Məhkəmə qərarları › İş №2(103)-4907/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4907/2025

03.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4907/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə və X8 qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və s.” tələbinə dair; Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı (Talıbov Elsevər Abbas oğlu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsızlığı” tələbinə dair; Birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ cəlb edilməklə) “alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında yaranmış bütün hüquqi nəticələrin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması, müqavilənin etibarsız sayılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Birləşdirilmiş birinci iş üzrə iddiaçı (birləşdirilmiş ikinci iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Birləşdirilmiş birinci iş üzrə cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) Sahil-D Kompani MMC-nin nümayəndəsi Nümayəndə, Birləşdirilmiş birinci iş üzrə cavabdeh, birləşdirilmiş ikinci iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil6, Birləşdirilmiş birinci iş üzrə cavabdeh, birləşdirilmiş ikinci iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 nümayəndəsi X9 iştirakları ilə, Birləşdirilmiş birinci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2980/2022 saylı qətnaməsindən cavabdeh Sahil-D Kompani MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Talıbov Elsevər Abbas oğlu, birləşdirilmiş ikinci iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı Sahil-D Kompani MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə, eyni zamanda birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 cavabdehlər İddiaçı və Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ cəlb edilməklə) “alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında yaranmış bütün hüquqi nəticələrin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin direktoru X17 tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 174,0 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsi Talıbov Elsevər Abbas oğluna təhvil verilmişdir.

2. Maliyyə arayışına əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı yaşayış kompleksi Cavabdeh MMC-yə məxsusdur. Bu kompleksin 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 174,0 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı Talıbov Elsevər Abbas oğlu tərəfindən tam ödənilmişdir, onun Cavabdeh MMC-yə borcu yoxdur.

3. xx.xx.2008-ci il tarixli Cavabdeh MMC-nin kassa mədaxil orderinə əsasən Talıbov Elsevər Abbas oğlu tərəfindən 4 saylı binanın 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 174,0 m2 olan qeyri-yaşayış sahəsi üçün 261.000 manat kassaya mədaxil edilmişdir.

4. xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin direktoru X17 tərəfindən ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 177 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi (maqazin) İddiaçı təhvil verilmişdir.

5. xx.xx.2009-cu il tarixli Cavabdeh MMC-nin kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən 4 saylı binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsi üçün 708.000 manat kassaya mədaxil edilmişdir.

6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 167,8 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir.

7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.m olan qeyriyaşayış sahəsi (mağaza) üzərində Talıbov Elsevər Abbas oğlunun sahiblik və istifadə hüquqlarının tanınması, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsindən (mağazadan) Talıbov Elsevər Abbas oğlu tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmişdir.

8. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, xx/xx-121749/16 saylı məktuba əsasən Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-4563 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 5 ünvanında inşa edilmiş 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində Talıbov Elsevər Abbas oğlunun sahiblik və istifadə hüquqları tanınmalı və oranın təmir olunmasına qoyulmuş qadağalar aradan qaldırılmalıdır. Sözügedən icra sənədinin icrası ilə bağlı tərəflərindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında "xxxx" MMC-yə bildiriş göndərilmişdir. Bununla əlaqədar sözügedən qeyri-yaşayış sahəsinə tərəflərindən baxış keçirilmiş və həmin qeyri-yaşayış sahəsinin giriş qapısının möhürləndiyi aşkar olunmuşdur. Bundan sonra möhürün kim tərəfindən vurulduğu soraqlaşdırılmış və Cavabdeh MMC-nin işçilərinin şifahi məlumatına və tələbkarın ərizəsinə əsasən bu möhürün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən vurulduğu bildirilmişdir. Qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə sözügedən qeyri-yaşayış sahəsinin giriş qapısına tərəflərindən möhürün vurulubvurulmaması barədə, həmçinin həmin sahənin ümumiyyətlə onların apardığı hər hansı işin predmeti olubolmaması barədə Xətai Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur.

9. Cavabdeh MMC ilə X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ünvan 6 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 174,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi alıcıya təhvil verilir. Sahənin dəyəri 250.000 manat təşkil edir və yeni payçı X11 bu məbləği əvvəlki payçı Talıbov Elsevər Abbas oğluna ödəmişdir. Sözügedən qeyri-yaşayış sahəsinə dair X4 mülkiyyət hüququ əmlakın ölçüsü faktiki 151,2 kv.metr göstərilməklə, xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

10. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X11 həmin daşınmaz əmlakı X8 bağışlanmışdır. Sözügedən daşınmaz əmlaka dair Ləman Abdullayevanın mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona çıxarış verilmişdir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-56991/2025 nömrəli 27 noyabr 2025-ci il tarixli məktubu ilə sorğu ilə əlaqədar olaraq Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156-da yerləşən ümumi sahəsi 167.8 kv.m (sənəd əsaslarında 177 kv.m) olan İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156-da yerləşən ümumi sahəsi 151.2 kv.m olan (sənəd əsaslarında 174.0 kv.m) olan ilkin olaraq X5 adına qeydiyyatdan keçmiş və hazırda X6 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir:

12. 21 yanvar 2009-cu il tarixli Müqavilədən görünür ki, bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh MMC-nin direktoru X17 şəxsində, (bundan sonra “Satıcı”) digər tərəfdən “Alıcı” İddiaçı bu müqaviləni bağlamışlar. Müqavilənin predmeti: 1.1 “Satıcı” Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında ina edilən 4 saylı yaşayış binasının (“bundan sonra yaşayış binası”), 1-ci mərtəbəsində ümumi sahəsi 177 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi (maqazin) “Alıcı”-ya təhvil verilir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* seriya nömrəli Çıxarışdan görünür ki, ünvan 3, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən ümumi sahəsi 167.8 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında payı tam olmaqla İddiaçı məxsusdur. (Qeydiyyat nömrəsi ********** , Qeydiyyat tarixi xx.xx.2014)

14. 15 sentyabr 2020-ci il tarixli Müqavilədən görünür ki, bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən Sahil-D Kompani MMC-nin direktoru Nümayəndə Minaxan oğlu şəxsində (bundan sonra Satıcı) digər tərəfdən Talıbov Elsevər Abbas oğlu (14 yanvar 2008-ci il tarixdə) bağlanmış müqavilə öz razılıq ərizəsi ilələğv olunur və gələcəkdə Alıcı adlandırılacaq X11 arasında imzalanır.

15. Satıcı ünvan 21n (bundan sonra yaşayış binası), 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 174.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi Alıcıya təhvil verilir. Qeyriyaşayış sahəsinin dəyəri 250 000 (iki yüz əlli min) manat təşkil edir və yeni payçı X11 bu məbləği payçı Talıbov Elsevər Abbas oğluna ödəmişdir.

16. Sahil-D Kompani MMC-nin 71 nömrəli 15 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanda yerləşən 4 saylı yaşayış binası Sahil-D Kompani MMC-yə məxsusdur. Bu yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 174.0 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri X11 tərəfindən tam ödənilmişdir.

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə X11 tərəfindən verilmiş ərizədən görünür ki, X11 Bakı şəhəri, F.Bayramov küçəsi, 1156-cı məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ölçüsünün sənəd üzrə 174 kv.m-dən azalaraq faktiki 150.8 kv.m olmasına etiraz etmir.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 668712 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi,1156-cı məhəllə ünvanında ümumi sahəsi 151.2 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında payı tam olmaqla X7 məxsusdur. (Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2022)

19. 668712 nömrəli 27 mart 2024-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, hədiyyə verən ünvan 8 ünvanınfa yerləşən, ümumi sahəsi 151.2 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) Hədiyyə alanın mülkiyyətinə verir(lər):

20. – Hədiyyə verən X11 (tam hissə 151.2 kv.m) – qardaşının qızı olan Hədiyyə alan X8

21. Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Hədiyyə verənə məxsusdur.

22. – ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X7 verilmiş **********44-05301-083022 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 151.2 kv.m

23. Tərəflər bağışlanan daşınmaz əmlakı qiymətləndirmədilər.

24. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024 il tarixli qeydiyyat nömrəsi **********KM70501 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır.

25. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən sadələşdirilmiş vergi ödənişindən azad edilmişdir.

26. Hədiyyə verən X11 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə uyğun olaraq mülkiyyətində olan daşınmaz əmlakı icbari qaydada sığorta etdirmişdir. Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi (şəhadətnamələri) -RPA**********

27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 668712 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi , 1156-cı məhəllə, ev- ümumi sahəsi 151.2 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam pay olmaqla X8 məxsusdur. (Qeydiyyat nömrəsi ********** , Qeydiyyat tarixi xx.xx.2024)

28. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon icra şöbəsinə sorğu göndərmiş və buna cavab olaraq Bakı şəhəri Xətai rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli 17/74 No 121749 nömrəli məktubu ilə müraciətə baxılmış və Xətai rayon icra şöbəsinin icraaatında olmuş 121749/2019 saylı icra işinin surəti göndərilmişdir.

29. İddiaçı Talıbov Elsevər Abbas oğlunun Cavabdeh MMC-yə qarşı “qeyriyaşayış sahəsinin təmir və istifadə olunmasına maneələrin aradan qaldırılması, istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair 2(011)-4563/2019 nömrəli mülki iş sorğu əsasında Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birləşdirilmiş birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

30. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 10 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneələrə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

31. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı qeyri-yaşayış sahəsini cavabdehə təhvil verir, 2.3-cü bəndinə əsasən, iddiaçı ümumi məbləğin 708.000 manatını cavabdehə əvvəlcədən ödəyir. Müqavilə üzrə verilmiş 21 yanvar 2009-cu il tarixli kassa mədaxil orderinin qəbzindən göründüyü kimi, pay ödənişi olaraq 708.000 manat məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə tam ödənilmişdir. Bina tikildikdən sonra iddiaçı tərəfindən müvafiq sənədlər Dövlət orqanına təqdim olunmuş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarış əsasında 167.8 kv.m olan qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə dövlət reyestrinin 143 nömrəli reyestr kitabının 13435 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınmışdır. Mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən tam şəkildə təmir olunaraq müvafiq mebel avadanlıqları ilə təmin olunmuşdur. İddiaçı 2014-cü ildən ölkə xaricində yaşadığından əmlakına nəzarət etməmiş və bundan istifadə edən cavabdeh qeyri-yaşayış sahəsinə sahiblənmişdir. 2019-2020-ci illər ərzində mülkiyyətçinin etibarnamə üzrə səlahiyyətli (mühafizəçi, komendant, qanuni təmsilçinin nümayəndəsi və sair) tərəfindən buna imkan verilməmiş, hətta polis orqanlarına edilən müraciətlər nəticəsiz qalmışdır.

32. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maneələrə son qoyulması, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə buraxılması qərara alınmışdır. (hakim Pərviz Zamanlı)

33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respubikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 5.3, 140, 152.1, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Birləşdirilmiş ikinci iş üzrə birinci instansiya məhkəməsində icraat

34. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 11 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 177 m2 (çıxarışa əsasən 167,8 m2 ) olan qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC və İddiaçı arasında bağlandığı bildirilən 21 yanvar 2009-cu il tarixli müqavilə və İddiaçı adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, 21 yanvar 2009-cu il tarixli müqavilədən doğan hüquqi nəticələrin, o cümlədən ünvan 11 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 177 m2 (çıxarışa əsasən 167,8 m2 ) olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeyd əsasında onun adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrin ibarət hərəkətlərinə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma tələbi barədə” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 10 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneələrə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia əsasında başlanmış mülki işə baxmış Xətai Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2(011)-2980/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsini, İddiaçı ünvan 12 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulmasını, İddiaçı ünvan 12 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m-dən ibarət (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsinə buraxılmasını qət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC apelyasiya şikayəti vermiş, apellyasiya şikayətinə baxılması məhkəmə baxışına təyin edilmişdir. Hesab edir ki, İddiaçı, 2(011)-2980/2022 nömrəli mülki iş üzrə MMC-yə qarşı irəli sürdüyü iddia tələbinin əsasını təşkil edən Cavabdeh MMC-nin direktoru X17 və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009- cu il tarixli müqavilə etibarsız əqddir. Belə ki, ümumi sahəsi 177 kv.m ibarət qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı İddiaçıla Cavabdeh MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Həmin qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə Cavabdeh MMC-nin iradə ifadəsi olmamışdır. Belə ki, 2008-ci ilin sonları, 2009-cu ilin əvvəli, o vaxt Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri vəzifəsində işləyən Eldar Mahmudov Cavabdeh MMC-nin rəhbərliyinə müxtəlif vasitələrlə təzyiqlər göstərərək ünvan 12 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsindən oğlu, hazırkı iş üzrə cavabdeh İddiaçı adına 177 kv.m ölçüsündə qeyri-yaşayış sahəsinin sənədləşdirilməsini tələb etmişdir. MMC-nin rəhbərliyi binanın tikintisinin külli miqdarda maliyyə vəsaitinə başa gələcəyini, tələb edilən ölçüdə qeyri-yaşayış sahəsinin böyük bir sahə olduğunu, bu səbəbdən həmin əmlakın dəyərinin də çox böyük məbləğdə pul vəsaiti tələb etdiyini, qeyri-yaşayış sahəsinin əvəzsiz verilməsinin mümkün olmadığını E.Mahmudovun göndərdiyi adamlara bildirmişdir. Təzyiqlər bir müddət davam etmiş, lakin sonradan E.Mahmudovun göstərişi ilə MMC-yə bildirilmişdir ki, qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmasa, MMC-nin rəhbərliyi və yaxın qohumları ilə “başqa cür rəftar ediləcəkdir”. E.Mahmudovun yuxarıda qeyd edilən vəzifədə olması səbəbindən onun təzyiqlərinə davam gətirmək mümkün deyildi və son nəticədə MMC-nin rəhbərliyi göstərilən davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalıb qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmilləşdirilməsi barədə MMC-nin direktoru M.Cəfərova zorla müqaviləyə imza etdirillmişdir. Eyni zamanda MMC, İddiaçı adına sözügedən qeyri-yaşayış sahəsinin dəyərinin guya ödənilmiş olmasına dair “Maliyyə arayışı” hazırlayaraq əks tərəfə təqdim etmişdir. Bu məsələnin üstündən çox bir zaman keçmiş, İddiaçı heç vaxt qeyri-yaşayış sahəsini MMC-dən tələb etməmişdir. Göründüyü kimi, hazırda etibarlılığı mübahisələndirilən “Sahil-D Kompani “ MMC və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqavilə hakimiyyətdən suiistifadə, hədə-qorxu təsiri altında imzalanmış müqavilədir. Həmin müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinə görə İddiaçı MMC-nin hesabına hər hansı məbləğdə pul ödəməmişdir. İddiaçı və Cavabdeh MMC arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqavilə etibarsız əqdir və Cavabdeh MMC üçün heç bir hüquqi nəticə doğurmamalıdır. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi təxminən 780 kv.m. təşkil edir (binanın bütöv altı). Həmin qeyri-yaşayış sahəsi 5 ayrı-ayrı sahələrə bölünərək, ayrı-ayrı şəxslərə satılmışdır. Həmin şəxslərin arasında isə iş üzrə İddiaçı yoxdur. İddiaçının iddia etdiyi nə 177 kv.m (müqavilə üzrə), nə də ki, 167 kv.m (çıxarış üzrə) sahə də həmin qeyri-yaşayış sahəsində yoxdur. Belə ki, 4 №-li yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi təxminən 780 kv.m təşkil edən qeyriyaşayış sahəsinə dair Cavabdeh MMC X26 ilə (87 kv.m) xx.xx.2013-cü il tarixdə, Talıbov Elsevər Abbas oğlu ilə (174,0 kv.m) xx.xx.2008-ci il tarixdə, X14 ilə (80 kv.m), X18 ilə (131 kv.m) 2008-ci il tarixdə (sonradan "xxxx" MMC-yə satılmışdır) ilə və “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyi ilə (305,0 kv.m) xx.xx.2020-ci il tarixdə müqavilələr bağlanmışdır. Həmin müqavilələr əsasında plan-sxemlər tərtib edilmiş, əmlaklar müqavilə bağlanmış şəxslərə təhvil verilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində iddiaçının iddia etdiyi 177 kv.m (müqavilə üzrə) və ya 167 kv.m (çıxarış üzrə) sahə mövcud deyildir. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 №-li çozxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi "xxxx"Sahil-D Kompani” MMC və İddiaçı arasında bağlandığı iddia edilən qeyri-yaşayış sahəsi isə əslində 177 kv.m ibarət olmaqla 14 yanvar 2008-ci il tarixdə Talıbov Elsevər Abbas oğluna satılmış qeyri-yaşayış sahəsidir. Belə ki, ünvan 13 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 174 kv.m qeyri-yaşayış sahəsinə dair Elsevər Talıbov və Cavabdeh MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən Elsevər Talıbova təhvil verilmiş, sonuncu isə həmin əmlakın dəyərini MMC-yə tam ödəmiş və qeyri-yaşayış sahəsini qəbul etmişdir. Qeyriyaşayış sahəsinin dəyərinin Cavabdeh MMC-yə tam ödənilməsi barədə MMC tərəfindən Elsevər Talıovun adına verilmiş kassa mədaxil orderi və maliyyə arayışı ilə təsdiq edilir. Elsevər Talıbov qeyri-yaşayış sahəsinin dəyərini ödədiyi vaxtdan da həmin əmlakın mülkiyyətçisi hesab edilmişdir. X31 və Cavabdeh MMC arasında müqavilə bağlandığı vaxt (xx.xx.2008-ci il) zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2008-ci il tarixdən Elsevər Talıbovun natamam mülkiyyət hüququ ilə yüklü olmuşdur. Belə olan halda, həmin əmlak mülkiyyətçi Elsevər Talıbovun razılığı olmadan başqa şəxsə özgəninkiləşdirilə bilməzdi. X16 dəyərini ödəyərək əldə etdiyi 174 kv.m qeyri-yaşayış sahəsi İddiaçı, ümumiyyətlə, təhvil verilməmiş, həmin əmlak onun sahiblik və istifadəsində heç vaxt olmamışdır. Qeyri-yaşayış sahəsi müqavilə bağlandığı 2008-ci ildən Elsevər Talıbovun faktiki istifadə və sahibliyində olmuşdur. ünvan 11 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, sonuncunun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Belə ki, Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh MMC-nin inşa etdiyi 12 ədəd mənzil və Elsevər Talıbova məxsus qeyriyaşayış sahəsinin qapıları bağlanmış, qeyriyaşayış sahəsindən istifadə edilməsi, təmir işlərinin aparılması Elsevər Talıbova qadağan edilmişdir. Bu səbəbdən də Elsevər Talıbov iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 14 ünvanda inşa edilmiş 4 №-li çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Elsevər Talıbovun həmin iddiası təmin edilmiş, ünvan 11 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində Elsevər Talıbovun sahiblik və istifadə hüququnun tanıması, həmin qeyri-yaşayış sahəsindən Elsevər Talıbov tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmişdir. ünvan 11 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 177 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC və İddiaçı arasında 21 yanvar 2009-cu il tarixdə müqavilə bağlanmamışdır. Həmin qeyriyaşayış sahəsi ilə bağlı İddiaçı tərəfindən hərhansı məbləğdə ödəniş həyata keçirilməmişdir. Həmin qeyri-yaşayış sahəsi İddiaçı, ümumiyyətlə, təhvil verilməmiş, bu əmlak onun sahiblik və istifadəsində heç vaxt olmamışdır. Sözügedən qeyri-yaşayış sahəsi 174 kv.m olmaqla 14 yanvar 2008-ci il tarixdə Elsevər Talıbovun faktiki istifadə və sahibliyində olmuşdur. Həmin əmlakla bağlı hüquqlarının İddiaçı ötürülməsi və ya müqavilə bağlanmasına Elsevər Talıbov razılıq verməmişdir. İddiaçı onunla Cavabdeh MMC arasında 21 yanvar 2009-cu il tarixdə bağlandığı iddia etdiyi müqavilə etibarsız əqddir. Cavabdehin İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddia tələbinin heç bir əsası yoxdur, həmin tələb əsassız və tamamilə absurddur, bundan əlavə, həmin tələb üzrə iddia müddəti heç bir üzrlü səbəb olmadan ötürülmüş, bununla bağlı dəlilləri ayrıca verilmiş ərizədə sadalamışdır. Bundan başqa, aşağıda qeyd olunanlarla iddia tələbinin tamamilə əsassız olması sübuta yetirilir və bu səbəbdən də iddia tələbi təmin olunmamalıdır. İddiaçının sübut qismində təqdim etdiyi və iddiasının hüquqi əsasını təşkil edən xx.xx.2008-ci il tarixli müqavilə qanunla müəyyən olunmuş qaydada təsdiq olunmadığından onun iddiası hər bir halda təmin oluna bilməz. Digər tərəfdən, hətta həmin sənədin (müqavilənin) qanunla müəyyən olunmuş qaydada təsdiq edilməklə məhkəməyə təqdim edildiyi və bu səbəblə sübut qismində nəzərə alınmalı olduğu fərziyyə olaraq qəbul edilsə belə, yenə də iddianın əsaslı olduğu qənaətinə gəlmək mümkün deyildir. Belə ki, işin həqiqi halına görə, mübahisələndirilən obyekt məhz iddiaçı ilə əldə olunan razılığa əsasən, İddiaçı adına rəsmiləşdirilmiş, bu zaman hər hansı qanunsuzluğa yol verilməmiş və nəticədə obyekt İddiaçı adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İddiaçının iddiasının hüquqi əsası kimi istinad etdiyi müqavilənin onda olmaması, obyektin 11 ildən artıq müddət ərzində maraqı şəxs Elsevər Talıbova təhvil verilməməsi, onun bu illər ərzində obyekti təhvil vermək öhdəliyini üzərinə götürmüş MMC-dən bu öhdəliyini icra tməsini tələb etməməsi, ona bu barədə müraciətlər etməməsi, obyektlərlə maraqlanmaması, obyektin ona təhvil verilməməsi, obyektin 2014-cü ildən mülkiyyət hüququ üzrə başqasının adına qeydə alınması, onun yalnız 11 ildən sonra məhkəməyə müraciət etməsi, xüsusən də Elsevər Talıbovun adına olan müqavilədə onun şəxsiyyət vəsiqəsinin seriya və nömrəsinin, əmlakın dəyərinin qeyd olunmaması, digər müqavilələrdən fərqli olaraq Elsevər Talıbovun müqaviləsində 2.1 bənd ola-ola 2.2-ci bəndin, yəni əmlakın hər kvadratına görə və ümumi dəyərinin göstərilməməsi, habelə ekspertiza təyin olunmağın qarşısını almaq üçün müqavilənin əslinin təqdim olunmaması ilə bağlı işin faktiki halları da obyektin həqiqətən də İddiaçı məxsus olması və xx.xx.2008ci il tarixi kimi qeyd edilən müqavilənin saxtakarlıqla arxa tarixə tərtib edilməsi qənaətinə gəlməyə əsas verir. Hətta mübahisə mövzusu olan obyektə dair həyata keçirilən sonrakı rəsmiləşdirmənin iddiaçının və maraqlı şəxsin iradəsini əks etdirmədiyi qəbul edilsə belə, iddia yenə də əsaslı sayıla bilməz. Çünki yuxarıda da qeyd edildiyi kimi, xx.xx.2008-ci il tarixli müqaviləyə görə, iddiaçı olan MMC mübahisə mövzusu olan obyekti maraqlı şəxsə təhvil vermək öhdəliyini öz üzərinə götürmüş, lakin obyekt ona təhvil verilməmişdir. Maraqlı şəxsin özü də Bakı şəhəri Xətai Rayon Məhkəməsində irəli sürdüyü iddiasında obyektin təmirinə buraxılmadığını iddia etmiş, "xxxx" şirkəti isə məhkəməyə gələrək iddianı etiraf etmiş və qətnamə icra edilərkən çəkilən videomaterialdan görünür ki, obyekt 2 faktiki olaraq təmirli və mebel ilə təhciz edilmiş vəziyyətdə olmuşdur ki, bu xüsusat da qeyd olunan iddianın süni şəkildə qaldırıldığı qənaətinə gəlməyə aydın şəkildə imkan verir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Əksinə, işin mübahisəsiz halına görə, mübahisələndirilən obyekt məhz İddiaçı təhvil verilmiş, sonuncu həmin obyekti təmir etdirmiş, zamanında obyektin təmirini müşahidə etmək açıq-aşkar mümkün olmuş, habelə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq ona müvafiq çıxarış verilmişdir. İşin qeyd edilən halı işdə olan sənədlərlə də tam sübut olunur, o cümlədən obyektin təmir olunmasını isə hətta kənardan belə görmək mümkün olduğundan bu xüsusatın, yəni obyektin ən azı 2014-cü ildən başqa birinin sahibliyində olması faktının iddiaçı üçün açıq-aşkar olması danılmazdır. Qeyd edilməlidir ki, mülki hüquq münasibətlərində borclunun eyni əşyanı iki və ya daha artıq şəxsə (kreditora) verəcəyi barədə öhdəlik götürməsi (müqavilə bağlaması) halları mümkündür. Belə hallarda borclu, bağladığı müqavilələrlə bir əşyanı müxtəlif şəxslərə verəcəyi (mülkiyyətinə keçirəcəyi) barədə üzərinə öhdəlik götürmüş olur. Bu məzmunda müqavilənin bağlanması ilə kreditorlardan heç biri avtomatik olaraq həmin əşyanın mülkiyyətçisi olmur (mülkiyyəti qazanmırlar). Bu kimi hallarda əşyanın mülkiyyətini alıcılardan hansının qazanması qanunvericiliklə tənzimlənmişdir. Qanun fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydasını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Əşyaya sahiblənmə dedikdə, hüquqi sənədləşmə ilə yanaşı, həmçinin faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması (qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi), mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Ona görə də, qeyd edilən aktiv 3 hərəkətlərlə dəstəklənməyən təhvil aktı və ya müqavilə özü-özlüyündə sahiblənməni təsdiqləyən sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi, İddiaçı mübahisə mövzusu olan obyektə (əşyaya) faktiki sahiblənən alıcı olduğundan, obyekt (əşya) artıq ona faktiki olaraq verildiyindən, bir müddət əsaslı təmir işləri aparılmaqla tikinti-quraşdırma işlərinin aparılması müşayiət edildiyindən və keçən 14 illik müddət ərzində ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən, habelə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alındığından digər kreditorun (iddiaçının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmışdır. Şərh edilənlərlə yanaşı həmçinin nəzərə alınmalıdır ki, iddiaçının adına olan müqavilənin tarix etibarı ilə daha əvvəl olması da, sonrakı müqavilələrin etibarlığına bu və ya digər formada təsir etmir. Həqiqətən də qanunvericilikdə fərdi-müəyyən əşyaların alqı-satqısı baxımından belə bir etibarlılıq şərti nəzərdə tutulmayıb, tam əksinə, MM-in məhz elə 452.1-ci maddəsinin son iki cümləsində nəzərdə tutulan müddəalar bu müqavilələrin hamısının etibarlı olduğunu göstərir. Buna görə də bu müqavilə üzrə borclu kimə icra hərəkəti etmişsə, həmin icra etibarlıdır. Bundan başqa, iddiaçının irəli sürdüyü dəlillər əsaslı olmuş olsa idi belə, onun tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüş və bununla bağlı ayrıca ərizə də verilmişdir. Yuxarıda göstərildiyi kimi, iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi müqavilə 2008-ci ilin avqust ayında “bağlanmış” və müvafiq 3.2-ci bəndinə əsasən obyekt alıcıya 24 ay sonra veriləcəyi göstərilmişdir. Maraqlı şəxs isə obyektin təhvil verilməli olduğu həmin tarixdən sonra iddiaçı şirkətə qarşı hər hansı tələb irəli sürməmiş, yalnız 2019-cu il tarixdə (obyektin təhvil verilməli olduğu tarixdən 9 il sonra) süni şəkildə təşkil edilmiş iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddia müddətinin tətbiq edilməsi mülki hüquq münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. Həmçinin, iddiaçı əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə də əməl etməmişdir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşdən aydın olur ki, mübahisələndirilən obyektə dair İddiaçıla xx.xx.2009-cu il tarixdə müqavilə bağlanmış, obyekt məhz ona təhvil verilmiş, həmçinin 2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İddiaçının və maraqlı şəxsin həmin tarixlərdən etibarən müvafiq olaraq 7-12 il ərzində obyektlə maraqlanmaması, onun güya başqa şəxsə satıldığını öyrənməməsi ağlabatan və məntiqli deyildir. Onlar, bu qədər uzun müddət ərzində qeyd edilənlərdən hər bir halda xəbərdar olmalı (bilməli) idi. Bununla belə onlar, İddiaçı adına olan müqavilənin etibarsızlığını xx.xx.2023-cü il tarixdə, yəni 1 ildən artıq müddət keçdikdən sonra mübahisələndirmişdir.

36. Cavabdeh İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianın faktiki əsası kimi istinad olunan müqavilə xx.xx.2009-cu il tarixdə bağlanmış, hazırkı tələb isə 19 il sonra qaldırılmışdır. Həmçinin, iddia olunan qeyri-yaşayış sahəsi 2021-ci ilin ortalarından etibarən tərəflər arasında mübahisə predmeti olmuş, qeyd olunan tarixdən hazırkı iddianın verildiyi tarixədək 2 ildən çox vaxt keçmiş, yəni iddiaçı müqavilələri qanunla nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməklə mübahisələndirmişdir. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

37. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Orxan Məmmədli)

38. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 324.1, 337.1, 337.2, 339.1, 354, 390.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında göstərilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

a) Birləşdirilmiş birinci iş üzrə apellyasiya şikayətinin dəlilləri

39. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2980/2022 saylı qətnaməsinin ləğv, İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması” iddiasının rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi kimi, mübahisəli qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı və Cavabdeh MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Həmin qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə Cavabdeh MMCnin iradə ifadəsi olmamışdır. Həmin çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi təxminən 780 kv.m. təşkil edir (binanın bütöv altı) və həmin qeyri-yaşayış sahəsi 5 ayrıayrı sahələrə bölünərək, ayrı-ayrı şəxslərə satılmışdır. Həmin şəxslərin arasında isə hazırkı iş üzrə İddiaçı yoxdur. İddiaçının iddia etdiyi nə 177 kv.m (müqavilə üzrə), nə də ki, 167 kv.m (çıxarış üzrə) sahə də həmin qeyriyaşayış sahəsində yoxdur. Belə ki, 4 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi təxminən 780 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC X26 ilə (87 k v.m) xx.xx.2013-cü il tarixdə, Talıbov Elsevər Abbas oğlu ilə (174,0 kv.m) xx.xx.2008-ci il tarixdə, X14 ilə (80 kv.m), X18 ilə (131 kv.m) 2008-ci il tarixdə (sonradan "xxxx" MMC-yə satılmışdır) və “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birlik ilə (305,0 kv.m) xx.xx.2020-ci il tarixdə müqavilələr bağlanmışdır. Həmin müqavilələr əsasında plansxemlər tərtib edilmiş, əmlaklar müqavilə bağlanmış şəxslərə təhvil verilmişdir (müqavilələr, çıxarış, plan sxemlər apellyasiya şikayətinə əlavə edilir. Göründüyü kimi, ünvan 14 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində iddiaçının iddia etdiyi 177 kv.m (müqavilə üzrə) və ya 167 kv.m (çıxarış üzrə) sahə mövcud deyildir. Bütün bunlar barədə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi birinci instansiyası məhkəməsinə məlumat vermişdir. Qeyd olunan 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən ayrı-ayrı hissələrə bölünərək özgəninkiləşdirilmişdir və həmin mərtəbədə artıq Cavabdeh MMC-yə məxsus əmlak yoxdur. Belə olan halda, Cavabdeh MMC-nin İddiaçı guya “ona məxsus sahəyə” buraxmaması barədə bildirdikləri həqiqətə uyğun deyil. Çünki İddiaçı adına çıxarış olsa da, çıxarışda qeyd olunan sahə ünvan 15 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yoxdur. Həmçinin "xxxx" MMC-yə həmin yerdə əmlak məxsus deyil. Belə olan vəziyyətdə Cavabdeh MMC hazırkı iş üzrə iddia tələbinə cavabdeh olan şəxs deyil. Əslində İddiaçı, qeyd olunan çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin tərkibi hissəsi olan Elsevər Talıbova məxsus, sahəsi 174 kv.m. olan əmlaka iddia edir. Bununla bağlı bildirilir ki, Cavabdeh MMC və Elsevər Talıbov arasında xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə əsasında Elsevər Talıbov qeyd olunan 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsini əldə etmişdir. Sonuncu, qeyd edilən əmlakın tam dəyərini Cavabdeh MMC-yə ödəmiş, bu barədə ona maliyyə arayışı və kassa mədaxil orderi verilmişdir. Ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, Elsevər Talıbovun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Belə ki, Elsevər Talıbov iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 14 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)4563/2019 saylı qətnaməsi ilə iddia tam həcmdə təmin edilmişdir. Elsevər Talıbov həmin qeyri-yaşayış sahəsini təmir etmişdir. Hazırda da həmin əmlak sonuncunun qanuni sahiblik və istifadəsindədir. Hazırkı iş üzrə İddiaçı iddia etdiyi qeyriyaşayış sahəsinin Elsevər Talıbova məxsus olması barədə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğuna görə, iddiaçı Elsevər Talıbova qarşı deyil, Cavabdeh MMC-yə qarşı iddia irəli sürmüşdür. Halbuki Cavabdeh MMC orada hər hansı əmlaka malik deyil. İddiaçı isə ona məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin texniki göstəricilərini, o cümlədən sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini əks etdirən plan-sxem və digər zəruri məlumatları məhkəməyə təqdim etməmişdir. İşə baxan birinci instansiyası məhkəməsi də qeyd edilən məlumatları iddiaçıdan tələb etməmiş, məhkəmə tikinti-texniki ekspertiza təyin etməmiş, qərar qəbul edərkən, yalnız bir çıxarışa əsaslanmış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır.

41. Elsevər Talıbov da apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv, İddiaçı Cavabdeh MMC-yə qarşı “maneələrin aradan qaldırılması” iddiasının rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. E.Talıbovun apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmetinin yönəldiyi ünvan 13 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 174 kv.m qeyriyaşayış sahəsinə dair onunla "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən ona təhvil verilmiş, o isə həmin əmlakın dəyərini MMC-yə tam ödəmiş və qeyri-yaşayış sahəsini qəbul etmişdir. Qeyri-yaşayış sahəsinin dəyərinin Cavabdeh MMC-yə tam ödənilməsi MMC tərəfindən onun adına verilmiş kassa mədaxil orderi və maliyyə arayışı ilə təsdiq edilir. Qeyri-yaşayış sahəsinin dəyərini ödədiyi vaxtdan da həmin əmlakın mülkiyyətçisi hesab edilmişdir. Çünki, Elsevər Talıbov və "xxxx" MMC arasında müqavilə bağlandığı (xx.xx.2008-ci il) zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il Plenum Qərarı ilə müəyyən edilmiş və qərara alınmışdır ki, Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə görə, əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunverciliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. O da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1ci maddəsinə görə, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Yuxarıda qeyd olunluğu kimi, ümumi sahəsi 174 kv.m olan qeyriyaşayış sahəsi xx.xx.2008-ci il tarixdən Elsevər Talıbovun natamam mülkiyyət hüququ ilə yüklü olmuşdur. Belə olan halda, həmin əmlak mülkiyyətçi Elsevər Talıbovun razılığı olmadan başqa şəxsə özgəninkiləşdirilə bilməzdi. Onu da qeyd etmək lazımdır ki, Elsevər Talıbovun dəyərini ödəyərək əldə etdiyi 174 kv.m qeyri-yaşayış sahəsi İddiaçı ümumiyyətlə təhvil verilməmişdir. Qeyri-yaşayış sahəsi müqavilə bağlandığı 2008ci ildən Elsevər Talıbovun faktiki istifadə və sahibliyində olmuşdur. Lakin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh MMC-nin inşa etdiyi 12 ədəd mənzil və Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinin qapıları bağlanmış, qeyri-yaşayış sahəsindən istifadə edilməsi, təmir işlərinin aparılması Elsevər Talıbova qadağan edilmişdir. Bu səbəbdən də sonuncu, iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 14 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Göründüyü kimi, həmin qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, sonuncunun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Bundan sonra Elsevər Talıbov həmin qeyri-yaşayış sahəsini təmir etdirmişdir. Hazırda da həmin əmlak Elsevər Talıbovun qanuni sahiblik və istifadəsindədir. Hazırkı iş üzrə İddiaçı, əsassız iddia etdiyi qeyri-yaşayış sahəsi üzərində Elsevər Talıbovun hüquqlarının tanınması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olması barədə məlumatlıdır. Bu səbəbdən də o, Elsevər Talıbova qarşı deyil, Cavabdeh MMC-yə qarşı iddia irəli sürmüşdür. Halbuki, Cavabdeh MMC orada hər hansı əmlaka malik deyil. Həmin yerdə yerləşən qeyri-yaşayış sahəsi isə Elsevər Talıbova məxsusdur və həmin sahənin ümumi ölçüsü 174 kv.m təşkil edir. Onu da qeyd etmək lazımdır ki, İddiaçı əvvəllər heç vaxt Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinə iddia etməmiş, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda olmamış, Elsevər Talıbova qarşı heç bir pretenziya, tələb irəli sürməmişdir. Elsevər Talıbov hazırda apelyasiya qaydasında mübahisələndirdiyi qətnamənin mövcudluğundan Türkiyə Respublikasından qayıtdıqdan sonra, Cavabdeh MMC-nin işçilərinin verdiyi məlumat əsasında 2023-cü ilin yanvar ayında xəbəri olmuşdur. Sahil-D Kompani” MMC-nin işçisindən aldığı qətnamədən görünür ki, MMC-nin nümayəndəsi Anar Hüseynov izahatında bildirmişdir ki, İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə bağlanmış müqavilə saxtadır. Əslində həmin əmlakın mülkiyyətçisi Elsevər Talıbovdur. Bunları bildirən nümayəndə Anar Hüseynov məhkəməyə sənədləri, o cümlədən də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)4563/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinin surətini təqdim etmişdir. Lakin buna baxmayaraq, işə baxan birinci instansiyası məhkəməsi, Elsevər Talıbovu hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb etməmiş, son nəticədə isə Elsevər Talıbovun hüquq və maraqlarına toxunan qətnamə qəbul etmişdir. Qeyd olunan kobud prosessual pozuntudan başqa, birinci instansiyası məhkəməsi həmçinin İddiaçı ona məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin texniki göstəricilərini, o cümlədən sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini əks etdirən plan-sxem və digər zəruri məlumatların mövcud olmamasına əhəmiyyət verməmiş, qeyd edlilən məlumatları, sənədləri, sübutları İddiaçı tələb etməmiş, iş üzrə öz təşəbbüsü ilə məhkəmə tikinti-texniki ekspertiza təyin etməmiş, qeyri-yaşayış sahəsinə baxış keçirməmiş, qərar qəbul edərkən, yalnız İddiaçı adına olan çıxarışa əsaslanmış, iş üzrə əsaslı və qanuni qərar qəbul edilməsi üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Xətai Rayon Məhkəməsi həmçinin İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilib-verilməməsini, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş texniki pasport (verildiyi halda) hansı əmlakın ölçüləri əsasında verilməsi istiqamətində də heç bir hərəkət etməmiş, bununla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərməmiş, cavablar almamış, işin baxılmasına səthi yanaşmışdır. Xətai Rayon Məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış Elsevər Talıbovun hüquq və vəzifələrinə dair məsələni onun hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişdir. Bu isə birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.

b) Birləşdirilmiş ikinci iş üzrə apellyasiya şikayətinin dəlilləri

43. Cavabdeh MMC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən də apellyasiya şikayəti verərək ləğv edilməsini, iddiasının isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

44. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin direktoru X17 və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqavilə etibarsız əqddir. Belə ki, ümumi sahəsi 177 kv.m ibarət qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı İddiaçı və Cavabdeh MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Həmin qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə Cavabdeh MMCnin iradə ifadəsi olmamışdır. Belə ki, 2008-ci ilin sonları, 2009-cu ilin əvvəli, o vaxt Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri vəzifəsində işləyən Eldar Mahmudov ”Sahil-D Kompani” MMC-nin rəhbərliyinə müxtəlif vasitələrlə təzyiqlər göstərərək ünvan 12 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsindən oğlu, hazırkı iş üzrə cavabdeh İddiaçı adına 177 kv.m ölçüsündə qeyri-yaşayış sahəsinin sənədləşdirilməsini tələb etmişdir. Təzyiqlər bir müddət davam etmiş, lakin sonradan Eldar Mahmudovun göstərişi ilə MMCyə bildirilmişdir ki, qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmasa, MMC-nin rəhbərliyi və yaxın qohumları ilə “başqa cür rəftar ediləcəkdir”. Eldar Mahmudovun yuxarıda qeyd edilən vəzifədə olması səbəbindən onun təzyiqlərinə davam gətirmək mümkün deyildi və son nəticədə MMC-nin rəhbərliyi göstərilən davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalıb qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmilləşdirilməsi barədə MMC-nin direktoru M.Cəfərova zorla müqaviləyə imza etdirillmişdir. Eyni zamanda MMC, İddiaçı adına sözügedən qeyri-yaşayış sahəsinin dəyərinin guya ödənilmiş olmasına dair “maliyyə arayışı” hazırlayaraq əks tərəfə təqdim etmişdir. Bu məsələnin üstündən çox zaman keçmiş, İddiaçı heç vaxt qeyri-yaşayış sahəsini MMC-dən tələb etməmişdir. Göründüyü kimi, hazırda etibarlılığı mübahisələndirilən Cavabdeh MMC və İddiaçı arasında bağlandığı iddia edilən 21 yanvar 2009-cu il tarixli müqavilə hakimiyyətdən sui-istifadə, hədə-qorxu təsiri altında imzalanmış müqavilədir. Müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinə görə İddiaçı MMC-nin hesabına hər hansı məbləğdə pul ödəməmişdir. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilmiş 4 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi təxminən 780 kv.m. təşkil edir (binanın bütöv altı). İddiaçının iddia etdiyi nə 177 kv.m (müqavilə üzrə), nə də ki, 167 kv.m (çıxarış üzrə) sahə də həmin qeyri-yaşayış sahəsində yoxdur. Cavabdeh MMC və İddiaçı arasında bağlandığı iddia edilən qeyri-yaşayış sahəsi isə əslində 177 kv.m ibarət olmaqla 14 yanvar 2008-ci il tarixdə Talıbov Elsevər Abbas oğluna satılmış qeyriyaşayış sahəsidir. Həmin qeyri-yaşayış sahəsinin Elsevər Talıbova məxsus olması, sonuncunun həmin əmlakın qanuni sahibi olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Belə ki, Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh MMC-nin inşa etdiyi 12 ədəd mənzil və Elsevər Talıbova məxsus qeyri-yaşayış sahəsinin qapıları bağlanmış, qeyri-yaşayış sahəsindən istifadə edilməsi, təmir işlərinin aparılması Elsevər Talıbova qadağan edilmişdir. Bu səbəbdən də sonuncu, iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 14 ünvanda inşa edilmiş 4 №- li çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanınmasını, həmin əmlakdan onun tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Göründüyü kimi, Elsevər Talıbovun Cavabdeh MMC ilə bağladığı müqavilənin şərtlərinə və həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə, həm də qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mübahisəli əmlakın mülkiyyətçisidir. Belə olan halda, onun razılığı olmadan əmlak başqa şəxsə (İddiaçı) özgəninkiləşdirilə bilməzdi. Bundan başqa, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 354-cü maddəsinin müddəalarını səhv təfsir və tətbiq edərək iddiaçı Cavabdeh MMC-nin iddiasının müddətlə məhdudlaşmış olduğu qənaətinə gəlmişlər.

45. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6493/2023 xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)6493/2023 saylı mülki iş İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma” tələbinə dair 2(103)- 6077/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.

46. İşə apellyasiya qaydasında baxılarkən, mübahisəli sahənin də yerləşdiyi binaların hazırkı idarəedicisi "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

47. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-419/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə birinci iş üzrə: Cavabdeh MMC və üçüncü şəxs Talıbov Elsevər Abbas oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin olunması, Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 12 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyriyaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maneələrə son qoyulması, İddiaçı ünvan 12 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m-dən ibarət (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsinə buraxılması, apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC və üçüncü şəxs Talıbov Elsevər Abbas oğlunun özlərinə aid edilməsi, ikinci iş üzrə: iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Elşən Kazımov).

48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 140, 152.1, 157.4, 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 354, 752.1, 752.2, 752.3, 759.1, 759.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarı və Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” xx.xx.2007-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

49. Cavabdeh MMC və Talıbov Elsevər Abbas oğlu kassasiya şikayəti vermişlər.

50. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2389/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində işə cəlb edilmiş X13 da kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv, birinci iş üzrə iddia tələbinin rədd, ikinci iş üzrə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

51. Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-2957/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-419/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

52. Təkrar baxış zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə X13 birinci iş üzrə Cavabdeh MMC-nin prosessual hüquq varisi olaraq əvəz edilmişdir.

53. Apellyasiya instansiyası məhkəmənin eyni tarixli qərardadı ilə X13 birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

54. Bundan sonra X13 təkrar apellyasiya baxışında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri cəlb edilməklə) “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir.

55. İddia ərizəsi belə əsaslandırılmışdır ki, L.Abdullayevanın mülki prosessual qanunvericiliyə uyğun olaraq mübahisə predmeti olan əmlakla bağlı mülkiyyət hüquqlarının qorunmasına dair prosessual hüquqlardan istifadə imkanı indiki mərhələdə yaranmışdır. Mübahisənin mahiyyətinə gəldikdə qeyd edilməlidir ki, ünvan 16 ünvanda inşa edilən 4 saylı binada, 1-ci mərtəbədə yerləşən sahəsi 174 kv.m olan qeyriyaşayış sahəsi "xxxx" MMC ilə ilkin alıcı –Talıbov Elsevər Abbas oğlu arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında Talıbov Elsevər Abbas oğluna satılmış, həmin tarixdə qeyri-yaşayış sahəsinin dəyəri 261.000 manat satıcıya ödənilmişdir. Bunun əsasında isə, xx.xx.2008-ci il tarixli müqavilə, kassa mədaxil orderi, maliyyə arayışı alıcıya təqdim edilmişdir. Daha sonra alıcı Talıbov Elsevər Abbas oğlu tərəfindən həmin qeyriyaşayış sahəsi 3 tərəfli xx.xx.2020-ci il tarixli müqavilə əsasında X1. Buna müvafiq olaraq X11 qeyri-yaşayış sahəsi üzrə tam payçı hüququnu qazanmış, müvafiq olaraq xx.xx.2020ci il tarixli müqavilə, maliyyə arayışı, plan-çizgi əldə etmişdir. Bu sənədlər əsasında qeyriyaşayış sahəsinə dair X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, qeydə alınma zamanı Bəhmən Əliyevin razılığı əsasında əmlakın ölçüsü (təmir və divaraltı nəzərə alınmaqla) 174 kv.m azaldılaraq faktiki 151,2 kv.m qeydə alınmışdır. Qeyriyaşayış sahəsinə dair X5 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydə alınmış və müvafiq Çıxarış verilmişdir. Bundan sonra həmin əmlak X12 tərəfindən xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi əsasında Ləman Abdullayevaya bağışlanmışdır. Qeyd edilən əsasla Ləman Abdullayevanın mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə DƏDRX qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi üzrə subyektiv iddia hüququna malik mülkiyyətçi X10r. Qeyri-yaşayış sahəsi üzrə ilkin müqavilə münasibətləri xx.xx.2008-ci il tarixli müqavilə üzrə başlamış və Ləman Abdullayevanın mülkiyyət hüquqları da həmin müqavilədən irəli gələn müqavilə və hüquqi hərəkətlərdən yaranmışdır. Lakin həmin qeyri-yaşayış sahəsi xx.xx.2008-ci il tarixli müqavilə, kassa mədaxil orderi, maliyyə arayışına, plan cizgi sənədlərinə əsasən ilkin alıcı Talıbov Elsevər Abbas oğluna satılmasına, həmin tarixdən də E.Talıbovun tam pay hüququna malik olmasına baxmayaraq, qanunsuz olaraq, cavabdehlər tərəfindən başqasının əmlakına dair sərəncam vermə hərəkəti aparılmış, yəni "xxxx" və İddiaçı arasında xx.xx.2009-ci il tarixli müqavilə imzalanmışdır. xx.xx.2009-cu il tarixli müqavilənin əsasında ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 167,8 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyəti kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən qeydə alınmışdır. Göründüyü kimi qeyri-yaşayış sahəsi ilə bağlı 2 qüvvədə olan mülkiyyət hüququnu təsdiq edən sənəd mövcuddur. X6 mülkiyyət hüququnun yaranmasına əsas olmuş ilkin hüquqi sənədlər, ilkin alqı-satqı müqaviləsi olmaqla xx.xx.2008-ci ildir. Cavabdeh İddiaçı mülkiyyət hüququnun yaranmasına istinad edilən müqavilə isə xx.xx.2009-cu ildir. Bundan başqa, L.Abdullayevanın mülkiyyətində olan qeyri-yaşayış sahəsi heç bir zaman cavabdeh İddiaçı istifadəsində olmamışdır. İş materiallarından görünür ki, həmin qeyri-yaşayış sahəsi ilkin alıcı Talıbov Elsevər tərəfindən təmir edilmişdir. (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi və Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, xx/xx-121749/16 saylı məktubda qeyd edilir: Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)- 4563 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 17 ünvanında inşa edilmiş 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində Talıbov Elsevər Abbas oğlunun sahiblik və istifadə hüquqları tanınmalı və oranın təmir olunmasına qoyulmuş qadağalar aradan qaldırılmalıdır. Sözügedən icra sənədinin icrası ilə bağlı tərəflərindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında "xxxx" MMC-yə bildiriş göndərilmişdir. Bununla əlaqədar sözügedən qeyri-yaşayış sahəsinə tərəflərindən baxış keçirilmiş və həmin qeyri-yaşayış sahəsinin giriş qapısının möhürləndiyi aşkar olunmuşdur. Bundan sonra möhürün kim tərəfindən vurulduğu soraqlaşdırılmış və Cavabdeh MMC-nin işçilərinin şifahi məlumatına və tələbkarın ərizəsinə əsasən bu möhürün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən vurulduğu bildirilmişdir. Qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə sözügedən qeyri-yaşayış sahəsinin giriş qapısına tərəflərindən möhürün vurulubvurulmaması barədə, həmçinin həmin sahənin ümumiyyətlə onların apardığı hər hansı işin predmeti olub olmaması barədə Xətai Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur). Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, (xx.xx.2017-ci il tarixli 918- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilənə qədər qüvvədə olan redaksiya) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin maddənin qeyd edilən redaksiyadakı varinatının şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2010-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbindən də göründüyü kimi, hazırda Ləman Abdullayevanın mülkiyyətində olan qeyriyaşayış sahəsinin onun mülkiyyətində olmasının ilkin hüquqi əsası xx.xx.2008-ci il tarixli müqavilədir (həmin müqavilənin əsli və ona aid kassa mədaxil sənədi, digər sənəslərin əsli mülki işə əlavə edilmişdir). Qeyd edilən müqavilə bağlandıqdan sonra, həmin əmlakla bağlı sərəncam vermə hüququ da daxil olmaqla bütün hüquqlar ilkin alıcı Talıbov Elsevər Abbas oğluna məxsus olmuş və onun razılığı olmadan, sərəncam vermə iradəsi olmadan keçirilmiş bütün əqdlər və hüquqi prosedurlar etibarsızdır. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh MMC arasında ünvan 3 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.metr (müqavilə üzrə 4 saylı binanın 1-ci mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında yaranmış bütün hüquqi nəticələrin, o cümlədən əmlakın dövlət reyestrində 143 nömrəli reyestr kitabının 13435 nömrəli vərəqində qeydiyyata alınan ********** saylı, xx.xx.2014-cü il tarixli dövlət qeydiyyatının, **********21-05301-083001 saylı reyestrin və bununla bağlı verilmiş çıxarış etibarsız hesab edilməlidir.

56. Eyni zamanda birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, İddiaçı məxsus ünvan 18 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər "xxxx" MMC və X13 tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılmasını xahiş etmişdir.

57. Daha sonra birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, "xxxx" MMCnin qeydiyyata alınmamış direktoru Nümayəndə, Elsevər Talıbov və Bəhman Əliyev arasında bağlanmış xx.xx.2020ci il tarixli müqavilənin etibarsız hesab edilməsini; X4 adına ƏMDK-nin yanında DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə verilmiş **********44-05301- 083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğvini; Bəhman Əliyev və Ləman Abdullayeva arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini; Ləman Abdullayevanın adına ƏMDKnin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə verilmiş **********44-05301-083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğvi barədə qətnamənin qəbul edilməsi, mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 18 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X13 tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması haqqında qətnamənin qəbul edilməsini; yol verilmiş saxtakarlıqlar və əmlakın qanunsuz özgəninkiləşdirilməsinin aydınlaşdırılması, habelə təqsirli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardadın qəbul edilməsini xahiş etmişdir.

58. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsi onunla əsaslandırılmışdır ki, iş kassasiya instansiyası məhkəməsinin icraatında olan zaman tərəfindən təsadüf nəticəsində müəyyən olunmuşdur ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsi hazırki iş üzrə məhkəmə icraatının gedişatında "xxxx" şirkəti ilə Elsevər Talıbovun əlbir olması nəticəsində saxta sənəd əsasında özgəninkiləşdirilmiş, bu barədə olan məlumat məhkəmələrdən gizlədilmişdir. Bu səbəbdən, tərəfindən həm "xxxx" şirkəti, həm də Elsevər Talıbov, Bəhman Əliyev, Ləman Abdullayeva və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X29 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmiş, həmçinin bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinə məlumat verilmişdir. Bundan sonra, Ləman Abdullayeva məhkəmə araşdırmasının gedişatından məlumatlanmış, onun tərəfindən İddiaçı qarşı qarşılıqlı iddia verilməklə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən X13 məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində işə cəlb edilmişdir. Müəyyən olunmuşdur ki, “satıcı” "xxxx" MMC-nin qeydiyyata alınmamış “direktor”u Nümayəndə və Elsevər Talıbov arasında bağlanmış müqavilə ləğv olunmuş, “alıcı” X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli saxta müqavilə əsasında, ünvan 16 ünvanında inşa edilən 4 saylı yaşayış binasının İ mərtəbəsində ümumi-tikinti sahəsi 174 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsi “alıcı” X7 təhvil verilmiş, qeyri-yaşayış sahəsinin dəyəri guya 250.000 azn təşkil edir və həmin məbləği guya yeni payçı X11 əvvəlki payçı Elsevər Talıbova ödəmişdir. Qeyd olunan saxta müqavilə əsasında ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X7 **********44-05301-083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş, çıxarışa əsasən tam mülkiyyət üzrə 151.2 kv/m sahə müəyyən edilmişdir. Qeyri-yaşayış sahəsinin sahəsi ilə bağlı uyğunsuzluq, yəni İddiaçı aid çıxarışa görə 167.8 kv.m, Bəhman Əliyevə aid çıxarışa görə isə 151.2 kv.m sahənin olması onunla izah edilir ki, 2014-cü ildə İddiaçı çıxarış verilərkən həmin qeyriyaşayış sahəsində arakəsmələr mövcud olmamış, sonra İddiaçı tərəfindən təmir işləri aparılarkən sahə otaqlara bölünmüş, həmin sahə saxta yollarla Bəhman Əliyevə satıldığı zaman qeyri-yaşayış sahəsində olan təmir-tikinti zamanı arakəsmələrin sahəsi çıxılmış və guya ki, 151.2 kv.m sahə müəyyən olunmuşdur. Bundan sonra, xüsusən də, qeyd edilən qeyriyaşayış sahəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 419/2024 nömrəli qətnaməsi qəbul edildikdən sonra izləri itirmək məqsədi ilə cavabdeh "xxxx" MMC və üçüncü şəxs Elsevər Talıbovla əlbir olan Bəhman Əliyev xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi əsasında qeyd edilən əmlakı öz qardaşı qızı Ləman Abdullayevaya bağışlamışdır. Bu bağışlama müqaviləsi əsasında Ləman Abdullayevanın adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə **********44-05301- 083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş, çıxarışa əsasən tam mülkiyyət üzrə 151.2 kv/m sahə müəyyən edilmişdir. Beləliklə, yuxarıda sadalanan xüsusatlardan açıq-aşkar görünür ki, qeyri-yaşayış sahəsinin 2009-cu il tarixdən etibarən müqavilə üzrə, 2014-cü il tarixdən etibarən isə Çıxarış əsasında mülkiyyətçisi İddiaçı mülkiyyəti "xxxx" MMCnin qeydiyyata alınmamış direktoru Nümayəndə, Elsevər Talıbov və Bəhman Əliyev tərəfindən saxta sənədlər əsasında özgəninkiləşdirilmiş, yanlış məlumatlar əsasında DƏDRX tərəfindən çıxarışın alınmasına nail olunmuşdur.

59. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2025-ci il və xx.xx.2025-ci tarixli qərardadlarla Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələbinə əsasən müstəqil tələb irəli sürən şəxs L.Abdullayevanının iddia ərizəsini və birinci iş üzrə İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsini icraata qəbul etmiş və bunu onunla əsaslandırmışdır ki, həm mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia ərizəsinin, həm də birinci iş üzrə iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizələrinin verilməsi üçün əsaslar işə hazırkı apellyasiya baxışında yaranmışdır.

60. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-880/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi ilə birinci iş üzrə Cavabdeh MMC və üçüncü şəxs Talıbov Elsevər Abbas oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmuş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X8 qarşı “mübahisəli əmlaka dair xx.xx.2020- ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, X4 adına verilmiş çıxarışın ləğvi, Bəhman Əliyev və Ləman Abdullayeva arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun adına verilmiş xx.xx.2024 tarixli dövlət reyestrindən çıxarışın ləğvi, mülkiyyət hüququ üzrə İddiaçı məxsus həmin qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X13 tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması” tələbinə dair iddiasının təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilərək, İddiaçı adına ünvan 19 ünvanında 167,8 kv.metr sahəsi olan qeyriyaşayış sahəsinə dair dövlət reyestrində 143 nömrəli reyestr kitabının 13435 nömrəli vərəqində aparılmış ********** nömrəli, xx.xx.2014-cü il tarixli qeydiyyat (reyestr nömrəsi **********21-05301-083001) və İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Səadət Səlimova)

61. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 152.1, 157.4, 193.1, 324.1, 324.2, 324.4, 337.1, 337.4, 452.1, 752.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 50.1, 58.1 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində ikinci icraat

62. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(103)-880/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və birinci iş üzrə İddiaçı iddiasına münasibətdə "xxxx" MMC-nin qeydiyyata alınmamış direktoru Nümayəndə, Elsevər Talıbov və Bəhman Əliyev arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi; X4 adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********44-05301-083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğvi, Bəhman Əliyev və Ləman Abdullayeva arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Ləman Abdullayevanın adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********44-05301-083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğvi, mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 20 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X13 tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması haqqında iddia tələbinin tam təmin edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 cavabdehlər İddiaçı və Cavabdeh MMC-yə qarşı “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

63. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmiş, mülkiyyət hüququ ilə bağlı konstitusion və Mülki Məcəllədə müəyyən edilmiş normaları düzgün tətbiq etməmişdir. Bundan əlavə, məhkəmə vicdanlılıq, reyestrin həqiqiliyi, tərəflər arasında müqavilə münasibətləri, müqavilənin etibarsızlığı və onun nəticələri, işdə iştirak edən şəxslər arasında öhdəliklərin bir-birinə münasibətdə icra edilibedilməməsi, fərdi müəyyən əşyaya münasibətdə öhdəliklərin icra edilməsi qaydası, alqısatqı və podrat müqaviləsi ilə bağlı, eləcə də daşınmaz əmlakın dövlət reyestri ilə bağlı tələbləri müəyyən edən normaları - Konstitusiyanın 13 və 29-cu maddələrinin, Mülki Məcəllənin 5.3, 6, 14.2, 135.4, 139.1, 140, 148, 149.2, 152, 157, 178.1, 178.2, 324, 337, 347.1, 354, 385.1, 386.1, 389.1, 425.1, 452.1, 567, 568, 569, 570, 752, 758-ci maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci və 12.1-ci maddələrinin müddəalarını - düzgün tətbiq etməmiş və həmin normaların tətbiqində səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərdən qaçırmışdır ki, mübahisələndirilən obyekt fərdi müəyyən əşyadır, həmin əşya Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilmiş, sonuncunun sahibliyində olmuş, oranı tam şəkildə təmir etdirib müvafiq mebel əşyaları ilə təzhiz etmiş, həmin əşya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və ona münasibətdə İddiaçı adına çıxarış alınmışdır, həmin əşyanın reyestr nömrəsi olmuş və bu qeyd heç vaxt ləğv edilməmişdir. Eyni obyektə münasibətdə mövcud olan digər müqavilənin formal olaraq daha əvvəlki tarixə malik olması yuxarıda sadalanan hüquqi təminatların üstündən xətt çəkməyə əsas vermir. Birinci növbədə həqiqətən də həmin sənədin daha əvvəlki tarixdə bağlanması şübhə doğurur və bu hissədə məhkəmə tərəfindən hər hansı araşdırma aparılmamışdır. Digər tərəfdən, Mülki Məcəllənin 452.1-ci maddəsində fərdi müəyyən əşyanın kreditorun mülkiyyətinə vermək öhdəliyinin icrası ilə bağlı müddəalar müəyyən edilmişdir. Sözügedən sənədin daha əvvəlki tarixdə mövcud olmasını fərziyyə kimi qəbul etsək belə, həmin fərdi müəyyən əşyanın verilməsi öhdəliyi Cavabdeh MMC tərəfindən İddiaçı lehinə icra edilmiş (İddiaçı obyektin dəyərini tam ödəməsi müqabilində) və Cavabdeh MMC-nin hüquqi iradəsi çərçivəsində onun adına mülkiyyət kimi qeydə alınmışdır. İşə baxan hakimlər mübahisəyə o qədər qeyri-obyektiv və qərəzli yanaşmışlar ki, hətta müqavilənin etibarsızlığı ilə bağlı nəticəyə gələrkən İddiaçı tərəfindən ödənilmiş 708.000 (yeddi yüz səkkiz min) manat pul vəsaitinin aqibətini müəyyən etməmişlər. Mübahisələndirilən qətnaməyə görə İddiaçı həm özünün qanuni mülkiyyətindən məhrum olur, həm də 2009-cu ildə ödəmiş olduğu 708.000 manat (devalvasiyalardan əvvəl ödənildiyini nəzərə alsaq, həmin pul vəsaiti hazırki şərtlərlə daha çox iqtisadi dəyərə malik idi) onun aktivindən çıxmış olur və belə olan halda Cavabdeh MMC əsassız varlanmışdır. Bu azmış kimi, məhkəmə Cavabdeh MMC-ni başqa cavabdehlə (Ləman Abdulllayeva) əvəz etmişdir. Bu o deməkdir ki, apellyasiya instansiya məhkəməsi öz qətnaməsi ilə təkcə İddiaçı mülkiyyət hüququnu pozmaqla kifayətlənməmiş, həm də Cavabdeh MMC-nin İddiaçı hesabına əsassız varlanmasına şərait yaratmış və eyni zamanda Cavabdeh MMC-nin məsuliyyətdən kənarda qalması üçün əlindən gələni etmişdir. Bunun üçün məhkəmə iş materiallarında mövcud olan qanunsuzluqlara göz yummaqdan belə çəkinməmiş və İddiaçı vəkilinin və nümayəndəsinin “yol verilmiş saxtakarlıqlar və əmlakın qanunsuz özgəninkiləşdirilməsinin aydınlaşdırılması, habelə təqsirli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardad qəbul edilməsi” tələbinə məhəl qoymamışdır. Bir daşınmaz əşyaya münasibətdə bir reyestr nömrəsi mövcud ola-ola ikinci reyestr nömrəsinin necə verilməsi, məhkəmə mübahisəsi davam etdiyi halda işdə iştirak edən şəxslər tərəfindən əmlakın formal olaraq özgəninkiləşdirməsi, Cavabdeh MMC-nin reyestrdə qeydiyyata alınmayan və səlahiyyəti olmayan əməkdaşı tərəfindən müqavilənin imzalanması kimi qanunsuzluqlara apellyasiya instansiyası göz yummuşdur ki, bunun nəticəsində Cavabdeh MMC rahat şəkildə əsassız varlanmış olur.

64. Kassasiya şikayətinə mübahisə predmeti barəsində müstəqil tələb sürən üçüncü şəxs (cavabdeh) Ləman Abdullyeva etiraz vermişdir.

65. Etirazda işin faktiki halları qeyd edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmunu və tətbiq edilən maddi və prosessual hüquq normaları göstərilməklə, həmin normaların pozunutusunun şikayətdə əsaslandrılmasına istinad edilmişdir.

66. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2040/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-880/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

67. Kollegiya mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbləri üzrə apellyasiya instansiyası məhkləməsinin gəldiyi nəticə və təbiq etdiyi maddi hüquq normalarından görünür ki, münasibətlər podrat müqaviləsi müstəvisində qiymətləndirilmiş, 14 yanvar 2008-ci il tarixli podrat müqaviləsi üzrə mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin ilkin olaraq Elsevər Talıbova təhvil verilməsi, sonuncunun qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə bağlanmış müqavilədən irəli gələn hüquqlarını əvəzli qaydada xx.xx.2020-ci il tarixdə X7 ötürməsi, qeyri-yaşayış sahəsinə dair X4 mülkiyyət hüququnun xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daha sonra Bəhmən Əliyev həmin əmlakı xx.xx.2024-cü il tarixli müqavilə əsasında X8 bağışlaması və sonuncunun mülkiyyət hüquqlarının xx.xx.2024-cü il tarix də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına istinad edilmişdir. Məhkəmə kollegiyası Cavabdeh MMC ilə Elsevər Talıbov arasında 14 yanvar 2008-ci il tarixli, İddiaçı arasında bağlanmış 21 yanvar 2009-cu il tarilxi müqavilələr üzrə münaisbətlərin mahiyyətcə podrat münasibətləri olması barədə apellyasiya instansiyası məhkəməsini mövqeyi ilə razılaşır. Lakin apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin ilkin olaraq E.Talıbova təhvil verilməklə, sonuncuya münasibətdə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiq edilməli olması barədə gəldiyi nəticəni həmin normanın dispozitiv şərtlərinə uyğun qiymətləndirməyib və həmin normanın tələblərinə cavab verən sübutlarla əsaslandırmayıb.

68. Kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Talıbov Elsevər Abbas oğlu tərəfindən xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən dəyəri ödənilmiş qeyri-yaşayış sahəsinə onun sahiblik və istifadə etmək hüququnun əmələ gəlməsini qeyd etsə də, bunu hansı sübutla müəyyən etdiyini qətnamədə göstərməmiş, qeyri-yaşayış sahəsinin E.Talıbova təhvil verilib-verilməməsi, nə vaxt təhvil verilməsini, ümumiyyətlə, müəyyən etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunmadığını müəyyən edir. Mülki prosessual Məcəllənin 220.4-cü maddəsinə görə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

69. Kollegiya həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, İddiaçı birinci iş üzrə Cavabdeh MMC-yə qarşı iddia qaldırmamışdan bir neçə il öncə Talıbov Elsevər Abbas oğlu həmin MMC-ya qarşı iddia ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə mübahisəli qeyri-yaşayış sahəsindən (mağazadan) Talıbov Elsevər Abbas oğlu tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilmiş, həmin qətnamənin icrası zamanı icra məmuru tərəfindən sözügedən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və həmin qeyri-yaşayış sahəsinin giriş qapısının Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən möhürləndiyi aşkar olunmuşdur.

70. Kollegiya onu da qeyd etmişdir ki, E.Talıbovun xeyrinə olan qətnamənin icrası zamanı qeyri-yaşayış sahəsinin giriş qapısının Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən möhürlənmiş vəziyyətdə olduğu halda, həmin qeyri-yaşayış sahəsinin nə vaxt, necə və hansı şəraitdə E.Talıbova təhvil verilməsi sual yaratsa da, buna aydınlıq gətirilməmişdir. Eləcə də, həmin qətnamənin sonradan da icra edilib-edilməməsi işdən görünmür. Eyni zamanda iddiaçı (cavabdeh) A. Mahmudov da qeyri-yaşayış sahəsinin ilk olaraq ona təhvil verilməsini, oranı təmir etdirməsini, mebellə təchiz etməsini göstərmiş, üstəlik, E.Talıbovun xeyrinə çıxmış qətnamə icra edilərkən çəkilən videomaterialdan obyektin 2 faktiki olaraq təmirli və mebel ilə təhciz edilmiş vəziyyətdə olmasının görünməsini bildirmişdir. Buna görə də E.Talıbova münasibətdə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqi üçün ilk növbədə mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin E.Talıbova təhvil verilməsi halı mötəbər sübutlarla müəyyən edilməli idi.

71. Məhkəmə kollegiyası E.Talıbovun qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə bağlanmış müqavilədən irəli gələn hüquqlarını əvəzli qaydada xx.xx.2020-ci il tarixli müqavilə ilə X7 ötürməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi lə bağlı qeyd etmişdir ki, işin müəyyən edilmiş halına görə İddiaçı həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları 13 sentyabr 2014-cü il tarixdə qeydə alınıb. Belə olan halda, yəni qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququ 13 sentyabr 2014-cü il tarixdən mövcud olduğu halda, E.Talıbovun həmin sahə ilə bağlı hüquqlarını 6 ildən sonra – xx.xx.2020-ci il tarixli müqavilə ilə əvəzli qaydada X7 ötürməsi Mülki Məcəllənin 358-ci maddəsi üzrə qiymətləndirmə tələb edirdi. Mülki Məcəllənin qeyd edilən 358.1 və 358.2-ci maddələrinə görə səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Göründüyü kimi, qanunvericilik səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam əqdinin etibarlılığını iki halla şərtləndirib, ya səlahiyyətli şəxs bu əqdə qabaqcadan razılıq verməli, ya da əqdi sonradan bəyənməlidir. Bu hallardan hər hansı birinin olmaması qanunverciliyə görə səlahiyyətsiz şəxsin bağladığı əqdin etibarlılıq şərtinə cavab verməyən əqd kimi qəbul edilməlidir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin halı Mülki Məcəllənin qeyd edilən 358.1 və 358.2-ci maddələrinin kontekstində qiymətləndirməmişdir.

72. Məhkəmə kollegiyası qeyri-yaşayış sahəsinə dair X4 mülkiyyət hüququnun xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına münasibətdə qeyd etmişdir ki, mübahisədə adı keçən qeyri-yaşayış sahələrinin eyni olması işin mübahisəsiz halı kimi müəyyən edilib və həmin sahəyə İddiaçı mülkiyyət hüquqları daha əvvəl – 13 sentyabr 2014-cü il tarixdə qeydə alınıb. Bu baxımdan, eyni sahəyə müxtəlif vaxtlarda (8 il fərqilə) ilkin olaraq həm İddiaçı, sonrdan isə həm də B.Əliyevin mülkiyyət hüquqlarının necə qeydə alınması məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən diqqətə alınmayıb, nəticədə bu ziddiyyətli hal açıq qalıb.

73. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həmçinin işdən görünür ki, birinci iş üzrə İddiaçı mübahisədə adı keçən qeyri-yaşayış sahəsindən istifadəyə cavabdeh "xxxx" MMC tərəfindən yaradılan maneələrə son qoyulması, ikinci iş üzrə "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı həmin qeyri-yaşayış sahəsinə dair müqavilənin və çıxarışın mübahisələndirilməsi barədə iddialara baxılarkən, "xxxx" MMC qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli müqavilə əsasında E.X2 ötürülməsi, sonuncunun həmin yerə mülkiyyət sənədi alması barədə hər hansı dəlil bildirməmişdir. Baxmayaraq ki, birinci iddia məhkəməyə E.Talıbovla B.Əliyev arasında müqavilə bağlanandan sonra, xx.xx.2022ci il tarixdə, ikinci iddia isə hətta B.Əliyev həmin yerə mülkiyyət sənədi aldıqdan sonra, xx.xx.2023-cü ildə verilib. Birinci iş üzrə İddiaçı da təkrar apellyasiya baxşında qeyriyaşayış sahəsinin ilkin olaraq ona məxsus olmasına dair öz dəlillərinin təsdiqi kimi bu hallara istinad etmişdir. Buna görə də tərəflərin istinad etdikləri faktiki hallar baxımından xeyli sayda mübahisəli məsələlər olmasına, həm də istinad etdikləri qanunvericilik normalarının necə tətbiq edilməli olması ilə bağlı izah verilməsinə zərurət olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi İddiaçı dəlillərinə heç bir hüquqi qiymət verməmişdir.

74. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 193.1, 324.1, 324.2, 324.4, 337.1, 337.4, 452.1, 752.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 407.2, 416.1, 416.2, 417.1.1, 417.1.3, 418.1, 418.3-сü maddələri ilə əsaslandırmışdır.

c) Proses iştirakçılarının izahatı

75. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş birinci iş üzrə cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) Sahil-D Kompani MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini və müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddiasının təmin edilməsini xahiş etdi.

76. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş birinci iş üzrə iddiaçı (birləşdirilmiş ikinci iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 hər iki iş üzrə qarşı tərəfin vermiş olduğu apellyasiya şikayətlərinin və müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddiasının təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirmişdir ki, İddiaçı 2014-cü ildə ünvan 3, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən ümumi sahəsi 167.8 kv.m olan qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ əsasında çıxarış əldə etmişdir. 2025-ci ilə qədər mübahisəli qeyri-yaşayış sahəsi icarədə olmuşdur. Qeyriyaşayış sahəsi kimi istifadə olunmuşdur. 2015-ci ildən sonra İddiaçı Azərbaycana gəlməmiş və həmin qeyri-yaşayış sahəsi üzərində nəzarəti olmamışdır. 2019-cu ildə mübahisəli əmlakda mühafizəçi olan şəxs onun başqa şəxsə məxsus olmasını bidirmiş və icra işinin videosunu təqdim etmiş, həmçinin Whatsapp tətbiqi vasitəsilə videonu iddiaçının vəkilinə göndərmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən tam təmir edilmiş, mebellə təchiz olunmuşdur. Mülkiyyətin başqası tərəfindən zəbt olunmasına dair polis orqanına müraciət etmişlər. Bunun nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsində icraat zamanı "xxxx" mübahisəli əmlakın Talıbov Elseverə satıldığını bildirmişdir. İddiaçı tərəf bu barədə məlumatlı olmamışdır. “Sahil D Kompaninin” qanuni təmsilçisi, direktoru mərhum Məzahir adlı şəxsin adından "xxxx" müqavilələr imzalamışdır. 2022-ci ildə birinci instansiya məhkəməsində qətnamə qəbul olunduqdan sonra qarşı tərəf Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddiaçıya qarşı müqavilənin etibarsızlığına dair tələb ilə müraciət etmişlər. Xətai Rayon Məhkəməsinin icraatında olan işin içindəki Talıbov Elsevərlə bağlanan müqavilə ilə “Sahil D Kompaninin” təqdim etdiyi müqavilə kserosurətdir. Nə bu işdə, nə digər işdə müqavilənin əsli yoxdur. Həmçinin, müqavilədə Talıbov Elsevərin adının yanında şəxsiyyət vəsiqəsinin seriya nömrəsi yazılmamışdır. Talıbov Elsevərlə bağlanan müqavilədə ünvan olaraq ünvan 21n 1-ci mərtəbəsi qeyd olunub. İddiaçı ilə bağlanan müqavilədə isə göstərilən ünvanın sonunda “1-ci mərtəbənin 1-ci səviyyəsində” kimi qeyd olunub. “Sahil D Kompaninin” adından çıxış edən Nümayəndə müqavilələri imzalamağa səlahiyyəti olmamışdır. Bundan başqa, məhz iddiaçı tərəf eyni əmlaka dair iki çıxarışın olmasına dair Ali Məhkəməyə ərizə ilə müraciət etmişdir. Abdullayeva Ləman və Əliyev Bəhman bu illər ərzində əmlakın satılması ilə bağlı heç bir müraciət etməmişlər. Talıbov Elsevərin iddiaçı olduğu işdə cavabdeh "xxxx"yə qarşı iddiası qeyri-yaşayış sahəsinin təhvil verilməsi və təmirə buraxılması olmuşdur. "xxxx" süni şəkildə iddianı qəbul etmişdir. "xxxx" oranı qanunsuz zəbt edəndə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi oranı möhürləyib. Onlar da bunu aradan qaldırmaq üçün süni iddia ilə çıxış etmişlər. Sorğuya cavabda müəyyən olunur ki, Talıbov Elsevər 2020-ci ildə qeyri-yaşayış sahəsini Əliyev Bəhmana satır. Belə olan halda hansı səbəbdən əmlakın Elsevərə aid olması ilə bağlı polisə müraciət edilmişdir. Eyni zamanda mübahisəli qeyri-yaşayış sahəsi Əliyev Bəhmana aiddirsə yəni müqavilə realdırsa hansı səbəbdən Talıbov Elsevər 2023-cü ildə Yasamal Rayon Məhkəməsində məhkəmə prosesində izahatında bildirir ki, əmlak ona qaytarılsın. Belə olan halda, sual yaranır ki, həmin dövrdə əmlak Elsevərdə idimi? Əliyev Bəhmanla bağlanan müqavilə 2020-ci ilə aiddirsə hansı səbəbdən maraqlı şəxs qismində Talıbov Elsevər cəlb edilmişdir? Müqavilələr real və üzərində göstərilən tarixlərə aiddirsə "xxxx" iddiaçıya qarşı iddia qaldıranda hansı səbəbdəb təkcə Talıbov Elsevər işə cəlb edilmişdir? Sahə fərqinə münasibətdə qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair cavabdehə verilən çıxarışda sahə 151 kv.m, iddiaçıya verilən çıxarışda isə 167 kv.m göstərilmişdir. Müqavilədə isə 170 kv.mdir. Bunun da səbəbi var. Sxemə baxdıqda arakəsmələr yoxdur. Arakəsmələri iddiaçı tərəf edib. Qarşı tərəfin sxeminə baxdıqda bölgü var. İddiaçıda olan sxemdə bölgü yoxdur. İddiaçı mübahisəli qeyri-yaşayış sahəsini təmirsiz vəziyyətdə almış və təmir etdirmişdir.

77. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil6 və X6 nümayəndəsi X15 iddia tələbinin təmin edilməsini xahiş etdi. Birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 vəkili və nümayəndəsi Vəkil6 məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı tərəfindən irəli sürülmüş hazırki mübahisə predmeti olan qeyri yaşayış obyektinə çıxarışının Bəhman Əliyevdən əvvəl almasına və Elsevər Talıbovun çıxarış almamasına dair arqumentinə qarşılıq olaraq bildirir ki, xx.xx.2020-ci il tarixdən əvvəl sözügedən ünvanda ümumiyyətlə əmlaklara çıxarışların verilməsi mümkün ola bilməzdi. Belə ki, Tikintilərin Dövlət Reyestrinin İnternet səhifəsindən çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Xətai rayonu F.Bayramov küçəsi, 1156-cı məhəllədə yerləşən bina Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 336 saylı qərarı ilə istismara icazə verilmişdi. Bəs necə ola bilər ki, bina istismara verilməmiş İddiaçı 2014-cü il tarixdə çıxarış ala bilir? Ali Məhkəmənin qeyd etdiyi İddiaçı 2014-cü ildə daha tez çıxarış alıb, Elsevər Talıbovun çıxarış ala bilməməsi məhz bu səbəbdən qaynaqlanır. X25 2008-ci ildə obyektə dair müqavilə bağlamasına baxmayaraq həmin obyektə 2020-ci il tarixə qədər yəni Bəhmən Əliyevə satana qədər çıxarış ala bilməməsinin əsas səbəbi binanın istismara verilə bilməməsi idi. Bəs İddiaçı 2014-cü il tarixdə istismara icazə verilməyən binada yerləşən qeyri yaşayış obyektinə çıxarışı necə əldə edib?

78. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Talıbov Elsevər Abbas oğlu və Xətai-33 MMMC məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

79. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

80. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

81. Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.

82. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

83. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

84. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

85. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

86. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

87. Maddə 452.1. Fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

88. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

89. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

90. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

91. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

92. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

93. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

94. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

95. Maddə 387.2.4 məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

96. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

97. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

98. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

99. Hazırkı işdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edildiyindən, Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Talıbov X19 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini bütövlükdə mübahisələndirdiklərindən, eyni zamanda birləşdirilmiş mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin iddiası təmin olunmadığından, apellyasiya şikayətində Cavabdeh MMC qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamələrin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

100. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, həmçinin kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, birinci iş üzrə Cavabdeh MMC və üçüncü şəxs Talıbov Elsevər Abbas oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı юəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, "xxxx" MMC-nin direktoru Nümayəndə, Elsevər Talıbov və Bəhman Əliyev arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə etibarsız hesab edilməli, X4 adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə verilmiş **********44-05301- 083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilməli, Bəhman Əliyev və Ləman Abdullayeva arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməli, Ləman Abdullayevanın adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə verilmiş **********44-05301-083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilməli, mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 18 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X13 tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulmalı və İddiaçı qeyriyaşayış sahəsinə buraxılmalı, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməli, birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə iddia ərizələrinin verilməsi üçün və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

101. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.

102. Məhkəm kollegiyası bir neçə iddia tələbinin olmasını nəzərə alaraq və birinci iş üzrə iddia tələbinin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X13 tərəfindən verilmiş iddia tələbinin birləşdirilmiş ikinci iş üzrə iddia tələbinin nəticəsindən bilavasitə asılı olduğunu nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla ilk öncə birləşdirilmiş ikinc iş üzrə, daha sonra isə birləşdirilmiş birinci iş və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

103. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Birləşdirilmiş ikinci iş üzrə;

104. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil sürətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulub-pozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu nöqteyi-nəzərdən müqaviləyə istinad edilərək, hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Belə ki, müqaviləyə istinad edilərək, irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Hazırki vəziyyətdə də bu barədə tələb olmadığı halda belə, müqavilə üzrə tələb hüququnun yaranıb-yaranmamasını, yəni müqavilənin etibarlı olub-olmamasını müəyyən etmək üçün onun etibarlı olub-olmamasına hüquqi qiymət verilməlidir. Başqa sözlə, müqavilənin etibarlı olub-olmaması məsələsinə bu barədə tələbin olub-olmamasından asılı olmayaraq hüquqi qiymət verilməlidir.

105. İddiaçının apellyasiya şikayətinin əsas dəlili həmin qeyri-yaşayış sahəsinə dair müqavilənin məhz İddiaçı həmin vaxt nazir vəzifəsində işləyən atasının hədə və qorxusu ilə bağlanması, həmin müqaviləyə görə MMC-yə hər hansı ödənişin edilmədiyi, əslində həmin sahənin cavabdehdən əvvəl E.Talıbova satılması, həmin mübahisəli qeyriyaşayış sahəsinə E.Talıbovun sahiblik və istifadəsinin tanınması barədə məhkəmə qətnaməsinin olması, məhkəmənin MM-in 354-cü maddəsini yanlış təfsir etməsi ilə bağlıdır. Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır.

106. Belə ki, 21 yanvar 2009-cu il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin direktoru X17 tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 177 m2 -dən ibarət olan qeyri-yaşayış sahəsi (maqazin) İddiaçı təhvil verilmişdir. Eyni zamanda qeyri-yaşayış sahəsinin təmir olunması işin mübahisələndirilməyən halıdır.

107. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərində borclunun eyni əşyanı iki və ya daha artıq şəxsə (kreditora) verəcəyi barədə öhdəlik götürməsi (müqavilə bağlaması) halları mümkündür. Belə hallarda borclu, bağladığı müqavilələrlə bir əşyanı müxtəlif şəxslərə verəcəyi (mülkiyyətinə keçirəcəyi) barədə üzərinə öhdəlik götürmüş olur. Bu məzmunda müqavilənin bağlanması ilə kreditorlardan heç biri dərhal olaraq həmin əşyanın mülkiyyətçisi olmur (mülkiyyəti qazanmırlar). Bu kimi hallarda əşyanın mülkiyyətini alıcılardan hansının qazanması qanunvericiliklə tənzimlənmişdir. Qanun fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydasını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Əşyaya sahiblənmə dedikdə, hüquqi sənədləşmə ilə yanaşı, həmçinin faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması (qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi), mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Göründüyü kimi, İddiaçı mübahisə mövzusu olan qeyri-yaşayış sahəsində faktiki sahiblənən alıcı olduğundan, obyekt (əşya) artıq ona faktiki olaraq verildiyindən, bir müddət əsaslı təmir işləri aparılmaqla tikinti-quraşdırma işlərinin aparılması müşayiət edildiyindən və keçən 14 illik müddət ərzində ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən, habelə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alındığından digər kreditorun həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmışdır.

108. Şərh edilənlərlə yanaşı həmçinin nəzərə alınmalıdır ki, Talıbov Elsevər Abbas oğlu ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin tarix etibarı ilə daha əvvəl (xx.xx.2008-ci il) bağlanmış olması da, sonrakı müqavilələrin etibarlığına bu və ya digər formada təsir etmir. Qanunvericilikdə fərdi-müəyyən əşyaların alqı-satqısı baxımından belə bir etibarlılıq şərti nəzərdə tutulmayıb, əksinə, MM-in məhz 452.1-ci maddəsinin son iki cümləsində nəzərdə tutulan müddəalar bu müqavilələrin hamısının etibarlı olduğunu göstərir.

109. Göründüyü kimi, İddiaçı qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və buna dair ona xx.xx.2014-cü il tarixdə çıxarış verilmişdir. İddiaçıya verilmiş çıxarış indiyədək nə Cavabdeh MMC, nə də Talıbov Elsevər tərəfindən mübahisələndirilməmişdir və həmin çıxarış qüvvədədir.

110. Həmin qeyri-yaşayış sahəsinin E.Talıbovun sahiblik və istifadəsinə verilməsi barədə qüvvəyə minmiş məhkəmə aktı ilə bağlı bildirilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsi (mağaza) üzərində E.Talıbovun sahiblik və istifadə hüquqlarının tanınması, ünvan 21n 1-ci mərtəbəsində ümumi sahəsi 174 m2 olan qeyri-yaşayış sahəsindən (mağazadan) E.Talıbov tərəfindən istifadə olunmasına və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması qət edilsə də, həmin işlə bağlı İddiaçı məlumatlandırılmamış, iş üzrə hər hansı qisimdə işdə iştirak etməyə cəlb edilməmişdir.

111. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, MTN rəhbərliyi tərəfindən davamlı təzyiq göstərildiyi halda qeyri-qanuni hərəkət edərək, 2008-ci ildə artıq E.Talıbovun adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin yenidən, 2009-cu ildə Cavabdeh MMC tərəfindən İddiaçı adına müqavilə ilə rəsmiləşdirilməsi inandırıcı deyil və iddia ərizəsində ziddiyyətlərə yol açır. Həqiqətən də, əgər doğurdan da MMC-nin bildirdiyi kimi, İddiaçıla həmin vaxt müqavilə təzyiq və təsir altında bağlanmışdısa, həmin vaxt MMC-nin inşa etdiyi binalarda çoxlu sayda boş yerlərin olduğu halda, hansı səbəbdən məhz başqa şəxsə verilmiş sahəyə dair müqavilə bağlanmalı idi, MMC-nin nümayəndələri bu sualı hər hansı şəkildə izah edə bilməmişlər.

112. İddiaçı MMC MTN rəhbərliyinin göstərdiyi davamlı və ağır təzyiqlərin nəticəsində çarəsiz qalaraq qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə istinad etsə də, buna dair MPM-in 77.1-ci maddəsinə əsasən, sübut təqdim etməmişdir.

113. Bundan başqa, Kollegiya qeyd edir ki, həmin qeyri-yaşayış sahəsinin MTN rəhbərliyi tərəfindən davamlı təzyiq göstərildiyi üçün məcburiyyətdən İddiaçı adına rəsmiləşdirdiyini iddia edən iddiaçı, 2009-cu ildə bağlanmış həmin müqavilənin etibarsızlığı ilə bağlı 2023-cü ildə, həm də İddiaçı öz mülkiyyət hüququnun müdafiəsinə dair MMC-yə qarşı tələb irəli sürdükdən sonra bu iddianı qaldırmışdır. Halbuki MTN 2015ci ildə ləğv edilmişdir.

114. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

115. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

116. Beləliklə, iddiaçı həmin müqavilənin MTN rəhbərliyinin təzyiqi nəticəsində bağlanmasına istinad edir, belə olan halda MMC qurumun ləğv edildiyi 2015-ci ildən (əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir il ərzində) bir il ərzində əqdi mübahisələndirə bilərdi, lakin iddiaçı MMC həmin vaxt iddia qaldırmamış, yalnız xx.xx.2023-cü ildə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

117. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir.

118. Beləliklə də müəyyən olunur ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddətin keçməsinə görə hüququn xitamına səbəb olması barədə qənaəti əsaslıdır.

119. Beləliklə, iddiaçı ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün MM-in 14-cü fəslində nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, demək ki, ikinci iş üzrə iddiaçı MMC-nin apellyasiya şikayəti əsassızdır.

Birləşdirilmiş birinci iş üzrə;

120. Kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdeh qeyri-yaşayış obyektinin yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri barədə razılığa gəlməklə, müqavilə bağlamışlar. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır (Mülki Məcəllənin 405-ci maddəsinin birinci cümləsi). Müqavilənin qiyməti də iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Həmin müqavilə və buna dair digər sənədlər iddiaçı tərəfindən təqdim edilməklə, qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla bu barədə çıxarış verilmişdir.

121. Göründüyü kimi, MM-in 152.1 və 157.4-cü maddələrinə əsasən iddiaçının tələbi əsaslı olmuşdur.

122. Birinci iş üzrə üçüncü şəxs E.Talıbovun apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surəti məhkəməyə cavabdeh MMC tərəfindən təqdim edilsə də, lakin buna baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi Elsevər Talıbovu hazırkı iş üzrə işdə iştirak etməyə cəlb etməmiş, son nəticədə isə E.Talıbovun hüquq və maraqlarına toxunan qətnamə qəbul etmişdir.

123. Kollegiya həmin dəlillə razılaşaraq bildirir ki, iddiaçının qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulması barədə hazırkı iddiasına baxılarkən, E.Talıbov mülki işə cəlb edilməmiş, həmçinin rayon məhkəməsi tərəfindən cəlb olunmamış şəxsin hüquq və vəzifələrinə dair məsələ onun hüquqlarının pozulması ilə nəticələnməklə həll edilmişdir.

124. MPM-in 387.2.4-cü maddəsinə görə, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

125. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən MPM-in 387.2.4-cü maddəsinin pozuntusuna yol verildiyindən, birinci iş üzrə cavabdeh MMC və üçüncü şəxs E.Talıbov tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi prosessual əsaslara görə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı iddia tələbi təmin edilməlidir.

Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 iddia tələbi üzrə;

126. İşdən müəyyən edilir ki, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC ilə Talıbov Elsevər Abbas oğlu arasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikili sahəsi 174,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmışdır.

127. Eyni tarixli kassa mədaxil orderinə əsasən Talıbov Elsevər Abbas oğlu tərəfindən həmin qeyri-yaşayış sahəsi üçün 261.000 manat məbləğində vəsait MMC-nin kassasına mədaxil edilmiş, sonuncu tərəfindən verilmiş maliyyə arayışına əsasən Talıbov Elsevər Abbas oğlunun Cavabdeh MMC-yə borcu qalmamışdır.

128. İşdən həmçinin müəyyən edilir ki, eyni qeyri-yaşayış sahəsinə dair xx.xx.2009-cu il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır.

129. Bundan başqa, işdən müəyyən edilir ki, Talıbov Elsevər Abbas oğlu həmin MMC-ya qarşı iddia ilə məhkəməyə müraciət edərək mübahisəli qeyri-yaşayış sahəsindən (mağazadan) Talıbov Elsevər Abbas oğlu tərəfindən istifadə olunması və təmir edilməsinə qoyulmuş qadağaların aradan qaldırılması xahiş etmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4563/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Göründüyü kimi, bu halı özü təsdiq edir ki, Talıbov Elsevər Abbas oğlu Cavabdeh MMC ilə xx.xx.2008-ci il tarixli müqavilə bağlamış olsa da 9 ilə yaxın keçən müddət ərzində ona mübahisəli qeyri-yaşayış sahəsi təhvil verilməmişdir.

130. Kollegiya kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında aparılmış araşdırma nəticəsinə əsaslanaraq hesab edir ki, məhkəmə kollegiyasının yuxarıda qeyd edilən qənaətiinə görə İddiaçı ilə bağlanmış 21 yanvar 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən xx.xx.2008-ci il tarixli müqaviləyə əsaslanaraq Talıbov Elsevər Abbas oğlu tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə bağlanmış müqavilədən irəli gələn hüquqları əvəzli qaydada xx.xx.2020-ci il tarixdə X7 ötürülməsi, qeyri-yaşayış sahəsinə dair X4 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daha sonra Bəhmən Əliyev həmin əmlakı xx.xx.2024-cü il tarixli müqavilə əsasında X8 bağışlamış və sonuncunun mülkiyyət hüquqları xx.xx.2024-cü il tarix də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona çıxarış verilməsi mülki qanunvericiliyin normalarına uyğun olmamışdır.

131. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, X6 iddiası əsassız olduğundan təmin edilə bilməz.

132. Kollegiya yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, "xxxx" MMC-nin direktoru Nümayəndə, Elsevər Talıbov və Bəhman Əliyev arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə etibarsız hesab edilməsi, X4 adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə verilmiş **********44-05301- 083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilməsi, Bəhman Əliyev və Ləman Abdullayeva arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsi və Ləman Abdullayevanın adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə verilmiş **********44- 05301-083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilməsinə dair İddiaçı iddiasını qanuni və əsaslı hesab edir.

133. Məhkəmə kollegiyasi tərəfindən kassasiya məhkəməsinin göstərişlərinə əsasən işin hallarının obyektiv araşdırılması məqsədilə iddiaçının vəsatəti əsasında sorğular verilərək iddiaçı Talıbov Elsevər Abbas oğlunun cavabdeh Sahil-D Kompani MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təmir və istifadə olunmasına maneələrin aradan qaldırılması, istifadə və sahiblik hüququnun tanınması tələbinə dair 2(011)-4563/2019 nömrəli mülki iş, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icraaatında olmuş 121749/2019 saylı icra işi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156-da yerləşən ümumi sahəsi 167.8 kv.m (sənəd əsaslarında 177 kv.m) olan İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156-da yerləşən ümumi sahəsi 151.2 kv.m olan (sənəd əsaslarında 174.0 kv.m) olan ilkin olaraq X5 adına qeydiyyatdan keçmiş və hazırda X6 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti əldə edilməklə həmin sənədlər tədqiq edilmiş, İddiaçı sadalanan sənədlərə istinadən iddia etdiyi xüsusatların həqiqətə uyğun olduğu təsbit olunmuşdur.

134. Belə ki, E.Talıbov tərəfindən cavabdeh Sahil-D Kompani MMC-yə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində qaldırılmış iddia “qeyri-yaşayış sahəsinin təmir və istifadə olunmasına maneələrin aradan qaldırılması” tələbi ilə bağlı olsa da, həmin iddia üzrə aparılmış məhkəmə araşdırmasının gedişatında cavabdeh tərəfin iddianı etiraf etməsi iddianın faktiki olaraq formal əsaslarla süni şəkildə qaldırılmasına dəlalət etdiyi müəyyən olunur. Eyni zamanda, E.Talıbovun qeyd edilən süni şəkildə qaldırılmış iddia tələbinə dair 2(011)-4563/2019 nömrəli mülki iş üzrə qəbul olunmuş məhkəmə qətnaməsi əsasında Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən 121749/2019 saylı icra işi şərşivəsində icra edilərkən müəyyən edilmişdir ki, icra hətəkətləri aparılan qeyri-yaşayış sahəsi tam təmirli və mebellərlə təmin olunmuş vəziyyətdədir. Bu isə bir daha təsdiq edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən təmir edilmiş, E.Talıbovun “qeyriyaşayış sahəsinin təmir və istifadə olunmasına maneələrin aradan qaldırılması” tələbi süni xarakter daşımış, məqsəd qapısı bağlı olan və mülkiyyətçisi İddiaçı olan qeyri-yaşayış sahəsinə daxil olub onu öz istifadəsinə götürmək üçün məhkəməni yanıldıb Dövlətin icra qurumlarını buna alət etməkdən ibarət olmuşdur.

135. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən götürülən sənədlərdən də müəyyən olunmuşdur ki, həm İddiaçı, həm də Bəhmən Əliyevin adlarına verilmiş Dövlət reyestrindən çıxarışlar eyni qeyri-yaşayış sahəsinə aiddir, qeyri-yaşayış sahələrinin sahəsi arasında olan uyğunsuzluq isə, yəni eyni qeyri-yaşayış sahəsinin İddiaçı adına 167.8 kv.m kimi, Bəhmən Əliyevin adına isə 151.2 kv.m qeydə alınması ölçü işlərinin İddiaçı münasibətdə qeyri-yaşayış sahəsinin xarici divarlarının daxilində olan sahənin nəzərdə tutulası, Bəhmən Əliyevə münasibətdə isə artıq arakəsmələrlə daxilində otaqlar və digər texniki sahələr üzrə bölgü aparılmış sahələrin ümumi ölçüsü əsas götürülmüşdür. Bu xüsusat da, dolayısı ilə daha öncə məhkəmənin əldə etdiyi nəticəni, yəni İddiaçı mülkiyyətinə verilərkən qeyri-yaşayış sahəsinin yalnız xarici divarlardan ibarət olduğunu və mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra İddiaçı tərəfindən arakəsmələrlə bölgü aparılaraq təmir edildiyini bir daha təsdiq edir.

136. Bundan başqa, müəyyən olunmuşdur ki, mübahisə predmeti olan eyni qeyriyaşayış sahəsinin 2014-cü ildə İddiaçı, 2022-ci ildə isə Bəhmən Əliyevin adına mülkiyyət hüququ üzrə Dövlət reyestrində qeydiyyata alınması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə Sahil-D Kompani MMC ilə Elsevər Talıbov tərəfindən Bəhmən Əliyevə verilmiş sənədlərdəki açıqaşkar yanlışlıqla bağlı olmuşdur. Belə ki, İddiaçı adına olan müqavilədə qeyri-yaşayış sahəsinin binanın 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşdiyi qeyd olunsa da, digər uyğunlaşdırılmış müqavilədə həmin qeyri-yaşayış sahəsinin binanın yalnız 1-ci mərtəbəsində yerləşdiyi göstərilmiş, bu da eyni əmlakın fərqli şəxslərin adına mülkiyyət hüququ üzrə Dövlət reyestrndə qeydiyyata alına bilməsi üçün şərait yaratmışdır.

137. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

138. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

139. Kollegiya hesab edir ki, iş üzrə iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin.

140. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Birinci iş üzrə Cavabdeh MMC və üçüncü şəxs Talıbov Elsevər Abbas oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. "xxxx" MMC-nin direktoru Nümayəndə, Elsevər Talıbov və Bəhman Əliyev arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə etibarsız hesab edilsin. X4 adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə verilmiş **********44-05301- 083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilsin. Bəhman Əliyev və Ləman Abdullayeva arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Ləman Abdullayevanın adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə verilmiş **********44-05301-083022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilsin. Mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 18 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X13 tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulsun və İddiaçı qeyri-yaşayış sahəsinə buraxılsın. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin ediməsin. İş üzrə iddia ərizələrinin verilməsi üçün və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar