Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4900/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: uşaqla ünsiyyət hüququnun təmin olunması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyətdə olmaq” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1044/2021 nömrəil, 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh xx.xx.2013-cü ildə 1731 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar.
2. Tərəflərin birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı iki uşağı var.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3039/2020 nömrəil, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında Səadət Sarayı - Bakı Nikah Evində xx.xx.2013-cü il tarixdə 1731 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 ilə onun arasında olan ünsiyyət hüququnun bərpa edilərək həftənin şənbə və bazar günləri, bayram günləri və ad günündə də bir tam günü heç bir məhdudiyyət olmadan anaları Cavabdeh iştirakı olmadan görüşməyinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2015-ci il tarixdə oğlu X6 və xx.xx.2019cu ildə qızı X7 doğulmuşdur. Cavabdehlə aralarında olan nikah Yasamal rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və uşaqların cavabdehin himayəsində saxlanılması qət edilmişdir. İddiaçı azyaşlı övladları ilə görüşmək üçün cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh onların görüşünə mane olur, öz övladları ilə görüşməyi üçün ona şərait yaratmır. Bu isə, azyaşlı övladlarının psixoloji vəziyyətinə mənfi təsir göstərir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1044/2021 nömrəil, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, valideynlik hüquqlarının həyata keçirilməsi ilə əlaqədar İddiaçı övladları xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 12.00-dan saat 20.00-dək, iddiaçının ad günlərində saat 15.00-dan 18.00-dək analarının iştirakı olmadan ünsiyyətdə olmaq hüququnun verilməsi, iddianın qalan hissədə rədd edilməsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin aralarında olan nikahın pozulması, habelə aralarında mövcud olan digər mübahisələr onların birgə nikahlarından olan yetkinlik yaşına çatmamış uşaqlarının hüquqlarına təsir etməməli, uşaqlardan ayrı yaşayan valideynin öz uşaqları ilə ünsiyyətdə olmaq, onların tərbiyəsi ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququ təmin edilməlidir. Beləliklə, tərəflər arasında valideynlik hüquqlarının həyata keçirilməsinə dair öz aralarında razılığa gələ bilməmələrini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, İddiaçı uşaqları ilə ünsiyyətdə olma vaxtı və qaydasının müəyyən edilməsinə dair iddia tələbi qismən əsaslıdır. İddiaçının azyaşlı uşaqları ilə ünsiyyət hüququnun hansı qaydada, harada və hansı müddətdə təmin edilməsi məsələləri müzakirə edilərkən, məhkəmə ilk növbədə uşaqların mənafeyini, o cümlədən valideynlərin hər ikisinin iş və məişət rejimini, uşaqların hər iki valideyni ilə bərabər keçirmək hüququnu, uşaqların cinsini, yaşını və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər hallarını, o cümlədən Qəyyumluq və Himayəçilik komissiyasının rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli və iddiaçının uşaqları ilə hər həftənin şənbə günü saat 12:00-dan 20:00-dək, iddiaçının ad günlərində 15:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququ təmin olunmalıdır. Məhkəmə həmçinin tərəflər arasında mövcud münasibətlərin gərginliyi nəticəsində iddiaçının övladı ilə ünsiyyətində cavabdehin iştirak etməsinin həmin görüşün səmərəsiz olması ilə nəticələnəcəyini, görüş zamanı tərəflərin mübahisə etmə ehtimalının yüksək olduğunu, habelə uşaqların ataları ilə sərbəst, digər şəxslərin iştirakı olmadan görüşməsinə maneə olan halların müəyyən olunmadığını nəzərə alaraq hesab etmişdir ki, görüşdə ananın iştirakı olmamalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.1, 50.2, 56.1, 58.1, 61; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 17, 18; “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə, 3-cü maddəsinə; “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yohansen Norveçə qarşı” iş üzrə 07 avqust 1996-cı il tarixli qərarına və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi İddiaçı iddiasının təmin edilib, valideynlik hüquqlarının həyata keçirilməsi ilə əlaqədar İddiaçı övladları xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X8 ilə həftənin şənbə və bazar günləri, bayram günləri və ad günündə bir tam günü heç bir məhdudiyyət olmadan analarının iştirakı olmadan ünsiyyətdə olmaq hüququ verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə göstərdiyi məqamları ümumiyyətlə araşdırmamışdır, həmin xüsusiyyətlər Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən araşdırılmış və həmin araşdırmanın yekunu olaraq müvafiq rəy vermişdir. Lakin məhkəmə həmin rəylə qismən razılaşmış, rəydə göstərilən müddətləri qısaltmış və işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Məhkəmə bayram günlərində iddiaçının övladları ilə ünsiyyətinə ümumiyyətlə münasibət bildirməmişdir.
11. Birinci instansiya məhkəməsinin qətnaməsindən eyni zamanda cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddianın təmin olunmuş hissəsində ləğv olunması və İddiaçı Museyib oğlunun xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X8 ilə hər həftənin bazar günü saat 12.00-dan 21.00-dək ünsiyyətdə olmaları barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işin hallarını hərtərəfli araşdırmadan, heç bir əsaslandırma aparmadan ataya şənbə günü görüş verməklə həftənin 5 günü əmək fəaliyyəti ilə məşğul olan ana kimi onun uşaqlarının qayğısına qalmaq hüququndan məhrum etmişdir. Bildirir ki, əmək fəaliyyəti ilə məşğuldur, övladı X6 həftənin 5 günü saat 09.00-dan 16.30-dək məktəbdə olur, məktəbdən çıxıb evə gəlməsi bəzən saat 17.30-dək çəkir, digər uşağın isə 2 yaşı var. Həmçinin nəzərə alınmalıdır ki, Yasamal rayon məhkəməsinin 2(004)-1138/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının valideynləri X4 və X2 nəvələri xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 ilə ünsiyyət qaydası Cavabdeh iştirakı olmadan hər həftənin cümə günü saat 18.00-dan şənbə günü saat 14.00-dək təmin edilməsi qət edilmişdir. Həmin qətnamə məhkəməyə təqdim olunsa da təəssüf ki, işə baxan məhkəmə nəzərə almamışdır ki, saat 14.00-dək baba-nənənin yanında ondan sonra da 20.00-dək atanın yanında qalan uşaqları o, şənbə günü yalnız gecə yatmağa gəldikləri zaman görə biləcəkdir. Uşaqların baba-nənənin yanından ona qaytarmaqları saat 15.00-16.00-dək uzana biləcəyi nəzərə alınsa demək ki, əslində şənbə günü o, uşaqlarını görmək hüququndan məhrum olur. Şənbə günü saat 14.00-dək baba-nənə ilə görüşdə olan uşaqlara məhkəmənin elə həmin gün-şənbə günü - saat 12.00-dan görüş təyin etməsi isə ümumiyyətlə anlaşılan deyil. Eyni zamanda Yasamal rayon məhkəməsinin 2(004)-1138/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin olunaraq X4 və X2 hər həftənin bazar günləri xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 ilə saat 10.00dan 15.00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. Göründüyü kimi işin faktiki hallarına baxdıqda aydın olur ki, mən faktiki olaraq öz övladları ilə ünsiyyətdə olmaq hüququndan məhrum olunmuşdur. Uşaqların cümədən - şənbə günü saat 14.00-dək baba-nənələri ilə (hazırkı halda apellyasiya məhkəməsinin qətnaməsi ilə hər həftənin bazar günləri saat 10.00-dan 15.00-dək), şənbə günü 12.00-dan 20.00-dək ataları ilə qalması səbəbindən ona uşaqların təlim-tərbiyəsi, sanitar-gigiyenik baxımı, məşğələləri və s. bağlı məşğul olmağa faktiki olaraq vaxt qalmır. Belə ki, həftənin şənbə günü ataları, bazar günü isə nənə-babaları ilə qalan uşaqların həftənin 5 günü işləyən onunla zaman keçirməyinə demək olar ki, imkan qalmır. Bununla da təkcə onun övladları ilə ünsiyyətdə olmaq hüququ pozulmur, eyni zamanda uşaqların özləri də ana qayğısından, normal qulluqdan, normal baxımdan, ana ilə ünsiyyətdən məhrum olurlar. Hamıya yaxşı məlumdur ki, əksər xəstəxanalar, poliklinkalar, digər sağlamlıq və xidmət məkanları bazar günü işləmirlər. Onun isə həftənin şənbə günü uşaqların sağlamlığı, əyləncələri, intellektual dərnəkləri və s. aparmaq, onlara aid digər məsələləri həll etmək imkanım olur. Uşaqların son iki həftənin şənbə günləri həkim müayinəsindən keçməsinə dair sənədlər əlavə olunur. İş materiallarından da görünür ki, o, uşaqların iddiaçı ilə görüşməsinin, ünsiyyətdə olmasının əleyhinə deyildir. Uşaqların ataları, nənə-babaları ilə görüşünü təsdiq edən icra və probasiya şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş aktları məhkəməyə təqdim etmişdir. Məhkəmə prosesində də bildirmişdir ki, iddiaçının bazar günləri, onun ad günündə uşaqları ilə görüşməyinə etiraz etmir. Sadəcə iddiaçı prinsip edərək uşaqların şənbə günü bütöv gün onu görməməsinə çalışırdı ki, məhkəmə də şənbə günləri görüş təyin etməklə əslində iddiaçının tələbini təmin etmiş oldu. İddiaçının guya adətən bazar günləri də işdə olması dəlili isə tamamilə əsassızdır. Belə ki, iddiaçının iş günlərindən artıq işdə olduğu vaxtlar (konkret bazar günləri) onun əmək haqqına əsaslı miqdarda əlavələr olmalıdır. Əgər həqiqətən iddiaçı bazar günləri işə çağrılsaydı onun əmək haqqına əlavələr olunacaqdı və bu qanunvericiliyə müvafiq olaraq uşaqlara ödənilən alimentin məbləğində özünü mütləq göstərəcəkdi. Lakin indiyədək alimentdə heç bir artım olmayıb. Bazar günü işləməsi ilə bağlı iddiaçı heç bir sübut təqdim etməmiş, məhkəmə isə onun şifahi izahatına əsaslanaraq bu hala diqqət yetirməmişdir. Bundan başqa iddiaçı elə iddia ərizəsinin özündə təkcə şənbə gününü deyil həm də bazar günü görüş verilməsini tələb edir. O zaman sual olunur ki, iddiaçı bazar günləri işə gedirsə niyə uşaqlarla həm də bazar günləri görüş istəmişdir? Bu ziddiyətli məqama məhkəmə diqqət yetirməmişdir. Eyni zamanda Yasamal rayon icra hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının ona qarşı qərəzli mövqeyi də başa düşülən deyil. Belə ki, hər həftənin cümə günü saat 18.00-dan şənbə günü saat 14.00 -dək uşaqların iddiaçının valideynlərinin yanında qalmasına rəy verən Komissiya şənbə günü saat 14.00-dan bazar günü saat 14.00-dək də iddiaçı ilə görüş verilməsi qərarını hansı məntiqlə verib məlum deyil. Eyni zamanda iddiaçı məhkəməyə uşaqlarla görüşə maneə yaratmağını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Lakin məhkəmə bu hala əhəmiyyət verməmişdir. Həmçinin iddiaçının həqiqətənmi bazar günləri işdə olub-olmaması araşdırılmamışdır. İddiaçı buna dair heç bir sübut təqdim etməmişdir. Halbuki iddiasının əsası kimi istinad etdiyi halları sübut etməsi iddiaçının vəzifəsidir.
b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə yanaşı izahatında bildirdi ki, cavabdeh həftənin beş günü işdə olur və yalnız şənbə günü uşaqların mənafeyinə birbaşa təsir edən işləri – uşaqları həkim müayinəsinə aparmaq, rəsm və dil kursları, müxtəlif dərnəklər və s. imkan ola bilər. Uşaqların şənbə günü 14.00-dək babanənəsi, 12.00-dan 20.00-dək ataları ilə ünsiyyətdə olduqdan sonra qalan müddətdə cavabdeh bunların heç birini edə bilməyəcəkdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.3-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.
17. Həmin Məcəllənin 61.1-ci maddəsinə görə, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.
18. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.
19. Həmin Məcəllənin 61.3-cü maddəsinə görə, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
20. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir.
21. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
22. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
23. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
24. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
25. Həmin Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Apelyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnaməni iddiaçı eləcə də cavabdeh mübahisələndirdiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
30. Belə ki, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh xx.xx.2013-cü ildə 1731 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Tərəflərin birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı iki uşağı var. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3039/2020 nömrəil, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında Səadət Sarayı - Bakı Nikah Evində xx.xx.2013-cü il tarixdə 1731 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
31. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 18 iyun 2021-ci il tarixli 644/d saylı rəyinə əsasən Komissiya uşaqların psixoloji durumu və mənafeləri, eləcə də qanunvericiliyin tələblərini nəzərə alaraq İddiaçı övladları xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 ilə ünsiyyət qaydasının hər həftənin şənbə günü saat 14:00-dan bazar günü 14:00-dək, uşaqların, eləcə də iddiaçının ad günlərində saat 12:00-dan 17:00-dək, həmçinin iki gündən artıq qeyri-iş günü hesab edilən bayram günlərində bir gün ananın iştirakı olmadan müəyyən edilməsini məqsədəuyğun hesab etmişdir.
32. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddia tələbi mahiyyəti etibarı ilə iddiaçının övladları ilə ünsiyyətdə olmaq hüququnun təmin edilməsi təşkil edir və birinci instansiya məhkəməsi nəticədə iddiaçının övladları ilə ünsiyyət hüququnu təmin etmişdir.
33. Bununla belə hər iki tərəf ünsiyyət hüququnun saatı, eləcə də günləri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirirlər.
34. İş materiallarından görünür ki, iddiaçı tələbində həmçinin həftənin şənbə və bazar günləri uşaqlar ilə görüşməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Cavabdeh isə İddiaçı Museyib oğlunun xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019cu il təvəllüdlü X8 ilə hər həftənin bazar günü saat 12.00-dan 21.00-dək ünsiyyətdə olmalarına etiraz etməmişdir.
36. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-661/2022 nömrəli, 02 fevral 2022ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X1 və X2 xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 ilə həftənin bazar günləri saat 10:00-dan 15:00-dək ünsiyyət hüququ təmin edilmişdir.
37. Birinci instansiya məhkəməsi isə uşaqlarla görüş müddətini müəyyən edərkən işin faktiki hallarını nəzərə almamışdır.
38. Belə ki, Rayon Məhkəməsinin uşaqlarla ünsiyyətdə olmaq üçün iddiaçıya müəyyən etdiyi vaxt, yəni hər həftənin şənbə günü saat 12.00-dan saat 20.00-dək, azyaşlı uşaqların gündəlik müəyyən edilmiş rejim əsasında saxlanılmalarına, yəni düzgün və vaxtında qidalanmalarına, istirahətlərinə mane olmaqla mənafelərinə uyğun deyildir.
39. Çünki xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 ilə bağlı artıq məhkəmə qətnaməsi əsasında baba və nənəyə ünsiyyət hüququ verilmiş və ünsiyyət hüququ həftənin bazar günləri saat 10:00-dan 15:00-dək müəyyən edilmişdir.
40. Hazırda isə həftənin şənbə günü iddiaçıya uşaqları ilə ünsiyyətdə olmaq hüququ verildiyi halda uşaqların analarının yanında qaldığından daimi olaraq uşaqların ehtiyaclarına müəyyən qədər şənbə günü vaxtın ayrılması mümkündür, çünki cavabdeh həftənin beş günü işdə olur. Bir sözlə, iddiaçının uşaqlarla həftənin şənbə günü də ünsiyyət hüququ verildiyi təqdirdə uşaqların, eləcə də cavabdehin mənafeləri baxımından ədalətli olmayacaqdır.
41. Belə olan halda məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-661/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə uşaqlara baba və nənə ilə ünsiyyət hüququnun həftənin bazar günü 10:00-dan 15:00-dək verilməsini, eləcə də uşaqların və tərəflərin üstün mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının uşaqları ilə ünsiyyət hüququnun hər həftənin bir gününün – bazar gününün müəyyən edilməsi və bu ünsiyyətin həmin günü saat 15:00-dan saat 21:00-dək həyata keçirilməsi həm uşağın, həm də iddiaçı ilə cavabdehin mənafeyinə uyğundur.
42. Göründüyü kimi iddia tələbinin qeyd olunan hissəsində hər iki tərəfin apellyasiya şikayəti qismən əsaslı olmuşdur. 43.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini - bayram günlərinə münasibətdə rədd etmişdir. Halbuki uşaqların tərbiyə olunmasında hər iki valideynin bərabər hüquq və vəzifəyə malik olmalarını, uşağın dərs, istirahət və asudə vaxtlarının valideynləri ilə keçirilməsində onun mənafelərinin düzgün təmin edilməsı baxımından uzun müddətli bayramlar – Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı eləcə də Yeni ildə bayramların ikinci günü iddiaçının uşaqları ilə ünsiyyət olmaq hüququ müəyyən edilməlidir. 44.Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən bayramlar zamanı iddiaçının uşaqla ünsiyyətdə olma müddəti məhz 12:00-dan 18:00-dək olması yuxarıda qeyd edildiyi kimi həm uşağın, həm də iddiaçı ilə cavabdehin mənafeyinə uyğundur. Bu baxımından məhkəmə kollegiyası iddiaçının daha uzun müddət uşaqla ünsiyyətdə olması dəlillərini əsassız hesab edir.
45. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
46. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, hər iki tərəfin apellyasiya şikayəti qismən əsaslı olmuşdur, belə olan halda apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsi qətnaməsi – ünsiyyət vaxtının müəyyən edilməsi hissəsində dəyişdirilməli, iddiaçı ilə uşaqların ünsiyyət hüququ hər həftənin bazar günü saat 15:00dan 21:00-dək müəyyən edilməli, eləcə də qətnamə - bayram günlərində ünsiyyətin müəyyən edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, uzun müddətli bayramlar – Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı eləcə də Yeni ildə bayramların ikinci günü saat 12:00-dan 18:00-dək iddiaçının uşaqları ilə ünsiyyət hüququ müəyyən edilməli və qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinə görə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilməlidir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1044/2021 nömrəil, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi - ünsiyyət vaxtının müəyyən edilməsi hissəsində dəyişdirilsin. İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 ilə ünsiyyət hüququ hər həftənin bazar günü saat 15:00-dan 21:00-dək müəyyən edilsin. Qətnamə - bayram günlərində ünsiyyətin müəyyən edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Uzun müddətli bayramlar – Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan bayramların ikinci günü saat 12:00-dan 18:00-dək İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 ilə ünsiyyət hüququ müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinə görə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilməlidir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov