Məhkəmə qərarları › İş №2(103)-4898/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4898/2022

16.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4898/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-226/2021 saylı mülki işi üzrə 28 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı verilmiş borc pulun və gecikdirməyə görə faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4000 (dörd min) manat məbləğində pulun alınıb ona ödənilməsi, ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər geçikdirilmiş gün üçün faizlərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh 4000 (dörd min) manat tutularaq İddiaçı ödənilməsi və Cavabdeh məhkəmə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan iş üzrə Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-226/2021 saylı mülki işi üzrə 28 dekabr 2021-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə Cavabdeh ünvanına göndərilmiş və sonuncu xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza etməklə qətnaməni rəsmi qaydada qəbul etmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini aldıqdan sonra qətnamə icraya yönləndirilmiş və yalnız bundan sonra 02 iyun 2022-ci il tarixdə cavabdeh Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-226/2021 saylı mülki iş üzrə 28 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, Cavabdeh Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 226/2021 saylı mülki işi üzrə 28 dekabr 2021-ci il tarixli qətnaməsindən xəbərdar olmuş və apellyasiya şikayətini qanunla nəzərdə tutulmuş müddətdən gec vermiş və müddətin bərpasına dair ərizə də verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun olaraq qaytarmalı olduğu halda apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-226/2021 saylı mülki işi üzrə 28 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-226/2021 saylı mülki işi üzrə 28 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar