Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4900/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X7 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X4, Cavabdeh1 iştirakları ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-553/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 və Cavabdeh1 sığortalıya 5415 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı (sığortaçı) İddiaçı Sığorta Şirkəti ASC ilə sığortalı “xxxxx” MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış “Hyundai H-1” markalı, 99JN857 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxx 2018-ci ildə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etdiyi “Qaz-2411” markalı 10NM681 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar sığortalıya 5415 manat məbləğində sığorta ödənişi veilmişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Sığortalanmış avtomobilin yolnəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində sığortalıya ödənilmiş sığorta ödənişinin məbləği cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-553/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçı “xxxxxxxxxx” Sığorta Şirkəti ASC-nin xeyrinə 4952 (dörd min doqquz yüz əlli iki) manat sığorta haqqının və 30 (otuz) manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, xx.xx.2018-ci il tarixdə saat 15:00- radələrində etibarnamə əsasında idarə etdiyi QAZ-24 markalı, 10-NM 684 dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı qəsəbəsi istiqamətindən Binəqədi istiqamətində yolun sağ hissəsi ilə saatda 60- kilometr surətlə hərəkət edərkən avtomobilin arxa sağ təkəri partladı və o, dərhal avtomobilə tormuz verərək avtomobili saxlamağa çalışdı, idarə etdiyi avtomobilin arxa hissəsi yolun sağ tərəfinə, qabaq tərəfi isə hərəkətdə olduğu yolun ortasına tərəf burularaq dayandı, bu vaxt onun arxa tərəfində Novxanı qəsəbəsi istiqamətindən Binəqədi istiqamətində yüksək sürətlə hərəkət edən “Hundai H 100” yük markalı, 99 JN-857 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 ara məsafəsini saxlamadığından və yüksək surətlə hərəkət etdiyindən avtomobili saxlaya bilmədi idarə etdiyi avtomobilin qabaq tərəfi ilə onun idarə etdiyi QAZ-24-markalı, 10-NM 684 dövlət qeydiyyat nişanlı avtomobilin sol orta tərəfindən vurmuşdur. Nəticədə onun 1-ci qabırqası sınmış, döş sümüyünün qapalı yerdəyişmş sınığı, iki tərəfli matoraks (döş boşluğuna havanın toplanması), sol göz qapağının əzilmiş-cırılmış yarası, sol diz oynağı nahiyyəsinin sıyrığı xəsarətlərini almışdır. Aldığı xəsarətlər dərəcəsinə görə sağlamlığın üzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olmuşdur. O, hadisədən sonra özündə olmamış, təcili yardım avtomobili ilə X16 gətirilmiş, 3-gün reanimasiyada qalmış, sonradan palataya köçürülmüş, 5-gündən çox xəstəxanada qalmış, sonradan 3-aydan çox ev şəraitində, yataq rejimində olmaqla müalicə almışdır. Müalicə hələdə davam edir, işləyə bilmir. Etibarnamə əsasında sahibliyimdə olan və idarə etdiyi QAZ-24-markalı, 10-NM 684 dövlət qeydiyyat nişanlı avtomobili (1700-manata almışdım) tam yararsız vəziyyətə düşdüyündən metalloma verilmişdir. Onun müalicə xərclərinə 5000-manatdan çox xərci çıxmışdır. Hadisənin törədilməsində təqsirkar olan “Hundai H 100” yük markalı, 99 JN-857 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 bir dəfədə olsun ona baş çəkməmiş, vəziyyəti ilə maraqlanmamış, müalicəsinə xərclədiyi pullarla bağlı ona hər hansı köməklik göstərməmişdir. Yol-nəqliyyat hadisəsi barəsində Abşeron rayon Polis İdarəsində araşdırma başladılmış və bu barədə HK-\2753-nömrəli material toplanmışdır. O, Bakı şəhərində kirayədə yaşadığı evdə yataq rejimində müalicə alarkən Abşeron rayon X8 Şöbəsinin müstəntiqi, polis baş leytinantı X18 onunla əlaqə saxlayaraq evə gəldi və bildirdi ki, “ Hundai H 100” yük markalı, 99 JN-857 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 ilə danışıbdır o, onun avtomobilini tam təmir etdirəcəkdir və onun müalicəsinə xərclədiyi pulu ona ödəyəcəkdir. O, bildirdi ki, X15 bu günə kimi onunla əlaqə belə saxlamayıb. Müstəntiq ona bildirdi ki, sən X5 şikayətçi olmayacağın təqdirdə o, bütün bu göstərilənləri edəcəkdir. O, müstəntiqə inandı və onun ona təqdim etdiyi bütün sənədlərə imza etdi. X1 ona bildirdi ki, X5 şikayətçi olmamağı və ona vurulmuş zərərin ödənilməsi barədə də, ərizəni imzala o, həmin ərizəni X13 göstərdikdən sonra Şirazi ona vurulmuş zərəri ödəyəcəkdir. O, da, cinayət işinin başlanmasını rədd edərək bu işi bağlayacağam. O, yenədə müstəntiqə inandığından həmin ərizəni imzalayaraq (səhv etmirsə həmin ərizəni notarial qaydada təsdiqdə etdirdik) ona vermişdir. Bundan bir müddət keçsədə nə müstəntiqdən nədə Şirazidən bir xəbər çıxmadı, o, məcbur qalaraq müstəntiqlə əlaqə saxladı o bildirdiki Şirazi ilə danışıb tezliklə səninlə görüşəcək, bir müddət gözləsədə onunla heç kəs əlaqə saxlamadı. O, yenidən müstəntiqə dəfələrlə zənglər etsə də, o, ondan qaçdı və onun telefon zənglərinə cavab vermədi. 2019-cu ilin sentyabr ayının sonlarında o, rayona gedərkən ona məlumat verdilər ki Nəsimi rayon Məhkəməsindən ona məktub gəlib. O, məktubla tanış olduqdan sona ona məlum oldu ki, yol-nəqliyyat hadisəsinin törədilməsində bilavasitə təqsirkar olan “Hundai J00” yük markalı, 99 JN-857 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 İddiaçı Sığorta Şirkəti ASC-dən Sığorta pulu almış, sığorta şirkəti ödədiyi pulu ondan və etibarnamə əsasında sahibliyində olan və idarə etdiyi QAZ-24-markalı, 10-NM 684 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olmuş, 5 ildən çoxdur ki, həmin avtomobillə heç bir əlaqəsi olmayan X3 tələb edir. O, 2019-cu ilin oktyabr ayında Abşeron rayon Polis İdarəsindən cinayət işinin başlanmasını rədd edilməsi barədə X1nun xx xxxx 2019-cu il tarixli qərarının surətini əldə edə bildi və ona məlum oldu ki, müstəntiq onu aldatmış, yol-nəqliyyat hadisəsinin sxemini düzgün çəkməmiş və ekspertizaya düzgün olmayan məlumatlar verməklə onun barəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmağı barədə xx.xx.2018-ci il tarixdə 6434-nömrəli rəy almışdır. Eləcədə ekspertizanın xx.xx.2018-ci il tarixdə 16434-nömrəli rəyinə əsasən hadisəni bilavəstə törətmiş “Hundai H 100” yük markalı, 99 JN-857 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin, 1-ci bəndinin tələblərinə uyğunsuzluq olması göstərilmişdir. (surət həddini aşma) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci issəsinin tələbinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən və törətməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Yolun hadisə baş verən ərazisinin bir tərəfi təpəlik, digər tərəfi isə uçurumdur və mən həmin ərazidə dönməyə cəhd etməmişəm və həmin ərazidədə dönərək sağa və ya sola etmək mümkünsüzdür. Həmin vaxt o, idarə etdiyi avtomobillə hərəkət edərkən avtomobilin arxa sağ təkəri partladığından o, dərhal avtomobilə tormuz verərək avtomobili saxlamağa çalışmış, idarə etdiyi avtomobilin arxa hissəsi yolun sağ tərəfinə qabaq tərəfi isə hərəkətdə olduğu yolun ortasına tərəf burularaq dayanmışdır, bu vaxt onun arxa tərəfindən Novxanı qəsəbəsi istiqamətindən Binəqədi istiqamətində yüksək surətlə hərəkət edən “Hundai H 100” yük markalı, 99 JN-857 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 ara məsafəsini saxlamadığından və yüksək surətlə hərəkət etdiyindən avtomobili saxlaya bilməmiş idarə etdiyi avtomobilin qabaq tərəfi ilə onun idarə etdiyi “QAZ-24-markalı” 10-NM 684 dövlət qeydiyyat nişanlı avtomobilin sol orta tərəfindən vurmuşdur. Hadisə nəticəsində o, az ağır dərəcəli bədən xəsarətləri almış və iş üzrə zərər çəkmiş şəxs olmuşdur. Abşeron rayon Polis İdarəsinin İŞ-nin X1nun xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanmasını rədd edilməsi barədə qərarına əsasən o, zərər çəkmiş şəxsəm, yol-nəqliyyat hadisəsinin törədilməsində bilavasitə təqsirkar olan “Hundai H 100” yük markalı 99 JN-857 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10r. Yol-nəqliyyat hadisəsi baş verən anda onun idarə etdiyi avtomobilə tormuz verərək saxlamağı, avtomobilin onun hərəkət etdiyi yolda burularaq dayanması onun iradəsindən kənar, qarşısı alınmaz, qüvvənin təsiri altında baş vermiş, həmin vaxt idarə etdiyi avtomobilin arxa sağ təkəri partladığından o, dərhal avtomobilə tormuz verərək avtomobili saxlamağa çalışmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində “Hundai H 100” yük markalı, 99 JN-857 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər onun iradəsindən kənar, qarşısı alınmaz qüvvənin təsiri altında və eləcədə “ Hundai H 100” yük markalı, 99 JN-857 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 qəsdi nəticəsində vurulduğundan o, zərərin əvəzini ödəməyə borclu deyil. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, ona aid hissədə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X11 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Cavabdeh3 məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 aid qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnamənin ləğvini tələb etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, qətnaməni iddianın ona aid qismən təmin olunan hissəsində mübahisələndirir. Eyni zamanda digər cavabdeh qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-553/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan materiallarında olan, xx xxxxxx 2018-ci il tarixli “sığorta aktından” görünür ki ki, xx xxx 2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X12 məxsus “Hyundai H-1” markalı 99JN857 dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə dəymiş zərərin məbləği 5,51500 manat müəyyən edilərək, sığortalı X12 5,51500 manat məbləğində sığorta ödənişi nağd qaydada aparılması müəyyən edilmişdir. İş materiallarında olan, “xxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixi “qüsur aktından” görünür ki, “Hyundai H-1” markalı 99JN857 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyişdirilməsi və təmir işlərinin görülməsi üçün hesablanmış yekun məbləğ 5515,00 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 00039 saylı xx.xx.2018-ci il tarixli hesabdan görünür ki, həmin tarixdə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 5515,00 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi 2/3445 saylı, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, 1973-cü il təvəllüdlü X15 ayıq vəziyyətdədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin 1001 saylı, xx.xx.2018-ci il tarixli ekspertiza rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Cavabdeh1 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ tərəfli 1-ci qabırğanın qapalı yerdəyişməyən sınığı, döş sümüyünün qapalı yerdəyişmiş sınığı, ikitərəfli hematoraks (döş boşluğuna havanın toplanması), sol üst göz qapağının əzilmiş-cırılmış yarası, sol diz oynağı nahiyyəsinin sıyrığı bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2018-ci il tarixdə salonunda olduğu avtomaşının, digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 26570 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxxxxx” MMC tərəfindən tərtib edilmiş 2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai H-1” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4952,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının qiyməti 120 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X6 barəsində cinayət təqibinin başlanması rədd edilməsi, X15 “yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozduğuna görə barəsində inzibati tənbeh tədbiri görülməsi və qərarın surəti icra edilməsi məqsədilə Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi, Qaz-2411 markalı, 10NM681 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozduğuna görə barəsində inzibati tənbeh tədbiri görülməsi və qərarın surəti icra edilməsi məqsədilə Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı (sığortaçı) İddiaçı Sığorta Şirkəti ASC ilə sığortalı “xxxxx” MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış “Hyundai H-1” markalı 99JN857 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxx 2018-ci ildə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etdiyi “Qaz-2411” markalı 10NM681 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar sığortalıya 5415 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 925, 936, 1096.1, 1108.1,1114-cü maddələrinə istinad edərək, qeyd etmişdir ki, sığorta ödənişi almış “xxxxx” MMC ona dəymiş zərərə məsuliyyət daşıyan şəxslərə qarşı malik olduğu hüquqlar həmin ödənişi vermiş sığortaçı İddiaçı Sığorta Şirkəti ASC keçmiş və bununla da İddiaçı Sığorta Şirkəti ASC ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ yaranmışdır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi vəzifəsi həmin nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 öhdəsinə qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Göründüyü kimi, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində avtomobil sahiblərinə zərər dəymişdir. Hər iki avtomobil sahiblərinin inzibati məsuliyyəti müəyyən olunduğundan, onlar ümumi əsaslarla biri digərinə qarşı zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki halda, İddiaçı Sığorta Şirkəti ASC subroqasiya qaydasında bu hüquqdan istifadə etmişdir. Məhkəmə dəymiş zərəri müəyyən edərkən, ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirərək, həmin rəy üzrə olan məbləği əsas götürmüşdür. Kollegiya qətnamənin mübahisələndirilən hissə ilə bağlı məhkəmənin gəldiyi nəticəni əsaslı hesab edir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 553/2020 saylı qətnaməsi mübahisələndirilən-qətnamənin iddianın Cavabdeh1 aid qismən təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-4900/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4900/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver