500 manat mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndindən müəyyən olunur ki, müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı, pulun qalan hissəsini kooperativə 6 ay müddətinə olmaqla bərabər hissələrlə, ümumi qiymətin 10%-i məbləğində hər ayın 20- 30 arasında ödəməyi öhdəsinə götürür.
2. Cavabdeh MTK-nın xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, 55 saylı mənzilin xx.xx.2010-cu ildən X6 müqavilə yolu ilə 52500 ABŞ dollarına satılması, təqdim etdiyi müqavilə və maliyyə arayışının MTK-nın arxivində aşkar edilmədiyi İddiaçı bildirilmişdir.
3. Cavabdeh MTK-nın xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh MTK-ya məxsus Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşən kooperativ yaşayış binasının A girişinin, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilin pay dəyəri olan 52500 manat payçı İddiaçı Təvəkkül oğlu tərəfindən tam ödənilmişdir.
4. S.M.Bədirova, K.M.Həsənova, K.M.Bədirova, K.İ.Həsənov, F.B.Məmmədzadə, S.M. Məmmədzadə, E.R.Əzimov, Y.M.Alxazov, Y.Ə.Əskərov, N.T.Salayeva, A.A.Hüseynova, G.B. Kərimov, A.S.Məmmədova, F.Z.Məhərrəmov tərəfindən imzalanmaqla Nur MTK tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, ünvan 4-da yerləşən Nur MTK-nın binasında yaşayan aktı imzalayan şəxslər həmin binanın A girişinin blokunun 14cü mərtəbəsində yerləşən 55 saylı mənzildə X4 ailə üzvləri ilə birlikdə 2011-ci ildən hazırki tarixədək yaşadıqlarını təsdiq edirlər.
5. Cavabdeh MTK ilə X11 arasında bağlanmış xx.xx.2010-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşəmiş MTK Nur-un tikilməkdə olan binasının A blokunun, XİV mərtəbəsində 3 otaqlı sahəsi 105 kv.m. olan 55 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyənləşdirilmiş 52500 ABŞ dolları olan mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4-cü bəndindən müəyyən olunur ki, müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı, pulun qalan hissəsini kooperativə 6 ay müddətinə olmaqla bərabər hissələrlə, ümumi qiymətin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürür.
6. Cavabdeh MTK-nın xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh MTK-ya məxsus Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşən kooperativ yaşayış binasının A girişinin, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilinin pay dəyəri olan 52500 ABŞ dolları payçı X11 tərəfindən tam ödənilmişdir.
7. Bakı şəhəri Binəqədi rayonu Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli tədiyyə bildirişindən müəyyən olunur ki, İ.Heydərova ünvan 1 ünvanı üzrə 2018-ci il üçün 28,50 manat əmlak vergisi hesablanmışdır. Bakı Elektrik Şəbəkə ASC ilə X11 arasında bağlanmış xx.xx.2012-ci il tarixli elektrik enerjisinin alqı-satqısına dair müqavilənin surətindən müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi abonenti ünvan 3 ünvanı üzrə elektrik enerjisi ilə təmin etməyi öhdəsinə götürmüşdür.
8. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşmiş MTK Nur-un tikilməkdə olan binasının İ blokunun XİV mərtəbəsində sahəsi 116 kv.m. olan 3 otaqlı 53 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyənləşdirilmiş mənzil haqqını olan 58000 ABŞ dolları vaxtında ödəməyi öhdəsinə götürür.
9. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşmiş MTK Nur-un tikilməkdə olan binasının İ blokunun XİV mərtəbəsində sahəsi 116 kv.m. olan 3 otaqlı 53 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyənləşdirilmiş mənzil haqqını olan 58000 manatı vaxtında ödəməyi öhdəsinə götürür.
10. Cavabdeh MTK ilə X7 arasında bağlanmış xx.xx.2011 -ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşmiş MTK Nur-un tikilməkdə olan binasının İ blokunun XİV mərtəbəsində sahəsi 116 kv.m. olan 3 otaqlı 53 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyənləşdirilmiş mənzil haqqını olan 58000 manatı vaxtında ödəməyi öhdəsinə götürür.
11. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı Cavabdeh MTK tərəfindən ünvan 4 ünvanında inşa edilən kooperativ binada apardığı təmir-bərpa işləri qarşılığında MTK tərəfindən xx.xx.2010-cu il tarixli müqavilə əsasında binanın A bloku 14-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət olan 105 m2 ölçüdə olan 55 nömrəli mənzil onun adına rəsmiləşdirilmiş, lakin, sonradan həmin mənzil İddiaçı razılığı ilə MTK tərəfindən başqa şəxsə satılmışdır. Ona görə də İddiaçı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdə Cavabdeh MTK- dan pay dəyəri 52500 manat olan payçı İddiaçı Təvəkkül oğluna ilkin alıcısı olaraq verilmiş Bakı şəhəri Binəqədi rayonu X17 küçəsi 63-də (indiki 63A) yerləşən binanın A girişi 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı, 55 saylı mənzilindən cavabdeh X4 və onunla birlikdə yaşayan digər şəxslərin çıxarılmalarına və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu il tarixdə Cavabdeh MTK-dan ünvan 5 ünvanında yerləşən binanın 55 nömrəli mənzilini 52500 manat məbləğində pul ödəyərək almış, bu barədə tərəflər arasında xx.xx.2010-cu il tarixdə Cavabdeh kooperativ binada mənzil tikintisi haqqında müqavilə də bağlanmışdır. Həmin müqavilədə qeyd olunmuşdur ki, göstərilən mənzil 3 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 105 kv.m, mənzilin bloku A bloku, 14-cü mərtəbədə mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Göstərilən mənzilin ümumi dəyəri 52500 manat müəyyən olunmuşdur və s. Bundan başqa cavabdeh iddiaçıya maliyyə arayışı vermiş və maliyyə arayışında qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X17 küçəsi 63-də yerləşən kooperativ yaşayış binası Nur MTK-ya məxsusdur. Bu binanın A giriş, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı, 55 saylı mənzilin pay dəyəri 52500 manat payçı İddiaçı Təvəkkül oğlu tərəfindən tam ödənilmişdir. Cavabdeh iddiaçıya məxsus mənzili təhvil verməkdən boyun qaçırır. Bu barədə tərəflərin dəfələrlə şifahi danışıqları olsa da, cavabdeh tərəf bu günə qədər verdiyi sözü tutmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının məktubuna cavab olaraq 55 saylı mənzilin xx.xx.2010-cu ildən X6 müqavilə yolu ilə satılmasını bildirmişdir. Həmin mənzilə 52500 ABŞ dolları maliyyə arayışına əsasən ödənilmiş sayılır. İddiaçının göndərdiyi müqavilə və maliyyə arayışı onların arxivində aşkar edilməmişdir. Cavabdeh heç bir əsas olmadan özbaşınalıq edərək iddiaçının şəxsi mülkiyyətində olan mənzili üzərində onun məlumatı olmadan mülkiyyət hüquqlarını pozaraq sərəncam vermişdir.
14. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 cavabdehlər İddiaçı və Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 iddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı ilə MTK arasında bağlanmış müqavilənin heç bir hüquqi əsası olmadığından həmin müqavilə etibarsız hesab edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, X11 ilə Cavabdeh MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanılmış mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu X17 küçəsi 63-də yerləşən binanın A girişinin 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilin dəyəri olan 52500 ABŞ dolları pul maliyyə arayışına əsasən onun tərəfindən ödənilərək həmin mənzil satın alınmışdır. Bundan az sonra İ.T.Heydərov mənzili təmir etdirmiş və ailəsi ilə birlikdə 11 ildir ki, həmin mənzildə yaşayır. Bu müddət ərzində həmin mənzillə bağlı heç bir iddia və heç bir mübahisə olmamışdır. Əgər həqiqətən həmin müqavilə əsaslı və real müqavilə idisə bu müddət ərzində iddiaçı nəyə görə öz mənzilinin təhvil verilməsi ilə bağlı mənzilə gəlib baş çəkməmiş, orada yaşayan ailə kimi İ.T.Heydərova müraciət etməmiş və ya MTK-ya bu barədə rəsmi ərizə ilə müraciət etməmişdir. Göründüyü kimi iddiaçının qaldırdığı iddianın heç bir əsası yoxdur. Bu günə kimi İ.T.Heydərov ailəsi ilə birlikdə həmin mənzildə maneəsiz və mübahisəsiz şəkildə 11 ildən çoxdur ki, yaşayır. İstər iddiaçının yaxın vaxtlarda MTK-ya müraciətinə cavab məktubunda, istərsə də İ.T.Heydərovun MTK-dan araşdırması nəticəsində məlum olmuşdur ki, ümumiyyətlə MTK-nın arxivində İddiaçı ödəniş edərək həmin mənzili almasına dair hər hansı arxiv və ya baza məlumatı mövcud deyildir. Bundan başqa 11 ildən artıq müddətdir ki, İ.T.Heydərov mənzildə öz ailəsi ilə birlikdə mübahisəsiz və maneəsiz yaşadağına dair qonşuları tərəfindən tərtib edilmiş akt da bunun göstəricisi kimi qiymətləndirilməlidir. İ.T.Heydərov komunal xidmətlərlə əlaqədar bir sıra dövlət müəsissə və orqanları ilə uzun müddətdir müqavilə bağlayaraq qaz, işiq, su və digər xidmətlərdən istifadə edir. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilənin heç bir hüquqi əsası yoxdur və o hər hansı vasitə ilə sonradan meydana çıxarılan saxta sənəddir. Əgər həqiqətən belə bir müqavilə mövcud idisə bəs nə üçün MTK-nın gözətçi vəkomendantlarının iştirakı ilə İ.THeydərov həmin mənzildə aylarla təmir tikinti işləri apardığı müddətdə iddiaçı yaxınlaşaraq bununla bağlı ona və ya MTK rəhbərliyinə müracət etməmişdir. Nəinki, təmir tikinti vaxtı iddiaçı ümumiyyətlə 12 il müddətində bu barədə müraciət etməmiş və ya iddia qaldırmamışdır. Bu da bir daha onu göstərir ki, tələb etmənin əsası saxta olmaqla möhkəm əsaslara söykənmir. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndində göstərilmişdir ki, mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Həmin müqavilənin 4-cü bəndində göstərilmişdir ki, tikinti etapı və müddəti ilə payçı tanışdır. Müqavilənin bəndlərindən də göründüyü kimi iddiaçı sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən mənzili təhvil almalı idi. Lakin iddiaçı nəinki, bunu etməmiş 12 il müddətində bunu tələb belə etməmişdir. Bu hal bir daha onu göstərir ki, iddiaçının tələb etmək hüququ mövcud deyil, qaldırdığı iddianın heç bir əsası yoxdur. İddiaçı daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə olan 6 illik iddia müddətini, həmçinin 10 illik ümumi iddia müddətini ötürmüşdür.
16. İddiaçı üçüncü şəxsin iddiasına yazılı etiraz verərək göstərmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilə X11 ilə Cavabdeh MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilədən 3 ay öncədən bağlanmışdır. Hər iki müqaviləni və maliyyə arayışını Cavabdeh MTK adından eyni şəxs imzaladığı və MTK-nın möhürü ilə təsdiq olunduğu üçün X3 ilə bağlanmış müqavilə etibarlı və qanunidir. İddiaçı ilə bağlanmış müqavilənin qanuniliyi 3 ay öncədən bağlanması və xx.xx.2010-cu il tarixdə 52500 manat pulun ödənilməsi, maliyyə arayışının verilməsidir. Nur MTK-nın hazırki sədrinin xx.xx.2022-ci il tarixli məktubunda Bakı şəhəri Binəqədi rayonu X17 küçəsi 63-də yerləşənbinanın A girişinin 14cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı, 55 saylı mənzilinin xx.xx.2010-cu ildən X6 müqavilə yolu ilə satılması, həmin mənzilə 52500 ABŞ dolları maliyyə arayışına əsasən ödənilmiş sayılmasını və X2 məxsus müqavilə və arayışın arxivdə aşkar edilməməsini qeyd etməsi bir daha sübut edir ki, ikinci müqavilə qanunsuz bağlanmış və həmin müqavilə əsasında mənzil əvvəlcədən düşünülmüş şəkildə zəbt edilmişdir. Sənədlərin arxivləşdirilməsi və qorunması MTK-nın vəzifəsidir, yeni sədrin əvvəlki sədrdən sənədləri təhvil almaması o demək deyildir ki, İddiaçı oglu ilə müqavilə bağlanmamış və pul ödənilməmişdir. İddiaçı oglu onunla bağlanmış müqavilənin əslini təqdim etməklə 08 09.2010-cu ildə dəyərini tam ödədiyi mənzilinə sahib olmaq və mülkiyyətinə daxil etmək hüququ vardır. Bu huquq heç bir şəkildə məhdudlaşdırıla bilməz. Məlum olduğu kimi Azərbaycan Respublikasında ödəniş vasitəsi manatdır. xx.xx.2010-cu il taıixdə İddiaçı ilə bağlanmış müqavilədə mənzilin ümumi dəyəri 52500 manat göstərilmiş və maliyyə arayışına əsasən bu məbləğ eyni tarixdə tam ödənilmişdir. X11 ilə bağlanmış müqavilədə və maliyyə arayışında mənzilin ümumi dəyəri 52500 ABŞ dolları göstərilmişdir. Bu da onu göstərir ki, X11 ilə bağlanmış müqavilə etibarsızdır sadəcə mənzili zəbt etmək üçün bağlanmış və bunu X11 əvvəlcədən bilmişdir. Əvvəlcədən bilərək İddiaçı mənzilini MTK sədrinin əli ilə zəbt etmişdir. İddiaçı Nur MTK ilə xx.xx.2010-cu il tarixdə qanuni şəkildə mənzil tikintisi haqqında müqavilə bağlamış və dəyərini tam ödəməklə Bakı şəhəri Binəqədi rayonu X17 küçəsi 63-də yerləşən binanın A girişinin 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı, 55 saylı mənzilini əldə etmişdir. İddiaçı qanuni şəkildə aldığı mənzildə yaşayıb-yaşamaması nə MTK sədrinə nə də, X6 əsas vermir ki, mənzili qanunsuz yollarla zəbt etsinlər, İddiaçı əmlakını mənimsəsinlər. Əmlakın mənimsənilməsi cinayətdir. MTK sədri və X11 bilərəkdən təqsirli hərəkətləri ilə əmlakı mənimsəmiş, bu fakt iddiaçıya MTK-dan mənzilini təhvil verməyinə dair müraciətinə rəsmi cavabında məlum olmuş və İddiaçı pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi üçun məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X4 ondan əvvəl dəyərini tam ödədiyi mənzilini MTK-dan tələb etdiyi üçün iddia müddətinin tətbiqi barədə ərizəsi əsassızdır. Nur MTK mənzilə dair hər hansı bir bildiriş göndərməmişdir. Mənzilin ona məxsus olması haqqında müqaviləyə imza atan MTK-nın sədri məlumatlı idi və onun mənzilin alınması ilə bağlı X8 məlumatlandırması və ya məlumatlandırmaması iddiaçı olaraq ona maraqlı deyildir. Belə ki, X11 ona dəymiş ziyanı MTK-dan tələb etməli və mənzili tərk etməlidir. Bundan əlavə mənzilin tikintisinin başa çatması barədə İddiaçı MTK tərəfindən hər hansı bir rəsmi məlumat verilməmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2010- cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilənin 1 -ci bəndində qeyd edilmişdir ki, kooperativ Bakı şəhəri Binəqədi rayonu X17 küçəsi 63 ünvanında yerləşmiş MTK Nur-un tikilməkdə olan binasında 55 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilədən də göründüyü kimi, mənzil tikilməkdə olarkən dəyəri İddiaçı tərəfindən tam ödənilsə də, MTK sədri mənzilin tikilib qurtarması barədə heç bır məlumat verməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi xx.xx.2023-cü il tarixli məktubunda 55 nömrəli mənzilin binada təmir-bərpa işləri qarşılığında İddiaçı adına rəsmiləşdirilməsi və sonradan İddiaçı razılığı ilə MTK tərəfindən başqa şəxsə satılması qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mənzilin İddiaçı razılığı ilə MTK tərəfindən başqa şəxsə satılması qənaətini qəbul etmir. Birincisi əgər belə bir razılıq olmuşdursa həmin idarə sübutu məhkəməyə təqdim etməli idi, ikinci tərəfdən isə əgər belə bir razılıq olmuşsa MTK həmin sübutu məhkəməyə təqdim etməlidir. Neçə aydır davam edən prosesdə MTK razılığa dair heç sübut təqdim edə bilməmiş, yalnız İddiaçı sahibliyində olan əmlakı X6 qanunsuz olaraq verilməsini təsdiqlədiyi müqaviləyə köklənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digət şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Hazırkı mübahisədən göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda Nur MTK-nın mülkiyyətində olmayan əşya barədə sərəncam verməsi 3 ay keçdikdən sonra həmin mənzil barədə X11 ilə xx.xx.2010-cu il tarixli mənzil tikintisi haqqında müqavilənin bağlanması mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olmamışdır. Hazırki iş üzrə İddiaçı tərəfindən 55 nömrəli mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, Nur MTK mənzili alıcıya verməmiş və müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh Nur MTK-nın qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilə üzrə X6 verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin, ödənilən vəsaitin və digər xərclərin ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq tələb irəli sürə bilər. Ona görə də iddianın təmin olunmasına dair qətnamə çıxarılması xahiş olunur.
17. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X11 iddia müddətinin tətbiqi haqqında ərizə verərək onunla əsaslandırmışdır ki, qaldırılmış iddia tələbinin heç bir əsası mövcud deyildir. Belə ki, X11 ilə Nur MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanılmış mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu X17 küçəsi 63-də yerləşən binanın A girişinin 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı, 55 saylı mənzilin dəyəri olan 52500 ABŞ dolları pul maliyyə arayışına əsasən X11 tərəfindən ödənilərək satın alınmışdır. Bundan az sonra həmin binada təmir tikinti işlərinə başlayaraq mənzili təmir etdirmiş və ailəsi ilə birlikdə 11 ildir ki, həmin mənzildə yaşayır. Bu müddət ərzində həmin mənzillə bağlı heç bir iddia və heç bir mübahisə olmamışdır. Əgər həqiqətən həmin müqavilə əsaslı və real müqavilə idisə bu müddət ərzində iddiaçı nəyə görə öz mənzilinin təhvil verilməsi ilə bağlı mənzilə gəlib baş çəkməmiş, orada yaşayan ailəyə müraciət etməmiş və ya MTK- ya bu barədə rəsmi ərizə ilə müraciət etməmişdir. İddiaçının mənzili tələb etmək hüququ mövcud deyil, qaldırdığı iddianın heç bir əsası yoxdur. O, nəinki, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə olan 6 illik iddia müddətini, həmçinin 10 illik ümumi iddia müddətini keçirmişdir. Ona görə də İddiaçı cavabdeh Nur MTK- ya qarşı mənzilin təhvil verilməsinə dair iddia tələbinə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X4 məhkəməyə təqdim etdiyi yazılı etirazını isə onunla əsaslandırmışdır ki, iddiaçıda Nur MTK ilə aralarında Bakı şəhəri Binəqədi rayonu X17 küçəsi 63-də yerləşən binanın A giriş 14-cü mərtəbəsində ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilinə dair xx.xx.2010-cu il tarixli müqavilənin və maliyyə arayışının olması hələ iddiaçı ilə MTK arasında həmin tarixdə mübahisəli mənzilə dair müqavilənin bağlanmasına və iddiaçının həmin mənzilin ilkin alıcısı olmasına dəlalət edə bilməz. Belə ki iddiaçı özü hazırkı mübahisə üzrə məhkəmə iclasında vermiş olduğu izahatında faktiki olaraq həmin mənzili almadığını, MTK ilə aralarında xidmət göstərilməsindən irəli gələn borc münasibətləri olduğundan, həmin borcun ödənilməsinin təminatı olaraq onunla belə bir müqavilə bağlandığını, lakin, sonradan borcu ödənilmədiyindən hazırki iddianı qaldırdığını, mübahisəli mənzildə digər şəxslərin yaşamasından hələ 2014-cü ildən xəbərdar olduğunu bildirmişdir. Nur MTK tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda MTK-da iddiaçı ilə bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının aşkar edilmədiyi bildirilmişdir. İddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədə tərəflər özlərini kooperativ və payçı qismində tanımışdır. Müqavilə subyektlerinin mülki dövriyyədə hansı sifətdə iştirak etməsi onların iradəsindən asılıdır və təbii ki, müqavilə əsasında yaratmaq istədikləri məhz kooperativ və payçı olaraq münasibətlərə girməsi, buna uyğun hüquq və vəzifələr müəyyən edən müqavilə bağlamaları iddiaçının özünün məhkəmə verdiyi izahatları ilə şübhə altına alınır. Göründüyü kimi iddiaçı ilə MTK arasında tərəflərin iradəsi aralarında mənzilin satılmasına və onun pay dəyərinin ödənilməsinə dair müqavilə bağlanmasına yönəlməmişdir. Bu halda həmin müqavilənin alqı-satqı müqaviləsi deyil, borcun ödənilməsinin təminatı müqaviləsi kimi qiymətləndirilməsi barədə nəticəyə gəlinməlidir. Bundan başqa, iddiaçı əsaslandığı xx.xx.2010-cu il tarixli müqavilə üzrə də tələb hüququnu irəli sürmək üçün qanunvericiliklə nəzərdə tutulmuş ən yuxarı iddia müddəti olan 10 illik iddia müddətini də tam ötürmüşdür. Mübahisəli mənzil fərdi müəyyən əşyadır və həmin mənzil xx.xx.2010-cu il tarixli müqavilə əsasında hələ 2013-cü ildə X6 təhvil verilmiş, sonuncu mənzili təmir edərək uzun illərdir ki, ailə üzvləri ilə orada yaşayır. İddiaçı özü də etiraf etmişdir ki, 2014-cü ildən mübahisəli mənzildə digər şəxslərin yaşamasından xəbərdar olmuş, lakin, məqsədi mənzil deyil, borcunun qaytarılması olduğundan, buna əhəmiyyət verməmişdir. Mənzilin hal-hazırda İ.T.Heydərovun istifadəsində olması işin mübahisəsiz halıdır. Ona görə də İddiaçı Nur MTK-ya və X6 qarşı xx.xx.2010-cu il tarixli müqavilə əsasında pay dəyəri tam ödənilmiş və Bakı şəhəri Binəqədi rayonu X17 küçəsi 63-də (indiki 63A) yerləşən binanın A giriş, XİV mərtəbəsində ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilindən X4 və onunla yaşayan digər şəxslərin çıxarılmasına və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair iddiasının rədd edilməsinə dair qətnamə çıxarılması xahiş olunur.
19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(001)- 700/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Nur MTK-ya və X6 qarşı xx.xx.2020-cu il tarixdə Nur MTK-dan pay dəyəri 52500 manat olan payçı İddiaçı ilkin alıcısı olaraq verilmiş Bakı şəhəri Binəqədi rayonu X17 küçəsi 63-də (indiki 63A) yerləşən binanın A girişinin 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.m. olan 3 otaqlı 55 saylı mənzilindən X4 və onunla yaşayan digər şəxslərin çıxarılmasına, mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair iddia ərizəsinin təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X4 iddia ərizəsinin təmin edilməsi, İddiaçı ilə Nur MTK arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı dövlət rüsumuna görə 100 manatın X4 xeyrinə tutulması qət edilmişdir (hakim X10)
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı A.T. Əliyev Cavabdeh MTK-da gördüyü işlərin dəyərinə görə Cavabdeh MTK ilə mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilə bağlamış, müqavilədə qeyd olunan 52500 manatı MTK-ya ödəməmiş, əksinə MTK-nın ona borcu olmuş, daha sonra mənzilin başqasına satılmasını bilmiş, uzun müddət MTK-dan mənzili tələb etməməsinin səbəbi isə mənzilin başqa şəxsə satılmasını bilməsi, MTK tərəfindən ona təklif edilən, borcun qaytarılmasını gözləməsi təklifi ilə razılaşması olmuşdur. Göründüyü kimi xx.xx.2010-cu il tarixli müqavilə bağlanarkən tərəflərin niyyəti MTK tərəfindən inşa edilən mənzilin satılması deyil, İddiaçı Nur MTK-da gördüyü işlərə görə sonuncunun ödənilməmiş qalan borcunun rəsmiləşdirilməsi olmuş, bu səbəbdən də MTK 3 aydan sonra həmin mənzili İ.T.Heydərova satmış, tələb etdiyi 55 saylı mənzilin qonşuluğunda qohumunun 53 saylı mənzili yerləşən İddiaçı isə 12 il ərzində 55 saylı mənzilə dair heç bir tələb irəli sürməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etmək olduğundan, məhkəmə araşdırması zamanı İddiaçı ilə Nur MTK arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilənin yalan əqd olması müəyyən olunduğundan, yalan əqd olması öz təsdiqini tapan xx.xx.2020cu il tarixli müqavilə üzrə İddiaçı cavabdehlər Nur MTK-ya və X6 qarşı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından İddiaçı iddia ərizəsi təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs İ.T.Heydərovun iddia ərizəsi isə təmin edilməlidir. Məhkəmə İddiaçı iddia tələbinə iddia müddətinin təbiqi ilə bağlı 3-cü şəxs İ.T. Heydərovun ərizəsinə münasibət bildirib qeyd etmişdir ki, bağladığı əhəmiyyətsiz əqd üzrə heç bir hüququ yaranmayan İddiaçı hüququnun pozulması da mümkün olmadığından ərizənin təmin edilməsi qeyri-mümkündür. Belə ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilmir (MM-in 372.1.mad.)
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, 71-ci, 129-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, 340-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə, Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiasının tam təmin edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 55 nömrəli mənzilin əvəzinə 53 nömrəli mənzilin verilməsinə dair hər iki müqavilədə heç bir şərt mövcud deyildir. İddiaçı ilə bağlanmış müqavilə MTK üçün konkret hüquq və vəzifələr yaratmışdır. Həmin müqavilə əsasında əşyanı payçıya verəcəyi, payçı isə həmin əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəyəcəyi haqqında razılaşmışlar. İddiaçı müqavilə əsasında mənzilin dəyərini tam ödədiyi üçün MTK-nın mənzil üzərində hüquqlarına xitam verildiyindən və bununla belə mənzili təhvil vermədən 3 ay sonra həmin mənzili başqasına qanunsuz olaraq satmışdır. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş Cavabdeh MTK-nın ziyanına (əleyhinə) təfsir edilməlidir. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin standart şərtləri əvvəlcədən razılaşdırılmışdır. Bununla yanaşı əvvəlcədən müəyyənləşdirilmiş şərtlərdən fərqlənən şərtlər həmin şəxslər tərəfindən müəyyənləşdirilməli olunduğundan və müqaviləyə sonradan belə bir şərtlər əlavə olmadığından xx.xx.2010-cu il tarixli müqavilənin şərtləri qüvvədədir. Müqavilənin ləğv edilməsinə dair MTK heç bir sübut təqdim edə bilməmişdir. Müqavilənin etibarsızlığını MTK qoya bilərdi. X11 müqavilənin etibarsızlığına dair iddianın qaldırılması üçün subyektiv hüququ yoxdur. Belə ki, 08 sentyabr 2010-cu il tarixində mənzil tikintisi haqqında müqavilə İddiaçı ilə Cavabdeh MTK arasınd; bağlanmışdır və müqavilə tərəfləri onlardır. X11 3 ay sonra MTK ilə müqavilə bağladığından İddiaçı Təvəkgü oğluna qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yaranmamışdır. MTK sədri və nümayəndəsi hər iki tərəf ilə müqavilənin bağlanmasında iştirak etməmişdir. Eyni zamanda İddiaçı ilə 08 sentyabr 2010-cu il tarixdə bağlanmış müqavilənin mövcudluğunu şübhə altına ala bilməz. Həmin müqavilənin MTKnın arxivində olmaması barədə formal mülahizələri qəbul edilə bilməz. Əgər arxivdə yoxdursa bu MTK-nın problemidir və onu idarə edən şəxslərin səhlənkarlığı ucbatından İddiaçı mənzilə olan sahiblik və istifadə hüququndan məhrum ola bilməz. Məhkəmədə bu məsələlərə dair İddiaçı vəkili və nümayəndəsi aydınlıq gətirilməsi xahiş olunsa, belə mümkün olmamışdır. Məhkəmə ümumiyyətlə MTK-da arxiv sənədlərinin necə saxlanması və qorunmasını və buna dair hər hansı bir sübutları tələb etməmişdir. MTK sədri məhkəmədə qeyd edir ki, İddiaçı eyni blokda başqa mənzili olmuşdur. İddiaçı məhkəmədə izahatında bildirmişdir ki, onun ünvan 7 ünvanında tikilməkdə olaı binada A bloklu, 14-cü mərtəbədə ümumi sahəsi 105 kv.m 55 №-li mənzildən başqa bir mənzili olmamışdır. Bundan əlavə eyni blokda qohumun yaşaması, İddiaçı həmin mənzildən sahiblik və istifadə hüquqlarına xitam vermir. Cavabdeh MTK-nın sədri Nümayəndə məhkəməyə həqiqətə uyğun olmayan izahatlar vermiş və məhkəmə onun izahatını sübut kimi qəbul edərək qiymətləndirmişdir. MTK-nın sədri İddiaçı ilə bağlanmış müqaviləni saxta hesab edir və onun saxtalığını sübut edə bilmir. Həmin müqavilə necə saxta ola bilər ki, X11 ilə bağlanmış müqaviləyə də eyni şəxs imza atmışdır. Məhkəmə bu faktı araşdırmamışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, apellyasiya şikayəti əsasında bəlli olur ki, apellyator Bakı şəhəri Binəqədi rayon məhkəməsinə işə mahiyyəti üzrə baxılıb düzgün qətnamə qəbul edilməsi üçün sübutların təqdim edilməsinə baxmayaraq, məhkəmənin bu sübutları qiymətləndirə bilməməsinə istinad edir. Apellyasiya şikayətində qeyd edilir ki, 08 sentyabr 2010-cu il tarixli mənzil tikintisi haqqında müqaviləyə və maliyyə arayışına əsasən İddiaçı Cavabdeh MTK-dan ünvan 7 ünvanında tikilməkdə olan binasından A bloklu, 14-cü mərtəbədə ümumi sahəsi 105 kv.m 55 N-li mənzili 52500 manat dəyərində əldə etmişdir. Lakin istər iddiaçının yaxın vaxtlarda MTK-ya müraciətinə cavab məktubunda, istərsə də İ.T.Heydərovun MTK-dan araşdırması nəticəsində məlum olmuşdur ki, ümumiyyətlə MTK-nın arxivində İddiaçı ödəniş edərək həmin mənzili almasına dair hər hansı arxiv və ya baza məlumatı mövcud deyildir. Belə ki, iddiaçının tələbinin yeganə əsasını təşkil edən məhkəməyə təqdim etdiyi müqavilənin və maliyyə arayışının heç bir hüquqi əsası yoxdur və o, hər hansı vasitə ilə sonradan meydana çıxarılan yalan əqddir. İddiaçı Təvəkkül oğlu bina tikintisi zamanı tikinti şirkətinə tikinti materiallarının daşıyıcısı kimi fəaliyyət göstərmiş və həmin xidmətin müqabilində ona həmin binada yerləşən 53 nömrəli mənzil təhvil verilmiş və müvafiq müqavilə bağlanmışdır. Həmin binada yerləşən 55 saylı mənzillə bağlı onun məhkəməyə təqdim etdiyi sənədlərin heç bir əsası yoxdur və İddiaçı bunu çox yaxşı bilir. Onun öz istəyi ilə müqavilə 53 saylı mənzillə bağlanılmışdır. Məhkəmədə iddia qaldırmamışdan bir neçə gün əvvəl isə A.Əİiyevin qızının yaşadığı 53 saylı mənzili sataraq həmin binadan getmişdir. Bu hal da bir daha məqsədli və qərəzli şəkildə saxta sənəd əsasında digər evin ələ keçirilməsi kimi qiymətləndirilməlidir. Əgər həqiqətən həmin müqavilə əsaslı və real müqavilə idisə, bu müddət ərzində apellyator nəyə görə öz mənzilinin təhvil verilməsi ilə bağlı mənzilə gəlib baş çəkməmiş, orada yaşayan ailəyə müraciət etməmiş və ya MTK-ya bu barədə rəsmi ərizə ilə müraciət etməmişdir. Nəinki, təmir-tikinti vaxtı, iddiaçı ümumiyyətlə 12 il müddətində bu barədə müraciət etməmiş və ya iddia qaldırmamışdır. Bu da bir daha onu göstərir ki, tələb etmənin mahiyyəti əsassız olmaqla yanaşı möhkəm dəlillərə söykənmir. Göründüyü kimi iddiaçının qaldırdığı iddianın heç bir əsası yoxdur. Belə ki, X11 ilə Nur MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanılmış mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu X17 küçəsi 63-də yerləşən binanın A girişinin 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı, 55 saylı mənzilin dəyəri olan 52500 ABŞ dolları pul maliyyə arayışına əsasən X11 tərəfindən ödənilərək satın alınmışdır. Bundan az sonra həmin binada təmir tikinti işlərinə başlayaraq mənzili təmir etdirmiş və ailəsi ilə birlikdə 11 ildir ki, həmin mənzildə yaşayır. Eyni zamanda Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cil il tarixli e-2(001)-700/2023 saylı qətnaməsi qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Həmçinin müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Buna uyğun olaraq, məhkəmə araşdırması zamanı İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilənin yalan əqd olması müəyyən olunduğundan, yalan əqd olması öz təsdiqini tapan xx.xx.2010-cu il tarixli müqavilə üzrə İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və X6 qarşı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmadığı müəyyən edilmiş, İddiaçı iddia ərizəsi təmin edilməyərək mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs İ.T. Heydərovun iddia ərizəsi isə təmin edilmişdir. Bundan başqa 11 ildən artıq müddətdir ki, İ.T.Heydərov mənzildə öz ailəsi ilə birlikdə mübahisəsiz və maneəsiz yaşadağına dair qonşuları tərəfindən tərtib edilmiş akt da bunun göstəricisi kimi qiymətləndirilməlidir. İ.T.Heydərov komunal xidmətlərlə əlaqədar bir sıra dövlət müəsissə və orqanları ilə uzun müddətdir müqavilə bağlayaraq işıq, su, istilik və digər xidmətlərdən istifadə edir. Onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndində göstərilmişdir ki, mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Həmin müqavilənin 4-cü bəndində göstərilmişdir ki, tikinti etapı və müddəti ilə payçı tanışdır. Müqavilənin bəndlərindən də göründüyü kimi iddiaçı sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən mənzili təhvil almalı idi. Lakin iddiaçı nəinki, bunu etməmiş, 12 il müddətində bunu tələb belə etməmişdir. Həmçinin tələb etdiyi 55 saylı mənzilin qonşuluğunda qızının ailəsi ilə birlikdə yaşadığı 53 saylı mənzili yerləşən İddiaçı isə 12 il ərzində 55 saylı mənzilə dair heç bir tələb irəli sürməmişdir. Bu hal bir daha onu göstərir ki, iddiaçının tələb etmək hüququ mövcud deyil, qaldırdığı iddianın heç bir əsası yoxdur. Bundan əlavə, iddiaçı daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə olan 6 illik iddia müddətini, həmçinin 10 illik ümumi iddia müddətini ötürmüşdür. Beləliklə yuxarıda qeyd olunanlardan və eləcə də işin faktiki hallarından göründüyü kimi şikayətdə irəli sürülən dəlillərin nə hüquqi, nə də faktiki əsası yoxdur və elə bu səbəbdən də birinci instansiya məhkəməsinin tamamilə qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Bu səbəbdən də şikayət rədd edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(001)-700/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər.
26. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
27. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
32. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Hazırkı apellyasiya şikayətində iddiaçı qətnamənin tam ləğv olunmasını və iddiasının təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hisslərdə gəldiyi nəticə ilə yalnız İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış “Mənzil tikintisi haqqında” xx.xx.2010-cu il tarixli müqavilənin bütövlükdə etibarsız hesab edilməsi hissəsi ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi həmin hissədə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzilə dair iki müqavilə bağlanmışdır. Birinci müqavilə 08 sentyabr 2010-cu il tarixdə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmışdır. Müqaviləyə əsasən kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşmiş MTK Cavabdeh-un tikilməkdə olan binasının A blokunun, 14-cü mərtəbəsində yerləşən sahəsi 105 kv.m. olan 3 otaqlı 55 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyənləşdirilmiş 52500 manat mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK-nın xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh MTK-ya məxsus Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşən kooperativ yaşayış binasının A girişinin, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilin pay dəyəri olan 52500 manat payçı İddiaçı Təvəkkül oğlu tərəfindən tam ödənilmişdir. İkinci müqavilə isə 11 dekabr 2010-cu il tarixdə Cavabdeh MTK ilə X11 arasında bağlanmışdır. Müqaviləyə əsasən kooperativ Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşəmiş MTK Nur-un tikilməkdə olan binasının A blokunun, XİV mərtəbəsində 3 otaqlı sahəsi 105 kv.m. olan 55 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyənləşdirilmiş 52500 ABŞ dolları olan mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Cavabdeh MTK-nın xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh MTK-ya məxsus Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşən kooperativ yaşayış binasının A girişinin, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilinin pay dəyəri olan 52500 ABŞ dolları payçı X11 tərəfindən tam ödənilmişdir. Göründüyü kimi müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki Cavabdeh MTK mübahisəli mənzili inşa edərək X6 təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqı-satqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan maddədən müəyyən olunur ki, satıcı özünə məxsus əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə həmin əşyanı qəbul edib onun əvəzini ödəməlidir. Hazırkı işdə də X11 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək mənzilin ümumi dəyərini Cavabdeh MTK-ya ödəmişdir. Belə olan halda isə, o, həmin mənzilə istifadə və sahiblik hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır və ona görə də, həmin hissələrdə üçüncü şəxsin iddiası əsaslıdır.
36. Bundan başqa kollegiya qeyd edir ki, İddiaçı mənzildən çıxarılması barədə iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, işin mübahisəsiz halına görə həmin mənzil X1. Həmin sahiblik isə qanunsuzdur. Çünki mübahisəli mənzilə dair ilk öncə 08 sentyabr 2010-cu il tarixdə iddiaçı ilə müqavilə bağlanmış, daha sonra isə həmin müqavilə ləğv və ya etibarsız hesab edilmədən 11 dekabr 2010-cu il tarixdə həmin mənzil üçüncü şəxs X16 satılmışdır. Göründüyü kimi Cavabdeh MTK faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla X11 ilə Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 63 ünvanında yerləşən kooperativ yaşayış binasının A girişinin, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı 55 saylı mənzilə dair hissədə müqavilə bağlamışdır.
37. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MTK mübahisəli mənzili həm iddiaçıya, həm də üçüncü şəxsə təhvil vermək barədə öhdəlik götürmüşdür. İddiaçı ilə Cavabdeh MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmışdır. Belə olan halda mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Mülki Məcəllənin 452-ci maddəsində “mülkiyyət hüququ ilə verilmə” anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil üçüncü şəxsin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Bundan başqa İlyas Heydərov həmin binada təmir-tikinti işlərinə başlayaraq mənzili təmir etdirmiş və ailəsi ilə birlikdə 11 ildir ki, həmin mənzildə yaşayır. İ.T.Heydərov komunal xidmətlərlə əlaqədar bir sıra dövlət müəsissə və orqanları ilə uzun müddətdir müqavilə bağlayaraq işıq, su, istilik və digər xidmətlərdən istifadə edir. Onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndində göstərilmişdir ki, mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Həmin müqavilənin 4-cü bəndində göstərilmişdir ki, tikinti etapı və müddəti ilə payçı tanışdır. Müqavilənin bəndlərindən də göründüyü kimi iddiaçı sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən mənzili təhvil almalı idi. Lakin iddiaçı nəinki, bunu etməmiş, 12 il müddətində bunu tələb belə etməmişdir. Həmçinin tələb etdiyi 55 saylı mənzilin qonşuluğunda qızının ailəsi ilə birlikdə yaşadığı 53 saylı mənzili yerləşən İddiaçı isə 12 il ərzində 55 saylı mənzilə dair heç bir tələb irəli sürməmişdir. Bu hal bir daha onu göstərir ki, iddiaçının məhz həmin mənzili tələb etmək hüququ mövcud deyil, qaldırdığı iddianın isə heç bir əsası yoxdur.
38. Beləliklə, hal-hazırda mənzilin üçüncü şəxsin istifadəsində olması işin mübahisəsiz halıdır və iddiaçı üçüncü şəxs X4 mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir.
39. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Mübahisəli mənzilə dair Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarsız olması ilə bağlı isə qeyd olunmalıdır ki, mülki-hüquq münasibətlərində fərdi-müəyyən əşyanı mülkiyyətə və ya istifadəyə vermək barədə əmlak (hüquq) sahibinin bir neçə şəxslə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil.
41. Belə bir yanaşma birbaşa Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin maddəyə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Normadan göründüyü kimi fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını tənzimləyir.
42. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin öhdəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcəllə, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə, maddə 443.1 və 452.2) hüquqları vardır.
43. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiası qismən əsaslı olaraq İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilənin ümumilikdə etibarsız hesab edilməsi deyil, yalnız müqavilənin 55 saylı mənzilə dair hissəsi etibarsız hesab olunmalıdır. Belə ki, ümumilikdə müqavilənin etibarsız hesab edilməsi onun bütün şərtlərini də əhəmiyyətsiz edir ki, bu halda iddiaçının hüquqlarının pozulmasına və məhz sözügedən mənzilin əldə edilməsinə yönələn tələbinin aradan qalxması ilə yanaşı müqavilə üzrə gələcəkdə irəli sürə biləcəyi bütün tələblərinin mövcudluğunu ortadan qaldırır.
44. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(001)-700/2023 nömrəli qətnaməsi qismən – “mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X4 iddia ərizəsinin təmin edilməsi, İddiaçı ilə Nur MTK arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilənin etibarsız hesab olunması” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmalı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 həmin iddia tələbi qismən təmin olunmalı, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış “Mənzil tikintisi haqqında” xx.xx.2010-cu il tarixli müqavilə qismən - İddiaçı verilməli olan ünvan 7 ünvanında yerləşən kooperativ yaşayış binasının A girişinin, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı mənzilin nömrəsinin 55 saylı olması ilə bağlı hissədə etibarsız hesab edilməli, X4 müvafiq iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(001)-700/2023 nömrəli qətnaməsi qismən – “mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3cü şəxs X4 iddia ərizəsinin təmin edilməsi, İddiaçı ilə Nur MTK arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqavilənin etibarsız hesab olunması” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 həmin iddia tələbi qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış “Mənzil tikintisi haqqında” xx.xx.2010cu il tarixli müqavilə qismən - İddiaçı verilməli olan ünvan 7 ünvanında yerləşən kooperativ yaşayış binasının A girişinin, 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 3 otaqlı mənzilin nömrəsinin 55 saylı olması ilə bağlı hissədə etibarsız hesab edilsin. X4 müvafiq iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.