Məhkəmə qərarları › İş №2(103)-4913/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4913/2025

01.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4913/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-162/2025 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 19 may 2017-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. 30 oktyabr 2017-ci il tarixli ittiham aktından görünür ki, 19 may 2017-ci il tarixdə İddiaçı təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində Tərtər Hərbi Məhkəməsinin müvafiq qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 12 sentyabr 2017-ci il tarixdə həbsdə saxlanılma müddəti həmin məhkəmənin müvafiq qərarı ilə 19 noyabr 2017-ci il tarixədək uzadılmışdır. Tərtər Hərbi Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 4(098)-87/2017 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı həbsdə saxlanılma müddətinin 2 (iki) ay, yəni 19 noyabr 2017-ci il tarixədək uzadılması qərara alınmışdır. Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1-1(096)-37/2017 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 19 may 2017-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi hökm edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini tərəfindən verilən arayışdan görünür ki, təqsirləndirilən şəxs İddiaçı barəsində Tərtər Hərbi Məhkəməsinin 19 may 2017-ci il tarixli qərarı ilə 4 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Tərtər Hərbi Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti 19 noyabr 2017-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, İddiaçı 05 may 2017-ci il tarixdən 12 may 2017-ci il tarixədək Müdafiə Nazirliyinin Bərdə rayonu ərazisində yerləşən haupvaxtda, 12 may 2017-ci il tarixdən 19 may 2017-ci il tarixədək N saylı hərbi hissələrində köhnə inzibati binada qanunsuz saxlanılmış, habelə 708 nömrəli hissədə saxlanıldığı zaman ona zor tətbiq edilmiş, bədən nahiyəsində xəsarət yaranmışdır. ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1-1-(106)-10/2022 saylı qərarına əsasən İddiaçı və X2 Azərbaycan Respublikası CM-nin 341.1-ci maddəsi ilə məhkum olunmalarına dair Cəlilabad Hərbi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli hökmü, eləcə də məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilmiş “təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə” 17 noyabr 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi Cəlilabad Hərbi Məhkəməsinə - məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(096)-11/2022 saylı cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərara əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə ittiham olunmalarına dair cinayət işinin baxılmasına xitam verilməsi, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır. AR-nın Baş Prokurorunun birinci müavini tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 341.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası CPM-in 39.1.2 və 40.2-ci maddələrinə əsasən 30 iyun 2022-ci il tarixli qərarla xitam verilmişdir. EZ seriyalı, ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2018-ci ildə 039 nömrəli əmrlə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-14/2024 saylı hökmünə əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Hökmdən müəyyən olunur ki, İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq dəstə üzvləri ilə birlikdə İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə ona qarşı qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə sonuncuya xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bərdə rayonunda yerləşən Bərdə qarnizonu hauptvaxtında, daha sonra cinayətkar əməllərini davam etdirib xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdıraraq ac, susuz saxlayıb psixi təzyiq göstərməklə İddiaçı mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə ona mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə vermiş, ümumilikdə 14 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 07 may 2017-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatda aşağıdakılar göstərilib: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər". Bu bəyanat barədə daha ətraflı bu linkdən baxın: https://qenprosecutor.qov.az/az/post/1752 Bəyanatdan məlum olub ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 3 may 2017-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlayıb. Sonradan məlum olub ki, bu cinayət işi üzrə məhkəmələrin hökmü ilə 25 nəfər təqsirləndirilən şəxs 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilib. Həmçinin, yüzlərlə əsgər və zabit bu cinayət işinin istintaqı çərçivəsində istintaq dövründə cəlb edilib, amansız işgəncələrə məruz qalıb və ən azı 11 nəfər istintaq dövründə verilən işgəncələr nəticəsində ölüb. Bütün bu hadisələr Azərbaycan cəmiyyətində şərti “Tərtər işi” adlanır və vaxtaşırı geniş ictimai müzakirələrə və debatlara səbəb olur. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti “Tərtər işi” ilə əlaqədar 18 dekabr 2021-ci il tarixdə birgə məlumatla çıxış etmişdir. Məlumatda bildirilmişdir ki, “zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi və nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycan Respublikası Baş prokurorunun müvafiq sərəncamı ilə İşçi Qrup yaradılmaqla qeyd olunan cinayət işləri Respublika Hərbi Prokurorluğundan tələb edilib ətraflı surətdə öyrənilib, hər bir qanunazidd əməlin başvermə hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması, cinayətlərdən ziyan çəkmiş şəxslərin hüquqlarının bərpası və müdafiə üçün zəruri tədbirlərin görülməsi məqsədilə 16 dekabr 2021-ci ildə Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib." İddiaçıda da sözügedən cinayət işi çərçivəsində onda zabit kimi (polkovnik-leytenan) hərbi xidmətdə olarkən 2017-ci ilin may ayının 5-i saat 08:00 radələrindən etibarən qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun göstərişi ilə onun xidməti otağında həbs olunmuşdur. Həbs olunduqdan sonra o Bərdə rayonunda yerləşən houvaxtda aparılaraq may ayının 12-dək saxlanılmışdır. Daha sonra N saylı Hərbi Hissənin köhnə kazarmalarında (hansıki hərbiçilərə işgəncə verilmək üçün nəzərdə tutulmuş və ona uyğun şərait yaradılmışdır) 19 may tarixinədək psixoloji təzyiqlərə və işgəncələrə məruz qalmışdır. Bu müddət ərzində qanunsuz olaraq hər hansı bir məhkəmə qərarı və ya aidiyyəti orqanın qərarları olmadan qanunsuz həbs olunmuşdur. Azadlığı məhdudlaşdırılıb, eləcə də su, qida və digər ehtiyacları təmin olunmamışdır. Daha sonra 19 may 2017-ci il tarixində barəsində Tərtər Rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli qərarı 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra məhkəmədə cinayət işi araşdırılmış və o, Cəlilabad Hərbi Məhkəməsinin 04 dekabr 2017-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə təqsirli bilinib 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, şərti adı “Tərtər işi” adlanan cinayət işi çərçivəsində onda qanunsuz və əsassız cinayət təqibinə məruz qalıb, qanunsuz azadlıqdan məhrum edilmişdir və daha sonra ona edilmiş qanunsuzlar nəticəsində hərbi xidmətdən uşaqlaşmaq məcburiyyətində qalmışdır. Hazırda onun psixoloji vəziyyəti pisdir, əsəb pozğunluğundan əziyyət çəkir. İşgəncələr və uzun müddətli qanunsuz həbs nəticəsində əsəbləri pozulmuşdur. Qohumları, tanışları və birlikdə cəza çəkdiyi insanlar onu “Vətən xaini” hesab ediblər, ona nifrətlə baxmış, buna görə də mənəvi iztirab keçirmişdir. Psixoloji durumu çox pisdir, baş verənləri heç cür unuda bilmir, yuxusuzluqdan əziyyət çəkir. Hərbi xidmət zamanı Vətən xaini adlandırılaraq işgəncələr gördüyündən bu onda ciddi və bərpa olunmaz mənəvi sarsıntı yaratmış, onun iztirab çəkməyinə səbəb olmuşdur. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, həm də ailə üzvləri mənəvi iztirab yaşatmışdır. Bununla da maddi və mənəvi ziyana məruz qalıb, peşəkar hərbçi karyerasından məhrum edilmişdir. Eyni zamandan bu müddət ərzində ailəsində stress və sarsıntı keçirmişdir. Onun hazırda hər hansı maddi gəlir yeri və iş yeri yoxdur. Qeyd edir ki, Bakı Hərbi Məhkəməsinin icraatında olan 1- 1(093)-153/2023 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu səbəbdən, qanunsuz olaraq həbsə alınmasına, eləcə də 05 may 2017-ci il tarixindən 19 may 2017-ci il tarixədək ona işgəncələr edildiyinə və psixoliji təzyiqlər yetirildiyinə görə mənəvi ziyan məbləği tutulmalı, bundan əlavə təhqiqat, istintaq və məhkəmələrin qanunsuz hərətəkətlərinə görə kompensasiya məbləği müəyyən olunaraq eləcə də bu müddət ərzində əldə etməli olduğu gəlirlərdən (7 aylıq əmək haqqı və 2 aylıq pul mükafatı) məhrum edildiyindən maddi ziyana görə pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Ona görə də ona vurulmuş maddi və mənəvi ziyanlara görə kompensasiya və pul vəsaitlərinin ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bunda görə də cavabdehdən, 05 may 2017-ci il tarixindən 19 may 2017-ci il tarixədək qanunsuz olaraq həbs edildiyinə, eləcə də ona işgəncələr və psixoliji təzyiqlər edildiyinə görə 500.000 (beş yüz min) manat mənəvi ziyan məbləği tutulmalı; Təhqiqat, istintaq və məhkəmələrin qanunsuz hərətəkətlərinə görə 7 ay müddətində həbs edildiyindən 50.000 (əlli min) manat kompensasiya ödənilməli; Bu müddət ərzində əldə etməli olduğu gəlirlərdən (7 aylıq əmək haqqı və 2 aylıq pul mükafatı) məhrum edildiyindən maddi ziyana görə 22.500 manat pul vəsaiti ödənilməlidir. Bildirir ki, o xidmətdə olduğu müddətdə hər ay üzrə 2.500 (iki min beş yüz) manat əmək haqqı almalı idi. Bundan əlavə ona ilin sonu olduğundan ona pul mükafatıda verilməli idi (13-14-cü aylara münasibətdə cəmi 5.000 manat). Ancaq, 2017-ci ilin may ayının 5-dən etibarən qanunsuz olaraq həbs edildiyindən və işgəncələrə məruz qaldığından, eyni zamanda sonra 2018-ci ilin yanvar ayının 18-də hərbi xidmətdən uzaqlaşdığından əmək haqqından və pul mükafatından da məhrum edilmişdir. Son əmək haqqını 2017-ci ilin aprel ayında almışdır. Beləliklə, 2017-ci ilin may ayından 2018-ci ilin yanvar ayına kimi, ümumilikdə 7 aylıq əmək haqqından (aylıq 2.500 manat olmaqla) məhrum olmuşdur. O, hərbi xidmətdən tərxis olunduqdan sonra səhhətində yaranmış problemlərlə (əsəb pozuntuları, psixoloji gərginlik və s.) bağlı müalicə almalı olsa da, maddi imkanın çatışmazlığı səbəbilə bunuda həyata keçirə bilməmişdir. Eyni zamanda ailəsində onun başına gətirilənlərdən sonra ağır psixoloji zərbə almışdır. Həyat yoldaşı və uşaqları psixoloji gərginlik keçirmişdir. Ona görə əldə iddianın əsası və tələbinin mahiyyəti etməli olduğu gəlirlərdən (7 aylıq əmək haqqı və 2 aylıq pul mükafatı) məhrum edildiyindən maddi ziyana görə 22.500 manat pul, 05 may 2017-ci il tarixindən 19 may 2017-ci il tarixədək qanunsuz olaraq həbs edildiyinə eləcədə ona işgəncələr və psixoliji təzyiqlər edildiyinə görə 500.000 (beş yüz min) manat mənəvi ziyan məbləği, Təhqiqat, istintaq və məhkəmələrin qanunsuz hərətəkətlərinə görə 7 ay müddətində həbs edildiyindən 50.000 (əlli min) manat kompensasiya məbləği təşkil edir. Ona fiziki, maddi və mənəvi zərər vuran şəxslərdən bəziləri müəyyən edilib, həbs edilib, məhkum edilsə də, qalan əhəmiyyətli hissəsi bugünədək azadlıqdadır. Zərərçəkmiş şəxs qismində tanındığı cinayət işləri üzrə məhkum olunan şəxslər onlara və bu iş üzrə digər hərbçilərə işgəncə verən zaman dövləti təmsil ediblər, yəni adi mülki vətəndaş kimi yox, müvafiq hərbi hissələrin vəzifəli şəxsləri kimi çıxış ediblər, təhqiqat və ibtidai istintaq orqanının funksiyalarını həyata keçiriblər, dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün bir sıra hərbi hissələrin əraziləri (703 saylı hərbi hissənin Marquşevan ərazisindəki köhnə qərargah binası, N saylı hərbi hissənin Mingəçevirdəki köhnə binası və s.), hərbi hissələrin qulluqçuları (məsələn, N saylı hərbi hissə və s.) onların ixtiyarına verilib. Bu səbəbdən də onların gördüyü qanunazidd fəaliyyətə görə məsuliyyətinin dövlətin üzərinə düşməsi də qanuni və məntiqlidir. Qeyd edir ki, barəsində olmuş cinayət işi üzrə qəbul edilmiş qərar barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 341.1-ci maddəsi ilə təqsirləndirilməyinə dair Baş Prokurorluğun İstintaq İdarəsində ibtidai istintaq aparılmış ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası CM-nin 39.1.2 və 40.2-ci maddələrinə əsasən 30 iyun 2022-ci il tarixli qərarı ilə xitam verilmişdir. Göstərilənlərə əsasən, 05 may 2017-ci il tarixindən 19 may 2017-ci il tarixədək qanunsuz olaraq həbs edildiyinə, eləcə də ona işgəncələr və psixoloji təzyiqlər edildiyinə görə 500.000 manat mənəvi ziyan məbləğinin, təhqiqat, istintaq və məhkəmələrin qanunsuz hərəkətlərinə görə 7 ay müddətində həbs edildiyindən 50.000 manat kompensasiya məbləğinin, bu müddət ərzində əldə etməli olduğu gəlirlərdən (7 aylıq əmək haqqı və 2 aylıq pul mükafatı) məhrum edildiyindən maddi ziyana görə 22.500 manat pul vəsaitinin dövlət büdcəsi hesabına cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi etiraz təqdim edərək, İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi”nə dair iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən aydın olur ki, İddiaçı hüquqmühafizə orqanları tərəfindən AR Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə cinayət işinin başlanılmasını həbsdən saxlanılmasını və məhkum olunmasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə mənəvi ziyanın əvəzi olaraq 550.000 manat, maddi ziyanın əvəzi olaraq 22.500 manat, ümumilikdə 572.500 manat məbləğində pulun Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən Azərbaycan Respublikasının Hərbi prokurorluğuna deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir sanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hüquq pozuntusunun Azərbaycan Respublikasının qanunsuz hərkətlər törətmiş qurumlar tərəfindən törədildiyini bildirsə də, əsaslı səbəb göstərmədən ona dəymiş mənəvi zərərin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edir. Bununla yanaşı, iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi də əsassız hesab edilməlidir. Belə ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olması təkzib edilməz olsa da, həmin fəaliyyəti icra edən zaman hansı həcmdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi ağlabatan deyildir. Bundan başqa, iddia ərizəsində qeyd edilmiş maddi ziyan hissəsində qətnamə icra olunan günə kimi hər ay üçün hazırki orta aylıq əmək haqqı nəzərə alınmaqla ümumi məbləğin alınaraq iddiaçıya ödənilməsinin əsasını təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri təşkil edə bilməz, çünki qeyd edilən iddianın predmeti ilə iddanın əsası arasında səbəbli əlaqə mövcud deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-162/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 7.500 (yeddi min beş yüz) manat məbləğində mənəvi ziyan məbləği, 10.500 (on min beş yüz) manat məbləğində kompensasiya məbləği və 20.776 (iyirmi min yeddi yüz yetmiş altı) manat məbləğində maddi ziyan məbləği olmaqla, ümumilikdə 38.776 (otuz səkkiz min yeddi yüz yetmiş altı) manat məbləğində pulun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “05 may 2017-ci il tarixindən 19 may 2017-ci il tarixədək qanunsuz olaraq həbs edildiyinə, eləcə də ona işgəncələr və psixoloji təzyiqlər edildiyinə görə 500.000 manat mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının qanunsuz hərəkətlərə məruz qalması işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 14/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə əsasən, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı işdə zərərçəkənin, yəni İddiaçı işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Məhkəmə, iddiaçının ona dəymiş mənəvi zərərə görə 500.000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2(102)-388/2023 nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Məhkəmə hesab etmişdir ki, hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı 14-15 gün müddətinə mütənasib olaraq keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği ağlabatan məbləğ olaraq 7.500 manat məbləğində müəyyənləşdirilməlidir. Belə ki, mənəvi zərərin məbləği ilə bağlı iddia ərizəsində qeyd edilən məbləğ çox olmaqla real qiymətləndirilmir. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə vurğulayır ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq bir gün də olsa azadlığı məhdudlaşdırılmaqla qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlərə məruz qalmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Lakin məhkəmə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla hesab edir ki, iddiaçının məruz qaldığı rəftara görə ona 7.500 manat məbləğində kompensasiyanın müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Məhkəmə iddia tələbinin “07 aylıq həbs müddəti üçün 50.000 manat kompensasiya məbləğinin ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı barəsində 07 ay müddətinə qanunsuz olaraq cinayət işi üzrə icraat aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi nəticəsində ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır (Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1-1(096)- 37/2017 saylı hökmünə əsasən). İddiaçı 07 ay müddətinə qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla və barəsində “həbs” qətimkan tədbiri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalmışdır. Belə ki, onun barəsində çıxarılan Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü sonradan Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarə ilə ləğv edilmiş və sonda 30 iyun 2022-ci il tarixli qərarla iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə xitam verilmişdir. O, həmin müddət ərzində müəyyən məhrumiyyətlərə məruz qalmış, inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Odur ki, iddiaçıya barəsində qanunsuz aparılan cinayət işi üzrə və prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi ilə bağlı mənəvi zərər dəyməsi aşkardır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. İddiaçıya dəymiş mənəvi zərərə görə tələb olunan məbləğdə deyil, 10.500 manat həcmində kompensasiya ödənilməsini məhkəmə ağlabatan və ədalətli hesab edir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 10.500 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin “07 aylıq əmək haqqı və 02 aylıq pul mükafatı olaraq 22.500 manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, işin araşdırılan və müəyyən edilən hallarından göründüyü kimi iddiaçı daha əvvəl Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin maddi texniki təminat üzrə sabiq müavini, polkovnik-leytenant vəzifəsində çalışmış və sonradan 2017-ci il tarixdə müvafiq hökmlə əsassız və qanunsuz olaraq 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məruz qalmışdır. Göründüyü kimi iddiaçı həbs olunduğu 07 aylıq müddət ərzində əmək haqqısından məhrum edilməklə ona maddi ziyan vurulması aşkardır. İş materiallarına əlavə edilən iddiaçıya dair hesabdan çıxarış məlumatlarından göründüyü kimi iddiaçının 2016-cı ilin may ayından 2017-ci ilin may ayınadək orta aylıq əmək haqqı məbləği təxminən 2968 manat təşkil etmişdir. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçı 2017-ci ilin may ayından faktiki olaraq işləmədiyi 7 aylıq müddət üçün 20.776 manat məbləğində gəlirlərindən məhrum edilmişdir. Odur ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində də qismən təmin edilməklə iddiaçının məhrum olduğu 20.776 manat məbləğində maddi ziyanın əvəzi ona ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0, 56.0.5, 57.1, 58.2, 58.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1., 21.2, 1096, 1097.1, 1100, 1101.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 81, 217.3, 217.4-cü maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Koinq Almaniyaya» qarşı, «Artiko İtaliyaya» qarşı, «Younq, Cames və X4» qarşı işlərinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-162/2025 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayətləri verilmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun iddia tələbini qismən təmin edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 7.500 (yeddi min beş yüz) manat məbləğində mənəvi ziyan məbləği, 10.500 (on min beş yüz) manat məbləğində kompensasiya məbləği və 20.776 (iyirmi min yeddi yüz yetmiş altı) manat məbləğində maddi ziyan məbləği olmaqla, ümumilikdə 38.776 (otuz səkkiz min yeddi yüz yetmiş altı) manat məbləğində pulun ödənilməsini qət etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi ziyanla bağlı hissədə ədalətli məbləğ müəyyən etməmişdir. Belə ki, İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq dəstə üzvləri ilə birlikdə İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsi ilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə ona qarşı qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə sonuncuya xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bərdə rayonunda yerləşən Bərdə qarnizonu hauptvaxtında, daha sonra cinayətkar əməllərini davam etdirib xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdıraraq ac, susuz saxlayıb psixi təzyiq göstərməklə İddiaçı mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə ona mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə vermiş, ümumilikdə 14 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Məhkəmə qətnaməsində «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına istinad etsə belə, yenə də əsas halları nəzərə almamışdır. Həmin hallar aşağıdakılardan ibarətdir: - Təmin olunan 7.500 manat iddiaçının pozulan mənəvi tarazlığının bərpa edilməsinə yönəldilmişdirmi? - Mənəvi ziyana görə 7.500 manat məbləğ iddiaçının işgəncə müddətində və işgəncədən sonra keçirdiyi sarsıntı və iztirabın yüngülləşdirilməsinə səbəb olmuşdurmu? – 7.500 manat iddiaçının sarsıntı və iztirabı unutdurmuşdurmu? – 7.500 manat iddiaçının mənəvi hüzursuzluğunu aradan qaldırmışdırmı? – 7.500 manat təmin edilərkən iddiaçının cəmiyyət içində çəkdiyi mənəvi sarsıntısını aradan qaldırlmışdırmı, bu hal düzgün qiymətləndirmişdirmi? - Məhkəmə 7.500 manatı təmin edərkən iddiaçının iztirabının və sarsıntısının dərəcəsini necə müəyyən etmişdir? “Tərtər hadisələri” çərçivəsində iddiaçının üzləşdiyi işgəncələr və psixoloji sarsıntılar illər keçsə də, hələ də onun həyatına dərin izlər buraxmış, gündəlik həyatını dözülməz hala gətirmişdir. Hadisənin baş verdiyi vaxtdan bu günə qədər 8 ilə yaxın zaman keçməsinə baxmayaraq, o, həmin dəhşətli günləri nə unutmağa, nə də onlarla barışmağa müvəffəq ola bilib. İddiaçı dəfələrlə fiziki və psixoloji zorakılığa, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalmış, həyatının bir çox sahəsində bərpa olunmaz fəsadlarla üz-üzə qalmışdır. Həmin günlərdə o, təcridxanada və istintaq otaqlarında az qala fasiləsiz şəkildə davam edən, insan ağlını aşan, ən sadə insan haqlarını belə rədd edən işgəncələrə məruz qalmışdır. Onun bədəni məhz bu işgəncələr nəticəsində sistemli şəkildə məhv edilmiş, fiziki sağlamlığı ağır şəkildə pozulmuşdur. Bundan əlavə iddiaçının üzərində su və yatmağa imkan verilmədən sorğu-suala tutulması kimi işgəncə formaları da tətbiq olunmuşdur. Gözləri qarşısında digər hərbçilərin ağır fiziki və psixoloji işgəncələrə məruz qalması, onların necə “sındırıldığını” görməsi, bu səhnələr təkcə fiziki deyil, həm də mənəvi baxımdan onun ruhunu darmadağın etmişdir. Onların qışqırıqları, yalvarışları, ah-nalələri bu gün də onun qulağında səslənməkdədir. Gecələr yuxuya gedə bilməməsi, qaranlıq otaqda o səslərin bir daha canlanması, hər dəfə həmin səhnələri təkrar-təkrar yaşaması onun psixikasını zədələmiş, ciddi posttravmatik stress pozuntusuna (PTSP) səbəb olmuşdur. İddiaçının şəxsən yaşadığı dəhşətlər təkcə bədənində deyil, eyni zamanda düşüncəsində, ruhunda dərin və sağalmaz izlər buraxmışdır. İllər ötsə də, o, hələ də hər hansı kiçik bir səsə, qəfil toxunuşa, qapının açılmasına və ya yüksək tona qarşı kəskin reaksiya verir. Daim gərginlik, təşviş və təhlükə hissi ilə yaşayır. Bəzən ətrafındakı insanlara belə səbəbsiz aqressiya nümayiş etdirir və bu hal onun sosial münasibətlərini də pozmuşdur. Həyatını əvvəlki qaydasına salmağa cəhd etsə də, yaşadığı psixoloji və emosional travmalar onun hər addımında qarşısını kəsir. O, sanki o zülmün içində donub qalıb. Onun günlərlə ailəsi ilə əlaqə saxlamaq imkanından məhrum edilməsi, hüquqlarının tam şəkildə pozulması və "Vətən xaini" damğası ilə qeyriqanuni olaraq ittiham olunması, onu cəmiyyətin gözündə də qara ləkə ilə tanıtmışdır. Onun haqqında yayılan şayiələr, qonşular və qohumlar arasında dolaşan ağır və alçaldıcı sözsöhbətlər, ailəsinin sosial mühitdə izolyasiyaya məruz qalması, evlərindən utanaraq çölə çıxa bilməmələri, uşaqlarının məktəbdə lağ obyektinə çevrilməsi, bütün bunlar iddiaçının üzərinə əlavə bir mənəvi yük gətirmişdir. Ailəsi onun qanunsuz həbsi zamanı günlərlə ondan xəbər ala bilməmiş, ölü, ya diri olduğuna dair məlumatın olmaması ailə üzvlərinə saysız-hesabsız yuxusuz gecələr, göz yaşı, qorxu və ümidsizlik yaşatmışdır. Yaxınları isə onun adını belə çəkməyə çəkinmiş, bir çox dost və tanış onunla və ailəsilə əlaqəsini kəsmişdir. İddiaçının şəxsi həyatı, peşə fəaliyyəti, gələcək planları, ümidləri və arzuları bu proses nəticəsində tamamilə məhv edilmişdir. Ona qarşı dövlətə xəyanət kimi ən ağır və utancverici bir ittihamın irəli sürülməsi onun gələcəyini də məhv etmişdir. Lakin bu ittihamların əsassız və qeyri-qanuni olduğu zamanla sübuta yetirilmiş, ancaq onun həyatına vurduğu mənəvi zərbə cüzi bir məbləğlə kompensasiya edilmişdir. Bu isə ədalətlilik və humanizm prinsiplərinə ziddir. Bu hadisələr nəticəsində təkcə bir insanın deyil, bütöv bir ailənin ləyaqəti alçaldılmış, onların cəmiyyət qarşısında etibarı məhv edilmişdir. İddiaçı bu gün də həmin hadisələrin travmasını daşımağa davam edir, çünki bu travma sadəcə yaddaşında yox, bütün varlığında dərin və ağrılı bir iz buraxmışdır. Göründüyü kimi məhkəmə qətnaməsində mənəvi ziyanla bağlı hissədə işin faktiki hallarını düzgün qiymətləndirməmiş, yuxarıda sadaladığı halları nəzərə almamış, mənəvi ziyan məbləğini ədalətli formada təyin etməmiş, sonda mənəvi ziyanla bağlı hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Avropa Məhkəməsinin bu mövqeyinə istinad edərək qeyd edir ki, məhkəmə dəymiş mənəvi zərərə görə iddiaçı olaraq ona təyin etdiyi kompensasiyanın həcmini qərarında kifayət qədər əsaslandırmamışdır. Bu da məhkəmənin sonda iddia məbləğini qismən təmin etməklə səhv nəticəyə gəlməsinə səbəb olmuşdur. Burada diqqəti cəlb edən və hüquqi ədalət prinsipləri ilə birbaşa ziddiyyət təşkil edən mühüm bir məqam var: iddiaçının keçirdiyi hər bir işgəncə günü üçün təyin olunmuş mənəvi ziyan (təzminat) məbləği cəmi təxminən 500 manat təşkil edir. Bu məbləğin təyin olunması, insan ləyaqətinə qarşı törədilmiş ən ağır hüquq pozuntularından biri olan işgəncə ilə müqayisədə açıq şəkildə qeyri-proporsional və ədalətsiz görünür. Qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, şəxsə döymə və ya digər zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirilməsinə görə, bu cür əməlləri törədən şəxs 300 manatdan 500 manatadək cərimə edilir və ya işin hallarından asılı olaraq 2 ayadək inzibati həbs tətbiq oluna bilər. Halbuki bu cəza tədbirləri adətən qısa müddətli, ani zorakılıq aktları ilə (məsələn, 3-5 dəqiqəlik döymə, bir dəfəlik vurma və ya yumruq zərbəsi) bağlı olur. Hazırkı işdə isə iddiaçının 14-15 gün ərzində hər gün sistematik şəkildə saatlarla dözülməz fiziki və mənəvi işgəncələrə məruz qaldığı sübuta yetirilmişdir. Bu müddətdə: o, fiziki və psixoloji təzyiqlərə məruz qalmış; uzun müddət acsusuz saxlanılmış, yuxusuz buraxılmış; əlləri və gözləri bağlanaraq, şəxsi ləyaqəti alçaldılmış, insanlıqdan uzaq rəftara məruz qalmış; daim “Vətən xaini” kimi təqdim olunaraq, ailəsi və yaxınları ilə ünsiyyətdən təcrid edilmiş; onun şəxsiyyəti, hərbi nüfuzu və insan kimi dəyəri sistemli şəkildə məhv edilmişdir. Belə bir şəraitdə bir gün üçün 500 manat mənəvi ziyan (təzminat) məbləğinin müəyyən edilməsi yalnız hüquqi deyil, insani baxımdan da qəbuledilməzdir. Çünki bu yanaşma, insan həyatının və ləyaqətinin qiymətləndirilməsi baxımından simvolik və təhqiramiz bir kompensasiya xarakteri daşıyır. Həmçinin bu rəqəm, dövlət tərəfindən törədilmiş hüquq pozuntularının ağırlığını və ictimai təhlükəliliyini də lazımi səviyyədə əks etdirmir. BMT-nin “İşgəncəyə qarşı Konvensiyası”na və Avropa İnsan Hüquqları Məhkəməsinin işgəncə halları ilə bağlı çoxsaylı qərarlarına əsasən, işgəncəyə məruz qalmış şəxslərə təyin edilən kompensasiya sırf maddi deyil, həm də mənəvi bərpaedici mahiyyət daşımalı, cəmiyyətə bu cür halların yolverilməzliyi barədə aydın mesaj verməlidir. Məhkəmənin müəyyən etdiyi mənəvi ziyan məbləği isə nə iddiaçının çəkdiyi mənəvi-psixoloji ağrıları, nə onun fiziki sağlamlığına dəyən zərəri, nə də ailəsinin üzləşdiyi sosial və mənəvi itkiləri əks etdirir. Əksinə, belə bir məbləğ: ədalət anlayışına ziddir; cəmiyyət üçün mənfi presedent yaradır; gələcəkdə bu cür hüquq pozuntularının qarşısını almaq baxımından yetərsiz və zəif bir mexanizm təsiri bağışlayır. Bütün bu əsaslarla iddia olunur ki, 500 manat 1 gün ölçüsündə müəyyən olunmuş kompensasiya faktiki işgəncə təcrübəsinin ciddiliyini, onun dərin fiziki, psixoloji və sosial nəticələrini lazımi səviyyədə əhatə etmir, və bu səbəbdən də məhkəmənin qiymətləndirmə yanaşması ədalətlilik, insan ləyaqəti və hüquqi bərabərlik prinsiplərinə ziddir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-162/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin təmin edilməyən mənəvi ziyanla bağlı hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən "Tərtər işi" kimi tanınan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması, habelə qanunsuz olaraq məhkəmənin qərarı ilə azadlıqdan məhrum etməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli 2(006)-162/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı dəymiş maddi zərərə görə 20.776 manat, mənəvi zərərə görə 7500 manat və kompensasiya olaraq isə 10.500 manat, ümumilikdə 38.776 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi olaraq hesab edilir ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 10-cu hissəsinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə iddiaçı tərəfindən tələb olunan kompensasiya məbləğinin əsasını araşdırmadan və mötəbər sübutlara istinad etmədən yalnız iddiaçının mülahizələrinə əsaslanaraq onun hüquq mühafizə orqanları tərəfindən qanunsuz olaraq 07 ay ərzində cinayət təqibinə məruz qalması ilə əlaqədar ona vurulmuş maddi zərərə görə 20.776 manat, məruz qaldığı mənəvi zərərə görə 7.500 manat və kompensasiyanın əvəzi olaraq isə 10.500 manat, ümumilikdə 38.776 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Bu baxımından tərəflərindən mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Qeyd olunanları nəzərə alaraq bildirlər ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiya yuxarı instansiya məhkəmələrinin, habelə Avropa məhkəməsinin mövqeyinə əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla yanaşı, məntiqi baxımdan da əsaslı deyildir. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-162/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iddiaçının apellyasiya şikayətini müdafiə edib, bu şikayətin məzmununa uyğun izahat verib şikayətin təmin olunmasını, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayıb onun təmin edilməməsini xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. İV.Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxs vəfat etdikdə, vurulmuş ziyanın ödənilməsi hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada onun vərəsələrinə keçir. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi Maddə 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; 56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 56.0.3. bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; 56.0.4. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan və buna razılıq alınmasına baxmayaraq, haqqında cinayət təqibi davam etdirilən şəxs; 56.0.5. qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs; 56.0.6. cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Maddə 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 58.3.3. ödənilmiş məhkəmə xərcləri; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği; 58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282) Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən qətnamə iddianın mənəvi ziyanla bağlı təmin olunmayan hissəsində, cavabdeh tərəfindən isə iddia tələblərinin təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, iddiaçının və nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı 19 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş, Tərtər Hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, daha sonra həbsdə saxlanılma müddəti 19 noyabr 2017-ci il tarixədək uzadılmışdır. Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1-1(096)-37/2017 saylı hökmünə əsasən iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 07 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və cəzasının əvvəli 19 may 2017-ci il tarixdən hesablanaraq, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1-1-(106)-10/2022 saylı qərara əsasən Cəlilabad Hərbi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli hökmü ləğv edilmiş, Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(096)-11/2022 saylı qərara əsasən isə iddiaçıya dair cinayət işinin baxılmasına xitam verilərək, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Sonda 30 iyun 2022-ci il tarixli qərarla iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə xitam verilmişdir. Həmçinin, iddiaçı Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)- 14/2024 saylı hökmünə əsasən zərərçəkmiş şəxs qismində tanınmış, həmin hökmlə iddiaçıya 14 gün müddətində işgəncə verilməsi faktı öz təsdiqini tapmışdır. İddiaçı ona 05 may 2017-ci il tarixdən 19 may 2017-ci il tarixədək işgəncə və psixoloji təzyiqlər edildiyini iddia edərək 500.000 manat, həbsdə saxlanıldığı 7 aylıq müddət üçün 50.000 manat məbləğində mənəvi zərərin və həbsdə olduğu müddət üçün isə aylıq gəlirlərindən məhrum olduğu üçün 22.500 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Apellyasiya şikayətlərinin dəlillərinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-162/2025 saylı qətnaməsini iddiaçı iddianın mənəvi ziyanla bağlı təmin olunmayan hissəsində, cavabdeh isə iddia tələblərinin təmin olunan hissəsində mübahisələndirir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbləri üzrə tədqiq olunan sübutları qiymətləndirib iddia tələblərini qismən təmin edib cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 7.500 (yeddi min beş yüz) manat məbləğində mənəvi ziyan məbləği, 10.500 (on min beş yüz) manat məbləğində kompensasiya məbləği və 20.776 (iyirmi min yeddi yüz yetmiş altı) manat məbləğində maddi ziyan məbləği olmaqla, cəmi 38.776 (otuz səkkiz min yeddi yüz yetmiş altı) manat məbləğində pul ödənilməli olması qənaətinə gələrkən düzgün hüquqi nəticəyə gəldiyindən iddiaçının və cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. İstinad olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-162/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar